Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   2   3   4   5   6   7   8   9   ...   29

     Əhməd Zeyni Dəhəlan yazır: “Taifin işğalından sonra istədilər Məkkəyə üz tutsunlar. Amma 

gördülər ki, hacıların çoxu Məkkədədir, Misir və Şamdan gələn hacılar da yoldadır, mümkündür onlar birləşib 

döyüşə qatılalar. Buna görə də səbr edib zilhiccə ayının qurtarmasını gözlədilər”. 

/31

      



      

     /30/ -  “Əl-Fəcrus-sadiq” səh.22. “Vahabilər”dən nəql edərək səh.301. 

     /31/ -  “Əl-Fütuhatul-İslamiyyə” c.2, səh.234, “Xülasətul-kəlam”. 

      


      

Müqəddəs Məkkənin işğalı 

     Taifin  işğalından sonra Nəcd alimləri Məkkə alimlərinə  məktub göndərdilər. Məkkə alimləri bu 

məktuba cavab yazmaqla məşğul idilər ki, Taif məzlumlarından bir dəstə gəlib, başlarına gələn müsibətləri 

danışdılar. Eşidən-bilən elə  dəhşətə  gəlmişdi ki, sanki qiyamət qalxmışdı. Axırda Məkkə alimləri vahabilər 

üçün kafir hökmünü verdilər. E’lan etdilər ki, Məkkə  əmirinə  onlara bu işdə köməklik üçün vahabilərlə 

mübarizə etməsi vacibdir. Üzürsüz səhlənkarlıq edənlər günahkar, cihad edib vuruşanlar mücahid, vahabi əli 

ilə öldürənlər isə şəhiddirlər”.

 /32/

 

     Məkkənin müftisi olan Zeyni Dəhəlan (1304-cü hicri ilində vəfat etmişdir) yazır: “Məkkənin əmiri ilə 



Qalib müharibə üçün özünü güclü saymadığına görə qardaşı  Əbdülmuini öz yerinə  tə’yin edib Cəddəyə 

getdi. Məkkə əhalisi taiflilərin başına gələnlərin öz başlarına gələcəyindən qorxub aman istədilər. Səud da 

onlara aman verdi”.  

     1217-ci ilin axırlarında Səud ibn Əbdüləziz Məkkəyə hücum edərək, 1218-ci ilin məhərrəm ayının 

8-də  şəhərə girib oranı  işğal etdi. “Bu il mən iraqlılarla (şiələrlə) müharibəyə hazırlaşırdım. Amma 

müsəlmanların (vahabilərin) taiflilərlə müharibə edib sizə  tərəf gəldiklərini eşitikdə,  çöl ərəblərinin sizə 

hücum edəcəyindən qorxdum. Allaha şükür edin ki, sizləri İslama (vahabiliyə) hidayət edib şirkdən qurtardı!”. 

Bu sözləri Səud deyirdi. Bərk qorxmuş  Məkkənin müftisi isə  əhaliyə üz tutub söyləyirdi: “Əmir Səud belə 

buyurur!”. Sonra Əbdülmuin, müfti, qazi və camaat Səuda bey’ət etdilər. Məkkə bütünlüklə  işğal altında 

olduğundan və hamı  əmrə tabe olmaq zərurəti önündə qaldığından, Səud camaata öz əlləri ilə tikdikləri 

gümbəzləri öz əlləri ilə sökmələrini əmr edərək: “...Sizin üçün Allahdan başqa mə’bud qalmasın!” dedi. 

     Həmin günün səhəri vahabilər Məkkə camaatının bir çoxu ilə əllərində bel, külüng yola düşdülər. 

Onlar “Cənnətül-müəlla” qəbirstanlığının bir çox gümbəzlərini,  Əbu Talibin, Əbdülmüttəlibin, Həzrət 

Xədicənin və Peyğəmbər (s) övladlarının qəbirlərini viran etdilər. Sonra Həzrət Rəsulun(s),  Əbu Bəkrin, 

Əlinin(ə) və  Həzrət Xədicənin doğulduğu yerlərin gümbəzlərini sökdülər... Kə’bədən savayı  Məkkədə olan 

bütün ziyarətgahları viran etdilər. Məkkə camaatı da qorxudan bu müqəddəs məkanları    dağıtmaqda 

vahabilərlə  əlbir oldu. Vahabilər bu işləri görəndə  rəcəz oxuyur, təbil çalırdılar! Bunlardan sonra Səud, 

Mühəmməd ibn Əbdülvəhhabın kitablarını, xüsusilə  də “Kəşfüş-şübəhat” kitabındakı ideyalarını öyrənib-

öyrətməyi əmr etdi. Sərəncam verdi ki, avam camaat gəlib dərslərdə iştirak etsin, onlar da çarəsizlikdən tabe 

oldular. 

     Tarixçi Cəbərti deyir: “Məkkə əhalisinin çoxu həccə gələnlərlə birgə vahabilərin qarşısından qaçdı. 

O vaxt camaat arasında vahabilər barəsində fikir müxtəlifliyi var idi. Məkkə əhalisi onları kafir və dindən xaric 

bildilərsə də, bir qrup bu fikirlə razılaşmadı”. 

/33/

 

     Öz  e’tiqadlarına görə  şirk olan işlərdən, o cümlədən, təvəssül və  qəbirlərin ziyarətindən camaatı 



çəkindirirdilər. /34/ 

      


     /32/ -  “Seyfül-cəbbar”, Şah Fəzl Rəsul Qadiri, 2-ci səhifədən sonra. 

     /33/ -  “Əl-Muxtar min tarixil-Cəbərti” səh.533, “Kəşfül-irtiyab” səh.22-23. 

     /34/ -  “Əl-Fütuhatul-İslamiyyə” c.2, səh.234. 

      


      

      


Cəddə limanına hücum 

     Vahabi  tarixçisi  İbn Bişr “Nəcdin tarixi” kitabında yazır: “Səud 20 gün Məkkədə qaldıqdan sonra 

(bə’zi tarixlərə əsasən, 24 gün) Qalibi tutmaqdan və Cəddəni ələ keçirib, orada hökmranlıq etməkdən ötrü 

Məkkədən çıxdı. O, 8 gün Cəddəni mühasirədə saxladı. Amma qala divarlarından  açılan top atəşlərinin 

 

12



vahabilərin çoxunu məhv etməsi, Səudun ümidini qırdı. O, Cəddənin işğalından vaz keçib Nəcdə qayıtdı. 

Həm də o eşitmişdi ki, iranlılar Fətəli şah Qacarın əmri ilə Nəcdi ələ keçirmək üçün hücum etmişlər”. 

      

Məkkənin vahabilərdən azad edilməsi 

     Səudun Cəddədən çəkilməsindən sonra Qalib və Cəddə hökmdarı böyük top və çoxsaylı ordu ilə 

birlikdə, Məkkəni azad etmək məqsədilə yola düşdülər. Məkkəyə çatdıqda, bir döyüşdə şəhəri ələ keçirdilər. 

Onların  şəhərə daxil olması ilə vahabilərin oradan qaçmağı bir oldu. Vahabilər məğlubiyyətə  uğradıqda 

Məkkə  ətrafındakı  qəbilələrə hücum edib, çoxlu adam öldürdülər, qadınları kişilər arasında lüt-üryan edib, 

vəhşiliklər törətdilər. Camaat aman istədikdə, onları vahabi olmaları şərti ilə öldürməyib sağ buraxdılar.  

      

Əbdüləzizin öldürülməsi 

     Hicri  1218-ci  il  rəcəb ayında, 1216 və 1218-ci illərdə  Kərbəla və  Məkkə kimi müqəddəs  şəhərlər 

azad edildi. Nəhayət, müsəlmanların başına bəlalar gətirən Səudun atası Əbdüləziz qətlə yetirildi. O, Dir’iyyə 

şəhərindəki məsciddə  səcdə edərkən, Mosul, yaxud İmarədən (İraq) onu öldürmək üçün gələn bir kişi 

xəncərlə onu vurdu. Əbdüləziz evinə aparılandan az sonra öldü. Onu öldürən şəxsi də Əbdüləzizin qardaşı 

Abdullah öldürdü. 



Səud ibn Əbdüləziz 

     Əbdüləzizin öldürülməsindən sonra onun ordusunun başçısı olan oğlu Səud  yerinə keçdi. Səud 

vahabilərin  ən qüdrətli  əmirlərindən idi. O, atasının sağlığında da, ölümündən sonra da vahabi məsləyinin 

yayılmasında həddən artıq sə’y göstərir, qırğınlara, qarətlərə və başqa cinayətlərə əl atmaqdan çəkinmirdi. 

Səud 2 il Mühəmməd ibn Əbdülvəhhabın  şagirdi olmuşdu.  O, Əhməd ibn Hənbəlin məzhəbinin əsasında 

hədis və fiqh elmindən baş  çıxarır və özünün bu barədə  dərsləri var idi. Səud öz sülaləsinin  nüfuzunun  

artması üçün çox çalışır və daim ətraf qəbilələrə, müqəddəs  məkanlara, Hicaz və  İraqın  şəhərlərinə, 

tayfalarına hücumlar edirdi. O, çalışırdı ki, bütün  islami ideyaları yox  edib, yerinə Ali-Səudun hökumətini və 

vahabi məzhəbini bərqərar etsin. 

      


Cəddəyə yeni hücum və Yənbunun işğalı 

     Vahabilər 1219-cu ildə yenidən Cəddəni mühasirəyə aldılar. Amma yenə də topların atəşindən geri 

çəkilib, Cəddənin 30 fərsəxliyində yerləşən Yənbu adlı limana hücum çəkib zəbt etdilər. Lakin sonralar Qalib 

bir döyüşdə onlardan çoxlu adam qıraraq, Yənbunu geri aldı. 

      

Müqəddəs Məkkənin mühasirəsi 

     1219-cu ildə Səudun əmri ilə Məkkə ikinci dəfə mühasirəyə alındı. Camaata qıtlıq və aclıq üz verdi. 

Onlar it, pişik  əti yeməyə  məcbur olmuşdular. Aclıqdan çoxlu adam öldü. Bə’ziləri  şəhərdən qaçarkən 

vahabilər tərəfindən öldürüldülər. Kim yol tapırdısa,  şəhərdən qaçırdı.  İş o yerə çatdı ki,  şəhərdə çox az 

adam qaldı. Belə ki, Məscidül-həramda camaat namazının tək bir sırası güclə dolurdu.  Bütün dükan-bazar 

bağlanmışdı. Əmir Qalib də camaatla ayaqlaşmağa çalışırdı. 

     “Nəcdin tarixi” əsərinin müəllifi vahabi tarixçisi İbn Bişr deyir: “1220-ci ildə Qalib öz əmirliyinin 

Nəcdə tabe olmasını  qəbul edib, hökumətinin yeni qanunlarla uzlaşmasına çalışdı. Belə ki, tütün və 

tənbəkidən istifadəni qadağan etdi. Habelə,  əmr etdi ki, camaat namazlarını yalnız  məscidlərdə  qılsınlar, 

müəzzinlər  yalnız azan desinlər, Peyğəmbərə (s) salam deməkdən isə çəkinsinlər. 



/35/ 

      


     /35/ -  “Ünvanül-məcd fi tarxi-Nəcd” c.1, səh.153-dən sonra. 

      


      

Müqəddəs Mədinənin işğalı və oradakı 

qəbirlərin, islami dəyərlərin viran edilməsi 

     Səud 1220-1221-ci illərdə Mədinəyə hücum edərək, şəhəri 1 il yarım mühasirədə saxladı, nəticədə 

o, müqəddəs məkanı  işğal etdi. Həzrət Rəsuli-Əkrəmin(s) hərəmində qiymətli nə var idisə, hamısını qarət 

etdi. Osmanlı dövləti tərəfindən Məkkə və Mədinəyə tə’yin edilmiş qazi qovuldu, Peyğəmbərin (s) və Bəqidə 

dəfn olunmuş imamların qəbrinin ziyarəti qadağan edildi. Osmanlı adamlarının hamısını sürgün edib, 

Osmanlı sultanının adını qadağan etdi.  Səud Mədinə  əhalisindən soruşdu: “Bəqi qəbirstanlığındakı bu 

gümbəzləri nə edək?”. Camaat da qorxudan: “dağıdağ”-dedi. Bundan sonra vahabilər  şəhər  əhalisinin 

 

13




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə