Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

öldü. Məhəmmədəli Paşanın Qaliblə  rəftarı  ərəblərin çoxunun ondan üz döndərməsinə  səbəb oldu. Ərəb 

başçıları düşmənə qoşuldular, Məkkə və  Mədinədə  qəhətlik, aclıq, bahalıq başlandı. Zeyni Dəhəlan deyir: 

“Qalib dünya siyasətçilərindən biri olaraq 27 il hökmranlıq etdi. O, 1205-1220-ci illərdə 50 dəfədən artıq 

vahabilərlə vuruşmuşdu”. 

      

Səudun ölümü və  

oğlu Abdullahın onun yerinə keçməsi 

     Səud, Məhəmmədəli Paşanın təkliflərinin şərtlərini rədd edərkən, Paşa müharibəyə  hazırlıq gördü. 

Bu arada, Səud sidik kisəsində yaranmış şiş nəticəsində Dir’iyyədə öldü. Onun yerinə atası və babası kimi 

vuruşqan və vahabi əqidəsinə təəssüblü olan oğlu Abdullah keçdi. 

     Məhəmmədəli Paşa Nəcddə yerləşən Qənfəzəyə quru və  dənizlə böyük bir  ordu göndərib ikinci 

ildə oranı ələ keçirdi. Qənfəzənin müdafiəsində  amansızlıqla vuruşan vahabi sərkərdəsi  Qami Əbu Nöqtə 

əsir götürülüb Misirə, oradan da İstanbula aparılaraq cəzalandırıldı. Məhəmmədəli Paşa böyük ordu ilə Taif 

şəhərini vahabi işğalından azad edib, Kəlağa tərəf üz tutdu. Beləliklə o, müxtəlif istiqamətlərə qoşun 

göndərdi. Daha sonra oğlu Əhməd Tosunu Mədinəyə göndərib, özü həcc mərasimini yerinə yetirmək üçün 

Məkkəyə yola düşdü.  

     Onun igidliyi sayəsində Məkkə, Mədinə, Yənbu, Taif və Cəddədən vahabi təhlükəsi  sovuşmuşdu. 

1230-cu ildə o, Həsən Paşa Ərtunini Məkkədə öz yerinə tə’yin etdi və oğlu Tosunu Hicaz  ordusuna başçı 

seçib Misirə qayıtdı. 

     Atasının gedişindən sonra Tosun taxta yeni çıxmış Abdullah ibn Səudun üzərinə qoşun çəkdi və 

nəhayət,  şə’ban ayından sonra onunla sülh sazişi bağladı. Sazişin  şərti bu idi ki, Abdullah ibn Səud 

tamamilə Tosunun hakimiyyəti altında olmalıdır. 

     Abdullah  ibn  Səud vahabi başçılarından 20 nəfərini girov alaraq Tosunun göndərdi. O da onların 

ikisini atasının yanına göndərib, özü isə Misirə yola düşdü. Amma çox keçmədi ki, taun xəstəliyinə tutulub 20 

yaşında ikən vəfat etdi. Məhəmmədəli Paşa  oğlunun ölümündən çox qəmgin oldu. 

     Osmanlı sultanı və Məhəmmədəli Paşa vahabilərin işini bitirmək istəyirdilər. Hicaz əhalisindən bir 

qrupu Misirə gəlib, Abdullah ibn Səudun rəftarından şikayət etdilər. Məhəmmədəli Paşa bunu bəhanə edib, 

Osmanlı türklərindən, misirlilərdən, mərakeşlilərdən, şamlılardan və iraqlılardan ibarət böyük bir ordu yığıb 

İbrahim Paşa ilə Hicaza göndərdi. 

     İbrahim Paşa cəsur və təcrübəli sərkərdə idi. O, Yənbu limanından Mədinəyə yönəlib onun ətrafını 

tamamilə ələ keçirərək, 1232-ci ildə Nəcdin Rəclə məntəqəsinə  hücum etdi. 

     İbrahim Paşa ordusunun say, silah, toplar cəhətdən güclü olduğundan, Abdullah ibn Səudu 

cəbhənin bütün istiqamətlərində üstələdi. O, axırda İbn Səudun paytaxtı Dir’iyyəni mühasirəyə aldı. Vahabi 

müdafiəçiləri  şiddətli müqavimət göstərsələr də o, şəhəri bütünlüklə  ələ keçirdi. Bu mühasirə  ərəfəsində 

çoxlu adam öldürüldü, böyük bir dəstə qaçdı,  şəhər  ələ keçirilərkən isə qalanların hamısı  əsir edildi. Əmir 

Abdullah da qohumlarının və yaxınlarının bir çoxu ilə  təslim oldular. İbrahim Paşanın  əmri ilə  Səud 

əmirlərinin bə’zilərini topların ağzına bağlayıb atəş açdılar, digərlərini güllələdilər, bir hissəsini də    əsir 

etdilər.  

     Dir’iyyənin fəthi, Abdullah ibn Səudun əsir alınması və vahabilərin qəti məğlubiyyəti xəbəri Misirə

Məhəmmədəli Paşaya  çatdıqda əmr etdi ki, bu böyük qalibiyyət münasibətilə min topdan atəş açılsın, yeddi 

gecə-gündüz şəhəri işıqlandırsınlar. Bu yeddi gecə-gündüzdə açılan top atəşlərinin sayı 80 minə çatdı. 

      


      

           



Vahabilərin sonuncu əmiri 

Abdullah ibn Səudun həbs edilməsi 

     1234-cü hicri ilinin əvvəlində İbrahim Paşa Abdullah ibn Səudu və vahabi əsirlərin bir çoxunu Misirə 

göndərib  əmr etdi ki, Osmanlı sarayı Babül-aliyə çatana qədər yolda onlardan muğayat olsunlar. İbn Bişr 

Nəcdinin yazdığına görə, Əmir Abdullahı dostlarından 3-4 nəfərlə, Əhməd Zeyni Dəhəlanın dediyinə görə isə 

bir çox Nəcd  əmirləri ilə birgə 1234-cü ildə ata mindirilmiş halda Misirə  gətirdilər. Camaat tamaşaya 

çıxmışdı. Onlar şəhərə daxil olanda toplardan atəş açıldı. 

     Abdullah,  Məhəmmədəli Paşanın yanına gətiriləndə Paşa ondan soruşdu: “Bu nə  bəlalar idi ki, 

törətdin?!”. Abdullah dedi: “Müharibə belədir! Siz bizə  nə etdinizsə, biz də sizə etdik”. Abdullahın yanında 

kiçik, amma enli bir sandıq var idi. Məhəmmədəli Paşa soruşdu: “Bu nədir?”. Abdullah cavab verdi: “Bunu, 

 

16




atan Peyğəmbərin hücrəsindən götürmüşdü, istəyirəm Osmanlı sultanına aparım”. Məhəmmədəli  əmr etdi 

ki, sandığın ağzını açsınlar. İçərisində misli-bərabəri olmayan, əvvəlki sultanlara məxsus üç nüsxə Qur’ani-

Məcid, 300 ədəd iri mirvari, 1 ədəd böyük zümrüd daşı  və  qızıl bir qab var idi. Məhəmmədəli dedi: “Siz 

Peyğəmbərin (s) hücrəsindən bunlardan başqa  əşyalar da götürmüşsünüz”.  Əmir Abdullah cavab verdi: 

“Atamda qalan bunlar idi. Başqa şeyləri özünə saxlamayıb ərəblər, Mədinə əhalisi,hərəm xacələri və Məkkə 

hakimi arasında bölüşdürdü”. Məhəmmədəli dedi: “O, doğru danışır, çünki bu əşyaların çoxunu Məkkə 

hakimində gördük”. 

/41/

 

     Sonra Məhəmmədəli Paşa Əmir Abdullahı İstanbula göndərdi. Orada Əmir Abdullah və yaxınlarını 



küçə-bazarda dolandırdılar. Abdullahı Sultan sarayı, Humayunun qarşısında, o birilərini isə şəhər ətrafında 

dara çəkdilər.  

      

     /41/ -  “Vahabilər” səh.357. 

      


      

 

Mühəmməd ibn Əbdülvəhhab sülaləsi 



və Ali-Səud başçılarının aqibəti 

     Tərəflər arasında baş verən  müharibələr  əsnasında, xüsusən, Dir’iyyə  şəhərinin mühasirəsi 

zamanı Ali-Səud və Ali-Şeyx Mühəmməd ibn Əbdülvəhhab başçılarının bir hissəsi öldürüldü, digər hissəsi 

isə e’dam edildi. İbrahim Paşa Dir’iyyə camaatı ilə sülh bağladıqdan sonra hədə-qorxuyla  Şeyx Süleyman 

ibn Abdullah ibn Mühəmməd ibn Əbdülvəhhabın təslim edilməsini tələb etdi. Şeyx Süleyman təslim 

edildikdə, onu təhqir etmək məqsədilə bir neçə nəfərin qarşısında rübab çalmasını əmr etdi. Sonra onu oxa 

tutdurdu. İbrahim Paşa doqquz aya kimi Dir’iyyədə qaldı. Bu müddətdə bütün  Ali-Səud və Mühəmməd ibn 

Əbdülvəhhab  sülaləsini Misirə sürgün etdirdi. Dörd yüz nəfərlik kişi, qadın və  uşaqlardan ibarət dəstəni 

Misirə köçürtdü, onlardan bir çoxunu oradaca e’dam etdilər. 

/42/

 

      



     /42/ -  “Əl-Fütuhatul-İslamiyyə”, Əhməd Zeyni Dəhəlan c.2, səh.267. 

      


      

Ali-Səud və vahabilərin mərkəzi Dir’iyyə 

     İbn Bişr Nəcdi deyir: “Mən Dir’iyyəni Ali-Səudun  dövründə görmüşdüm.  Şəhər camaatı dövlətli, 

sərvətli idi, silahları    qızılla zinətlənmiş,  nəcib və bahalı  atlara minirdilər, bahalı libaslar geyinirdilər, 

yaşayışları elə idi ki, dillə təsəvvür etmək qeyri-mümkündür. Bir gün bir tərəfdə qadınları, digər tərəfdə isə 

kişilərin olduğu bazarda qızıl, gümüş, silah, dəvə, qoyun, bahalı at və libaslar, ət və digər ərzaqlar gördüm. 

Bazar çox böyük idi, alverçilərin hay-küyü pətəkdəki bal arılarının səsini xatırladırdı.” 



/43/

 

     İbn Bişr bu qədər sərvətin haradan olduğunu izah etməmişdir. Amma tarixdən göründüyü kimi, bu 



mal-dövlət Nəcdin digər  şəhər və  qəbilələrinin qarəti hesabına yığılmışdı.  İbn Bişr özü, 1229-cu ildə ölən 

Səud ibn Əbdüləzizin həyatının tarixində deyir ki, o, öz hücumlarında kiçik uşaqlar və qoca qadınlardan 

başqa hamını qılıncdan keçirir, əmlaklarını qarət edirdi. 

/44/

 

      



     /43/ -  “Ünvanül-məcd fi tarixi-Nəcd” səh.13. 

     /44/ -  “Vahabilər” səh.151. 

      


      

Dir’iyyə və vahabilərin süqutu 

     1234-cü ilin şə’ban ayında Məhəmmədəli Paşa İbrahim Paşaya yazdığı məktubda Dir’iyyəni yerlə-

yeksan etməyi əmr etdi. Dir’iyyə çox cəmiyyətli, böyük və əzəmətli bir şəhər idi. 

     İbrahim Paşa Dir’iyyə camatına  əmr etdi ki, şəhərdən çıxsınlar. Eyni zamanda, onun ordusu 

hökumət saraylarını, evləri sökməyə, xurma ağaclarını    kəsməyə başladı. Sakinləri hələ köçməmiş  bə’zi 

evləri viran etdilər. Bağları  və evləri yandırdılar. Bu minvalla Dir’iyyədə quru torpaqdan başqa salamat bir 

şey qalmadı.  

     İbrahim Paşa Nəcdin başqa qalalarını  və müdafiə qurğularını sökmək üçün dəstələr göndərib 

Mədinəyə qayıtdı. Oradan Şama yollanıb bir sıra mövqeləri  ələ keçirərək, 1235-ci ilin məhərrəm ayında 

 

17




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə