İstehza deyiLƏn züLM



Yüklə 484,8 Kb.
səhifə1/8
tarix08.04.2018
ölçüsü484,8 Kb.
#36736
  1   2   3   4   5   6   7   8

İSTEHZA

DEYİLƏN

ZÜLM


Harun Yəhya

(Adnan Oktar)

OXUCUYA

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısilə Allah`ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də, bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allah`ın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allah`ın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəsə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət şəraitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun, kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allah`ın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görər, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.



Bu kitabda istifadə edilən ayələr Ə. Musayevin tərcümə etdiyi

Qurani-kərim kitabından götürülmüşdür.
www.harunyahya.org - www.harunyahya.net - www.harunyahya.az

YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 73 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın (s.ə.v) möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allah`ın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayımlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq son sözü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allah`ın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-herseqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, Malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allah`ın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox, yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda, çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allah`ın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.



İÇİNDƏKİLƏR

YARADILIŞ HƏQİQƏTİ


GİRİŞ
LAĞ ETMƏYİN QAYNAĞI QÜRURDUR
CAHİL CƏMİYYƏTDƏ MƏSXƏRƏÇİLİK
İNKAR EDƏNLƏR DİNƏ DƏ İSTEHZA İLƏ YANAŞIRLAR
İNKAR EDƏNLƏR ƏBƏS YERƏ MÖMİNLƏRƏ İSTEHZA EDİRLƏR
İNKAR EDƏNLƏR İLK ÖNCƏ PEYĞƏMBƏRLƏRİ HƏDƏF ALIRLAR
İNKAR EDƏNLƏRİN İSTEHZALARINA SƏBİR ETMƏK MÖMİNLƏR ÜÇÜN ŞƏRƏFDİR
ALLAH İNKAR EDƏNLƏRİ DÜNYADA ALÇAQ VƏZİYYƏTƏ SALIR
İNKAR EDƏNLƏRİN QƏFLƏTDƏ OLDUQLARI BÖYÜK GERÇƏK
MADDƏNİN ARDINDAKI SİRR
MƏSXƏRƏÇİ İNSANLARIN AXİRƏTDƏ GÖRƏCƏKLƏRİ QARŞILIQ
NƏTİCƏ
ƏLAVƏ BÖLMƏ TƏKAMÜL YALANI

YARADILIŞ HƏQİQƏTİ
Heç vaxt pozulmadan və ya aşınmadan qanadlarını saniyədə 15-80 dəfə çırpa bilən bir quşun sahib olduğu bu fövqəladə sistemin kor təsadüflərin əsəri olduğunu düşünənlər çox yanılırlar. Bir insan qolunu saniyədə bir-iki dəfədən çox qaldırıb endirə bilmədiyi halda, 10-12 sm böyüklüyündə, ən çox bir neçə qram ağırlığında olan bir canlının belə mükəmməl hərəkət qabiliyyətinin olması, heç şübhəsiz, uca olan Allah`ın əsəridir.
www.ALLAHvar.com
Uçma qabiliyyətini, görmə itiliyini, çox yüksək sürətdə uçarkən heç zərər görmədən enmə və dayanma qabiliyyətini qartallara qazandıran nədir? Uçma anlayışını bilməyən hüceyrələr bir yerə gəlib qanad meydana gətirməyi necə qərar vermişlər? Öz varlıqlarının da şüurunda olmayan hüceyrələrin belə bir üstün ağıl və plan tələb edən işi öz başlarına etmədikləri açıq şəkildə görünür. Canlıları yoxdan var edən, onlara möcüzəvi qabiliyyətlər bəxş edən Rəbbimiz olan Allah`dır.



www.darwinvekuslar.com
Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”, – deyir, o da olur. (Ğafir surəsi, 68)
İnsanın tək bir DNT molekulunda bir milyon ensiklopediya səhifəsini, yəni təxminən 1000 kitabı dolduracaq miqdarda məlumat var. Bunun mənası odur ki, hər insanın gözlə görünməyən hüceyrəsində, ondan çox kiçik olan nüvədəki bir molekulda təxminən 1000 cildlik dünyada bənzəri olmayan nəhəng ensiklopediya vardır.
Bədəninizdəki 100 trilyon hüceyrədən hər biri bir milyon səhifəni əzbərdən bilərkən, görəsən, siz ağıllı və şüurlu bir insan olaraq həyatınız boyunca neçə ensiklopediya səhifəsi əzbərləyə bilərsiniz? Necə ki, hər əsərin və ya hər məlumatın bir yazıçısı və sahibi varsa, DNT-dəki məlumatın da bir sahibi və yaradıcısı var. O yaradıcı üstün və güclü, sonsuz elm və ağıl sahibi olan, aləmlərin Rəbbi Allah`dır.
Bu səhifədəki rəngləri qəbul etməyiniz və bu rənglərin sizdə duyğu və düşüncələr meydana gətirməsi, bir-biri ilə asılı bir çox fərqli mexanizmin eyni anda uyğunluq içində işləməsi ilə mümkündür. Bu quşun başındakı parlaq mavi rəngi, boyundakı qaralığı, qanadlarındakı rəng ahəngini görməyiniz, yüzlərlə kompleks əməliyyatın eyni anda reallaşmasının nəticəsidir. Bu mexanizmlərin uyğunlaşması və qüsursuz quruluşu Allah`ın bir lütfüdür.

www.cehennemcennet.com
Arı səhləb çiçəyi çoxalmaq üçün dişi arıların görünüşünü təqlid edir. Erkək arı çiçəyi mayalamağa çalışarkən üzərinə tökülən tozcuqları bir başqa çiçəyə daşıyaraq çiçəklərin çoxalmasını təmin edir. Beyni, gözü və ağlı olmayan bir bitkinin dişi arıların necə göründüyünü bilməsi, bu görünüşü təqlid etməsi, əlbəttə ki, özünün qazandığı xüsusiyyət deyil. Arı səhləb çiçəklərini sahib olduqları xüsusiyyətlərlə nöqsansız yaradan Allah`dır.
www.kurandacanlilar.com
Darvinistlər yer üzündəki bütün canlıların xüsusiyyətlərini, "ana təbiət" adını verdikləri xəyali güc tərəfindən əldə etdiklərini iddia edərkən, əslində, ilahlaşdırdıqları "ana təbiət"in daş, torpaq, çəmənlik, ağac, çiçəklərdən meydana gəldiyini və ağıl və şüurdan məhrum olduğunu düşünmürlər. Şüursuzluğun şüur tələb edən mexanizmlər çıxara bilməyəcəyini ağıllarına belə gətirmirlər. Aydındır ki, canlı və cansız bütün varlıqlar, sahib olduqları qüsursuz nizamlarla, üstün bir ağılın və sənətin, yəni uca olan Allah`ın əsəridir.
www.bitkidunyasi.net
Bütün meyvə və tərəvəzlər, qupquru qara torpaqdan hansı mineralları almağın gərəkdiyini bilir. Ehtiyacları olandan nə çox, nə də az mineral alırlar. Önünüzə bir miqdar torpaq içində mis, dəmir, sink və bənzər minerallar qoyulsa, bunları necə ayırd edəcəyinizi, hansından nə qədər almağın lazım olduğunu heç bir texniki kömək almadan bilərdinizmi? Əlbəttə ki, xeyr. Yeməkləri ən faydalı mineral və vitaminlərlə təchiz edən, ən gözəl şəkildə qablaşdırılmış olaraq insanlara lütf edən uca olan Allah`dır.
www.Allahinsonsuzgucu.com
At nalı xərçəngləri Chelicerata alt sinfinə aid olub, hörümçək və əqrəb sinfinə daha yaxındırlar. Şəkildə görünən 150 milyon il yaşındakı at nalı xərçəngi qalığı yaradılışın açıq gerçək olduğunu, təkamülün isə heç bir zaman yaşanmadığını bir daha təsdiq edir.
İndiki dövrdə yaşayan at nalı xərçəngi və altda da 150 milyon illik Almaniyada tapılmış at nalı xərçəng qalığı.
www.darwinizminsonu.com
Mürəkkəb balıqlarının tarix boyunca həmişə mürəkkəb balığı olaraq var olduqlarının isbatı olan şəkildəki 95 milyon illik qalıq təkamülçülərin iddialarına meydan oxuyur. Mürəkkəb balıqlarının təkamül keçirdiyinə dair ən kiçik bir dəlil belə tapa bilməyən təkamülçülər qalıq qeydləri qarşısında böyük pərişanlıq içindədirlər.
www.gercegibilmek.com
Ən üstdə Livanda tapılmış 95 milyon illik mürəkkəb balığı qalığı görünür. Altda da indiki dövrdə yaşayan mürəkkəb balığı.
54 - 37 milyon illik bu sumax bitkisi ilə günümüzdəki sumax bitkiləri arasında heç bir fərq yoxdur. Milyonlarla il boyunca sumaxlar təkamül keçirməmişdir.
www.hayatinkokeni.com
54 - 37 milyon illik sumax yarpağı qalığı

Bu günkü sumax bitkisinin yarpaqları
Ən altdakı şəkildə kəhrəba içində qalıqlaşmış iki iynəsiz arı qalığı görünür. Aşağıda da dövrümüzdə yaşayan iynəsiz bir arı var. Bu canlıların bu günkü nümunələri ilə milyonlarla il əvvəl yaşayan nümunələri bir-birindən fərqsizdir.
www.evrimacmazi.com
Dövr: Kaynozoy erası, Oliqosen dövrü

Yaş: 25 milyon il

Bölgə: Dominikan Respublikası

25 milyon illik iynəsiz arı
Quru bitkiləri qalıq qeydlərində lazımı qədər qalıqlara malikdir, amma bu qalıqların heç biri bir növdən digərinə ara keçid forması xüsusiyyəti göstərmir. Hamısı öz içlərində orijinal olaraq yaradılmış ayrı növlərdir və bir-birləri arasında iddia edildiyi kimi, hər hansı bir təkamülə dair əlaqə yoxdur.
www.darwinistyenilgininacisi.com
Bu günkü çinar ağacı yarpaqları

50 milyon illik çinar yarpağı qalığı
Hörümçəklər yüz milyon ildir dəyişmədən varlıqlarını davam etdirən canlılardan biridir. Burada görülən kəhrəba içindəki hörümçəyin və torunun 25 milyon il yaşı var. Dövrümüzdə yaşayan nümunələrindən heç bir fərqi olmayan bu canlı sanki: "Biz təkamül keçirmədik, yaradıldıq", - deyir.

www.netcevap.org
Ənbər içində 25 milyon illik hörümçək və hörümçək toru qalığı
Ən qədim tısbağalara, Almaniyadakı Trias dövrü qalıq yataqlarında rast gəlinir. Bu gün yaşayan nümunələrinə çox bənzəyən sərt qabıqları sayəsində asanlıqla digər növlərdən ayırd edilirlər. Daha erkən və ya daha primitiv tısbağalara aid heç bir izə rast gəlinməyib. Halbuki, tısbağalar çox asanlıqla qalıqlaşır və qalıqlarının çox kiçik parçaları da tapılanda asanlıqla tanınırlar. (Robert Carroll, Vertebrate Paleontology and Evolution, s. 207)
www.surungenfosilleri.com
37-23 milyon illik tısbağa qalığı
Bütün qalıqlar canlıların var olduqları gündən etibarən eyni xüsusiyyətlərə sahib olduqlarını, zaman içində dəyişikliyə məruz qalıb təkamül keçirmədiklərini göstərir. Bu qalıqlardan biri də ağac qabığı bitlərinin milyon ildir eyni olduğunu göstərən 25 milyon illik aşağıdakı kəhrəbadır.
www.evrimbelgeseli.com
Dövr: Kaynozoy erası zaman, Oliqosen dövrü

Yaş: 25 milyon il

Bölgə: Dominikan Respublikası
25 milyon illik ağac qabığı biti qalığı (sağda)

Altda isə müasir dövrdə yaşayan ağac qabığı biti.
Skatların çoxu dəniz dibində yaşayır. Qəlsəmələri altda, gözləri üstdədir. Quyruq üzgəcləri və kürək üzgəcləri çox kiçikdir, hətta bəzi növlərdə yoxdur. Bundan 100 milyon il əvvəl yaşayan skat balıqlarının sahib olduqları bütün xüsusiyyətlərə günümüzdəki skat balıqları da malikdir. Bunun mənası isə skatların 100 milyon il keçməsinə baxmayaraq, heç dəyişmədikləri, yəni təkamül keçirmədikləridir.
www.balikfosilleri.com
100 milyon illik skat qalığının ən altda görünən müasir dövrdə yaşayan skatlardan heç bir fərqi yoxdur.
25 milyon il yaşındakı qabıq böcəkləri günümüzdəkilərlə eynidir. Milyon ildir eyni olan bu böcəklər canlıların təkamül keçirmədiklərini, yaradıldıqlarını göstərən nümunələrdən biridir.

www.evrimmasali.com
Milyon il əvvəl yaşayan qabıq böcəklərinin bu günkü nümunələrindən heç bir fərqi yoxdur. (yanda)

25 milyon illik qabıq böcəyi qalığı (solda)
Qalıq qeydləri bütün ağcaqanad növlərinin bir anda ortaya çıxdıqlarını və milyon ildir dəyişmədən varlıqlarını davam etdirdiklərini ortaya qoymuşdur. Bu da ağcaqanadların digər bütün canlılar kimi təkamül keçirmədiyini isbat edən vəziyyətdir. Bir çox elm adamı da bu həqiqəti ifadə edərək təkamül nəzəriyyəsi ilə böcəklərin mənşəyini açıqlaya bilmədiklərini qeyd edirlər. Aşağıdakı qalıqda 50 milyon illik qırmızı ağac yarpağı qalığı ilə birlikdə mart ağcaqanadının qalığı görünür.
50 milyon illik qırmızı ağac yarpağı qalığı

Müasir dövrdə yaşayan

qırmızı ağac yarpağı
Ciyərli balıqlar suların azaldığı dövrlərdə, özlərini palçığa basdıraraq həyatlarını davam etdirə bilirlər. Məlum olan ən qədim ciyərli balıq qalığı Devon dövrünə (417 - 354 milyon il) aiddir. Şəkildə görünən qalıq da eyni dövrə aiddir. Bundan 350 milyon il əvvəl yaşayan ciyərli balıqların dövrümüzdə yaşayanlardan heç bir fərqi yoxdur. Yüz milyonlarla ildir dəyişməyən ciyərli balıqlar canlıların təkamül keçirmədiklərinin, yaradıldıqlarının isbatlarından biridir.

www.darwininacmaziruh.com
350 milyon illik ciyərli balıq qalığı

Bu günkü dənizlərində yaşayan ciyərli balıq

GİRİŞ

Din əxlaqından uzaq cəmiyyətlərdə insanların çatışmazlıqlarını araşdırmaq, qüsurlarını ortaya çıxarmağa çalışmaq çox geniş yayılmış davranış formasıdır. İnsanların bu yola yönəlmələrinin arxasında duran gizli səbəb isə dünyaya meyilli olmaları və üstün olma arzularıdır. Bu insanlar qarşı tərəfin səhvlərini ortaya çıxarmağı özlərinə üstünlük gətirəcəyinə inanırlar. Bunun üçün tez-tez əl atdıqları üsullardan biri də lağ etməkdir. İnsanların qüsurları, acizlikləri və ya səhvlərinə lağ etdiklərində öz qüsurlarının örtüləcəyini düşünürlər. Buna görə, cahil cəmiyyətdə lağ etmək tez-tez rast gəlinən əxlaqi pozuntudur. Quran əxlaqına sahib olmayan bu insanlar müntəzəm olaraq bir tərəfdən başqalarına lağ etməyə mövzu axtarır, digər tərəfdən də eyni şeyin özünə qarşı ediləcəyindən narahat olurlar. Buna görə də belə lazımsız hərəkətlərlə bir-birlərinə sanki əzab yaşadırlar.



Bura qədər cahiliyyənin məsxərəçi xüsusiyyətinin yalnız bir tərəfindən bəhs etdik. Əslində, bu insanlar doğru olduğunu qəbul etmək istəmədikləri bir fikirlə qarşılaşdıqlarında bu üsula əl atırlar.

Belə ki, inkar edənlərin dinə qarşı hərəkətlərində də bu təsir açıq şəkildə görünür. İnsanların bir qismi tarix boyunca Allah`ın elçiləri və kitabları vasitəsi ilə onları dəvət etdiyi doğru yola tabe olmaq istəməmişlər. Bir çoxu şeytanın yolunu izləmiş, Allah`ın dinini və hesab gününü inkar etmişlər. Şübhəsiz, bu ağılsız rəftarın təməlində təkəbbür hissi yatır. İnkar edənlərin bu vəziyyəti Quranda belə bildirilmişdir:
Sizin tanrınız tək olan İlahdır. Axirətə inanmayanların qəlbi (haqqı) inkar edir. Özləri də təkəbbürlüdürlər. (Nəhl surəsi, 22)
Allah`a və axirətə iman etməyən bu insanlara haqq dindən bəhs edilərkən, həmçinin səhv yol tutduqlarını və bu yoldan ayrılmadıqda sonsuz cəhənnəm həyatı ilə qarşılaşacaqları xəbər verilərkən onlar bunu qəbul etməmiş, guya özlərinin doğru yolda olduğunu isbat etmək üçün dinə və dini yaşayanlara lağ etməyə cürət etmişlər. Bu çirkin yolla Quran əxlaqını ortadan qaldıra biləcəklərini zənn etmişlər.

Şübhəsiz, inkar edənlər çox yanlış düşünürlər. Onların bu şifahi, yaxud əməli səyləri heç bir şəkildə nəticə verməyəcək. Çünki Allah Quranda haqq dinin həmişə üstün olduğunu və inkar edənlərin cəhdinin boşa çıxacağını belə müjdələmişdir:
Amma (bilin ki,) kafirlərin hiyləsi boşa çıxar. (Mömin surəsi, 25)
Onlar ağızları ilə Allah`ın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 32-33)
Keçmişdə olduğu kimi, bu gün və gələcəkdə də inkar etdikləri və ya anlamaq qabiliyyətinə sahib olmadıqları üçün həqiqətlərə qarşı məsxərəçi rəftar göstərənlər olacaq. Amma onların aqibəti buna son vermədikləri təqdirdə, Allah`ın ayələrdə bildirdiyi kimi, çox pis olacaq:
Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Amma istehza edənləri məsxərəyə qoyduqları şey bürüdü. (Ənam surəsi, 10)
Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır. Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq. (Ənam surəsi, 5-6)
Bundan başqa, bu insanlar bunu bilməlidirlər: möminlərə qarşı göstərdikləri bu davranışlarla və dinə qarşı böhtan dolu sözləri ilə özlərini sonsuz əzaba sürükləyirlər. Bununla yanaşı, böhtanları və kinayəli sözləri bunlara məruz qalan insanların axirətdəki dərəcələrini yüksəldir. Bu, Quranda xəbər verilən əhəmiyyətli bir sirdir:
Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki, müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər. (Bəqərə surəsi, 212)
Quranda bildirildiyi kimi, inkarçı xüsusiyyətə malik insanlar tarix boyunca hər dövrdə eyni əxlaqsız rəftarı göstərmişlər. Hətta eyni sözləri söyləmiş, eyni nümunələri vermiş, eyni davranış nümayiş etdirmişlər. Lağ etmək də bu davranışlardan biridir. Quran əxlaqını yaşamayan insanların göstərdiyi bu ortaq rəftar Allah`ın dəyişməz qanunudur. Bu səbəbdən, belə davranışlarla qarşılaşan mömin Quranda haqqında danışılan bir həqiqəti yaşamaq üçün şövqlənir. Bunun mömin olmanın göstəricisi olduğunu bildiyi üçün qarşılaşdığı vəziyyətə görə böyük şərəf hissi keçirər. Bu davranışlara səbir etdiyi üçün axirətdə alacağı qarşılığı bilmək isə şövqünü daha da artırar. Göründüyü kimi, din əxlaqını rədd edən və ya buna müxalif çıxan insanların inananlara zərər verməsi imkansızdır. Bu həqiqəti düşündükdə möminlərə lağ edilməsinin onlar üçün böyük şərəf olduğu daha yaxşı aydın olar. Allah Quranda Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbir edib qorxsanız, bu, əzmkarlıq (tələb edən) əməllərdəndir” (Ali-İmran surəsi, 186) şəklində xəbər vermiş və axirətdə möminləri ələ salanları alçaldacağını buyurmuşdur:
Yüklə 484,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə