MəDƏNİYYƏt dünyasi



Yüklə 93,6 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü93,6 Kb.
#7805
növüXülasə


 

6

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXIV buraxılış, Bakı, 2012 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХIV выпуск, Баку, 2012 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХIV edition, Baku, 2012 

 

 



KULTUROLOGİYA

 

 

UOT 008 (091) 

 Afət Həsənova 

 Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 

 Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 AZ-1065, Bakı şəhəri,Ü.Hacıbəyov küçəsi,34 

 E-mail: hasanova.afat@mail.com  

 

KULTUROLOJİ

 DƏYƏRLƏRİN QORUNMASI VƏ TƏBLİĞİNƏ DAİR 

 

Xülasə:  kulturoloji  dəyərlərin  qorunub  saxlanması  və  gələcək  nəsillərə  ötürül-

məsi problemindən bəhs edilir. Göstərilir ki, xalqların mədəni inkişafında, onların milli 

şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. 

Hər  hansı  bir  ölkədə  xalqın  milli-mənəvi  dəyərlərinin  qorunması  və  mədəniyyətinin 

inkişaf  etdirilməsi  vətəndaşların  milli  birliyinin  təmin  olunmasına  xidmət  edir.  Azər-

baycan xalqı tarixin ən çətin dövrlərində də milli-mənəvi irsini və adət-ənənəsini qoru-

yub  saxlamışdır.  Bu  gün  hər  bir  xalqın  mənəvi-əxlaqi  dəyərlərini  qoruyaraq  gələcək 

nəsillərə  ötürmək  vəzifəsi,  ilk  növbədə  dövlətin  və  fenomen  şəxsiyyətlərin  üzərinə 

düşür.  Yalnız  böyük  şəxsiyyətlər  yetişdirən  xalqlar  minilliklər  boyunca  möhkəm  mə-

nəvi  təməl  üzərində  inamla  irəliləmişlər.  Müasir  Azərbaycanda  bu  missiyanı  Heydər 

Əliyev öz üzərinə götürmüşdür. O, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xal-

qımızın  milli-mənəvi  dəyərlərinin  qorunmasına,  milli  mədəniyyətimizin  inkişafına 

çalışmışdır. Məqalədə Heydər Əliyevin mədəniyyətə dair fikirləri də təhlil edilir, onun 

siyasi kursunun layiqincə davam etdirilməsi ilə bağlı faktlar diqqətə çatdırılır. 



Açar sözlər: milli-mənəvi dəyərlər, Azərbaycan, irs, adət-ənənə, mədəniyyət. 

 

 

Kulturoloji dəyərlərin qorunub saxlanması və zənginləşdirilərək gələcək nəsillərə 



ötürülməsi  problemi  həmişə  mədəni  dünyanın,  o  cümlədən  Azərbaycan  cəmiyyətinin 

diqqət  mərkəzində  olmuşdur.  Çünki  xalqların  mədəni  inkişafında,  onların  milli  şüuru-

nun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki 

hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi 

aləminin  formalaşmasına  həlledici  təsir  göstərən  amillərdəndir.  Hər  hansı  bir  ölkədə 

xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətən-

daşların milli birliyinin təmin olunmasına xidmət edir. Azərbaycan xalqı tarixin ən çətin 

dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz 




 

7

edərək  onu  qoruyub  saxlamış  və  nəsildən-nəsilə  ötürmüşdür.  Xalqımızın  milli-mənəvi 



dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli 

əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapı-

nan  Azərbaycan  xalqı  tarixin  ən  keşməkeşli  mərhələlərində  belə,  mənəviyyatın  təntə-

nəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə 

sadiq qalmışdır.  

Bu gün hər bir xalqın mənəvi-əxlaqi dəyərlərini qoruyaraq gələcək nəsillərə ötür-

mək  vəzifəsi,  ilk  növbədə  dövlətin  və  fenomen  şəxsiyyətlərin  üzərinə  düşür.  Yalnız 

böyük  şəxsiyyətlər  yetişdirən  xalqlar  minilliklər  boyunca  möhkəm  mənəvi  təməl 

üzərində inamla irəliləmişlər. Müasir Azərbaycanda bu ağır və taleyüklü missiyanı ulu 

öndərimiz  Heydər  Əliyev  öz  üzərinə  götürmüş,  xalqın  saf  inanclarını,  sağlam  dəyərlə-

rini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış, lider kimi əbədi-

yaşarlıq  zirvəsinə  ucalmışdır.  O,  Azərbaycana rəhbərlik  etdiyi  dövrlərdə həmişə  xalqı-

mızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın 

adət-ənənələrinin  zənginləşdirilməsinə  çalışmışdır.  Eyni  zamanda,  ulu  öndər  gəncləri-

mizi  xalqımızın  milli-mənəvi  dəyərləri,  milli  əxlaq  prinsipləri  əsasında  tərbiyə  etməyi 

tövsiyə edirdi. 

Zəngin  və  qədim  mədəniyyət  tarixinə  malik  olan  Azərbaycan  xalqı  artıq  bütün 

dünyada tanınmışdır. Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında və onun zəngin 

mənəvi-mədəni irsinin dünya mədəni aləminə çatdırılmasında təbii ki, ümummilli lider 

Heydər Əliyevin müstəsna xidmətləri vardır. Onun bu sahədəki misilsiz fəaliyyəti Res-

publikanın  gələcək  ictimai-sosial  həyatı  üçün  örnək  və  milli-mənəvi  irsə  münasibət 

baxımından  mühüm  əhəmiyyətə  malikdir.  Bu  görkəmli  siyasət  və  mədəniyyət  xadimi, 

milli-mənəvi dəyərlərimizlə bağlı bir sıra bəyanatlarla çıxış etmiş, qanunlar imzalamış-

dı. O, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, gənc nəsli daha da sağ-

lam əhval-ruhiyyədə,  saf  əxlaqi ruhda  tərbiyələndirirməyin dövlətimiz,  xalqımız  qarşı-

sında ən zəruri, həlli qaçılmaz vəzifələr olduğunu 13 avqust 2001-ci il tarixli bəyanatın-

da  da  söyləmişdir:  “Hər  xalqın  öz  adət-ənənəsi  var,  öz  milli-mənəvi  və  dini  dəyərləri 

var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr 

edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərləri-

mizi  yaradıbdır  və  bunlar  indi  bizim  xalqımızın  mənəviyyatını  təşkil  edən  amillərdir”

 

(2). 


Heydər Əliyevin həm nəzəri olaraq çıxış və bəyanatlarında, həm də əməli olaraq 

göstəriş  və  sərəncamlarında  elm  və  təhsil  sahəsində  çalışan  şəxslərə  qayğı  və  diqqətlə 

yanaşması  hər  zaman  onun  dövlətçilik  fəaliyyətinin  əsas  xüsusiyyətlərindən  biri 

olmuşdur. Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin etdikdən sonra onun diqqət 

yetirdiyi ilk sahələrdən biri də elm, təhsil, mədəniyyət və incəsənət olmuşdur. Belə ki, 

ümummilli  liderin  imzaladığı  bir  sıra  fərmanlar  milli  elm  və  təhsil  sisteminin,  mədə-

niyyət və incəsənətin müasir tələblərə uyğun inkişaf etməsində mühüm rol oynamışdır. 

Bu  mənada,  Azərbaycanın  milli-mənəvi  və  əxlaqi  dəyərlərinin  ümumbəşəri  ideyalarla 

zənginləşdirilməsində  onun  misilsiz  xidmətləri  olmuşdur.  O,  Azərbaycan  xalqının 

qəhrəmanlıqlarla  dolu  tarixi  keçmişinə,  zəngin  mənəvi  dəyərlərinə,  maddi-mənəvi 

irsinə, incəsənətinə qayğı ilə yanaşmış, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün 

dünyada  tanıdan  milli mədəniyyətimizin hərtərəfli inkişafını,  yüksəlişini  daim  izləmiş, 

buna ən ümdə vəzifəsi kimi baxmışdır. 

Bu gün Azərbaycan ədəbiyyatının, incəsənətinin və mədəniyyətinin bəşəri arena-

da  öz  nadir  inciləri  ilə  dünyanı  heyran  qoyması,  ölkəmizin  şöhrətini  qaldırması,  təbii 

uğurlu dövlət siyasətinin nəticəsidir. Məlum olduğu kimi, XX əsrdə Azərbaycan mədə-

niyyətinin  bütün  sahələrinin  vüsətli  inkişafı,  geniş  miqyasda  təbliği  və  böyük  nailiy-



 

8

yətləri  bilavasitə  Heydər  Əliyevin  müstəsna  tarixi  xidmətlərinin  nəticəsi  idi.  Heydər 



Əliyev  incəsənət  xadimləri  ilə  görüşlərinin  birində  demişdir:  “Xalqımızın  incəsənət, 

mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün 

iftixar mənbəyidir.  Mən  bununla  daim  fəxr  etmişəm”  (11,  s.  247).  Bu  tarixi nailiyyət-

lərin,  xalqımızın  həyatında  baş  verən  misilsiz  yeniliklərin  təşkilatçısı  və  himayədarı 

Heydər  Əliyev  idi.  Köhnə  libasını  dəyişən,  qədim  milli  mədəniyyətimizin  kökləri 

üstündə çiçəklənən yeni Azərbaycan mədəniyyəti Heydər Əliyev dühasının bəhrəsi idi. 

Müstəqilliyimizin bərpasından ötən illər ərzində milli-mənəvi dəyərlərimiz və bu 

sahədə Heydər Əliyevin xidmətlərini işıqlandıran çoxsaylı əsərlər çap olunmuşdur (1; 4; 

5;  6;  7;  12;  13;  14;  20).  Nümunə  üçün  deyək  ki,  Mədəniyyət  və  Turizm  Nazirliyinin 

nəşr  etdiyi  “Heydər  Əliyev  və  mədəniyyət”  (üç  cilddə)  kitabında  (8;  9;  10)  Heydər 

Əliyevin  1969-2003-cü  illərdə  Azərbaycana  rəhbərlik  etdiyi  dövrdə  Azərbaycan 

mədəniyyət,  incəsənət  və  ədəbiyyat  xadimləri  –  yazıçı,  şair,  rəssam,  heykəltaraş, 

memar, xanəndə, bəstəkar, aktyor və s. ilə çoxsaylı görüşləri, yubiley mərasimində sənət 

adamları ilə onların öz sənət dilində söhbətləri, ədəbi-mədəni irsimiz haqqında çıxış və 

nitqləri toplanmışdır. Bu zəngin materiallar bir tərəfdən Heydər Əliyevin ədəbi-mədəni 

irsimizə,  mənəvi  dəyərlərimizə  sıx  bağlı  olmasını,  ardıcıl  qayğısını  nümayiş  etdirirsə, 

ikinci  tərəfdən  dövlətimizin  müstəqillik  tarixini  yaradan  Heydər  Əliyevin  yüksək 

intellektə,  dərin zəkaya,  fenomenal  bədii təfəkkürə  və təxəyyülə,  geniş dünyagörüşünə 

malik olduğunu sübut edir. 

Heydər  Əliyev  ikinci  dəfə  hakimiyyətə  gəldiyi  gündən  Azərbaycan  xalqının 

milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu 

sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir. Azərbaycan Respublikasının 

Prezidenti  olduğu  dövrdə  (1993-2003)  xalqımızın  milli-mənəvi  dəyərlərinin,  adət-

ənənələrinin  dirçəldilməsi,  xüsusən  İslam  mədəniyyəti  nümunələri  olan  məscidlərin, 

tarixi  memarlıq  abidələrinin,  ziyarətgahların  bərpası  ilə  bağlı  tədbirlərin  həyata 

keçirilməsi  ümummilli  liderin  bir  daha  xalqa  mənən  bağlılığını  və  islami  dəyərlərə 

sədaqətini göstərən parlaq misallardır. 

Azərbaycan  xalqının milli-mənəvi dəyərlərinin  təbliğində  və  gənclərin  bu ruhda 

tərbiyə  olunmasında,  həmçinin  cəmiyyətin  bu  istiqamətdə  səfərbər  edilməsində 

ümummilli  liderin  xidmətlərini  yada  salan  Prezident  Administrasiyasının  rəhbəri, 

akademik  Ramiz  Mehdiyev  “Azərbaycanda  humanitar  və  ictimai  elmlər  sahəsində 

yaranmış  vəziyyət”ə həsr  olunmuş müşavirədə  və  digər  çıxışlarında  (15; 16;  17)  90-cı 

illərin  əvvəllərində  milli-mənəvi  oriyentasiyanın  olmamasının  müəyyən  çətinliklər 

yaratdığını və H.Əliyevin bu sahəyə bəxş etdiyi töhfələri vurğulamışdır. Bu müşavirədə 

humanitar və ictimai elm sahəsində çalışanların qarşısında duran vəzifələrdən bəhs edən 

akademik R.Mehdiyev bildirmişdir ki, milli-mənəvi dəyərlərin qorunması indi ən ümdə 

vəzifələrdən biridir. Lakin milli dəyərlərin qorunub saxlanılmasından danışarkən biz heç 

də  onların  konservasiyasını  nəzərdə  tutmuruq.  Biz  daim  irəliyə,  gələcəyə  baxmalı, 

insani, maddi və mənəvi resurslarımızı səfərbər etməliyik. Millətin tarixi keçmişi onun 

gələcəyə  uğurla  addımlaması  üçün  həm  etibarlı  zəmin,  həm  də  ibrət  dərsidir.  Yeni 

inkişaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil 

etməlidir (17). 

Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı 

kimi  cəmiyyətimizin  mənəvi  əsaslarını təşkil  edən  ümdə  prinsiplər  və  onların  qorunub 

inkişaf  etdirilməsi  istiqamətləri  barədə  çox  dəyərli  fikirlərini  xalqla  bölüşdürmüşdür. 

Belə  bir  ünsiyyətin  fərqləndirici  əlaməti  onun  rəsmiyyətdən  uzaqlığı,  ulu  öndərin 

cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. 

Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, dünyanın ən ləzzətli təamlarını nuş etmək, 




 

9

son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. 



Lakin hər  bir  insan  və hər  bir  millət hər  şeydən əvvəl  öz  xalqının  mənəvi  sərvətlərinə 

sahib  çıxmalı,  öz  mədəniyyətini,  adət-ənənəsini,  mentalitetini  və  milli-mənəvi 

dəyərlərini  qorumalıdır.  “Şübhəsiz  ki,  insanlara  şeir qədər, ədəbiyyat  qədər  güclü  təsir 

edən,  yəni  insanların  mənəviyyatına,  əxlaqına,  tərbiyəsinə,  fikirlərinin  formalaşmasına 

bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” – deyən ümummilli liderin Türk 

dünyasına  xidmət  ilə  bağlı  deməliyik  ki,  onun  Türk  dünyasının  birliyi  yönündəki 

ideyaları  yeni  dövrdə  türk  ellərinin  taleyini  müsbət  mənada  həll  edə  biləcək  bir 

proqramdır.  Bu  proqramın  necə  həyata  keçiriləcəyindən  çox  şey,  o  cümlədən  türk 

ellərinin  öz mənəvi potensialının  tam hüquqlu  və  şəriksiz  sahibi  olması  kimi  vacib  bir 

faktorun taleyi asılıdır.  

Böyük  öndər  Heydər  Əliyev  siyasi  rəhbərimiz  olduğu  dövrlərdə  təmsil  etdiyi 

millətin  mənəvi,  əxlaqi,  maddi  dəyərlərini  özündə  təcəssüm  etdirərək,  qədim  və  ulu 

xalqın  düşüncə  qüdrətini  yaşadığı  məmləkətin  hüdudlarından  çox-çox  uzaqlarda 

təsdiqləməyə  müvəffəq  oldu.  Ümumiyyətlə,  onun  fəaliyyəti  bütünlükdə  milli  özünü-

təsdiqə, milli əqli qüdrətin nümayişinə yönəlmişdi. Ulu öndərimiz türkdilli xalqların öz 

milli  tarixlərini,  doğma  dillərini,  ədəbiyyatlarını,  mədəniyyət  və  incəsənətini,  adət-

ənənələrini  qorumağı  və  onları  zənginləşdirməyi  həmişə  dəstəkləmişdir.  Bu  baxımdan 

o,  türkdilli  ölkələrin  mədəni  əlaqələrini  həyata  keçirən  TÜRKSOY  təşkilatının  fəaliy-

yətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə 

xüsusi diqqət yetirmişdir.  

Bu  gün  Azərbaycan  xalqı  öz  mədəniyyəti,  incəsənəti,  milli-mənəvi  dəyərləri  ilə 

dünyada günü-gündən daha çox tanınmaqdadır. Təbii ki, xalqımızın milli-mənəvi dəyər-

lərinin kökləri  çox-çox  qədim  zamanlara  gedib  çıxsa  da,  XX  əsrdə  xalqımızın mədəni 

həyatında  yeni  bir  dövr  başlamışdır.  Heydər  Əliyev  deyirdi  ki:  “Xalq  bir  çox  xüsusiy-

yətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən 

yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu 

bütün  dövrlərdə  xalqın  mədəniyyətinin  inkişafını  həmişə  diqqət  mərkəzində  sax-

lamışdır. Çünki, həqiqətən də milli dövlətçilik dəyərlərinin əsasını milli-mənəvi dəyər-

lər,  sağlam  düşüncəli  mədəniyyət  təşkil  edir.  Sabahkı  uğurlara  yeganə  təminat  isə, 

sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, milli-mənəvi dəyərləri yeni nəslə daha 

dərindən  aşılamaqdır.  Ona  görə  də  mədəni-mənəvi  dəyərlərin  qorunması  və  təbliği  bu 

gün də dövlətimizin diqqətindədir. 

Təcrübəli dövlət adamı Heydər Əliyevin mədəniyyət irsində Vətən sevgisi, Azər-

baycan sevgisi – azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mənəviyyat 

sevgisi  xüsusi  yer  tutur.  Bunları  insan  üçün  mənəvi  əsas  kimi  qəbul  edən  ulu  öndər, 

sözün əsl mənasında xalqların ən böyük sərvəti hesab olunan milli-mənəvi dəyərlərin və 

mədəniyyətimizin  keşikçisi  idi...  “Hər  bir  azərbaycanlı  öz  milli  mənsubiyyətinə  görə 

qürur  hissi  keçirməlidir  və  biz  azərbaycançılığı  –  Azərbaycan  dilini,  mədəniyyətini, 

milli-mənəvi  dəyərlərini,  adət-ənənələrini  yaşatmalıyıq”  –  deyən  Heydər  Əliyev 

azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri 

təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin 

mühüm  atributu  kimi  dəyərləndirirdi  (9).  Mənsub  olduğu  xalqın  tarixi  keçmişinə, 

mədəni  irsinə  və  mənəvi  dəyərlər  sisteminə  sönməz  məhəbbət  duyğularıyla  yaşayan 

ümummilli  lider həm  də  bu  dəyərlərin  qoruyucusu  idi.  O,  yaxşı  başa  düşürdü  ki,  milli 

dövlətçilik  və  milli-mənəvi  dəyərlər  sıx  daxili  vəhdətdədir.  Yalnız  milli  kimliyi  bəlli 

olan  və  özünü  bir  millət  kimi  dərk  edən  xalqın  bitkin  inkişaf  konsepsiyası  ola  bilər. 

Heydər  Əliyev  nəinki  bu  konsepsiyanı  yaratdı,  həm  də  çox  böyük  ustalıqla,  səbir  və 

təmkinlə  həyata  keçirtdi.  “Mən  fəxr  edirəm  ki,  azərbaycanlıyam!”,  –  deyən  ulu  öndər 




 

10

bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində 



durdu (10). 

Azərbaycan  xalqının  milli-mənəvi  dəyərlərinin  mühafizəsi,  o  cümlədən  dilinin 

inkişafı və onun dövlət səviyyəsində işlədilməsi daima dövlətimizin diqqətində olmuş-

dur. Çünki dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbay-

can  xalqının  da  ana  dili  onun milli  varlığını müəyyən  edən  başlıca amillərdəndir.  Ana 

dilimiz  xalqın  keçdiyi  bütün  tarixi  mərhələdə  onunla  birgə  olmuş,  onun  taleyini  yaşa-

mışdır.  Əsrlər,  qərinələrdir  ki,  xalqımızın  əbədiyaşarlığına  xidmət  edən,  qədim  tarixə 

malik  olan  və  min  illərin  müxtəlif  burulğanlarından  alnıaçıq,  üzüağ  çıxaraq  müasir 

dövrə  gəlib  çatmış  ana  dilimiz  ən  böyük  mənəvi  sərvətimizdir.  Ana  dilimiz  dövlət 

rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. 

Hazırda  Azərbaycan  ədəbiyyat  və  mədəniyyətinin  bütöv  milli  mühitini  əhatə 

edən  dil  siyasəti  xalqın  tarixi  uğurlarına  əsaslanaraq  böyük  perspektivlərə  istiqamət-

lənib. Müəyyən qədər unudulan, tarixin gizlinində xalqdan ayrı salınan milli ədəbiyyat 

və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi 

yaddaşının, qanunauyğun bədii şüur hərəkətinin bərpası, nəticədə dilin daxili enerjisinin 

min  illər  boyu  yığılan  etnogenetik,  ruhi-mənəvi  potensialının  oyadılması,  hərəkətə 

gətirilməsi dövlətimizin milli-mənəvi dəyərlərə diqqətinin nəticəsidir. 

Azərbaycan  xalqının  ən  müqəddəs  dəyərlərindən  olan  dilin  inkişafında  dövlət 

qayğısının  parlaq  təzahürü  olan  fərman  və  sərəncamlar  o  cümlədən,  “Azərbaycan  dili 

Gününün  təsis  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanı”, 

“Azərbaycan  Respublikasında  dövlət dili haqqında  Azərbaycan  Respublikasının  Qanu-

nu”, “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respub-

likası  Prezidentinin  Fərmanı,  “Azərbaycan  Milli  Ensiklopediyasının  nəşri  haqqında” 

Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı,  “Azərbaycan  dilində  latın  qrafikası 

ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında”  Azərbaycan  Respublikası  Preziden-

tinin  sərəncamı  və  habelə  dillə  və  mədəniyyətin  digər  istiqamətləri  ilə  bağlı  normativ 

sənədlər, aktlar, təlimatlar dövlətimizin bu sahəyə diqqətinin bariz göstəricisidir. 

Xalqımızın  milli-mənəvi  dəyərlərinin  mühafizəsi  ilə  bağlı  dövlət  siyasətini  in-

kişaf  etdirən  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  də  elm,  təhsil,  mə-

dəniyyət və incəsənət sahəsində Heydər Əliyev kursunu uğurla davam etdirir. Onun im-

zaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya stan-

dartlarına  uyğunlaşmasında  böyük  rol  oynamışdır.  Son  bir neçə  il ərzində  Azərbaycan 

Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  qayğısı  sayəsində  elm,  təhsil  və 

mədəniyyətin  ayrı-ayrı  problemlərinə  həsr  olunmuş  çoxsaylı  dövlət  proqramları  hazır-

lanıb təsdiq olunmuşdur. 

Eyni zamanda “Heydər Əliyev Fondu”nun prezidenti, millət vəkili, YUNESKO-

nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-

mənəvi  dəyərlərin  mühafizəsi  üçün  həyata  keçirilən  məqsədyönlü  və  səmərəli  əməli 

fəaliyyət proqramları respublika ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbət hissi ilə 

qarşılanmaqdadır.  Fondun  muğam  sənətimizin  inkişafına,  Azərbaycan  mədəniyyətinin 

dünyada  tanınmasına,  milli-mənəvi  dəyərlərimizin  təbliğinə  həsr  etdiyi  davamlı 

tədbirlər olduqca əhəmiyyətlidir (18). “Muğam”, “Aşıq sənəti”, “Novruz” bayramı kimi 

mədəniyyət  incilərimizin  YUNESKO  tərəfindən  dünyanın  qeyri-maddi  irs  siyahısına 

salınmasında  bu  fondun  xidməti  danılmazdır.  İndi  Bakıda  Muğam  Mərkəzi  fəaliyyət 

göstərir,  Xalça  Muzeyi  inşa  olunur,  yeni  sərgi  salonları  yaradılır.  Bunlar,  Heydər 

Əliyevin milli-mənəvi dəyərlər sahəsindəki ideyalarından güc alan dövlətimizin həyata 

keçirdiyi mədəniyyət siyasətinin uğurlarının göstəricisidir. 



 

11

Dünya  xalqlarının tarixi  yetkinləşmə  və təkamül  prosesinin  ümdə qayəsini  döv-



lətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri müəy-

yən  edir.  Bu  ənənə  və  dəyərlər  biri-birilə  çulğaşaraq  həm  də  xalqların  məfkurə  və 

düşüncə  sisteminin,  dünyagörüşünün  parlaq  təcəssümü  kimi  meydana  çıxır.  Dünyanın 

ən  qədim  xalqlarından  sayılan  azərbaycanlılar  da  tarixən  formalaşmış  zəngin  milli-

mənəvi və əxlaqi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş, ülvi 

və saf ideallara sarsılmaz bağlılığı ilə daim özünəməxsusluqlarını qorumuşlar. 

Mədəni  inteqrasiya  və  qloballaşma  dövründə  elmi-texniki  tərəqqinin  sürətli 

inkişafı  real  həyatda  yüksək  nailiyyətlərə,  mütərəqqi  dəyişikliklərə  yol  açsa  da,  bu 

prosesin  tarixi-mədəni  irsə,  əxlaqi-mənəvi  dəyərlərə  müəyyən  təhlükə  meyilləri  də 

özünü  qabarıq  göstərir.  Şərq-Qərb  sivilizasiyasının  bir-birinə  yaxınlaşdığı,  bəzən  də 

gizli  və  açıq  mübarizələrin  getdiyi  bir  zamanda  soykökə  qayıdışın,  milli  özünüdərkin 

böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını 

pak  və  sağlam  niyyətlərlə  qoruyaraq  bütövlükdə  cəmiyyətin  pozitiv  ruhda  inkişafına 

təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğu-

nu  gələcək  nəsillərə  ötürmək  kimi  çətin  missiyanın  həyata  keçirilməsi  zərurəti  bizim 

üzərimizə  böyük  məsuliyyət  qoyur.  Azərbaycan  Respublikasının  müstəqillik  yolu  ilə 

inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-

mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması getdikcə daha çox aktuallıq kəsb 

edir.  Bu  baxımdan  biz  qürurla  deyə  bilərik  ki,  dövlətimizin  milli-mənəvi  dəyərlərin 

mühafizəsinə göstərdiyi qayğı xalqımızın xoşbəxt gələcəyinin qarantıdır. 



 

Ə

dəbiyyat: 

 

1.



 

Adil Abdulla Əl-Fəlah. Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı, Qismət, 2007; 

2.

 

Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı. “Ədəbiyyat qəzeti”, 13 avqust 2001-ci il; 



3.

 

Əliyev Ə.M. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz . “Xalq qəzeti”, 6 may 2008-ci il;  



4.

 

Əliyev H.Ə. Gənclərin əmək, əxlaq və siyasi tərbiyyəsinin hər vasitə ilə gücləndirilməsi. Azərnəşr, 



Bakı, 1982.; 

5.

 



Əliyev Q., Mehdiyev R.Ə. Heydər Əliyev və milli mentalitet fəlsəfəsi. Bakı: Qismət, 2003; 

6.

 



Əliyev V. Heydər Əliyevin dil siyasəti: Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər 

Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunur. Bakı: Nurlan, 2003; 

7.

 

Əliyev R. Heydər Əliyev və mənəvi dəyərlər.. İrşad, Bakı, 1998; 



8.

 

Heydər Əliyev  və  mədəniyyət (müraciətlər,  çıxışlar,  müsahibələr,  təbriklər, məlumatlar). 3 cilddə 



(birinci cild), 1969-1982, 1993-1996, Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 492 s.; 

9.

 



Heydər Əliyev  və  mədəniyyət (müraciətlər, çıxışlar,  müsahibələr, təbriklər,  məlumatlar). 3  cilddə 

(ikinci cild), 1997-1998, Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 528 s.; 

10.

 

Heydər Əliyev  və  mədəniyyət (müraciətlər,  çıxışlar,  müsahibələr,  təbriklər, məlumatlar). 3 cilddə 



(üçüncü cild), 1999-2003, Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 536 s.; 

11.


 

Xəlilov  S.  Heydər  Əliyev  və  müstəqil  dövlətin  milli-mənəvi  dəyərlər  sistemi.  “Xalq  qəzeti”,  10 

may 2008-ci il. ; 

12.


 

Kərimov İ. Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq haqqında. Bakı: “ULU” İKF, 2005.; 

13.

 

Quliyeva X. Heydər Əliyev və mənəvi-estetik dəyərlər... Bakı, Bakı, 2002; 



14.

 

Qurbanov A. Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı... Bakı, Bakı, 1997; 



15.

 

Mehdiyev  R.  Əsl  Vətəndaş,  böyük  Şəxsiyyət  və  qüdrətli  lider  haqqında  bəzi  düşüncələr.  Dövlət 



İdarəçiliyi (Nəzəriyyə və təcrübə), 2003, № 2.; 

16.


 

Mehdiyev  R.  Azərbaycanın efir  məkanı: problemlər  və  vəzifələr. “Azərbaycan”  qəzeti, 2  oktyabr 

2009-cu il; 

17.


 

Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kontekstində baxış. “Azərbaycanda humanitar və 

ictimai elmlər  sahəsində yaranmış  vəziyyətə” həsr  olunmuş  müşavirədəki  çıxışı, 08 dekabr 2009-

cu il; 


18.

 

Mədəniyyətimizin  və  mədəni  incilərimizin  hamisi.  Heydər  Əliyev  Fondunun  və  Azərbaycan 



Mədəniyyətinin  Dostları  Fondunun  prezidenti,  YUNESKO  və  İSESKO-nun  xoşməramlı  səfiri, 

Milli Məclisin deputatı,  Azərbaycanın  birinci xanımı  Mehriban Əliyevanın mədəniyyət  sahəsində 

fəaliyyəti  (Tərtibçi  və  elmi  redaktor:  Sevda  Məmmədəliyeva).  Bakı,  “Nurlar”  Nəşriyyat-

Poliqrafiya Mərkəzi, 2007, 424 s.; 




 

12

19.



 

Məmmədov  M.  Azərbaycanın  dövlət  dilinin  inkişafının  yeni  dövründə  Heydər  Əliyev  nitqlərinin 

səfərbəredici ruhu. “Dirçəliş – XXI əsr”, 2003, № 63; 

20.


 

Nəbiyev B. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, Elm, 1998. 

 

Aфет Гасанова  

О защите и пропаганде культурологических ценностей

 

Резюме

 

 

В статье повествуется о проблеме защиты и передаче будущим поколениям культурологических 

ценностей. Отличаетая, что в  культурном  развитии народа в  формировании их национального  созна-

ния особую роль играют исторически созданные национально-нравственные ценности. В любой стра-

не  защита  национально-нравственных  ценностей  и  развитие  культуры  народа  служит  обеспечению 

национального  единства  граждан.  Азербайджанский  народ  даже  в  самые  трудные  периоды  истории 

смог сохранить национально-нравственное наследие и обычеа. Сегодня обязанность защиты и переда-

чи  будущим  поколения  морально-нравственных  ценностей  народа  относится  в  первую  очередь  госу-

дарству и феноменальным личностям. Только народы, которые вырастили великих личностей, смогли 

в течении тысячелетий  уверенно продвигаться на твердой нравственной почве. В современном  Азер-

байджане  эту  миссию  взял  на  себя  Гейдар  Алиев.  Он  в  период  руководства  Азербайджаном  всегда 

старался  во  имя  развития  национальной  культуры,  защищать  национально-нравственные  ценности 

народа. В статье анализируются мысли Гейдар Алиева о культуре, доводится до сведения факты, свя-

занные с достойным продолжением его политического курса.  



 

Ключевые слова: национально

-культурные ценности, Азербайджан, наследие, обычаи, культура. 



 

 

Afat Hasanova  

About defence and propaganda agitation of cultural values 

Summary 

 

This article is about  cultural valuaes and the problems which are inherited to the future generation. As you 

know during the historical period in this is the  process of development and  forming of national consciousness, 

national-moral values are very important. This is researched in this article. National ethical valuaes and cultural 

development  of  people  serve  the  national  unity  of  citizen  in  every  country.  Azerbaijan  people  defended  their 

national moral valuaes, traditions during the hard periods of history too. 

Today defence of the national moral values, national traditions and pass them to future generation is re-

lated to the government. National ethical values and the cultural development is related to the name of Haydar 

Aliyev. The guat son of Azerbaijani people, political fiqure, fenomen human- Haydar Aliyev tried to defend 

our national values and develop Azerbaijani culture. Haydar Aliyev

,

s thoughts about the cultural development 



are researched in this scientific work. 

 

Keywords: national-cultural values of Azerbaijan, heritage, traditions, culture. 

 

 

Məqalənin redaksiyaya daxil olma tarixi: 04.10.2012 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 10.10.2012 

Məqalənin çapa qəbul olunma tarixi: 21.11.2012 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: professor Maral Manafova  

ADMİU

-nun Elmi Şurasının 27 dekabr 2012-ci il, 04 saylı qərarı ilə çap olunur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 93,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə