The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə97/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   94   95   96   97   98   99   100   101   102

242 
 
G.İbrahimova 
 
AR Konstitusiyasının 61-ci maddəsinə  əsasən, hər kəsin yüksək keyfıyyətli hüquqi 
yardım almaq hüququ vardır. Qadın və kişinin hüquqi xidmətlərdən istifadə hüquqları 
bərabərdir [4, 20]. 
AR Ailə  Məcəlləsinin 2-ci maddəsinə  əsasən, bu Məcəllə nikahın bağlan- ması, 
nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə 
üzvləri (ər-arvad, valideynlər, uşaqlar), eləcə  də ailə qanunvericiliyində  nəzərdə tutulmuş 
hallarda başqa qohumlar və digər  şəxslər arasında yaranan əmək və  şəxsi qeyri-əmlak 
münasibətlərini tənzimləyir, valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə 
götürülməsi qaydalarını müəyyən edir [2, 7]. 
Ailə  Məcəlləsinin 2.3 və 2.4-cü maddələrinə  əsasən, nikah kişi ilə qadının ailə 
qurmaq məqsədi ilə AR-nın  Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət 
qeydiyyatı orqanında qeydiyyata alınan könüllü ittifaqdır [2, 7]. Nikaha daxil olarkən və ailə 
münasibətlərində  vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması 
qadağandır. Azərbaycan Respublikasında poliqam nikahlar qanunla qadağandır. 
Məlumdur ki, 1995-ci ildə Azərbaycan Respublikası «Qadınlara qarşı ayrı- seçkiliyin 
bütün formalarının ləğv edilməsi haqqında» Konvensiyaya qoşulmuşdur və bununla 
əlaqədar olaraq qadınlarla kişilərin bərabərliyi baxımından Milli Qanunvericiliyin təhlili 
aparılmışdır. Təqdim olunmuş cədvəl 48(əlavələr) həmin təqvimi özündə əks etdirir. 
QPDK Milli Qanunvericiliyin tam gender ekspertizası üzrə proqram hazır- lanmasına 
və onun gender bərabərliyi baxıınından adekvat gerçəkləşdirilməsi üçün bir sıra tədbirlər 
tövsiyə edir ki, bu, kişilər və qadınlarla bağlı gender uyğunsuzluqlarını qanunların tətbiq 
edildiyi konkret halları  aşkar edilməsinə kömək edəcək və AR-da mövcud olan 
qanunvericiliyi beynəlxalq hüquqi məkana daha sıx qovuşmasına təkan yaradacaqdır [9, 
169]. 
İnsan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin 
yaradan ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi demokratik, hüquqi dövlət 
quruculuğu yoluna doğru aparan siyasi xəttin  əsasını  təşkii edir. Humanizm, sosial ədalət 
prinsiplərinin möhkəmlənməsi, demokratik islahatların aparılınasında müsbət dünya 
təcrübəsinin mənimsənilməsi, insan hüquq və azadlıqlarının qorunması bütün dövrlərdə 
Heydər  Əliyev siyasətinin mahiyyətini təşkil edən dəyərlər kimi qavranılıb. onun 
hakimiyyəti dövründə  həyata keçiri- lən hüquqi islahatlar və  məhkəmə orqanlarının 
təkmilləşdirilməsi adları çəkilən prinsiplər üçün hüquqi bazaya çevrilmişdi. Əminliklə deyə 
bilərik ki, 1993-cü ildən sonrakı dövr Şimali Azərbaycanda insan hüquq və azadlıqlarının 
inkişaf tarixində dönüş  mərhələsi kimi qiymətləndirilə bilər. Heydər  Əliyevin səyi 
nəticəsində  Şərqdə ilk dəfə olaraq Şimali Azərbaycanda ölüm hökmünün ləğvi onun bu 
sahədə həyata keçirdiyi dövlət siyasətinin məntiqi nəticəsidir. 
Beynəlxalq aləmdə insan hüquqları  çərçivəsində  təhlil olunan məsələlərdən qadın 
hüquqları və gender bərabərliyi ilə bağlı sənədlər əhəmiyyət kəsb edir. Qadınlara aid olan ilk 
Konvensiya - Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında 
Konvensiya 1979-cu ildə imzalanmış  və 1981-ci ildə qüvvəyə minmişdir.  İnsan hüquqları 
öhdəliklərini həyata keçirmək məqsədi ilə milli, regional və beynəlxalq səviyyələrdə 
müxtəlif mexanizmlərin (Konstitusiya və milli qanunvericilik və ya insan hüquqları ilə bağlı 
müqavilələr) yaradılmasında səmərəli inkişafa nail olmaq üçün mövcud mexanizmləri və 
onların təchiz etdikləri məhkəmə müdafıəsi vasitələrini başa düşmək vacibdir. İnsan 
hüquqları haqqında müqavilələrə uyğun olaraq ratifıkasiya və illdn məruzə  iştirakçı 
dövlətlərə öz milli qanunvericiliklərini, inzibati müddəalarını  və proseduralarını, habelə 
qəbul edilmiş təcrübələrini müqavilənin müddəalarına mümkün qədər tam uyğun gəlməsini 
təmin etmək üçün hərtərəfli nəzərdən keçirməyə imkan verir. Hər bir insanın həyatında və  


243 
 
G.İbrahimova 
 
yaşadığı  cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan 
Dövləti insan hüquq və azadlıqları sahəsində 220-dənn çox Beynəlxalq Konvensiyaya və 
sazişə, o cümlədən, «Siyasi və Mülki Hüquqlar haqqında» Beynəlxalq Sazişə, Birləşmiş 
Millətlər Təşkilatının «Uşaq hüquqları haqqında», «Qadınlara qarşı ayrı-seçkiliyin bütün 
formalarının ləğv edilməsi haqqında» və  «Ərli qadınların vətəndaşlığı haqqında» 
konvensiyalara qoşulmuşdur. 1992-ci ildən etibarən Beynəlxalq  Əmək Təşkilatının üzvü 
olan Azərbaycan Respublikası  BƏT-in 55 konvensiyasını ratifıkasiya etmişdir ki, həmin 
sənədlərdən bəziləri özündə qadınların məşğulluğu və əməyi sahəsində müxtəlif məsələlərə 
aid hüquq normalarını əks etdirir. Azərbaycan Respublikasının ümumxalq referendumu ilə 
12 noyabr 1995-ci ildə  qəbul olunmuş Konstitusiyası qadınların və kişilərin bərabər 
hüquqlarını təsbit etdi (25-ci maddə, II bənd) və demokratik dövlət quruculuğu prosesində 
onların fəal iştirakı üçün hüquqi baza yaratdı. Ölkədə hüquqi islahatların həyata keçirilməsi 
məqsədi ilə Prezident Heydər  Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə Hüquq 
İslahatları Komissiyası yaradıldı. Kons- titusiyada təsbit olunmuş insan və  vətəndaş 
hüquqlarının daha dolğun, hərtərəfli təmin edilməsi məqsədilə AR Prezidentinin «İnsan və 
vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi haqqında» 1998-ci il 22 fevral tarixli 
Fərmanı öl- kənin dünyaya və Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsi və 
demok- ratiyanın inkişaf etdirilməsinə geniş imkanlar yaratdı, insan hüquqları sahəsində 
görüləcək işlərin istiqamətləri və konsepsiyasını müəyyən edərək, onu dövlət siya- səti 
səviyyəsinə qaldırdı [10-11]. 
Bu Fərmandan irəli gələn məqsəd və  vəzifələri nəzərə alaraq, Azərbaycan konkret 
inkişaf mərhələsinə uyğun olaraq, insan hüquqları sahəsində  həyata ke- çirilən tədbirlərin 
səmərəliliyini artırmaq məqsədilə «İnsan hüquqlarının müda- fıəsinə dair Dövlət Proqramı» 
Prezidentin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edildi. Dövlət proqraınında insan 
hüquqları üzrə müvəkkil təsisatının yara- dılması, AR-nın insan hüquqları haqqında 
beynəlxalq sazişlərə qoşulması, insan hüquqları sahəsində  fəaliyyət göstərən beynəlxalq 
qurumlarla  əməkdaşlığın daha da inkişaf etdirilməsi və s. mühüm məsələlər nəzərdə 
tutulmuşdur. 
AR-da insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində  həyata keçirilən 
hüquqi islahatların məntiqi davamı kimi, 24 dekabr 2002-ci ildə qəbul edilən «Azərbaycan 
Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi» 
haqqında Fərman AR Konstitusiyasında qanuni tənzim etdiyi məsələlərin dairəsinə görə çox 
mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, qadın hüquqlarının müdafıəsi insan hüquqlarının 
müdafıəsinin tərkib hissəsidir və o bir sıra sənədlərdə («İnsan alveri və fahişəliyin üçüncü 
şəxslər tərəfındən istismarı ilə mübarizə haqqında» BMT, «İqtisadi, sosial və  mədəni 
hüquqlar haqqında» Beynəlxalq Pakt, «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının 
ləğv edilməsi» haqqında Konvensiya) öz əksini tapmışdır [8, 391]. 
AR QPDK-da «Milli Fəaliyyət Plaın»nda nəzərdə tutulmuş «Qadınlar və  İnsan 
hüquqları» strategiyasının həyata keçirilməsinə xüsusi diqqət verilir. Qa- dınlara qarşı 
zorakılıq cəmiyyətin strukturuna, iqtisadi bərabərsizliyə, milli əqi- dəyə, beynəlxalq 
münasibətlərə  və gender bərabərsizliyinə (kişilərin üstünlüyünü təsdiqləyən) dərin  şaxə 
atmış mürəkkəb hal olmaqla bərabər cəmiyyətdə baş verən sosial, psixoloji və iqtisadi ayrı-
seçkilik deməkdir. O, 1993-cü ildə BMT Baş Assambleyasının qəbul etdiyi Qadınlara Qarşı 
Zorakılıqla Mübarizə haqqında Bəyannamədə belə izah edilir: «İctimai və yaxud şəxsi 
həyatda qadına cinsi əlamətinə görə fıziki, seksual və yaxud psixoloji ziyan gətirən hər hansı 
bir zorakılıq aktı, onun həmin aktla hədələnməsi deməkdir». 17 dekabr 1997-si ildə BMT 
Baş Assambleyasının iclasında BMT-nin 3-cü komissiyasının hesabatı  əsasında Qadınlara 
Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü haqqında qətnamə təsdiq edildi. AR-da da  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə