The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə90/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   86   87   88   89   90   91   92   93   ...   102

 
226
Р.Н.Азизов
 
 
THE MAIN PRIORITIES IN AZERBAIJAN'S FOREIGN EСONOMY 
 
            R.N.Azizov 
 
            SUMMARY 
 
This article deals with the factors of economic growth, foreign trade strategies and 
key trends in foreign economic activity in Azerbaijan. The importance of foreign trade for 
national economy is stressed. The analysis of the impact of foreign economic policy on 
national economy is conducted. 
 
 
 
 


227 
 
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2016 - № 45 
 
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ 
 
N.Z.Hüseynli  
Azərbaycan Avrasiya Universiteti 
Bakı, Həsən Əliyev küç. 135a 
e-mail: ibrahimova-gulzar@ramler.ru 
 
Açar sözlər: Azərbaycan, dövlət, lider,  millət, təhsil, sosial, iqtisadi, ideoloji 
Anahtar kelimelerAzerbaycan, devlet, lider, millet, eğitim, sosyal, ekonomik, ideolojik 
Key words: Azerbaijan, state, leader, nation, education, social, economic, ideological 
 
Azərbaycana, onun dövlətinə, dövlətçiliyinə, millətinə çeşidli ictimai-siyasi proeslərə 
münasibətdə  əməl və  əqidə birliyi, prinsip yenilməzliyi  və  ədalətli mövqe göstərən dahi 
Heydər  Əliyevə  məhəbbət hər bir azərbaycanlının qəlbində  əbədidir. O, tarixin əlverişli 
mərhələsində milli məfkurəyə  əsaslanaraq optimal inkişaf modelinin siyasi və iqtisadi 
konsepsiyasını yaratdı  və gerçəkləşdirdi. Adı dünyanın  ən parlaq və fenomen 
şəxsiyyətlərinin adı ilə birlikdə çəkildi vəbu dünyanın gerçəkliyi, əfsanəsi və fəlsəfəsi qəbul 
etdiyimiz Heydər Əliyev bütün zirvələri, o cümlədən elm, təhsil, idarəetmə, dövlətşünaslıq 
və siyasətin zirvəsini fəth etdi. 
Elm və  təhsil bəşəriyyətin yarandığı gündən fərd və ictimai toplumların, xalqların 
gələcək inkişafının, yaşam fəlsəfəsinin və tarixin əlverişli mərhələsində qazandığı 
nailiyyətlərin  əsas qayəsi kimi çıxış etmiş, millətin gələcəyi, müstəqil dövlətin təməli 
olmuşdur. Müasir dünyada hər bir dövlətin milli inkişaf səviyyəsi isə onun gələcəkdə 
təhsilini, elmi və texnoloji potensialını artıran, əhalinin layiqli həyat səviyyəsini yüksəldən 
və fiziki sağlamlığını təmin edən  intellektual strateji sahələrin səviyyəsi ilə ölçülür. Hər bir 
xalq inkişaf yolunu məhz malik olduğu elmi-intellektual potensialla müəyyənləşdirərək 
dünya miqyasında layiqli yer tutmaq imkanı əldə edir. Məhz bu yanaşmada Heydər Əliyev 
idarəçiliyinin bütün mərhələlərində elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət 
quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab etmiş, milli təhsilin mütərəqqi 
prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. O, Azərbaycan 
xalqında milli məfkurənin güclənməsi, milli dövlətçilik şüurunun formalaşması üçün hər bir 
vətəndaşın yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib sayaraq 
bu sahədə praktik addımlar atmışdır.    Bu  fəaliyyət hər biri Azərbaycan xalqının tarixində 
xalqının və dövlətinin inkişafını özündə daşıyan, onu stimullaşdıran ayrıca səhifələrdən- 
müxtəlif sosial, iqtisadi və ideoloji qatlardan və  mərhələlərdən  ibarət oldu. Onun 
fəaliyyətinin elm və  təhsili özündə ehtiva edən  bütün mərhələlərində sivil dünya 
gerçəkliklərinə cavab verə bilən milli təhsil sisteminin müasirləşdirilməsi yolunda mütərəqqi 
yeniliklərin tətbiq olunması, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, 
intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi prioritet məsələlərə çevrildi. 
Rəhbərliyi dövründə respublikada təhsilin milliləşdirilməsi, ictimai elmlərin milli 
xarakterinin qorunması və mütləq zəruriyyət tələb edilən sahələrdə miili kadrların yetişməs 
üçün ardıcıl tədbirlər həyata keçirildi. Belə ki, dinamik inkişaf edən iqtisadiyyatı yüksək  
 


228 
 
N.Z.Hüseynli 
 
ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri 
şəbəkəsi nəzərəçarpacaq dərəcədə genişləndirildi. Bir sıra yeni ixtisaslar üzrə – informasiya 
texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. – mütəxəssis 
hazırlayan ali məktəblərin olmadığını  nəzərə alaraq minlərlə azərbaycanlı  gəncin Moskva, 
Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etdi. 1970-
ci ilədək respublikadan kənarda ali təhsil almağa göndərilən azsaylı kontingentin cəmi 40 
faizinin azərbaycanlı olduğunu nəzərə alan Heydər  Əliyev bu zərərli  ənənəyə qarşı 
mübarizəyə başladı  və çox qısa bir müddət  ərzindəMoskvanın, eləcə  də keçmiş SSRİ-nin 
digər  şəhərlərinin aparıcı elm və  təhsil ocaqlarına göndərilən  gənclərin 97-98 faizinin 
azərbaycanlılardan ibarət olmasına nail oldu. 
Heydər  Əliyev hələ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı illərdə müəyyən 
risklərə  rəğmən, kadrların milliləşdirilməsi vacibliyini irəli çəkmiş, “beynəlmiləlçilik” 
pərdəsi altında milli dəyərlərin aşınması prosesinin qarşısını almış, onun səyi nəticəsində 
milli özünüdərkin bütün rüşeymlərinə qarşı amansız mübarizə aparan bu qurum qısa müddət 
ərzində mahiyyətcə yenilənmiş, az bir vaxt ərzində  şəxsi heyət azərbaycanlıların xeyrinə 
dəyişdirilmiş, bu orqan demək olar, azərbaycanlılaşdırılmışdı.  
O, azərbaycanlı  gənclərin hərbi təhsilə yiyələnməsi sahəsində  də sistemli tədbirlər 
həyata keçirdi. Belə ki, respublikada Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, 
azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə 
cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan verdi 
və bununla da gələcəkdə müstəqil Azərbaycan Milli Ordusunun formalaşması üçün kadr 
probleminin həlli yolunda mühüm addım atıldı. 
Qeyd olunan amillər Heydər  Əliyev epoxasının mənəvi yüksəliş tarixinin 
inkaredilməz gerçəkliyinə çevrilmişdir. O, yeni ictimai-iqtisadi formasiyada Azərbaycan 
elmində, təhsilində yeniləşmənin vacibliyini önə  çəkmiş, bu sahələrdə davamlı islahatlar 
həyata keçirmişdir. Heydər Əliyev humanitar elmlərin cəmiyyətin mənəvi-ideoloji cəhətdən 
yetkinləşməsi və ictimai şüurun yeniləşməsində, fundamental elmlərin isə iqtisadi sistemin 
tənəzzüldən qurtulması  və milli iqtisadi inkişaf modelinin düzgün müəyyənləşdirilməsi, 
elmlə istehsalın üzvi vəhdətinin təmin olunmasında rolunu düzgün dəyərləndirmişdir.Onun 
fikrincə “İslahatlar, xüsusən təhsil, elm sahəsində islahatlar çox ağıllı, düşünülmüş şəkildə 
həyata keçirilməlidir...dəb naminə yox, yalnız və yalnız  əldə etdiyimiz səviyyədən daha 
yuxarı qalxmaq üçün təhsilin səmərəliyini, elmin səmərəliyini artırmaq üçün aparılmalıdır” 
(2, 83) 
Azərbaycana rəhbərliyi dövründə 1971-1975-ci illərdə ali və orta ixtisas təhsilini, 
ümumtəhsil məktəblərində daha da inkişaf etdirmək və təkmilləşdirmək vəzifələri müəyyən 
edilmiş, elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə keyfiyyətli dəyişikliklər baş vermişdi. 
Həmin illərdə respublikamızda 198 elmlər doktoru və 1781 elmlər namizədi hazırlanmışdı. 
Elmi-tədqiqat institutları, ali məktəblər, elm və tədris müəssisələri yüksəkixtisaslı kadrlarla 
təmin edilmişdi ki, onların da böyük bir hissəsi ali təhsilli kadrlardan ibarət idi ( məsələn, 
1978-ci ildə onlar ümumi sayın 46 faizini- 104 min nəfər təşkil edirdilər ). Ali təhsil 
müəssisələrinin sayı 12-dən 17-yə, çatdırılmışdı(2, 14). 
Bu dövrdə qadın hüquqlarının qorunması  və onların sosial-iqtisadi həyatda fəal 
iştirakına xüsusi diqqət nəticəsində hər il yüzlərlə  azərbaycanlı gənc qız təhsil almaq üçün 
keçmiş  İttifaqın qabaqcıl ali məktəblərinə göndərildi. Bütünlükdə 1969-1982-ci illərdə 
respublikada müxtəlif sahələrdə təlabat doğuran 250-dən çоx ixtisas üzrə 15 mindən çox  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə