The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə96/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   92   93   94   95   96   97   98   99   ...   102

240 
 
G.İbrahimova 
 
tələblərinə cavab verir. Lakin qanunların konkret işlərdə gerçəkləşdirməsi mexanizmləri 
hazırlanmamışdır. Qanunvericilikdəki müddəalara gender baxımından düzəlişlər etmək üçün 
tədbirlər hazırlanmalıdır ki, cinsi bərabərlik de- yure daha hərtərəfli təsbit olunsun, kişi və 
qadınlar üçün bərabər imkanlar de-fakto təmin edilsin. Qüvvədə olan qanunların 
əksəriyyətinin sovet dövründə  qəbul edilməsini və hazırda onların beynəlxalq hüquq 
normalarına uyğunlaşdırılmasına ehtiyac duyulduğunu nəzərə alsaq, bəzi gender qeyri-
bərabərliyinin olmasının səbəbləri aydınlaşır. Bununla yanaşı qanunlarda fızioloji 
xüsusiyyətləri (bir sıra hallarda yerli ənənə  və xüsusiyyətləri) nəzərə alaraq qadınların 
«xeyrinə» kişilərəqarşı «pozitiv diskriminasiya» hallarına rast gəlinir. Qanunların bu 
maddələrində qadın və kişi arasında bəzi fərqlər təsbit edilir, qadınlar üçün iş yerində  və 
ailədə xüsusi güzəştli  şərtlər müəyyənləşdirilir. Məsələn, baxmayaraq ki, Konstitusıyada 
hərbi mükəlləfıyyət barədə heç bir məhdudiyyət nəzərdə tutulmayıb (maddə 76: 2, 24), 
əslində həkimlər istisna olmaqla, qadınlar hərbi xidmətə çağırılmırlar. Cinayət Məcəlləsində 
qadınlar tərəfindən və ya onlara qarşı törədilmiş cinayətlərlə bağlı 15 maddə vardır. Bundan 
əlavə, elə cinayətlər vardır ki, onlara görə ancaq kişilər cəzalandırılır, halbuki bu cinayətləri 
qadınlar da törədə bilər (zorlama, nikaha daxil olmağa mane olma, poliqamiya və s.). 
Qadınlara kişilərdən fərqli olaraq bir sıra ağır cəza tədbirləri (ömürlük həbs cəzası, həbs 
müddətinin çəkilməsi zamanı xüsusi saxlama rejimi) tətbiq edilmir. Bu cəza tədbirləri 
qadınlar üçün ölüm hökmünün ləğvindən bir il əvvəl aradan götürülmüşdür. 
Əhalinin sosial müdafıəsi sosial hüquq anlayışı ilə bilavasitə bağlıdır. Sosial hüquq 
cəmiyyətin, sosial qrupun və  şəxsin inkişafı üçün məqsədəuyğun sayılan, insanların həyat 
fəaliyyətini təmin edən hüquqi normaların toplusudur. Sosial hüquqlara əsasən  əmək 
hüququ, iş yerini sərbəst seçmək hüququ, dövlətin hüdudları daxilində sərbəst yerdəyişmə və 
yaşayış yerini sərbəst seçmə hüququ, ədalətli və  sərfəli  əmək  şəraiti, işsizlikdən müdafıə 
hüququ, sosial təminat və sosial sığorta hüququ, ədalətli və  qənaətləndirici haqq almaq 
hüququ, bərabər  əməyə görə  bərabər  əmək haqqı hüququ, nikaha girmək və ailə qurmaq 
hüququ, ailənin, anaların, körpələrin, uşaqların, ahılların müdafıə, eləcə də müvafıq sosial və 
maddi təminat hüququ, insanın və onun ailəsinin müvafıq zəruri rifah halını, sağlamlığını 
saxlayan həyat səviyyəsi hüququ, istirahət və asudə vaxtı keçirmək hüququ, təhsil hüququ, 
mədəni həyatda iştirak hüququ, sosial və tibbi yardım hüququ daxildir [13]. Qadınların 
sosial hüquqları ilə bağlı həyata keçirilən əmək siyasəti indiyə qədər respublikada qadınların 
analıq və ailə  vəzifələrinin icrası ilə  əlaqədar güzəştlər, imtiyazlar və  əlavə  təminatların 
verilməsi ilə onların  əməyinin yüngülləşdirilməsi prinsipinə  əsaslanır. Qanunvericilik 
səviyyəsində qadınların məşğulluğu ilə bağlı ayrı-seçkiliyə yol verən norma ümumiyyətlə 
mövcud deyildir. Qadınların faktiki məşğulluğunu təmin etmək üçün yüksək səviyyədə bir 
sıra qərarlar qəbul edilmiş, habelə dövlət məşğulluq xidməti tərəfındən müvafıq tədbirlər 
görülmüşdür. Əmək hüququ hər kəsin ayrılmaz hüququ olaraq AR Konstitusiyasının 35-ci 
maddəsi ilə  təmin edilir [4, 13]. 1999-cu il iyulun 1-dən qüvvəyə minmiş  Əmək 
Məcəlləsinin 16-cı maddəsinə  əsasən qadınlara və sosial müdafıəyə ehtiyacı olan digər 
şəxslərə  əmək münasibətlərində güzəştlərin, imtiyazların və  əlavə  təminatların müəyyən 
edilməsini müvafıq hüquqi normalarla təsbit edilir. 
Hamiləlik, analıq məzuniyyəti, sosial məzuniyyət, sağlamlıq və iş yerində qadınların 
təhlükəsizliyini qorumaq üçün AR-nın  Əmək Məcəlləsinin 79, 91, 94, 98, 112, 117, 125, 
126, 127, 130, 133, 135, 140, 228, 240-245, 252 maddələrində müvafıq tədbirlər nəzərdə 
tutulur [3, 63, 70, 71,74, 80, 84, 89, 90-92, 94-96, 159, 166, 168, 169, 172; 756, 146-152]. 
Bu qanun kifayət qədər geniş olub həyatın, təsərrüfat fəaliyyətinin demək olar ki, 
bütün sahələri və dövrlərində qadınların çox müxtəlif çeşidli hüquqlarının təmin olunması və 
qorunması mexanizmlərinin tam hüquqi əsasını yaradır. AR-ınn 2001-ci ilin avqustunda  


241 
 
G.İbrahimova 
 
qüvvəyə minmiş «Məşğulluq haqqında» [12] qanununun 6.2.1.maddəsinə görə irqindən, 
milliyyətindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış 
yerindən,  əmlak vəziyyətindən,  əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və 
digər ictimai birliklərə  mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara  əmək və 
məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində  bərabər imkanların təmin 
edilməsi məşğulluq sahəsində dövlət siyasətinin əsas istiqamətidir. 
Peşə hazırlığı, ixtisasın artırılması  və yenidən hazırlıq keçmə hüququ «Məşğulluq 
haqqında» Qanunun 19-cu maddəsi əsasında təmin edilir və bu sahədə qadınlara qarşı heç 
bir məhdudiyyət qoyulmur. 
Pensiya təminatı sisteminin yenidən qurulması  məqsədi ilə «Azərbaycan 
Respublikasında pensiya islahatı» Konsepsiyası  işlənilib  hazırlanmış  və Respub- lika 
Prezidentinin 17 iyun 2001-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuşdur. Bu konsepsiyaya 
əsasən pensiya islahatlarının məqsədi pensiyaların yaşayış minimumunun təmin edilməsi, 
pensiya məbləğlərinin ödənilən sığorta ilə  əlaqəsinin yaxınlaşdırılması kimi mühüm 
vəzifənin həyata keçirilməsindən ibarətdir. Respublikada pensiya qanunvericiliyində 
qadınlar üçün bir sıra güzəştlər nəzərdə tutulur. «Vətəndaşların pensiya təminatı haqqında» 
[14] Qanuna əsasən kişilər 62 yaşına çatdıqda və azı 25 il stajı olduqda; qadınlar 57 yaşına 
çatdıqda və azı 20 il stajı olduqda pensiyaya çıxa bilər. Üç və daha çox uşağı olan və onları 
səkkiz yaşınadək tərbiyə etmiş qadınlar 51 yaşına çatdıqda və azı 16 il iş stajı olduqda onlara 
güzəştli pensiyaya çıxma hüququ verilir. Uşaqların sayı artdıqca qadının pensiyaya çıxmaq 
üçün tələb olunan yaş  həddi və  iş stajı da müvafıq olaraq bir il azaldılır. 9 uşağı olan və 
onları səldciz yaşınadək tərbiyə etmiş qadınlar 45 yaşı və azı 10 il iş stajı olduqda yaşa görə 
pensiya almaq hüququna malikdirlər. 
Anadangəlmə  əlil olan, uşaqları  səkkiz yaşınadək tərbiyə etmiş analar 50 yaşına 
çatdıqda və azı 15 il iş stajı olduqda yaşa görə pensiya almaq hüququna malikdirlər. Bu 
halda uşağın qayğısına qalmağa sərf edilmiş vaxt iş stajına daxil edilir. Əlil pensiyaçılara 
təqaüd AR-nın «Vətəndaşların pensiya təminatı haqqında» Qanununda müəyyən edilmiş 
qaydada təyin edilir. Qadınlar üçün güzəştlərin nəzərdə tutulduğu əlilliyə görə pensiyaların 
təyin edildiyi müddət istisna olmaqla, əlilliyə görə pensiyaların müəyyən edilməsi və onların 
məbləği cinsdən asılı deyildir. 
«Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 35-ci maddəsinə görə 
pensiyalar həkim-əmək ekspert komissiyasının müəyyən etdiyi bütün əlillik dövrü üçün 62 
yaşından yuxarı  əlil kişilərə  və 57 yaşından yuxarı  əlil qadınlara ömürlük təyin edilir və 
onlar yalnız öz ərizələrinə əsasən yenidən müayinədən keçə bilirlər. Bu norma ayrı-seçkiliyə 
yol vermir, bu, pensiyaların yaş  əsasında təyin edilməsinə  əsaslanan mövcud şəraitlə 
əlaqədardır. Qadın kişiyə nisbətən təqaüdə daha erkən çıxma hüququ vardır. 
Pensiyaların qeyd olunmuş növlərindən başqa Azərbaycan Respublikasında  əmək 
qabiliyyəti olmayan, işləməyən vətəndaşların ayrı-ayrı kateqoriyalarına onların  əmək 
pensiyası almaq hüququ olmadıqda sosial pensiyalar təyin edilir. Bu pensiyaların həcmi 
cinsi mənsubiyyətdən asılı deyildir. Dövlət Sosial Müdafıə Fondunun vəsaitləri hesabına 
müvəqqəti işsizlik üzrə müavinətin verilməsi ilə təmin edilir.  
AR-nın 28 dekabr 1999-cu il tarixli «Vəkillər və  vəkillik fəaliyyəti haqqında» 
Qanununun 1-ci maddəsinə əsasən, vəkillər öz fəaliyyətlərini, eləcə də vəkillər kollegiyası 
üzvlərinin bərabərliyi prinsipi əsasında həyata keçirirlər. Yuxarıda deyilənlərin  əsasında 
demək olar ki, bizim dövlətdə qadınlar məhkə- mələrdə  təmsil etdikləri  şəxslərin 
nümayəndəsi olan, andlı iclasçı qismində xidmət etmək hüququna malikdirlər, eləcə də AR 
məhkəmələrində hakim kimi işləyə bilərlər. Təsadüfı deyildir ki, hazırda ölkədə hakimlər 
korpusunun 14%-ni qadın hüquqşünaslar təşkil edir. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə