The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə95/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   91   92   93   94   95   96   97   98   ...   102

238 
 
G.İbrahimova 
 
layihələrinə daxil edilməsi; gender üzrə  təşkil edilmiş statistik məlumatlar və 
informasiyanın hazırlanması və yayılması. 
Komitənin qarşısında duran vəzifələr isə: qadınların sosial problemlərinin həlli, 
onların hüquqlarının qorunması, müxtəlif peşələrə yiyələnməsi, yenidən ha- zırlıq keçməsi 
və ixtisaslarının artırılması, iş yerləri ilə  təmin edilməsi üçün müvafıq dövlət və ictimai 
təşkilatlarla birlikdə  tədbirlərin görülməsi; qadınların beynəlxalq hüquq sənədlərində  əks 
olunmuş hüquqlarını müdafıə etmək üçün tədbirlərin həyata keçirilməsi; qadın təşkilatları, 
federasiyalar və birliklərin fəaliyyətinin əlaqələndirilməsi; dövlət strukturları və qadın qeyri-
hökumət təşkilatları, habelə beynəlxalq qadın təşkilatları arasında qarşılıqlı əlaqələri inkişaf 
etdirmək üçün tədbirlərin görülməsi; qaçqın və məcburi köçkün qadınların, habelə imkansız 
ailələrdən olan qadınların sosial problemlərinin öyrənilməsi və onların həlli üçün müvafıq 
dövlət orqanlarına müraciət edilməsi; qadınlarla bağlı dövlət siyasətinin  əsas istiqamətləri 
üzrə təkliflərin hazırlanmasından ibarət idi. 
1998-ci il sentyabrın 14-15-də Azərbaycan qadınlarının I qurultayı keçirildi. 
Qurultay qadınların fəallığı  və onların həll edilməmiş problemlərinin təhlili baxıınından 
mühüm hadisə olmuşdur. Qurultayda Azərbaycan qadınlarının Milli Şurası yaradıldı.Dövlət 
başçısı Heydər  Əliyev Azərbaycan qadınlarının I qurultayında Pekin konfransında qəbul 
edilmiş 12 strategiyadan biri olan gənc qızların problemlərinə toxunaraq, xüsusi konfrans 
keçirilməsini təklif etdi və bu konfrans 1998-ci il dekabrın 15-də keçirildi. Konfransda 22 
maddədən ibarət qərar qəbul edildi. 
1999-cu ilin yanvarında BMTİP-nın Azərbaycanda «Gender İnkişaf layi- həsi» II 
mərhələsinə  qədəm qoydu. Onun əsas fəaliyyət istiqaməti respublikada gender mərkəzinin 
yaradılması, gender araşdırmalarında təşəbbüskarlıq və yardım göstərilməsi, maarifləndirici 
gender kurslarının təşkili və QPDK-ya texniki yardım göstərməkdən ibarət idi. İlk dəfə 
olaraq ölkənin  əsas problemlərindən olan məcburi köçkünlərlə, qadın və  uşaqlarla bağlı 
statistik məlumat toplusu hazırlanıb nəşr edildi. 
Azərbaycan qadınlarının fəallığının artması istiqamətində önəmli hadisə olan AR 
Qadınlarının II qurultayı 2003-cü il sentyabrın 27-də Respublika Sarayında keçirilmişdir. 
Qurultayda başqa məsələlərlə yanaşı, koordinatorların fəaliyyəti qiymətləndirilmiş, 
nailiyyətlərlə yanaşı çatışmazlıqlar da müəyyən edilmiş və gələcək inkişaf perspektivlərinin 
ilkin konturları dəqiqləşdirilmişdir. 
Qadınlar arasında narkomanlığın mövcudluğu, narkotik vasitələrin qanunsuz 
dövriyyəsində qadınların iştirakı  və bu cinayətlərə  təhrik olunma hallarının qarşısının 
alınması  məqsədi iləPrezident Heydər  Əliyev qeyd edirdi ki, «Səhiyyə, təbliğat orqanları 
narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu 
hərtərəfli açıb göstərməli və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməlidir” [6]. 
Prezident Heydər  Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsinə 
diqqət göstərərək,onların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda 
geniş  təmsil olunmasına çalışmışdır. AR Konstitusiyasının 55-56-cı maddələrində qadınlar 
da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit 
edilir [4, 18]. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyri-şərtsiz 
iştirak etmək hüququna malikdirlər. 
«Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi 
haqqında» 6 mart 2000-ci il tarixli Fərmanı ilə AR-nın bütün dövlət qurumlarında fəaliyyət 
növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, 
Dövlət Statistika Komitəsinə QPDK ilə birlikdə standartlara cavab verən statistik məlumatın 
hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində  həyata 
keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər  


239 
 
G.İbrahimova 
 
imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi 
üçün onların münasib işlə  təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, 
qadınların hüquqlarının müdafıəsinin gücləndirilməsi məqsədi ilə AR-nın qanunlarında 
dəyişikliklər və əlavələr edilməsi barəsində təkliflərin irəli sürülməsi haqqında tapşırıqların 
verilməsi ölkə Prezidentinin respublika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara 
böyük diqqəti idi. 
2000-ci ilin ilk aylarında AR-da Nazirlər Kabineti tərəfındən Qadın Problemləri üzrə 
Milli Fəaliyyət Planı (MFP) hazırlanmışdır. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu 
«Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» Konvensiya və 
Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud 
vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edilmişdir. Plan problemlərin beynəlxalq 
standartlara uyğun  şəkildəhəllinə yönəldilmiş nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq 
təşkilatların iştirakı ilə hazırlanmış  və bütün problemli sahələrdə gender bərabərliyinə 
yönəldilmiş dövlət sənədidir. «Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli 
Fəaliyyət Planı (2000-2005)» adlanan bu sənədi Azərbaycan Respublikası Nazirlər Kabineti 
6 mart 2000-ci il tarixli, 33 saylı qərarı ilə təsdiq etmişdir»[8, 355-382]. 
Sənəd dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri ilə  əlaqədar 
konkret təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. Milli Fəaliyyət Planında 
qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarətinin, istismarının, fahişəliyinin 
qarşısının alınması  məsələlərinə ayrıca bir bölmə  həsr edilmişdir. Sənəddə qadın 
hüquqlarının pozulmasında təqsirkar  şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada 
məsuliyyətə cəlb etmə də daxil olmaqla, müvafıq ölçülərin götürülməsi nəzərdə tutulur. 
MFP-ni həyata keçirmək və gender tarazlığına nail olmaq üçün QPDK-də 
İdarələrarası  Şura təsis edilmişdir. Dövlət idarələrinin nümayəndələri və qadın QHT-
lərindən ibarət olan Şura koordinasiya funksiyasını yerinə yetirir.  
MFP-də qadınların hakimiyyət orqanlarında və  qərar qəbul edilməsi proseslərində 
iştirakı üçün IV Ümumdünya Qadınlar Konfransının Pekin Fəaliyyət Platformasına 
əsaslanaraq Ədliyyə Nazirliyi və Elmlər Akademiyası tərəfındən «Qadın və hakimiyyət» və 
ya «Qadın və  İdarəetmə» Proqraınının hazırlanması, müvafıq icra orqanları  və QPDK 
tərəfındən hakimiyyət orqanlarında və  qərarların qəbul edilməsi işində qadınların kişilərlə 
bərabər təmsil olunması ilə bağlı  tədbirlərin görülməsi, cavabdeh orqanlar tərəfındən 
qadınların seçkilərdə, siyasi və ictimai həyatda iştirakının fəallaşdırılması  və s. tədbirlər 
nəzərdə tutulur. MFP həmçinin məhkəmə sistemində, prokurorluq orqanlarına gender 
bərabərliyinə nail olmağa və qadın zorakılıq problemlərinə qarşı diqqəti artırmağa imkan 
verdi» [8, 380-381]. AR-nın  Əmək Məcəlləsinin 16-cı maddəsindəki müddəalara  əsasən, 
əmək münasibətlərində cinsi mənsubiyyətinə  və digər amillərə görə  işçilər arasında hər 
hansı ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fıziki  şəxs qanunvericilikdə  nəzərdə 
tutulmuş qaydada müvafıq məsuliyyət daşıyır. 
Məhz elə bu siyasətin nəticəsidir ki, Heydər Əliyevin apardığı məqsədyönlü tədbirlər 
nəticəsində həmin illər ərzində bütün sahələrdə - siyasi, iqtisadi, sosial və digər hüquqların 
müdafıəsi sahəsində dövlət strukturlarında və QHT-lərində  rəhbər vəzifələrdə çalışan 
qadınların sayının çox olmasıdır. Qadınların cəmiyyətdə artan fəallığı, idarəetməyə doğru 
irəliləyişləri bizə gələcəyə nikbin baxmağa əsas verir. 
AR-nın bütün Qanunları  və normativ hüquqi aktlarında qadınların bərabər 
hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır. Bu qanunlarda qadınlara qarşı 
ayrı-seçkiliyə yol verən müddəalar yoxdur və qanun çərçivəsində insanlar cinsi 
mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi 
mənsubiyyətdən asılı olmayaraq qoruyur və əsas beynəlxalq humanitar aktların  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə