Tədris-istehsalat təcrübəsinin keçirilməsinə dair mövzular I həFTƏ I mövzu. TƏLƏBƏLƏRƏ TƏDRİS-İstehsalat təCRÜBƏSİNİn aparilmasi və onun məQSƏDİ haqqinda məlumat verməK. DİAlektoloji TƏCRÜBƏNİn keçİRİLMƏSİNİn məQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 43,64 Kb.
səhifə1/15
tarix03.03.2022
ölçüsü43,64 Kb.
#84309
  1   2   3   4   5   6   7   8   9   ...   15
Praktika Mövzuları


Tədris-istehsalat təcrübəsinin keçirilməsinə dair mövzular

I HƏFTƏ

I MÖVZU. TƏLƏBƏLƏRƏ TƏDRİS-İSTEHSALAT TƏCRÜBƏSİNİN APARILMASI VƏ ONUN MƏQSƏDİ HAQQINDA MƏLUMAT VERMƏK. DİALEKTOLOJİ TƏCRÜBƏNİN KEÇİRİLMƏSİNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ.

Filologiya ixtisasını bitirən tələbələrin gələcəkdə mükəmməl bir tədqiqatçı kimi yetişmələri üçün onların nəzəri bilgilərlə yanaşı təcrübi bacarıqlara da yiyələnməsi vacibdir. Azərbaycan dilinin onomastikası, dialekt və şivələri haqqında daha aydın təsəvvür əldə etmək, zəngin dialekt faktları toplamaq məqsədilə respublikamızın müxtəlif bölgələrinə dialektoloji ekspedisiyaların təşkil edilməsi mühüm əhəmiyyət daşıyır.

Təcrübə müddətində tələbələr dilimizin məhəlli ayrılmalarını duyub, onun dildən fərqli əlamətlərini qeydə alacaqlar.Nəticədə dilin daxili qanunlarla inkişafı ədəbi dildə şivələrin ayrılan və birləşən cəhətlərini ayıracaqlar.

Təcrübə dövründə tələbələr yerli şivələrlə qarşılaşır və əhalinin nitqindəki məhəlli xüsusiyyətləri müşahidə edirlər. Dialektologiyadan çöl təcrübəsi zamanı başlıca olaraq üç vəzifə qarşıda durur: a) tədris-təcrübi məqsəd, b) elmi-tədqiqat məqsədi, c) peşə və pedaqoji hazırlıq məqsədi.




  1. Yüklə 43,64 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə