1
ƏBÜLFƏZ QULİYEV
AMEA Naxçıvan Bölməsi
E-mail: ebulfez1950@mail.ru
NAXÇIVANIN TÜRK-İSLAM MƏDƏNİYYƏTİ ABİDƏLƏRİNİN
TÜRKİYƏDƏ ÖYRƏNİLMƏSİ VƏ NƏŞRİ MƏSƏLƏLƏRİ
Müstəqil Azərbaycan Respublikasının hər bir guşəsində dövlət və cəmiyyət quruculuğu
istiqamətində həyata keçirilən bütün işlərdə sosial ədalət və humanizm prinsiplərinin ön planda
tutulması, insan hüquq və azadlıqlarına verilən diqqət ölkəmizə təkcə İslam dünyasında deyil,
eləcə də beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdır. Respublikamız İslam tarixində mühüm
rol oynamış tarixi şəxsiyyətlərə, onların adını daşıyan ziyarətgahlara və digər müqəddəs yerlərə
son dərəcə həssas münasibət göstərilən bir məkan kimi bütün müsəlmanlar tərəfindən sevilir.
Muxtar respublikamızın paytaxtı Naxçıvan da İslam dünyasının tanınmış şəhərlərindən
biridir. 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət
nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı
elan olunmasına dair qərar qəbul edilən zaman məhz Azərbaycanın bu qədim diyarının İslam
mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rolu
əsas götürülüb. Naxçıvan şəhərinin təkcə ölkəmizin deyil, bütün Şərq-İslam aləminin dövlətçilik
və fəlsəfi düşüncə mərkəzi kimi qazandığı şöhrət də bu məsələdə öz həlledici rolunu oynayıb.
2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvanda nəzərdə tutulan işlərin ən
yüksək səviyyədə yerinə yetirilməsi üçün ölkə başçısı cənab İlham Əliyevin 2016-cı il 2 iyun
tarixli Sərəncamı ilə Təşkilat Komitəsinin yaradılması, ötən il komitənin ilk iclasında Tədbirlər
Planının layihəsinin müzakirə olunması bu mühüm tədbirin muxtar respublikamız, ölkəmiz və
eləcə də bütün İslam aləmi üçün yaddaqalan bir səviyyədə keçiriləcəyinə zəmanət verir. Bu
istiqamətdə 7-8 iyul 2017-ci il tarixdə doğma şəhərimizdə keçirilmiş “Naxçıvanın türk-islam
abidələri:tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans da mühüm mədəni-kütləvi
tədbirlərdən biri kimi diqəti cəlb edir.
Azərbaycan ölkəsi Şərqdə memarlığın geniş şəkildə inkişaf etdiyi qədim mədəniyyət
mərkəzlərindən biridir. Bu baxımdan Naxçıvan memarlıq abidələri, bu sənət ənənələrinin ardıcıl
şəkildə davam etdirilməsi, burada Əcəmi memarlıq məktəbinin meydana çıxması, həmin məktəbin
türk dünyasında, xüsusilə Anadoluda geniş təsir dairəsinə malik olması diqqəti cəlb edir. Ulu
öndərimiz Heydər Əliyev 1980-ci il 5 iyun tarixində Naxçıvanda səfərdə olarkən qeyd etmişdir:
“Tarixi abidələr Naxçıvanın çoxəsrlik tarixinin əyani göstəricisidir. Bu abidələr həm də
Naxçıvanın gözəlliyini, tarixi özəllyini nümayiş etdirir”.
2
Bölgədəki məzar abidələri, türbələr, kümbəzlərin kökü qədim türk mədəniyyətinə, qədim
türk memarlığına dayanır. Bu memarlıq ənənəsinin qədim türk kurqanları, Qəznəvilər və
Səlcuqlular dövründəki memarlığa əsaslanması açıq-aşkar gözə çarpmaqdadır. Xüsusilə Cənubi
və Şimali Azərbaycan (Naxçıvan) və Anadolu memarlığında Səlcuqlular dövründə bir bütünlük
diqqəti cəlb edir. Bu baxımdan Naxçıvanda meydana çıxan Əcəmi memarlıq məktəbinin
nümunələri olan Yusif ibn Kuseyir türbəsi, Mömünə xatun türbəsi, eyni zamanda elxanilər
dövrünə aid olan Gülüstan türbəsi, Qarabağlar türbəsi bütöv Azərbaycan və Anadolu sahəsində
geniş əks-səda vermişdir. Onu da qeyd edək ki,biz hələ 1997-ci ildə Ankaradakı məşhur Hacəttəpə
Universitetində “Sənətdə etkiləşim” mövzusunda keçirilmiş beynəlxalq konfransda məruzə
edərkən Naxçıvan memarlığının Anadolu memarlıq abidələrinə təsiri üzərində geniş şəkildə
dayanmışdıq(5).
Nahçıvandaki tarix-memarlıq abidələrinin tədqiqi bizdə belə bir qənaət yaradır ki, Naxçıvan
bölgəsinin intibah dövrü XII-XIV əsrlərə təsadüf edir. Bu dövrdə bölgədə iqtisadiyyatın
çiçəklənməsi,Naxçıvanın böyük bir dövlətin paytaxtına çevrilməsi, eləcə də bu inkişafın mərkəzi
Təbriz şəhəri olan Elxanilər dövləti zamanında da davam etməsi möhtəşəm tarixi-memarlıq
abidələrinin meydana çıxmasına münbit şərait yaratmışdı.XV-XVI əsrlərdə Səfəvi və Osmanlı
dövlətləri arasındakı uzun sürən müharibələr iqtisadiyyatı zəiflətməklə yanaşı, insanların maddi
durumuna, mədəniyyətin inkişafına da mənfi təsir göstərmişdi. Belə ki, bu dövrdə Naxçıvanda
möhtəşəm abidələrin inşa edilməsi demək olar ki, gözə çarpmır. Səfəvi xanədanı hakimyyətinin,
xüsusən Şah Abbas dönəmində bölgənin vergidən azad edilməsi iqtisadiyyatı canlandırsa da bu az
bir müddət davam etmiş, Əfşar, Qacar dönəmlərində isə yenidən həm iqtisadiyyat, həm
mədəniyyət sahəsində tənəzzül davam etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi türk sənət tarixçiləri Anadoludakı memarlıq abidələrində
Naxçıvan məktəbinin izlərini öz tədqiqatlarında tez-tez xatırlatmış, faydalı müqayisələr
aparmışlar. Biz bu məqaləmizdə Türkiyədə mövzu ilə bağlı daha çox diqqəti cəlb edən bəzi
tədqiqat əsərlərindən bəhs etmək istəyirik. Belə araşdırmalardan biri 1996-cı ildə Ankarada nəşr
olunmuş Hakkı Önkalın “Anadolu Səlcuqlu türbələri” adlı irihəcmli tədqiqat əsəridir. Əsərdə
Anadoluda Səlcuqlu və eləcə də bəyliklər və Osmanlılar dönəmində inşa edilmiş məzarüstü
türbələr sistemli şəkildə tədqiq edilmiş və türk dünyasaındakı eyni tipli memarlıq əsərləri ilə
müqayisə edilmişdir.Kitabda Anadoluda meydana çıxan türbə abidələrinin inşasında Əcəmi
memarlıq məktəbinin təsiri və izləri dönə-dönə xatırlanmışdır. Alim 1162-ci ildə Əcəmi Naxçıvani
tərəfindən inşa edilmiş Yusif ibn Küseyr türbəsinin memarlıq quruluşu haqqında ətraflı məlumat
verdikdən sonra yazır: “Batı kenarında düzenlenen giriş açıklığı, köşe sütunceleri, sivri kemerli,
geometrik alınlık süslemesi ile Anadolu'daki tuğla türbelerin ilham kaynağı olduğunu düşündüren
özelliklere sahiptir”(6, s. 13).
3
Müəllif Əcəminin Mömünə xatun türbəsini Səlcuqlu dövrü memarlığının zirvəsi adlandıraraq
onu daha yüksək qiymətləndirir: ”Yaklaşık yüz yıl evvel Harrekan künbetlerinde dengeli
olgunluğa ulaşmış bulunan Selçuklu türbe mimarasi bu yapı ile nihai safhayı zorlamıştır
denilebilir”(6, s.16). O, daha sonra göstərir ki, Yusif ibn Küseyr türbəsindən sonrakı 25 il ərzində
Əcəminin topladığı təcrübənin bəhrələri bu əsərdə açıq şəkildə öz əksini tapmış, onun müəllifinin
nə qədər böyük dühaya sahib olduğunu nümayiş etdirmişdir.Alim bu əsəri onun kimi 10 bucaqlı
quruluşa malik olan1196-cı ildə Marağada inşa edilmiş Kümbədi-kəbudla müqayisə etmiş və
burada Əcəmi üslubunun güclü təsri olduğunu göstərmişdir.Hakkı Önkal daha sonra bu əsərin
Anadolu abidələrinə təsirini də vurğulamışdır :”İçte dairevi planlı olan ve sivri bir kubbe ile цrtülü
bulunan eserin ilgi çekici bir de alt katı vardır. Alt kat, Künbed-i Surh'da olduğu gibi ortada bir
ayak ihtiva etmekte ve on kenarlı bu ayak adeta bir şemsiye gibi açılarak mekanı örtmektedir.
Benzer bir uygulamasına şahit olduğumuz Kemah'taki Mengücek Gazi Türbesi'nin alt katının bu
yapıdan etkilendiğini söylemek, iddialı bir görüş olmaz kanaatindeyiz”(6, s.16).
Türk sənətşünası Prof. Dr. Oktay Aslanapa türk memarlığındakı ortaq xüusiyyətlərin,
motivlərin öyrənilməsi istiqamətində geniş tədqiqatlar aparmış və mühüm nəticələr əldə etmişdir.
Bir faktı da qeyd etmək lazımdır ki, o, Şimali Azərbaycan, o cümlədən Naxçıvan memarlığının
tarixinə aid xüsusi tədqiqat əsəri yazmışdır (3). Türk alimi ”Türk sanatı” monoqrafiyasında türk
memarlığının ortaq cizgilərini araşdırarkən burada Naxçıvan memarlıq abidələrinə xüsusi yer
ayırmışdır. Məsələn, o, Əbubəkr Əcəmi Naxçıvaninin bu bölgədəki memarlıq əsərlərini ətraflı
təhlil etdikdən sonra Mömünə xatun türbəsinin baş tağını xüsusilə yüksək qiymətləndirir və yazır
ki, bu abidəvi baş tağ yıxılmış olub, ancaq qədim fotoşəkillərdə görüləbilməktədir. Belə qoşa
minarəli baş tağlar, Anadolu səlcuqlu memarlığında çox istifadə edilmişdir (2.s.83). Alim daha
sonra Elxanilər dövrünün abidəsi olan Gülüstan türbəsindən geniş şəkildə bəhs edir, onun
külahının yıxıldığını göstərir,həmin abidənin Səlcuqlu türbə, kümbəz memarlığının davamı
olduğunu vurğulayır. Aim bu abidəni Kayseridəki 1276-cı il tarixli Dönər Kümbət abidəsi ilə
müqayisə edir (2,s.84), Qarabağlar türbəsindən (alim onu kümbət adlandırır-Ə.Q.) bəhs edir, onun
çadırların tuğla ilə əbədiləşdirildiyi əsərlərdən biri deyə adlandırdığı Radkan türbəsinin (1205-ci
il Şərqi Xorasan) XIV əsrdə gec bir davamıdır deyə yazır (2,s.84).
Əsərinin başqa bir yerində müəllif Anadoludakı Səlcuqlu dövrü abidələrindəki bəzəmə
motivlərinin, Cənubi Azərbaycan Qəzvin məscidlərindəki eyni motivlərin Naxçıvan abidələri
vasitəsi ilə Anadoluya gəlib çıxdığını göstərir. Başqa bir yerdə o,1218-ci il tarixli Sivasdakı
Keykavus şəfaxanasındakı nümunələrdən bəhs edərkən bunların “burada daş portalın üst
kənarında bir- birini kəsən altıbucaqlılarda Naxçıvan kümbətlərindəki (türbə) motivlərin yenidən
dəyərləndirildiyi görülməkdədir”, deyə yazır (2,s.307). Və ya Memar Sinanın İstanbulda 1545-ci
ildə ucaltdığı Xosrov paşa türbəsindən bəhs edərkən “memari təcəssümü Nxçıvandakı tuğla
4
kümbətlərin (türbə) sadələşmiş,daşdan bənzərləri halına gəlmiş kimidir” deyə yazmışdır(2, s.270).
Qeyd etmək lazımdır ki, Mimar Sinanın İran üzərinə Sultan Süleymanın 1535-1536-ci il səfərinə
qatılması, Osmanlı ordusu ilə birlikdə Nahçıvana gəlməsi, burada Əcəmi əsərlərini görməsi
qaynaqlarda göstərilməkdədir (Dalokay 1968). Burada o, yeniçəri qoşununun mühəndisi sifəti ilə
iştirak etmişdir. Bu səbəbdən memar Vedat Dalokayın Sinanın İstanbulda tikdiyi Xosrov Paşa
türbəsi haqqında bəhs edərkən “burada Atabeylerden kalma kümbetlerden bir soluk gelir” yazması
da təsadüfi deyildir(4).
XX əsrin sonlarından etibarən Türkiyədə Naxçıvan bölgəsi tarixi-memarlıq abidələrinin
daha geniş şəkildə öyrənilməsi işi həyata keçirilməyə başlanmışdır. Bu baxımdan türk sənətşünası
Doç.Dr.Turqay Yazarın Naxçıvan abidələrini doktorluq dissertasiyası səviyyəsində tədqiq etməsi
və sonra bu işi monoqrafiya şəkilində nəşr etdirməsi diqqəti cəlb edir. Onun 574 səhifəlik
”Naxçıvanda Türk mimarisi(başlanğıcından 19.yy sonuna kadar)” adlı irihəcmli əsəri 2007-ci ildə
TTK nəşriyyatı tərəfindən nəşr edilmişdir. Kitabda ilk dəfə Naxçıvan Muxtar Respublikasının
tarixi-memarlıq abidələri kompleks şəkildə tədqiq edilərək türk oxucusuna təqdim edilmişdir.
Burada bölgədəki məscidlər, zaviyələr, türbələr, mədrəsələr,iş mərkəzləri və bədəstanlar,
buzxanalar, hamamlar, xanəgahlar sənətşünaslıq baxımından ətraflı şəkildə tədqiq
edilmiş,arxitektura quruluşu, memarlıq xüsusiyyətləri, kitabələri təsvir edilmiş, bu abidələrin
sxemi, planı, foroşəkilləri kitaba əlavə edilmişdir. Turqay Yazar eyni zamanda “Türklər” adlı
çoxcildlik ensiklopediya üçün “Naxçıvanda Türk mimarisi” adlı məqalə də yazmışdır(9). Müəllif
kitabın “Dəyərləndirmə” bölməsində Naxçıvanın memarıq abidələrinin türk dünyasında yeri
məsələsini nəzərdən keçirir və bu abidələri geniş miqyasda müqayisə edir. O, türk memarlığında
onbucaqlı türbələri təsnif edərkən Mömünə xatun, Konya II Kılıc Arslan kümbəzini və Marağa
Kümbədi-kəbudu bir qrupa daxil edir və yazır: “Bu yapılardan Mümine Hatun ve Konya Kılıç
Arslan Türbesi hanedan üyeleri için inşa edilmiştir. İldenizliler’in en parlak dönemlerinde inşa
edilen Mümine Hatun Türbesi’nin bu yapılara örnek olduğu söylenebilir. Kanaatimce bu etkinin
en büyük nedeni, Büyük Selçuklu devleti içindeki en büyük siyasal gücü oluşturan İldenizliler’e
bir öykünmenin söz konusu olmasıdır ve bu plan Anadolu Selçuklu sultanı tarafından bilinçli
olarak seçilmiştir” (8,s.150).
Müəllif türk türbə memarlığında abdənin alt mərtəbəsinin ortasında bir ayaq sütunu olan
türbələri( I Gilan türbəsi də buraya daxildir-Ə.Q.) bir qrupda birləşdirərək yazır: “Bu yapıların
Güney Azerbaycan’daki örnekleri Marağa Kümbet-i Surh (1147-1148) ve Anadolu’daki
örnekleri ise Kemah Mengücek Gazi ve Niksar Kırkkızlar Türbesi’dir (1220). Anadolu, Güney
Azerbaycan ve Nahcivan’da yer alan bu örnekler, bu üç bölge arasındaki kültürel ilişkilerin ne
derece güçlü olduğunu göstermektedir. Anadolu’daki iki türbenin sanatkârı Ömer bin İbrahim el-
5
Taberi (Kemah) ve Ahmed bin Ebubekr el-Merendi’nin (Niksar) de bu bölgeden Anadolu’ya
gelmiş olması, bu plan şemasının kaynağının Azerbaycan olduğunu göstermektedir”(8,s.148).
Müəllifin Gülüstan türbəsinin bənzərləri haqqında da maraqlı fikirləri vardır: “Nahcivan’da
birer örnekle temsil edilen ve 14. yüzyıla tarihlenen oniki guşəli ve oniki dilimli tikililərin
değerlendirmesinde, bu yüzyılın en büyük siyasi hadisesi İlhanlı hâkimiyetini dikkate almak
gerekir. Anadolu ve Azerbaycan’a yaklaşık aynı tarihlerde hâkim olan İlhanlılar’ın, Anadolu’ya
gətirdikləri və burada geliştirdikleri bazı mimari formları tekrar Azerbaycan ve İrana taşıdıkları
görülmektedir. Konu bu şekilde ele alındığında, Gülistan Türbesi gibi bütün örnekleri Anadolu’da
olan bir türbe tipinin Nahcivan’da inşa edilmesi açıklık kazanmaktadır”(8,s.168).
Zeynal bəy türbəsi. Naxçıvanda XIV əsrə aid edilən memarlıq abidələrindən biri də İmamzadə
türbəsidir. Kərpic materialından inşa edilmiş bu abidə birmərtəbəilidir.Bu gün də ibadət yeri kimi
istifadə edilir.Bu abidənin üslubunda,bəlkə onun sxemi əsasında tikilmiş türbələrə Anadoluda da
təsadüf edilir. Bu, Mardin vilayətinin Hasankeyf rayonundakı Zeynal bəy türbəsidir. Bu türbə
Ağqoyunlu dövlətinin zamanında, yəni XV əsrdə inşa edilmişdir. Abidənin üzərindəki kitabədə
Zeynal bəy üçün inşa edildiyi göstərilir, ancaq tarix verilməmişdir. Ağqoyunlu hökmdarı Uzun
Həsənin oğlu Osmanlılara qarşı Otluqbeli müharibəsində(1473)şəhid düşmüşdü. Abidənin ustası
kitabədə Əbdürrəhman oğlu Pir Hüseyn olaraq qeyd edilmişdir ki, bu da onun Naxçıvan və ya
Təbriz memarlıq məktəbinin nümayəndəsi olmasına işarə edir. Bu türbədə də Naxçıvan memarlıq
məktəbinin üslubu açıqca görülməkdədir(7, s.53).
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin memarlıq sənəti ölməz bir məktəbdir. Onun sənətində
Orta Asiya türk memarlığından qaynaqlanan özəlliklər olduğu kimi Anadolu memarlığı, xüsusilə
Səlcuqlu və Osmanlı dövrü Anadolu memarlığı ilə uyğun gələn, səsləşən cəhətlər də çoxdur.
Yuxarıdakı qeydlərə əlavə olaraq onu da göstərə bilərik ki, Anadolu Kemahda inşa edilmiş
Mengücek Qazi, Yozqatdakı Şah Sultan xatun və Çərkəz bəy türbələrinin də Naxçıvan memarlıq
məktəbi, memarlıq abidələri ilə genetik əlaqələri olduğu zamanında təsbit edilmişdir (1,s.68).
Bunlar oğuz türklərinin memarlıq sənətində də qədim dövrlərdən başlayaraq ortaq mədəni
cizgilərə,dəyərlərə, xüsusiyyətlərə malik olduqlarını sübut edən faktorlardır.
Ali Məclis Sədrinin himayəsi və iştirakı ilə təşkil olunan“Naxçıvan türk-islam mədəniyyəti
abidələri:tarixdə və günümüzdə” beynəlxalq konfransı doğma diyarımızın 2018-ci il dünya islam
mədəniyyətinin paytaxtı elan edilməsi ərəfəsində həyata keçirilən mühüm mədəni tədbirlərdən
biri kimi yadda qalacaqdır.
6
ƏDƏBİYYAT
1.Arık, M. O. Erken Devir Anodolu Türk Mimarisinde Türbe Biçimleri, Anadolu (Anatolian) XI,
İstanbul,1967,s. 57-100.
2.Oktay Aslanapa.Türk sanatı, İstanbul: Remzi Kitabevi, 1997
3.Oktay Aslanapa. Kırım ve Kuzey Azerbaycanda türk eserleri, İstanbul,1979
4.Dalokay Vedat. Toplumcu Sinan , İstanbul,1968
5. İ.Hacıyev.Ebülfez Amanoğlu. XII. Yüzyıl mimarı Acemi Ebubekiroğlunun Sanatında Tasvir
Motifleri//“Sanatta etkileşim” mövzusunda Ankara Hacəttəpə universitetində keçirilmiş
beynəlxalq simpoziumun materialları, 25-27 noyabr 1998, Ankara, 2000, s.182-185
6.Hakkı Önkal. Anadolu selçuklu türbeleri, Ankara:Atatürk Kültür Merkezi yayınları,1996
7.Salamzadə Ə., Məmmədzadə K. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri,
Bakı,1985
8.Turgay Yazar. Nahçıvanda Türk mimarisi(Başlanğıcından 19.yüzyılın sonuna kadar), Ankara,
TTK yayını, 2007, 576 s.
9.Turgay Yazar. Nahçıvanda Türk mimarisi. “Türklər” ensiklopediyası, 20 cilddə,VIII c.
Ankara,2012 s.174-184
7
Yusif Bin Kuseyr türbəsi
Yusif Bin Kuseyr türbəsi
8
Yusif Bin Kuseyr türbəsi
Kemah Məlik Qazi türbəsi
9
Marağa Kümbəti- Sorx(qırmızı)
10
Mömünə xatun türbəsi
Mömünə xatun türbəsi
11
Mömünə xatun türbəsi
Mömünə xatun türbəsinin aşağı bölümü
12
Konya II Kılıç Arslan türbəsi
14
Foto. 26: Gülüstan türbəsi
Gülüstan türbəsi
16
SİVAS KEYKAVUS ŞƏFAXANASININ BAŞTAĞI
17
ZEYNAL BƏY TÜRBƏSİ MARDİN
18
ZEYNAL BƏY TÜRBƏSİ MARDİN
Dostları ilə paylaş: |