The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə100/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   94   95   96   97   98   99   100   101   102

 
 
 
272 
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2016 - № 45 
 
HEYDƏR ƏLİYEV SİYASƏTİ: MULTİKULTURAL DƏYƏRLƏR VƏ BU FONDA 
QEYRİ-NEFT SEKTORU OLAN TURİZMİN İNKİŞAF POTENSİALLARI 
 
R.M.Quluyev  
Azərbaycan Dövlət İqtisad Universiteti 
Bakı, İstiqlaliyyət küç. 6 
e-mail: rovshan950@gmail.com 
 
Açar sözlər: multikultralizm, turizm, tolerant, konfessiya 
Key words: multikultralism, tourism, tolerant, confesion 
           Ключевые слова: мултикултрализм, туризм, толерантный, конфессии
 
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun 
inkişafına  şərait yaradır. Bu, ölkə  əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı 
olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə  əlaqədardır. Multikultural 
cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini 
inkişaf etdirmək, ana dilində  məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində 
bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən 
inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda 
millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı  həm də milli və dini 
azlıqlar da dəstəkləyirlər.Multikulturalizmin nəzəri  əsasını liberalizm, xüsusən də  
liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir. Bu səbəbdən də 
multikultural cəmiyyətdə  nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq 
mümkündür, həm də burda irqçiliklə bağlı  ədalətsizliyə  qətiyyən yol verilmir. Lakin 
multikulturalizmlə liberalizm arasında bir mühüm fərq vardır. Liberalizmdən fərqli olaraq 
multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir.Multikulturalizm bir 
siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. Tolerant cəmiyyətdə 
multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə  zənginləşməsinə, xalqları birləşdirən 
mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi 
məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə  əlaqədardır.  
 
Ümummilli Liderimiz Heydər  Əliyev Multikultralizmə olduqca həssas və diqqətlə 
yanaşıdı. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını  qəbul edən tolerant 
cəmiyyətin başlıca xüsusiyyətlərindən biri hesab ediridi.Heydər  Əliyev hər an öz 
çıxışlarında bu dəyərlərə üstünlük verirdi.Çünki ölkəmiz tarixən müxtəlif konfessiyaların 
yaşadığı bir məkan olub. Burada multikultural dəyərlərə həmişə böyük önəm verilib.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin 
tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində  əldə edilmiş 
nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif  şəhər və rayonlarda yaşayan 
məktəbli gənclərin respublikamızın digər bölgələrinə  səyahətinin təşkili davam etdirilir.. 
Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc 
nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda 
tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da 
məhz bu amala xidmət edir. Ölkə  gəncləri Bakı, Naxçıvan, Gəncə,  Şəmkir, Göygöl, 
Lənkəran, Astara, Masallı, Lerik, İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar və Xaçmazda tarixi  


 
 
 
273 
R.M.Quluyev 
 
və  mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olur, bölgələrimizin müasir simasını 
əks etdirən Heydər Əliyev mərkəzlərinə, gənclər mərkəzlərinə, Bayraq meydanlarına, rəsm 
qalereyalarına, həmçinin tarix-diyarşünaslıq muzeylərinə  və digər obyektlərə baxış 
keçirirlər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə 
ümummilli lider Heydər  Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində 
görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin həyata keçirdiyi 
dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı 
yaradılır. 
2013-cü il sentyabrın 5-də  Lənkəranda cənub bölgəsinin gəncləri ilə görüşü zamanı 
Prezident  İlham  Əliyev bildirmişdi: “Tövsiyə etmək istərdim ki, bizim vətəndaşlar, 
müxtəlif bölgələrdə yaşayan insanlar vaxt tapıb digər bölgələrə  də getsinlər. Cənub 
zonasının uşaqları getsinlər şimal zonasına, şimaldan gəlsinlər cənuba... Onda hər bir yerdə 
yaşayan vətəndaş ölkənin ümumi inkişafını daha da əyani  şəkildə görər... Çalışın 
Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir. 
Həm təbiət müxtəlifliyi, eyni zamanda, mədəniyyət müxtəlifliyi vardır. Bu, bizim böyük 
üstünlüyümüz, böyük sərvətimizdir”. Üç il əvvəl irəli sürülən bu təşəbbüs Azərbaycan 
Prezidentinin gənc nəslin Vətənə  məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük 
önəmin, eyni zamanda, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. 
    Ziyalıların, sadə insanların yekdil rəyinə görə, bu layihə məktəblilərin dünyagörüşünün 
daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, 
tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir. Tur-aksiyalar 
zamanı respublikamızın regionlarını qarış-qarış gəzən şagirdlərdə həm də xalqımızın malik 
olduğu çoxəsrlik tolerantlıq, multikultural dəyərlər barədə  hərtərəfli təsəvvür formalaşır. 
Həmçinin istirahətlərini mənalı keçirən gənclər bu səfərlər zamanı unudulmaz anlar 
yaşayır, geriyə bir qayda olaraq xoş duyğularla, yeni biliklərlə qayıdırlar. Bu mənada 
növbəti tur-aksiya çərçivəsində nəzərdə tutulan tədbirlər gənclər üçün kifayət qədər faydalı 
olacaq. 
Millətlərin və milli etniklərin bərabər hüquq əldə etdiyi multikulturalizmin inkişaf etdiyi 
Azərbaycanda bu mədəniyyətlər arasında qarşılıqlı Dialoq azadlığı vardır. Azərbaycanda 
müxtəlif milli-mənəvi və konfessional birliklər öz xüsusiyyətlərini hərtərəfli şəkildə inkişaf 
etdirmək imkanına malik olaraq həm də, başqa mədəniyyətdən də yararlanaraq, istifadə 
etmək imkanına malikdir. Ölkədə multikulturalizmin yaranması  və inkişafında 
modernləşmə  və Azərbaycançılıq ideologiyası da əsas amildir. Bu ideologiyanın  əsasını 
millilik, dünyəvilik, sosial ədalət, demokratiya, milli tərəqqi insan hüquq və azadlığına 
riayət təşkil edir. Bu ideologiya Azərbaycanı özünə  vətən qəbul etmiş, ölkədə yaşayan 
bütün millətlərin və etnik qrupların vəhdət  şəklində, dostluq, hətta qohumluq, qonşuluq, 
əmin-amanlıq  şəraitində yaşadığı  mədəniyyətlərinin inkişaf etdiyi ümumi talelərini  əks 
etdirən, multikulturalizm göstəricisi olan mənəvi fenomendir. Digər bir aspekt isə ondan 
ibarətdir ki, Azərbaycançılıq ideologiyası yalnız ölkə ərazisində yaşayan müxtəlif etnik və 
dini mənsubiyyətli insanların göstəricisi yox, o həm də geosiyasi sərhədə  və  məkanların 
ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bir ideya-fəlsəfi, mədəni 
məkanda tamlaşdıran, bütövləşdirən gücdür. Azərbaycançılıq - cəmiyyətin sosial-mədəni, 
siyasi və hüquqi nizamlanmasının, insanları  mənən səfərbər edən və  vəhdətinin  əsas 
faktorudur. Azərbaycanın vətəndaş  cəmiyyətinin yekcins olmamasına diqqət yetirildikdə 
etnik və dini dəyərlər ideoloji sxemdə tolerantlıqla qarşılanır. Eyni zamanda birləşdirici 
faktor kimi milli dövlət, ümumxalq ideyası olaraq azərbaycançılıq universallaşır. Təbii ki, 
burada məcburiyyət yoxdur. Amma elə məqsəd, elə prioritetlər var ki, onlar milli ideya  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə