The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   2   3   4   5   6   7   8   9   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
Tamaraydı. Ay Qara Dadaşın oğlu! Quruçayla evinizin arasında at arabası boyda 
tozlu-torpaqlı yol da vardı. Sel gələndə o çaydan nə qədər qoz-fındıq yığmışıq, 
ayağı yalın, başı açıq nə qədər quzu otarmışıq!? - Qısa fasilə yarandı. O, ümidlə 
məndən cavab gözləyirdi, xırdaca gözlərini monitora zilləmişdi. - Genə də 
tanımadın!?  
Təəccübləndim. O, məni doğrudan da tanıyırdı. Monitora diqqətlə baxdım, onun 
üzündə qələbə sevincini açıq-aydın sezdim.  
Qapını açıb çölə çıxdım... 
O, bayaq monitorda gördüyümdən də eybəcər idi. Dişləri tökülmüşdü, ucuz siqaret 
çəkənlərə oxşayırdı. Saç-saqqalı çallaşmışdı. Əynində əsgər gödəkçəsi, dizi 
sürtülmüş cins, ayağında altı və üstü para-para olmuş ket vardı. Deyəsən, mən onu 
hardasa görmüşdüm: yəqin zibillikdə eşələnəndə. Sonradan anladım ki, bu cür 
adamlar bir-birilərinə oxşayırlar. Ruhları yox, həyat tərzləri eynidir. 
Mən onu, o da məni başdan-ayağa qədər süzdü və öncə o dilləndi, daha doğrusu, 
bayaq dediklərini təkrar elədi: 
- Məni tanımadın eləmi, ay Qara Dadaşın oğlu, Qaçaq Dünyamalının nəvəsi, 
Tamaranın qonşusu, Natiqin, Həmidin sinif yoldaşı?! Ay səni! Bir qara sıpanız da 
vardı, axırda qatar vurdu, üç turbadan aşağıda. Hə, qatar vurdu, üç turbadan 
aşağıda... Bir eşşəyə görə dədən bütün rayonu məhkəməyə vermişdi, təsəvvür 
eliyirsən, bütün ölkəni qatar sürəni bütün ölkə axtarırdı. Tanıdın indi? Tanıdın? 
O, bu sözü bir neçə dəfə təkrar elədi, sanki yaddaşına arxayın deyildi. 
- Tanımadın!? Qırışmal! 
- Tanımadım, - dedim, amma ürəyimdə barmağımı dişlədim. Bu, İmranbəy idi. 
Mənim sinif yoldaşım. 
-Tanımazsan da, biz balaca adam, sən də ki, maşallah,- əli ilə boyumu ölçdü, - 
yuxarılarda. O dey orda... 
- Kənardan belə görünür, - dedim, - əslində mən xırda adamam.  
-Qəzetdə şəklini gördüm, dərhal tanıdım, tanıdım... soraqlaşıb tapdım. 
- Xeyir ola, sən kimsən, axı? - deyə xəbər aldım. 
- Qulağını bəri elə deyim. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
10 
 
Qulağımı onun ağzına yaxınlaşdırdım və boynuma alım ki, indicə burnuma pis bir 
iy vuracağını, burnumun pərlərini «sevindirəcəyini» düşündüm. Ancaq onun 
ağzından heç bir iy gəlmirdi. O iysiz adam idi, yəni qoxusuz adamlara bənzəyirdi. 
Bu tip adamlardan hər nə desən gözləmək olardı. Əvvəlcə üşəndim. Sonra yavaş-
yavaş özümə gəldim, sifətim duruldu, sanki öz-özümü güzgüdə görürdüm. 
- Həəə, tanıdım, - dedim, - deməli, sən... 
O, əli ilə ağzımı yumdu. Danışmağa imkan vermədi. 
- Sonra, sonra danışarıq, - dedi, - axşam bulvara gəl, «Azneft» meydanının tuşuna - 
yekə bayrağın altına. «Azneft»in tuşuna ha, ayrı yerə yox! - barmağı ilə məni 
inandırmağa çalışdı. Yaddaşımı yoxlayırdı, sanki... 
- Danışdıq, - dedim. 
O getdi. Yolu keçərkən az qala köhnə bir «Volqa»nın altına düşəcəkdi. O tərəfə 
adlayandan sonra dönüb mənə tərəf baxdı. Güldü, əlini yellədi. Yəni ki, görüşərik. 
«Görüşərik», - ürəyimdə dedim və işə qayıtdım.  
Geri qayıdarkən mühafizəçi üzündə bic bir ifadəylə soruşdu: 
- Deyəsən, tanıdınız onu? 
- Tanıdım, - dedim və dərindən köks ötürdüm. 
Mən onu tanımağına tanımışdım, amma ürəyimi şübhələr cırmaqlayırdı. Bu qədər 
Amerikada - okeanın o üzündə yaşayasan, dilini dəyişməyəsən. İmranbəy o qədər 
səlis danışırdı ki, onun uzun müddət Amerikada yaşamasına inanmağım gəlmirdi. 
Bəlkə də onun danışdıqları öz bildiyim kimi yadımda qalıb. Nəysə... 
Yox, deyəsən, məndən ayrılanda ingiliscə nəsə dedi. Mən onu sonradan başa 
düşdüm. «Ekzellənt», yəni əla... 
Mənsə əlavə edirəm: Əliyül əla. 
Siz də mızıldanırsınız: Hmm... 
 
* * * 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
11 
 
İmranbəy, yəni mənim sinif yoldaşım, universitetin biologiya fakültəsini 
bitirdikdən üç il sonra Amerikaya köçdü. Buna səbəb məşhur Fulbrayt layihəsini 
udması oldu. Onun bu uğuru barədə mənə atası danışdı. Yağışlı bir gündə 
avtobusun basabasında sevinə-sevinə qulağıma dedi ki, İmranbəy Amerika 
dövlətinin hansısa mükafatını udub, tezliklə ora gedəcək, işləri düzələndən sonra 
onları da gəlib aparacaq. «Canımız qurtarar bu qaçqınçılıqdan» - dedi. 
İmranbəygilin ailəsi bir neçə ilə öncə qaçqın düşmüşdü və Keşlə tərəfdəki 
zavodlardan birinin həyətindəki damda yaşayırdı. Bir dəfə orda olmuşdum, 
darısqal otağıydı, qabağında taxta-tuxtadan mətbəx kimi bir şey də düzəltmişdilər. 
İşıq idarəsinin adamları onları yağır eləmişdilər, amma bir qəpik də ala bilmirdilər. 
Əlahəzrət status imkan vermirdi.  
Vaxtı ilə qurbağaların üstündə qəribə eksperimentlər aparan, bizi diksindirməkdən 
həzz alan İmranbəy, imam övladı (babası kəndin axundu idi) istədiyi fakültəyə 
daxil oldu və elmin daha yüksək fəzalarına qalxmaq, kainatın yaranmasında təkan 
rolunu oynayan canlıları axtarıb tapmaq üçün dünyanın o biri başına köçdü. 
Sonradan eşitdim ki, İmranbəy Kaliforniyada hansısa bir universitetin elmi 
laboratoriyasında işləyir və ora giriş qadağandır. Bu «qadağa», təbii ki, ata-
anasının Amerikaya köçmək arzusunu ürəyində qoydu. Mən elə düşünürdüm ki, 
yəqin o, nüvə laboratoriyasında çalışır və Nevada ştatında hər hansı nüvə silahı 
sınaqdan keçiriləndə istər-istəməz İmranbəyi xatırlayırdım.  
İndi o gəlmişdi, daha doğrusu günün-günorta çağı Bakının ortasında zühur 
eləmişdi. Onu illərlə gözləyən və gözləməkdən bezərək qaçqınlar qəbristanlığının 
bir küncünə sığınan ata-anasını «sevindirmək» istəmişdi.  
İmranbəyin ata-anası ağzıdualı adamlar idi. Bəlkə də Tanrının qəzəbindən 
qorxduqları üçün bir uşaqla kifayətlənmişdilər, amma hamının təəccübünə rəğmən 
oğlanlarının adını İmranbəy qoymuşdular. Bilmirəm, bəlkə də bu, onların hansısa 
şıltaq xasiyyətlərinin fəsadıydı, amma fakt faktlığında qalır. Kimlərsə də deyirdi ki, 
sovet höküməti gələndə Türkiyəyə qaçmış babalarının şərəfinə uşağın adına bir 
«bəy» sonluğu da artırıblar. Bəziləri Türkiyə məsələsini ortaya atanların saf 
niyyətinə şübhə edirdi. Onların fikrincə, həmin mərdimazar adamlar İmranbəyin 
ailəsini gözdən salmaq istəyirlər. Hətta bu barədə Mərkəzi Komitəyə daşdan keçən 
anonimlər də yazıblar, onları çox çək-çevirə salıblar, nəticədə bir şey sübut edə 
bilməyiblər. Mən deyərdim ki, sübut eləmək istəməyiblər, hər halda, İmranbəyin 
babası axund idi, imamların uyuduğu müqəddəs şəhərdə təhsil almışdı, mahalda 
nüfuzlu adamlardan sayılırdı. Onun yazısına pozu yoxuydu, yazdıqları daşdan 
keçərdi. Hökümət belə adamın xətrinə dəymək istəməzdi. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə