I pyotrun «VƏSİYYƏtnamə»SİNDƏ DİNİ MƏSƏLƏLƏRƏ MÜnasiBƏT



Yüklə 200,92 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü200,92 Kb.
#66939


«Dövlət və Din».-2010.-№2(16).S.110-113.

I PYOTRUN «VƏSİYYƏTNAMƏ»SİNDƏ

DİNİ MƏSƏLƏLƏRƏ MÜNASİBƏT

TURAL ƏLİYEV,

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə 

Dövlət Komitəsinin Aran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi

Rusiyanın dövlətçilik tarixində mühüm mövqeyilə seçilən I Pyotrun məşhur «Vəsiyyətnamə»si maraqlı sənəd

kimi diqqəti cəlb edir.

«Vəsiyyətnamə»də  maraq  doğuran  əsas  cəhətlərdən  biri  də  dövlət  başçısı  kimi  I  Pyotrun  dini  məsələlərə

münasibətidir.

Ümumilikdə, 12 bənddən ibarət  olan «Vəsiyyətnamə»nin 9-cu  bəndi  həcmcə  ən  böyük  olmaqla  əsas  hissəsi

«məxfi  qalsın»  qrifilə  verilib.  Məhz  bu  bənddə  I  Pyotrun  dinə  olan  mənfi  münasibəti  açıqlanır  və  dinin  dövlət

işlərinə qarışmasını qadağan edir. Sənəddə deyilir: «Din xadimlərimizin bu günədək dövlət işlərinə müdaxilə etməsi

Rusiyanın  tərəqqisinə  mane  olmuşdur.  Mən  öz  səlahiyyətindən  istifadə  edərək  onları  dövlət  işlərindən

kənarlaşdırdım. İndi onlar geniş şəkildə əl-qol aça bilmirlər. Bunu böyük zəhmət bahasına etdim».

«Vəsiyyətnamə»də  diqqəti  cəlb  edən  məqamlardan  biri  də  İslama,  sünni  və  şiə  məzhəblərinə  qarşı  məkrli

münasibətdir.  I  Pyotr  İslam  məzhəblərinə  millətlərarası  münaqişələr  törətməyin  ən  kəsərli  vasitəsi,  hərbi

silah-sursatın alternativi kimi önəm vermişdir. Rusiyanı dünyanın ən qüdrətli  dövləti  kimi  görmək istəyən  I Pyotr

onun  sərhədlərini  Hindistandan  Avropayadək  genişləndirməyi,  İstanbulun  da  paytaxt  olmasını  arzulayaraq

məqsədini  bu  cür  açıqlayır:  «Bu  məqsədi  həyata  keçirmək  üçün  həmişə  Türkiyə  ilə  İran  arasında  fitnə-fəsad

törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və

basılmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə qarşıdurmaları yaxşı vasitədir».

İran  və  Türkiyə  arasında  qarşıdurma  yaratmağı  planlaşdıran  I  Pyotr  bu  ölkələri  Avropa  ilə  təmasdan  uzaq

tutmağı vəsiyyət  edərək  bildirirdi  ki,  «Bu  ölkələrin  müsəlmanlarının  öz  hüquqlarını  tanımaları bizə  böyük  zərbə

olar.  Həm  Türkiyə,  həm  də  İranın  din  xadimlərini  ələ  almaq  və  onlar  vasitəsilə  sünni-şiə  qarşıdurmalarını

qızışdırmaq lazımdır».

Göründüyü  kimi,  I  Pyotr  dindən  siyasi  məqsədlərlə  bəhrələnməyə  çağırır,  bir  dinin  iki  məzhəbi  arasındakı

ziddiyyətdən məharətlə istifadə edərək İslamı sıxışdırıb Xristianlığı yaymağı vəsiyyət edir. I Pyotr bu haqda deyir:

«İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, Xristianlığın təbliğini isə orada sürətləndirmək lazımdır.»

Hələ  1916-cı  ildə  «Dirilik»  jurnalında  nəşr  olunmuş  «Vəsiyyətnamə»nin  tərcüməsi  oxucuların  xahişilə

«Aydınlıq» qəzetinin 31 dekabr 1991-ci il sayında təkrar çap edilmişdir.

1725-ci ildə yazılmış bu sənəd 13 il sonra, yəni 1738-ci ildə elan edilmişdir.

Maraqlıdır  ki,  «Vəsiyyətnamə»də  «Qafqaz  xətti»  anlamında  yalnız  Gürcüstan  və  İranın  adı  çəkilir,  ancaq

Azərbaycanın  adına  rast  gəlmirik.  «Vəsiyyətnamə»də  oxuyuruq:  «Gürcüstan  «Qafqaz  xətti»nin,  yəni  İranın  şah

damarıdır».

Fikrimizcə, İran dedikdə Azərbaycan da nəzərdə tutulurdu. О vaxtkı Rusiya üçün «Azərbaycan» adlı coğrafi

məkan mövcud olsa da, «Azərbаусаn» adlı dövlət yox idi. Azərbaycan İranın tərkib hissəsi kimi qəbul edilirdi. Ona

görə də I Pyotr «məxfi qalsın» qrifi altında vəsiyyət edirdi ki, «...siz vaxtı boş vermədən Gürcüstanı və Qafqazı zəbt

edib İranın daxili hakimlərini özünüzə xadim və müti ediniz».

I Pyotrun hələ sağlığında müxtəlif dövlət adamlarına tapşırıqları da «Vəsiyyətnamə» ilə səsləşir.

1723-cü  il  iyul  ayının  21-də  rus  general-mayoru  Matyuşkin  Bakı  xanına  təslim  olmaq  barədə  ultimatum

vermişdir.  Rədd  cavabı alan  general  5  gün  gecə-gündüz  Bakını  atəşə  tutduqdan  sonra  iyulun  26-da  şəhəri  işğal

etmişdir.

I  Pyotr  general-mayor  Matyuşkinə  tapşırıq  vermişdi  ki,  müsəlmanları  Azərbaycan  torpaqlarından  köçürüb,

əvəzində, orada rusları, erməniləri, yaxud digər xristian xalqlarından olanları yerləşdirsin. O, özünün İstanbuldakı

səfiri Rumyantsevə isə tapşırmışdı ki, Osmanlı Türkiyəsi də etiraz etməzsə, ruslar tərəfindən zəbt edilmiş ərazilərdə

yaşayan  müsəlmanlar  bu  ölkəyə  köçə  bilərlər.  Bu  məqsədə  nail  olmaq  üçün  türkləri  hər  vasitə  ilə  razı  salmaq

lazımdır.

Yəqin ki, I Pyotr az müddət sonra vəfat etməsəydi, onun bu mənfur planı da baş tutacaqdı.

Tarixin gedişini diqqətlə izlədikdə məlum olur ki, I Pyotr ölsə də, onun gələcək nəsillərə «Vəsiyyətnamə»si

Rusiyanın sonrakı rəhbərləri üçün də istiqamətverici sənəd olmuşdur.

1775-ci  ildə  Quba  xanı  Fətəli  xan  II  Yekaterinanın  Dərbəndə  göndərdiyi  rus  çinovnikləri  Qaraqozov  və

Batıryevə  bildirmişdi  ki,  Rusiya  dövləti  Azərbaycanın  daxili  işlərinə  qarışmamalıdır.  1775-ci  ilin  əvvəlində  II

Yekaterina  bir  qrup  rus  generalmı sarayına  dəvət  edərək,  Cənubi  Qafqazı müsəlmanların  hakimiyyətindən  «xilas

etmək» üçün xüsusi plan hazırlatdırmışdı.

1796-cı ildə  Azərbaycana  yürüş  edərək  30  min  nəfərlik  ordu  ilə  Dərbənddən  keçib  Quba,  Bakı, Salyan  və

Şamaxını işğal edən rus generalı B.Zubov hakimiyyətdən tapşırıq almışdı ki, Muğanı ələ  keçirdikdən  sonra  orada




qala tikdirsin və adını «Yekaterinanın ürəyi» qoysun. Bundan əlavə, orada iki min gənc rus əsgəri məskunlaşdırsın,

erməni və gürcü qızları ilə evləndirib onlara xüsusi torpaq sahələri ayırsın, silahla təmin etsin.

Araşdırmalar  sübut  edir  ki,  tarixin  sonrakı  dönəmlərində  Çar  Rusiyası  işğalçılıq  yolu  ilə  ərazilərinin

genişləndirilməsi siyasətini davam etdirmiş, bu zaman milli və dini amilləri önə çəkmiş, Qafqazda əsas hədəf kimi

azərbaycanlıları seçmişdir.

XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarını işğal edən rus qoşunları onlara qarşı müqavimət göstərənləri

aradan  qaldırmış,  «Hərbi  dairə»  adlanan  və  çar  zabitləri  tərəfindən  idarə  olunan  vahidlər  yaratmışdı.  Qafqazın  о

vaxtkı  baş  komandanı  P.D.Sisianovun  təklifilə  Gəncə  xanlığının  ərazisi  I  Aleksandrın  arvadının  şərəfinə

«Yelizavetpol dairəsi» adlandırılmışdı. P.D. Sisianov çarın bu barədəki Fərmanını 1804-cü il martın 2-də Gəncənin

Cümə məscidində oxumuşdu.

Çar hökuməti  14 may 1805-ci il tarixli Kürəkçay müqaviləsini  pozaraq  1822-ci  ildə  Qarabağ xanlığını ləğv

edib onu imperiyanın sıravi əyalətinə çevirmişdi...

«Allahları qorxu yaratmışdır!» - deyən Lenin mələk cildinə girərək milli, dini ayrı-seçkilik yaradırdı.

Vicdan  azadlığını qətiyyətlə  boğan  sovet  cəmiyyəti  nəinki  insanlara  azadlıq  bəxş  etmişdi, əksinə,  rejim  ilk

günlərdən ağıl və düşüncənin mənfur qatilinə çevrilmişdi.

Qurduqları  cəmiyyətin  puçluğunu  dərk  edən  sovet  liderləri  tarixi  həqiqətlərə  kölgə  salmaqla  özlərini

«sığortalamaq»  üçün  37-ci  ilin  repressiya  maşınını işə  saldılar.  37-ci  ilin  cəlladları «panislamizm»,  «pantürkizm»

damğası ilə təkcə ziyalılarımızı, onların inamlarını məhv etmədilər, mənəvi xəzinəmiz olan ədəbiyyatımız da qurban

getdi...

Bütün bu faciələr silsiləsini törədənlər I Pyotrun «Vəsiyyətnamə»silə təlimatlanmış despotlar idilər...



ƏDƏBİYYAT

1. «Aydınlıq» qəzeti, xüsusi buraxılış. 31 dekabr 1991, sayı 46.

2. Основы научного атеизма. Москва, «Высшая школа», 1975.

3. История и теория атеизма. Москва, Издательство «Мысль», 1974.

РЕЗЮМЕ

Отношение к религиозным вопросам в «Завещании» Петра I

В  статье  исследовано  отношение  к  религиям,  верующим,  религиозным  течениям  в  «Завещании»

знаменитого государственного деятеля Российского государства Петра I.

Одной из интересных сторон статьи является анализ отношения Петра I к Исламу, в том числе его

основным  течениям  суннизму  и  шиизму.  Автор  также  анализировал  враждебное  отношение  Петра  I  к

Исламу и использование течений с целью политической борьбы. Сказано, что некоторые идеи «Завещания»

использованы после Петра I как политическая платформа царской России.

SUMMARY

Attitude on religious issues in IPetrus «Testament»

In  the  article  I  Petrus's  attitude  to  religions,  believers,  religious  sects  have  been  investigated  in  his

«Testament» taking important place in the statehood history of the Russian state.

One of sides (peculiarities) rousing interest in this article is analysis of I Petrus's attitude to Islam religion,

to  basic  sects  of  the  Islam  being  Sunnite  and  Shiitism.  In  the  article,  analysis  of  his  spiteful  attitude  and  use  to

Islam religion as (like) means of (the) political fight from sects pulled front, attention has been directed to usage as

(like) political platform in the next politics of the Russia from ideas of the famous «Testament».

Yüklə 200,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə