The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə98/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   94   95   96   97   98   99   100   101   102

244 
 
G.İbrahimova 
 
Qadınlara Qarşı Zorakılıq Milli Fəaliyyət Planına daxil edilmiş strategiyadır və zorakılığın 
sosial-iqtisadi, hüquqi və psixoloji səbəblərini, qadınların zorakılıqdan qorunmasını, qadın 
ticarəti kimi problemləri, habelə qadınların zorakılıqdan qorunması sahəsində beynəlxalq 
sənədlərin öyrənilməsi və  tətbiqini özündə  əks etdirir. Bu problemlərlə  əlaqədar Cinayət 
Məcəlləsinin gender ekspertizası keçirilmiş  və  nəticədə bir sıra dəyişikliklər: 144-1 (insan 
alveri), 144-2 (məcburi  əmək), 316-1 (insan alverindən zərər çəkmiş  şəxs haqqında 
konfıdensial məlumatlar yayına) edilmişdir. 
Qadınlara qaşı zorakılıq və onu yaradan səbəblərin aradan qaldırılması yolları ilə 
bağlı dövlət orqanları, icra hakimiyyətləri, hüquq-mühafızə orqanları  və QPDK birlikdə 
geniş müzakirələr keçirir. Ölkəmiz insan hüquqları (əsasən insan alveri) sahəsində çoxsaylı 
beynəlxalq konvensiyalara qoşulmuşdur. 31 may 1996-cı ildə Azərbaycan insan alveri ilə 
mübarizədə ilk beynəlxalq sənədlərdən birinə - BMT- nin 1949-cu il «İnsanlarla ticarətə və 
3-cü  şəxslər tərəfmdən fahişəliyin istismarına qarşı mübarizə haqqmda» konvensiyasma 
qoşuldu. 
2001-ci ildə Azərbaycan Respublikası BMT-nin Qadmlarm Vəziyyətinə Dair 
Komissiyasma 4 il müddətinə üzv seçildi. Bu Komissiya qadınlarm hüquqlarmm 
qorunmasmda, gender siyasətinin həyata keçirilməsində, qadınların bütün sahə- lərdə 
vəziyyətinin yaxşılaşdırılmasmda böyük rol oynayır və BMT-nin struk- turunda çox vacib 
yer tutur. 
2001-ci ildən etibarən Azərbaycan hüquq-mühafızə orqanlarının əməkdaşları (polis, 
prokurorluq, məhkəmələr) üçün qadınlara qarşı zorakılığın qarşısının alınınası üzrə proqram 
həyata keçirilir. Bu proqrama Bakı  şəhərinin polis idarələrinin rəhbərləri, Polis 
Akademiyasının müəllimləri, prokurorlar və hakimlər üçün bir neçə interaktiv seminarın 
keçirilməsi də daxil edilmişdir. Bu seminarların hər birində gender bərabərliyi, onun ailə 
zorakılığı ilə  və hüquq-mühafızə orqanlarının işi ilə qarşılıqlı  əlaqəsi barədə  məlumat 
verilmiş, habelə «məişət zorakılığı» anlayışının tərifı müəyyənləşdirilmişdir. Hakimlər və 
prokurorlar üçün təşkil edilmiş seminarlarda iştirakçıların diqqəti Avropa İttifaqı və Avropa 
Şurasının standartlarına müvafıq olaraq Azərbaycan üçün tövsiyələr və standartların işlənib 
hazırlanmasına cəlb edilmişdir. 
«Polis haqqında» Qanuna görə polis AR-nın icra hakimiyyətinə mənsub olan vahid 
mərkəzləşdirilmiş hüquq-mühafızə orqanıdır. Onun təyinatı insanların sağlamlığını, hüquq 
və azadlıqlarını, dövlətin hüquqi və  fıziki  şəxslərin qanuni mənafelərini və mülkiyyətini 
hüquqa zidd hərəkətlərdən qorumaqdan ibarətdir [9, 132]. Polis Akademiyası üçün qadınlara 
qarşı zorakılığın qarşısının alınması və qa- dınların zorakılıqdan qorunması üzrə fakültativ 
kurs hazırlanmışdır. Polis, prokurorluq işçiləri və  məhkəmələr arasında aparılmış sorğu 
hüquq-mühafızə orqanlarının bu məsələyə münasibətini öyrənməyə və məlumatlandırmada 
olan boşluqları (məsələn, hüquq-mühafızə orqanlarının qərar qəbul etmə  səviyyəsində 
qadınların yetərincə  təmsil olunmasını) aşkar etməyə kömək etmişdir. Statistik məlumata 
nəzər salsaq görərik ki, qadınların 30 %-i mənəvi, 20 %-i fıziki, 10%-i isə cinsi təcavüzə 
məruz qalırlar (2001-ci ildə keçirilmiş Reproduktiv Səhiyyə Sorğusunun nəticələri). Bu isə 
öz növbəsində gender zorakılığının mövcudluğundan xəbər verir. Elə  həmin 2001-ci ildə 
Azərbaycan BMT-nin Qadınlar üçün İnkişaf Fondunun Zorakılıqsız Həyat Regional 
Məlumatlandırma Kampaniyasına qoşulmuşdur. 
İnsan hüquq və azadlıqlarının ınüdafıəsi sahəsində aparılan ardıcıl islahatların tərkib 
hissəsi və  məntiqi davamı kimi 28 dekabr 2001-ci ildə AR-nın Milli Məclisi tərəfındən 
qəbul olunmuş «Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili haqqında» 
AR-nın Konstitusiya Qanunu ilə Ombudsman (Müvəkkil) vəzifəsi təsis edildi. Buraya 
vətəndaş və siyasi hüquqların müdafıəsi, iqtisadi və sosial hüquqların müdafıəsi, qaçqın və  


245 
 
G.İbrahimova 
 
məcburi köçkünlərin, məhkumların və hərbi qulluqçuların hüquqlarının müdafıəsi aid edildi. 
Prezident bu vəzifəyə Elmira Süleymanovanı təklif etdi, 2002-ci il iyulun 2-də Milli Məclis 
bu təklifı təsdiqlədi. 
2003-cü ildə Respublika parlamenti «Transmilli Mütəşəkkil Cinayətkarlıqla 
mübarizə haqqında» Konvensiyanı ratifıkasiya etdi. 
2002-2003-ci illərdə Azərbaycan QPDK, QHT-lərı  və siyasi partiyalardakı qadın 
şuraları ilə birlikdə «Qafqazda Gender Zorakılığına qarşı 16 günlük fəaliyyət aksiyasına» 
qoşulmuşdur. Layihənin həyata keçirilməsi üçün müxtəlif tədbirlər və KİV-də müzakirələr 
aparılır, «Qadınlara qarşı zorakılıq və ictimai sağlamlıq» mövzusunda tədbirlər keçirilirdi. 
2003-cü ildə Komitə  AŞ-nın «Qadınların zorakılıqdan müdafıəsi» və «Cinsi istismar 
məqsədilə insan alveri» adlı tövsiyələrini tərcümə etmiş və qadınlarla keçirilən seminarlarda 
onlara çatdırmışdır. AŞ-nın tövsiyələrini ölkəmizdə daha müvəffəqiyyətlə həyata keçirmək 
məqsədilə Komitə  tərəfındən aidiyyatı olan hökumət, qeyri-hökumət təşkilatları  və kütləvi 
informasiya vasitələri nümayəndələrindən ibarət olan işçi qrupu yaradılmışdır.  İşçi qrupun 
əsas məqsədi bu məsələlər ilə  əlaqədar Milli Plan hazırlamaq və AR qanunvericiliyində 
məişət zorakılığı  və insan alveri məsələlərinə aid olan boşluqları aradan qaldırmaq üçün 
təkliflər hazırlamaqdan ibarət idi. 
İnsan alveri zorakılığın bir növü kimi Azərbaycan üçün yeni, həm də kifayət qədər 
öyrənilməmiş bir mövzudur. Respublikamızın qanunvericiliyində insan alverini cinayət kimi 
müəyyən edən xüsusi maddə yox idi. Lakin Azərbaycan bu problemlə bağlı bir neçə 
beynəlxalq Konvensiyaya qoşulmuşdur.  İnsan alveri AR-nın Cinayət Məcəlləsinin digər 
maddələri ilə  cəzalandırılırdı. Prezidentin Fərmanı ilə yaranmış nazirliklərarası  işçi qrup 
milli cinayət qanunvericiliyimizdə BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrinə 
əsasən düzəlişlər üzərində  işlədi. Yuxarıda qeyd edildiyi kimi, beynəlxalq təşkilatlar 
ölkəmizdə mövcud olan vəziyyətin araşdırılması və Azərbaycanın dövlət qurumları, qeyri-
hökumət təşkilatları  və  həssas qruplar arasında təbliğatın aparılmasında mühüm rol 
oynayırlar. 2001-ci ildə BMTƏF və Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanda insan, 
xüsusilə də qadın və uşaqların cinsi istismarı məqsədli alveri üzrə araşdırmalar aparmışdır. 
Azərbaycan dövlətinin BMTƏF və Beynəlxalq Miqrasiya Təşkilatı ilə apardığı əməkdaşlığın 
nəticəsində 2002-ci ildə qanunsuz qadın miqrasiyasına həsr olunmuş 3 dəyirmi masa 
keçirilmişdir.  
Milli Fəaliyyət Planının təsdiq edildiyi vaxtdan keçən müddətdə insan alverinə qarşı 
mübarizədə xeyli işlər görülmüş, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator təyin 
edilmişdir.  İnsan alveri qurbanlarının dövlət tərəfindən müdafiəsi qarşıda duran ən vacib 
məsələlərdəndir. Çünki, insan hüquqlarının müdafıəsi sabit, dünyəvi demokratik dövlətin 
möhkəm özülü, hər bir vətəndaş  cəmiyyətinin yetkinlik meyarıdır. Beynəlxalq və yerli 
təcrübə göstərir ki, bu sahədə ardıcıl və sistemli mübarizəyə  rəhbərlik edən və onu 
əlaqələndirən xüsusi qurumlar olmadan zəruri nəticələr əldə edilməsi qeyri-mümkündür. 
Beləliklə, XX yüzilliyin sonlarında  əldə edilmiş yeni milli müstəqillik dövründə 
həyata keçirilən qadın siyasətinin başlıca xüsusiyyətlərinin qiymətləndirilməsi göstərir ki, 
açıq cəmiyyətə keçid tərzi cəmiyyətdə baş verən sosial, siyasi, iqtisadi dəyişikliklər 
zəminində yeni sosial-iqtisadi münasibətlərin və siyasi şüur mədəniyyətinin formalaşmasını 
zəruri edir və qadınların qarşısında yeni məqsəd və vəzifələr qoyur. Bu mənada qadınların 
siyasi fəallığının artması, siyasi planda məqsədyönlü fəaliyyət göstərə bilməsi cəmiyyətdə 
baş verən sosial-siyasi proseslərin istiqamət mexanizmini öyrənməni tələb edir. Bu gün 
bazar iqtisadiyyatı şəraitində dövlət qadın siyasətinin formalaşması daha intensiv şəkil alır 
və qadınların tələbatı dinamik şəkildə artma meylləri ilə formalaşır. Fikrimizcə, onların artan 
bu tələbatının ödənilməsi üçün iqtisadi inkişaf istiqamətləri aspektində gender 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə