The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə92/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   88   89   90   91   92   93   94   95   ...   102

231 
 
N.Z.Hüseynli 
 
təhsil verib onları  gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı,  ən böyük məqsəd 
Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü 
hazırlamaqdır”. 
Heydər  Əliyevə görə  təhsil və  tərbiyə prоsesində müəllimin peşə hazırlığı, savadı, 
mənəviyyatı mühüm əhəmiyyət daşıyır. “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini 
yazan, inkişaf etdirən, tarixini əks etdirən, öz mənəviyyatını araşdıran, təhlil edən və 
ümumiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim - onlar hamısı birlikdə öz xalqının, 
millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəli 
getməsinə xidmət göstərir”(7).  Əsl pedaqoq оlmaq,  şagird və  tələbələrə mükəmməl
hərtərəfli bilik verməklə yanaşı,  оnları  mənəvi kamilliyə yetişdirməkdir. Bunun üçün 
məktəblərdə müvafiq şərait,  əlverişli mühit yaradılmalı, müəllimin özü bu yüksək 
keyfiyyətləri dərindən mənimsəməli, yetirmələrinə nümunə  оlmalıdır: “Məktəbdə, 
universitetdə formalaşan gənc, Azərbaycanın gələcək vətəndaşı  gərək, birincisi, 
mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə 
hökm sürsün ... Ona görə  də  gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər 
olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər”.  
Bu prossin uğurla həyata keçirilməsində  məktəbdə çalışan pedaqоji heyətlə yanaşı 
bütün cəmiyyət maraqlı  оlmalı, məktəblə ailənin birgə  fəaliyyəti təmin edilməlidir: 
“Məktəblə ailənin sıx, qarşılıqlı  əlaqəsi  оlmadan mükəmməl tərbiyə  оla bilməz, çünki bu 
prоses kоmpleks bir prоsesdir və оnun səmərəliliyini valideynlərlə pedaqоqların birgə səyi 
ilə yüksəltmək lazımdır”.  
Azərbaycan müstəqillik qazandıqdan sоnra respublikada təhsilin milli əsaslar 
üzərində yenidən qurulması və inkişafı da məhz Heydər Əliyev sayəsində gerçəkləşmişdir. 
O, Azərbaycanda bütün təhsilin – orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali 
məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görülməsini qeyd edərək belə 
qənaətə gəlirdi: “Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm də 
təhsil islahatı ilə  əlaqədar qəbul ediləcək qanunda və  qərarlarda öz əksini tapacaqdır” (8). 
Heydər Əliyev milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə 
inteqrasiyasını da ciddi vəzifə kimi müəyyənləşdirmiş, bu sahədə aparılacaq islahatların 
mahiyyətini açıqlamışdır. Onun irəli sürdüyü təhsil konsepsiyasının  əsas qayəsini 
müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu 
prosesinin sürətlə  həyata keçirilməsi, dinamik inkişafa xas olan dövlətin iqtisadi bazasının 
yaradılmasının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. 1995-ci ildə ümumxalq 
səsverməsi yolu qəbul edilən Azərbaycan Konstitusiyasında təhsil hüququ hər bir vətəndaşın 
vacib hüquqlarından biri kimi elan olunmuşdur.  
Heydər  Əliyev gənclərin tərbiyə olunmasına, vətənpərvər, kamil və layiqli 
Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərmək məqsədi ilə 11oktyabr 
1997-ci ildə Azərbaycan Skautlar Assosiasiyasının  (ASA) yaradılmasını  dəstəklədi və bu 
assosiasiya 20 avqust 2000-ci il tarixdə Ümumdünya Skaut Hərəkatı  Təşkilatına tam 
hüquqlu üzv qəbul edildi.  
30 mart 1998-ci il tarixli “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar 
üzrə Dövlət Komissiyası haqqında” sərəncamında müstəqil Azərbaycanın təhsil sistemində 
beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsi, təh-silin inkişafı  və onun 
maddi-texniki bazasının möhkəmləndirilməsi, Avropa təhsil məkanına inteqrasiyanın təmin 
edilməsi kimi mühüm  


232 
 
N.Z.Hüseynli 
 
vəzifələr önə  çəkilmişdir(3). 15 iyun 1999-cu il tarixdə  təsdiq olunmuş “Azərbaycan 
Respublikasında Təhsil  İslahat Proqramı”nın  əsas mahiyyətini isə  təhsil sistemində 
islahatların təkamül yolu ilə, mərhələlərlə aparılması, tarixən formalaşmış zəngin, mütərəqqi 
ənənələrin, təcrübənin qorunub saxlanılması, dünya təhsil sisteminin Azərbaycanın milli 
xüsusiyyətləri ilə qovuşan prinsiplərinin tətbiqi məsələləri təşkil edir və  təhsil sistemində 
mühüm yeniləşməyə imkan verdi. İslahat proqramının həyata keçirilməsi nəticəsində təhsilin 
məzmunu yeniləşdirilmiş, yeni proqramlar və dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri 
və  fənlər üzrə standartların hazırlanması istiqamətində ciddi iş aparılmışdır: “Təhsil 
sistemində islahatların  əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemini dünya 
təhsil sisteminin standartlarına uyğunlaşdırsın ... On illərlə əldə etdiyimiz təhsil prinsipləri 
gözlənilməli və inkişaf etdirilməlidir.  Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda 
Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik”. 
Təhsil islahatlarının sistemli aparılması  və gözlənilən nəticələrin  əhatəli təhlili 
mühüm  əhəmiyyət daşıyır: “Biz təhsil sahəsində yeniləşmənin tərəfdarıyıq, dünya 
təcrübəsindən səmərəli istifadə eləməyi sizdən tələb edirik. Ancaq bu işlər gərək sistemli 
olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq 
nəzərə almalısınız”. Onun təlimində islahatlar zərurətdən yaranır və  təsadüfi xarakter 
daşımırdı: “...Çalışmaq lazımdır ki, islahat islahatlar naminə aparılmasın, təhsil sistemimizi 
daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi 
daşısın”. 
 “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 23 iyun 2000-
ci il tarixli Fərmanı (4) və “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-
texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002-ci il tarixli Sərəncam təhsil 
sektorunda müasir islahatlara, yenidənqurmaya geniş imkanlar açan mühüm tarixi sənəd
təhsilə göstərdiyi qayğının daha bir parlaq təzahürüdür (5). “Azərbaycan Respublikasında 
təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2003-cü il tarixli fərmanı isə  təhsil 
sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, 
onun beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına 
zəmin yaratmışdır (6). Bu fərmanla təhsil müəssisələrinin  şəbəkəsi optimallaşdırılmış, bir 
sıra universitetlərə muxtariyyət statusu verilmiş, ölkəmizdə müəllim hazırlığının 
keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Müəllimlər  İnstitutu və onun 12 filialı 
yaradılmışdır.  
Təhsil bilik, müasirlik, savad, rəqabətə davamlılıq, gələcəyə açılmış qapılar 
deməkdir. Görülən işlər deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda təhsil sahəsində 
əsaslı  dəyişikliklər baş verməkdə davam edəcək, milli təhsilimizin keyfiyyəti daha da 
yüksələcəkdir. Qəbul olunmuş  qərar, fərman və  sərəncamlar, onların nəzəri və praktik 
baxımdan gerçəkləşməsii müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, 
tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya 
standartlarına yaxınlaşmasına xidmət edir və etməkdədir. 
Azərbaycanda təhsil strategiyasını  təhlil edərkən hər yeni inlikşaf mərhə-ləsində 
onun əvvəlkindən keyfiyyətcə fərqlənməsi aydın ifadə olunur və  prosesdəHeydər Əliyevin 
bir  şəxsiyyət olaraq problemə yanaşma göstəricisi, məntiqi və  təcrübəsi  əvəzsiz rola 
malikdir. Bu gün əldə etdiyimiz “İnkişafın Azərbaycan modeli”nin mahiyyəti dünyanın ən 
müxtəlif nüfuzlu iqtisadi mərkəzləri tərəfindən araşdırılır. Fərqli münasibətlər, polemik 
fikirlər isə məhz bu nöqtədə kəsişir ki, Azərbaycanın hazırda dayanıqlı və möhkəm təməl  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə