TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə14/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   10   11   12   13   14   15   16   17   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      31 
savabın  ola  bilərmi?  (Bəlkə  üzürün  var?)”.  O,  qorxu  içində:  “Xeyr!”-  deyə 
cavab  verəcək.  Allah:  “Əksinə,  dərgahımızda  sənin  üçün  savab  vardır.  Odur 
ki,  bu  gün  sənə  zülm  edilməyəcək”.  Bu  vaxt  onun  qarşısına  içində  “Əşhədu 
Əllə  Iləhə  Illəllah  Və  Ənnə  Muhəmmədən  Abduhu  Və  Rəsuluhu”  yazılmış  bir 
kağız parçası qoyulacaq. O deyəcək: “Ey Rəbbim! Bu qədər kitabın qabağında 
bu kağız parçası nə fayda verə bilər?” Allah: “Sənə zülm olunmayacaq!” Sonra 
kitablar  tərəzinin  bir  gözünə,  kağız  parçası  isə  digər  gözünə  qoyulacaq.  Bu 
kağız parçası ağır gələcəkdir. Bu gün Allahın İsmini ilə yanaşı heş bir şey ağır 
gələ bilməz (kitablar havaya qalxacaq)”
49
.  
Tövhid  günahlara  kəffarədir.  Qul  Allahın  haqqını  nə  qədər  çox  ödəyərsə, 
bir o qədər də onun Cənnətə düşmək ehtimalı artar. Bütün bu hədislər dəlildir 
ki, Tövhid əhli əbədi olaraq Cəhənnəmdə qalmayıb sonda Cənnətə girəcəkdir. 
Hətta  etdiyi  günah  və  asiliklərinə  baxmayaraq.  Bu  Tövhidin  ona  riayət  edən 
qullarına  verdiyi  nemətdir.  Lakin  insan  unutmamalıdır  ki,  Lə  İləhə  İlləllah  - 
kəlməsi bütün yaradılmışlardan daha ağır olmasına rəğmən bir çox insanların 
tərəzisində  yüngül  gələcəkdir.  İtban    rəvayət  edir  ki,  Rəsulullah    buyrdu: 
Lə İləhə İlləllah deyib, bununla Allahın Üzünü (Vəchini) tələb edən kimsəyə 
Allah Cəhənnəmi haram edər”.
50
 
Bəzən səkkizinci şərti də qeyd edirlər: 8) Allahdan qeyri ibadət olunan hər 
bir  şeyi  inkar  etmək  və  uzaqlaşmaq.  “Hər  kəs  Tağutu  (Şeytanı  və  ya  bütləri) 
inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən 
(dəstəkdən)  yapışmış  olur.  Allah  (hər şeyi olduğu kimi)  Eşidəndir, Biləndir!”  (əl-
Bəqərə 256). “Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onlara tapınmağımızı 
qadağan  etdiyinə  görə)  sənə  sədəmə  (xətər)  toxundurmuşdur  (ona  görə  də  ağzına 
gələni  danışırsan)”.  (Hud)  belə  cavab  verdi:  “Allahı  şahid  tuturam  və  siz  də 
şahid  olun  ki,  mən  sizin  (Rəbbinizə)  qoşduğunuz  şəriklərdən  uzağam!  Bircə 
Ondan  (Allahdan) başqa!  (Yalnız Ona ibadət edirəm).  İndi  hamılıqla  mənə  qarşı 
nə  hiylə  qurursunuzsa,  qurun  və  mənə  heç  möhlət  də  verməyin!”  (Hud 54-55). 
Əbu  Məlik    rəvayət  edir  ki,  Rəsulullah    buyrdu:  "Lə  İləhə  İlləllah  deyib, 
Allahdan  başqa  ibadət  olunan  hər  bir  şeyi  inkar  edən  insanın  canına,  malına 
qəsd  etmək  haramdır.  Onunla  haqq  hesabı  Allah  özü  çəkəcəkdir".
51
 Bu  hədis 
Lə İləhə İlləllah – kəlməsinin məna və məfhumunu çox gözəl bir şəkildə ortaya 
qoyur.  Belə  ki,  mal  və  canın  qorunma  altına  girməsi  bu  kəlməni  tələffüz 
etməyə görə deyildir. Hətta mənasını qavramaq, iqrar etmək, bir və tək olaraq 
Allaha dua etmək də kifayət deyildir. Allahdan başqa hər ibadət olunanı rədd 
                                                        
49
 Tirmizi 2639, İbn Macə 4300, əl-Albani “Səhih”.  
50
 Buxari 425, Muslim 33, Əhməd 5/449.  
51
 Muslim 23.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      32 
etmədikcə, bir kimsənin malı və canı toxunulmaz deyildir. Bu məsələdə şübhə 
duyan kimsənin də malı və qanı toxunulmaz deyildir.  
 
MUHƏMMƏDƏN  RƏSULULLAH 
 
Mənası  –  Onun  Allah  tərəfindən  göndərilmiş  Peyğəmbər  olduğuna 
inanmaq, onu sevməyin vacib olduğuna, əmr etdiyi şeylərdə ona itaət etməyə, 
verdiyi  xəbərlərdə  onu  təsdiq  etməyə  və  heç  bir  sözü  onun  sözündən  irəli 
keçirməməyə  inanmaq  deməkdir.  Bu  iki  şəhadət  kəlməsi  bir-birindən 
ayrılmazdır. Buna görə də həm azanda, həm də təşahüddə bir yerdə zikr edilir. 
əl-İnşirah  surəsinin  4-cü  ayəsində:  "Sənin  ad-sanını,  şan-şöhrətini 
ucaltmadıqmı?"  (Yerdə, göydə səndən söhbət gedər, xütbələrdə adın çəkilər). 
Mücahid    deyir:  "Mən  xatırlanacaq  olsam  mütləq  sən  də  xatırlanacaqsan. 
Şəhadət  edirəm  ki,  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  yoxdur  və 
Muhəmməd Allahın qulu və rəsuludur".
52
  
Muhəmmədən  Rəsulullah  -  Muhəmməd  Allahın  qulu  və  Rəsuludur 
kəlməsini  dil  və  qəlb  ilə  qəbul  etmək,  ona  uyğun  olaraq  da  əməl  etmək 
(yaşamaq).  1)  Onun  xəbər  verdiklərini  -  Təsdiq.  2)  Əmr  etdiklərinə  -  İtaət.  3) 
Onun  qadağan  etdiklərini  -  Tərk.  4)  Allaha  onun  buyurduğu  şəkildə  ibadət 
etmək. Bu kəlmənin iki rükunu var: Abduhu (Qulu) - Rəsuluhu (Elçisi). İki şeyi 
inkar  edir:  İfrad  -  şişirtmək,  həddi  aşmaq.  Qulu  -  bilməklə  şişirtməkdən, 
ondan  kömək  istəməkdən  uzaqlaşmış  olur.  Təfrid  -  alçaltmaq,  bunu  da 
dağıdan  Rəsulullahdır.  Ona  itaətdə  səhlənkar  olmaq,  Sünnəsindən  uzaqlaş-
maq,  bidətlər  etmək,  təqlid  etdiyi  insanların  sözlərini  onun  sözündən  üstün 
tutmağı  qadağan  edir.  Muhəmməd    Allahın  qulu  və  bütün  insanlara,  hətta 
cinlərə göndərdiyi Rəsulu olduğuna dair dilin söylədikləri sözə uyğun olaraq, 
qəlbin  dərinliyində  də  bunu  təsdiq  etmək  deməkdir.  "Ya  Peyğəmbər! 
Həqiqətən,  biz  səni  (ümmətinə)  bir  şahid,  bir  müjdəçi  və  bir  qorxudan  kimi 
göndərdik! Biz səni Allahın izni ilə ona tərəf çağıran və nurlu bir çıraq olaraq 
göndərdik!" (əl-Əhzab 45-46).  
Buna görə də keçmişə və gələcəyə dair verdiyi bütün xəbərlərdə, haram və 
halal  etdiyi  bütün  xüsuslarda  onu  təsdiq  etmək,  verdiyi  əmrləri  yerinə 
yetirmək,  qadağan  etdiklərindən  uzaq  olmaq  lazımdır.  “De  ki:  “Əgər  Allahı 
sevirsinizsə,  mənim  ardımca  gəlin  ki,  Allah  da  sizi  sevsin  və  günahlarınızın 
üstünü  örtüb  sizi  bağışlasın.  Allah  bağışlayan  və  mərhəmətlidir”.  (Ali-İmran 
31).  Əbu  Hureyra  Abdur-Rahmən  ibn  Saxr    rəvayət  edir  ki,  Rəsulullahın   
belə  buyurduğunu  eşitdim:  "Sizə  nəyi  qadağan  edirəmsə  ondan  uzaq  durun, 
nəyi əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yoxdur ki, 
                                                        
52
 İbn İshaq "Fadlus-Saləti alən-Nəbi" s.86. əl-Albani mursəl hədis olduğunu bildirmişdir. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə