Ваһаби фиргәси


Mühəmməd ibn Səud və Səud sülaləsinin



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   2   3   4   5   6   7   8   9   ...   29

Mühəmməd ibn Səud və Səud sülaləsinin 

vahabi məzhəbinin tərəqqisində rolu 

     Mühəmməd ibn Əbdülvəhhabın batil ideyalarının Nəcdin müxtəlif  qəbilələri arasında inkişafı, Səud 

sülaləsinin başçısı olan Mühəmməd ibn Səudun etdiyi müharibə, zülm və zorakılıq hesabına olmuşdu. 

Yalnız öz məntəqə  və yaşadıqları  yer barəsində  mə’lumatları olan uzaq Nəcd qəbilələri də xəbərsizlikləri 

ucbatından  Mühəmməd ibn Əbdülvəhhabın rəftar və dediklərinə vurulub, vahabi məsləyinə qoşulmuşdular. 

     Mühəmməd ibn Səud, Mühəmməd ibn Əbdülvəhhabın Dir’iyyəyə  gəlişindən qabaq Üneyzə adlı 

kiçik qəbilənin  şeyxi və  Nəcd qəbilələrinin bir hissəsinin başçılarından biri idi. O, Mühəmməd ibn 

Əbdülvəhhabın də’vətini qəbul edib, ona qoşulandan sonra  bütün məntəqəyə hakim oldu.  Onun işləri  

getdikcə böyüdü və  nəhayət, 1159-cu hicri ilində  hər tərəfdən qonşu məntəqələrə  həmlə edib camaatın 

malını qarət etməyə başladı. 

     1162-ci  hicri  ilində  Məkkə  əyanları  həyacan təbili çalıb Mühəmməd ibn Səudun hücumları 

barəsində “Babi-aliyə-Osmanlı sarayına xəbər verdilər. Bu ilk dəfə idi ki, Osmanlı hökuməti vahabi 

hərəkatından xəbərdar olurdu.  Mühəmməd ibn Səud 1179-cu ildə Nəcd vilayətində 30 illik hakimiyyətdən 

sonra öldü və onun yerini oğlu Əbdüləziz tutdu. 



/22/

 

      



     /22/ -  “Vahabilər” səh.297.  

      


      

      


Əbdüləziz ibn Mühəmməd ibn Səud 

     Əbdüləziz, Mühəmməd ibn Səudun oğlanlarından böyüyü idi. O, atasından sonra vahabilik  

ideyasının yayılmasında və öz hökumətinin möhkəmlənməsi yolunda çox çalışdı. Əbdüləziz hakimiyyətinin  

ilk 30 ilində daim qonşu qəbilələrlə müharibə aparır və özünü “Əmirəl-müslimin” sayırdı. Hündürboy, bədənli 

və qalın səsli bir adam idi. O, 1208-ci ildə Əhsanı fəth etdi. Əhsa və Qətifin işğalı ilə vahabilər fars körfəzinə 

yaxınlaşdılar. 

     Vahabi  məktəbinin, yaxud öz dediyi kimi, guya “Tovhid” 

/23/

  məktəbinin banisi  Mühəmməd ibn 

Əbdülvəhhab  1206-cı ildə (bə’zi tarixlərə əsasən, 1207-ci hicri ilində) öldü. Onun yerini böyük oğlu Abdullah 

tutub atasının məzhəbini yaymaqda sə’y göstərməyə başladı. 

     Əbdüləzizin qiyamçı vahabi ordusu ilə Məkkə əmirinin ordusu arasında ilk müharibə 1207-1214-cü 

illərdə baş verdi və sülh sazişi ilə nəticələndi. 1215-ci hicri ilində Əbdüləziz və oğlu Səud Nəcd qəbiləsinin 

kişiləri, qadınlar və  uşaqları ilə birgə  həcc səfəri adıyla Məkkəyə doğru hərəkət etdilər.  Əbdüləziz yolda 

xəstələnib Nəcdə qayıtdı. Oğlu Səud isə həccə yetişib Məkkə əmiri Şərif Qalib ilə görüşdü. Bu səfərdə Əsir, 

Tuhamə, Bəni-Hərb qəbilələri Səuda qoşulmuş və bu da Şərif Qalibi narahat etmişdi. 

/24/

 

     Həmin ildə tərəflər arasında daha bir müharibə baş verdi. O müharibədə odlu silah da işlədildi. 



      

     /23/ -  Əbdülvəhhab öz ardıcıllarından başqa, bütün müsəlmanları kafir və müşrik sayırdı. 

     /24/  -  “Tarixül-məmləkətil-Ərəbiyyətis-Səudiyyə  kəma  ərəftə” c.1, səh.73, Vahabilər 

kitabından nəql edərək. 

      


      

      


Kərbəlaya hücum və orada törədilən qırğın 

     Vahabilərin  İraqa hücumu 1214-cü hicri ilində başlandı. Belə ki, bu ildə vahabilər Nəcəfül-əşrəfə 

hücum etdilər. Amma onda Xəzail ərəbləri onların qarşısına çıxıb 300 nəfər öldürdülər. 

/25/

 

     1216-cı ildə  Səud ibn Əbdüləziz atasının  əmri ilə  Kərbəlaya qoşun çəkdi və  camaatı  qırmağa 



başladı. Vahabilərin Kərbəlaya hücumu 1225-ci ilə qədər davam etdi. Vahabi tarixçilərindən olan Səlahəddin 

Muxtar yazır: “1216-cı ildə Nəcd, Əşair, Tuhamə və Hicaz camaatından ibarət olan böyük ordu Əmir Səudun 

başçılığı ilə İraqa tərəf hərəkət etdi. Ordu zil’qədə ayında Kərbəlaya yetişib,  oranı mühasirəyə aldı. Qoşun 

şəhərin divarlarını söküb zorla içəri daxil oldu. Küçə, bazar və evlərdə  çoxlu adam öldürüb günortaya yaxın  

xeyli qənimətlə şəhərdən çıxdı. Sonra Əbyəz adlı vadidə cəmləşdilər. Malların xümsünü Səud özü götürüb, 

qalanını  hər piyadaya bir pay və  hər süvariyə iki pay ödəməklə payladı (Çünki, onların nəzərinə görə 

kafirlərlə müharibə etmişdilər). 

/26/

 

 



10


     Başqa bir vahabi tarixçisi Şeyx Osman ibn Bişr bu hadisəyə şərh verərək yazır: “...Qəbrin (İmam 

Hüseynin (ə) qəbrinin) üstündəki gümbəzi viran etdilər. Üstündə yaqut, zümrüd və başqa cavahirat olan 

zərihi sökdülər. Şəhərdə olan mal, silah, libas, xalça, qızıl-gümüş, nəfis tərtiblənmiş  Qur’an nüsxələrindən 

nə  qədər var idisə, hamısını qarət etdilər. Onlar Kərbəla  əhalisindən 2000 nəfərə yaxın adam  öldürüb 

günortaya  yaxın şəhərdən çıxdılar”. 

/27/

 

     Həmin  əsrin böyük fəqihlərindən olan və Nəcəfdə yaşayan məşhur şiə alimi Seyyid Cavad Amili 



yazır: “1216-cı ildə  İmam Hüseynin (ə) ziyarətgahını qarət etdilər, kişi və  uşaqları öldürdülər, camaatın 

malını qarət edib, İmamın(ə) hərəminə hörmətsizliklə təcavüz edərək oranı kökündən viranayə çevirdilər”. 

     “Nüzhətul-qəriyy” kitabının müəllifi Şeyx Xızır nəql edir ki, vahabilər Həbib ibn Məzahirin qəbrinin 

zərihini taxtadan olduğuna görə  sındırıb, yandırdılar və  hərəmin qiblə  tərəfində  qəhvə  dəmlədilər. Onlar 

İmam Hüseynin (ə) də  zərihini o kökə salmaq istəyirdilər. Amma, zərih dəmirdən olduğundan bu işi 

bacarmadılar. 

     Şeyx Xızır haşiyələri qızılla işlənmiş nəfis xətli Qur’anı və İmam Hüseynə (ə) həsr olunan gözəl bir 

qılıncı qarətçilərin əlində görmüşdü. 



/28/

 

     Kərbəladakı  qırğından söz açan ən qədim tarixçi, Hindistanda yaşamış Mirzə  Əbu Talib İsfahani 



olmuşdur. O, faciədən 11 ay sonra Londondan Hindistana qayıdarkən Kərbəlada olmuşdu. Mirzə Əbu Talib 

“Məsiri-Talibi” adlı səfərnaməsində yazır: “Zilhiccənin 18-i Qədir-xum  günündə, Kərbəlanın əksər mö’təbər 

adamları  Nəcəfə ziyarətə getdikləri zaman 25000-ə yaxın vahabi ərəb atları  və  dəvələrə minərək  şəhərə 

daxil  oldular. Şəhərin hakimi Ömər Ağa sünnülərə təəssübkeş olduğundan, vahabilərlə danışıq aparmış və 

onların bir hissəsi  şəhərə zəvvar qiyafəsində daxil olmuşdular. Odur ki, ilk həmlə,  şəhərin içində “Öldürün 

müşrikləri!” və “Vurun başını kafirlərin!” qışqırtıları ilə başladı. Sonralar Ömər Ağa  şəhərdən qaçmağına 

baxmayaraq, Süleyman Paşa onu tutdurub qətlə yetirdi. Çox qan tökəndən sonra vahabilər hərəmin 

gümbəzinin qızıl örtüyünü qoparıb aparmaq istədilər. Buna nail ola bilmədiklərinə görə, gümbəzi içəridən 

balta və külünglə  sındırıb, axşamçağı qorxusuz vətənlərinə qayıtdılar. 5000 nəfərdən artıq öldürüldü. 

Yaralıların sayı-hesabı yox idi. Həzrət İmamın(ə) hərəmindən başqa digər yerlərdən qızıl, gümüş və dərdə 

dəyən nə var idisə, süpürülüb qarət edildi. Müqəddəs hərəmin həyəti qanla, otaqları öldürülənlərin cəsədi ilə 

dolu idi. Həzrət Abbasın(ə) hərəmindən savayı heç bir müqəddəs məkan vahabilərin bu bəlasından amanda 

qalmadı. Bu hadisənin dəhşəti o yerə çatmışdı ki, mən 11 ay sonra bu şəhərdə olarkən, faciə  hələ  də 

təzəliyini saxlamışdı. Hamı ondan danışırdı. İnsanlar ağlaya-ağlaya elə danışırdılar ki, eşidənin bədənində 

tüklər biz-biz olurdu”. 

/29/ 

           



     /25/ -  “Vahabilər” səh.337 

     /26/ -  Tarixül-məmləkətis-Səudiyyə kəma ərəftə c.1, səh.78. 

     /27/ -  “Ünvanül-məcd fi tarixi-Nəcd” c.1, səh.121. 

     /28/ -  “Nüzhətul-qəriyy” səh.52. 

     /29/ -  Məsiri-Talibi, 2-ci çap səh.408. 

      


      

      


Taifin süqutu və  

vahabilərin orada törətdikləri faciələr 

     Vahabilər 1218-ci ildə Əmir Əbdüləzizin əmri və Osman Məzayifinin sərkərdəliyi ilə Məkkənin on iki 

fərsəxliyində olan Taif şəhərinə hücum edib, əhalisini qırmağa  başladılar. Onlar hətta ana qucağında olan 

südəmər körpələrin başlarını kəsdilər. Şəhərdən üz qoyub çıxan bir qrup müsəlmanı tə’qib edib öldürdülər. 

Sonra şəhəri qarət, evləri viran edib, “qalibiyyət” xəbərini Əbdüləzizin oğlu Səuda çatdırdılar. Vahabilər bir 

dəstə kişi və qadını lüt-üryan Taif ətrafında, biyabanda başlı-başına  buraxdılar. On üç gün keçdikdən və 

onlar dilənçi vəziyyətinə düşdükdən sonra, vahabilər onların hər birinə bir ovuc  qarğıdalı verib, vahabi 

olacaqları təqdirdə öldürməyib buraxdılar. 

     Cəmil Sidqi Zəhavi Taifin işğalı barəsində yazır: “Vahabilərin  ən çirkin əməllərindən biri, böyük-

kiçiyə  rəhm etmədən camaatı  qırmaqdır. Beləcə onlar, anasının qucağında südəmər körpənin başını 

kəsdilər. Qur’an oxumaqla məşğul olan bir dəstə adamı öldürdülər. Evlərdə heç kəs qalmadığından dükan 

və məscidlərə gedib, hətta rüku və səcdə halında olanları da qətlə yetirdilər. Camaatda olan Qur’ani-Şərif, 

Səhihi-Buxari, Səhihi-Müslüm və digər kitabları küçələrə töküb tapdaladılar. Bu hadisə 1217-ci ildə baş 

verdi”. 


/30/

 

 



11


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə