Ваһаби фиргәси


-Cİ BÖLMƏ  VAHABİ MƏZHƏBİNİN TARİXİ



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   2   3   4   5   6   7   8   9   ...   29

1-Cİ BÖLMƏ 

VAHABİ MƏZHƏBİNİN TARİXİ 

      


      

 

 



      

      


Vahabi alimlərinin öndəri İbn Teymiyyə Hənbəli 

 

Vahabi ideyasının 1206-cı hicri ilində dünyadan gedən Mühəmməd ibn Əbdül- vəhhab Nəcdi 



tərəfindən ortaya çıxarılmasına baxmayaraq, kitabdan da  mə’lum olduğu kimi vahabi e’tiqadlarının əsasını 

İbn Teymiyyənin fikir və ideyaları təşkil edir.  Bu səbəbdən, hicrətin VIII əsrində yaşamış bu şəxs vahabiliyin 

banisi sayılmalıdır. Vahabi firqəsinin buna dair nəinki iradı yoxdur, hətta bu fikirlə tam razıdır.  

İbn Teymiyyənin, 241-ci hicri ilində dünyadan gedən  Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəlin 

bə’zi hədislərinin tə’siri altında olmasına, onun məşhur “Əl-Müsnəd” və bu kimi başqa  əsərlərində  işarə 

olunmuşdur. Həmin fikir və nəzəriyyələrin əsasında o, Allahı cism hesab edib, Onun müqəddəs zatı ilə bağlı 

əl, ayaq, dil, göz, ağız və məkanın varlığı barədə söz açmışdır. O, təşbeh və bənzətməni inkar etdiyi  halda

ayələr və  rəvayətlərin zahiri mə’nasına  əsaslanaraq, Allahı göylərin  ənginliyində  və taxtda oturmuş kimi 

qələmə vermişdir. 

/1/

 

İbn Teymiyyə bu e’tiqadını artıq  çap olunmuş bir neçə kitabında izhar etmişdir. Belə ki, İslam alimləri 



onların əleyhinə neçə-neçə kitablar yazaraq, tənqid etmişlər. Kitablardan başqa o, mənbərdəki çıxışlarında 

da heç nədən çəkinmədən, aşkarcasına öz e’tiqadını bəyan edirdi. 

Tanınmış mərakeşli səyahətçi İbn Bətutə öz səfərnaməsində yazır: “İbn Teymiyyəni Dəməşqin came 

(böyük) məscidində camaata moizə edərkən gördüm. O, camaata deyirdi: “Allah dünyanın asimanına düşür, 

necə ki, indi mən düşürəm”. Sonra mənbərdən bir pillə  aşağı düşdü”.  İbn Bətutə  əlavə edir ki, bu söz 

məclisdə  olan Maliki məzhəbinin fəqihi  İbn Zəhranın e’tirazına səbəb oldu. Amma mənbər  ətrafında 

yığılanlar ayağa qalxıb İbn Zəhraya hücum edərək, onu döydülər. Sonradan o, Hənbəli məzhəbindən olan 

qazi tərəfindən şər’i tənbeh olundu, cəzalandırıldı. Qazinin bu əməli Dəməşqin Maliki və Şafei məzhəbindən 

olan fəqih və qazilərin e’tirazına səbəb oldu. Məsələdən xəbərdar olan şəhərin hakimi, Misir sultanı  Məlik 

Nasirə xəbər verdi. Sultanın hökmü ilə İbn Teymiyyə zindana düşdü.

 /2/

 

İbn Teymiyyənin Allah-təalanın müqəddəs zatı haqqında küfr ideyalarından başqa, ziyarətlərin-



Peyğəmbərin (s) qəbrinin  ziyarətinin haramlığı, o Həzrətə təvəssül edib ondan və başqa övliyalardan şəfaət 

istəməyin, onların qəbrinin tikilməyinin, tə’mirinin, zinətləndirilməsinin haramlığı,  onların qəbrinin 

dağıldılmasının vacibliyi haqqında məşhur fitvaları vardır ki, istər öz həyatı,  istərsə də həyatından sonrakı 

dövrlərdə sünni firqələrinin başqa alim və fəqihləri tərəfindən rədd edilmişdir. 

           

/1/ -  “Məcmuətur-rəsail” və “Əl-Əqidətul-həməviyyətul-kubra” 1-ci cild, 429-cu səh. 

/2/ -  İbn Bətutətin səyahəti 1-ci cild, səh. 57. 

      


 

 

 



İbn Teymiyyənin fikirlərinin  

sünni alimləri tərəfindən rədd edilməsi 

 

İbn Teymiyyənin Peyğəmbər (s) və digər övliyaların qəbirlərinin ziyarətinin haramlığı haqqında 



fikirlərini rədd edən ilk alim (763-cü hicri ilində vəfat etmiş) Mühəmməd ibn Mühəmməd ibn Əbu Bəkr Əxnai 

Maliki idi. O, “Əl-Məqalətul-mərziyyə fir-rəddi əla İbn Teymiyyə” adlı traktatında mö’təbər islami hədislərlə və 

fiqhi dəlillərlə İbn Teymiyyəyə cavab vermişdir.  

İbn Teymiyyənin digər müasiri, (756-cı hicri ilində vəfat etmiş) Şamın qazilər qazisi Təqiyyuddin Subki 

Şafei “Şifaul-əsqam fi ziyarəti xeyril-ənam” kitabını yazaraq güclü məntiqi dəlillərlə, onun Peyğəmbərin (s) 

ziyarətinin haramlığı haqda əqidəsini rədd və inkar etmişdir. Bu kitaba, Məkkədə yaşayıb 1014-cü ildə 

oradaca vəfat etmiş məşhur Hənəfi fəqihi Molla Əli Tari şərh yazmışdır ki, “Şifaul-əsqamın şərhi” adlanır. 

 

4




Bunlardan sonra məşhur alim, Mədinənin şeyxül-islamı (911-ci hicri ilində vəfat etmiş) Nurəddin Əli ibn 

Abdullah Səmhudi  Şafei Misrinin  adını çəkmək olar. O, “Vəfaul-vəfa bi ixbari daril-Mustəfa” adlı kitabında 

Peyğəmbərin (s) ziyarətinin savabı, onun qəbrinin  əziz tutulması, ona təvəssül edib şəfaət istənilməsi 

barədə hədislər haqqında təfsilatlı  bəhs edib, İbn Teymiyyəyə qarşı iradlar tutmuşdur. 



/3/

 

Başqa bir alim-Hicazın müftisi, Məkkənin  şeyxül-islamı  Əhməd ibn Mühəmməd ibn Həcər Heysəmi 



(973-cü ildə vəfat etmişdir) “Əl-Cəvhərül-münəzzəm” kitabında Peyğəmbərin (s) müqəddəs qəbrini ziyarətin 

şər’i olmasına dəlillər gətirmişdir. O, bu dəlillər arasında həmçinin “icma”ya əsaslanaraq deyir: “Əgər 

soruşsan ki, İbn Teymiyyə icmaya müxalif olduğu halda sən öz dəllilərində icmaya necə  əsaslanırsan? 

Halbuki Subki İbn Teymiyyənin bu barədə öz dəst-xəttini  görüb ki, qəribə istidlallarla Peyğəmbər (s) qəbrini 

ziyarətinin haramlığı haqqında “icma” iddiası edib, yazmışdır: Belə bir səfərdə namazı şikəstə qılmaq olmaz. 

(Çünki onun nəzərincə, səfər günahlardan təmizlənmə məqsədi daşımadığından, namaz bütöv qılınmalıdır). 

İcma bütün fəqihlərin müəyyən məsələ barəsində həmrəyliyinə deyilir. 

O, ziyarətə dair bütün hədisləri saxta adlandırmışdır. Sonradan havadarlarından bə’ziləri onun yolunu 

getdilər. Heysəmi deyir: “İbn Teymiyyə kimdir ki, dini məsələlərdə onun sözünə e’tibar edilsin, fikrinə diqqət 

yetirilsin?! Məgər o həmin kəs deyilmi ki, böyük alimlərin çoxu onu fasiq dəlillərini və boş-boş sözlərini rədd 

edəndən sonra deyiblər: “O, İzz ibn Cəmaənin  dediyi, azğın,  yalançı  və günahları müqabilində zillət və 

alçaqlığı axirətədək, habelə, dünyadaca Allahın dadızdırdığı kəsdir”. 

Bütün alimlər tərəfindən ictihad və uca məqamı qəbul edilən şeyxül-islam Təqiyyüddin Subki “Şəfaul-

əsqam” kitabında  İbn Teymiyyənin sözlərini tədqiq, izah və  rədd edəndən sonra deyir: “Bunlar İbn 

Teymiyyənin  səhvlərinin cüz’i hissəsi idi. Halbuki, onun azğınlıqları heç vaxt islah olunmayacaq və bu bir 

müsibətdir ki, onlar əbədi olaraq qalacaqdır. Bu heç də  təəccüblü deyil. Çünki nəfsani istək və  şeytani  

vəsvəsələr bu azğınlıqları onun üçün bəzəmiş, o, özünü müctəhidlərə tay edib, İlahi feyzdən məhrum olduğu 

halda, fəqihlərin əleyhinə çıxmış, bununla da ən pis işlərə əl atmışdır. Belə ki, o, bir çox şər’i məsələlərdə 

İslam fəqihlərinin əleyhinə getmiş, xüsusən Raşidi xəlifələrinə e’tiraz etmişdir. O, bununla kifayətlənməyib, 

hər bir eybdən pak və bütün kəmali sifətlərin maliki Haqq-təalanın müqəddəs zatına bəyənilməyən nisbətlər 

vermiş, bütün camaat qarşısında Allahı cism saymış  və bu fikirdə olmayan bütün alimlərə    “yollarından 

azmışlar” demişdi.  İş o yerə çatmışdır ki, əsrinin alimləri ayağa qalxıb zəmanənin hökumətindən onun 

tutulub zindana salınmasını istəmişdilər. Onun ölümü ilə bid’ətlər odu sönmüş, azğınlıqları unudulmuşdu. 

Yalnız uzun müddətdən sonra, bə’zi tanınmış şəxslər onun müdafiəsinə durub, əqidəsini dirçəltmək istədilər. 



/4/

 

İbn Həcər də  “Əl-Fətavəl-hədisə” kitabında  İbn Teymiyyədən söz açaraq deyir: “İmam  Əbülhəsən 



Subki, onun oğlu Tacuddin, Şeyx  İmam  İzz ibn Cəmaə  və onun müasiri olan Şafei, Maliki, Hənəfi 

məzhəblərinə mənsub digər alimlər onun sözlərini təkzib etmişlər. 



/5/

 

Maraqlıdır ki, (852-ci hicri ilində  vəfat etmiş)  İbn Həcər  Əsqəlani “Əd-Durərul-kaminə” kitabında  İbn 



Teymiyyənin  həyatı  və fikirləri haqda söz açaraq demişdir: “O, dəfələrlə  Şafei, Maliki, Hənəfi qaziləri 

tərəfindən  Şam və Misirdə  təkfir edilmiş  və  mənbərdə moizəsinin, tədrisinin  qarşısı alınmışdır. Dəfələrlə 

bə’zi bəyanat  və fitvalarına görə zindana düşmüş, dəfələrlə tövbə edib sonradan öz əməllərinə qayıtmışdır. 

Bə’zən  şafeiyəm demiş, bə’zən isə  əş’əri olduğunu bildirmişdir. 



/6/

 O, daima İsgəndəriyyə, Qahirə  və 

Dəməşq arasında get-gəl etmiş, bu şəhərlərdə Maliki, Hənəfi və Şafei alimləri ilə mübahisə edərək dörd ilə 

yaxın müxtəlif zindanlarda yatmış, nəhayət, 728-ci hicri ilində Dəməşq qalasının zindanında ölmüşdür. 

      

/3/ -  “Vəfaul-vəfa bi-ixbari daril-Mustəfa” c.4 çap 1. 1374-cü il Misir çapı. Səmhudi 887-ci hicri 

ilində yazdığı bu kitabının, dördüncü cildinin, 8-ci bölməsinin, 1336-1423 səhifələrini Peyğəmbərin (s) 

ziyarətinə həsr etmiş 4 fəsildə bəyan etmişdir. O cümlədən, bu üç hədisi nəql etmişdir:  

Abdullah ibn Abbas Peyğəmbərdən (s): “Məni ölümümdən sonra ziyarət edən, həyatımda 

ziyarət edən kimidir”. Abdullah ibn Ömər Peyğəmbərdən (s): “Mənim qəbrimi ziyarət edən, mənim 

şəfaətimə nail olar”. Abdullah ibn Ömər Peyğəmbərdən (s) nəql edir: “Kim mənim vəfatımdan sonra 

Həccə gedib qəbrimi ziyarət etsə, həyatımda məni ziyarət etmiş kimidir”. 

/4/ - “Əl-Cövhərul-münəzzəm fi ziyarətil-qəbril-mükərrəm” Misir çapı 1279-cu il, səh.13. 

/5/ - “Əl-Fətavəl-hədisə” səh.86. 

/6/ - Əş’əri  Şafei məzhəbinin  əksinə olaraq, İslam  əqidəsində “cəbr” (məcburiyyət) 

nəzəriyyəsinə e’tiqad bəsləyən firqədir. 

 

 

 

 

 

 

 

5




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə