Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

Misirə qayıtdı. O, vahabilərin süqutu və Ali-Səudun bütünlüklə məhv olması münasibətilə Qahirədə 7 gecə-

gündüz  bayram e’lan etdi. 



/45/ 

     O  zamandan  Nəcd və Hicaz hökumətini Osmanlı imperiyası idarə edir, Kə’bənin örtüyü isə hər il 

Misirdə toxunub, Məkkəyə  gətirilirdi. Bu iş  Əbdünnasirin vaxtına qədər davam etdi. Sonralar onunla Ali-

Səudun arasında baş verən soyuq münasibətə görə, Ali-Səud tayfası bu işi öz öhdələrinə götürdü. 



      

     /45/ -  “Vəhabilər”, səh 357. 

      


      

Ali-Səud hökumətinin bərpası və 

vahabiyyət dövrünün yenidən başlanması 

     İbrahim Paşa Dir’iyyəni tutanda bir çox vahabi başçıları şəhərdən qaçmışdılar. O, Dir’iyyədən çıxıb 

getdikdə, onlar qayıdıb  şəhəri yenidən tutdular. Belə  təsəvvür yarana bilərdi ki, Ali-Səuddan bir çoxlarının 

e’dam və sürgünündən sonra bu sülalənin kökü kəsilmişdir. Amma belə deyildi. Çünki sürgün edilmişlər və 

qaçanlar Dir’iyyəyə qayıtdıqdan sonra yenidən Ali-Səud hökumətini qurdular. Habelə, Mühəmməd ibn 

Əbdülvəhhabın Qatara və oradan Omana qaçıb getmiş  nəvələrindən biri olan Əli ibn Hüseyn ibn 

Mühəmməd ibn Əbdülvəhhab Dir’iyyəyə qayıdıb vahabiliyi yenidən dirçəldib yaymağa başladı. 

      


Məhəmməd Muşari 

     Üyeynəyə qaçan Səud ibn Əbdüləzizin bacısı oğlu Mühəmməd ibn Muşari İbrahim paşa getdikdən 

sonra Dir’iyyəyə qayıtdı. O, şəhəri yenidən tikib mal-dövlət, silah yığdı,  əvvəlki  əmirlərin yolunu tutaraq 

vahabilərin “tövhid dinini” yaymağa başladı. Camaatın bir hissəsi onların də’vətini qəbul etdi, başqa bir 

hissəsi isə müxalif oldu. 

      


Türki ibn Abdullah 

     Muşari yerini möhkəmlətdikdən sonra Mühəmməd ibn Səudun nəvəsi Türki ibn Abdullah qardaşı 

Zeyd ibn Abdullahla birgə yenidən qurulmuş Dir’iyyə şəhərinə qayıtdı. O, Muşari ilə bir sıra çəkişmələrdən 

sonra ona qalib gəldi və tutdurub e’dam etdirərək, özü onun yerində oturdu. 

     Onların başı hərc-mərcliyə qarışdıqca 1235-ci ildə ingilis donanması çoxlu hərbi gəmilərlə Rəsul-

Xeyməyə hücum edib, şəhəri darmadağın etdi. Türki Dir’iyyə yaxınlığında Səudiyyə  Ərəbistanının indiki 

paytaxtı  Ər-Riyad  şəhərini salıb orada məskunlaşdı. Türki qanlı bir döyüşdə Osmanlı  sərkərdəsi  

Həsənbəyin əli ilə qətlə yetirildi. Misir əsirlərindən olan oğlu Feysəl Nəcdə qaça bilib atasının yerini tutdu. 

      

Feysəl ibn Türki 

     Feysəl ibn Türki atasını öldürmək adı ilə  Ər-Riyada hücum çəkib, bir sıra döyüşlər nəticəsində 

oranı  ələ keçirtdi. 1250-ci hicri ilində  rəsmi  şəkildə atasının yerini tutdu. Oğlu Abdullah onun yerinə 

keçməsinə baxmayaraq, qardaşları  tərəfindən kənarlaşdırıldı  və onlardan biri - Səud taxta oturdu. Səud 

öldükdən sonra Abdullah yenidən hakimiyyətə gəldi. 

     Abdullahın hakimiyyətinin zəif olduğu 1300-cü ildə Osmanlı dövləti Əhsa və Qətif şəhərlərini onun 

əlindən aldı. Qətif  şəhərinin camaatı da Osmanlı hökumətinin tabeliyinə keçdi. Cəbəl Şəmmarın hökmdarı 

İbn Rəşid də Abdullahın tabeliyindən çıxıb Osmanlı dövlətinə qoşuldu.  İbn Səudun hökuməti son dərəcə 

zəiflədikdə bilindi ki, İngiltərə dövləti ona himayədarlıq edir. O zaman Nəcddə iki hökumət vardı: Biri paytaxtı 

Hail olub Cəməl-Şəmmarda yerləşən Ali-Rəşidin hökuməti, digəri Qətifdə paytaxtı Ər-Riyad olan Ali-Səudun 

hökuməti. 

             

      

Əbdürrəhman ibn Feysəl ibn Türki 

     Osmanlı dövləti Ali-Rəşidin hökumətinə himayədarlıq edir, onlar da ərəb və əcəm  hacılarının get-

gəlinə  nəzarət edirdilər. Müharibələrin birində Ali-Rəşid hökuməti Abdullah ibn Səudu məğlub etdi. 

Məğlubiyyət nəticəsində Feysəl ibn Türkinin dördüncü oğlu  Əbdürrəhman kiçik qardaşı  Əbdüləzizlə (indiki 

kral  Fəhdin atası) birgə Küveytə yönəldi. Amma Küveyt əmiri  Şeyx Mübarək Ali-Səbah onu Küveytə 

buraxmadı.  Əbdürrəhman  çarəsiz qalaraq Nəcdə qayıdıb bir müddət Bəni-Murrə  və  Əcman tayfaları 

arasında yaşayıb Qatara getdi. İki aydan sonra Küveyt əmiri Osmanlı sultanının göstərşilə ona pənah verdi.  

 

18




      

Əbdüləziz ibn Səud 

     1919-cu  ildə birinci dünya müharibəsindən sonra ingilislər Nəcdi müstəqil  dövlət e’lan etdilər. 

Əbdüləzizin oğlu  İbn Səud isə  Nəcdin kralı e’lan edildi və  ona ildə 40.000 ingilis funtu məbləğində maaş 

tə’yin etdilər. Bu tə’yinat 1923-cü miladi ilinə qədər davam etdi. 

     Əllamə Seyyid Möhsün Əmin Amili “Kəşful-irtiyab” kitabında yazır: “İngiltərə dövləti bu məbləği 

Səudiyyə kralına ona görə verirdi ki, Osmanlı dövlətinə qarşı müharibədə ona kömək etsin, və o, xarici 

siyasətində ingilislərə itaət etsin. Bu məsələni  İngiltərə müstəmləkəçilərinin naziri mister Emri özü e’tiraf 

etmiş və dünya mətbuatı da bu e’tirafı dərc etmişdir”. 



/46/ 

     1342-ci  hicri  ilinin  əvvələrində  Əbdüləziz ibn Səudun  əmri ilə vahabilər Hicaza hücum edib Taifi 

mühasirəyə aldılar. Əmrin icraçısı bu dəfə bədniyyət ə’yanlardan və Məkkənin əmiri Hüseynin qatı düşməni 

olan Xalid ibn Lui idi. Onlar tezliklə  Taifə daxil olub camaatı qadın və uşaqlarla birgə qılıncdan keçirtdilər. 

Öldürülənlərin sayı 2000-i keçmişdi. Camaatın  malını qarət etdilər. Elə  işlər gördülər ki, insan onları 

eşitdikcə tükləri biz-biz olur, ürəyinə dağ  çəkilirdi. Öldürənlərin arasında  Şafei müftisi Şeyx Abdullah 

Zəvavinin və  Kə’bə xadimlərindən bir neçəsinin  meyitləri görünürdü. Vahabilərin  cinayətlərini yazmaqda 

qələm aciz idi. 

     Əbdüləziz ibn Səud bu cinayətləri inkar etmək istəyirdi. O, Xalidin  hərəkətlərini, Məkkənin fəthi 

zamanı Xalid ibn Vəlidin  əməllərinə oxşadıb,  Allahın rəsulunun (s): “Xudaya, Xalidin (məndən xəbərsiz) 

etdiklərindən Sənə pənah aparıram!”-sözünü təkrar etdi.  

     1343-cü ildə vahabilər Əbdüləziz ibn Səudun başçılığı ilə döyüşsüz Məkkəyə daxil oldular. Hüseyn 

və oğlu Əmir Əli Cəddəyə getmişdilər. Vahabilər onun evini qarət edib bütün əmlakını mənimsədilər. Hüseyn 

oğlunun mənafeyinə xatir kənara çəkilməyə  məcbur oldu. Daha sonra Hicazdan çıxıb  Əqəbə limanına 

yönəldi. Oradan isə ingilislərin vasitəsilə Kipr adasına  sürgün edildi. 1931-ci miladi ilində o xəstə 

olduğundan,  İordaniyaya-oğlu  Əmir Abdullahın yanına gətirildi. O, az sonra öldü və müqəddəs Qüds 

yaxınlığında basdırıldı.  Məlik Əli Cəddədə 1 il vahabilərlə vuruşdu. Bir nəticə olmadığından və ingilislərin İbn 

Səudu gücləndirdiklərini görüb, Hicazdan çıxdı və İraqa ingilislərin tə’yin etdikləri hakimin, qardaşı Feysəlin 

yanına getdi. 

     Əvvəlcədən tə’yin olunmuş proqrama əsasən,  Əbdüləziz Ali-Səud Hicazın və Nəcdin hakimi oldu 

və hər ehtimala qarşı camaatdan silahları yığdı. 

     Britaniyanın təcrübəli casuslardan olan ingilis zabiti Kelnel Lorensin Hüseynin osmanlılara qarşı 

çıxmasında və  ərəblərin  ərəb Məliki adı ilə Hüseynin bayrağı altına yığışmasındakı rolunu nəzərdən 

qaçırmamalıyıq. 

     “Ərəbistan Lorensi” ləqəbi ilə tanınan bu ingilis zabiti İngiltərə kəşfiyyatının təcrübəli işçilərindən idi. 

O, Ərəbistan yarmadasında uzun illər yaşamış, oranı qarış-qarış gəzmişdi. Lorens ərəblər kimi geyinir, ərəb 

dilində danışırdı. O, qəbilə başçıları ilə görüşür, onları Osmanlı istismarının  əleyhinə  İngiltərəyə köməyə 

çağırırdı. 

     Lorensin  Cəddə, Taif, Mədinə  və  Məkkədə Osmanlı başçılarının  əleyhinə olan Hicaz inqilabına 

tə’sirli rolu olmuşdur. Amma sonralar, osmanlıların  süqutu ilə ingilislərin himayədarlığı  İbn Səuda tərəf 

yönəldi. Bu da Hüseynin İngiltərədən mə’yus olmasına və sonralar sürgün edilməsinə səbəb oldu. 

      


     /46/ -  “Kəşfül-irtiyab” səh.52. 

      


      

      


Məkkədə islami dəyərlərin və 

qəbirlərin viran edilməsi 

     1343-cü  hicri  ilində vahabilər Məlik  Əbdüləziz Ali-Səudun  əmri və vahabi müftisinin fitvası ilə, bir 

daha Taifdə  İbn Abbasın məqbərəsini və başqa qəbirləri, Məkkədə    Əbdülmüttəlib,  Əbu Talib, Həzrət 

Xədicənin qəbirlərini, Həzrət Zəhranın doğulduğu  yeri və başqa islami dəyərləri viran etdilər. Habelə, 

Cəddədə olan həzrət Həvvanın qəbrini (bu səbəbdən, o şəhərin adı Cəddə, yə’ni, Nənədir) dağıtdılar.  

      


      

 

19




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə