Vasitiyyə əqidəsi



Yüklə 433,43 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix26.10.2018
ölçüsü433,43 Kb.
#75670
1   ...   7   8   9   10   11   12   13   14   15

 

Allahın bəndələrinə yaxın və dualarına cavab verən olmasına iman gətirmək də 

həmçinin  bu  mövzuya  aiddir.  Allah  bu  iki  məsələni  bir  ayədə  cəm  edərək  buyurur: 

“(Ya  Rəsulum!)  Bəndələrim  Məni  səndən  soruşduqda  söylə  ki,  Mən  (onlara) 

yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm” (Bəqərə, 2/186).   

Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurur: Həqiqətən sizin 

dua etdiyiniz (Allah) sizə miniyinizin boynundan da yaxındır”. 

 Quran  və  Sünnədə  Allahın  yaxınlığı  və  (məxluqatları  ilə)  birgə  olması 

haqqında açıqlananlar Onun ucalığı və yüksəkliyi ilə ziddiyyət təşkil etmir. Həqiqətən 

heç bir sifətində Onun bənzəri yoxdur. O, yaxınlığı ilə uca və ucalığı ilə yaxındır. 

 

Allaha və Onun Kitablarına



35

 imanın bir hissəsi də Quranın yaradılmamasına

36



əksinə onun Allahın nazil etdiyi kəlam olmasına iman gətirməkdən ibarətdir. Quranı O 



nazil  etmişdir  və  Ona  da  qayıdacaqdır.  Allahın  onu  danışması  həqiqətdir.  Onun 

Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi Quran, bir başqasının 

deyil,  məhz  Allahın  kəlamıdır.  Quran  haqqında:  “O,  Allah  kəlamının  başqası 

tərəfindən  hekayəti  və  ya  ifadəsidir”  demək  olmaz.  Hətta  insanların  Quranı  oxuması 

və ya kitab səhifələrinə yazması, onu Uca Allahın gerçək Sözü olmaqdan xaric etmir. 

Çünki  nitq,  onu  nəql  edənə  deyil,  onu    ilkin  olaraq  deyənə  mənsubdur.  Quranın 

hərfləri  də,  mənası  da  Allahın  kəlamıdır.  Allahın  kəlamı  nə  məna  kəsb  etməyən 

hərflər, nə də hərfləri olmayan mənalar deyildir.

 

 

 



Insanların  aydın  bir  səmada  günəşi,  bədir  gecəsi  bədirlənmiş  ayı  maneəsiz 

gördükləri kimi, Qiyamət  günü möminlərin öz gözləri ilə Allahı görəcəklərinə iman 

gətirmək,  Allaha,  Onun  kitablarına,  mələklərinə  elçilərinə  iman  gətirmk  mövzusuna 

aiddir.  Möminlər  Allahı,  həm  Arasatda  (Məhşərdə)  həm  də  Cənnətə  girdikdən  sonra 

Onun istədiyi şəkildə görəcəklər. 

 

 



Üçüncü fəsil 

 

Axirət  gününə  iman  gətirmək  dedikdə  Peyğəmbərin  (ona  Allahın  salavatı  və 



salamı olsun!) xəbər verdiyi, ölümdən sonra olacaq hər bir şeyə, qəbir fitnəsinə, orada 

veriləcək əzaba və nemətlərə iman etmək başa düşülür. 

Qəbir  fitnəsi  dedikdə  insanların  öz  qəbirlərində

37

 “Rəbbin  kimdir?  Dinin 



nədir?  Peyğəmbərin  kimdir?”  sualları  ilə  imtahan  olunacağı  (sorğu-suala  tutulacağı) 

nəzərdə tutulur. 

                                                 

35

 Allahın Kitabları – Onun nazil etdiyi Kitablar: Tövrat, Đncil və Qurandır. 



36

 Burada Đbn Teymiyyə Quranın yaradılmış olduğunu iddia edən əl-Mötəziləni nəzərdə tutur. 

37

 Müsəlman  əqidəsinə  görə  cənazə  basdırıldıqdan  sonra  iki  mələk,  birinin  adı  Münkər,  digərinki  isə 



Nəkir,  sorğu-sual  aparırlar  və  əgər  lazım  gələrsə,  ölü  kişini  və  ya  ölü  qadını  qəbirdə  cəzalandırırlar. 

Qəbirdə  kafirlər  də,  imanlılar  da,  günahkarlar  və  möminlər  də  sorğu-suala  tutulurlar.  Onlar  öz 

qəbirlərində düz oturaraq müəyyən suallara cavab verməlidirlər. Mömin dindarlar onlara düzgün cavab 



(Uca  Allah  buyurur:)  "Allah  iman  gətirənləri  dünyada  da,  axirətdə  də 

möhkəm bir sözlə sabitqədəm edər." (Đbrahim, 27). Ona görə də mömin deyəcəkdir: 

“Rəbbim  –  Allah,  dinim  –  Đslam  və  Muhəmməd  (ona  Allahın  salavatı  və  salamı 

olsun!) -Peyğəmbərimdir”. 

Dinə şübhə edən (kafir) isə deyəcəkdir: “Həh? həh? - bilmirəm. Eşitmişəm ki, 

insanlar  nə  isə  deyərdilər,  mən  də  təkrar  edərdim”.  Sonra  onu  dəmir  çəkiçlə

 

vuracaqlar,  o  da  bərkdən  bağıracaqdır.  Onun  səsini  insanlardan  başqa  hər  şey 



eşidəcəkdir. Əgər insan eşitsəydi huşunu itirərdi. 

Bu  fitnədən (sorğu-sualdan) sonra Qiyamət günü insanların ruhları cəsədlərinə 

qovuşana qədər kimisinə qəbir nemətləri, kimisinə isə əzabı veriləcəkdir. 

Sonra  Allahın  həm  Kitabında  və  həm  də  Rəsulu  (ona  Allahın  salavatı  və 

salamı  olsun!)  vasitəsi  ilə  xəbər  verdiyi  və  bütün  müsəlmanların  yekdilliklə  qəbul 

etdiyi  Qiyamət  qopacaqdır.  Đnsanlar  qəbirlərindən  çılpaq,  ayaqyalın,  sünnət 

olunmamış

38

 halda  aləmlərin  Rəbbinin  qarşısında  durmaq  üçün  çıxacaqlar.  Günəş 



onlara  yaxınlaşacaq  və  onlardan  tər  sel  kimi  axacaqdır.  Sonra  tərəzi  qurulacaq  və 

insanların əməlləri çəkiləcəkdir.  

(Uca  Allah  buyurur:)  “Məhz  tərəziləri  ağır  gələnlər  nicat  taparlar. 

Tərəziləri yüngül gələnlər isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi 

qalarlar” (Muminun, 23/102-103). 

Hər  kəsin  əməllərinin  yazıldığı  səhifələr  paylanacaqdır.  Onlar  bəzilərinin  sağ 

əlinə,  digərlərinin  isə  sol  əlinə  və  ya  çiynindən  veriləcək.  Uca  və  nöqsansız  Allah 

buyurur: 

“Biz  hər  bir  insanın  əməlini  öz  boynundan  asar  və  qiyamət  günü  (bütün 

əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Ona belə deyərik: ) “Oxu, kitabını 

(əməl  dəftərini).  Bu  gün  sən  haqq-hesab  çəkməyə  özün-özünə  (özün  öz  əməllə-

rinin şahidi olmağa) kifayətsən!” (Đsra, 17/13-14). 

Quran və Sünnədə bəyan edildiyi kimi, Allah insanları haq-hesab edəcəkdir. O, 

mömin bəndəsini ilə təkbə-tək qalacaq və onun günahlarını xatırladacaqdır. 

Kafirlərə  gəldikdə  isə,  onlar  xeyir  və  şər  əməlləri  ölçülənlər  kimi  haqq-hesab 

olunmayacaqdır.  Çünki  onların  xeyir  əməlləri  yoxdur.  Lakin  onların  (günahkar) 

əməlləri sayılacaq, hesab ediləcək, bir-bir soruşulacaq və etiraf etdiriləcək. 

Qiyamət  günü  Arasatda  (Məhşərdə)  Peyğəmbərin  (ona  Allahın  salavatı  və 

salamı  olsun!)  hovuzu  olacaqdır  ki,  suyu  süddən  ağ  və  baldan  şirin,  piyalələrin  sayı 

göydəki ulduzların sayı qədər, uzunluğu və eni bir aylıq (yola) bərabərdir. Kim ondan 

bir dəfə içsə,  ondan sonra bir daha susuzluq hiss etməyəcəkdir. 

Sirat  (körpüsü)  Cəhənnəmin  üzərindən  salınmışdır.  Bu  körpü  Cənnətlə 

Cəhənnəm  arasındadır.  Adamlar  öz  əməllərinə  müvafiq  olaraq  onu  keçəcəklər. 

Bəziləri  onu  bir  göz  qırpımında,  bəziləri  ildırım  sürəti  ilə,  bəziləri  külək  sürəti  ilə, 

bəziləri cins at sürəti ilə, bəziləri minik dəvəsinin yerişi ilə, bəziləri qaça-qaça, bəziləri 

                                                                                                                                            

verəcək  və  bundan  sonra  onlar  Qiyamət  gününədək  dinc  buraxılacaqlar.  Günahkarları  və  kafirləri  isə, 

öz növbəsində, qeyri-kafi cavab verəcəklər ki, buna görə mələklər onları amansızlıqla kötəkləyəcəklər.  

38

 Sünnət  olunmamış  dedikdə,  insanların  ilk  dəfə  dünyaya  gəldikləri  şəkildə  dirildiləcəkləri  nəzərdə 



tutulur. Bununla əlaqədar Uca Allah buyurur: “Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi 

tək-tənha... gəlmisiniz...” (Ənam, 6/94). 




Yüklə 433,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə