The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   2   3   4   5   6   7   8   9   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
15 
 
Onun yaddaşına heyran qalmamaq olmazdı. Mənim babamın adını da 
unutmamışdı. Halbuki 15 il qəribçilik həyatı yaşayan adam indi öz babasının da 
adını yadından çıxarmalıydı. 
Nəhayət, gəlib mənzil başına çatdıq. İmranbəyin dediyi hominid zirzəmidəydi. Bir 
zamanlar bura ikimərtəbəli bina olmuşdu. Görünür, sovetlər dağıla-dağılda hansısa 
idarənin özülü qoyulurmuş. Kimsə ikinci mərtəbədə ehtimal olunan müdir 
kreslosunda oturmalıymış, hətta özünə katibə də tutmalıymış. Amma qismət 
olmayıb. Bina dağılmışdı. Adda-budda yerlərdə ağ daşdan hörülmüş bir neçə cərgə 
divar qalmışdı. Binanın qalan əşyaları və daşları, yəqin ki, yaxınlıqdakı kənd 
sakinlərinin hasarlarını bəzəyirdilər. 
Bina Qaraçuxur tərəfdə, dibi qurumuş neft quyularının yaxınlığındaydı. İmranbəy 
zirzəmiyə doğru addımlaya-addımlaya bunları mənə danışırdı... 
Düzü, onun dediklərinin hamısını anlamırdım, bəlkə də anlamaq istəmirdim, çünki 
tam inanmırdım. Amma...amma maraq hər şeyə üstün gəlir, hətta ölümə də. 
Filmlərdə görməmisiniz? Ev sahibi şaqqıltı gələn qaranlıq zirzəmiyə enir qırıla-
qırıla kimisə səsləyir, tamaşaçının ürək-göbəyi düşür, ozünü onun yerində hiss 
edir, bu sıxıntılı, həyəcanlı, nəhayət, qorxulu anın qurtarmasını istəyir, kimlərsə 
tualet həvəsini şalvarında, kimlərsə də tumanındaca boğur və gözlənilən hadisə baş 
verir...Xıppp...yəni o məsələ...qatil hər ikisinin alığını aşırır: kinoda ev sahibi olan 
aktyorun da, həyatda ev sahibi olan tamaşaçının da...Bax belə. Mən indi həmin 
gərgin vəziyyətdəydim və sirli olayların baş verdiyi, yaxud verəcəyi yerə 
gedirdim... 
Buralar suyu sovulmuş dəyirmana oxşayırdı. Səssizlikdən qulaq tutulurdu.  
Zirzəmi binanın girişindəydi. Qədim damlara oxşayırdı. Xırda bacası vardı. Baca 
dəmir torla əhatə olunmuşdu. Damın üstü şiferlə, çadır parçaları ilə örtülmüşdü, 
üstlərinə ağ daşlar düzülmüşdü ki, külək aparmasın, çadırın ucları dəmir mıxlara 
bağlanmışdı. İmranbəyin «berloqa»sına pilləkən enirdi və qapının girişində «Azıx» 
sözü yazılmışdı. 
- Özünü Azıxdakı kimi hiss elə. - İmranbəy içəri girərkən dedi, barmağıyla 
hədələdi, - bildin, Azıxdakı kimi!.  
Öncə düşündüm ki, nəmişlikdən, mazut və kif iyindən burada nəfəs almaq çətin 
olacaq, amma belə olmadı. İçəridə qəribə ab-hava hökm sürürdü. Heyva iyi gəlirdi. 
İri sapsarı bir heyva göydən asılmışdı, yarpaqları da üstündə. Əvvəlcə heyvanın 
dekorativ olduğunu düşündüm, amma əlimi vuranda və iyləyəndə yalançı 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
16 
 
olmadığına inandım. Deməli, İmranbəyin dedikləri də gerçək çıxacaqdı, 
nağıllarımızda çin çıxan yuxularımız kimi...  
- Ekzellənt, - İmranbəy içəri girib, ətrafa göz gəzdirəndən və havanı iyləyəndən 
sonra belə dedi. 
İlk dəfə onda bu sözü aydınca eşitdim. «Ekzellənt»... 
İmranbəy taxtadan düzəldilmiş, bir neçə nəsil yola salmış kətili mənə tərəf itələdi 
və üstünə ağ süfrə sərilmiş masaya dəvət elədi. Üst-başından səfalət yağan bir 
insanın bu cür təmiz süfrə saxlaması mənə qəribə gəldi. Sanki o, mənim 
baxışlarımı və ürəyimdən keçənləri oxudu və: 
- Üst-başıma baxma, təmizlik başqa şeydir. Bir az müsəlman, bir az da yəhudi 
olmaq lazımdır, - dedi və güldü, sonra kətil və masaya işarəylə, - bu mebelləri 
Cındır Bazarından almışam, - deyə əlavə elədi, - Cındır Bazarından. 
«Cındır Bazarı»nı tanıyırdım, bizim köhnə evin yanındaydı. Bir dəfə ordan köhnə 
qantellər də almışdım, idmançı formamı saxlamaq üçün...  
İmranbəyin yəhudilərə işarəsini isə sonradan başa düşdüm. O, yəhudiləri dünyanın 
bicləri adlandırırdı, köhnə müdirinin də bu tayfadan olduğunu deyirdi. 
Mənim heyvaya diqqətlə baxdığımı görüb: 
- Onu tapmışam. Yarmarkadakı yeşiyin dibindən, yadlarından çıxıb, yəqin. Sağ 
olsunlar, müstəqil ölkənin azad vətəndaşlarını hərdən sevindirirlər… Onun xoşuna 
gəlir, - deyə zirzəminin içərilərinə doğru işarə elədi. 
Mən ətrafa diqqətlə göz gəzdirdim. Hər tərəfdən səliqə-səhman yağırdı. «Mənzil» 
bir neçə yerə bölünmüşdü. 
İmranbəy sınıq-salxaq aliminium elektrik çaydanını işə saldı, özü isə ədəb-ərkanla 
qarşımda oturdu. Mən bu cür çaydanları uşaq vaxtı pambıq yığan arvadlarda və 
yataqxanamızın gözətçisində görmüşdüm. Yəqin qaçqın düşəndən sonra satıblar. 
Çaydanın üstünü his bassa da, İmranbəy onu sürtüb ağartmağa çalışmışdı. O, sanki 
ürəyimdən keçənləri duydu və dedi: 
-Hə. Bu çaydanı da ordan almışam, aldığım mebellərin üstündə veriblər. 
Onun «mebel» sözünə gülməyim tutdu, amma büruzə vermədim, sadəcə qımışdım. 
İmranbəy üzümün cizgilərinin dəyişdiyini gördü, amma mən ona ağzını açmağa 
macal vermədim: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
17 
 
- Nə əcəb buraları özəlləşdirib, səni də qovmayıblar? - deyə soruşdum.  
İmranbəy bu sualı gözləyən adamlar kimi əlini yellətdi: 
- Gəlmişdilər. Eh, elə gəlmişdilər, «cip»li-mipli... Biri məni bayıra atmaq istədi
amma o birisi qoymadı. Buraları alan da, deyəsən elə oydu. «Dəymə, qoy, buraları 
qorusun, onsuz da kimsə buranı tutacaq, lazım olanda çıxararıq» deyəndən sonra 
qapqara maşınlara minib getdilər. Onlar qara qarğalara oxşayırdılar. Getdilər və 
məni burda gözətçi qoydular, öz aləmlərində, təbii. Bu da mənə sərf edirdi.  
Elektrik çaydanı işə düşmüşdü ki, cızıltısı kəsdi. İmranbəy əsəbi şəkildə ayağa 
qalxdı. 
- Bu zəhrimar genə də xarab oldu, deyən. Heç eybi yox, xarab olar, biz də 
düzəldərik, - dedi və çaydanı qurdalamağa başladı.  
Birdən mənə elə gəldi ki, bura gəlməməliydim. Çünki özünü İmranbəy kimi 
qələmə verən adam quldur da ola bilər, nəşəxor da. Dünyada nə çoxdur bir-birinə 
oxşayan adamlar. Bəlkə bu da İmranbəyin oxşarlarından biridi. Amma yox, 
gözlərindən onu tanımışdım. İnsanı ələ verən də, başqalarını dediklərinə inandıran 
da onun gözləridir. 
Mən hominidi görmək istəyirdim, o isə həmin məxluqu mənə göstərməyə 
tələsmirdi, çaydanla əlləşirdi, nəhayət, çaydan işə düşdü. 
- Bax belə, - İmranbəy əllərini küncdəki ləyəndə yudu, dəsmalla quruladı və gəlib 
yerində oturdu. 
Mən: 
- Mənimçün vacib nə çay, nə də çaydandır. Bura çay içməyə gəlməmişəm ki, - 
dedim və əsl məqsədimizi ona anlatmağa çalışdım. 
- Tələsən təndirə düşər. Əvvəlcə sənə onun tarixçəsindən danışacam, sonra 
göstərəcəm. O, səhər tezdən duracaq. Bir saatdan sonra yenə də yatacaq. Rejimi bu 
cürdür, - dedi və güldü, sonra əlini-əlinə vurdu, - Ax, eyyy!... 
- Yox, onu görməsəm, dediklərinə də inana bilmərəm.  
- Tələsmə, hər şeyin məqamı var. Onu əldən buraxsan, bir də tuta bilməzsən. 
Məqam da zamanın hissəciyidir, su kimi axır. Axdı və qurtardı, axdı və qurtardı, su 
kimi, yadında saxla, su kimi... 
- Aralıdan da olsa, onu görməliyəm, - deyə təkid elədim. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə