The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə94/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   90   91   92   93   94   95   96   97   ...   102

236 
 
G.İbrahimova 
 
1995-ci ildə «Sevil» Qadınlar məclisinin fəaliyyətə başlaması qadın hərəkatının 
bölgələrdə də fəallığının artmasına səbəb oldu. 
1995-ci il martın 31-də BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 39-cu 
sessiyasında Azərbaycan nümayəndələrinin iştirakı zamanı «Hərbi münaqişə zamanı girov 
götürülən və ya həbsxanaya düşən qadın və  uşaqların azad edilməsi haqqında» qətnamə 
qəbul edildi və eyni zamanda Azərbaycan hökuınətinin Konfransın rəhbər orqanlarında 
iştirakı üçün ərizəsi təqdim olundu. 
AR tərəfındən 1995-ci il iyunun 30-da «Qadınlara qarşı ayrı-seçkiliyin bütün 
formalarının ləğv edilməsi» haqqında Konvensiya (CEDAW) ratifıkasiya edildi. 
BuKonvensiyanın məqsədi qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasıdır və  həmin 
ayrı-seçkiliyə  həmin sənədin maddəsində belə anlayış verilir: ailə  vəziyyətindən asılı 
olmayaraq, qadın və kişilərin hüquq bərabərliyi  əsasında, siyasi, iqtisadi, sosial, mədəni, 
mülki və ya hər hansı başqa sahələrdə insan hüquqları  və  əsas azadlıqları  əsasında qadın 
hüquqlarının tanınınasını, istifadəsini və  həyata keçirilməsini zəiflətməyə  və ya heçə 
endirməyə yönələn cinsi əlamətə görə hər hansı fərq, istisna və ya məhdudiyyət. 
Bu müddəanın mühüm cəhəti ondan ibarətdir ki, o, həm bilərəkdən edilmiş ayrı-
seçkiliyə, həm də ayrı-seçkiliyə  səbəb olmuş  hərəkətlərə  tətbiq edilə bilər. Digər 
müqavilələrdən fərqli olaraq Qadın Konvensiyası sadəcə «cinsi əlamətə görə ayrı-seçkiliyi» 
aradan qaldırmağı yox, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvini nəzərdə 
tutur. Başqa sözlə, cender (cins) neytrallığı (yəni kişilər və qadınlarla bərabər rəftar) 
tələbinin  əvəzinə Konvensiya qadınların bərabərsizliyinin saxlanılmasına xidmət edən hər 
hansı  fəaliyyəti qadağan edir. Konvensiyanın 3-cü maddəsinə görə dövlətlər qadınların 
kişilərlə  bərabərlik  əsasında insan hüquqlarından və  əsas azadlıqlarından istifadə etməsinə 
və həmin hüquqları həyata keçirmələrinə təminat vermək üçün onların hərtərəfli inkişafını 
və tərəqqisini təmin etməyə borcludurlar. Qadın Konvensiyasına əsasən dövlətlər vasitələri 
və nəticələri ehtiva edən öhdəlikləri - qarşıya qoyulan məqsədlərə nail olmaq üçün müəyyən 
vasitələrdən istifadə etmək öhdəliyini və bütün mümkün üsullarla nəticələr  əldə etmək 
öhdəliyini öz üzərinə götürürlər (maddə 2): əgər bunu hələ etməyiblərsə, kişi və qadınların 
bərabərlik prinsipini milli Konstitusiyalarına və ya digər müvafıq qanunvericiliklərinə daxil 
etməyi və qanunun digər müvafıq vasitələrinin köməyi ilə bu prinsipin praktiki həyata 
keçirilməsini təmin etməlidirlər; zəruri hallarda qadınlara qarşı  hər hansı ayrı-seçkiliyi 
qadağan edən sanksiyalar da daxil olmaqla müvafıq qanunvericilik tədbirlərini və digər 
tədbirləri qəbul etməlidirlər; qadın hüquqlarının kişilərlə  bərabərlik  əsasında hüquqi 
müdafıəsini bərqərar etməyi və səlahiyyətli milli məhkəmələrin və digər dövlət idarələrinin 
köməyi ilə  hər hansı ayrı-seçkilik aktına qarşı qadınların müdafıəsini təmin etməlidirlər; 
qadınlara qarşı hər hansı ayrı-seçkilik aktını və ya hərəkətini həyata keçirməkdən çəkinməyi 
və dövlət orqanlarının və idarələrinin bu öhdəliyə  əsasən hərəkət edəcəklərinə  təminat 
verməlidirlər; qüvvədə olan, qadınlara qarşı ayrı-seçkiliyə yol verən qanunların, qərarların, 
adətlərin və praktikanın dəyişdirilməsi və ya ləğvi üçün, qanunvericilik tədbirləri də daxil 
olmaqla bütün müvafıq tədbirlər görməlidirlər; özlərinin cinayət qanunvericiliyində 
qadınlara qarşı ayrı-seçkiliyə yol verilən bütün müddəaları ləğv etməlidirlər. 
Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi Komitəsi (CEDAW) Qadın Konven- siyasının 
yerinə yetirilməsinə  nəzarət üçün təsis edilmişdir. Qadın Konvensiyasının iştirakçısı olan 
dövlətlər onun müddəalarına  əməl etməyə borcludurlar. Konvensiya dövlətlərin üzərinə 
Konvensiyanı  həyata keçirmək məqsədilə  qəbul etdikləri qanunvericilik, inzibati və digər 
tədbirlər üzrə hesabatların hazırlanması, ölkə  ərazi- sində Konvensiya qüvvəyə mindikdən 
bir il sonra ilkin məruzənin təqdim edilməsi, vaxtaşırı məruzənin təqdim edilməsi isə dörd 
ildə bir dəfədən az olmamaqla və ya «CEDAW»-ın tələbi üzrə istənilən vaxt Baş katibə  


237 
 
G.İbrahimova 
 
təqdim etmək vəzifəsini qoyur. Lakin təəssüflər olsun ki, «CEDAW» qadın hüquqlarının 
bilavasitə müdafıəsi üçün vasitələrə (vəziyyətin dəyişməsi üçün həyata keçirilə bilən 
tədbirlər üzrə dövlətə  məsləhətlər verə bilər) və dövlətlərarası  şikayətlərə baxılması üçün 
heç bir mexanizmə malik deyildir. 
1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında 
Azərbaycan qadınlarından ibarət yüz nəfərlik nümayəndə heyəti iştirak etdi. Konfransda 
qadınları  vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi. 
Pekin Konfransından sonra respublikamızda qadınların fəallığı daha da artdı  və onların 
problemlərinə diqqət və maraq çoxaldı. Bu isə Parlament seçkilərində (qadın deputatların 
sayı 2 dəfə artdı) və qadınların rəhbər vəzifələrdə irəli çəkilməsində özünü göstərməyə 
başladı. 
«CEDAW» Konvensiyasına qoşulması ilə  əlaqədar 1996-cı ildə Azərbaycan 
hökuməti BMT-yə ilkin məruzə təqdim etdi. Bu məruzənin müzakirəsi BMT-nin «Qadınlara 
qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitə»sinin XVIII sessiyasının gündəliyinə daxil edildi. 
Pekin Platformasına uyğun olaraq «Azərbaycan Respublikasında Qadın Problemləri üzrə 
Dövlət Komitəsinin yaradılması haqqında» AR Prezidenti Heydər  Əliyevin Fərmanı (14 
yanvar 1998) [8,171] sessiya iştirakçıları  tərəfındən yüksək qiymətləndirildi və sessiyanın 
gedişatına yeni keyfıyyət qazandırdı. 
1996-cı ildə Birləşmiş Millətlər Təşkilatının  İnkişaf Proqramı (BMTİP) 
respublikadakı qeyri-dövlət qadın təşkilatları üzrə icmalını hazırlanmasını  və qadın 
problemləri üzrə ölkənin tələbatlarının dəyərləndirilməsini stimullaşdırdı. BMT- nin 
«CEDAW» Konvensiyasına uyğun olaraq kişi-qadın münasibətlərini, qadın probleminin 
insani hüquqlar baxıından tədqiq, təbliğ  və  tədris edilməsi üçün 1997- ci ildə respublika 
hökuməti ilə olan razılaşmaya əsasən BMTİP-nın «Gender və İnkişaf» layihəsinin bir hissəsi 
kimi Azərbaycanda «Gender İnkişafda layihəsinin reallaşdırılmasına başlanıldı. Bu 
layihənin reallaşdırılması haqqında Heydər  Əliyev xüsusi təlimatlar verdi. Onun həyata 
keçirdiyi siyasi islahatlar nəticəsində respublikada demokratiya, siyasi plüralizm, söz və 
vicdan azadlığı bərqərar oldu. Mövcud vəziyyət vətəndaş cəmiyyətinin formalaşması üçün 
son dərəcə əlverişli zəmin oldu. Heydər Əliyev qeyd edirdi ki: «...Biz Azərbaycanda bu gün 
vətəndaş  cəmiyyəti qururuq. Çoxsaylı ictimai təşkilatlar, partiyalar, müxtəlif fondlar və 
cəmiyyətlər vətəndaş cəmiyyətinin strukturunu təşkil edərək Azərbaycanda bir çox mühüm 
məsələlərin həllində dövlətlə  uğurlu  əməkdaşlıq edirlər...» [1, 48]. 1998-ci ildə  vətəndaş 
cəmiyyətinin formalaşmasında böyük rolu olan Qeyri-Hökumət Təşkilatlarının fəallığı artdı. 
«Gender  İnkişafda» layihəsinin fəaliyyətdə olduğu müddətdə ölkə Prezidentinin 
1998-ci il 14 yanvar tarixli, «Azərbaycan qadınlarının rolunun artırılması haqqında» 
Sərəncamı  dərc edilmişdi [8, 172]. Sərəncamda dövlət strukturları  tərəfındən daha çox 
diqqət tələb edən sahələr müəyyənləşdirilmişdi. Heydər  Əliyevin həmin gün verdiyi digər 
bir fərman ilə (14 yanvar 1998-ci il) ölkədə qadınların problemlərinin həllinə yönəldilmiş 
qadın siyasətini həyata keçirmək məqsədi ilə xüsusi bir qurum - Qadın Problemləri üzrə 
Dövlət Komitəsi (QPDK) yaradıldı. Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, ıqtisadi, 
mədəni həyatında qadınların rolunu artırmaq məqsədi ilə müvafıq təkliflər hazırlamaq 
tapşırıldı. 1998-ci il fevralın 20-də Prezident Fərmanı ilə Komitə haqqında Əsasnamə təsdiq 
edildi, onun statusu müəyyən edildi. Komitəyə müvafıq səlahiyyətlər, maliyyə, insan və 
texniki resurslar verilmiş  və bununla qadınların durumunun yaxşılaşdırılması ilə bağlı 
hökumətin qəbul etdiyi bütün qərarlara təsir etmə mexanizmi yaradılmışdır. 
QPDK öz fəaliyyətində aşağıdakı strateji prinsip və məqsədlərə əsaslanırdı: Cinslər 
arasında bərabərlik məsələsinin qanunvericiliyə, ictimai siyasətə, dövlət proqramları və  
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə