The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə91/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   87   88   89   90   91   92   93   94   ...   102

229 
 
N.Z.Hüseynli 
 
azərbaycanlı tələbə SSRİ-nin 170-dən çоx ən nüfuzlu ali məktəbinə təhsil almağa göndərildi 
ki, onlar Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşmasına böyük 
təsir göstərdi. Və  məhz elə bu səmərəli fəaliyyətin nəticəsi olaraq yaranmış güclü sosial, 
iqtisadi və intellektual potensial Azərbaycanın müstəqilliyi üçün mühüm zəmin yaratdı 
(2,17). 
1969-82-ci illərdə məktəblərin şəbəkəsinin genişləndirilməsi, texniki bazasının, kadr 
pоtensialının əsaslı şəkildə yaxşılaşdırılması xüsusi ilə qeyd оlunmalıdır. Azərbaycanda 350 
mindən çоx  şagird yeri оlan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, 
məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə, ümumtəhsil məktəblərinin sayı 
765-dən 2117-yə çatdırılmışdır. Məktəblərin texniki, elmi-metоdik vasitələrlə  təminatı 
sahəsində  də böyük işlər görülmüşdür. Texniki peşə  məktəblərinin sayı 76-dan 184-ə, 
оnlarda təhsil alan şagirdlərin sayı 40,9 mindən 109 minə çatmışdır. Məhz Heydər Əliyevin 
təşəbbüsü və  rəhbərliyi ilə texniki peşə  təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair 
strategiya hazırlanmış və uğurla həyata keçirilmiş, texniki peşə təhsili  yeni yüksəlişə qədəm 
qоymuşdur.  
O, həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi
şagirdlərin və  tələbələrin vəzifələri barədə  nəzəri fikirlər söyləmklə yanaşı, həm də 
Azərbaycan təhsilinin hərtərəfli inkişafına imkan verən sistemli tədbirlər həyata keçirmişdir.  
Onun təşəbbüsü və  rəhbərliyi ilə  qəbul  оlunaraq həyata keçirilən “Gənclərin ümumi оrta 
təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək 
haqqında” (1972), “Kənd ümumtəhsil məktəbinin iş  şəraitini daha da yaxşılaşdırmaq 
tədbirləri haqqında” (1973), “Ümumtəhsil məktəbi şagirdlərinin dərsliklərdən pulsuz istifadə 
etməsinə keçmək haqqında” (1978)  qərarlar əldə olunan uğurlar sırasındadır (2). 
Hər bir mütərəqqi islahatın uğuru,  şübhəsiz, onun ictimai şüurla nə  dərəcədə 
uzlaşması, cəmiyyət tərəfindən qəbul olunub-olunmamasından bilavasitə asılıdır. Məhz bu 
yanaşmada Heydər  Əliyev ilk gündən milli təhsil sistemində islahatların təkamül yolu ilə 
aparılması  tərəfdarı kimi çıxış etmiş, bu mövzuda ictimai müzakirələrin açılmasına nail 
olmuşdur. “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. 
Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində  dəyişikliklər təkamül xarakteri, tədrici 
dəyişikliklər xarakteri daşıyır…Təhsil qanunu elə bir qanundur ki, təhsil islahatları elə 
islahatlardır ki, iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün 
cəmiyyətin iştirakı lazımdır”. 
SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 15 dekabr 1982-ci il və 1983-cü il fevralın 
2-də keçirilən iclasında SSRİ  Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə bir 
sıra sahələrə  və komissiyalara, o cümlədən Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili 
Nazirliyi, Dövlət Texniki-Peşə  Təhsili Komitəsi, üzrə  məsələlərin baxılması  həvalə edilir. 
On birinci çağırışı SSRİ Ali Sovetinin birinci sessiyasında (aprel 1984-cü il) Təhsil üzrə 
İslahat Komissiyasının sədri Heydər  Əliyev “Ümumtəhsil və peşə    məktəblərində 
islahatların  əsas istiqamətləri haqqında” məruzə ilə  çıxış edərək, Sovet İttifaqında təhsil 
sistemində qarşıya qoyulan islahatları  hərtərəfli təhlil edərək, onun təhsil sisteminin 
inkişafında əhəmiyyətini  əsaslandırmışdı. SSRİ Ali Soveti Heydər  Əliyevin bu məruzəsini 
dinləyib müzakirə etdikdən sonra qeyd etmişdi ki, müzakirəyə  təqdim edilən məruzənin 
ölkənin, cəmiyyətin iqtisadi, sosial-siyasi və  mənəvi tərəqqisində çox mühüm əhəmiyyəti 
vardır. Məktəb islahatlarının  əsas istiqamətləri ümumxalq müzakirəsində  bəyənilmiş  və 
müdafiə edilmişdi. SSRİ Ali Soveti 1984-cü il aprelin 12-də Heydər Əliyevin məruzəsi  


230 
 
N.Z.Hüseynli 
 
əsasında eyni adlı  bəyənmə haqqında qərar qəbul etmişdi. Qərarda islahatın həyata 
keçirilməsi sahəsində  təhsil sistemi ilə  əlaqədar olan bütün qurumlar, təsisatlar qarşısında 
təxirəsalınmaz, perspektiv vəzifələr qoyulur, islahatın həyata keçirilməsi mexanizmi, təhsil 
işçilərinin vəzifələri göstərilirdi. Bu bir daha göstərirdi ki, hansı  məkanda və  vəzifəni 
daşımasından olmasından asılı olmayarq Heydər  Əliyevin fəaliyyətində  təhsil məsələləri 
əsas yer tuturdu: “Hər bir dövlət  əgər istəyirsə ki, öz ölkəsinin inkişafını  təmin etsin, öz 
millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər  şeydən çox
təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları 
yaratmalıdır”.  Heydər Əliyev, hər bir insanın həyatının düzgün təşkili, fəal vətəndaş mövqe-
yinin formalaşması  və  cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində 
əhsili, tərbiyəni strateji sahə kimi qiymətləndirirdi: “Həyat böyük bir prosesdir. Bu prosesdə 
uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”. 
Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini yüksək qiymətləndirən 
Heydər  Əliyev hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini 
tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını vurğulamışdır: “İnsan təhsilinin 
əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə 
özünə yer tapacaq, çalışacaq, ...cəmiyyətimizin  şüurlu üzvü olacaqdır”. Təhsilin milli 
məzmununu müəyyənləşdirən çox mühüm faktorlar kimi tədris ocaqlarında, eləcə  də orta 
ümumtəhsil məktəblərində  şagirdlərin bütün müvafiq elmlər üzrə  zəruri biliklərə 
yiyələnməsini, onların seçdikləri gələcək ixtisaslara uyğun fənləri daha dərindən 
öyrənməsini gərəkli hesab etmiş, bunlarla yanaşı, istisnasız olaraq hər bir şagirdin 
mükəmməl bilməsi son dərəcə vacib olan fənləri də ayrıca ciddi bir vəzifə olaraq qarşıya 
qoyulmuşdur: “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o 
fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər... Amma orta məktəblər 
üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, 
ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi 
bilməlidirlər”. Təhsilin məzmunca milli müstəqilliyimizin prinsiplərinə 
uyğunlaşdırılmasında humanitar fənlərin, xüsusən Azərbaycan dilinin, tarixinin və 
ədəbiyyatının tədrisinin mahiyyətcə yeniləşməsini də dahi rəhbər çоx vacib şərt saymışdır. 
Yəni, onun təlim-tərbiyə ilə əlaqədar nəzəri fikirləri sırasında təhsilin məzmununu müstəqil 
Azərbaycanın dövlətçilik prinsipləri əsasında qurmaq ideyasının əsaslandırılması xüsusi yer 
tutur.  
Onun fikrincə bütünlükdə Azərbaycanın humanitar-ictimai və fundamental elm 
sahələri sürətlə yeniləşərək yeni ictimai-iqtisadi formasiyanın reallıqlarına, o cümlədən 
dövlət və dövlətçiliklə bağlı praktiki məqsədlərin gerçəkləşməsi, milli maraq və mənafelərin, 
ideologiyanın möhkəmlənməsində, ümumən cəmiyyətin proqressiv dəyərlər  əsasında 
inkişafında lokomotivə çevrilməlidir.  
Elə bu yanaşmadan qətiyyətlə demək olarki, Heydər Əliyevin təhsil konsepsiyasında 
təhsil və  tərbiyə  məsələləri qarşılıqlı  əlaqədə verilmiş, mükəmməl biliklə yüksək 
mənəviyyatın vəhdəti sоn dərəcə mühüm prinsip kimi əsaslandırılmışdır: “Təhsil 
оcaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri  əsasında tərbiyələndirmək, mənəvi 
cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. O, təlim 
prosesinin düzgün qurulması, ideyaların, vəzifələrin gerçəkləşməsi, müstəqil Azərbaycan 
dövləti və onun vətəndaşlarının gələcək taleyi üçün son dərəcə vacib əhəmiyyət daşıdığını 
konkret şəkildə nəzərə çatdırmışdır: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə