The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə93/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   89   90   91   92   93   94   95   96   ...   102

233 
 
N.Z.Hüseynli 
 
üzərində sürətli inkişafı, Heydər Əliyevin ötən əsrin 70-80-ci illərdə formalaşdırdığı iqtisadi-
siyasi, elmi, mənəvi potensiala söykənir.  
Aqillərə görə “Milli problem həmin millətə aid olan fərdin  şəxsi probleminə 
çevrildikdə, o, millətlə eyniləşir. Elə o vaxtdan da dünya vətəndaşı olur”. Heydər  Əliyev 
üçün də  vəzifələr geniş  fəaliyyət meydanı, iş görmək, millətinə müstəsna fayda gətirmək 
imkanı oldu. Bütün bu xüsusiyyətlərilə  də o dünya vətəndaşına çevrildi. Heydər  Əliyev  
zaman etibarı ilə çox yaşamasa da, faydalı əməllərilə min il yaşadı və müstəqil Azərbaycan 
var olduqca da yaşayacaq. 
 
Ədəbiyyat 
1.
 
Babaoğlu H. Müstəqil Azərbaycanın memarı və qurucusu: Ulu Öndər Heydər 
Əliyev.Yeni  Azərbaycan, 2014, 10 oktyabr, s. 4. 
2.
 
Azərbaycan xalqının ümümmilli lideri. 
http://files.preslib.az/projects/toplu/umummilli_lider.pdf 
3.
 
 “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası 
haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı,30 mart 1998 
4.
 
Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, 23 iyun 2000 
5.
 
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının 
möhkəmləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 
Sərəncam,4 oktyabr 2002  
6.
 
“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 
Azərbaycan Respublikasının PrezidentininFərmanı, 13 iyun 2003 
7.
 
Milli özünüdərk: Vətənpərvərlik və milli mənlik şüuru. 
http://www.olaylar.az/news/social/137763/ 
8.
 
Azərbaycan müəllimi qəzeti, 15 aprel, 2014, №15 
 
 
 
 
HAYDAR ALIYEV VE AZERBAYCAN EĞITIMI 
 
N.Z.Hüseynli  
ÖZET 
 
 
Makalede, Millî Lider Haydar Aliyev’in devlet stratejisinde millî eğitim    sisteminin 
çağdaş duruma getirilmesi yolunda gerçekleştirilen  yeniliklerin hayata geçirilmesi, devlet 
yönetiminde görev alacak yüksek manevi değerlere, ahlak anlayışına sahip bilgili, donanımlı 
kadroların yetiştirilmesi konusu irdeleniyor. Makale, “Gelişimin,  şu anda Azerbaycan’ın 
hayata geçirdiği modelin sağlam temellere  dayanmasının ve bu temel üzerinde gelişmesinin
Haydar Aliyev’in 
 1970-1980’li  yıllarda sistemleştirdiği sosyoekonomik, bilimsel ve manevi potansiyele 
dayandığı” prensibini ön plana çıkarıyor. 
 


234 
 
N.Z.Hüseynli 
 
 
HEYDAR ALIYEV AND AZERBAIJANI EDUCATION 
 
N.Z.Huseynli  
RESUME 
Education policy related to applying progressive innovation for modernization of 
national education in the statistics stretegy of national leader Heydar Aliyev,preparing 
qualificated perssonel known for their moral and behaviaral qualities ,intellect  and 
knowledge for state administration are analized in the article. It’s shown that “ Azerbaijani 
Pattern of Development “ the fast development on the stable and fixed cornerstone that we 
have gained is supported  by the econimic –political,scientific spiritual potential which was 
formed by Heydar Aliyev at the 70-80 s of the last century 


235 
 
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2016 - № 45 
 
HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA  
QADIN MƏSƏLƏSİ 
 
G.İbrahimova 
Azərbaycan Avrasiya Universiteti 
Bakı, Həsən Əliyev küç. 135a 
e-mail: ibrahimova-gulzar@ramler.ru
 
 
Açar sözlər: hüquq, qanun, dövlət, qadın, siyasət, gender bərabərliyi, beynəlxalq standartlar 
Key words: human rights, law, government, women, politics, gender equality, international standards 
Ключевые  слова:  права  человека,  права,  правительство,  женщины,  политика,  гендерное  равенство, 
международные стандарты  
 
Bu gün dünyanın müxtəlif dövlətləri ilə qlobal problemlərin həlli sahəsində 
əlaqələrin getdikcə genişlənməsi həmin problemlərin elmi bazasının yeni istiqamətdə təhlil 
olunmasına, öyrənilməsinə böyük zəmin yaratmışdır. Qadın məsələsi isə ictimai-siyasi bir 
məsələ olduğundan qadın  şəxsiyyətinin mahiyyəti, cəmiyyətin idarə edilməsində yeri və 
rolu, fəallığı, mədəniyyəti və  şüurluluq səviyyəsi bütün dövrlərdə  fəlsəfi fıkrin diqqət 
mərkəzində olmuş və bu barədə bir-birinə zidd fıkirlər söylənilmişdir. 
Müstəqilliyini yaşadığımız keçid dövründə totalitar rejimə  məxsus dəyərlərin 
dəyişən dünyaya müvafıq dəyərlərlə  əvəzlənməsi prosesi gedir, cəmiyyətin sosial 
strukturunda dəyişikliklər baş verir. Keçid dövründə qadınların fəaliyyətinin elmi təhlili 
onların gələcək həyatının istər iqtisadi, mənəvi və maddi, istərsə  də siyasi və  mədəni 
sahələrində baş verəcək dəyişikliklərin öyrənilməsi üçün əhəmiyyətlidir. 
Ümummilli lider Heydər  Əliyevin 1993-cü il oktyabrın 3-də xalqın təkidi ilə 
müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsi müstəqil dövlətçilik tariximizdə 
əsaslı dönüş yaratdı. Azərbaycan Respublikası bütün sahələrdə özünün inkişaf və yüksəliş 
dövrünü yaşamağa başladı. l994-cü ildən başlayaraq ölkədə yaranan sosial və iqtisadi 
sahədəki stabillik qadınların inkişafına da təkan verdi. Yeni dövrdə qadm problemlərinin 
həlli dövlətin düşünülmüş, hərtərəfli qadm siyasəti yürütməsi ilə reallaşmağa başladı. Ölkə 
Prezidentinin qadınların ictimai-siyasi həyatda fəaliyyətinin artırılması  və Konstitusiyanın 
verdiyi hüquqları müdafiə edən fərman və sərəncamları qadınlara qarşı ayrı-seçkiliyin ləğv 
olunması üçün irəliyə doğru atılmış addımlar oldu [8, 90, 107, 171]. Respublikada qeyri-
hökumət qadın cəmiyyətləri və təşkilatları yaradılmağa başladı. Qadınların IV Ümumdünya 
Konfransına hazırlıq işləri görüldü. 1994-cü ildə Heydər  Əliyevin fərmanı ilə Prezident 
Aparatının Humanitar siyasət  şöbəsinin müdiri, dövlət strukturlarının qadın rəhbərləri və 
qeyri-dövlət qadın təşkilat nümayəndələrindən ibarət Milli Hazırlıq Komitəsi yaradıldı [8, 
90-91]. Milli Hazırlıq Komitəsi tərəfındən qadınların rolunun genişləndirilməsinə yönəlmiş 
tədbirlər həyata keçirildi, geniş miqyaslı hazırlıq işləri aparıldı. Komitənin qarşısında 
aşağıdakı vəzifələr dururdu: postsovet dövründə qadınların malilk olduqları rolu və statusu 
qiymətləndirmək; keçid dövründə qadınların malik olduqları rolu və statusu, əsas maraq və 
fəaliyyət sahələrini müəyyənləşdirmək; qadınların problemlərinə dair mövcud 
informasiyanı, statistik və digər məlumatları genişləndirmək, məlumatların toplanması 
sisteminin inkişaf etdirilməsi və  təkmilləşdirilməsi məqsədi ilə müvafıq tövsiyələr 
hazırlamaq; qadın təşkilatlarının yaradılmasına dəstək verməklə qadınları ictimai həyata fəal 
cəlb etmək; qadınların cəmiyyətdəki statusunu artırmağa və cinslər arasında bərabərliyə nail 
olmağa yönəlmiş fəaliyyət proqramlarını işləyib hazırlamaq. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə