Əmr belədir ki, kənd yerlə-yeksan edilsin!



Yüklə 179,97 Kb.
tarix26.05.2022
ölçüsü179,97 Kb.
#88040

1849-cu ilin payız ayı, günorta vaxtı idi. Göydə günəş işıldayırdı. Qarabağın Xındırıstan kəndində, yaraşıqlı göy təpədə nürani, xoşsima qoca bir kişi əyləşmişdi. O, adəti üzrə, iti baxışlarla ətrafı seyr edirdi. Birdən nəzərləri kəndə gələn el yoluna dikildi. Toz qopara-qopara kəndə doğru yeyin adımmlarla atlı-yaraqlı böyük bir dəstə irəliləyirdi. Qoca cəld hərəkətlə ayağa qalxdı: “Deyəsən qonaqdırlar”. O, cavan oğlunu və qardaşı oğlunu səslədi:
- Ay Nəcəfqulu, ay İskəndər, tez bura gəlin! Qonaqların qabağında çıxın.
Onlar, elin adətinə görə, bir göz qırpımında atlanıb gələnləri pişvaza çıxdılar. Qoca özü də təpədən edib, yol kənarında dayandı. Birdən gözlərinə inanmadı: dəstəyə yetişən oğlunu və qardaşı oğlunu atdan salıb, hər ikisinin qollarını bağladılar. Qoca barmağını dişlədi: “Ay namərd dünya!”
Atlı dəstənin ucu-bucağı görünmürdü. Öndə iki atlı yan-yana yorturdu. Onlardan biri-lopabığ, zər-zibalı, döşü medallı yekəpər şəxs qamçı tutduğu sol əli ilə müxtəlif səmtləri göstərir, onunla yanaşı addımlayan atlıya nə isə deyirdi. Onlar yol kənarında dayanmış qocaya çatdıqda dayandılar. Sağ tərəfdəki atlı döşü medallı yekəpərə nə isə dedi, o da yönünü dala çevirib əmr etdi:
- Bu qoca kaftarın da qollarını bağlayın! Bütün işlərin mayası budur!.
Qoca kinayə dolu iffətli, sərt baxışlarla əvvəl əmr verən yekəpəri, sonra onunla yanaşı duran şəxsi, daha sonra da ətrafı süzdü, sakitcə başını silkələdi: “Buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymazlar!”
Qocanı əhatə etdilər. Yekəpərin amiranə cır səsi bir bayquş vaqqıltsı kimi dalğa-dalğa ətrafa yayıldı.
- Əmr belədir ki, kənd yerlə-yeksan edilsin!
Qocaya məxsus kiçik Xınıdırıstan kəndi bir saatın içində talan olunub, xarabaya döndərildi...
Bir azdan sonra arvad-uşaqla dolu iki araba təkərləri cırıldıya-cırıldıya kənddən uzaqlaşırdı. Arabaların yanına

Şəxsiyyətlərin bir neçəsi ilə yuxarıda tanış olduq və başqaları ilə yenə də tanış olacağıq.


Qarabağın əksər bəyləri gecə-gündüz vaxtlarını eyş-işrətlə keçirib, rəiyyətin, rəncbərin hesabına boyunları yoğunladıb qızardırdı, onları yedirib doyduran, keydirib quduran zəhmətkeş xalqa ikrah hissilə yanaşırdı, əkinçi ilə bir süfrədə çörək yeməyi bir məclisdə gülüb-danışmağı ar bilib alçaqlıq sayırdılar. Zakir isə tamamilə başqa biçimdə yaranmışdı. O, rəiyyətlə birlikdə yer əkir, bağ salır, qoyun qırxır, bir süfrədə çörək yeyir, bəzən də onların dərdlərinə şərik olurdu. Zakirin rəiyyətlə dilbir olması, bəzi məsələlərdə onları açıq-aşkar ayıq salması başqa yerli bəylərin mənafeyinə, “şəstinə” toxunurdu. Şair zəiflərlə əməkçi kəndlilərlə torpaq, bu sahibləri arasında olan toqquşmalarda özü də iştirak edirdi. Bu toqquşmalardan birində əməkçi kəndlilər istədiklərinə çatmışdılar. ( Yeri gəlmişkən qeyd edək ki, bu sətirlərin müəllifi hələ 1954-cu il, avqustun 21-də şairin vətəni Xındırıstanda ikən Zakir barədə öz ata-babalarının xatirələrini söyləyənləri huş-kuşla dinləmişdi. Onlardan biri də 67 yaşlı Abbas Hüseynov idi. Onun atası Hüseyn kişi (1934-cu ildə 97 yaşlarında vəfat etmişdir) Göytəpə kəndinin insafsız bəyləri ilə açıq mübarizə aparmış. Bir gün bəylərdən biri kəhrizi bağlayır bu kəndlilərə su buraxmır. Kəndlilər şairin yanına gəlib deyirlər ki, bəyin adamları suyun başında durub, suyu bağlayıblar; bizə kömək elə, yoxsa əkinimiz lap tərk olub gedir. Zakir onlara deyir ki, qorxmayın, hücum çəkib bəyin adamlarını qovun. Kəndlilər də o deyən kimi edirlər. Bəy adamları ilə kəndlilər arasında böyük savaş, dava düşür. Amma bəy adamları bir şey edə bilmirlər. Şair çox güman ki, Tısbağa, qarğa, kəsəyən, ahu” təmsilində həmin məsələyə işarə etmişdir. Təmsildə ictimai məzmun güclüdür. Hər şeydən əvvəl, təmsilin əsl sərlövhəsinə, yəni Zakir tərəfindən fars dilində qoyulmuş sərlövhəyə diqqət edək: “Dər-bəyani ittifaqı ki, movcibi nicatəst hər çe ki, fəqir və zəif şəvənd”. (Bax: Azərb SSR EA Əlyazmaları fondu, inv. № 15, səh. 284). Bu sərlövhədə də deyildiyi kimi, şairin həmin təmsilində əsas fikri budur ki, fəqir və zəiflər birləşsələr, hər işdə qalib gələ bilərlər.
Təmsilin yekunu qoluzorlulara bir xəbərdarlıq kimi səslənir.
Hər bişə güman məbər ki, xalist,
Şayəd ki, pələng xoftə başəd.
Burda obrazlı dil ilə dərin və mühüm bir fikir ifadə edilir. O fikir də bundan ibarətdir ki, Zakir tabe vəziyyətdə, əzab və əziyyətlə yaşayan adamlar içərisində olmadığını bilir və bunu nəzərə alaraq, əsərini nikbin ruhda tamamlayır.
Təmsilin qəhrəmanları aciz heyvan və quşlardır: tısbağa, kəsəyən, ahu və qarğa. Tora düşmüş ahunu xilas etmək üçün sədaqətli dostlar birlikdə iş görüb məqsədlərinə nail olurlar. Şairin məqsədi aydındır: birlik haradadırsa, dirlik də ordadır.
Zakirin bu və ümumiyyətlə təmsil yaradıcıllığından bəhs edərkən qeyd etməli ki, sənətkar Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq təmsildən xüsusi bir şair kimi istifadə etdi, onu real həyatın tələblərinə uyğunlaşdırdı.
TƏMSİLLƏRİ
Zakirin yaradıcıllığında təmsil xüsusi yer tutur. Doğma xalqına və vətəninə məhəbbətlə bağlı olan və tənqidi münasibət bəsləmiş, zəhmətkeş xalqın mənafeyini, əsrlərdən bəri yaşayıb gələn gözəl xalq ənənələrini müdafiə etmişdir.
Şairin altı təmsili məlumur: “Dəvə və eşşək”, “Qurd, çaqqal və şir”, “Tülkü və şir”, “İlan, dəvə, tısbağa”, “Tülkü və qurd”, “Tısbağa, qarğa, kəsəyən, ahu”.
Şairin təmsil yaradıcıllığında hansı mənbələrdən faydalandığını aydınlaşdırmaq üçün, ümumiyyətlə təmsil tarixini müxtəsərcə xatırlayaq.
Təmsilin tarixi yazılı ədəbiyyatın tarixindən daha qədimdir. Burada insandan daha çox heyvanlar və bitkilər, bəzən də əşyalar iştirak edir. Aforistik nəticə, nəsihət ya əsərin başlanğıcında, ya da sonunda söylənilir.
Ağızdan-ağıza keçərək əsrlər boyu yaşayan şifahi xalq yaradıcıllığından bir hissəsini də xalq təmsilləri təşkil edir. Azərbaycan xalq təmsillərindən “Aslan və dovşan” “Tülkü və ilan”, “Hiyləgər keçi”, “Çaqqalın nağılı”, “Siçanla qurbağa”, “Arı və milçək”, “Əlyarla dovşan” və sairəni göstərmək olar. Şifahi xalq təmsillərinin bir xüsusiyyəti də odur ki, nağıl kimi burada da bir təmsil müxtəlif variantlarda söylənir. Məsələn, bizdə olan “Tülkü və ilan”, “Siçanla qurbağa” təmsil- nağlların qazax xalq ədəbiyyatında “Siçan və ilan”, “Qurbağa və qarışqa” kimi variantları vardır. “Aslan və dovşan”, “Hiyləgər keçi” kimi təmsil-nağılların də müxtəlif variantları vardır. Nağıl-təmsillərdə zəhmətkeş xalqın arzusu, istəyi verilir; əməyin səmərəsi, biliyin faydası kimi fikirlər aşılanır.
Təmsilin sonunda bir qayda olaraq nəticə vurulur, məsələn: “Ac qurd” təmsilinin sonu belədir: “Xainin özünü basdırıb malını da yeyərlər”. “Əlyarla dovşan” da isə təmsil bu sözlərlər qutarır: “Birliyin qabağında zülm dayana bilməz”. Və yaxud “Arı və milçək” təmsilinin axırında ar milçəyə deyir: “Biz öz aramıza tənbəlləri qəbul etmirik. Biz əməyi sevənlərik. Sən isə tənbəlsən”.
Zakirin faydalandığı, təsirləndiyi, ilk və əsas mənbə şifahi xalq yaradıcıllığı olmuşdur. Hətta onun “Tülkü və şir”, “Qurd, çaqqal və şir”, “Tülkü və qurd” kimi təmsilləri Azərbaycan xalq təmsillərinin orjinal şəkildə işlənmiş variantlarıdır.
Yazılı ədəbiyyatda təmsil öz formasını dəyişmişdir. Şifahi xalq yaradıcıllığında nağılvari söylənən təmsil, yazılı ədəbiyyatda lirik-epik janr kimi məşhurdur. Qədim dövrlərin məşhur təmsilnəvisi Ezopdur. (VI-V əsrlər bizim eradan əvvəl). O, yunan ədəbiyyatında xüsusi bir məktəb yaratmışdır. “Ezop dili” termini bu gündə işlənir. Roma ədəbiyyatında təmsilçi Fedr (I əsr, bizim era) məşhurdur. Hind yazılı ədəbiyyatının ən qədim nümunəsi “Kəlilə və Dimnə” (III əsr) nəinki tək Şərqdə, həm də Qərbdə tanınmış və ədəbi mənbə kimi geniş istifadə olunmuşdur. XII əsrin sonu, XIII əsrin əvvəllərində yaşamış erməni təmsilçisi Vartan Ayqeqsi, yaradıcılıqlarında təmsilə xeyli yer ayırmış Cəlaləddin Rumi, Sədi kimi görkəmli yazıçılar və alimlər də “Kəlilə və Dimnə” dən az istifadə etməmişlər.
XVII əsrdə fransız Lafontenin (1621-1695) yazdığı təmsillər də geniş yayılmışdır.
İ.A.Krılova (1769-1844) qədər rus ədəbiyyatında bir çox yazıçılar, o cümlədən A.Kantemir (1708-1744), V.K.Trediakovski (1703-1769), A.P.Sumarokov (1718-1777), İ.İ.Xemnitser (1745-1784), İ.İ.Dmitriyev (1760-1787) və başqaları təmsil yaratmışlar. Lakin onlardan heç birinin, hətta sayca Krılovdan daha çox təmsil yazan Sumarokovun da şöhrəti uzun müddət yaşaya bilmədi. Krılova qədərki rus təmsili əxlaqi, tərbiyəvi səciyyə daşıdığı halda Krılov onu satira dərəcəsinə yüksəltdi.
Böyük rus tənqidçisi Belinski dediyi kimi, satira və istehza Krılov həqiqi rus təmsilini yaratmışdır. Özündən əvvəlki təmsilçilərdən fərqli olaraq, Krılov təmsil janrını demokratikləşdirdi və təmsillərində təhkimi kəndlilərin arzu və istəklərini ifadə etdi. Onun təmsillərində həyat və yaşayışın satirik lövhələri çox bacarıqla əks olunmuşdur. O, irticanın hökm sürdüyü bir zamanda ictimai xəstəlikləri göstərmək üçün yeganə mümkün olan bir üsuldan -fikirlərini “ezop dili” vasitəsilə söyləmək üsulundan istifadə etmişdir. Krılov çar üsul-idarəsinin despot təbiətini, təhkimçiliyini iyrəncliyini ifşa etməklə kifayətlənməmiş, həm də dövləti yaşadan geniş xalq kütlələrindəki daxili əzəməti, daxili qüvvəni görmüşdür. Belinskinin dediyi kimi, o öz təmsillərində rus xalqının sağlam, sınaqlardan çıxmış ağlını və fikrini ifadə etmişdir. Krılovun təmsillərilə Zakir də tanış olmuş və o bu gözəl əsərlərdən yaradıcı bir sənətkar kimi istifadə etmişdir.
Krılov təmsillərinin çoxunun məzmununu milli rus həyatından götürdüyü kimi, Zakir də öz təmsillərini yaşadığı konkret şəraitlə əlaqləndirmişdir. Krılovun təmsillərində rus xalqının adət-ənənəsi, də o cümlədən təmsillərində Azərbaycan xalqının adət-ənənəsi, yaşayışı öz əksini tapmışdır.
Azərbaycan yazılı ədəbiyyatında təmsilin ilk nümunələrini Nizami Gəncəvi yaratmışdır. “Sirlər xəzinəsi” əsərində “Nüşirəvan və bayquşların söhbəti”, “Ovçu, it və tülkü dastanı”, “Meyvə satanla tülkünün nağılı”, “Bülbül ilə qızılquşun dastanı” adlı təmsil-hekayələr vardır.
“Sirlər xəzinəsi” poemasındakı təmsillər şairin demək istədiyi fikri əyani şəkildə əsaslandırır. “Nüşirəvan və bayquşların söhbəti”ndə zülmün ərşə yüksəldiyini, ölkənin xarabaya döndüyünü göstərən şair, o biri təmsillərində də yaltaqlığı, yalanı, hiyləni tənqid edir, halal zəhmətə və doğruluğa haqq qazandırır. Nizami təmsillərinin bir xüsusiyyəti də odur ki, burada insan quş və heyvanlar aləmilə fəal əlaqəda verilir. Zakirdə isə belə deyildir. Onun təmsillərinin qəhrəmanarı quş və heyvanlardır. O, əsas fikrini söyləmək üçün insanlardan yardımçı bir vasitə kimi istifadə edir.
Nizami “Xosrov və Şirin” poemasında zülmkar padşahın gözünü açmaq üçün yenə təmsilə müraciət edir. O, Buzurkumidin dili ilə “ Kəlilə və Dİmnə”dən qırx təmsilin məna və qayəsini ağıllı Şirinin xaməsi üçün söylənən qırx təmsilin hamısı o cümlədən “Aslanla öküz”, “İlan və qarğa”, “Balıq və xərçəng”, “Şir və dovşan”, “Çaqqal, qurd və qarğa”, “Eşşək və tülkü”, “Kəsəyən və qarğa” əxlaqi, tərbiyəvi xarakterdədir.
Nizamidən sonra, XVI əsrdə yaşamış böyük Azərbaycan şairi Füzuli də təmsil yaratmışdır. Onun “İt və pişik” adlı təmsili dahi Nizaminin “Bülbül və qızılquş” təmsilini xatırladır. Hər iki təmsil faydalı əmək, zəhmət məsələsinə həsr olunmuşdur.
Zakirin təmsillərini ideya və məzmunca iki qrupa bölmək olar. Birinci qrup təmsillər ictimai həyata, hakim təbəqələrə şairin mənfi, satirik münasibətini əks etdirir. Burada müəllifin müdafiəsiz zəhmətkeş xalqa rəğbəti, məhəbbəti də ifadə olunmuşdur. (“Tısbağa, qarğa, kəsəyən, ahu”, “Tülkü və şir”, “Qurd, çaqqal və şir”)
“Tülkü və şir” təmsilində də şair mütərəqqi fikir ifadə edir. Bu əsər şifahi xalq ədəbiyyatımızda olan “Aslan və dovşan” təmsilinin yeni, orjinal şəkildə işlənilmiş variantıdır. Şair təmsilin məzmununu daha da zənginləşdirərək onu ictimai həyatla bağlamışdır. Başqa sözlə desək, şair bu xalq təmsilinin süjetindən xarici bir don kimi istifadə edib, özünün zülmkarlara və acizlərə münasibətini bildirmişdir. Acizlərə-zəhmətkeşlərə olan müsbət münasibət təmsilin sərlövhəsində də görünməkdədir: “Dər bəyani acizani batədbir ki, bər qəvi dəstan falib ayənd”. Şair, göstərir ki, tədbirli acizlər zülmkar, qaniçən hakimlərə qalib gələ bilərlər. O buna tədbirli tülkünün qüvvətli şiri məhv etməsini misal gətirir. Təmsildə, eyni zamanda bəylərin iç üzü açılır, onların iyrənc xasiyyətləri pislənir:
Yaxşı gündə mənəm, mənəm deyənlər,
Ovu göydə alıb, göydə yeyənlər
Yaman gündə tamam durub kənarə,
İstər bir fənn ilə özün qurtara,
Dinəndə deyirsiz əhli-tədbirik,
Məsəldir: güclüyə nə duz, nə çörək,
El namusu elə düşər, əzizim,
Yaman yerə yetib işimiz bizim...
Dedi: ey sərvəri-külli-cəzirə!
Rəhmin gəlsin binəvaya, fəqirə.
Təmsildən gətirilmiş həmin misralarda əməkçi kəndlilərin mənafei müdafiə edilir. Təmsilin sonunda şair “həddən ziyadə” qanunsuz işləri öz gözü ilə gördüyünü söylədikdən sonra, dövrün hakimlərinə işarə edərək, bir nəsihətçi, tərbiyəçi kimi yazır:
Biri o kim, hər kəs xalqa zülm edər,
Aqibət ədl ilə fənaya gedər.
Biri o kim, biməsləhət, binəndiş,
Bu dari-dünyada düzəlməz heç iş
Xətadır dolanmaq xülasə-kəlam.. .
“Dolanmağın xəta olduğunu” dönə-dönə təkrar edən şair “Qurd, çaqqal və şir” təmsilində məsələyə başqa cəhətdən yanaşır. O göstərir ki, qolugüclülər(şir) və onlara yaltaqlıq edənlər (çaqqal) hər cür əməldən çıxırlar. Təmsilin sərlövhəsi də dediyimizi təsdiq edir: “Dər bəyani həva naşunasi ki, movridi siyasətənd və həvaşunasan dər əmnu-əman” (Doğru yolda olanlar incidilirlər, əclaflıq edənlər isə asudədirlər). Təmsildə şair öz dövründə baş verən hadisələrə də işarə edir:
Böyük əkər deyə gündüzə gecə,
De kim, göydə ulduz sayrışır necə.
Nisbət verə kor gündüzə gecəni,
Söylə ki, yandırır afitab məni.
Nəinki cənabi hacı Qulutək,
Xanın bostanının növbar gəlcək,
Üzülüb yaxşısın evə göndərə,
Çarığın-çürüyün təhvilə verə.
Çubuğa saldıra fağır rəyəti,
Özü yeyib-içib sürə vəhdəti,
Bu nə alış-veriş, bu nə ticarət,
Bu nə haramxorluq, bu nə ziyarət.
Elə iş baş verir yoğun qurşaqdan,
Haq bilir ki, çıxmaz nadan uşaqdan.
Satiralarında olduğu kimi, təmsillərində də “fağır rəiyyətin çubuğa saldırdığını”, cənab hacı quluların, “yoğunqurşaqların” oğurluq, haramxorluq və min cür hiylələrlə baş kirlədiklərini şair ürəyi yana-yana yazır və bununla da öz etiraz səsini ucaldırdı.
Zakir həmin təmsilin mövzusunu Cəlaləddin Rüminin “Rəftəni kürk və rübah dər xidməti şir be şikar” adlı təmsilindən götürmüş və onu yaşadığı dövrlə, gördüyü həqiqətlərlə əlaqələndirmişdir. Təmsilin qısaca məzmunu belədir:
Qurdla çaqqal bir şirlə dost olur və bir neçə müddət yaxşı dolanırlar. Belə olur ki, üç gün yeməyə heç nə tapmırlar. Nəhayət, əllərinə bir qoyun, bir quzu, bir də toyuq düşür. Şir ələ keçən payı bölməyi qurda tapşırır. Qurd qoyunu şirə, quzunu özünə, toyuğun isə çaqqala çatdığını söyləyir. Payın bu cür bölünməsi şiri qəzəbləndirir və qurdu elə vurur ki, gözləri yerindən çıxır. Şir payı bölməyi çaqqala tapşırır. Çaqqal çox “ədalətli” bölgü qoyur: Qoyun şirin naharı, quzu axşam yeməyi, toyuq da səhər qəlyanaltısı. Bu bölgü şirin xoşuna gəlir və çaqqaldan soruşur ki, bu bölgünü kimdən öyrənmisən? Çaqqal cavab verir ki, belə bölgünü gözü çıxan qardaşdan öyrənmişəm.
Əlbəttə, bu tipli hadisələr şairin yaşadığı dövrün səciyyəvi hallarından idi. İstər bu təmsildə, istərsə də başqalarında şair müxtəlif heyvanların simasında gözü ilə gördüyü, yaxşı tanıdığı kəndxudaları, bəyləri, mülkədarları, onların kəndlilərə olan nanəcib münasibətlərini açıq şəkildə olmasa da, üstüörtülü şəkildə lənətləyirdi. Krılovun “Şir ovda” təmsili də eyni mövzuda yazılmışdır. Onun da təmsilinin qəhrəmanları it, şir, canavar və tülküdür. Burada da şir başqa heyvanların rüzisini əlindən alır və s. Belə ki, həmin mövzular ilk mənbəyini şərqdən, qədim hind yadigarı “Kəlilə və Dimnə” dən almış, zaman keçdikcə şərqə və qərbə yayılmış, hər bir sənətkar öz bacarığı və imkanı daxilində ondan istifadə etmişdir.
Cəlaləddin Rümi, Lafonten, Krılov və başqa təmsil sənətkarlarının faydalandıqları ilk mənbə, heç şübhəsiz ki, qədim hind təmsilləridir.
Zakirin ikinci qrup təmsilləri daha çox əxlaqi-tərbiyəvi xarakterdədir. (“Dəvə və eşşək”, “Tülkü və qurd”, “İlan, dəvə, tısbağa”). Bu təmsillərdə bir tərəfdən yoldaşlıqda vəfalı olmaq, ağıllı nəsihətlərə əməl etmək, doğruluqla dolanmaq kimi gözəl insanlar arasında olan murdar xasiyyətlər: xəbislik, yaltaqlıq, yalançılıq, xəyanət, hiylə və sairə kəskin şəkildə tənqid atəşinə tutulur. Bu təmsillərdə də müəllif yeri gəldikcə yaşadığı dövrdəki yaramazlığa, zorakılığa işarələr edir.
“Dəvə və eşşək” təmsilində nağıl edilir ki, yorulub iş görə bilməyən bir dəvə ilə eşşək “bəni adəmin” zülm və “çövru sitəmindən” xilas olub karvandan səfalı bir çölə buraxılır. Lakin bu cür asüdə həyat eşşəyi təmin etmir. O özündən böyük yoldaşı dəvənin ağıllı nəsihətlərinə qulaq asmır və anqırır. Lakin dəvə əvəzini çıxır, eşşəyi qayadan uçurur.
Çox maraqlıdır ki, şair təmsildə insan və heyvanlar aləmini, cəmiyyət və azad təbiəti qarşılaşdırır, əsarətdə yaşayan insanların azad həyat sürməyə olan qüvvətli meylini dəvənin dililə ifadə edir.
Müvəqqəti də olsa asüdəliyə buraxılan dəvə, anqırmaq xəyalına düşən eşşəyə belə cavab verir:
Dəvə dedi: bu nə sözdür, ay əhməq,
İsmi-namusəmma imişsən əlhəq.
Güc ilə qurtarmış rənçü təəbdən,
Növi bəşər öylədiyi qəzəbdən,
Ötüb-keçən əgər eşidə səsin,
Ol qədər yük qatar, çatlar nəfəsin.
“Tülkü və qurd” təmsilində şair nəsihət edir ki, hər işdə ehtiyatlı olmaq, ağıllı iş görmək lazımdır. Suyun dərinliyini möhkəm yoxlayandan, boy verib-vermədiyini biləndən sonra adam soyunmalıdır. Yoxsa ehtiyatsızlıq ucundan adam da qurd kimi tülkünün hiyləsinin qurbanı ola bilər.
“İlan, dəvə, tısbağa” təmsilinin də tərbiyəvi əhəmiyyəti çoxdur. Müəllif oxucuları, birinci növbədə gənc nəsli yalan danışmaq, hiylə işlətmək, yoldaşa xain çıxmaq kimi pis xasiyyətlərdən çəkindirir. O bu münasibətlə yoldaşlıqda dəvəyə xain çıxan ilan və tısbağanın alçaq niyyətlərini ifşa edir. Onlar tapdıqları çörəkdən dəvəyə verməmək üçün hiyləyə əl atırlarsa da baş tutmur, nəticədə ac qalırlar. Şair fikrinə yekun vuraraq yazır:
Bir adam ki, qoya hiylə binası,
Aqibət özünə dəyər xətası.
İ.A.Krılov kimi, Zakir də istismarçıların təbiət və davranışlarına xasiyyətcə yaxın olan yırtıcı və vəhşi heyvanların: şir, qurd, tülkü, çaqqal və sairənin obrazında onların özünü canlandırır. Aydındır ki, ictimai münasibətləri, insan xarakterlərini heyvanların obrazında vermək çətindir. Zakir müəyyən dərəcədə bu çətinliyin öhdəsindən gəlmişdir. Məsələn, onun təsvir etdiyi uzunqulaq qanmaz və kobuddur, alçaq hisslərə uyandır.(“Dəvə və eşşək”). Beləliklə böyüklərin sözünə qulaq asmayan, cahil, qanacaqsız adamlara işarə edilir. Və yaxud “Tülkü və şir”də tülkü tək hiyləgər sifətində təsvir olunmur. Şair onun simasında özündən böyük rütbəli şəxslər yanında cilddən-cildə girməyi bacaran, yaltaqlıq edən, öz yerini şirin salan kəndxudaların obrazını ümumiləşdirmişdir və s.
Zakir hekayə və təmsillərini məsnəvi formasında, geniş xalq kütlələrinin başa düşdüyü canlı və sadə dildə yazmışdır. Məsələn:
Tülkünün əlinə düşdü girəvə,
Quyruğu yeyirdi çox sevə-sevə.
Dedi: sən deyirdin orucam bayaq,
Nədəndir yeyirsən indi bu sayaq?
Dedi: oruc idim, amma bu axşam
Təzə ayı görüb etmişəm bayram.
Hiyləsinə o pyrfənin inandı,
- Bəs mənim bayramım, - dedi, - haçandı?
- Sənin də bayramın sahibi tələ
Gələndədir, - dedi, - tələsmə hələ.
Bir çox hallarda şair ərəb-fars sözləri, tərkibləri işlədir, amma bunlardan bir qismi mətnin içində çox tez anlaşılır. Məsələn, yuxarıdaki mətndə olan “purfən”Ş “sahibi-tələ” ifadələrini başa düşmək çətin deyil. Başqa əsərlərində olduğu kimi, təmsillərdə də şair zəngin yaradıcılığından bol-bol istifadə etmişdir.
Zakirin təmsilləri bir çox başqa xüsusiyyətlərilə bərabər, ictimai haqsızlıqları, istismarçı hakim təbəqələri tənqid və ifşa qüvvəsinə malikdir. O, təmsillərdə ictimai münasibətləri özünəməxsus bir yolla açır, güclülərin-qoluzorluların gücsüzlər üzərindəki zülmünü, başqa sözlə desək, hakim siniflərin yırtıcı təbiətini ifşa edirdi.
MƏNZUM HEKAYƏLƏRİ
Təmsillər kimi mənzum hekayələrdə Zakirin yaradıcıllığının ayrılmaz bir hissəsidir. Şair açıq dildə söyləyə bilmədiyi fikirləri hekayə və təmsillərində dolayı yolla oxuculara çatıdırırdı. Onun mənzum hekayələri də təmsilləri kimi realist mahiyyətdir və həm də klassik şerimizdəki gözəl ənənələrin davamı və inkişafı kimi diqqəti cəlb edir. Mənzum hekayələri, mövzularına görə təxmini olaraq, aşağıdaki şəkildə qruplaşdırmaq olar:
Feoadal əxlaq normalarını, din nümayəndələrinin allah, şəriət adından istifadə edib, avam xalqın başına açdıqları oyunları, onların pozğun hərəkətlərini tənqid və ifşa edən hekayələr: “Əxlaqsız qazi”, “Xalqa və`z deyən, özü fisqu-fucurdan çıxan biəməl alim”, “Həyasız dərviş”, “Dərviş ilə qız”, “Bihəya, türk”.
Sevgi, evlənmək, ailə, qadın hüquqi kimi bir sıra mühüm məsələləri əhatə edən hekayələr: “Qoca kişi və cavan arvad”, “Zövci-axər” və s.
İstismarçılara nökərçilik və xalqa zülm, xəyanət edən din xadimlərinin ifşası Zakir yaradıcıllığının əsas motivlərindəndir. Onun satiralarında məşədi, hacı, kərbəlayılarla bərabər, müftəxor rühanilərin kəskin tənqid və ifşası da qüvvətlidir.
Zakir ürəyindəki mətləblərin hamısını açıq şəkildə deməkdən çəkinirdi. Ona görə də şair hekayə və təmsilllərində xüsusi bir tənqid yolu seçir. Hekayələrinin bir çoxunun başlanğıcnda əhvalatın “əyyami-sabiqdə”, ayrı-ayrı yerlərdə(Bağdad, Yəmən, İsfahan, Herat və s.) baş verdiyini, söylənilənlərin öz dövrünə heç bir dəxli olmadığını dedikdən sonra əsas mətləbə keçir. Bildiyimiz kimi, M.F.Axundov da “Kəmalüddövlə məktubları”, “Aldanmış kəvakib”, “Mudafiə vəkilləri” adlı əsərlərində həmin bədii üsuldan istifadə etmişdir.
Şairin hekayələri yaşadığı həyatın bu və ya digər cəhətini əks etdirən ayna timsalındadır. “Xalqa və`z deyən, özü fisq-fucurdan çıxan biəməl alim” (Bax: Azərb. SSR EA, Əlyazmaları fondu, inv, №15, səh. 262-264) adlı hekayədə Zakir oxucunu zahirən xoşsima, daxilən pozğun qoca bir molla ilə tanış edir. Özünü avam camaata çox təmiz adam kimi tanıdan molla minbərdən dediyi sözlərlə çoxlarının başını piyləmişdir. Belə ki, o həmişə və hər yerdə arsız-namussuz həyat sürənlərin, başqasının arvadına pis gözlə baxanların “cəhənnəmlik” olduqlarını dönə-dönə, dili əsə-əsə söylədiyi halda, özü min cür çirkin əməldən çıxır, xalqa haram dediyini “halva-çörək kimi yeyir”.
Əlbəttə buna bənzər hadisələr Zakirin zamanında adını din nümayəndəsi qoyan “müqəddəs” şəxslərin həyatında addımbaşı təsadüf edilən hadisələr idi. Realist şair bu dözülməz halları gördükdə, öz kəskin nifrət və etirazını ifadə etməyə bilmirdi.
Öz müasirlərinin bir çoxu kimi Zakir də din adından istifadə edib, hiylələr işlədən dələduzlarla heç cür barışa bilməmişdir. Həmin hekayənin sonunda şair fikrini ümumiləşdirərək yazır:
Nəhayət, bir parə mollayi-biar,
Düşən yerdə dini dünyaya satar.
Rühanilərin mənfi xasiyyət və rəftarı “Əxlaqsız qazi”, “Həyasız dərviş”, “Dərviş ilə qız”, “Bihəya türk” adlı hekayələrdə də əsas tənqid hədəfidir.
“Əxlaqsız qazi” (Bax: Azərb, SSR EA, Əlyazmaları fondu, inv. №15, səh. 264-265) hekayəsində qazıların pozğunluğu haqqında bir əhvalat nağıl edilir. Qazı və onun taylarının, səhərdən gecəyarıya qədər əkində-biçində olan zəhmətkeş xalqın başına açdıqları cürbəcür oyunlar şairin hiddət və qəzəbinə səbəb olmuşdur. Bu iyrənc əməlli müftəxorların törətdikləri cinayətlər o qədərdir ki, şairi belə yaşayışdan bezikdirir.
Gərək bu aləmdən eyləmək həzər,
Öz yerində deyil çünki xeyri şər.
Əgər “Əxlaqsız qazi” hekayəsində qazinin çıxarığı pəstahlar açlıb, ifşa olunursa, “həyasız dərviş” və “Dərviş ilə qız” hekayələrində də allah, peyğəmbər, Əli adı ilə soyğunluq, bərkə düşəndə isə dilənçilik edən dərvişlərn zəhmətkeş xalqa, avam qadınlara münasibətindəki saxtakarlıq ifşa olunur.
“Həyasız dərviş” hekayəsində nağıl olunur ki, çaydan su gətirən qızın qarşısına “biismət, bihəya” bir dərviş çıxır. Dərviş ürəyinin yandığını bəhanə edib, qızdan su istəyir. Təmiz niyyətli qız dərvişi “müqəddəs” şəxs kimi tanıdığı üçün onun xain fikrini sezmir və su bardağını ona təqdim edir. Bu vaxt dərviş qızın ismətinə toxunmaq fikrinə düşür. Lakin qızın “qəzəbi cuşa gəlir” və azğın dərvişi qəti rədd edir.
Burada diqqətin cəlb edən bir xüsusiyyəti, ayrıca qeyd etməliyik. O da şairin qadınlara, qızlara olan hörmət və rəğbətidir. Şairin bu hekayələrdə gəldiyi nəticə çox aydındır:
Övrətin əksəri olur mərdanə!
Eyni motivi şairin “Dərviş ilə qız” əsərində də görürük. Əsər dialoq formasında yazılmışdır. Şair öz fikir və hisslərini qızın dililə söyləyir. Bu hekayə bir neçə cəhətdən diqqətəlaiqdir.
Birinci, «Bihəya türk» hekayəsində olduğu kimi, burada da tüfeyli ömür sürənlərə, başqasının əlinə köz dikənlərə nifrət edilir; «qaraçı kimi it basa- basa» gəzən, «qapı-qapı abi-ruyunu töküb» dilənən, «Yaşı ahil, əməli cahil»lər tənqid olunur.
Müəllifin fikrincə, ölkədə oğurluğun, yol kəsməyin artması səbəblərindən biri də, əməyə, əkin-biçin işinə xor baxan, tüfeyli həyat keçirməyə çalışan adamların gündən-günə çoxalmalarıdır. Maraqlıdır ki, mənzum hekayələrində şair dərviş, qazı və sair avara adamların kəndə və ya da bir evə gəlişini elə vaxta salır ki, kəndin bütün «başı papaqlısı» biçində və ya başqa bir işdə olur. Belə ki, şair işlə, əməklə avara gəzməyi, dilənməyi qarşılaşdırır və ifşa etdiyi hədəfə nifrəti daha da kəskinləşdirir.
«Bihəya türk» hekayəsində nağıl olunur ki, əli iş tutan bütün kənd əhli biçində olan vaxt «bir türki- bihəya kəndi gəzirdi». O, bir evə girir və əri biçində olan tək arvadın sadəlövhlüyündən istifadə edib, onu aldadır, toyuq-cücə ələ keçirir, qaçır. Şair bu cür adamların həyasızlığını, törətdikləri çinayətləri ümumiləşdirərək yazır:
Nə sarmaşıq qalır, nə də ki xaş-xaş, Toyuğu-cücəni edərlər pərxaş.
Salır koldan-kola əlində salba, Bağda yemiş qoymaz, hində yumurta.
İkinci,(«Dərviş ilə qız») hekayəsində təsvir olunan kasıb qızı ağıllı, cəsarətli, həyat və yaşayış haqqında sərbəst mühakimə y'ürüdən bir dilli-dilavərdir. O, dərvişin nə yuvanın quşu olduğunu: zəhmətsiz-arsız həyat keçirdiyini, qapı döyməkdən üzünün suyu tökülduyünü, xalqı zinhara gətirdiyini və sair pis sifətlərini dik üzünə deyir. Şair, dərviş haqqında olan fikirlərini qızın dili ilə ifadə edir:
Qapı-qapı töküb abi-ruyunu,
İfrata yetirib köftü-kuyunu.
Kahi dəm urarsan şahi-nəfirə,
Eylərsən aləmin əhvalın tirə...
Verməyəndə qaşqabağin tökərsən,
Kiminin üstunə çomaq çəkərsən...
Elə nanü nəmək dursun göznüzə,
Biarsınız, yığılmazsız öznüzə. və i. a.
Üçünçü, «Dərviş ilə qız» hekayəsi bir də ona görə diqqətəlayiqdir ki, burada şairin yoxsul həyat keçirən ailələrə rəğbəti öz əksini tapmışdır. hekayəda təsvir edilən qız nə üçün iki gündür naharsızdır! Ona körə ki, hakim təbəqə nümayəndələrinin gədə-güdələri, yasavullar bir tərəfdən; «aləmin əhvalını tirə» eyləyən ruhanilər də o biri tərəfdən öz qollarının gücünü yoxsulların belində sınayır, olub-qalanı əllərindən alır, onların hesabına boyunlarını yoğunladırlar. Bir də kasıb ailələrdə ona görə bir şey tapılmır ki, şairin dediyi kimi, «xanzadələr şişə taxır rə’yəti, özlərinin deyil malı, dövləti...»
Bu avara və şərəfsiz yaşayanlara şairin nifrəti satirik şe’rlərində olduğu kimi, hekayələrində də aydın ifadə edilmişdir.
***
Qasım bəy Zakir sevgi, evlənmək, ailə qurmaq kimi həyati məsələlərə də açıq gözlə baxırdı. «Qoça kişi və cavan arvad» adlı uzun bir mənzuməsində yaşca bərabər olmayan ər və arvadın evlənməsinin ailədə, yaşayış və məişətdə törətdiyi narazılıq göstərilir.
Mənzumənin əvvəlində şair, qoca kişilərin cavan qız-gəlinlərlə tən, bərabər olmadıqlarını real həyatdan gətirdiyi misallarla sübut edir. Belə ki, şair sevgi və ailə qurmaq məsələsində bərabərlik prinsipinə əsaslanır və öz dövründə şahidi olduğu, gözü ilə gördüyü anı həqiqətlərə e’tirazını bildirir. O, həyat üçün cavanlara məxsus olan səçiyyəvi xüsusiyyətləri saydıqdan sonra yazır:
Bu hünərlər kəlməz səksən yaşlıdan,
Əli rişəlidən, titrək başlıdan.
Şair cavan qadınlara «meyl göstərən» qocanın da gülünclüyünü göstərir: «tükü tökülmüş quş kimi mürgüləyən». «gündüzlər dabanını ağaca çatan» danışanda nəfəsi tənkişən, ağzının suyu axan çörəyi yarım saat gec olanda əzilib-büzülüb ağlayan qoca kişi hansı müsbət sifətinə arxalanıb cavan qız-gəlinə meyl edir? Şair gülür, həm də nifrət edir. O, yaşı ötmüş kişilərin qocalıqla əlaqədar olan sifətlərinin əsaslandırmaq üçün, sadalayır və bu nəticəyə gəlir ki, hərənin öz tayı, öz babı vardır. Nəhayət şair öz fikrini yekunlaşdıraraq yazır:
Qərəz ki, qələtdir bir mərdi-köhnə
Gedib meyl eyləyə cahilə zənə,
Onun təmənnası onda dözülməz,
Şamü səhər qiylü qalı üzülməz,
Sevgi-sevgisinə bərabər gərək.
«Sevgi-sevgisinə bərabər gərək» — deyə öz müsbət ideallarından birini ifadə edən şair ailə və evlənməkdəki dözülməz hallara kəskin e’tirazını bildirir. O göstərir ki, gibi dolu, başı boş, «beli şallı> hacılar, məşədilər normal yaşayış qanunlarını pozan çirkin işlərdən çıxırlar, onlar «nəfsi əmmarə», «zövqü-səfa» xatirinə özlərindən yaşca üç-dörd, bə’zən də beş-altı dəfə balaca qızları bədbəxt edirlər...
Qadınların qul vəziyyəti və çəkdikləri müsibət xalqımızın elə yaralı yeridir ki, keçmişdən bəhs edən realist əsərlərimizin demək olar ki, əksəriyyətində bu məsələdən dönə-dönə danışılmışdır. Aşıq Əsmər:
Zəhər qatdılar aşıma,
Bəlalər gəldi başıma,
Baxmadılar göz yaşıma,
Satdılar kaftara məni,
Ağ yal canəvara məni.
— yazdıqda heç də tək öz başına gətirilən müsibətə deyil; inqilabdan əvvəlki Azərbaycan qadınlarının ümumi faciəsinə işarə edirdi.
Zakir də bütün bunları görür və yazırdı. İctimai mühitdəki qanunsuzluq və hərc-mərcliyn əks etdirdiyi zaman o, doğru olaraq belə bir nəticəyə kəlir ki, bu vəziyyət çox hallarda dövlətli ailələrindəki başı- pozuqluqdan başlayır. Ailədə öz yaşayış tərzini qura bilməyən bir şəxs çəmiyyət üçün də heç bir xeyirli iş görə bilməz. Çox maraqlıdır ki, şairin hekayələrində müsbət planda verilmiş qəhrəmanların əksəriyyəti kasıbdır, kiçik sənətkar ailələrindən çıxan adamlardır. («Dərviş ilə qız», «Zövçi-axər», «Əmirzadə və aşiq»), Zəhmətkeş xalqa bu cür müsbət münasi bət, heç şübhəsiz ki, şairin 'dünyagörüşü ilə əlaqədardır. Bəy silkinə mənsub olmasına baxmayaraq, əməkçi xalqa yaxınlaşması Zakirin dünyagörüşündə mütərəqqi cəhətlər yaratmışdır. Yuxarıda gördüyümüz «sevgi-sevgisinə bərabər gərək» motivi «Zövci- axər» hekayəsində daha kəskin şəkildə qoyulmuş və həll edilmişdir. Düzdür, hekayə nağılvarı xarakterdədir. Amma o, şairin yaşadığı mühitdə, hər gün baş verən bir sıra tipik hadisələri əhatə edir. hekayədən bəhs edən ədəbiyyatşünaslarımız belə qənaətə gəlmişlər ki, əsərin əsas ideyasını «zövci-axər» məsələsinin tənqidi təşkil edir. Əlbəttə, əsərdə bu məsələnin tənqidini inkar etmək olmaz. Lakin bunu əsərin əsas ideyası kimi qəbul etmək də yanlışdır. Nə üçün? Ona görə ki, «zövci-axər» məsələsi təsvir edilən hadisələrin əsası deyil, nəticəsidir.
Bəs bu nəticəni doğuran hadisələr, ictimai səbəblər hansılardır? Nə üçün əsərdəki hadisələr «zövci- axər»lə nəticələnir?
Bu suallara cavab vermək üçün qısa da olsa, hekayənin məzmunu ilə tanış olaq.
İsfahan şəhərində ata-babadan kasıb olan bir pinəçi yaşayırmış. O, dolana bilmədiyi üçüp bir karvana qoşulub, özgə vilayətə yola düşür. Yolda karvanı soyub, dağıdırlar. Ölən ölür, qalan qalır, pinəçi də ağır yaralanır.
Bu zaman həmin yoldan başqa bir karvan keçirmiş. Bir tacir yaralı pinəçini özü ilə bərabər evinə gətirir. Oğlan sağaldıqdan sonra, pinəçi olduğunu bildirərsə, qovulacağını düşünüb, yalana əl atır və Misirdə məşhur olan Xacə Əhmədin oğlu olduğunu söyləyir. Dövlətli balası kimi ona hörmət edirlər.
Bir gün tacir pinəçiyə söyləyir ki, mənim bir qızım var, onu «zövci-axər» etməliyəm. Çünki şəriət üç dəfə ərindən boşanmış bir arvadın dördüncü dəfə əvvəlki ərinə getməsi üçün müvəqqəti olaraq bir kişiyə gedib boşanmasını tələb edir. Pinəçi razı olur. Belə şərt kəsirlər ki, bir həftədən sonra pinəçi tacir qızını boşasın. Lakin o, qızı boşamır. Çünki qız onu, o, qızı sevir. Qız qoca əri ilə cavan pinəçini müqayisə etdiyi zaman görür ki, qoca ərinin var- dövləti çoxdur. Atası onu ərə verməmiş, bəlkə var- dövlətə satmışdır. Elə bunun üçündür ki, qız ərindən üç dəfə boşanmağa məcbur olmuşdur. Pinəçi isə, əksinə, yoxsul olsa da, qızı duya biləcək qəlbə malikdir.
Məzmundan da göründüyü kimi, əsərin əsas ideyasını qarşılıqlı sevgi məsələsi təşkil edir; «zövci- axər» məsələsi isə epizodik bir hadisə kimi verilir.
Tacir, qazı kimi dövlətli təbəqə nümayəndələrinin hər bir şeyə, o cümlədən ailəyə də var-dövlət gözü ilə baxmalarını, acgöz olmalarını şair tənqid edir. Ata qızının xoşbəxtliyindən çox, öz mənafeyini düşünür, qızını görə-görə, bilə-bilə oda-alova atır. Ata kasıb pinəçiyə də bu gözlə baxır. Ona elə gəlir ki, pinəçi, doğrudan da, Xacə Əhmədin oğludur. Buna görə də ona yemək, paltar verir. Tacirin acgöz və şöhrətpərəst olduğunu pinəçi ilə kəsdiyi şərtdə də görürük: ,
Əkər kördüm Xaça Əhməd oğlusan,
Düxtərimi səndən boşatmazam mən.
Əsərdə təbliğ edilən müsbət fikirlər təsvir olunan əhvalatla əlaqədar olaraq müxtəlif yerlərdə verilir.
Adəti qanundu əhli-zənanə
Əqd edib verəsən sultanə, xanə;
Otağı zərnişan, zürufi fəğfur,
Cariyəsi mələk, nasibanı hur,
Təamı kunakun, suyu səlsəbil,
Onun üçün genə asayiş deyil.
Şairin fikrincə, cavan gəlinə kasıb olsa da, onu başa düşən, onu anlayan, sevgisinə «tən olan» ər gərəkdir. Ərinin «sahibi zər» olub da, onu anlamaması, yaşca aradakı böyük fərqdən doğan narazılıq və bu kimi mühüm səbəblər «zövci-axər»ə aparıb çıxarır. Lakin şair məsələni başqa cür, öz arzusuna uyğun şəkildə həll edir. Tacir qızında, az da olsa, cəsarət vardır. O, düşdüyü tələdən azad olmaq üçün çırpınır və nəhayət, öz xoşbəxtliyini kasıb pinəçidə tapıb, bütün varlığı ilə ona bağlanır. Əlbəttə, əsərin bu cür nikbin nəticə ilə bitməsi şairin arzusu idi.
Lakin bu göstərilənlərlə bərabər, Zakirin ictimai məzmun cəhətdən məhdud olan mənzum hekayələri də vardır. Bildiyimiz kimi, orta əsr Şərq şe’rinin xüsusiyyətlərindən biri də, onda nəsihətçilik ruhunun olmasıdır. Bu xüsusiyyəti Nizami, Sə’di, Füzuli, kimi qüdrətli sənətkarların əsərlərində də görüruk. Həmin nəsihətçilik ruhu Zakir yaradıcılığında da' özünü büruzə vermişdir. Onun «Mə’yusluq vaxtında arsızlıq edən əqli kəm», «Tərlan və elçi» adlı mənzum hekayələri buna misal ola bilər.
Birinci hekayədə, şair, arsız adamların ağıldanda naqis olduqlarını, hər işi tərsinə gördüklərini söyləyir və bu xasiyyətdə olan «hərcayi», «biməzə» bir kişi ilə «mərdi aqil»i qarşılaşdırır. Şair təvəkkülə bel bağlamağı təbliğ edərək deyir:
Aqil gərək yeksan ola hər zaman,
Qoymaya qəlbinə yol tapa şeytan...
hünərin əvvəli—səbr, təhəmmül,
Taətin övlası—təkyə, təvəkkül.
Burada səbir etmək hünərin birinci şərti, təvəkkülə bel bağlamaq isə onun son şərti kimi əsaslandırılır. Bu «xəstə ruhun» intişarı və yayılması, heç şübhəsiz ki, islam dini ilə bağlıdır. Şərq aləmində az-az şair tapılar ki, bu «xəstə ruh»dan yaxasını qurtarmış olsun və yenə Şərqdə az-az adam tapılar ki, M. F. Axundov kimi bu «xəstə ruha» qarşı mübarizə aparmış olsun.
«Tərlan və elçi» hekayəsində şair hadisələri «əyyami-sabiq»ə köçürür və dolayı yolla ölkədə ağalıq edənlərin ağıldan kəm, qanmaz və fərsiz olduqlarını, onların lazımlı işləri nadan adamlara tapşırmalarını göstərir və tənqid edir. Bu tipdə yekəbaşlar məgər şairin dörd tərəfini əhatə edənlər deyildimi?! Məgər gələcəkdə görəcəyimiz kimi, şairi dolaşdırıb, həbsə saldıran elə həmin məsləksiz, simasız adamlar deyildimi?! Şair, həmin danabaşları yeri gəldikçə, müxtəlif yollarla tənqid edir və ruhən sakitləşirdi. hekayənin əsl sərlövhəsi də şairin nə demək istədiyini aydınlaşdırır: «Dər bəyani-hakimani kəm əql ki, kari bözörkra bər mülazimi nadan rücu nümayəd»,
Şair deyir ki, hərənin öz işi, öz bacarığı var. Heç də “at hünəri ummaq olmaq eşşəkdən”.
Lakin zamanındakı çar hakimlərinə və feodal ağalara üstüörtülü işarə edən Zakir əsərin axırında ümumiləşdirici nəticə çıxardığı zaman onun kö rüşlərnnnn tarixən məhdud olduğu aydın müşahidə edilir. hekayənin sonunda şair, söylənən əhvalatın nə məqsədlə deyildiyini qeyd edərək yazır:
Çox nəf’hasildir bu hekayətdən,
Guş edən ayılar xain-qəflətdən.
Tahammül etməsə padşah əgər,
Peşmanlıq əlin dizinə deyər...
Əvvəl imtahandır, sonra fərmayiş,
Yerinə qayıtmaz çünki düşdü diş.
Beləliklə Zakir, padşahın özü də daxil olmaqla, «ağıldan kəm» hakimlərin qəflət yuxusundan ayılıb düzələ biləcəklərinə, onların hər bir işi «imtahandan» keçirsələr, istənilən nəticənin əldə ediləcəyinə inandığını iddia etməklə ictimai görüşlərindəki məhdudluğu üzə çıxarmış olur.
Yeri gəlmişkən Zakirin mənzum hekayə və təmsillərinin bir xüsusiyyətini də göstərməliyik. Şair hekayə və ya təmsildə əvvəl hadisə və əhvalatı danışır, sonra isə əsas məqsədini yığcam şəkildə şərh edir. Mə’lumdur ki, Nizami də öz poemalarında, xüsusən «Sirlər xəzinəsi» əsərində nəsihətamiz fikirlər ifadə etmişdir. Lakin Nizami əvvəl fikrini şərh edib, sonra həmin fikri doğruldan hekayəni söyləyir. Zakirdə isə əksinədir; əvvəl hekayəni söyləyib, sonra nəticə çıxarır.
«Məlikzadə və Şahsənəm», «Əmirzadə və aşiq», «Aşiqin təam bişirməyi» kimi mənzum hekayələrdə nağıl olunan əhvalat romantik xarakterdədir. Şairin arzu və istəklərini əks etdirən bu hekayələrdə pak, ləkəsiz məhəbbətlə bərabər, təmiz vicdan, sədaqət, vəfa kimi yüksək insani sifətlər təbliğ edilir.
«Məlikzadə və Şahsənəm» hekayəsi romantik məhəbbət haqqında olan əfsanədərdən biridir. Burada Füzulinin «Leyli və Məcnun» poemasında olduğu kimi bir-birini alovlu məhəbbətlə sevən iki cavandan və sevginin yüksək, müqəddəs bir hiss olmasından bəhs edilir. Şair hekayədə eşqin, məhəbbətin gücünü göstərir və Füzuliyə arxalanaraq belə nəticəyə gəlir:
Əcuzeyi-eşqin çoxdur üsuli,
Bu barədə həq deyibdir Füzuli:
«Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır».
Zakirin bu knmi hekayələrində Nizami və Füzuli tə'siri açıq şəkildə özünü göstərir. Biz tə’sir dedikdə, nəyi nəzərdə tuturuq? Bildiyimiz kimi, Nizami də, Fuzuli də ağıl və saf eşqi həmişə var-dövlətə və mənsəbə qarşı qoymuşlar. Onların fikrincə, o insanda ki ağıl və səmimi məhəbbət birləşdi, o, ən kamil adamdır. Var-dövlət də, şanşöhrətdə ağla və saf məhəbbətə tabe olmalıdır. Xosrovu məhz Şirinin səmimi, məhəbbəti daxilən təkmilləşdirib, ədalətli hakimiyyət dərəcəsinə qaldırmırmı?!
Zakir də qismən əfsanəvi-romantik xarakterdə olan hekayələrində ağıl və zəkanın, səmimi eşqin şöhrət və vara qalib gəldiyini tərənnüm edirdi. «Əmirzadə və aşiq»də təsvir olunan qız çox gözəl, «elmi-musiqidən xəbərdar» olmaqla bərabər, kamallı, dərrakəlidir. Ağıllı adamlar onun məclisindən əskik olmur:
Şairi-süxənvər, arifi-devran,
Saqiyi-külçöhrə, mütribi-xoşxan,
hazır idi məclisində sühbü şam,
Urəfa, zürəfa, nüdəma müdam,
Olmuş idi ayinəbənd otağı,
Bədihəku üqəlalər yatağı. və i. a.
Bu ağıllı, dövlətli qızın məhəbbəti də çox yüksəkdir. Onun sevdiyi oğlan qərib bir cavandır. Belə ki şair həqiqi eşqin və kamalın şöhrətə və vara qələbə çaldığını ruh yüksəkliyi ilə tərənnüm edir. Əlbəttə, şairin də arzusu bu idi ki, ürəyi səmimi məhəbbətlə çırpınan ariflər onun yaşadığı dövrdə özlərinə layiq bir mövqe tutsunlar.
Nizamidə, Füzulidə olduğu kimi, Zakirdə də məhəbbət insanı yüksəldən, təkmilləşdirən mə’nəvi sifət kimi əsaslandırılırdı, Elə bunun üçündür ki, şair eşşəyi eşqsiz, məhəbbətsiz adamlardan üstün tutur və «Aşiqin təam bişirməyi» hekayəsini də məhz aşağıdakı nəticə ilə bitirirdi:
Kim ki, zövqü-eşqi eyləyə inkar,
Sən bil ki, zatında onun şübhə var.
Eşq elər adamı daxili səvab,
Eşqsiz bəşərdən yaxşıdır dəvab.
M. Qorki yazırdı: «Bütün ölkələrin və bütün epoxaların ədəbiyyatçıları qədimdən bəri nağıl və nağıl temalarından istifadə etmişlər. Apuleyin «Qızıl eşşək» romanı nağıldan iqtibas edilmişdir. herodot da nağıldan istifadə etmişdir... Nağıldan höte, Janlis, Balzak, Jorj Sand, Dole, Koppe, Lapule, Anatol Frans, Karmen Silva, Andersen, Toppelius, Dikkens—hamını yada salmaq olmur —istifadə etmişlər. Bizdə nağıldan bir sıra ən böyük Yazıçılar, o sıradan Xemnitser, Jukovski, Puşkin, L. Tolstoy istifadə etmişlər». («Тысяча и одна ночь», I cild, Москва, 1932, səh, 11»)
Azərbaycanın görkəmli sənətkarlarından Nizami Gəncəvi, Füzuli, Zakir, M. F. Axundov, S. Əzim, C. Məmmədquluzadə, Ə. haqverdiyev, S. Sani, A. Şaiq, S. Vurğun, S. Rəhimov və başqaları nağıl və nağıl temalarını, hərə öz fərdi yaradıcılıq xüsusiyyətinə uyğun bir şəkildə işləyib, onun obraz və süjetini yeni məzmunda dəyişdirib, dövrlə, şəraitlə əlaqələndirmişlər.
Zakir nağıldan necə istifadə etmişdir? 0, nağılın həm mövzusundan, həm də onun üslub və kompazisiya xüsusiyyətlərindən faydalanmışdır.
Şair bə’zən demokratik ruhlu nağılların mövzusunu alıb işlərkən onu yaşadığı dövrlə, real həyatla bağlayır. Məsələn, «Dərviş ilə qız» adlı mənzum hekayənin məzmununa diqqət edilərsə, orada əməyə xor baxan, başqasının əlinə göz dikən, üzünün suyunu töküb, qapı-qapı dilənən dərvişə nifrət edilir, başqa sözlə desək, geniş zəhmətkeş kütlələrin tüfeylilərə olan mənfi münasibəti əks etdirilir. Və yaxud, «Zövçi-axər» hekayəsində şair geniş xalq kütlələrinin uzun illərdən bəri bəslədiyi bir arzuya — kasıbların da dövlətlilər kimi istədiyi qızla ailə qurmaq, evlənmək məsələsinə toxunur və bunu da azad sevgi ilə bağlayır. Başqa sözlə desək, şair ailə qurmaq, evlənmək məsələlərinə demokratik gözlə baxır. Belə ki, həmin hekayələrin mövzusu nağıllardan alınmış və şair onu işləyərkən, «öz malı» edərək real həyatda olan faktlarla bağlamış, əlaqələndirmişdir.
«Əmirzadə və aşiq», «Aşiqin təam bişirməyi», «Məlikzadə və Şahsənəm» adlı mənzum hekayələrdə nağıl və əfsanələrdən daha çox istifadə edilmişdir.
Şərqdə məhəbbət haqqında «Leyli və Məcnun» tipli nağıl, rəvayət və əfsanələr çoxdur. Bu əfsanələrin birində söylənir ki, bir-birini sevən iki cavan bir neçə gün nə səbəbə isə görüşmürlər. Oğlana xəbər gəlir ki, qız bərk xəstədir. O da başılovlu sevgilisinin yanına qaçır. Xəstə şəfa tapsın deyə, oğlan əl- ayağa düşür və şorba bişirməyə başlayır. Sevginin tə'sirindən oğlan özünü o qədər itirir ki, bütün varlığı yadından çıxır. heç nə hiss etmədən şorbanı çömçə ilə deyil, əlilə qarışdırır. Sevgilisini pəjmürdə halda görən qız deyir:
— Ey binəva, dəlisən nəsən, Səməndər kimi yandığından xəbərin yoxdurmu?
Oğlan bu sözləri eşitçək sanki yuxudan ayılır və əlini qaynar qazandan çəkib görür ki, əti tökülüb, təkçə sümüklər qalıb...
«Aşiqin təam bişirməyi» hekayəsində, demək olar ki, həmin əfsanə nəzmə çəkilmişdir.
hekayələrində olduğu kimi şair təmsillərdə də nağıl-təmsillərin mövzusundan istifadə etmişdir. Şair burada da məhz demokratik məzmun daşıyan nağıllara müraciət etmiş, onlardakı tərəqqipərvər fikir və meylləri yaşadığı dövrlə bacarıqla əlaqələndirmişdir. Onun «Tülkü və qurd», «Tülkü və Şir»,' «Tısbağa, qarğa, kəsəyən, ahu» kimi təmsilləri məhz bu yolla yaranmışdır. Məsələn, «Tülkü və Şir»—təmsilinə diqqət etsək, görərik ki, həmin təmsilin məzmun və süjeti «Aslan və dovşan» adlı nağıl-təmsildən iqtibas olunmuşdur. Qeyd etməli ki, «Aslan və dovşan» nağıl-təmsili tək Azərbaycanda deyil, ümumiyyətlə şərqdə yayılmış nağıllardan biridir. Məsələn eyni nağıl «Dovşan və pələng» adı ilə əfqan xalqı arasında məşhurdur. Çox ehtimal ki, «Aslan və dovşan» nağılı Azərbaycan və əfqan şifahi ədəbiyyatına hind folkloru abidəsi olan «Kəlilə və Dimnə»dən keçmişdir.
Təmsil-nağılda əsas məqsəd bütün başqa heyvanlara rahatlıq verməyən yırtıcı aslanın məhv edilməsinin vacib olması və dovşan kimi əldə-ayaqda qalanların asudə dolanmaları üçün şəraitdən istifadə edilməsinin zəruriliyidir. Burada aslan ölkənin şahını təmsil edir. Geniş xalq kütlələri uzun həyat təcrübəsindən görmüşdür ki, şahlarda ədalətdən daha çox zülmkarlıq, zorakılıq xasiyyətləri üstündür və onlar üçün mənfi sifətlər daha xarakterikdir.
«Aslan və dovşan» təmsilində də xalq asudə yaşamaq uçün despot şahın məhv olması fikrini ifadə edir və beləliklə də istismarçılara kəskin münasibətini bildirir. Şifahi xalq yaradıcılığının başqa janrlarında da bu münasibəti çox aydın görürük.
Zakir şifahi xalq yaradıcılığından istifadə edərək ən çox demokratik məfkurə doğuran nümunələrdən bəhrələnmiş və onu öz yaradıcılıq təbiətinə uyğun olaraq işləyib təkmilləşdirmişdir. Məsələn, şair adını çəkdiyimiz «Aslan və dovşan» adlı nağıl-təmsili işləyərkən nələri əlavə etmiş, nələri dəyişdirmişdir:
Nağıl-təmsilin həcmi çox kiçik olduğu halda şair onu xeyli genişləndirmiş və yaşadığı dövrlə, dövlətin-kasıb münasibətləri, ölkədəki özbaşınalıq və hərcmərcliklə əlaqələndirmişdir. Təmsildə, şair yeri gəldikcə ric’ətlər çıxır və burada təsvir olunan hadisə ilə əlaqədar olaraq yerli hakimlərə, onlara yaltaqlananlara, zəhmətkeş kəndlilərin canına darı: şan «purfən» kəndxudalara, hiylələr işlədib baş kirləyən, ara qarışdıran qulluqbazlara nifrətini bildirir. Nağıl-təmsilin adı «Aslan və dovşan» olduğu halda Zakirdə—təmsil «Tülkü və şir» adlanır. Belə ki, şair nağıl-təmsildəki dovşan obrazını tülkü obrazı ilə dəyişdirmişdir. Ona görə ki, şairin müasiri olan hiyləgər və dələduzları ifşa etmək üçün dovşan obrazı o qədər də əlverişli deyildir. Bunun biç, hiyləkər, yaltaq, sifətini istədiyi knmi dəyişdirmək bacarığına malik olması şairə muasir bəylərin daxili simasını açmaq üçun kömək etmişdir. Şair, təmsilin sonunda nağıldan fərqli olaraq təsvir olunan əhvalatı umumiləşdirir və bu münasibətlə öz fikirlərini söyləyir.
Zakirin istər satirik şe'rlərində istərsə də başqa əsərlərində molla, qazı, seyid və dərvişlərə mənfi münasibət bəslənir və onların daxili boş mənlikləri ifşa olunur. Bunun səbəbi nədir? Bu bir tərəfdən şairin öz dövründə şahidi olduğu dəhşətli ürəyə od salan səhnələrə və həmin səhnənin «qəhramanı» olan din nümayəndələrinin alçaq hərəkətləri ilə əlaqədardırsa, digər tərəfdən də şifahi xalq yaradıcılığı ilə bağlıdır.
Şifahi xalq yaradıcılığının müxtəlif janrlarında, o cümlədən dastan, nağıl, lətifə, bayatı, atalar sözündə molla, qazı, dərviş kimi din nümayəndələrini ifşa edən motivlərə sıx-sıx rast gəlirik. Nağıllarımızda xalq zəkası və arzusu, kinayə və yumoru öz əksini tapmışdır. Xalq, cibləri xatirinə «mö’cüzələr» çıxaran molla, keşiş, qazı və ravvinləri ələ salmağı çox yaxşı bacarır, onların hiylə və yalanlarını ifşa edir. Böyük rus tənqidçisi Belinski məşhur «Qoqola məktub»da yazırdı:
«Rus xalqı kimin haqqında ədəbsiz nağıllar danışır? Keşişin özü, arvadı, qızı və xidmətçisi haqqında. Rus xalqı kimə nacins tayfa, yekəpər ayqır deyir? Keşişlərə... Rusiyada keşiş bütün rusların nəzərində acgözlüyün, xəsisliyin, itaətkarlığın, həyasızlığın timsalı deyilmi?». (V. Q. Belinski. «Rus ədəbiyyatı klassikləri haqqında», Bakı, Uşaqgənç- nəşr, 1954, səh. 307—308.)
M. Qorki də nağıllardakı satiranı, satirik xalq zəkasını yüksək qiymətləndirmişdir. O da Belinski kimi din nümayəndələrinə sonsuz nifrət bəsləyir yekəpər, yekəağız, qırmızısaqqal keşişin necə əmələ gəldiyini dayəsinin ona söylədiyi nağıllara əsaslanaraq təsvir edir:
«...Allah istəyirmiş ki, aslan yaratsın, bədənini düzəldir, dal ayaqlarını, başını yerlərinə qoyur, yalını yapışdırır! Bir də baxıb görür ki, qabaq pəncələri üçün material qalmayıb. Şeytanı çağırıb deyir: «İstəyirdim aslan düzəldim, çıxmadı, başqa bir vaxt düzəldərəm, al, axmaq, bu yaramaz sənin olsun». Şeytan sevinib deyir: «Ver bəri, ver, mən bu zibildən keşiş düzəldərəm». Şeytan bu yaramaza iki uzun qol taxır, keşiş əmələ kəlir». (M. Qorhki». O literature,. Moskva, 1953, səh. 761). '
Bildiyimiz kimi, xristianlarda yaramaz, kələkbaz keşişin gördüyü işləri müsəlmanlarda biç və hiyləgər mollalar görürlər. hər ikisi allahın adından istifadə edib, avam xalqı soyur, müftə gəlirlə boyunlarını yoğunladırlar.
Mollaları ələ salmaq, onların pis əməllərini ifşa etmək cəhətdən xalqın ən çox sevdiyi və ümumi ləşmiş satirik obraz olan Molla Nəsrəddin səciyyəvidir. Belə ki, zəhmətkeş xalq kütlələri istismarçı təbəqələrə, o cümlədən ruhanilərə öz mənfi münasibətini bildirmək üçün Molla Nəsrəddin kimi satirik obraza arxalanır, özünün ən kəsərli, ən mə’nalı, ibrətamiz fikir və düşüncələrini onun dililə ifadə edirlər. Molla və onun həmfikirlərinin, dinin «müqəddəs» yolunda hər cür hiyləyə əl atanların əxlaqsız və içkiyə aludə olduqlarını («Sən key keyfini çək»), rüşvətlə baş kirlədiklərini («Al molla demişlər»), boş, mə’nasız sözlərlə cib kəsdiklərini («Söz vermisən, söz də almısan»), ağılsız olduqlarını («Sizə qazı tə yin edilib»), həyasızlıqla, arsızlıqla gün keçirdiklərini («Üzünə tüpürmək istəyib») və s. mənfi xüsusiyyətlərini Molla Nəsrəddin açıqçasına ifşa edir ki, bu da zəhmətkeş xalqın lap ürəyindəndir.
«Dayənin nağıllarından çıxan nəticə bu idi ki, dünyada hər bir şey axmaqca, gülünc, hiyləgərcə və qaydasız şəkildə qurulmuşdur, hakimlər satqındırlar, dvoryanlar, mülkədarlar amansız adamlardır, onlar da ağıllı deyildirlər, tacirlər o qədər acgözdürlər ki...
Mənə elə gəlir ki, hələ o zaman mən dayəmin nağıllarından və nənəmin mahnılarından, dumanlı da olsa, anlamış və inanmışdım ki, allahlara, şeytanlara, çarlara, keşişlərə yad olan və bütün axmaq, şər, gülünc şeyləri görən, çox ağıllı və cür’ətli kimsə vardır». (M. Qorvki. O literature, Moskva, 1953, səh. 763.)
Bu «çox ağıllı və cür’ətli kimsə», heç şübhəsiz ki, əzilən və istismar olunan geniş zəhmətkeş xalqın özü, onun mənliyi, hissidüşüncəsidir. Biz bu «çox ağıllı və cür’ətli kimsəni» bir çox rus və başqa xalqların nağıllarında gördüyümüz kimi, Azərbaycan nağıllarında da görürük. «Mujik cənnətə necə getdi» adlı rus xalq nağılı bu cəhətdən maraqlıdır. Burada «cənnət» xəyalı ilə yaşayanlara, «o dünyada» ədalət axtaranlara xalqın kinayəli münasibəti öz əksini tapmışdır. Bu dünyada zalım ağalardan zülm, əzab görən kəndli cənnətdə də sərxoş, avara ağılsız hakimlərin əlinə düşür. hakimlərin ən böyüyü allah isə cütlükdə və savadsızlıqda hamını ötüb keçibdir. O, nəinki kəndliyə kömək edə bilmir, heç kağıza qol ÇƏKMƏYİ də bacarmır. Deməli, kəndli allaha və cənnətə yox, özünə, öz əməyinə arxalanmalıdır.
«Tilsimli öküzlər», «Keçinin dəfni», «Müqəddəs eşşək» kimi paxıllarda da xalqın zalımlardan intiqam alması, keşiş və mollaların din pərdəsi altında işlətdikləri hiylə və dələduzluq təsvir olunmuşdur.
«Şirvan qazısı» nağılında özünü müqəddəs kimn qələmə verən qazını və mollanı xalq nümayəndəsi, yoxsul Məmməd rüsvay edir, onların kələklərinin üstünü açır. Səhərlər, ayağının altında qarışqa qalıb ' ölməsin deyə zınqırov gəzdirən, axşamlar isə molla ilə əlbir olub evlər yıxan, xalqı talayan, əxlaqsızlıqla məşğul olan qazının pis əməlləri ifşa olunur.
Beləliklə, deyə bilərik ki, istismarçı siniflərə kömək edən və həmin siniflərə itaətkarlıq təbliğ edən irticaçı ruhanilərin nüfuzunu qırmaq üçün demokratik ruhlu yazıçılar, o cümlədən Qasım bəy Zakir də şifahi xalq yaradıcılığından çox şey öyrənmiş, onu qiymətləndirmiş və eləcə də ondan bəhrələnmişlər.
* * *
Zakir mənzum hekayə və təmsillərində nağıllarımızın üslub xüsusiyyətlərindən də istifadə etmişdir. Məsələn, «Zövçi-axər» hekayəsinin yazılışı nağılvarı bir tərzdə başlayır:
İsfahanda bir pinəduz var idi,
Ata, baba zənf sənətkar idi.
Eyləməyib dəxli-xərcə kifayət,
İstədi ki, ola azimi-qürbət.
Qoşulub karvana payü piyadə,
Üz çevirdi vilayəti Bağdadə...
Nağıllarda işlənən say sisteminə Zakir istər bu, istərsə də dikər mənzum hekayələrində riayət etmişdir. Bir çox nağıllarımızda təsvir olunan qəhrəman aradan qaldırmaq və ya bir işin nəticəsini gözləmək üçün 39 gün dözüb, 40-cı gün arzusuna çatır. “Zövci-axər” hekayəsində də tacir, özünü misirli Xacə Əhmədin oğlu kimi tanıdan pinəçi oğlana 40 gün möhlət verir ki, qızı üçün bolluca cehiz gətirsin, hadisədən 39 gün keçir, oğlanın boqazı quruyub, dili lal olur, 39-cu günün geçəsi pinəçi çox çıxılmaz vəziyyətdə ikən dərviş paltarı keyib gəzən «xəlifeyi-zəman» onun əhvalından xəbər tutur, 40-cı kün hər iş kasıb cavan pinəçinin xeyrinə qurtarır.
Nağıllarımızda, xüsusən Şah Abbasın «ədalətilə» əlaqədar olan nağıllarda belə təsvir olunur ki, Şah Abbas gecələr dərviş paltarı geyib, şəhəri gəzir, kasıblara, darda qalanlara kömək edir. «Zövçi- axər»də bu vasitədən də istifadə olunmuşdur. Pinəçi oğlanla tacir qızı gecəyarı çox pis vəziyyətdə ikən gözlənilməz bir qonaq gəlir. Bu qonaq kimdir?
Xəlifeyi-zəman mərdi-nikəndiş,
Gah ovqat geyib libası-dərviş,
Müşəxxəs etməyə əhli-fəsadı,
Gəzərdi gecələr şəhri-Bağdadı.
Qəzara o gecə düşüb küzarı,
Baxıb, pəncərədən gördü onları:
Məhzunu mükəddər, qabaqda təam,
Açıban qapını yetirdi səlam.
Gəlin nihan olub qəhvəxanədə,
İki nəfər qaldı ol kaşanədə.
Fəhm etdi ki, deyil bir işdən xali,
Üz tutub oğlana sordu əhvalı.
Dsdi: nisfi-şəbdə nədir bu halət?
Gizləmə, dürüstün elə hekayət.
Aləm hamı gedib xabi-rahətə,
Bais nədir belə qəmu mehnətə?
Sahibkəfəs olur sən bil ki, dərviş,
Söylə əhvalını, bifəhmü təşviş.
Fəqir macəranı başdan-ayağa,
Şərh elədi tamam bir-bir qonağa.
Nağıllarımızda əhvalat çox zaman uzaq vilayətlərdə təsvir olunur. Həmin hekayədəki əhvalat İsfahan, Bağdad kimi şəhərlərdə baş verir. Şairin başqa mənzum hekayə və təmsillərində də hadisə Bağdad («Əmirzadə və aşiq»), herat, Yəmən ( “Tərlan və elçi”), İlqimi-Əcəm, Misir (“Məlikzadə və Şahsənəm”), İran, hindistan (“Dəvə və eşşək”), Çin (“Tülkü və şir”) kimi ölkə və şəhərlərdə vaqe olur. Əgər diqqət edilərsə, nağıllarımızın da əhatə etdiyi yerlərin çoxu burada adlarını çəkdiyimiz ölkə və şəhərlərdir. Bunun səbəbi nədir? İstər nağıllarımızda, istərsə də Zakirin mənzum hekayə və təmsillərində qalib gələn keçəllər, kimsəsiz yoxsullardır ki, bunlarda geniş xalq kütləsinin arzu və istəklərini ifadə edirlər; nağılçı və həm də şair gözəl, demokratik arzuların öz ölkələrində həyata keçdiyini deyə bilməzdi və həm də qulaq asanları inandıra bilməzdi. Ona görə də onlar əhvalatı başqa uzaq yerlərə köçürür və həmin yerlərdə yoxsulların guya yaxşı həyat sürmələrinə imkan olduğunu bildirir, beləliklə də dinləyiciləri ayıldır, öz ölkə və şəhərlərində ağır dolanacağa işarə edir, başqa sözlə desək, öz meyl və arzularını dolayı yolla anladırdılar.
Zakir də gördüyü haqsızlıqları ifşa edən cəsarətli fikirlərin, məhz bu mənada, guya başqa vilayətlərə aid olduğunu söyləmiş, «qızım sənə deyirəm, gəlnim sən eşit» üsulunu işlətmişdir.
ƏMƏKÇİ KƏNDLİ İLƏ YAXINLIQ FANATİKLƏRƏ NİFRƏT
Zakirin əməkçi kəndli ilə yaxınlığı, onun mənafeyini danma qoruması, mərdliyi, əxlaq və savadı ilə seçilməsi şairə geniş xalq kütlələri içərisində böyük nüfuz qazandırmışdı:
Tanır məni məcmun Otuziki, Cavanşir,
Bir mərdi-xoşəxlaqəmü həm sahibi-tədbir.
Rövşəidi qamu aləmə: zatımda xudavənd
Xəlq eyləməyib bu qədəri hiyləvü təzvir.
Şair, demək olar ki, tə’qib olunduğu illərə qədər sərbəst bir həyat keçirmiş, müəyyən miqdarda mal-dövlətə sahib olmuş və heç kimsədən asılı olmamağı elə fəxr etmişdir.
Zakirəm, türfə xiyaban ilə bağım vardır,
Yatmağa, durmağa zəngin otağım vardır,
Nə qədər aşü-plov yesə qonağım, vardır,
Yaxşı nəvvadələrim, oğul-uşağım vardır,
Yoxdu bir özgə qəmim, fikri-xəyalın, qocalıq.
Onun minnətsiz həyatı ta 1845-ci ilə Qarabağın sonuncu xanı Mehdiqulu Cavanşirin öldüyü ilə qədər davam etdi. Şair öz damadı Əli bəyi çox sevirdi. hətta onu bir neçə şe’rində yaxşı, bacarıqlı, qanacaqlı bir insan kimi tə’rifləmiş də. Əli bəy Fuladov da Mehdiqulu xanın sağ əli timsalında onun bütün işlərini idarə edirdi. Savadı, diribaşlığı ilə seçilən Əli bəy Mehdiqulu xanla bərabər Kəbirli nahiyyəsinin Ağdam kəndində yaşayırdı. O, Zakirin qoçaq, diribaş qızı Nənəş xanımı sevib evlənmişdi. Əli bəyin xana yaxından kömək etməsi Mehdiqulu xanı əvvəldən də gözü götürməyən, daima Qarabağa xan olmaq iddiasında olan Cəfərqulu xan kimilərin kin-küdurətini daha da artırdı. Mehdiqulu xanın oğlu olmadığı üçün Zakirin nəvəsi, Əli bəyin oğlu İbrahimi oğulluğa götürmüş və ona öz atasının adını qoymuşdu. Əli bəyin məsləhəti ilə Mehdiqulu xan bir- neçə dəfə yerli çar hakimlərinin, xüsusən də T. Mauravovun yaramaz işləri barədə yuxarı idarələrə şi- kayət etmiş və qalib kəlmişdi. Belə ki Mehdiqulu xanın vəfatından sonra yerli çar hakimi Tarxai Mauravovun və Cəfərqulu xanın köhnə ədavətləri yenn şə- kildə «bar» verməyə başladı. Onlar Mehdiqulu xana yaxın adamlardan, o cümlədən Əli bəydən, qayınatası Zakirdən qisas almağa, onları bir-bir «dənləməyə» girişdilər... Mehdiqulu xan vəfat etdikdən sonra Əli bəy öz ailəsi ilə Ağdamdan Şuşaya köçdü. Şuşa qazısı Mirzə Əbülqasım da şairin əlindən yanıqlı idi, onun satira və həçvlərinin dadı hələ də damağından getməmişdi. İndi ələ yaxşı fürsət düşmüşdü. O, Cəfərqulu xan, Tarxan Mauravovla əlbir oldu və Əli bəyi tora salmaq planı tutub Zakirdən də intiqamını çox asanlıqla, hiyləgərcəsinə aldı. Onlar Şuşa şəhəri sakini Məməğanlı Kərbəlayı Allahverdi hacı- ələskər oğlunu öyrətdilər ki, sən heç kimdən qorxub- çəkinmə, dalında möhkəm dayanmışıq, əgər dövlətlənmək istəyirsənsə bizim dediklərimizə möhkəm əməl elə, yerli çar hökumətinə şikayət yaz və de ki, Əli bəy mənə min iki yüz tümən borcludur, nə qədər çalışıram vermir, indi əlacım kəsilib, pulu geri almaqda mənə kömək ediniz. Arı, həyanı birdəfəlik üzündən silən Kərbəlayı Allahverdi qazının — «müqəddəs» şəriət məhkəməsinin başçısının, başqa sözlə deyilərsə, şər yuvası canavarının rəyi əsasında şikayət ərizəsi yazdı və işə başladı. Yerli çar hakimi Cəfərqulu xanın yaxından müdaxiləsi ilə Kərbəlayı Allahverdinin şikayətini can-başla qəbul etdi və qazının üstünə bir hökm yazdı. hökmdə göstərilirdi ki, şəriətin buyuruğuna görə bu işə əncam çəkilməli, ədalətin təntənəsi qalib gəlməli. Göstərişi oxuyan qazı bığaltı gülumsədi, öz əməlindən razı halda bir neçə dəfə saqqalına tumar çəkdi. Və düyünlədiyi kələfi daha da pırtlaşıq salıb dolaşdırdı, Kərbəlayı Allahverdiyə dedi ki, ey allahın fağır, köməksiz bəndəsi, mən bilirəm ki, sən biveçsən, bacarıqsızsan, ona görə də bu işdə axıra qədər sənə kömək etmək mənim borcumdur, sən şəriət məhkəməsinə biz deyən şəxsləri, yə'ni çar Cəfəri, baqqal hüseynəlini və Ağa Novruzu şahid kimi gətirməlisən. Kərbəlayı Allahverdi də əl quzusu kimi onun dediyinə əməl etdi... Qazı fitnə-fəsadla düzəldilmiş şahidlərin, daha doğrusu, özü əvvəlcədən nəzərdə tutduğu bir neçə simasızın sözləri əsasında Əli bəy Fuladovu, borçlu kimi qələmə verərək onun hərəkətlərini dözülməz hal hesab etdi, xüsusi, «allaha da xoş gedən» bir hökm çıxardı. hökmə əsasən Əli bəyin əmlakının bir hissəsi min iki yüz tümənə əvəz olaraq Kərbəlayı Allahverdinin ixtiyarına verildi. Əlbəttə o, aldığı əmlakın çoxunu qazının və yerli çar hakiminin çibişdanına axıtdı... Mənfur qayda-qanunların zor kəldiyi yerdə saf təbiətli həqiqət aşiqi, humanist şair susa bilərdimi? Zakir bu hadisə haqqında «Elat əhlinin tə'rifi və qazinin əsl-nəsəbi haqqında» mənzuməsində odlana- odlana yazırdı:
Birisi bihəməciz biri ilə başlar cəng,
hakimi-şər'ə çəkər, şahid olur qalanı.
Bir içim çay ilə yüz şahidi-bidin tapılır,
Neçə kim Əli bəyin çıxdı keyə əfqanı.
Cə'fəri-Kər ki, eşitməz, çalalar zurna səsin,
Der imiş mən hamıdan yaxşı eşitdim anı
Biri bəqqali-bədəf'alü kəlambazü füzul,
Biri əhli-zələmə zadeyi-Şəkkar Banı.
Belə şahidlər ilə bir kəsə borc olsa sübut,
Kişi neylər dəxi rənçü təəbü-kimyanı.
Tümək oğlu Nuru getsin ona, ya özkə vəkil,
Əhli-Təbrnz təfənnündə ötüb şeytanı
Vəziyyəti ağırlaşan Əli bəy qəflətən vəfat etdi. Onun uşaqlarını da Zakir öhdəsinə götürdü və onların tərbiyəsi ilə özü məşğul oldu. Şair qız nəvələri olan bu uşaqlara savad öyrətdi, onları şe’rə, sənətə, ədəbi irsə məhəbbət və hörmət ruhunda böyütdü, Mükəmməl tərbiyənin nəticəsi idi ki, bu uşaqların üçü: İbrahim bəy Azər (vəfatı 1884), Abdullabəy Asi (1840—1874) və Xudadadbəy sonralar az-çox tanınan şair dərəcəsinə yüksəldilər. Yeri gəlmişkən deyək ki, XIX əsrin ikinci yarısında fəaliyyət göstərən məşhur satirik şair Seyid Əzim Şirvani «Abdulla bəy Asi və Xudadad bəyin vəfatı münasibəti ilə» xüsusi şer yazmış, həyatdan vaxtsız köçən hər iki şairə, xüsusən Abdulla bəy Asiyə dərindən təəssüflənmiş, yas saxlamışdır:
Necə ah eyləməyim, ah ki, şahım getdi!
Qoydu tənha məni ol püştü pənahım getdi!
Şe’r kədərli sonluqla qurtarırdı:
Saldı torvağə fələk zülm ilə mehri mahı,
Ya həlak etdi Xudadad ilə Abdullahı.
(Seyid Əzim Şirvani, Əsərləri, 2-ci cild, Azərb. SSR BA nəşriyyatı, Bakı, 1969, səh. 76—77).
Əli bəyin başına gələnlər, qəfildən vəfatı 'şairə ağır dərd oldu. «Özgə bir qəmi» olmayan sənətkar haqsızlığa qarşı üsyan qaldırdısa da, səsinə səs verən, harayına çatan olmadı. Ona aydın oldu ki, düşmənləri ayağa qalxmışlar, açıq hücuma keçmişlər və gec-tez şairi böyük və dolaşıq bir işə salacaqlar. Gələcəkdə görəcəyik ki, hadisələr Zakirin fikirləşdiyi kimi də olur...
Şuşa qazısı Mirzə Əbülqasımın, onunla əlbir olan bir çox mollaların, zəhmətkeş xalq arasında saldıqları qovğalar haqqında şairin yazdığı «Elat əhlinin tə’rifi və qazinin əsl-nəsəbi haqqında», «Qarabağ qazisinə», «Şuşa mollaları haqqında», «Dər tərif əhvalı-əxlaqi əhli rüzigar» kimi şeirlərində əsas tənqid hədəflərindən biri rühanilərdir. Şairin yaradıcıllığında ruhanilər: molla, vaiz, qazı ifşa olunan əsas tənqid və satira obyektlərindəndir. Nə üçun Zakir bu zümrəyə həddindən artıq nifrət bəsləmişdir? hər şeydən əvvəl o, realist sənətkar idi, kimin nə işlə məşğul olduğunu çox gözəl görürdü. O görürdü ki, ölkədə əmin-amanlığın pozulmasında, şərarətin və pis əməllərin artmasında, geniş zəhmətkeş kütlələrin aldadılıb soyulmasında ruhanilər hamıdan çox canfəşanlıq edirlər. Digər tərəfdən də şair istər həyatda, istərsə də yaradıcılığında geniş zəhmətkeş kütlələrin mənafeyini müdafiə edir, həm də onların istək və arzularına uyğun iş görürdü. ,O görürdü ki, rəiyyət bu müftəxorların əlindən dad çəkir və bu da səbəbsiz deyildi. Öz yaradıcılığında geniş xalq kütləsinin bədii təfəkkür məhsullarından bol-bol istifadə edən şair real münasibətlərin məhsulu olan şifahi ədəbiyyatda da ruhanilərə satirik, tənqidi münasibət bəslənildiyini çox gözəl bilirdi. O, bilirdi ki, «Molla tuluq zurnasına bənzər , qarnı dolmasa, səsi çıxmaz»; «Mollaya «al molla» demişlər, «ver molla» deməmişlər», «Molla udar salxımı, xalqa verər təlqini» və s. bu kimi bir çox atalar sözü keçmiş cansıxıcı həyatla əlaqədar olaraq yaranmışdır. Şairə aydın idi ki, «alıcılıqda alıcı quş» olan mollalara xalqın nifrəti müxtəlif yollarla təzahür edir və bu nifrət hissi nəsildən-nəslə bir ədəbi irs kimi keçir. Bayatılarda mollaya olan ifşaediçi münasibət buna aydınca dəlildir:
Molla çəkən azandır,
Dilim ərzə yazandır.
Mollaya bel bağlama,
Molla qəbir qazandır.
Mən aşiq ah-uf ilə,
Dərd getməz ah-uf ilə,
Mollaya dərd açanın
Dərdi dönər qıfıla.
Əlbəttə, Zakir kepiş xalq kütlələrinin rühanilərə olan nifrətinin qüvvətli əksini tək atalar sözü, məsəllər, bayatılarda deyil, həm də onlar haqqnda yaranan saysız-hesabsız aşıq şeirlərində, nağıllar və lətifələrdə də görürdü. («Təkləməsən döyməzsən», «Allahın sabahı çox», «Molla yoxsa döşünə düşmədi?», «Salamı sənə verdim», «Qazı və əmanət», «Uzat əlini, tut bunu», «Qazı və ovçular», «Mollanı qovla, öküzə dəymə», «Yaba ilə dovğa içən eşitmişdim, amma…» kimi lətifələr nəzərdə tutulur). Həm də bu na ğıl və lətifələrdə, aşıq şerlərində o cür çirkin işləri, bəd əməlləri, hiylə və fırıldaqları ifşa olunurdu. ,
Zakir ruhaniləri ifşa edərkən allahı, quranı, islam dinini də qəbul edirdi və bunlara inanırdı. Lakin o, allah, Məhəmməd adından çıxış edib, islam dinini təhrif edən, onu öz ciblərinə uyğunlaşdıran ruhanilərə qarşı amansız idi. həmin ruhanilər aldatmaq, hiylə gəlmək, tələ qurmaq, çaxnaşma salmaq, təriqətlər düzəltmək kimi müxtəlif yollarla geniş zəhmətkeş kütlələri istismar boyunduruğu altında saxlayır, göz açmağa qoymur və onların başına istədikləri oyunu açırdılar. Əlbəttə, bütün bu rəzalətləri görən sənətkar nə qədər dinə inansa da, acı həqiqətləri açıq-aydın dillə söyləməli, həm də səfalətə səbəb olanları tənqid və ifşa etməli idi. hər şeydən əvvəl bu, şairin vətəndaşlıq borcu idi. O, heç bir təhlükədən çəkinməyərək bu vəzifəni yerinə yetirirdi. Zakir, ayrı-ayrı satirik tənqidi parçaları ilə bərabər, ruhaniləri kəskin tənqid edən, onları nüfuzdan salan bir sıra dolğun məzmunlu, iri həcmli şe’rlər yazmışdır. həmin satirik şe’rlərində Zakirin zərbə vurduğu, atəş açdığı' məsələlərdən biri məzhəb, təriqət məsələsidir. İslam dini mey’dana çıxdıqdan sonra saysız hesabsız məzhəblər, təriqətlər yaranmışdı. Tək XI—XII əsrlərdə Yaxın Şərq ölkələrinin müxtəlif yerlərində feodal hakimiyyətini öz əllərinə keçirmək məqsədilə islam dininin bə’zi ehkamlarını müxtəlif şəkildə izah etməyə çalışan müxtəlif məzhəb və təriqətlər meydana çıxmışdı və bunlar hakimiyyət üstündə biri-birilə mübarizə aparırdı. Yenə islam dininin ehkamlarını ayrı-ayrı məzmunda izah edən sufilik, sünnilik, şiəlik kimi təriqət və məzhəblər də yaranmışdı. XIX əsrdə Zakirin yaşayıb-yaratdığı dövrdə Azərbaycanda şiəlik və sünnilik ixtilafları geniş yayılmışdı? Şiəlikdən də «şeyxi» və «üsuli» kimi məzhəb və əqidələr ayrılırdı. Zakirin tənqid etdiyi də məhz həmin «şeyxi» və «üsuli» əqidələri idi. «Edat əhlinin tə’rifi və qazinin əsl-nəsəbi haqqında» adlı tənqidi şe’rinin əsas hissəsi «şeyxi» "əqidəsinin tənqidinə həsr olunmuşdur. Şair «şeyxiliyi» tənqid etməzdən əvvəl göstərir ki, ölkə nacins, naxələf adamların əlindən o qədər murdarlaşmışdır ki, dəryanı da axıtsan, yenə pak olmaz. Sonra o, mətləbi uzatmadan mollaların zülmündən danışmağı məqsədə daha uyğun bilir. Şair yazır:
Ah, bu müftəxorun dad əlindən, səd dad!
Ki, salıblar necə kor məmləkətə qovğanı.
hərcü-mərç elədilər məzhəbi-isna-əşəri,
Etdilər zirü-zəbər barkəhi-imanı.
hər əlif-bey oxuyan adını ruhani qoyub,
Bilməz öz əbcədini, ruha çəkər suhanı.
Alimü-fazilü ustad, müridü mürşid,
Nə qədər ki, görəsən dövrdə sərkərdanı.
hamı qovraları bəhri-dirəmi əqmişədir,
hamı təqvaları şali-əməli-Kirmani.
Vermənəm mən oların taəti-bəhrəsinə,
Tarı şahiddir özü, mə’siyyəti-düzdanı.
Zakir realist bir sənətkar kimi mollaların iç üzünü açır, onların əsl məqsədlərinin nədən ibarət olduğunu söyləyir. Mollalar, şairə görə, ölkəyə hərcmərclik salan, adlarını alim qoyub özləri savadsız, dinləri ipək pal-paltar olan müftəxorlardır. Şamr əsl mətləbə keçmək üçün mollalarda kördüyü bu sifətləri sayır və göstərir ki, «əlif-bey oxuyan» hər bir dələduz şiəliyin nə olduğunu anlamadığı halda «məzhəbi-isna əşəri», «barikəhi-imanı» «zirü-zəbər» etdi. Şair burada, heç şübhəsiz ki, şiə məzhəbinə qarışıqlıq salan «şeyxi»lərin əqidələrini nəzərdə tutur. Bildiyimiz kimi, «şeyxi»lər «çahari dəh məsum» adlanan peyğəmbər, Fatimə və on iki imamın hər birini allah qədər qüdrətli hesab edirlər. Şiələrə görə allahda olan qüdrət heç kimdə yoxdur, yə’ni onun yaradan, ruzi verən və öldürən olması xüsusiyyəti təkcə ona mənsubdur. «Şeyxi»lər isə deyirlər ki, bu xüsusiyyətlər peyğəmbər, onun qızı Fatimə və on iki imamın hər birində vardır. İmamətin bu qədər şişirdilməsi, allaha və onun qanun kitabı olan qur’ana bütün varlıqı ilə inanan şairi qəzəbləndirir. O yazır:
Yenə filcümlə üsul ilə üsuli danışır,
O ki, şeyxi saf elə dibdən urur baltanı.
Etməyib şərmü həya göz görə əbdüllahə,
Elər isbat sərasər sifəti-sübhani.
Bişü kəm xaliqü məxluqda bir fərq gərək,
Eləsən niknəzər munda təfavüt hanı...
Bir quru ismdən özgə dəxi həqqə nə qalır,
Lə’nət olsun sənə, ey münkiri-həq ruhani.
Bəs deyilmi olalar vasiteyi-külli-vücud,
Bəs deyilmi məzhəri-feyzü-kərəmi-rəbbani.
Bəs deyilmi olalar şafsi-ruzi-ərəsat,
Bəs deyilmi səbəbi-fəthi-dərk-rizvani.
Nə rəvadır ki, dəxi bir də edək həqqə şərik,
Biz imamı, necə kim, ermənilər İsanı.
İki tarı yenə mümkündü sülük eyləyələr,
Gərək on dörd yerə bölələr dünyanı.
Beləliklə şair, «şeyxi» məzhəb mollaları tənqid edərək göstərir ki, imamların şişirdilməsi nəhayət çoxallahlılığa gətirib çıxarır; çoxallahlılıq, həm də tək islam dinində deyil, başqa dinlərdə də vardır. O, İsanın ermənilər tərəfindən şişirdilib, allah dərəcəsinə yüksəldilməsini də tənqid edir. Şair bu qənaətə gəlir ki, islam dinində bu cür allahların sayının on dördə çatdırılması daha pisdir.
Şair, qur'anın allah kəlamı olmasına şübhələnənləri də kəskin tənqid edir və yazırdı ki, onların yeri «cəhənnəm» olacaqdır. İslam dininə görə, qur'an allah tərəfindən Cəbrayıl vasitəsilə peyğəmbərə nazil olmuşdur. Şair, «şeyxi»lərin buna inanmadığına qəzəblənir və göstərir ki, onların fikrincə guya qur'anın müəllifi peyğəmbərdir və Cəbrayıl da qur'anı peyğəmbərin batinindən zahirinə gətirmişdir yazıçı, bu qanaətə gəlir ki, əgər doğrudan da məsələ belə isə, onda bütün şairlər də peyğəmbərdir, çünki onlar da «mursəl»dir. «MURSƏL» isə ancaq kitab sahibi olan peyğəmbərlərdir: Məhəmməd, İsa, Musa, İbrahim, Davud, Zakir sözünə davam edərək qeyd edir ki, məsələ belə olduqda Hafiz, Sədi, Cami, Xaqani nə üçün peyğəmbər olmasın? halbuki onlar gözəl kitab sahibləridir. Şair nəhayət «şeyxi»ləri ələ salaraq özünün də peyğəmbər olduğunu yazır:
Mən də peyqambari-namürsəliyam Kolbasanın
Ümmətim Tanyəqü Külqışlaqü Xındırıstanı.
Bundan sonra şair çoxallahlığı rədd edərək allahın tək olduğunu söyləyir, onu insanlardan ayıran sifətləri sayır və bu münasibətlə allahın «qadirliyini», «adilliyini>, heç bir insanda olmayan «bacarığını» tə’rifləyən «ərrəhman surəsi»nə isnad edir.
Şanr, «şeyxi» məzhəbini rədd etdikdən sonra «üsuli» məzhəbini də kəskin tənqid edir və bu qənaətə gəlir ki, «şeyxi» kimi «üsuli» də hiyləgər və şərarətçidir:
Şeyxü şəyyad idi, hərçənd üsulidə dəxi,
Yoxdu bir bu qədəri mərifəti-insani.
Cümlə bədkarü dilazarü mühilü kəzzab,
Cümlə bidinü süxənçinü şərarət kanı.
Əllərində hamının səbheyi-səddanələri,
Dillərində hamının şamü səhər yalanı.
Şair islam dinindən ayrılan məzhəb və təriqətləri bir də ona görə tənqid edirdi ki, həmin qruplaşmalar xalq kütlələri arasında ədavət salır, onları çox mə’nasız işlər üstündə biri-birilə salışdırır. Bu “qovğalardan”, “fisqu-fucurlardan” qazananlar yenə rühanilər olurlar. Bu nöqteyi-nəzərdən “Şuşa mollaları haqqında” kı həqiqəti söyləməklə bərabər, ümumiyyətlə mollaların tipik sifətlərini aşkara çıxardığı üçün də qiymətlidir. Satiradan aydın olur ki, mollaların tipik sifətlərindən biri, onların öz aralarında nüfuz üstündə gedən çəkişmələrdir. Şair yazır ki, dünən «həm- söhbət olan nadürüstlər» bu gün gəlir üstündə çəkişirlər:
O qədr keçmədi ki, sülh binası pozulub,
Bir-birə şıllaq atar şeyxəxi-əyyam genə.
Dun həmkasəvü həmsöhbət idi, eylərdər
haliya bir-birinin küfrini e'lam genə.
Neçə müddətdi kəsad olmuş idi, oldu rəvac,
Şəhrü bazarda latailu duşnam genə.
Bir-birinə «şıllaq atan», bazarda, şəhərdə söyüşlə biri digərinin həyasızcasına abrını alan, bə'zən də əlbəyaxa olan tək mollalardımı? Xeyr, ümumiyyətlə ruhanilərdir. M. V. Lomonosov «Ruhanilərin vəzifələri haqqında» məktubunda pozğun həyat sürən, xalqı acgözlüklə soyan, «şəhər və kəndlərdə birinci əyyaş olan» keşişlərin «bir-birinin qanını axıdana qədər vuruşduqlarını» qəzəb hissilə yazırdı. (Bax: M. V. Lomonosov. Şe rlər, Moskva, «Sovetski pisatel», 1948, səh. 147).
Mollaların, şairə görə, ikinci tipik sifəti qarınları xatirinə özlərinə çoxlu tərəfkirlər saxlamağa çalışmalarıdır. Bu məqsədlə ruhanilər «mədrəsəyə rəğbəti olan xalqı» müxtəlif «qovğalarla» oradan uzaqlaşdırır, qurduqları tələyə salırlar. Şair yazır:
Misli-səyyadi-cəfapişə yerə danə səpib,
hərə bir növ qurar murği-dilə dam genə.
Yekcəhətlik pozulub oldu qələmtək düzəban,
Yazılır şamu səhər tə’nlə peyğam genə.
Bu nə saziş, bu nə islah, çıxıb mənbərdə
İki gün keçmədi düşdü işə eyham genə.
Ruhanilərin xalq üçün «tələ» qurmaları, kasıb-bəndələr üçün itaətkarlığın vacib olduğunu ciddi-cəhdlə çalışmaları, canıyananlıq etmələri haqqında istər şifahi, istərsə də yazılı ədəbiyyatda çox deyilmiş və yazılmışdır.
Zakir də «Şuşa mollaları haqqında» şe’rində ürəyi odlana-odlana həmvətənlərinin avamlığına =na-yana, təəssüf hissilə qeyd edir ki,_ «misli-səyyadi- cəfapişə» olan mollalarda «naqis sifətləri» gördüyümüz halda «kəsmədik hiç ölüncə təməi-xam genə». Ölkədə, şairin dediyi kimi, mollaların hiylələrini görən gözüaçıq adamlar da vardır. Lakin irticaçılar onları «sərsəm» adlandırır, işıqlı fikirlərini isə rədd edirlər. Başqa bir yerdə şair yenə dövrdən şikayətlənərək bu qərara gəlir ki, xalqın qayğı- -sını çəkənin başı «min dərdə mübtəladır». NİY’Ə be- _çə olur? Şair özü cavab verir:
həqqə layiq hiç kəsdə görmədim elmü-əməl...
Zahiri xalqın tiladır, batini simü-dəcəl.
Şair burada «hiç kəs», «xalq» dedikdə, birinci növbədə zərərli ünsürləri nəzərdə tutur. Çünki həmin şe’rdə («Dər tə’rif əhvali-əxlaqi əhli-ruzikar») şairin əsas tənqid hədəfi rəiyyətə qan udduran bəylər, «məzlum camaatın» qanını hiylə ilə tökən ruhanilərdir. Beləliklə şair, zahirən özlərini qızıla bənzədən, daxilən isə qəlp puldan başqa bir şey olmayan və arifləri gözümçıxdıya salan istismarçılara dərin nifrətini dolayı yolla da bildirirdi.
Zakir aydın şəkildə dərk edirdi ki, «şeyxi», «üsuli» kimi məzhəblər islam dinini korlamaqla qalmayıb, həm də özünü ruhani cildinə salan fırıldaqçıları, dələduzları əməkçi xalqın hesabına varlandırır.
Zakirlə bir dövrdə yaşayan və ondan sonra gələn M. Ş. Vazehin, A. Bakıxanovun, M. F. Axundovun, S. Əzimin, Zərdabinin və başqa şair, yazıçı və alimlərimizin ayrı-ayrı təriqət və məzhəblərə qarşı mübarizələri, çıxışları ictimai fikir tariximizin ən gözəl səhifələrini təşkil edir. Adlarını çəkdiyimiz və həm də çəkmədiyimiz mütəfəkkir sənətkarlarla yanaşı aşıqlarımız da həmin ictimai bəlaya qarşı mübarizə aparmışlar. Bu baxımdan Aşıq hüseynin «Mollalar», Aşıq Musanın «Telli saz», Aşıq Muxtarın «Şeyxin həcvi», Aşıq Varisin «Mollalar»,. Qul Mahmudun «Molla», Molla Cumanın «Molla» adlı satirik şe’rləri və həcvləri diqqətəlayiqdir.
Aşıq hüseyn mollaların çirkin sifətlərini: miras paltar geyib imanlarını satdıqlarını, xalqı talayıb-çapdıqlarını, sələmçilik etmələrini, rüşvətxorluqlarını və bir çox başqa mənfi sifətlərini saydıqdan sonra bu qənaətə gəlir ki, pis əməllərilə dünyanı qarışdıran və xalq arasında çaxnaşma salan mollalardan «yetmiş beşinin başı bir dəyirmanda üyüdulməlidir».
Aşıq Varis daha irəli gedərək, mollaların gündə bir məzhəb, bir yol çıxarmalarının ictimai kökünü araşdırır və düzgün nəticəyə gəlirdi. O yazırdı:
Körün nə yaman işlədir
Fitnə, fe’lləri mollalar...
Gündə bir məzhəb çıxardır,
Əyir yolları mollalar,.
Soyub aldıqlarına
Bir kərə olmur irəzı.
Xalqın yaxasından çəkmir
Uzun əlləri mollalar.
Obada tutar qoymadı
Axund, molla payı, aman,
Çəkib aldı, qurşax qıldı
Tirmə şalları mollalar.
Aşıq, mollaların həqiqətdə nə sənətə sahib olduqlarınıda açıb söyləyirdi:
Biriniz lotu çıxdı,
Qaval çaldı utanmadı,
Biriniz çuqul çıxdı,
Fitnə saldı, utanmadı.
Biriniz quldur oldu,
Tutdu kolları mollllar.
Və yaxud şair Mirzə Baxış Nadimin «Molla İbrahimi həcv» şe’rinə diqqət edilərsə, orada «məşhuri-zəmanə» olan molla ələ salınır, o, «elmində alim», «dəryadakı gövhərdən xəbərdar», «qarnın güdən» kimi xarakterizə olunur və nahayət göstərilir ki, mollalar əməkçi xalqın qəddar düşmənidirlər.
Əlbəttə, mollaların bu cür min bir fırıldaq işlətmələri dövrün qabaqcıl, gözüaçıq nümayəndələri, o cümlədən Zakir tərəfindən rüsvay edilirdi.
♦♦♦
Qasım bəy Zakirin ruhanilər əleyhinə yazdığı şerlərdə diqqəti cəlb edən ikinçi mühüm məsələ şəriət məhkəmələrinin ciddi tənqididir. Bu heç də səbəbsiz deyildi. Şəriət məhkəmələr din pərdəsi altında ölkədə hər cür oğurluğun, quldurluğun artması üçün şərait yaradırdı və beləliklə də insan hüququnu mudafiə əvəzinə, onu tapdalayır, humanizm hisslərini öldürürdü. Zakir isə humanist bir sənətkar kimi zəhmətkeş xalqı sevən qabaqcıl bir ziyalı kimi «zülmət səltənətinin» qanunsuz qanunlarının şaxələnib, qol-budaq atdığı mənbəyə, yə’ni şəriət məhkəmələrinə, soyuqqanlı bir münasibət bəsləyə bilməzdi. Nəinki tək Zakir, ondan sonra gələn qabaqcıl yazıçı ictimai «Dinlərimiz də şəriət məhkəmələrindəki dözülməz hiyləgərliyə qarşı kəskin qələm mübarizəsi aparmışlar. M. F. Axundovun «Mürafiə vəkillərinin hekayəti», «Aldanmış kəvakib» əsərləri və məktubları buna canlı sübutdur.
Şəriət məhkəmələri və onların başında oturan qazılar haqqında yaranmış lətifələrin özündə də xalqın tüfeylilərə satirik münasibəti öz əksini tapmışdır. həmin lətifələrdə şəriət məhkəməsində hökm sürən «ədalət» sadə xalq dililə ələ salınır. Şəriət məhkəmələrində işlənən fırıldaqları, qazının alçaq təbiəti: acgözlüyü, pozğun əxlaqı, xəyanətkarlığı və başqa iyrənc sifətləri «Qazı və ovçular», «Əngəl bardaqda qalıb», «Əmanətə xəyanət olmaz», «Qazı və əmanət» kimi lətifələrdə də ifşa olunmuşdur. «Qazı taxtına getdi, köpək vaxtına», «Qazı da bilir, quzu da», «Qazıya tək gedən razı gələr» kimi satirik xalq məsəllərində də şəriət məhkəmələrindəki hakimlərin daxili aləmləri incə, lakonik şəkildə xarakterizə olunmuşdur. Məgər Zakir geniş xalq kütlələrinin qazıya olan satirik münasibətini bilmirdimi? Əlbəttə bilirdi və gözü ilə gördüyü, şahidi olduğu hadisələr özü də bu satirik münasibətin doğruluğunu təsdiq edirdi. Şəriət məhkəməsinin şairin kürəkəni Əlibəy Fuladovun başına gətirdiyi oyun haqqında bir az əvvəldə tanış olduq. Şair «Elat əhlinin tə’rifi və qazinin əsl-nəsəbi haqqında» və «Qarabağ qazisinə» adlı satirik şe’rlərində əsas tənqid hədəfi olaraq şəriət məhkəmələrində görülən alçaq işləri öz simasında cəmləşdirən və dövr üçün tipik olan bir qazını almış və onun səciyyəvi xüsusiyyətlərini təsvir etmişdir. Özünü hakimi-şər kimi qələmə verən qazı, şairə görə, bir çox xüsusiyyətlərə malikdir. Zakir qazını laqa qoyub, ələ salaraq kinayə ilə yazırdı:
Yaradıbdır onu ol xaliqi-əşya bieyb,
Dari-dünyada bu surət tapılır kəm qazi.
Səri-ə'dada fırıldar çomaqı bərq-asa,
Necə ki, mə'rəkədə şeşpəri-Rüstəm, qazi.
Mədəni codu kərəm, çaykəhi-əmnü əman,
Ədldə Nuşirəvan, bəzidə hatəm qazi.
Füqəra devri-sərayında besani-halə,
Nəqdi-ehsanı Qarabağa çü şəbnəm qazi. və s.
Nağıl-əfsanələrdə ədalətli, səxavətli şəxslər kimi şöhrət qazanmış Nuşirəvan, hatəm kimi obrazlarla haramzada şəxs—qazı müqayisə olunur.
Əlbəttə, Zakir dövründə qılıncının dalı da, qabağı da kəsən qanun ağasını—qazını satira atəşə tutmaq o qədər də asan iş deyildi. Şair bunu çox gözəl başa düşürdü. O, xalqın mənafeyi xatirinə nəfəslərindən zəhər yağan qazıların yaşayışa zidd əxlaq və rəftarlarını qırmanclayır, onlara qəzəb dolu kinayə ilə acı-acı gülürdü.
Şair din adından, qur’an adından fitvalar verən qazını necə təsəvvür edir və onu həyatda necə görürdü:
Qazi odur ki qala əhli-vilayat qəminə,
Nə ki, aləm həmə qəmgin ola, xürrəm qazı.
Qazi lazımdı deyə məhkəmədə şər'nnəbi,
Nə ki, kəşt edə cahanı minib ədhəm qazi.
Başqa bir yerdə deyirdi:
Şərtdir şə'r hüzurunda rəhü rəmsü-ədəb,
Nə sərxub oluna bir tərəfdən əqranı.
Filhəqiqə mən onun müxlisi-dirinəsiyəm,
Leyk doğru deməyin şər'də yox isyanı.
Şair təzaddan istifadə edərək öz arzusu ilə qazının əməlini, məhkəmənin işini qarşılaşdırır, sərrast və parlaq ifadələrlə məqsədini oxucuya çatdırır. Şairin arzusu əleyhinə olaraq şəriət məhkəmələrində-dözülməz özbaşınalıq «xalqı xarab edir- di». Əlbəttə, şairin qazı haqqında bəslədiyi arzunun özü də onun yaradıcılığının zəif cəhətlərindəndir. Şair başa düşə bilmirdi ki, istismarçı siniflərə xidmət edən qazı nə qədər mərhəmətli, nə qədər insaflı olsa belə, yenə «əhli-vilayətin qəminə» qala bilməz, geniş xalq kütlələrinə xidmət edə bilməz.
Yazıçının qənaətlərinə görə, iş o yerə çatır ki, alçaq xasiyyətli, şərarətçi adamlar qazıya, onun rüşvətxor mənliyinə arxalanaraq istədikləri məqsədə çatmaq üçün yalançı şahidlər, həm də zərərdidə tərəf üçün vəkillər tapıb, işi məhkəməyə salırlar. Məhkəmə isə pul üçün bütün namusundan keçən alçaq tinətli rəzillərin sözləri əsasında qanun çıxardır və beləliklə də haqqı, ədaləti tapdalayırdı.
Sənətkara görə ölkədə asayişin olmaması, oğurluq quldurluğun, fitnə-fəsadın artması üçün şərait yaradan başlıca amillərdən biri, ruhanilərin meydanda at oynatmaları, məhkəmələrdə də hər işə qarışmalarıdır, Xalq üçün ciddi bəla olan bu məsələ M. F. Axundovu daha çox düşündürmüşdür. O, Mirzə Yusif xana göndərdiyi 25 mart 1871-çi il tarixli məktubunda göstərirdi ki, bütün İran torpaqlarında məhkəmə işlərini ruhanilərin əlindən tamamilə alaraq, ədliyyə nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Sonra M. F. Axundov sözünə davam edərək yazırdı: «Nəyə görə ruhanilər xalqın «pənahı» olmuşlar? Ona görə ki, dövlətin ən böyük vəzifələrindən olan mürafiə işləri ruhanilərin əlindədir». Nəhayət, böyük mütəfəkkir bildirirdi ki, dövlət mə’murları məhkəmə işlərində fövqəl’adə ədalətli və haqq tərəfdarı olmalıdırlar, lakin həmin sifətləri ruhanilərdə görmək qeyri-mümkündür.
***
Zakirin şe’rlərində diqqəti cəlb edən məsələlərdən biri də tə’ziyədarlıq mərasimi ilə əlaqədar olan və zəhmətkeş xalqa çox baha oturan vəhşi «adətlərin» tənqididir. Şairin yaşadığı dövrdə ayrı-ayrı şəhərlərdə, eləcə də Şuşada hər il tə’ziyədarlıq ilə əlaqədar olaraq şəhərin hər bir məhəlləsi xüsusi dəstə gəzdirərdi. Bu dəstə «ağköynək» dəstəsi adlanırdı. Bu dəstələrə məhəllə məscidinin başçıları rəhbərlik edirdi. Çox vaxt dəstələr arasında toqquşma baş verir, cahil dəstə başçısının fitvasına qurban olanlar da olurdu. Bu vəhşi «adətin» aradan götürülməsi haqqında əhalinin arzusuna uyğun olaraq yerli hökumət əmr verir ki, «ağköynək» dəstəsi ləğv edilsin. Lakin bu işdən pərt olan Şuşa qazısı Mirzə Əbülqasım öz nüfuzundan, tutduğu mövqedən istifadə edərək çar hakimlərindən «ağköynək» dəstələri gəzdirmək üçün təzədən icazə alır və yenidən vəhşi toqquşmalara, nahaq qanlar tökülməsinə, taqsırsız adamların öldürülməsinə bais olur. Bu vəhşi «adətə» qarşı dövrün gözüaçıq adamları çıxış edirlər. Vəhşi hərəkətlərin nəticəsini öz gözlərilə görən şair də bu hadisədən çox mütəəssir olur, səbəbkarı kəskin şəkildə satira atəşinə tutur. Onun bu münasibətlə yazdığı «Qarabağ Qazisinə»şe’ri yalnız qanlı hadisənin səbəbkarı olan qazının cinayətlərini ifşa etməklə qalmayıb, həm də din adından fitvalar verən ruhanilərin ümumi sifətlərindən bir çoxunu səciyyələndirdiyi üçün əhəmiyyətlidir. Şair qazılarıi acgözlüyünü, tamahkarlığının dərəcəsini göstərmək üçün gözəl bir təşbih işlədir:
Şişənin simü zərin doldurasan xanəsinə,
Şişəvəş dişrəyə verməz genə bir nəm qazi.
Şair qazıya hücum edərək göstərir ki, «onda mən gördüyümü görmüşəm», bundan sonra tazı «qibləm»də olsa onun sözünə inanmaram. Qazının fəaliyyətilə əlaqədar olaraq şairin gördüyü, şahidi olduqu cinayətlərin sayı isə hədsiz-hesabsız idi. Həmin cinayətlərdən biri də məhərrəmlik mərasimi vaxtı «şaxsey- vaxsey» törəninin acınacaqlı və həm də dəhşətli , səhnələr idi. Zakirə görə müsəlman olana dini ayinləri icra etmək vacibdir. Məhərrəm ayında «eyşi-surudan», «zövqi-səfadan» əl şəkmək, şairin fikrincə, lazımdır. "Amma ruhanilər allaha ibadət əvəzinə də min cür pis işlərlə məşğul olurlar. Şairi qəzəbləndirən də odur ki,-mollaların təhriki ilə matəm ayı ələ salınıb, ağılsız, şüursuz hər cür fırıldaqçıların çövlənkahına çevrilir.
Ağlaya mahi məhərrəmdə gərək vəhşü-tüyur,
hiç dildə olmaya zövqi-səfa, eyşi-sürur,
Qoşulur bir-birinə əlvati biəqlü-şüur,
Əldə payə, beldə xəncər, dildə heydər, sərdə şur,
Çeşm şəhvət birlə hər kəs öz uşaqın axtarır,
Əhli-şəhri-Lut tək həddən aşıb fisqü-fuçur.
Ya Əli, səndən mədəd, ya Bülhəsən, səndən haray.
Ölkədə «fisqü-fücurun» artmasını, dini əfsanəyə görə vaxtilə əxlaqsızlıq ucundan allahın qəzəbinə gəlmiş Lut şəhəri ilə müqayisə edən sənətkarın özü də bir allah bəndəsi kimi Əlini haraya, imdada çağırır. Zakir, Həm də yuxarıda misal gətirdiyimiz parçada qüvvətli realist bir sənətkar kimi diqqəti cəlb edir: «Əldə payə, beldə xəpçər, dildə heydər, sərdə şur» misrası və ondan aşağıdakı xətt, «şaxsey- axsey» səhnəsini və yeniyetmə cavanlara həsrətlə baxan ruhanilərin vəziyyətini oxucunun gözləri önündə canlandırır.
Şair, geniş xalq kütlələrinin şüurunu zəhərləyən məhərrəmlik oyunbazlığı və sair hiylələrlə avam camaatı aciz hala salmağa çalışan, ölkədə zülm və təcavüzü artıran ruhanilərin «xalqı xarab» etdiyini söyləyir və onların pis sifətlərini sayır:
Haradan gəldi bular, eylədilər xalqı xarab,
Biri der müçtəhidəm, biri müsəlləm, qazi.
Və Atlanıb biri çapar Təkləyə day, danə üçün,
Biri də şamü səhər talibi-dirhəm qazi.
O bu qənaətə gəlir ki, tə’ziyyədarlıq, «şaxsey-vaxsey» və s.-dən faydalanan ruhanilər «ab-ənkuri» bizə «həram» buyurduqları halda, özləri onsuz keçinə bilmirlər, «o dünyanı» bizə bəxş etdikləri halda, özləri bu dünyanı dörd əllə qamarlayırlar, minbərdən tamahın pis sifət olduğunu söylədikləri halda, özlərinin təməhi «su kimi» hər tərəfi tutur, bizə «həramə mürtəkib olmayıp əsla» dedikləri halda, özləri haramı «lum-lum udurlar». O, bununla da kifayətlənmir. «Bax» rədifli şe’rində zəhmətkeş xalqın hesabına enlənən, yoğunlanan, peysər qızardıb göbək bağlayan seyidi, mollanı satira atəşinə tutaraq, onların «pak» əməllərinə istehza və kinayə dolu bir gülüşlə gülürdü:
Surahi solumda, badə sağında,
Məzə qabağında, mey dodağımda,
Çeşmə kənarında, çay qırağında
Əmmameyi-seyyid, mollayə bir bax.
Başqa bir şe’rində də hər şeyi müftə yeyən ruhanilərə olan eyni istehzalı hiss qəzəbə çevrilir:
Molla, nə molla, əsiri şikəməndər piç,
Qazi, nə qazi ki, siyr olmaz içə ümmanı.
Dillərində «kizbü-böhtandan sivay» bir şey olmayan mollalar özlərini xalqa necə göstərirlər:
Müçtəhidəm dir, vurar xalqın yanında laflar...
Göstərir xalqa qoyun surət özün əclaflar.
«Doğruluqdan əsla əsər qalmadığı» üçün də şair, çıxış yolu tapmayıb gah dinə sığınır, gah da keçmi
şi arzulayır. Gah da yaşadığı dövranın «sərnikun» olmasını istəyir.
Zakir mövhumat və fanatizmə, dini təriqətlərə, şəriət məhkəmələrinin iş üsullarına, mürtəce dini «adətlərə» qarşı mübarizədə dövrünün qabaqcıl, gözüaçıq bir ziyalısı kimi, zəhmətkeş xalqın mənafeyinə müdafiə edən bir humanist kimi çıxış edirdi. Lakin bununla bərabər onun dünyagörüşü ziddiyyətli idi və bu da onun yaradıcılığına tə’sir göstərmişdi.
Şairin allaha, dinə, qur’ana, peyğəmbərə inanması yaşadığı mühitlə əlaqədar idi. Zakirin müasirlərində də bu cəhət diqqəti cəlb edir. Məsələn, şair Valeh çox zaman dindar bir müsəlman kimi çıxış edirdi. O, özünü «Vücudnamə» mənzuməsində insanın bu dünyadakı işlərini təsvir etdikdən sonra, «o biri dünyadan», «məhşər günündən», «cənnətdən», «cəhənnəmdən» ağız dolusu danışırdı. Yenə, aşıq şe’ri tə’siri altında yazdığı gözəl qoşmaları ilə tanınan Məhəmmədbəy Aşiq ömrünün axırlarında «Tövbənamə» yazmış, burada yanıqlı bir dillə allaha yalvarmış və «günahlarının» bağışlanılması üçün dəridən, qabığdan çıxmışdır:
Rəhm qıl bar xudaya, ki günahkarəm mən,
Asiyü bəd-əməlü rusiyəhü xarəm mən.
Və yaxud, Mustafa ağa Arif «Ağlaram» rədifli şe'rində başına gələn müsibətləri ürək dağlayan dillə söyləyir, sonra da xalis bir müsəlman kimi belə nəticə çıxarır:
Qorxuram ki, ölüm küfran içində,
Badə gedə dik, imanlar, ağlaram.
Eyni məhdud cəhətlər Zakirin başqa müasirlərində də: Abbasqulu ağa Bakıxanov Qüdsi, Baba bəy Şakir, Əbdürrəhman ağa Dilbaz oğlu Şair, Kazım ağa Salik və başqalarında da vardır.
Zakir də yaradıcılığının bütün gözəl məziyyətlərilə yanaşı olaraq allaha, dinə hörmət etməyi həmişə üstün tutmuş, hətta «Zərurəti din» (Bax: inv. 15, səh. 100—102) adlı şe’r də yazmışdır. O özünün uzun bir mənzuməsində gördüyü işlərdən peşman olmuş bir dindar kimi yazır:
Varmı ola yarəb mənim tək hiç yerdə naxələf,
Tifl ikən ləhvü-ləəblə eylədim ömrü tələf.
Düşdü axır başıma şurü-havayi cənkü-dəf,
Xubrular navuki müjganına oldum hədəf.
Nəfs zalım bir tərəf, şeytani mə’lun bir tərəf,
Olmuşam indi pəşiman, ey şəhi mülkü nəçəf,
Ya Əli, səndən mədəd, ya Bulhəsən, səndən haray.
Bu parçanın özü də göstərir ki, şair ömrünün sonunda qocalıq, «bu dünyadan köçmək» əhvali-ruhiyyəsilə əlaqədar olaraq pessimizmə qapılmış, çıxış yolunu dində görmüşdür. Bu da maraqlıdır ki, XVIII- XIX əsr Azərbaycan şairlərinin çoxu, o cümlədən Zakir artıq həyat ne’mətlərindən doyduqları, ayaqlarının biri bu, digəri də «o dünyada» olduqları zaman dinə sığınırlar.
A. P. Çexov «Yolda» hekayəsində tipin dili ilə yazırdı: «Deyirlər allah yoxdur, ancaq məşhur yazıçılar, alimlər ömürlərinin axırında allaha inanırlar və e’tiqad ruhun qabiliyyətidir deyirlər». Əlbəttə, həmin fikrə Rusiyada bir qrup ziyalılar, o cümlədən Dostoyevski də inanırdılar. Onlar «rus xalqını onun dindarlığı xilas edəcəkdir» fikrinə şərik çıxırdılarsa, bu cəhət Azərbaycan şairlərində başqa məzmunda idi.
Radişşev yazırdı ki, din yüz başlı bir əjdahadır, onun dişlərinin dibi zəhərlə doludur, dodaqlarında yaltaq bir təbəssüm vardır. O hər yerdə avamlıq və mövhumat yayır, insanı qul kimi itaətkar olmağa öyrədir.
Zakirin allaha, dinə inanması kimi məhdud cəhətlərinə baxmayaraq, öz yaradıcılığı və fəaliyyətilə o, avamlıq və mövhumata qarşı, insanların dələduz ruhanilər əlində qul olmasına qarşı mübarizə aparmış və həm də özü, bəy silkindən olmasına baxmayaraq, geniş xalq kütlələrinin mövqeyindən çıxış etmişdir.
BƏY XAN, MÜLKƏDAR VƏ ÇAR MƏMURLARININ LƏNƏTLƏNMƏSİ
Biz gördük ki, şair şəxsi həyatında olduğu kimi, yaradıcılığında da zəhmətkeş xalqın başına min cür hiylə açan, onun malına və canına qəsd edən din nümayəndələrinin yalançılığını, dələduzluğunu, sözləri ilə işləri arasında tam ziddiyyət olduğunu ifşa edən bnr sənətkardır. Zakir haqqında danışan müəlliflərin yazdığına, onu şəxsən görənlərin xatirələrinə, nəhayət şairin fərdi yaradıcılığına əsaslanın demək lazımdır ki, o özü açıq və düz ürəkli olduğu üçün hamını da bu gözlə görür və tənqidin faydalı tə'sirinə inanırdı. Şair inanırdı ki, əbləhi, nankoru nəsihət, moizə yolu ilə düzəltmək mümkün deyildir. O, nahaq yerdən çox qanlar axıdılmasına bais olan Şuşa qazısı Mirzə Əbülqasımı və onun çaldığı zurnaya dəm tutanları, ağız-ağıza verib həqiqəti diri gözlü üzüstə yerə yıxıb tapdalayanları kəskin tənqid edir, satira atəşinə tuturdu. Əlbəttə şairin bu cür açıq çıxışı onun düşmənlərinin sayını çoxaldırdı. Zaman keçdikcə şairi dinc oturmaqa qoymur, qəzəbini coşdurur və iti qələminin atəşinə düçar olanların hesabı da artırdı. Özü də bu adamlara adam demək olmazdı, yaxşı halda heyvani hisslərə uyan, həyatlarını bu «zövqə» qurban verən, kasıbların qənimi «fədakarlar» —özləri üçün yaşayanlar demək daha düzkün idi. həmin adamlar təkcə yüksək rütbəli din nümayəndələri olsaydılar, dərd yarı idi. Dərdin böyüyü o idi ki, yerli, poqonlu çar nümayəndələri, yuxarı silkə mənsub bəylər və xanlar da əməkçi kəndlinin müdafiəçisi Qasım bəyə düşmən kəsilmişdilər. Belələrindən biri də Cəfərqulu xan Nəva idi. Cəfərqulu xan Nəva kim idi?
Cəfərqulu xan məşhur Qarabağ xanı İbrahim xanın böyük oğlu Məhəmmədhəsən ağanın oğlu idi. O da Zakir anadan olduğu ildə (1784—1867), onunla bir şəhərdə—Şuşada anadan olmuşdu. 1807-ci ildə rus imperatorunun əmrilə Mehdiqulu xan Qarabağ xanlığına hakim təyin edildi. Cəfərqulu xan nə qədər ki babası İbrahim xan sağ idi, üzdə özünü elə göstərirdi ki, guya o, varislik iddiasında deyildir. Amma qəlbində bu arzu, başında isə Qarabağa hakim olmaq fikri onu rahat buraxmır. Əmisi Mehdiqulu xanın ara ağa hakim təyin edilməsi xəbəri Cəfərqulu xana çox təsir edir bir də ona görə ki, o, İbrahim xanın böyük oğlu Məhəmmədhəsən ağanın oğludur, İbrahim xan da ilk əvvəl onun atasını vəliəhd təyin etmiş atası da İbrahim xanın sağlığında vəfat etdiyi üçün hakimiyyət irsən ona, yə'ni Məhəmmədhəsən ağanın oğlu Cəfərqulu xana çatmalıdır. Cəfərqulu xanla əmisi Mehdiqulu xan arasında həmişəlik ədavət əmələ gəlir. O, əmisini hakimiyyətdən salmaq və özü hakim olmaq üçün bir çox tədbirlərə, bu baş tutmadıqda isə hiylələrə əl atır, müxtəlif tələlər qurursa da bir nəticə vermir, özü tora düşür. 1822-ci ildə ailəsi ilə əvvəlcə Simbirskə sürkün olunur, ora- dan da «köz dustağı» edilib Peterburqa aparılır. Uzun müddət Peterburqda qaldıqdan, təntənəli, dəbdəbəli aristokrat məclislərində iştirakdan, həyatın hər cür ləzzətini «daddıqdan» sonra general-mayor rütbəsində yenidən Qarabağa qayıdır. Çar hökuməti Qarabağın Maralyan, Quyçaq, horadiz kimi kəndlərinin ixtiyarını Cəfərqulu xana verir. O bu kəndləri istismar edərək ərköyün və tüfeyli həyat keçirirdi.
Zakir əvvəllər Cəfərqulu xanla dost olmuş, sonralar isə ona barışmaz düşmən münasibəti bəsləmişdir. həmin düşmənçiliyin başlıca səbəbi xarakterlərinin uyuşmaması, tamamilə bir-birinə zidd adamlar olması idi. Zakir onun daxilən boş, çürük olduğunu, öz zövqü və nəfsi xatirinə bir çox ocaqları söndürdüyünü dəfələrlə yazıb göstərmiş, həm də murdar əxlaqını, yaramaz hərəkətlərini tənqid və ifşa etmişdir. Cəfərqulu xanın əxlaqsızlığının həddini aşdğına bax ki, əmisi Mehdiqulu xanın ölümündən heç üç ay keçməmiş onun arvadı Bədircahan bəyimi özünə, qızı Xurşidbanunu da oğlu hidayətə almaq istəyir. Bu məsələ baş tutmadıqda, rədd çavabı aldıqda 65 yaşlı «nər» təzə həyasızlığa əl atır, bu dəfə 13-14 yaşlı Xurşidbanunu özünə gəlin etmək fikrinə düşür. Satiraya və həcvə hədəf olan təkcə Cəfərqulu xan Nəva deyildi, onunla bir dövrdə yaşayan naqis əxlaqlı Əmiraslan bəy, Mehdi bəy Kəbirli, Hüseyn bəy, knyaz Xasay kimi böyük mülkədar və bəylər də var idi.
Zakir yaradıcılığında xan, bəy və mülkədarların tənqidi məsələsi, xüsusilə diqqətəlayiqdir. Çünki çar mə’murlarına, ruhanilərə o qədər də bağlı olmayan əməkçi kəndli, birinci növbədə, onun üzərində ağalıq edən həmin silk nümayəndələrindən asılı idi. Feodal-təhkimçilik münasibətləri məhz xan, bəy, mülkədarla əməkçi kəndlilər arasında möhkəm idi. Mülkədar ona tabe olan rəiyyətlə istədiyi kimi rəftar edir di. Bu rəftar «insaf və mürüvvətdən» kənar olduğu üçün şairi narahat edirdi. Şairin atəşə tutduğu, tənqid etdiyi bəylər heç də tək onun şəxsi düşmənləri olmayıb, həm də ictimai həyat üçün, zəhmətkeş xalq üçün bəla idi. Digər tərəfdən də şairin özü də bəy idi, bu sinfin içərisində tərbiyə almışdı. Onun yaradıcıllığında ziddiyyətli cəhətlər məhz həmin məsələ ilə əlaqədardır. Şairin əsərlərindəki demokratik, hümanist ruhum olması, heç şübhəsiz ki, onun əməkçi xalq kütlələrinə yaxınlığı ilə izah olunmalıdır. V.İ.Lenin böyük rus satirikləri Nekrasov və Saltıkov-Şedrin yaradıcıllığının əhəmiyyətindən bəhs edərkən yazırdı:
«...Nekrasov və Saltıkov rus cəmiyyətinə təhkimçi mülkədarın səliqəli və bəzək-düzəkli elmliliyi pərdəsi altında onun yırtıcı mənafeyini görməyi öyrədirdilər, bu kimi adamların riyakarlığı və vicdansızlığına qarşı nifrət bəsləməyi öyrədirdilər...»
Əgər rus cəmiyyətindəki təhkimçi mülkədarın səliqəli və bəzək-düzəkli elmliliyi pərdəsi var idisə, Azərbaycan mülkədarlarının əksəriyyətində bu da yox idi. Zakir də yırtıcı təbiətə malik, riyakar, «rəiyyəti şişə taxan» vicdansız mülkədarlara, xanzadələrə qarşı nifrət bəsləməkdə xalqına kömək edirdi. həmin adamlar şairin təsvirində feodal dünyasının ən eybəcər sifətlərə malik nümayəndələri kimi təqdim olunurdu. Müftəxor, avara həyat keçirən həmin ağaların ən iyrənc sifəti, şairə görə, insani sifətdən humanist hisslərdən məhrum olmaları, özlərindən böyük vəzifə sahiblərinə yaltaqlıq etmələridir. Zakirin böyük mülkədar, xan və bəylər haqqındakı satirik və tənqidi şe’rlərinin əhəmiyyəti bir də ondadır ki, həmin satiralar təkcə konkret düşməni ifşa və rüsvay etməklə qalmayıb, feodal-təhkimçi həyat pəhləvanlarını birləşdirən ümumi, tipik sifətlərlə də oxucunu tanış edir. Bəy və xanların malik olduğu tipik sifətlərin çoxunu, şair, «zalimü birəhmü cəfapişəvü pürfən» adlandırdığı Cəfərqulu xan Nəva simasında ümumiləşdimişdir. O, M. F. Axundova göndərdiyi məktubların birində Cəfərqulu xanın alçaq təbiətli adam olduğu, ona tabe kəndlərdə əhalinin necə zülmlər çəkdiyi barədə yazırdı:
Zülmü sitəminlə aləm dolubdur,
Əhli-beytin rənki-ruyi solubdur.
Necə rovşən xanımanlar olubdur
Şəbi yolda kimi tirətər səndən.
Sənətkarın ibarələri ilə desək, «çoxlarını çörəyə möhtac qoyan», «işləri qan» olan, «təqəllüb, təfəinun ustadı» sayılan, «qatili-imam» kimi tanınan, «yekəpər» adı ilə məşhurlaşmış Cəfərqulu xan öz çirkin mənliyini hər şeydən üstün tutur. Zakir, həmin yekəpərin qılıncının işlədiyi kəndlərdə onun nə kimi dəhşətli işlər gördüyünə işarə edərək yazırdı:
Bid’ətin yandırıb qövmü əshabi,
Müşküldü gətirmək bu zülmə tabı,
Düşüb Cəbrailli, Maralyan, Babı,
horadiz, Qoyuçaq dərbədər səndən.
Şairin feodal-tiran Nəva haqqında yazdığı bu sətirlər həyatdakı həqiqətlərin ifadəsidir. Gürcüstan Dövlət Mərkəzi Tarix Arxivində bir çox sənədlər var ki, orada Cəfərqulu xan Qafqaz canişininə şikayət tə’riqilə bildirir ki, mənə tabe olan kəndlərdən ailələr gizlincə dəstə-dəstə başqa yerlərə qaçırlar. Cəfərqulu xanın zülmü tək Zakirin deyil, başqa sənətkarların da diqqətini cəlb etmişdir. Aşıq Pəri ona müraciətən yazırdı:
Xanzadəsən, söz tapıram sözündən,
Zülmündə yox bir xəbərin özündən...
Başqa bir yerdə yenə deyirdi:
Adam bildik, biz də gəldik adına,
Adamlığı qanmayıbsan hələ sən.
Tarixi faktlardan və eləcə də onun haqqında yazan müəlliflərin verdiyi mə’lumatdan aydın olur ki, Cəfərqulu xan əhli-kef bir adam olub, gününü eyş-işrətdə, qumarda, ovda keçirərmiş. O, qapısında mütrüb, muğənni, pəhləvan, hoqqabaz, kəndirbaz saxlarmış. İt boğuşdurmaq, nər güləşdirmək, qoç, xoruz döyüşdürmək ən sevdiyi işlərdən imiş. Onun haqqında «Kavkaz» qəzetindəki bir xəbərdə deyilir: «Cəfərqulu xan qumara qızğın bir hərislik göstərir. Geçə və gündüz oynamağa hazırdır. Özü də çox kobud oynayır. həqiqi bir aristokrat kimi pula qarşı soyuqqanlıdır. həmişə uduzar. Vaxtlar olub ki, o, qırx saat kart stolunun dalında oturub, ən mahir oyunçuları yorub, külli miqdarda pul uduzub, uduzduğunu və yorulduğunu sifətində kiçik bir işarə ilə də olsun bildirməyib, sonra da ata minib ova gedib...» («Kavkaz» qəzeti. 1857, №58, səh. 2.)
Yeri gəlmişkən Cəfərqulu xan Nəva haqqında yazan müəlliflərdən F. Köçərli və M. Müçtəhidzadənin («Riyazül-aşiqin»in müəllifi) ona olan münasibətindən də, az da olsa, danışmaq vacibdir. M. Müçtəhidzadə Cəfərqulu xanı ağızdolusu tə’rifləyərək yazır ki, Cəfərqulu xan tez-tez ehsan süfrələri açar, fağır-füğəranı öz ətrafında toplar, onlara yardım edərmiş... (Bax: M. Müctəhidzadə, «Riyazül-aşiqin», səh. 58)
F. Köçərli Cəfərqulu xan haqqında yazılmış bu cür uydurma dolu tə’rifləri qəzəb hissilə qarşılayır və yazır ki, «...bu qədər mübaliğə və ifrat nə lazım?! Bu boş ibarələr ancaq kəlamı e'tibardan salır. hər şəxsi öz sifəti ilə yazmaq, bildirmək yaxşı deyilmi?!» (F. Köçərli. Azərbaycan ədəbiyyatı, birinci cild, «Elm» nəşriyyatı, Bakı, 1978, səh. 351).
Sonra o, tarixi faktlara əsaslanaraq göstərirdi ki, Cəfərqulu xanın açdığı süfrə fağır-füqəra üçün olmayıb, özü kimi lotu-potu, oyunbaz, quşbaz və şəbə-dəsazlar üçün olubdur. (Bax: yenə orada).
Cəfərqulu xan kimi yaramaz həyat keçirənlərə şairin nifrəti hədsizdir. Cəfərqulu xanda olan səciyyəvi «xəstəliklər» başqa bəylərə də sirayət etmişdi və bu «xəstəlik» ictimai bir hal almışdı. Zakir də məhz bəyləri tutulduğu bu ictimai bəlaya, zəhmətkeş xalqa baha oturan bu mərəzə həm təəssüf edir, kədərlənir və həm də ona qarşı gözüaçıq bir sənətkar kimi atəş açır, mübarizə aparırdı. Budur, «Kavkaz» qəzetinin 1857-ci il nüsxələrindən birində Qarabağ bəylərinin hüquqları, kəndliyə münasibətləri, peşələri haqqında oxuyuruq: «Qarabağ bəyləri Zaqafqaziya müsəlman əyalətlərində ən dövlətli bəylərdir. Qarabağ xanları sanki öz hökmranlıqlarının müvəqqəti olduğunu duyub bəylərə çoxlu torpaq vermişlər. bu bəylərdən bəziləri mindən çox tüstüyə malikdir. Mirzə Adıgözəl bəyin oğlanlarının yeri alman hersoqununkundan daha genişdir... Bəy-mülkədarlar kəndlilərin hesabına dolanırlar. Burada təhkimli kəndlilər yoxdur. Amma torpağı əkən fağır kəndlini bəy lap qul vəziyyətinə salıbdır. Burada ayrı-ayrı bəyin rəftarı, xasiyyəti də kəndliyə münasibətdə az rol oynamır. Kəndlinin taleyi bəydən asılıdır...
...Bəylərin çox hissəsi Şuşada öz malikanələrində yaşayırlar. hərə «öz zövqünə» görə yaşayır.... Sevdikləri peşə at ilxısı ilə məşğul olmaqdır. Atı gözəl saxlamağa, cinsini yaxşılaşdırmağa çalışırlar. Kimin ilxısı böyükdürsə, deməli, iti qaçan, yaxşı atlar da ondadır. Bəylər bununla da fəxr edirlər...», («Kavkaz» qəzeti, 1857, №58).
həmin yazıların müəllifi, Qarabağın atbaz qoca bəylərindən birinin ölərkən oğluna etdiyi vəsiyyəti də nağıl edir. həmin bəy oğluna tapşırır ki, hər il ilxını yaylağa qovanda, əvvəl mənim qəbrimin üstünə gətir və üç dəfə qəbrimin dövrəsinə dolandır. Qoy mənim atlarım yatdığım torpağı lərzəyə gətirsin, mən onların ayaq tappıltısını eşidər və hay verərəm...
«Kavkaz» qəzetindən gətirdiyimiz həmin parça bəylərin tüfeyli həyatı ilə tanış olmağa imkan verir. Zakiri düşündürən məsələ də məhz o idi ki, bəylər nə üçün firavan yaşayıb da, rəiyyətlə insan kimi rəftar etməsinlər?!
Zakir açcöz, tamahkar bəyləri ifşa edərkən qüvvətli və orijinal təşbihlər tapır, işlədir. həmin təşbihlər satiranın daha qüvvətli, kəsərli olmasını tə’min edir:
hər kimsənə kim, oldu şikəmbəndəvu təmma,
Bəsdir deməz əsla uda hər köklü çinarı.
və yaxud:
Kəlməz şümarə kim, yazım əhvalını təmai,
Öz başının tükü sayıdır fisqinə ədəd.
və yaxud da:

Yetim dürmək tapanda çünki bir yeyər, iki dişlər!


Düşub əmlakın üstə ikiəlli qarmalaya knyaz.
Bu cür misalların sayı Zakir şe’rlərində çoxdur. O, bir çox bəyləri həcv etmişdir. (hüseyn bəy, Knyaz Xasay. Mehdi bəy və s.) Adətən həcvlərdə geniş lövhələr olmur, şəxsi münasibətlərdən doğan narazılıq qərəzli bir dillə söylənir. Lakin Zakirin həcvlərini sırf həcv kimi başa düşmək səhv olardı. Onun həcvləri satiraya daha yaxın olmaqla bərabər, konkret bir şəxsi bəzəməklə kifayətlənmir, həm də ictimai həyatın yaralarını açır. Məsələn, onun hüseyn bəyi ifşa edən həcvi bu cür başlanır:
Var özgə vilayətdə də tək-tək köpək oğlu,
hədsizdi bu viranədə, bişək, köpək oğlu.
Deməli, şair «viranədə hədsiz» bəylərdən birinin simasında «dilxəstəvü məhzun» olan, üzündə «şərmü- həya» olmayan, başqasına «balta çalan», «qazanılmış çörək üstə düşən» namərd bəylərin ümumi səciyyəvi xüsusiyyətlərini bir yerə toplamış və ifşa etmişdir. Zakirin həmin həcvlərn zaman keçdikcə xalq tərəfindən mənimsənilmişdir. (Çox maraqlıdır ki, xalq arasında, xüsusən Qarabağda yaşlı kişilərin əksəriyyəti Zakirin hüseyn bəy haqqında olan həcvini əzbər bilir. Bunun səbəbini öyrənmək təşəbbüsündə olduq. Qocalardan biri belə cavab verdi ki, yerin əkdiyimiz ağaları açıq söyə bilmirik. Belə olduqda Zakirin həmin şe’rini oxuyurduq. Bəy deyəndə nə oxuyursunuz? Deyirdik, Zakirin kəlamıdır. həmin həcvlər yazıçılarımızın əlində, ifşa edəcəkləri hədəfi döyəcləmək üçün də bir vasitə olmuşdur. Məsələn, Nəcəfbəy Vəzirov «Ev tərbiyəsinin bir şəkli» pyesində pis tərbiyənin acı nəticələrini, tərbiyəsiz atanın tərbiyəsiz də övladlar yetirib-böyüdəcəyini göstərmək üçün Zakirə müraciət edir:
«Bayraməli bəy — O qarabağlı bəy oxuyan həcv nə tövr idi? «Deyirlər məsəldir məşhur törəyən itdən...» Xeyr, belə deyil. «Deyirlər məsəldir bitər öz kökü üstə ot. Axırda törəyən itdən olur köpək oğlu».
Şahmar bəy — Dadaş, bu yaxşı olmadı, bu sözün bir ucu da sizə toxunur.
Əskər (kənara) — Çox əcəb oldu. belədir ki, belədir.
Bayraməli bəy — Eybi yoxdur... Yaxşı sözlərdir... Əsgər qoçağım, de görüm, nə dövrdür.
Ki — Şahmar ağa buyurur ki, bir ucu sizə toxunur. Mən qələt elərəm, deyə bilmərəm.
Bayraməli bəy — :Eybi yoxdur, de!
əskər (mərdanə) — O qarabağlı belə oxuyurdu:
Var özgə vilayətdə da tak-tək köpək oğlu,
hədsizdi bu viranədə, bişək, köpək oğlu.
Məşhur məsəldir bitər ot öz köku üstə,
İtdən törəyən axır olur səy köpək oqlu».
Yeri gəlmişkən N. Vəzirovun Zakirə, realist sənətinə münasibətilə əlaqədar olaraq bir məsələdən də danışmalıyıq. N. Vəzirov «Əkinçi» qəzetində və eləcə də bədii əsərlərində, müxtəlif münasibətlərlə şe r, sənət, sənətkar haqqında öz mülahizələrinn söyləmişdir. Yazıçı göstərirdi ki, xalqın arzu və istəklərini, dərd və ələmlərini tərənnüm edən sənətkar öz dövrünün faydalı adamıdır. Başqa sözlə desək, Vəzirov sənətdə muasirliyi və realizmi müdafiə edirdi. O yazırdı: «Bu günlərdə Qarabağdan mənə iki dəftər göndəriblər, birisi cənab Mirzə Əli Əskərin qəzəliyyatı və həcvidir ki, gənçəli cənab Mirzə Mehdinin üstünə yazıb və birisi cənab Mirzə Mehdinin cavabıdır... Xudaya, bu cənabların ağzından nə qədər nalayiq sözlər çıxıb...
Ey ağa Mirzə Əli Əskər bu qəzəldən faidə ki, demisiniz:
Bu nə naz, bu nə qəmzə, bu nə şivə, nə rəziş, Bu nə qaş, bu nə gözdür, bu nə sərxoş yeriş...
...Bu həcvlərin barəsində artıq danışmağı özumuzə eyb hesab edib, zikr olan cənablara ərz edirik ki, siz çəkən zəhmət nahaq zəhmətdir, ondan nə bizə və nə də bizim övladlarımıza bir nəf yoxdur». («Əkinçi» qəzeti, 1876, №24).
Deməli, yazıçı mayası həyatdan olmayan, xalqa fayda verməyən, cəmiyyət üzvlərini tərbiyələndirməyən, əxlaqi cəhətdən yarıtmaz olan şe'ri «nahaq zəhmət»in məhsulu adlandırır. O başqa bir yerdə Yenə Yazırdı:
«Kitab əvəzinə həcv inşa edirik və həcvlərimiz həm tənəzzül edir. Məsələn, otuz il bundan əqdəm cənab Zakir məşhur Qasım bəy Qarabaği yazan həcvlə indi hadiyül Müzəllin yazan həcvlərə baxan görür ki onların təfavütü çoxdur. Doğrudur, cənab Zakir də çox vaxtda boş sözlər, məsələn, bir başmaq itməg üstə danışıb, amma yenə onları oxumaq olur. Lakin indi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına nə ki onları çap etmək olmayır, hətta adam olan kəs onları oxuyanda əti ürpəşir. Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa gün-gündən tənəzzül edib axırda puç olacaq. Ona bi- naən bizim şüəra qardaşlarımızdan ki, onlar xalqın güzcüsüdürlər, iltimas edirik təqazayi-zəmanəyə müvafiq xalqın gözünü açmağa sə’y eləsinlər». («Əkinçi» qəzeti 1877, № 10.)
Vəzirov «həcvlərimiz həm tənəzzül edir» dedikdə, heç şübhəsiz ki, özündən əvvəlki dövrdə yaranmış Zakir satirasını nəzərdə tuturdu. Ona görə ki, Vəzirovun sənətdən tələb etdiyi müasirlik Zakirin əsərlərində, xüsusilə satiralarında var idi. Zakir sözçülüklə baş kirləyən, xalqa zərərdən başqa heç bir fayda verməyən, incəsənətin ictimailiyini danan, onu zövq əyləncəsinə çevirən, ideyasız, mətləbsiz şe’rlər yazan şairlərdən tamamilə fərqlənirdi və onlardan qat- qat üstün idi. Zakir həm də ona körə görkəmli sənətkar idi ki, ömru boyu «xalqın güzcüsü» kimi «təqazayi-zəmanəyə müvafiq xalqın gözünü açmağa sə’y» etmişdir. Şairin bəyləri tənqid atəşinə tutduğu şe’rləri də eyni məqsədi güdmüşdür. F. Qasımzadə çox doğru olaraq göstərir ki, «Zakir bəylərə qarşı mübarizəsini öz şəxsi qərəzilə deyil, xalq mənafeyi nöqteyi-nəzərindən aparırdı. Bu mübarizədə xalqın mənafeyini nəzərdə tuturdu. Keçən əsrin 40-cı illərində çarın imzası ilə verilən fərmana görə bəy və xanlar rəiyyət üzərindəki ağalığını müəyyən dərəcədə azaltmalı idilər. Lakin əksinə olaraq bunların rəiyyətə etdikləri zülm və təzyiq daha da artmışdı. Bu hadisə iti gözlü realist şairin nəzərindən qaçmamışdı. O, çarın fərmanını «zurna» adlandırmış, zülmkar bəy xanzadələri tənqid etmişdir». (F. Qasımzadə. Zakirin satirik şe’rləri, «Azərbaycan məktəbi», 1945, №
Əlbəttə, şairin fikirləri yaşadığı şəraitlə əlaqədar idi. Bildiyimiz kimi, Azərbaycan çarizm tərəfindən istila olunduqdan sonra ölkədə komendantlıq üsul-idarəsi təşkil olunmuşdu. Bundan sonra da 1840-cı il 10 aprel qanunu çıxmış və mülkədarların, bəylərin hüququ daha çox məhdudlaşdırılmış zaman keçdikdə çar çinovniklərinin ölkədə apardıqları siyasətə qarşı ikiqat zülmə dözə bilməyən kəndli kütlələrinin çıxışları baş verirdi. Çar zaqafqaziyada öz siyasətini dəyişdirməli idi. O, gündən-günə artan kəndli üsyanlarının qarşısını almaq üçün yerli bəy və xanları özünə siyasi dayaq etməli idi. həm də, o da aydın idi ki, torpaqdan əli çıxmış bir çox bəylər öz mənafeləri xatirinə kəndli mübarizələrinə rəğbət bəsləyirlər. Əlbəttə çar öz müstəmləkəçilik rejimini möhkəmlətmək üçün yerli bəylərin hüququnu artırmalı idi. 6 dekabr 1846-cı il qərarına əsasən çarizm yerli Azərbaycan bəy və mülkədarları ilə sıx əlaqəyə girir, beləliklə də camaat əlində olan əkin yerləri bəy‘lərin ixtiyarına keçir. 20 aprel və 28 dekabrda isə «Kəndli qanunu» (Poselyanskie polojenie») deyilən qanunu təsdiq olunur. Həmin qanuna əsasən bəylər, əllərindən torpağını aldıqları kəndlilərlə mülayim rəftar etməli, ixtişaş üçün şərait yaratmamalı idilər. Lakin qanun başqa, iş başqa. Bəylər daha da quduzlaşmışdı. Zakir də bu cür dözülməz vəziyyətə işarə edərək yazırdı:
Polojenya nəqli ta olub möhkəm,
Gərək bəy azalda zülmün dəmadəm,
Dəxi də artırır bu əhli-sitəm,
Yanında çalınan zurnayə bir bax.
Əlbəttə, şair xalqın ağır həyatından yazarkən, onu istismar edənləri kəskin tənqid atəşinə tutarkən, heç də bəylik imtiyazlarının ləğvi tərəfdarı dey’ildi. O özü bəy sinfinə mənsub olduğu üçün bu sinfin də mənafeyini müdafiə edirdi. Düzdür, o, çarizmin müstəmləkəçilik siyasətilə bağlı olan «gündə bir zakon görməyindən», «bəy və kədada təfavüt qalmadığından», «bəy ikən adının mülkədar çağırılmasından», «Hər yetən gədənin iddəayə düşməsindən», «rəiyyətlə boyunduruq yoldaşı olmasından», keçmiş dəbdəbəli günlərin əlindən çıxmasından qüssə dolu bir ürəklə şikayətlənirdi. Şairə görə, bəylik hüquqları qalmadı, lakin bəy olan şəxs rəiyyətlə ədalət li rəftar etməli, onun da insan olduğunu yaddan çıxarmamalıdır. Zakir həm də bəylik dəbdəbəsini get-gedə tənəzzülə üz tutduğunu görərkən kədərlənirdi. O, dağılma prossesinin səbəbini çar hakimləri, ruhanilər ilə əlbir olub zəhmətkeş xalqı hər cür talayıb-çapan bəylərin də alçaq hərəkətlərində, işlərində görürdü və onlardan alicənablıq umurdu. Bunun üçün də çox zaman keçmişə müraciət edir, «ədalətli» zamanlardan təskinlik tapmağa çalışırdı.
DÜŞMƏNLƏRİN AÇIQ HÜCUMA KEÇMƏSİ XINDIRISTAN KƏNDİNİN DAĞIDILMASI ŞAİRİN HƏBSƏ ALINMASI DUSTAQXANADA VƏ SÜRGÜNDƏ
«Din dayağı» qazı Mirzə Əbülqasım öz kəmərbəst-tələri ilə bir yandan, Cəfərqulu xan kimi «əjdaha» öz dəstəsi (Nəmirli kəndinin bəyi Əmiraslan bəy və b.) ilə ikinci yandan və yerli çar hakimi Tarxan Mauravov başda olmaqla ona sadiq olanlar da (Şuşanın polis rəisi, «yarımsaqqal» Əmirxanov, Şuşanın komendantı, «keçəl qurumsaq» Xandəmirov və b.) üçünçü tərəfdən və bura əlavə olaraq əxlaqca pozğun, başdanxarab törtöküntülər dördüncü tərəfdən ürəklərində ədavət hissi gəzdirə-gəzdirə şairi dolaşdırmaq, həbsə aldırmaq, «susdurmaq» bəhanəsini axtarırlar, nəhayət «bəhanəni» tapırlar və biri-birilə öpüşüb, murdar əllərini məğrur sənətkarın pak ətəyinə ilişdirirlər... hekayət belə başlayır və inkişaf edib şaxələnir: Zakirin qardaşı Şahverən bəyin Rüstəm bəy və Behbud adlı iki oğlu vardı. Rüstəm bəy əkinlə, biçinlə məşğul olan zəhmətkeş bir adam idi. Adəti üzrə o, yay fəslində bərk isti olduğundan Xındırıstan kəndi yaxınlığındakı əkin yerlərinə keçə sərinində gedirmiş. Rüstəm bəyin əkin üstünə gecə vaxtı getdiyini yerli-yataqlı öyrənib bu ailəyə köhnədən ədavət bəsləyən yerli çar hakimi Tarxan Mauravova xəbər verirlər. Kəmfürsət çar hakimi Rüstəm bəyi gecə yol gedərkən oğru, quldur, yolkəsən adı ilə tutdurur Şuşa dustaqxanasına saldırır. Rüstəm bəy altı ay sorğu sualsız həbsxanada yatır. Təsadüfən gecələrin birinda dustaqların qoçaqlarından bir neçəsi türmədən qaçır. Tarxan Mauravov ipdən açılıb qaçan dana əvəzinə ipə bağlı dananı döyən Molla Nəsrəddinsayağı gülməli-faciəli bir əmr verir ki, qaçanların hayıfını həbsxanada qalanlardan almaq lazımdır. o əmr verir ki, dustaqxanadakıların bir çoxu öldürülsün mənasız, məntiqsiz, ədalətsiz əmrə əsasən ishaq yerə öldürülənlərdən biri də Zakirin qardaşı oğlu rüstəm bəy olur. Qoçaq, cəsur Behbudun öldürülən qardaşının gec-tez intiqamını alacağını çuğulçular yenə də Tarxan Mauravova xəbər verirlər. O da Behbudun həbsə alınması haqqında tə’cili bir əmr verir. Əmri eşidən Behbud diri tərpənərək ətrafına adamlar toplayır, günahsız öldürülən qardaşının qanını yerdə- qoymayacağına and içir və qaçaqlıq etməyə, yerli çar hakimlərindən, çar çinovniklərindən amansız intiqam almağa girişir... Zakir qardaşının intiqamını almaq üçün Behbudun başladığı işin nəticəsinin pis olacağını qabaqcadan duyduğu üçün müxtəlif yollarla dəliqanlı cavanı tutduğu yoldan çəkindirməyə çalışırsa da heç bir nəsihət intiqamçıya tə’sir etmir. Şair yerdə qalanların aqibətini, taleyini düşünüb, hökumətə rəsmi şəkildə müraciət edib, Beh- budun qaçaqlıq etməsi barədə mə‘lumat verir. O, Kol- yubakinə göndərdiyi məktubda yazırdı:
Qaçaqlıq binasın qoyantək Behbud,
Pişnihad eylədim öz ərzimi zud,
Tərəfkirlik oldu axırda nə sud,
Mənim doğruluğum zərər gətirdi.
Şairə elə gəlirdi ki, hökumətin rəsmi idarələrində oturanlar onun dediyini başa düşəcək və ona, yaxın əqrəbalarına toxunmayacaqlar. Lakin bilmirdi ki, Behbudu axtaranların, ondan əvvəl də Rüstəm bəyi tutdurub öldürənlərin, şairi ardıcıl olaraq tə’qib edənlərin əsl məqsədi bambaşqadır. Xəbərdar deyildi ki, bu axtarış və tə’qiblər şairin özünü də həbs» almaq, susdurmaq üçün bəhanədir. haqq, nahaq yerə Zakiri incitməyə, gündən-günə artan qəddarlıqla şairi güdməyə, izləməyə başladılar. Elə ki Behbudun əlindən bir xəta çıxdı, çar mə’murlarından biri öldürüldü, o saat divan adamları sənətkarın evinə tökülür otaqları, bağ-bağçanı, tövləni alt-üst edirdilər. Nə onun vasitəsilə Mirzə Fətəlidən maddi yardım özündən isə kürk istəyirsə, burada təəccüblü bir şey yoxdur:
Əkərçi var bir dağıstani kurku Zakirin, amma
Cənabından dəxi bir sarı kürki-Ərdəbil istər.
Şair, İ. Qutqaşınlıya göndərdiyi məktublarda ağır dalğalara sinə gərən qəvvas kimi başına xələn bəlalardan. düşdüyü qorxulu vəziyyətdən danışır və nəhayət qürur hissilə deyirdi:
Məni qovğayi-şəhri-bəhri-Baku təlxkam etməz,
Nədən kim, aşiqi şeyda olanlar qilü-qal istər.
Eyni qürur hissini oğlunun və qardaşı oğlunun tutulması münasibətilə İ. Qutqaşınlıya göndərdiyi ikinci məktubunda da görürük:
Namərd ətəyindən tutasan yüz il,
E'tibarım yoxdur həll ola müşkil,
Olsa olacaqdır dərdinə, ey dil,
Xələfi-Nəsrullah sultandan mədəd.
Onu da demək yerinə düşər ki, M. F Axundov İsmayıl bəylə qırxıncı illərdən tanış imiş. Xasay bəy Usmiyevə fransız dilində çap olunmuş «Rəşid bəy və Səadət xanım» hekayəsini bağışlamış Qutqaşınlı kitabçanın üzərində xoş sözlər yazmışdır. həmin kitab Mirzə Fətəlinin əlinə keçmiş və o da kitabın son səhifəsində öz əli ilə yazmışdır: «Mənim ürəyim o alovlu ürəklərdəndir ki, o nə öz sevincini, nə də kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmirəm. Mənim sevincimin səbəbi, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhənin qalmamasıdır. Mən bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü artıq yaxınlaşmışlır. İzahatını gələcək münasibət bir təsadüfə saxlayıram. 15 mart 1846. Mirzə Fətəli». (Azərb. SSR EA, Respublika Əlyazmaları fondu, inv, №2080).
Bakıda sürgündə olduğu zaman Zakirin müraciət etdiyi şəxslərdən biri də Mixail Petroviç Kolyubakin (1811—1868) olmuşdur. M. P. Kolyubakin işıq-mütərəqqi fikirli bir şəxs idi. rəisi söydüyü görə hərbi rütbədən məhrum olunub Qafqaza sürgün edilmiş və uzun müddət müxtəlif yerlərdə işləmiş o cümlədən Şamaxıda, Bakıda, Kutaisidə general-qubernator olmuşdur. hərbi tribunalın hökmü ilə güllələnmiş Qaqarin familiyalı bir şəxsin dəfnini təşkil etdiyi üçün vəzifəsindən kənar olunmuşdur Moskvada senator vəzifəsində çalışarkən şair V. O. Odoyevskinin ədəbi məclislərinin iştirakçısı olmuş, şe rlər də yazmışdır. M. P. Kolyubakin Qafqaz xalqlarının tarixi, adət-ən’ənəsi, yaşayışı ilə də yaxından maraqlanmış, bir neçə əsərin yazılıb ortaya çıxmasında təşəbbüskar olmuşdur. Mirzə Adı- gözəl bəyin «Qarabağnamə» əsəri də onun xahişi ilə yazılmışdır.
M. P. Kolyubakinin gözəl insani sifətləri, hətta şair olması, sənətkarlara böyük hörmət bəsləməsi barədə Zakirə dostu Mirzə Fətəli mə’lumat vermiş və ona müraciət etməsini məsləhət görmüşdü. Kolyubaki nə məktubunda şair hakim üsul-idarənin gücsüzlüyünü, oğru-quldurlara toxunulmadığını, kəndlərin xarabaya döndərildiyini yazırdı:
O kəslər ki, eyləmişdi xəyanət,
Əyləşib evində rahət, fəraqət;
Məşqi uşaqlarım bivəçhü cəhət,
Gözlərindən xuni-cigər gətirdi.
Tutubdu aləmi zülmi-hesab,
Müşgüldür gətirmək bu mehnətə tab,
Köynuk, Biləciyi etmişdi xərab,
Bizim kəndə ondan betər gətirdi.
BAKI HƏYATI «DURNALAR»
Şair Bakıda olduğu vaxt çox əzab-əziyyət çəkirdi. Dağ havasına alışmış qoça Zakirə Bakının o zamankı iqlimi, xüsusən də tozlu küləkləri ağır təsir edirdi. Şairin səhhəti də gündən-günə xarablaşırdı. Onun Bakıda düşdüyü dözülməz şərait şairin yaxın dostlarına yazdığı məktublarında və bir sıra qoşmalarında öz əksini tapmışdır həmin qoşmalardan biri də «Durnalar» şe’ridir.
Zakirin başqa lirik şe’rlərindən fərqli olaraq «Durnalar» şe’rində ictimai məzmun daha güclüdür və bu şe r onun yaradıcılığında xüsusi yer tutur. Doğma Yurdundan ayrı salınan şair dustaqlıq həyatı keçirdiyi Bakıda öz dərdi-dilini durnalara söyləyir, onlardan imdad istəyir və həm də eyhamla yaşadığı ağır zəmapəni tənqid edirdi.
Yeri gəlmişkən deməliyik ki, Azərbaycan xalq poeziyasında və eləcə də xalq ədəbiyyatının qüvvətli tə’- siri ilə yaranmış realist şe’rimizdə durnalara müraiətən yazılmış qoşmalar çoxdur. Zakirin də şe'- ri daxil olmaqla durnalara müraciətən söylənmiş şe rləri, ayrı-ayrı dövrlərdə yazılmasına baxmayaraq, birləşdirən bir xüsusiyyət vardır ki, o da həsrət hissinin tərənnümüdür. Bu həsrət hissinin əhatə dairəsi çox genişdir. Vətəninə, elinə, ailəsinə, sevgilisinə həsrət qalmaq motivi bütün «Durnalar» üçün səciyyəvidir. Misallara müraciət edək: «Əsli və Kərəm» dastanının şe’rləri içərisində Kərəmin durnalara xitabən dediyi üç şe’r vardır. Bu şe’rlərdə aşiqin uzaq ellərdə yarından ötrü göz yaşı töküb ağlaması, min bir bəlayə düşməsi, könlünün kədərli olması, qohum-qardaşın yollara göz dikib onu daha gözləməməsi, vətənə və yarına həsrəti yanıqlı bir dillə ifadə olunur. Onu da qeyd etməli ki, durnaların çox uzaqlara səfər etməsi və çox ucadan uçması kimi təbip xüsusiyyət bütün şairlərin ruhunda həzin bir kədər, qüvvətli qəriblik əhvali-ruhiyyəsi yaratmışdır. Əsliyə həsrət qalan Kərəmin daxili iztirabları durnalara xitabən söylədiyi şe’rlərdən çox aydın hiss edilir:
Qalxıb göy üzündə uçan durnalar,
Ötmə qərib-qərib, könül şən deyil.
Durnalara müraciətlə söyləmiş başqa bir şe’r- də, vətən həsrətilə bərabər, düşmənə nifrət hissi də qüvvətlidir:
Bizi ayırdılar ata-anadan,
Ya rəbbim, sən qurtar bu qəmxanədan.
İstanbul şəhrindən, Qastantanadan,
Bizdən salam olsun Əcəm elinə.
Məşhur «Koroqlu» eposunda Koroğlunun öz vətənin alovlu məhəbbətlə sevdiyi müxtəlff vasitələrlə verilir. O vasitələrdən biri də durnalardır. «Eyvazın Çənlibelə gətirilməsi» qolunda qəhrəman Çənlibeldən ayrı düşdüyü, darda olduğu vaxt birinci növbədə vətən həsrətilə çırpınır. Bu vaxt onun dadına çatan, ağır iztirablarını yüngülləşdirən durnalar olur:
«Koroğluya yalqızlıq əl verdi. Çənlibel, dəlilər yadına düşdü
Bu ağır vaxtda onları yanında görmək istəyirdi. Bir də baxdı ki, budur, Çənlibel tərəfdən bir dəstə durna gəlir. Ürəyi qübar elədi. Sazı döşünə basdı, aldı görək nə dedi:
Göynən gedən beş durnalar,
Bizim ellər yerindəmi?
Bir-birindən xoş durnalar,
Bizim ellər yerindəmi?».
«Durnalar» mövzusuna həsr edilmiş şe’rlərdə vətənindən, elindən ayrı düşən qəhrəmanların, aşıq və şairlərin vətənə, ailəyə, sevgililərinə olan bitməz-tükənməz sədaqəti ürəkdən gələn dərin səmimiyyətlə tərənnüm olunur. Vətənə həsrət «Durnaları»n qəhrəmanında ülvi bir həsrətdir. Bu həsrət, şübhəsiz ki, şair və aşıqların öz müqəddəs ruhlarıdır.
Erməni ədəbiyyatında durnalara və eləcə də qaranquşa xitabən yaradılmış şe’rləri «qəriblik mahnıları» adlandırırlar. (Bax: K. Qriqoryan. Avetik İsaakyan, Moskva, 1954, səh. 44—46; M. Seyidov. Sayat- Nova, EA Nəşriyyatı, 1954. səh. 30—32). Çünki qəriblik mahnılarında vətənindən ayrı düşmüşlərin öz övladları, qardaş-bacıları, ata-anaları, evləri üçun çəkdikləri həsrət, yad ölkələrdə keçirdikləri ağır həyat tərənnüm olunur. Başqa sözlə desək, həyatın öz əksi olan qəriblik mahnıları «Zaqafqaziya xalqları ədəbiyyatında mövzu və ideya birliyi yaratmışdır».
Erməni xalqı içərisində «Durna» mahnısı və eləcə də XIX əsrdə şair Q. Dodoxyanın yaratdığı «Qaranquş» şe'ri məşhur olduğu kimi, Azərbaycan xalqı içərisində də Vidadi, Vaqif və Zakirin yaratdığları «Durnalar» məşhurdur.
Zakirin «Dürnalar» şe’ri Vaqifin və Vidadinin
«Durnalar»ı təsiri ilə yazılmasına baxmayaraq orijinal sənət əsəridir. Şerin forması Vaqifin «Durnaları»na çox yaxındır. Bu cəhətdən hər iki qoşmanın ilk bəndlərində bir-birinə oxşayan misralar diqqəti cəlb edir. Vaqifdə oxuyuruq:
Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə duyardan gəlirsiz,
Bir xəbər versəniz bizə, durnalar!
Zakir də şe'ri belə başlayır:
Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar.
Qatarlaşıb nə diyardan gəlirsiz
Qaqqıldaşa-qaqqıldaşa durnalar.
hər iki bənddəki birinci və üçüncü misralar, demək olar ki, biri-birinin eynidir.
Vidadinin tə’siri isə ruh e’tibarilə olmuşdur. Bildiyimiz kimi, bir qayda olaraq Vaqif ilə Vidadini fərqləndirmək, birinin nikbin, o birinin isə bədbin ruha malik olduğunu göstərmək üçün «Durnaları» müqayisə edirlər. Zakirin «Durnalar»ı Vidadinin «Durnaları»nı xatırladır.
Vidadidə:
Ərz eyləyim bu sözümün sağıdır,
Yollarınız haramıdır, yağıdır,
Şahin-şunqar surbənizi dağıdar,
Boyanarsız qızıl qana durnalar!
Zakirdə:
Laçın yatağıdır bizim məkanlar,
Yavaş-yavaş gedin, səsiniz anlar,
Qorxuram toxuna ötən zamanlar,
Sıranız dağıla, çaşa durnalar!
Zakirin «Durnalar» qoşması özünün qüvvətli ictimai məzmunu ilə fərqlənir. Burada şairin öz vətəninə daha çox bağlandığını, eləcə də vətənini «laçın yatağı» olduğunu və bunun üçün,də «diyari-qürbətdə» can çürütdüyünü görürük. Başqa sözlə desək, Vaqif və Vidadinin «Durnalar»ında olan mücərrədlik Zakirdə konkretliklə əvəz olunmuşdur.
Yeri gəlmişkən bir məsələni də aydınlaşdırmalıyıq. Vidadinin, Vaqifin və eləcə də Aşıq İmanın «Durnalar» qoşmasında «Əzəl başdan Bəsrə Bağdad eliniz» (Vidadi), «Sizə müştaq durur Bağdad elləri (Vaqif), «Üç Fəsil Bağdadı yada salmasa» (Aşıq İman) şəklində Bağdadın adı çəkilir. Niyə? Ona görə ki, Bağdad durnaların çox olduğu isti yerdir. O biri tərəfdən də Şərqdə Bağdad başqa şəhərlərə nisbətən daha məşhur olmuşdur. Bir çox nağıl, dastan və əfsanələrin məhz Bağdadla bağlanmasına da şübhə etmək olmaz. Belə ki, bədii ədəbiyyatda Bağdadın rəmzi bir şəhər kimi də adına tez-tez rast gəlirik. Şairlərin Bağdad adını çəkməsi, şübhəsiz ki, bu dediklərimizlə əlaqədardır.
Bakıda yaşadığı vaxtlar şair Mirzə Fətəli və İsmayıl bəy Qutqaşınlı ilə əlaqə saxlayır, məktublaşırdı. Dostlarından, ehtiyac üzündən xırda-para şeylər istəməsi, heç şübhəsiz ki, şairin Bakıda keçirdiyi ağır və yoxsul həyatla, düşdüyü acınacaqlı vəziyyətlə əlaqədar idi.
O biri tərəfdən də Cəfərqulu xan Nəva kimi qara- yaxa adamlar şair tutulduqdan sonra belə ondan əl çəkmirdilər, əksinə, sənətkarın sürgündən azad olunması üçün çalışanlara da pis münasibətlərini açıqcasına, həyasızcasına bildirirdilər. M. F. Axundova göndərdiyi ikinci məktubda Zakir yazırdı:
'Tutuşub mənnmlə çərxi-bədəf’al,
İt hininə girsin ha belə iqbal,
Bizim üstümüzdə, ey nikü xisal,
Eşitdim inciyib Yekəpər səndən.
Şair bir neçə ay Bakıda sürgün həyatı keçirdikdən sonra yaxın həmfikirlərinin, birinci növbədə Mirzə Fətəlinin fəaliyyəti nəticəsində yenidən Şuşaya qayıtdı və ömrünün sonuna qədər polis nəzarəti altında yaşadı. Ona bağışlanmış Xındırıstan kəndi də tamam xarabaya çevrilmiş, var-dövləti dağılmışdı. Bunlar dünyanın istisini də, soyuğunu da, acısını da şirinini də dadmış şairə o qədər də tə’sir etmir, nə qədər ki. oğlu və qardaşı çəkdiyi nigarançılıq...
ŞE’R, SƏNƏT HAQQINDA
Zakir, eləcə də XIX əsrin birinci yarısında fəaliyyət göstərən satirik şairlər sənətə necə münasibət bəsləmişlər? Onların ədəbi-tənqidi mülahizələri nəyə əsaslanmışdır? Onu da yaddan çıxarmamalı ki, onlardan heç biri şe'r, sənət məsələlərinə həsr olunmuş ayrıca əsər və məqalə yazmamışlar. Lakin onların şe’rlərn real varlıqı əks stdirən güzgü timsalında olduğu kimi, sənətə münasibətdə də fikirləri aydındır. Şe’rdə hər cür riyakarlıq, saxtakarlıq edənlərin tam əksinə olaraq Zakir və onun müasirləri əqidəli, inadlı həqiqətpərəstlərdi və həmişə də həmin mövqedən çıxış edib, geniş kütlələrinin mənafenni müdafiə edirdilər.
Zakir dediyi kimi:
Söz deyən gözləyə gərək əndazə,
Nəinki əqlinə gələni yazə.
XIX əsrin birinci yarısında Azərbaycanda ictimai-satirik şe’rin qüvvətlənib inkişaf etməsində Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Baba bəy Şakir, Abbasqulu ağa Bakıxanov, Mirzə Baxış Nadim kimi şairlərin xidmətləri ’diqqətəlayiqdir. Zakir xüsusi ilə fərqlənirdi, maarifçi satiranın banisi idi. Onlarla bərabər satirik şe’r yazmaqda öz qələmlərini sınayan Məmmədcəfər Miskin, Aşıq Mahmud, Aşıq hüseyn, Aşıq Musa, Aşıq Əziz kimi şairlər də var idi. Adlarını çəkdiyimiz şairlər sənətə necə baxmış, şe’rin, bədii ədəbiyyatın vəzifəsi haqqında nə kimi fikirlər və mülahizələr söyləmişlər? Başqa sözlə desək, satirik şairlər öz estetik fikirlərində cəmiyyətin inkişafı, xalqın tərəqqisi üçün hansı məsələləri qaldırmışlar?
hər şeydən əvvəl, həmin sənətkarların bir çoxu Azərbaycan ədəbiyyatında satiranı qüvvətləndirmək üçün ardıcıl çalışmışlar. Bu hal satirik şairlərin qarşıya qoyduqları məqsəd ilə sıx əlaqədar idi. Əlbəttə, satirik şe’rin qüvvətlənib, ədəbiyyatımızda müəyyən cərəyan halına düşməsində heç də adlarını çəkdiyimiz sənətkarların xidməti bərabər olmamışdır. Zakirin satiraları, müstəqil ədəbi cərəyana çevrilən satirik şe’rin vuran qəlbi və düşünən beyni olmuşdur, — desək, heç də səhv etmərik. O da diqqətə layiqdir ki, Həmin işdə M. F. Axundova müəllimliyi məhz Zakir və Vazeh etmişlər. Zakiri, Vazehi və başqa şairləri satira yazmağa təhrik edən amillər yaşadıqları ictimai mühitdə baş verən hərcmərclik, öz- başınalıq, qanunsuzluqlarla baqlı idi. Mühit sənətkarı sıxır, onu boğurdu. Zakir mübaliğəli bir dillə yazırdı:
Neyləyim, ölkə bulanıb nacisə bir günə,
Pak qılmaz anı gər bağlayasan ümmanı,
Belə bir cansıxıcı, darıxdırıcı mühitdə sənətkarın vəzifəsi, satnriklərimizin fikrinmə, cəmiyyətdəki yaramazlıqlara atəş açmaq, dumanlı havanı dağıtmaq, zəhmətkeş xalqın sinədolusu nəfəs almasına kömək üçün faydalı və zəruri vasitələrdən: tənqiddən, satiradan istifadə etmək olmalıdır. Zakir yazırdı:
Neçələr silseliyi—təb'imə təhrik verir,
Rişteyi-nəzmə çəkmə yə’ni—düri-qəltanı.
Budu xahişləri kim, baxmayıb ağü bozuna,
Eləyim həcv tamam bayü kədavü xain.
Neyləyim mən, qarışıb... bir şəxl ilə,
Pak qılmaz anı kər bağlayasan dəryanı.
Verməsəm vüs’ət əkər nəzmə, olur namərqub,
Eləsəm cümləsinin şərh, düşər tulani,
Əlbəttə, Zakir «eləyim həcv tamam bayü kədavü xani» — dedikdə, biz buradakı «həcv» sözünü «satira» kimi qiymətləndirməliyik. Zakir və eləcə də onun müasirləri «satira» sözünü işlətməmişdər. Onlar satira və həcvi bukünkü mə’nada fərqləndirməmiş, «satiranı»da çox vaxt ədəbi irs kimi gələn və ədəbiyyatımızda geniş; yayılan «həcv» deyə yazmışlar. Eləcə də buradan elə nəticə çıxmasın ki, biz, ümumiyyətlə satirik şe’rin inkişafında müəyyən mərhələ təşkil edən həcvi satira ilə qarışdırırıq. Əsla! həcvlərin açıq-saçıq, naturalist örtüyü altında çox zaman cəmiyyəti ələ salan, hakim sinifləri kəskin tənqid edən faydalı ictimai tənqid də var idi.
Mirzə Şəfi Vazeh yazırdı:
Sənin də ey Şəfi bu nəğmələrin,
Əks edir hüsnünü axmaq kəslərin.
Dünyada eybinə kor olmayanlar,
Görüb bu güzgüdə özünü anlar.
Bakıxavov da öz sənətini güzgüyə bənzədirdi:
Mənəm sənin üzünə güzgü, ey rəzil düşmən,
Gəlib müayinə et bu üzü ədalətlə.
Zakir, Vazeh və Bakıxanovdan gətirdiyini, nələrə diqqət edilərsə, hər üç sənətkarın satira ilə cəmiyyətin əxlaqının düzəlməsini qarşıya məqsəd qoyduqları aydınca görünür. Başqa sözlə desək,onlar öz müasirlərinin gözünü açmaq, cəmiyyətə xeyir üçün satiranı başqa ədəbi növlərdən ən münasibi hesab edirdilər.
Satiriklər şe’rin qarşısında ciddi tələblər qoyur, həm formanın, həm də məzmunun mükəmməl olmasını tələb edirdilər. Onlar əsrlər boyu çeynənmiş qafiyələrdən yapışan müasirlərini; hicrandan, vüsaldan, cənnətdən, cəhənnəmdən şe’r quraşdıranları həqiqi, xalqa xidmət edən sənətkarlardan fərqləndirir, tənqid atəşinə tuturdular.
Zakir «Gözləyən kəs, gözəlim, həqqi deməz ay sənə» misrası ilə başlayan müstəzadında dolayı yolla köhnə, sxolastik şe’rin insanı təsvir vasitələrini ələ salır, ona gülürdü. O, canlı həyat çeşməsi olan gözü nərgizə, dodaqları gül rənkli şəraba, saçı tər sünbülə oxşadan şairləri zarafat tə’riqi ilə ələ salır, şe’rdə real, həyati əlamətlərə bəraət qazandırırdı, Əlbəttə, istər Zakir, istər Vazeh, istərsə də o biri satiriklərimiz şərq şe rində davam edib gələn təşbehlərdən çox istifadə etmiş, köhnə ruhda. gözəli vəsf edən qəzəllər də yazmışlar. Bu cəhət, yə’ni satiriklərin ədəbi ən'ənədən tamamilə ayrıla bilməmələri çox təbii və qanunauyqun hal idi. hətta XX əsrdə Sabir kimi nəhəng satirik sənətkarın özü də həmin ənənəyə sadiq qalmışdı. Lakin bununla belə, onlar qəzəl yazıb, gözəli vəsf etməyə artıq yeni dövrdə özlərinə məqsəd kimi qəbul etməmiş, sənətin, şerin vəzifəsinə tamam başqa gözlə baxmışlar.
Zakir, Vazeh, Bakıxanov, Şakir, Nadim və başqa sənətkarları satira yazmağa təhrik edən səbəblər silsiləsinin mərkəzində yaşadıqları cəmiyyətdə qanunsuzluqlar dururdu. Onlar xalqı zəlalətə salanların pouzlmuş əməl və əxlaqına dözə bilmir, ifşaya və ittihama əl atırdılar.
Zakir:
Doğruluq qalmayıb əsla bu fəna aləmdə,
Sərnigun ola, görüm, böylə yaman dövranı.
Mən bir piri-tənha, zülm bihesab,
Müşküldür gətirmak bu möhnətə tab.
Vazeh:
Şikayətimi edim, gülümmü, bilməm,
Dünyanın yarısı dərrakədən kəm.
Edir utanmadan, eyləmədən ar,
Mini bir axmaqın sözünü təkrar.
Şakir:
Tamam işlər olub çahilə bazar,
heyf bu vilayət, heyhat-heyhat!
Nadim:
hər kəsə söz deyirəm ovçun açır kim mənə ver,
İstəyir qırxa başım misali-dəllək Ağayar.
Bakıxanov:
Qan uddurur öz əlilə mənə zalim zəmanə,
Zahirdəsə guya vermiş mənə qızıl peymanə.
Bütün bunlar, şairləri bir vətəndaş kimi çıxış etməyə, vətənlərini qarğa-quzğun kimi didib dağıdanlarla haqq-hesab çəkməyə vadar edirdi. Əlbəttə, adlarını çəkdiyimiz sənətkarları satira yazmağa təhrik edən səbəbləri araşdırarkən, subyektiv münasibətlərin də rol oynadığını görürük. Ədalətsizcəsinə ittiham edilən və öldürülən qardaşı uşaqları üstündə evi-obası dağıdılmış Zakir nə qədər incidilmiş, Cəfərqulu xan Nəva kimi bivicdan, bişərəf bəylərlə uzun-uzadı və kəskin mübarizə aparmış və s. Şakirin dədə-babadanqalma mülkü güclə, əlindən alınmış, Nadim öz müasirləri varlılar tərəfindən ələ salınmış, «adam» sayılmamış və həmişə zillətdə yaşamışdır. Vazeh çox savadlı, bilikli olsa da qiymətləndirilməmiş, həmişə ehtiyac içərisində ömür sürmüşdur. Lakin məhrumiyyət, əzab və əziyyətlər satira yolunu tutanları ruhdan salıb küskünləşdirmir, onlardakı mübariz ruhu daha da cilalayırdı. Bakıxanov da özünü xalq, ədalət, həqiqət yolunda canını fəda edən qəhrəmanlarla müqayisə edir, hər işdən mərdlik gözləyirdi.
Mübarizlik və barışmazlıq ruhu satirik sənətkarların öz təbiətlərində var idi, Bu ali hissi coşduran əsasən yaşadıqları cəmiyyətdəki hərc-mərclik, başıpozuqluq, qanunsuzluqlar silsiləsi idisə, subyektiv amillər də onu daha da kəskinləşdirir və itiləşdirirdi.
Satiriklərimiz həcvin, tənqidi şerin, satiranın müasirləri tərəfindən qiymətləndirilmədiyini, həzm edilmədiyini, yağlanmış, piylənmişlərin mə’dələrini hələ çox xarab edəcəyini gözəl bilirdilər.
həcvü hədyan elə ovqat keçirdin, Zakir,
Qorx o gündən olasan ta baəbəd zərbi-məsəl,
— deyən şair yaşadığı mühitdə sənətkara verilən qiymətə kinayə ilə gülürdü.
Satiriklər gördükləri həqiqətləri şe’r dili ilə bəyan etməyi, xalqa çatdırmağı, cəmiyyətin bədəninə yara salmağa çalışan həşəratları rüsvayi-cahan etməyi hava və su kimi lazımlı bilirdilər.
«Qızım, sənə deyirəm, gəlinim, sən eşit» tə’riqi ilə dövrün həqiqi mənzərələrini göstərməyin nümunələri Bakıxanovda da çoxdur. 0, şairdir. Şairin vəzifəsi isə nəyin bahasına olursa-olsun həqiqəti qorumaqdır:
Ədalət uğrunda sən möhkəm dayan!
Başqa bir yerdə yazırdı:
Nakam yaşasa da şüurlu insan,
Yaxşıdır xoşbəxt bir nadan olmaqdan.
Şair necə bir cəmiyyətdə yaşadığını, idrak və mə’rifətin qiymətləndirilmədiyini, cinayətlərin hökmran olduğunu göstərmək üçün xudpəsənd bir əmirlə fazil, alim bir şəxsin hekayəsini danışır. Qızışıb fazil şəxsi təhqir edən əmir bağırır:
Unutdun ki, mənəm burda hökmran,
İcra olmalıdır verdiyim fərman!
Fazil şəxs isə çox soyuqqanlıqla düzlüyün hər şey- dən vacnb olduğunu söyləyir:
Danışma, eşitmə, körmə əır etsən,
Bağlaram dil, qulaq, gözümü həmən,
Əmr etsən anlaya, əfv et hökmdar,
Bu işdə əlimdə deyil ixtiyar.
Öz fikirlərini həqiqətin dili ilə söyləmək işində satiriklərin qabağına çox əngəllər çıxır, sözləri də tamam-kamal şəkildə deməyə ehtiyat edirdilər. Göz gördüyündən qorxar! — məsəlinə münasib desək, tənqidi şe'r yaradanlar mütləqiyyət üsul-idarəsinin cansıxıcı təbiətindən, çarın ikibaşlı siyasətindən, istər Rusiyada və istərsə də ucqarlardakı qabaqcıl fikirli, həqiqəti açıq deyən ziyalıların tə'qib edilməsindən, qulluq göstərən xəfiyyə agentlərindən ehtiyat edirdilər. Zakir deyirdi:
İstədim həcv edim bnr özgə sayaq, .
Amma yenə mane oldu ehtiyat.
Baxıxanov e’tibarlı mövqedə, yüksək vəzifədə olmasına baxmayaraq o da həqiqəti, bildiyi sirləri tam açıq deməkdən çəkinirdi:
Gözlərimdən qan selləri axır, qəlbim dağlıdır,
Qönçə kimi içim dolu, dodağımsa bağlıdır.
Çox sirlər bilirəm mən, açmağasa yox imkan,
Desəm belə, kimdir mənim əsrarımı anlayan.
Şair də eyni dərddə idi. O da şe’rdə öz fikirlərini istədiyi kimi yaza bilmirdi:
Gəl sanə göstərim yerin işlərin,
Dərin dəryalardan dərin işlərin.
Demək olmaz yüzdən birin işlərin,
Bildiyindən sən bir parə ərz eylə.
Bəs nə etməli? İctimai varlığı bütün eyibləri ilə açıb göstərmək, həqiqəti sənət dili ilə söyləmək üçün satiriklərin müxtəlif ədəbi yollar, vasitələr axtarmasının özü də diqqəti cəlb edən cəhətdir. Sənətdə pərdəli, üstüörtülü üsullarla həqiqəti açmaq meyli satiriklərimizin mübarizəni daim davam etdirmək məqsədi ilə əlaqədardı. Vazeh yazırdı:
Cəzadan, təqibdən olmaqçün uzaq,
Bə'zən sözlərini söyləmə çılpaq.
Asta ol, özünü daim gözlə sən.
Acı sözünü də de xoş sözlə sən.
həqiqəti örtülü şəkildə, hadisə və əhvalatları başqa dövrə və yerə köçürmək yolu və təmsil, nağıl, rəvayət vasitəsilə söyləmək satiriklərimizin faydalandığı bədii üsullardan idi. Zakirin və Bakıxanovun hekayələrinin bnr çoxunun başlanğıcında əhvalatın «əyyami-sabiqdə» baş verdiyinə, söylənənlərində öz dövrünə heç də dəxli olmadığına işarə edildikdən sonra əsas mətləbə keçilir, müasir hakimlərə və başqa tüfeylilərə istehzalı münasibətlərini bildirirdilər. «Tərlan və elçi» hekayəsi də belədir Şair dolayı yolla ölkədə ağalıq edənlərin ağıldan kəm olduqlarına. vacib işlərin nadanlara tapşırılmasına acı-acı gülürdü. Zakirin «Tısbağa, qarğa, kəsəyən, ahu», «Tülkü və şir», «Qurd, çaqqal və şir», Bakıxanovun «hikmətin fəziləti», «haqq söz», «Avamın nöqsan axtarması», «Sağlam ikən müalicə», «Tədbirin gözəlliyi», «Yersiz minnət qoyma» kimi hekayələri və «Tülkü və qoyun». «Qurd və ilbiz», «Yersiz iftixar» kimi təmsilləri, Vazehin «Şah Abbas», «Şah manifest yazdı əliylə bir gün» satiraları mətləbləri pərdəli söyləmək üsulu ilə yaradılmışdır.
'Satirik şairlərimiz həyatda, əxlaqda, insanlar arasındakı münasibətdə fəal müdaxilə vasitəsi olan gülüşün, istehzanın islahedici qüvvəsinə inanırdılar. Onlar öz müsbət fikirlərinin həy’ata keçməsində istehzanı fəal bir vasitə kimi qiymətləndirirdilər. Vazehin «Şah Abbas» şe’rində zülmkar, hiyləgər şah camaatın qəhqəhəsinə, istehzasına tab gətirə bilmir, öz əxlaq və rəftarını düzəldir, tamamilə yeni keyfiyyətlərə malik adil bir hökmdar olur. Əlbəttə, bu şairin arzusu idi, sənətin ictimai həyatdakı mövqeyinə yüksək qiymət verməsi idi. İndiyə qədər heç bir tarixdə görünməyibdir ki, zülmkar şah camaatın gülüşü ilə düzəlsin adam olsun.
Satiriklərimizin ən yaxşı xüsusiyyəti idi ki, onlar zəhmətkeş xalqın mənafeyini müdafiə cəbhəsindən fəaliyyət göstərir, geniş kütlələrin arzularına uyğun iş görür, onun kədər və qəmini də, şad və xürrəmliyini də özlərininki hesab edirdilər. Onlar şerə, sənətə də həmin me’yarla yanaşır, şairlik sənətini çox uca tuturdular»
SATİRANIN BAŞQA HƏDƏFLƏRİ
XIX əsrin birinçi yarısında Azərbaycan ədəbiyyatında ictimai-satirik şeir inkişaf edir və qüvvətlənir. Satirik şerin inkişafı dövrün ictimiai-tarixi vəziyyəti ilə əlaqədar olmaqla bərabər, tarixi bir zərurət idi və həm də proqressiv mahiyyət daşıyırdı. həmin dövrdə tənqidi realizmin, satiranın qüvvətlənməsini əsaslandıran bir sıra ictimai-tarixi səbəblər var idi. Bir tərəfdən ayrı-ayrı xanlıqlara bölünmüş ölkə əsrin ilk illərindən başlayaraq Rusiyaya birləşdirilirdi. Çarizmin müstəmləkə əsarətinə baxmayaraq, xalqın rus xalqı ilə yaxın iqtisadi-ictimai əlaqəsi Azərbaycanda ictimai fikrin inkişafına müsbət təsir göstərir. Əkinçinin əkdiyi, becərdiyi, gündəlik ruzisini çıxardığı torpaq xaricilərin aramsız tapdağından qurtarır. Həmin dövrdə Rusiyada elm və mədəniyyət, ədəbiyyat və incəsənət də sürətlə inkişaf edirdi. Bütün bunlar öz ölkəsində mürtəce, qara qüvvələrə qarşı mübarizə aparan qabaqcıl ziyalıları ruhlandırırdı. O biri tərəfdən də Azərbaycanın çarizm tərəfindən istila olunması daxili düşmənlərə, yə’ni istismarçı yerli mülkədar və bəylərə, ruhanilərə, eləcə də çar hakimlərinə qarşı geniş xalq kütlələrində mübarizə ruhunu artırır və bu, ədəbiyyatda tənqidi realizmin, satiranın qüvvətlənməsini şərtləndirən amillərdən birinə çevrilirdi.
Əlbəttə, indi diqqət mərkəzində daxili düşmənlər idi və bunlara qarşı mübarizə ruhu gündən-günə artırdı. həm də çar Rusiyasının müstəmləkəçilik siyasətilə əlaqədar olaraq münasibətlərin kəskinləşməsi, çar simasında özünə dayaq tapmış mülkədarlara qarşı kəndli üsyanlarının çoxalması və tənqidi realizmin, satirik ədəbiyyatın qüvvətlənməsinə kömək edirdi. Bütün bunlar ədəbiyyatımızda tənqidi realizmin ədəbi məktəb kimi formalaşmasını əsaslandırırdı. Bu ədəbi məktəbin ilham mənbəyi həm Azərbaycan xalq satirası ilə, həm də klassik ədəbiyyatımızın qabaqcıl ən’ənələri ilə bağlı idi. Bildiyimiz kimi, atalar sözü və məsəllərdə, nağıllarda qaravəllilərdə, xalq təmsillərində, bayatılarda, lətifələrdə, xalq oyunlarında satira çox güclü olmuşdur. Aşıq şe’rində satira hələ «Dədə Qorqud»dan Başlayaraq Koroğluya qədər gəlmiş, sonra Aşıq Abbas, Aşıq Kərəm, Xəstə Qasım, Aşıq Alı, Aşıq Musa, Molla Cuma, Aşıq Ələskər və bir çox xalq sənətkarlarının yaradıcılığında büllurlaşıb, məzmunca zənginləşmişdir.
(Xalq satirası və eləcə də klassik şe'rdə satira haqqında həmin kitab müəllifinin «XIX əsr Azərbaycan şeirində satira» kitabında (Bakı, 1975, səh-3-80) geniş danışılmışdır.)
Klassik ədəbiyyatımıza nəzər saldıqda, onun ən böyük nümayəndələri Xaqani, Nizami, Nəsimi, Füzuli yaradıcıllığında da ictimai satira qüvvətli idi. Zakirin müasirləri olan Mirzə Şəfi Vazeh, A.Bakıxanov, Baba bəy Şakir, Mirzə Baxış Nadim, Məmməd Cəfər Miskin, Canı oğlu Abdulla və başqaları da tənqidi -realist və satirik şe’rlər yazmış, kəndli hüqununu müdafiə, çar hakimlərini, İran despotlarını, Yerli mülkədarları, ruhaniləri ifşa və tənqid etmişlər. Bu sənətkarlardan hər biri orijinal yaradıcılıq xüsusiyyətinə malik olmuşlar. Məsələn, Mirzə Şəfi Vazeh mövhumat əleyhinə, şərq istibdadı əleyhinə yazdığı lirik-fəlsəfi şe’rlərilə daha məşhurdur. Onun ictimai məzmunlu şe'rləri satirik ruhu ilə fərqlənir. Vazeh şe’rinin xüsusiyyəti, hər şeydən əvvəl, həyata, varlığa optimist münasibətdir. A. Bakıxanov «Təbriz əhlinə xitab» adlı satirasında geriliyi, cəhaləti, əməyi sevməyən, müftəxorluqla həyat keçirən mülkədarları və ruhaniləri tənqid atəşinə tuturdu. B. Şakirin, M. B. Nadimin realist və satirik şe’rlərinin isə əhatə dairəsi dardır Zakir həmin sənətkarların hamısından fərqlənirdi. Onun realist ədəbiyyat tariximizdəki yeri daha çox diqqətəlayiqdir. Şair bir tərəfdən Vaqifdən başlayıb gələn seyrçi (belə demək mümkünsə) realizmi tamamlamış, digər tərəfdən də ədəbiyyatı, sənəti xalq həyatı ilə daha sıx bağlamış, hadisələri çox zaman təfərrüatına qədər əks etdirmiş, dövr və zamanın səciyyəvi xüsusiyyətlərini şe’rə gətirmişdir. hər cür çirkinliyə, rəzalətə, cəmiyyətin əxlaqını pozan parazitizmə qarşı fəal mübarizə Zakir realizmini səciyyələndirən xüsusiyyətlərdəndir. Onun sənət güzgüsündə əks etdirilməyən kimlər kənarda qalmışdı? heç kim! hamı öz əməli öz işi ilə Zakir güzgüsündə görünür. Həyat bir növ tam götürülmüşdü və deyək ki, Vaqifdəki kimi birtərəfli deyildi. F.Köçərli yazanda ki, Qasım bəy Zakir həqiqi bir milli şair idi, öz əsərinin aynası, olubdur. Məişətin hər bir sinif və təbəqatına ətraflı nəzər yetirib, sairlərin gözlərinə görsənməyən şeyləri görüb, təftiş və tənqid edibdir-tamamilə haqlı idi( Bax: F.Köçərli, Azərbaycan ədəbiyyatı, birinci cild, «Elm» nəşriyyatı, Bakı, 1978, səhş 377)
Əlbəttə, tənqidi realizmin bir metod kimi inkişafında Zakirmn misilsiz xidmət olmuşdur) F.Qasımzadə yazır: «İlk maarifçilər tərəfindən əsası qoyulan realist ədəbiyyat həmin illərdə Q. Zakir B. Şakir, M. B. Nadim, M. C. Miskin və başqalarının’ yaradıcılığında tənqidi realizmə doğru inkişaf etməyə başladı. Bu şairlərin simasında şe’rdə qüvvəli bir satira cərəyanı yarandı.
Çarizmin ucqarlarındakı üsul-idarəsi, rüşvətxor hakimlərin cinayətləri, bəylərin zülm və zorakılığı əleyhinə çevrilən bu satirik, tənqidi poeziya xalqın onlara qarşı coşub daşan qəzəb və e’tirazını ifadə edirdi...» (F. Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatında realist-demokratik cərəyanın inkişafı tarixi, doktorluq dissertasiyası, Bakı, S. M. Kirov adına ADU, 1955, səh. 100).
Bədii fikir tariximizdə XIX əsr Azərbaycan realizmi özündən əvvəlki əsrlərdəki realizmdən mahiyyət e’tibarı ilə fərqlənməklə qalmayıb mühüm bir mərhələ kimi də özünəməxsus estetik və yaradıcılıq prinsipləri ilə də seçilirdi. Bu realizmə «demokratik realizm» də, «maarifçi realizm» də deyiblər və hər iki «izm»də də müəyyən həqiqət vardır. Zakirlə, eləcə də onun müasirləri ilə bağlı olan realizm bir tərəfdən əsrlər boyu inkişaf edib gələn şifahi xalq yaradıcılığı, klassik ədəbiyyatla bağlı idisə, o biri tərəfdən Azərbaycanın Rusiyaya ilhaq edilməsi,. qabaqcıl rus demokratik fikri ilə bərabər Qərbn Av-ropadakı mütərəqqi ideyaların güçlü tə’siri ilə fərqlənirdi. Mirzə Fətəlini uzun müddət Qərbi Avropa ədəbi fikrinin, xüsusən Molyer məktəbinin yetirməsi hesab edənlərin mülahizələrində müəyyən həqiqət var idi. Onu da inkar etmək olmaz ki, çar Rusiyasının müstəmləkəçilik zülmünə baxmayaraq milli zəmin də güclənmişdi və ədəbiyyatda artıq geniş xalq kütlələrinin fikir və arzularını daha geniş miqyasda ifadə edən, onun həyatını əks etdirən sənətkarlar yetişmişdi və onlar daha geniş qol-qanad açmışdılar. Qüvvətin satira cərəyanı da yaranmış' dı ki, burada Zakir xüsusilə fərqlənirdi. Onun müa' siri olan şairlərdən heç biri öz sənətilə maarifçi satiranın əsasını qoyan Zakir səviyyəsinə yüksələ bilməmişdi. Doğrudur, onları birləşdirən ümumi cəhətlər çox idi: demokratik ruh, ictimai haqsızlıqlara qarşı amansız olmaq, tənqidin özünə şuürlü münasibət, təhkimçi-feodal əlaqələrinə nifrət və s. Lakin bununla bərabər, həmin sənatkarlardan fərqli olaraq Zakir sənəti məzmun zənginliyinə, ictimai həyatın geniş in’ikası qüvvəsinə malik idi. Zakir satirası, böyük rus münəqqidləri Çernışevski və Dobrolubovun satiradan tələb etdikləri xüsusiyətlərdən birinə də cavab verirdi. O da onun satirasında yaşadığı dövrün vacib, siyasi cəhətcə aktual məsələlərini əks etdirməsidir.1 Zakir yaradıcılığı bir də onun üçün qiymətlidir ki, şair yazdığı realist və satirik əsərlərində Azərbaycan həyatının bir çox tipik xüsusiyyətlərini ümumiləşdirməyi bir sənətkar kimi bacarmışdır. Həm də satirik əsərlərin yeni nümunələrini (mənzum məktub, taziyanə, mənzum hekayə və təmsil) yaratmışdır. Zakir ədəbiyyatdan, sənətdən yaşadığı müasir cəmiyyəti, çürüməyə başlayan üsul- idarəni, həmin üsul-idarə sahiblərinin əxlaq və rəftarlarını, ümumiyyətlə həyatda gördüyü kəsir və nöq- sanları tənqid etmək, həm də sadəcə tənqid deyil, ifşa etmək üçün kəsərli bir silah kimi istifadə etdi. Müxtəlif zümrə nümayəndələri Zakirin ictimai satirasından oddan qorxan kimi qorxmuşlar. Onun gülüşu yaşadığı mühitin qan damarlarına qədər tə’sir etmişdir. Bu gülüşdən heç kim, nə bəy, xan, mülkədar, nə çar mə’murları, nə ruhanilər və nə də zəhmətkeş xalqı soyub-talayan başqa tüfeyli fırıldaqçılar yaxalarını qurtara bilməmişlər.
Zakirin gülüşündə acı gözü yaşları da vardır.
Onun dərdi də xalq dərdi idi. O, gözü önündəki hadisələrə laqeyd, soyuq münasibət bəsləyə bilmirdi: gözlərilə gördüyü çirkin, ədalətsiz işləri aradan qaldırmağa çalışır, «köysünə çəkilən dağlardan, düyün‘ lərdən» danışmaq istəyirdi və danışırdı da. lakin həqiqətlərdən danışmaq şairə baha otururdu.‘ Onun həyat faciəsi qanadları qırılmış məğrur qartalın faciəsinə bənzəyirdi. Doğrudan da Zakir, məğrur bir dağ qartalı idi və Analar doğubdur şirinər məni!» — deyirdi.
Böyük inqilabçi Nəriman Nərimanov Zakirin adını xalq şairləri sırasında çəkərkən aydın bir həqiqətə əsaslanırdı. O da bu idi ki, Zakir «zülmət səltənətində» xalqa bəlanın haradan və kimlərdən gəldiyini görür, hər cür özbaşınalığın, qarşısını almaq üçün kəsərli qələmini daha da itiləşdirir və zəhmətkeş xalqı müdafiə, edirdi Zakir dünyabaxışının bəzi məhdud cəhətlərinə, özü bəy sil' kindən olmasına baxmayaraq yaradıcıllığında xalq mənafeyini müdafiə etmiş, şerlərində xalq həyatının bir çox mühüm cəhətlərini işıqlandırmışdır Onun satirasının əsas atəş hədəfləri səmərəli əməyə xor baxan tüfeylilər: çar mə'murları, bəylər, ruhanilər və onlara kəmər bağlayanlardır. Zakir realist şe’rlərində bir tərəfdən feodal-təhkimçi quruluşun ağır məhkəməsi altında əzilənlərin, əzab-əziyyət çəkənlərin acınacaqlı taleyini göstərib mövcüd üsul-idarələrdəki qanunsuzluğu ifşa edirdisə, o- biri tərəfdən də istismarçıları, qanunsuzluq törədənləri atəş hədəfinə çevirib, onları kəskin şəkildə tənqid atəşinə tuturdu. O, məqsədinə çatmaq üçün müxtəlif vasitələrdən: istehzadan, kinayəli gülüşdən, yumordan da istifadə edirdi. O öz satirasını yaradarkən hər şeydən əvvəl yaşadığı cəmiyyətə qarşı geniş xalq şüurunda güclənən tənqidi münasibətdən, xalq yaradıcılığının realist və satirik məzmunundan ilham alırdı. O öz dünyagörüşündən asılı olmayaraq, ictimai ədalətsizliyi obyektiv olaraq ifşa edirdi. Lakin şair bütün mə’nəvi üstünlüklərinə- baxmayaraq, yoxsul, əməkçi insanların alçaldılmasının, təhqir olunmasının əsas səbəbini dərk edə bilmirdi. Çar-mülkədar üsul-idarəsini məhv etmək kimi fikrə gəlib çıxmaq Zakirə və eləcə də onun müasirlərinə çətin idi. Bu xüsusiyyət şəraitlə əlaqədar olduğu kimi, həm də onun satirada tam ardıcıl olmamasını da şərtləndirirdi. Tə’qiblərdən təngə gələn şair bə’zən qorxu hissi keçirir, dostu M. F. Axundova. yazdığı məktublarda «nə diş bilsin, nə dodaq» məsəlini çəkirdi. Zakir gördüyü nöqsanları ciddi tənqid edirdisə də ictimai quruluşu məhv etmək haqqında düşünmürdü. Lakin'bununla belə Zakir mürəkkəb münasibətlərə, çox zaman geniş xalq kütlələri nöqteyi-nəzərindən baxdığı üçün həqiqətlərin dəhşətli mənzərələrini bir rəssam kimi çəkə bilirrdi. O, zəhmət kəndlilərə dərin rəğbət bəsləyirdi.
Əlbəttə, Zakir satirasında subyektiv, şəxsi münasibətlərində rolu olmuşdur. Ədəbiyyatşünaslıq elimizdə belə bir fikir var idi ki, Zakir satira yaradıcıllığında təqib olunduğu illərdə başlamışdır.Bu fikrin düzgün olmadığı F. Qasımzadə və başqa ədəbiyyatşünaslar tərəfindən sübut edilmişdir. Lakin bu da bir həqiqətdir ki, onun satirik yaradıcıllıığı təqib olunduğu illərdə daha da qüvvətlənmişdir.
Zakir satirasında olan subyektiv münasibətlər, heçdə onun bədii və ictimai əhəmiyyətini azaltmır. Çünki Şairi bu və ya başqa mənfi tipə nifrətindən doğulan satiralarında da hakim ictimai quruluşun bir çox Yaraları açılmış, cəmiyyətdəki kəsir və nöqsanlar sənət dili ilə ümumiləşdirilmiş və tipikləşdirilmişdir.
Beləliklə, Zakir yaradıcılığı Azərbaycan ədəbiyyatında maarifçi və tənqidi realizmin və xüsusən satiranın inkişafında ayrıca mərhələ təşkil etmiş, öz dövrünün qabaqcıl fikir və meyllərinin ifadəçisi olmuşdur.
Zakir satirasının və eləcə də onun başqa realist şe’rlərinin ifşa obyekti başlıca olaraq şairin yaşadığı mühitdəki ictimai yaramazlıqlardır. İctimai yaramazlıqların kəskin tənqidi xalq yaşayışı üçün, cəmiyyətin sağlam yollarla inkişafı üçün əhəmiyyətli idi. Əlbəttə, Zakir bütün cəmiyyəti bürüyən ictimai xəstəliklərin əsl səbəbinin mütləqiyyət quruluşunda olduğunu görə bilməzdi. Lakin o, ölkədəki hərcmərcliyin, özbaşınalığın, quldurluğun kimlər tərəfindən törədildiyini çox gözəl bilirdi. Şair ictimai intizamı, ədalət qaydalarını pozan müqəssirləri tapır və onları cəzalandırmağı tələb edirdi. Ona elə gəlirdi ki, iş başında oturanlar əxlaq və rəftarca yaxşı olarlarsa hər şey düzələr.
Zakir «şərrin kökünü» ölkənin ağası hesab olunan çar hakimlərində, onların sonsuz özbaşınalığında, vicdansız hakimlərə havadarlıq edən alçaq təbnətli yerli bəylərdə və hər bir murdar işi təmizə çıxaran yaltaq ruhanilərdə görürdü. Şairin M. F. Axundova, İ. Qutqaşınlıya, Baba bəy Şakirə, Kolyubakinə yazdığı mənzum məktublarında, eləcə də ayrı-ayrı satirik şe’rlərində ictimai məsələlər: vətən, xalq məhəbbəti; zülmün, özbaşınlıq və haqsızlığıi kəskin tənqidi əsas yer tutur. həm də bu məktublar ölkənin idarə edənlərin, özlərini xalqın başçısı bilənlərin əxlaq və rəftarını ifşa edən ittiham aktıdır. Bu ittiham aktına adı düşənlərin kimlər olduğunu aydınlaşdırmağa keçməzdən əvvəl, onların ölkədə törətdikləri cinayətlərin nəticələrini və xalqa, yaşayışa zidd bir çox başqa hərəkətlərini qısaca olaraq qeyd etmək lazımdır.
Zakir xalqını və vətənini qızğın məhəbbətlə sevirdi. Elə buna görə də tüfeyli həyat sürənlərə, zəli kimi qan soranlara dərin nifrət bəsləyirdi. Onun qəlbində hakim təbəqələrə ədavət hissi çox qüvvətli idi. Şair yaşadığı dövrün mürəkkəb həyat mənzərəsini təsvir edərkən orada hakimdən tutmuş məzluma kimi, hərəyə öz xarakterinə uyğun boyanı, rəngi işlədirdi. Beləliklə bizim qarşımızda canlı, real bir tablo canlanır. Şair həmin tabloda, fikirlərini daha aydın şəkildə oxucuya çatdırmaq üçün təbiətlə cəmiyyəti qarşılaşdırır, həm gözəl təbiət mənzərələri, həm də çirkinliklərlə dolu cəmiyyəti təsvir edir. Digər tərəfdən də həmin şe’rdə satira ilə lirika birləşir. Şair, təbiəti təsvir edərkən lirikadan qüvvətli vasitə kimi istifadə edirsə, cəmiyyətdəki hər cür yaramazlığı aydın göstərmək və ifşa etmək üçün satiraya əl atır.
...Xəyal, şairi qanadlarına alaraq, bir anlığa yaşadığı həyatdan ayırır. Şair də «sənə ki, qalmayıb qəmi aləmin», «qənimətdi beş gün ömri-dübarə» — deyə özünü qumruların, bülbüllərin «səda-sədaya» verib oxuduğu çəmənliyə salır və deyir: nə eybi var, bu dünyanın dərdi-qəmini aparan şərabı özün içməsən də, meydan sərxoş olanlara tamaşa et. Bəli, yasəmənin jaləyə çökmüş ətri, bənövşənin, lalənin, nərkizin, sənubərin xoş qoxusu və qəşəng görünüşləri şairə ilham verir, o vəcdə gəlir. O burada daha gözəl mənzərələr görür:
Seyrə çıxıb dəstə-dəstə gözəllər,
Çiçək dərib tər buxağa düzərlər,
Qaqqıldaşa-qaqqıldaşa gəzərlər,
Canlar alan sövtü-nəvayə bir bax.
Şəqaiq, qərənfil, süsən, nəstərən,
Zəbani hal ilə oxur müstəhsən,
Həvayi-kühsar, səfayi-çəmən
Tə`n edər cənnətül-məvayə bir bax.
Şairin dərdinin böyüklüyü , onu tez bir zamanda " Cənnətül - mə'vadan " ayrır və yenidən başı bəlalı vətəninin acınacağlı halı haqqında düşünməyə məcbur edir :
" gədə - güdənin " ağalığ etdiyi bu ölkədə qaçaq - quldurun sayı hesabı yoxdur; həsəd şərarət " hətdən aşıb " , yoldaş yoldaşına xəyanət edir , " əqli seyrəklər " min cür pəstahadan çıxarılır , " yalan gerçək yerinə " yeridilir , " simu-zəri olan " " 100 adam öldürsədə həbsdən çıxır , əməkçi xalq gecə evində rahat otura bilmir , oğrunun əlində " nə day qalır, nə dana " , murov və kvartallar oğuruya " ortaq olublar " , fitnəkar bəylər gecə-gündüz sərxoşluqla gün keçirən vali ilə birləşib ölkəni talan edirlər ; seyid və molla , bakkal və tacir , təbib və "Alim", qovurmaçı və pinəçi hər kəs əməkçi xalqı qarət etmək üçün bacardığını , əlindən gələni edir . Bir sözlə özbaşınalığın , həcməcliyin təntənəsidir . Özbaşınalığın təntənəsinə zakir başqa əsərlərində o cümlədən :
" Görün , bu çərxi-dünpərvər nə babət rüzigar eylər ,
Çaşıb ahuşuna hər naqisi kamil əyar eylər " .
- Beytilə başlayan müxəmməsində də təsvir və tərənnüm etmişdir . Həmin müxəmməsin nə kimi əhəmiyyətə malik olduğunu F.Köçərli çox gözəl izah etmişdir. O yazırdı : " Qasım bəyin bu kəlamı Molla Pənah Vaqifin
" Mən cahan mülkündə mütləq doğru halət görmədim " misrası ilə başlanan müxəmməsinə mə'nən çox oxşayır . Hər 2 şair rüzigari - gənc rəftarın və dövranidünpərvərin qəddəranə gərdişindən ahunalə edib , öz əsərlərinin keyfiyyəti-halını bəyan qılırlar .
Hər iki şair batilin haqqa , əyrinin doğruya , məsiyyət və şərarətin zöhdü təqvaya , zülməti - cəhalətin nuri - hidayətə , büxlü həsədin mürvət və ədalətə çirkinliyin hüsni lətafətə qalib gəlməsini müşahidə və müayinə edib , ali tələbləri dənilər və şəyyadlar pəncəsində dəst-girü məğlubü pərişanhal görürlər. ( F. Köçərli Azərbaycan ədəbiyyatı . 1 ci cild, Bakı, 1978 səhifə 406) şairə görə həyatda dəhşətli səhnələrin yaranmasında əsas rollardan birini çar hakimləri oynayırlar .
Onlar " öz ixtiyarının zoru ilə " " kəsbkar və füqarə" kəndlilərin başına olmazın oyunlar açırlar . Şairə görə , çar hakimləri " ədalətli " qanun və qaydaları qorumaq , ictimaiyyətin hörmətini qazanmaq əvəzinə öz nəfəslərini güdürlər . Yusif Vəzir Çəmənzəminli " Zakirin inqilabi əndişəsi " məqaləsində yazır : " Asayişi " tə' min etməyə tə'yin olunan çar mə'murları Zakirin iztirablarını təskin etməyə müstəid deyirlər. Bali keyfə məşğul, murovlar rüşvətxor, bütün mə'murlar şərab bə kart düşkünü. Burokratizm çar idarəsini süst və durğun bir hala gətirmişdir " . ( Respublika Əlyazmaları fondu , Çəmənzəminlinin arxivi , inb. N 329.) .
Şair kinayə ilə yazırdı :
MaşşaAllah , gecə-gündüz valimiz
Çalır partapiyan , oynayır biliart.
İş tək bununla bitsəydi , dərd yarı idi. Onun əxlaqca pozğunluğu , şairin qənaətlərinə görə , ölkədə ictimai bəlaların , o cümlədən quldurluqun artması üçün şərait yaradır.
Qüttaüttəriqin işləyib nəqşi ,
Rəhzənlərə vardır xudanın bəxşi ,
Vilayəti viran eylədi yaxşı ,
Bir qafilu piyan , bir maili-kart.

Zakir ictimai və siyasi məsələlərə də açıq gözlə baxır , hər cür üfunət yayan yaraların sağalmasına , sağalmadıqda isə məhv edilməsinə çalışır , " məzlumun qanını içənlərə " nifrət edir və qənim kəsilir. Şairin yerli çar hakimləri ( Tarxan Mauravov , Xandəmirov və b.) haqqında yazdığı satiralar , bir də ona görə əhəmiyyətlidir ki, bunlar konkretlikdə çıxıb , ümumi məna kəs edir , tipik şəraitin tipik lövhələri kimi nəzərimizdə canlanır . Məsələn : Qarabağa hakimlik edən Tarxan Mauravov şair " haqisi-nadan" , " fəsad törədən " , " zəlalət yolu tutan " kimi sifətləndirdikdən sonra söyləyirdi :


Bir hizə edib külli Qarabağı muhəvvəl.


Kim , lə'l ilə xərmöhrəjə bilməz verə tövfir.
Şərh eyləməyə qorxuram amma ki , rəvadır
Məcnun kimi daim vurula payimə zəncir.

Başqa bir yerdə çar hakimləri haqqında şair deyirdi :


Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövləti , malı,
XanDəmirov çaldı , çapdı mahalı ,
O ki var tutub özün qurumsaq.

Məgər " dövləti , malı əndazədən " çıxan , mahalı " çapıb-talayan " tarxanlar , Yarımsaqqallar , Xandəmirovlar , " keçən qurumsağlar " təkcə Zakirin yaşadıqı nahiyyədəmi hökümranlıq taxtına əyləşib qılınclarını sağa da , sola da hərlədirdilər ? Xeyr , bu , geniş zəhmətkeş xalqa çox daha oturan elə bir ictimai bəla idi ki , taun kimi ölkənin hər yerinə yayılmışdı. Dövrün Zakir kimi gözüaçığ ziyalıları yerli çar hakimlərinin xalqın " gününün qara əksinə bükdüklərindən " , sonsuz zorakılığ və qarətçiliklərdən qəzəblə yazır , ya da acı-acı şikayətlənirdilər. Zakirin müasiri Şakir də ölkədə " oğrunun hər birinin bir xana döndərən " , " vilayəti dağıdıb viran edən " yerli çar hakimləri haqqında eyni qəzəblə yazırdı :


Bu nə qubernator, bu neçə Sərdar,
Dağılıb vilayət , oldu tarumar,
Cildlənibdir rüşvətə murovlar ,
Xalqın işi ahu əfqanə dönüb.

Zakir , nəhayət bu qərara gəlirdi ki , hər yoldan ötən məmləkəti çapıb-çala bilməz :


Nəçidir məmləkəti çala , çapa dana-doluq ,
Əhli-divan ona hərgah decə kim , dincəl.

F. Qasımzadə şairin hökümət başçılığlarına olan mənfi münasibətinin nə ilə əlaqədar olduğunu doğru göstərərək yazır : " Zakirin hökümət başçılarına qarşı ... şiddətli etirazlarında əzilən məzlum kütlələrin etirazı ifadə olunmuşdur . Onun bir xalq satirik şairi kimi görüş və arzuları xalqın nöqteyi-nəzərilə birləşmişdir" . ( F. Qasımzadə . XIX əsr Azərbaycan ədəbiyyatında pealist-demokratik cərəyanın inkişafı tarixi , doktorluq dissertasiyası , Bakı , S.M Kirov adına ADU , 1955 , səh. 330. ).


Zakir satirasının əsas atəş hədəflərindən biri özbaşınaçılıq , rüşvətxorluğ , hər cür dələduzluğla dolu olan çar idarə və məhkəmələridir. Şairi qəzəbləndirən o idi ki , yaşadığı cəmiyyətdə idarə və məhkəmələrə də soxulmuş , " qanunu " qorumaq əvəzinə ölkədə cinayətin , şərarətin , " buxlu həsədin " həddən aşması üçün şərait yaratmışlar .

Onun :

" Kün kimi tutub aləmi bu şöhrəti biça :
Divan əmələçatına yox ədldə həmta".

- beytilə başlayan məhşur satirası divanxanalardakı yalanı , hiyləni , " ədalət " pərdəsi altında törənən hər cür alçaq işləri qəzəb və açı bir kinayə ilə nəql edir. Həm də nəql etməklə qalmayıb , onların alçaq iş üsullarını , eybəcər daxili aləmlərin də açırdı. Biz eyni motivlərə şairin " həcv divanbəyiha" adlı şeirində də rast gəlinir. Zakir həmin həcvində Nəcirbəy adlı birisinin simasında divanbəylərin ərizə verənləri " çarəsi tapılmaz dərdə " saldıqlarını , " genədə bir zakuska yemələrini " açıb göstərir.


İstər Azərbaycanın Rusiyaya birləşdirilməsindən əvvəlki qanlığlar dövründə , istərsə də çar hakimiyyəti illərində zəhmətkeş xalqı təngə gətirən məhkəmələrin " gözəl " işləri , axmaq tədqiqat üsulları haqqında xalq arasında çoxlu lətifələr yaranmışdır. Həmin lətifələrində birinin M.F. Axundov " Vəzirixani-Lənkəran " komediyasına böyük bacarıqla səhnələşdirilmişdir.
Şuşa xanı haqqında olan bir lətifədə deyilir :
Bir kasıb kəndli qadın, satmaq üçün şəhərə süd gətirirmiş. Yolda ona rast gələn bir kişi qadının əlindən süd dolu satılı alır və südü içir. Qadın xan məhkəməsinə şikayət edir. Südü içəni axtarıb tapırlar. Lakin kişi südü içdiyini danır , belə olduqda xan şikayətçiyə deyir :
- Mən həmin bu kişinin qanını yardırım , əgər orda süd olsa , südünün dəyərini verim , yox , əgər süd onun qanında olmasa , səni sıldırım qayalardan dərəyə atdıracam.
Qadın xanın həmin şərtilə razılaşır. Kişinin qanını yarırlar. Görürlər ki, doğurdan da südü o içib. Xan süd pulu olaraq qadına iki tənik verir.
Zakir dövründə həmin " möcüzələr" öz xarakterini dəyişərək, daha pis şəkil almışdı. Bu isə sənətkarı gördükləri haqqında, həyat haqqında həqiqəti yazmağa vadar edirdi . Şairi əsəbiləşdirən o idi ki , cinayət işlədənlər cəza çəkmir , sərbəst dolanıb gəzir həm də yenidən cinayət üstünə cinayət artırırlar. Gördüklərindən dəhşətə gələn şair alovlanırdı :
Yüz təşnələbi-qəhr olasan , xadimi-dövlət
Verməz bir içim su sənə atmaya dərya,
Simu-zər ilə doldurasan ta gərək ovçun ,
Ondan sonra zahir qıla şayəd yədi-beyza.
Xadimi dövlət bu sifətlərə malik olduğu bir zamanda həqiqət ədalət hansı yolda qalib gələ bilər .?
Şairə görə , bu yol o qədər qaranlığ , həm də o qədər dolaşıqdır ki, burada " tora düşənin xilası müşküldür " . Divan əmaləçatı şairin gözündə əzraildən daha betərdir . Zakirə görə " cahan içrə " bunlar kimi məxluq yoxdur. Qanun-qaydanı " qoruyan " bu həşərat sürüsü " yeksər həmə təmmau bədətvaru dilazar " dırlar. Yazıq o adamın halına ki , bunların əlinə düşə . Tora düşənin şirəsini sormayınca ondan əl çəkməzlər . Şair " tora düşənlərdən " birinin başına gətirilən oyunlardan da qısaca danışır . Hansı Qurban adlı , böyük mal-qara sahibi , varlı-dövlətli bir şəxsi " divan əməliyyatçı " o kökə salır ki , axırda qonşu kəndə getmək üçün bir yabı da tapmır .
Şair bu qənaətə gəlir ki , belə bir mühitdə çirkin ehtisarlar hər şeyi , insanlığı da , nəçabəti də , əqli də məhv edir , humanist hissələri öldürür , daha doğrusu , insanı insanlığdan çıxarıb onu vəhşi edir .
Divanxanalardakı süründürməçiliklər adi bir hal allıqı üçün , o dövrün bir çox sənətkarlarının da nəzərini cəlb etmişdir. Zakir yazdıqda ki , " ... ariz üçün və'deyi-fərda , pəsi fərda " və yaxud :
Yazıq ol kim , düşə - karı dəri - müçməlkarə ,
Nə qədər var həyatın , deyəcəkdir get , gəl .
- Deməyə onun əsası var idi . Əgər bir tərəfdən özü qardaşı oğlu Bedbudun əhvalatı ilə əlaqədar olaraq divanxanadakı alçaq işlərin şəxsən şahidi olmuşdusa , digər tərəfdən də bir sənətkar kimi eyni vicdansız hərəkətlərin təkcə yaşadığı nahiyyədə deyil , bütün ölkədə olduğunu müşahidə etmişdir . Şair yazırdı ki , mən " keyfiyyəti-məlumdan ötrü " bir neçə şəhəri " seyri-tamaşa " etmişəm , divanxanaların adı " quru icmdən " başqa bir şey deyildir .
Eyni motivi biz həmin dövrdə yaşayıb-yaradan Mirzə Baxış Nadimin , Mirzə Nəbi Qaib oqlu Fədainin də şeirlərində görürük. M.B. Nadim yazırdı :
Kəsmişəm qapısını İçz ilə mən İvanın ,
Məgər eşitmirdilər zavtrasın divanını .
Başqa bir yerdə yenə deyirdi :
Düşmənin tənə sözü , həm urusun zavtrası
Bağrımı parə edib , qoymayıb aramu qərar .
Fədan bir neçə şeirində çar məmurlarını zəhmətkeş xalqa münasibətini bildirməklə ərizəçinin necə də heyvana tay edilməsinin ürək ağrısı ilə qələmə alınırdı . O , divanxanadaki ağaların əxlaqını başqa yolla ifşa edirdi :
Ağ iti qaraquş deyib çağırır ,
Qandırmaz mətləbi bar-bar bağırır ,
Ərizəçiyə belə söyür çığırır :
Hə ponyal menya skotin , sovak .
Divanxanalardakı süründürmələri M.F.Axundov da çox gözəl təsvir etmişdir.«Hacı Qara» komediyasında, dördüncü məclisdə, əkinçi ermənilərdən birinin Hacı Qaraya dediyi sadə sözlər divanxanaların iş üsullarını ifşa etmirmi? “A kişi, səni görək könlün şad olub, üzün gülməsin ki, bizi nahaq yerə müasibətə saldın. Kim bilsin indi silistdən havaxt qurtarcağıq? Urusun silisti beş ilə qutarmaz. Taxılımızı kim yığacaq, xırmanınızı kim döyəcək. Ax-ax!”.
Zakir divanxanalardakı süründürmələri, çox original satiric tərzdə, bu cür səciyyələndirirdi:
Ərzə verə bir adamın pədəri,
Fərzəndinə olmaz zahir əsəri.
Yetmiş ildən sonra nəvvadələri
Məgər ondan tapa bir pahi-nicat.
Şairin " divan əmələçatı " haqqında , gəldiyi nəticə çox aydın idi . O da maraqlıdır ki , Azərbaycanrus ədəbi əlaqələrini səylə öyrənən tədqiqatçılar ümumiyyətlə rus satirası , xüsusən Qoqol satirası və konkret olaraq " mufəttiş " , " Əlu çanqal " əsərlərinin ümumi ruhu ilə Zakirin " divan əməliyyatına " münasibəti arasında oxşar cəhətlər görməkdə yanılmırlar . Onlar tarixi şəraitlə " ədəbi səsləşməni " təsdiq etməklə çar üsul-idarəsinə qarşı mübarizənin ümumi ədəbi-bədii fikirdə də özünə qanuni yer tutduğunu təsdiq etmiş olurlar .
Əlbəttə , şair həmin həqiqəti söylərkən gördüklərinə əsaslanırdı . O , çarizmin istilasından əvvəlki dövür də görüşdü . Zəhmətkeş xalqı soyanların sırasında yeni " həşaratların" (komendant , kvartal , pristav, naçalnik və s . ) əlavə olunduğunu və bu səbəbdən də ölkəni dolduran inzibati iradələrdə işlərin daha da dolaşığa düşdüyünü yazırdı :

Düşübdü təxirə vilayət işi ,


Tutubdu əlami çəmu təşvişi ,
Məsləhətə bəsdir beş-altı kişi ,
Dəxi nə lazımdır munça həşərat.

Yeri gəlmişkən qeyd etməli ki , Zakir :


" Divan demə , hərkiz buna kim afəti-candır " ,


Mən söyləmədim , nola ki , şəhuri - cahandır " .

- Yazdığda Fizulinin " Leyli və Məcnun " poemasındakı məşhur :


Can vermə qəmi-eşqə ki , eşq afəti-candır ,


Eşq afəti-can olduğu məşhuri - cahandır !

- qəzəlinin nəzərdə tutur . Zakir , həmin qəzəlin formasında satira üçün , gülüş üçün istifadə edir . Forma həmin formadır , amma məzmun tamamilə başqadır . Sabir həmin qəzələ nəzirə olaraq yazdığı :


Təhsilini - zülüm etmə ki , elm afəti-candır ,


həm əqlə ziyandır ;
Elm afəti-can olduğu məhşuri - cahandır ,
Mə'rufi zamandır .

- şeirində yenə əsasən həmin formanı saxlanmışdır . İstər Zakir , istərsə də Sabir yaşadığları cəmiyyətdə gördükləri nöqsanları qırmançılamağ üçün çox münasib bir üsul tapmışlar . O da ciddi xarakterli şerlərlə kinayə , məxsərə ruhul nəzirələr yazmağ üsuludur . Fizulinin yuxarıda adını çəkdiyimiz qəzəlini , demək olar ki , nəinki təkcə savadlılar , eləcə də savadsızlar əzbər bilir və çox ciddi mənalandıdırlar . Həmin qəzəlin formasında car divanxanalarının , yaxud da təhsili , elim qiymətləndirməyənlərin satira atəşinə tutulduğu , onların məsxərəyə qoyulduğunu görən oxucunun istər-istəməz dodağları qaçır , kinayəli bir gülüşlə gülür .


Zakirə elə gəlirdi ki , cəmiyyətdəki özbaşınalığdan çarın və ya da canişinin xəbəri yoxdur . Şairin fikrinə görə , əgər yuxarıda əyləşənlər törənən cinayətlərdən xəbər tutarlarsa , ədalət haqsızlığa və rəzalətə qalib gələ bilər . Yaşadığı şəraitlə əlaqədar olaraq , şair başa düşə bilmirdi ki , mütləqiyyət quruluşu durduğca kəmiyyətdə də hər cür özbaşınaçılığ , dələduzluğ höküm sürəcəkdir . Ümidi hər yerdən kəsilən şair " dövləti - ali " dən nicat gözləyir .
Haqq özü şahiddir , dövləti-ali
Bu qədər deyildir ədldən xali.

Şair 24 oktyabr 1850 - ci ildə general - leytenant Behbudova yazdığı ərizədə yenə " dövləti - aliyənin ədalət - mürvətinə və zakonuna xatircəm " olduğunu bildirir və onunla " padşahi - aləmpənahın biriya və qədimi olan zakonu ilə və ədalətilə rəftar oluncağına " ümid bəsləyirdi . Biz eyni vəziyyəti zakirin başqa müasirlərində də görürük . Məsələn , Şakir özünün Zakirə , Kənçümaqaya yazdığı mənzum məktublarında ölkənin " əqli - kəmlər " əlində dağıldığını , " oğrunun doğrunu basdığını " , " gədə - güdələrin sahibi - ixtiyar " olduqlarını , zülmün çoxluğundan xalqın öz elini , obasını tərk etdiyini , koxa və məliklərin soyğunçuluğlarını , oğruların " vilayəti - viran " qoyduğlarını ürəyi yana - yana söylədikdən sonra , çıxış yolunu carın yaşadığı Peterburqa ərizə yazmağda görürdü .


Gərək o söhbəti , qilu - qalı mən ,


Bilməmişdim , indi oldum halı mən ,
Yazıvan müfəssəl bu əhvalı mən .
Göndərim Piterə genəndə Qıtar .

Lakin bütün bunlarla bərabər Zakir , bəzən , aydın nəticələrə gəlirdi :


Puh verdi vəzirə bəxti ziyadə ,


Fili - sərkeş cövlan edir aradə ,
Atın kuzərkahın kəsib piyadə .
Fərzdir şah ola qəm evində mat .
Şair inanırdı ki , özbaşınalığın , hərçmərçliyin hökm sürdüyü bir ölkə alt-üst olub , yiyəsi də mat ola bilər .
***
Zakirin realist və satirik şeirlərinin ifşa dairəsi genişdir . Onun əsərləri tək car çinovniklərini , yerli bəyləri , ruhaniləri tənqid etməklə məhdudlaşmır . Həm də cəmiyyətin ayrı - ayrı üzvlərini : özünü həkim və nüsxədən hesab edən parazitləri , xəbis təbiətli tacirləri , baqqalları , pinəçi və qovurmaçıdan tutmuş darqa və kvartallarla qədər hamını , malik olduğları alçağ sifətlərilə oxucuya tanıtdırır .
Şair yaşadığı dövrə nifrətini özünəməxsus bir üsulla ayrı - ayrı tüfeylilələrin fəaliyyətini təsvirlə bildirir . O , " faktların eybəcərliyini " aşkara çıxarır və tipikləşdirir . Həmin " eybəcər faktlar " şairin realist və satirik əsərlərində diqqəti daha çox cəlb edir .
Bu cəhətdən onun M . F . Axundova yazdığı dördüncü məktubu və " təbibləri həcv " adlı əsərləri də maraqlıdır .
Bu şeirlərdə qəzəb , kinayə , gülüş və həm də aldadılana , əzilənə , başqa sözlə desək , avam və yoxsul xalqa məhəbbət duyğusu da güclüdür . Şairin əsərlərində " fisqu ficuru həddən aşıranlar " içərisində adı təbib özləri F . Köçərli dediyi kimi , " Əzrail ortaqları " olanlar xüsusilə fərqlənirlər .
" Təbibləri həcv " şe'ri şair tərəfindən həcv adlansa da satiradır . Bu şer məhz həkim və nüsxədən adlanan fitnəkarların tipik sifətlərini , xüsusiyyətlərini ümumiləşdirdiyi üçün qiymətlidir. Yazıçı həkim və nüsxəbəndləri ələ salır , onların əməllərinə gülüb , həm də tək istehza etmir , qəzəblənir də . Niyə ? Şairin dililə desək,bu 《ölüm carçıları》özlərini Ərəstü,Sokrat hesab etdikləri halda 《zındıq》dan başqa bir şey deyildir.Zakir həmin 《zındıq》ların fikirləri və əməlləri arasında fərqi göstərmək,onları ifşa etmək üçün şe'rdə maraqlı bir üsuldantəzaddan məharətlə istifadə edir ki,bu da hədəfə qarşı gülüşü daha da gücləndirir.Şair yazır:

Tiryak yedirirlər,hər kim olsa diqq,


Zəifdən aldırır xuni-basəliq.
Diqq(vərərm)xəstəliyinə tiryəklə müalicə,həm də zəif xəstədən qan almaq,görə-görə,bilə-bilə xəstəni qəbrə göndərmək deməkdir.Şair bu yolla onların kim olduqlarını,nə üçün də belə etdiklərini şərh edir və göstərir ki,《falicə qürsi-təbaşir》,《müstəsqiyə abi-kasni》,《bəlqəmə töxmi-xiyar》verən bu hakimlər,tibbdə《şeşi şiş》oxuyan nüsxəbəndlər və eləcə də bu işdə onlarla 《tapışan》,《çapışan》molla,dərvişlər başqa bir məqsəd də güdürlər ki, bu daha dəhşətlidir.O da quldurlar dəstəsinin öz cibləri xatirinə,xəstəliyi uzatmaq və beləliklə də xəstə sahibini 《üçqat,dörd qat çapmaq》,sonra isə ölüm mərasimi ilə əlaqədar olan bollu gəlir,ehsan və sair büsatlar!Bax,əsl məqsəd xəstəni sağaltmaq deyil,yaşadığı cəmiyyət,həyat üçün tipik olan və geniş xalq kütlələri üçün faciədən başqa bir şey olmayan bu cür dəhşətlərə göz yuma bilməzdi.Belə ki,Zakirin idealı ilə ictimai varlıq arasındakı ziddiyyətin özu şairin istehza mənbələrindən biri idi.Onun ələ saldığı,lağa qoyduğu adamlar duyğu və düşüncələrilə şairin əxlaqı görüşləri tam ziddiyət təşkil edirdi.Həmin adamların《fəaliyyəti》şairi dəhşətə gətirirdi.Onlar vilayətdə qardaş qanı axıdır,hər cür rəzalətə yol verirdilər.Şairə görə,həmin təbiblər xəstənin yoxsul,fağır olmasını nəzərə almaz,《ya on tümən pul gərəkdir,ya bir at》deyib ayaqlarını yerə döyər,tələblərini yerinə yetirməmiş xəstə yiyəsinin böğazından əl çəkməzlər.Havayı gəlirlə baş gəlməyin asan olduğunu görən bir çox məsləksizlər də,şair dediyi kimi,《çölün cəngəlindən yağıb》təbib adı ilə meydana gəlir və 《özü kimi bir anlamazı tapıb》işə başlayır.Həmin adamlar《Tibb-Yusif》kimi bir sıra köhnə təbabət kitablarının adını eşidiblərsə də üzünü görməyiblər.Bu hal şairi əsəbiləşdirir.Bütü bu oyunbazlıqar,hoqqabazlıqlar nə ilə nəticələnirdi?Şair yazırdı
Qələnin adamı yetdi yarıya ,
Necə ki , qoyuna qurd darıya ,
Az çəkər ki , məzar dəyər barıya .
Bu növ ilə eyləsələr hərəkat .

Bu elə bir xalq faciəsi idi ki , nəinki tək Zakir , ondan sonra gələn böyük mütəfəkkir və yazılarımızın demək olar ki , hamısı zəhmətkeş kütlə üçün böyük bəla olan həmin məsələdən ürəkləri odlana - odlana danışmışlar .


M.F. Axundovun " hekayəti Molla İbrahim Xəlil kimyakər " komediyasında şair hacı Nuru həkim Ağa Zamana deyir ki , " ... sən ona ( dəlləkliyini . — M.K. ) razı olmayıb , Tiflis dəlləkləri kimi , istədin ki , həkimlikdə dəxi şöhrət edəsən . Olur bir qəbirstanlıq adam qırdın ... İndi nə dəlləksən , nə həkim ... Necə gərrə mən sənə dedim ki , rus həkiminin yanına gedib barı qızdırma müalicə etməkdən əl çək , qarpız suyu ilə qızdırma müalicə etməkdən əl çək , sözümə qulaq asmadın ..
" .
Axundov bu sətirlərdə xalqın fəlakətini əks etdirmişdir . O , 1870 - ci ildə yazdığı məktubların birində dərin kədər yazırdı : " ... Bizim bəzi kitablarımız da vardır ki , onları öz əlimizlə ya odda jandarmalı , ya da böyük çaylara atmalıyığ . Məsələn : köhnə təbabətə dair əsərlər . Çünki bu kitabların sayəsində yüz minlərlə günahsız adam yalanı həkimlərin ədilə öz təbii əcəlləri çatmadan həlak olur ". Burada da o , özünü həkim hesab edən fırıldaqçıların xalqa zidd əməllərini xatırlamırdı .!? Böyük mütəfəkkir istehza ilə deyirdi . " ... Bir halda ki , bizim həkimlərimiz xəstələri otlarla müalicə edirlər , bizim tibb elminə nə ehtiyacımız ola bilər .? Bundan başqa , Allaha Şükür , biz məhkəm inanırıq ki , xəstənin ölməsi və sağalması Allahın öz məsləhətindən asılıdır " .
Bunları deməklə yazıçı cəhalətlə gözləri yumulmuş avam xalq kütləsinin ümumi faciəsinin göstərirdi. Ə. haqverdiyev , " böyük çaylara atılmalı " kitablardan biri olan " Cameuddəvat " kitabına rişxənd edib " can nüsxəsində " yazırdı : " 1. Rubbisus — on misqal , 2. Əfyun — on misqal , 3 . Əfrəfyun — beş misqal , 4 . Tiryək — on dörd misqal , 5 . Zəfəran - beş misqal , 6. Arəqrəhra — beş misal , 7 . Zəncəfil — beş misqal , 8 . Zəncəfil — beş misqal . 9. Filfili - hindi — uc misqal , 10. Əsəl — bəqədri - kifayə " .

Göstərilənləri qələmə almaqla haqverdiyev həmin qazımsız və faydasız kitablara və onları etibarlı bir mənbə hesab edən " danabaşlara " acı-acı gülürdü .


Məgər Sabir " Əzrailin istefası " şerində həkimlərin əlindən dad çəkən və onların fəaliyyəti nəticəsində " istefaya " çıxmaq üçün ALLAHA ərizə yazan Əzrailin dililə deməkdi ki :

Mən edincə hələ bir ölməli bimarı həlak ,


O alır ölməməli min nəfərin canını pak.

— " zalim " , " Əzrail ortaqlısı " olan həmin təbiblərin fəaliyyətlərinin ələ salmırdımı .!?


Başqa tərəfdən də başlayanda ilk dəfə həkim istəməsi və həm də özünün " həkimlik oxumağa getməsi " , Çingizin ( " Eşq və intiqam " ) həkimliyi qurtardıqdan sonra kəndə qayıdıb , " kəndlilərə kömək " etmək idealı müsibətlərlə dolu real həyatın öz tələbi idi ki , qabaqcıl sənətkarları bu vacib bir məsələ düşündürürdü .
Zakir " Təbibləri həcv " şeirində türkəçarə müalicə üsulunun və onun acı nəticələrinin də ciddi şəkildə tənqid etmişdir . O , həmin tibbə zidd üsulla müalicə edənləri " anlamaz " adlandırmış , şerdə onlardan bir neçəsinin ( Bağır oğlu Məhəmməd , Məşədi hacı , Əliqulu , Muqim , Çəmənli Cəfər və s. ) adını çəkmiş və sanki xalqa xəbərdarlıq şəklində bildirmişdir ki , tez tələf olmaqla üçün onlardan ehtiyatlı dolanın .
Türkəçarə müalicə üsullarının dəhşətli mənzərəli ilə biz bir çox bədii əsərlərdə rastlaşırıq .
Böyük rus şairi H.A. Nekrasovun " Şaxta - çovqun , qırmızı burun " poemasında Proklin adlı xəstə kəndlinin türkəçarə yolu ilə müalicə olunmasının və bunun nəticəsində ölməsinin çox acınacaqlı təsvirilə üzləşirik . Türkəçarə müalicə üsulunun ağır səhnələrin və həm də dəhşətli nəticələrini H.B. Zərdabi , H. Nəvə həm də dəhşətli nəticələrini H.B.Zərdabi , H. Hərimanov , Ç . Məhhədquluzadə , M.Ə.Sabir , Ə Haqverdiyev A . Şaiq kimi tərəqqipərvər sənətkarların əsərlərində və aşığ şerində də görükürük. Zakir adlarını çəkdiyimiz sənətkarlardan hələ çox əvvəl öz dövrünün qabaqcıl bir nümayəndəsi kimi yaşadığı həyatda tükənməz dərdlər mənbəyindən birini təşkil edən və ölkədə faciələrin səbəbkarları kimi tanınan hakimlərin insanı qıran mikroblardan başqa bir şey olmadıqlarını istehza və qəzəblə tənqid və ifşa edirdi.
Zakirin M.F.Axundovun yazdığı dördüncü məktubu,tənqid və ifşanın əhatə dairəsinin genişliyi ilə üç birinci məktubundan fərqlənir.Burada ictimai həyatın geniş in'ikası ilə yanaşı olaraq《fisqü fücuru həddən aşıran》tüfeyli təbəqələr cəsarətlə ifşa olunurdu.Şe'rdəki tipikləşdirmə və ümumiləşdirmə onun məzmununu daha da zənginləşdirmişdir.Şair yazırdı:
Həddən aşıb bu viladə şərarət,
Hər kim bir iş görə puluna minnət.
Mu qədəri yoxdur ədlü ədalət,
Və lakinşəhəri şöhrəti bicayə bir bax.
Ölkədə 《şərarəti həddən aşıranın》kimlər olduğunu şairin əsərlərindən çox yaxşı bilirik.Çar çinovnikləri,ruhani cildinə girmiş riyakarlar və yerlərindən başqa daha bir çox tüfeylilər vardır ki,bunlad feodal şəraiti üçün tipik obrazlar silsiləsi təşkil edirlər.Zakir realist bir sənətkar kimi həmin tüfeylilərin cəmiyyət üçün, yaşayış üçün zərərli olduqlarını görür və dərdıənirdi.Bu dərdlər öz dövrünü adamlarına yaxşı bələd olan həssa sənətkarın şüuruna dərin tə'sir göstərirdi
Şairin tüfeylilər silsiləsinə daxil olan və eləcə də atəş hədəflərindən biri,aşıq molla Cumanın dili ilə desək, 《hansı...tacirə bir tümən berib, hesab zamanı ondan bir fulus artıq almaü olar? Əksinə,ço ehtiyatlı olmaq lazım gəlir ki,o tacir başlaqalarını aldatmasın》
Zakir çox yığcam, qısa şəkildə tacirlər üçün səciyyəvi olan 《aldatmaq》 sifətini belə qələmə alırdı:
[14:55, 19.05.2022] Samirə: Səhra mərdumunu şəhr görcək,
Yalvarıb yapışıb oturdur çömlək,
Beş arşıbda sürtüşdürər üç çərək,
Tacirə seyr eylə,bir bax.
Başqa bir yerdə yenə yazırdı:
Sürçüdür arşını fərzənd nəhan əhyana,
Müştəri görsə açar başına yüz qalu məqal.
Şairin təsvir etdiyi kimi,əvvəl müştəriyə yalvarmaq, sonra onun başına 《yüz qalu məqal》 açmaq,《arşında sürüşdürmək》 və aldatmaq, demək olar ki, bütün alçaq tacirlərin tipik xüsusiyyəti olmuşdur.Və yaxud tacirin əməl qardaşı olan baqqalın təsvirinə diqqət edək:
Baqqal qoyar tərəziyə imanın,
əsəl qiymətinə sətar ayranın,
Qudurmuş it kimi tutar dörd yanın ,
Deyən yoxdur ali-əbayə bir bax.
Birinci üç misrada şair çox gözəl, real bir lövhə yaratmışdır.Biz bu lövhədə baqqal dükanı və onun içində müştərisizlikdə qanı qaralmış bir məşədini, ya da kərbəlayını narahat halda oturmuş vəziyyətdə görürük.Malı,məsələn qatığı işə getmədiyi üçün o hislənmiş, ətrafındakıları da 《qudurmuş it kimi》 tutur. Nə üçün onun ayranı işə getmir? Ona görə ki, bahaçıldır, ayrandan bal nəfi götürmək istəyir.Lakin həmişə belə olmur, tək-tük əlacsız müştərilər də bu dükana tərəf yönəlirlər. O zaman məşədi-baqqal bir kirvənkə qatıq satmaq üçün dərindən-qabıqdan çıxır, ata-babasını, buna üstəlik olaraq da 《imanın》tərəziyə qoyur, başqa sözlə desək, qatıqla bərabər bütün vicdanınıda qara pula satır.lakin sevinir.Ona görə sevinir ki, müştərini aldatmışdır! Bax şairi, əsəbiləşdirən də budur! Sənətkar ölkədəki başıpozuqluğu dəfələrlə göstərmiş, hətta hakim quruluşa qarşı qəzəbini də bildirmişdir.Lakin nə etmək? Şairi bu suala cavab tapmaqda çətinlik çəkir.Bir də ona görə çətinlik çəkir ki,《ötrü-ötrü》,《apar-apar》zamanıdır.Ölkıni talan edənlər arasında darğa və kvartallar da vardır.Onların əsas məşğuliyyəti nədir? Şair cavab verirdi:
Dolanır bazarı darqa , kvartal ,
Döyüb sənətkarı , yoldurur saqqal ,
Gecə get cibinə beş-on manat sal ,
Gündüz gəlib nırxa , bahayə bir bax.
Həmin dörd misrada şair keçmiş Azərbaycan həyatı üçün səciyyəvi olan bir xüsusiyyəti də ümumiləşdirilmişdir. O da bundan ibarətdir ki , bazar ağalarının, yəni darqa və kvartalların özbaşınalığı , " burada mənəm , Bağdadda kor xəlifə " olmalıdır . Şair onların açığ və gizli əməllərini satira dililə həmvətənlərinə başa salırdı . İş gör nə yerə gəlibdir ki , pinəçi də , qovurmaçı da qudurub , " vərəq oynuna imperial " tökür . Bütün bunlar zəhmətkeş xalq üçün bəla idi . Zakir realist tiplərin fərdi xüsusiyyətləri ilə yanaşı , onların ümumi , ictimai xüsusiyyətlərini də birləşdirirdi . O da həmin tüfeylilərin əməkçi , dinc xalqa bəla olmalıdır . Əməkçi xalqın təhqir olunmasına dözə bilməyən şair ölkədə hər cür özbaşınaçılığ törədənləri tənqid və ifşa edərkən də xalqı , onun duçar olunduğu dərdləri düşünürdü . Əlbəttə, xalqın dərdini , kədərini , iztirabını , əzab , əziyyətlərini dərk və ifadə etmək qabiliyyəti heç də hər sənətkarda yoxdur . Zakir isə çox həssas sənətkar idi . Onun fikrincə , cəllad təbiətli bəylərdən tutmuş qudurqan darqalara qədər , bütün tüfeylilər xalqın qənimidirlər . Sənətkar qubernatordan tutmuş ixtiyari intəhasız olan bəy və qazilərə qədər hamısının zəhmətkeş xalqa , vətənə bəla kəsildiyinə münasibətini qısa və aydın şəkildə belə ifadə edirdi :
Bu əhldən sinədaqam , sinədaq
Şair bununla da kifayətlənmirdi . O , qoluzorluların ağalığ dünyasının rəzalətlərinə , yalanlarına qarşı üsyan qaldırırdı :
Doğruluğ qalmayıb əsla bu fəna aləmdə ,
Sərnikun ola , görüm belə yaman dövranı .!
Bu səpkidə lənətlər yağdıran sənətkar vətəndaşşair kimi ürəyini boşaldırdı . Onun acı gülüşlərində müsbət ideal , vətəndaş kədəri var idi.
Vətənin vətandaşlarını hər cür bəladan azad görmək , insanın insan kimi yaşamasını görmək istəyi şairdə güclü idi . Başqa sözlə desək , ümumxalq xoşbəxtliyi satrik sənətkarın idealı idi . O, ədəbiyyatşünas S. Mümtazın sözləri ilə desək, " doğma yurdu Azərbaycanı dərdinə yanıb-yaxılan qəhrəman şairlərmizin biri olmuşdur " .
Beləliklə, deyə bilərik ki , Zakirin satirası yaşadığı tarixi şəraitin məhsulu olmağla bərabər , XIX əsrə qədər inkişaf edib gələn ictimai və bədii təfəkkürlə də sıx əlaqədardır . Zakir bir sənətkar kimi , həyatda fəal münasibət nöqteyi-nəzərdən də klassiklərimizin bir çoxundan fərqlənirdi . Vaqif yaradıcılığındakı realizm Zakirdə bullurlaşdı , həyatı qüvvəsini artırdı , ictimai həyatla daha sıx bağlandı . O , feodal Azərbaycan həyatının bir çox ziddiyətini , yaşadığı ictimai mühiti əsas cəhətlərini şer , sənət dili ilə ifadə etdi. Zakir realixmində tənqidi cəhətlər xüsusilə seçilir . Zakir xalça xidmət üçün , sələflərindən fərqli olaraq , sənətdə tənqidi və satirik xüsusiyyətləri daha da qüvvətləndirdi . İctimai haqsızlığa qarşı amansız və mübariz olmağ ruhu Zakirin realist və satirik şeirlərinin diqqəti cəlb edən xüsusiyyətlərindir . Şairin , əsasən , ifşası ruhda olan realizmi , dövtələb və kəskin satirası , yaradıldığında xalq həyatına yaxınlığ , feodal təhkimçi mühitdə olan nöqsanlara dərin istehsalı münasibət onu çox hallarda müasirlərindən ayırır . Zakir eləcə də öz sənətininin eləcədə gözəl məziyyətləri :
həyatiliyi , aktuallığı , dildə xəlqiliyi , folklordan sənətkarcasına istifadə etməsi ilə də diqqəti cəlb edir . Onun dost tutduğu mütəfəkkir yazıçı M.F.Axondova və eləcə də Axundovun ona olan müsbət təsirini də inkar etmək olmaz . Ə. Mirəhmədov yazdığı kimi , " bu iki yazıçı arasındakı dostluq onların öz yaradıçılığı inkişafına və ümumiyyətlə Azərbaycanda realist ədəbiyyatın , demokratik fikirlərin get-gedə güclənməsinə mühüm təsir göstərmişdir " .
( Ə . Mirəhmədov . XIX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafı məsələlərinə dair , Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərləri , IX cild , Bakı 1965 , səh . 81 ) .
Bütün bunlarla bərabər, yaşadığı ictimai-iqtisadi şəraitlə əlaqədar olaraq Zakirin yaradıcılığı ilə dünyagörüşü arasında müəyyən ziddiyyətlər də vardır. Belə ki şair bir tərəfdən istismara əsaslanan ictimai təbəqələri kəskin şəkildə rüsvay edir, mühitindəki eybəcərliklərə acı gülüşlə gülür, o biri tərəfdən də özünün bəy təbəqəsinə mənsub olduğunu unutmur. Bəzi hallarda bəylik imtiyazlarını müdafiə qalxırdı. O eyni zamanda dəfələrlə tənqid və ifşa etdiyi nöqsanlardan ümumiləşdirici nəticə çxarmaqda, həmin düzələsi mümkün olmayan nöqsanların ictimai və siyasi kökünü görməkdə çətinlik çəkirdi.

XALQ YARADICILIĞI İLƏ BAĞLILIQ


Qasım bəy Zakir ədəbi irsinin xalq yaradıcılığı ilə əlaqəsindən danışdıqda biz heç də təkçə onun xalq yaradıcılığından necə istifadə etməsinn nəzərdə tutmuruq. Dahi Nizami öz poemalarında yalnız xalq nağıl və əfsanələrindəki motivlərdənmi istifadə edib? Əlbəttə yox! Bununla yanaşı sənətkarın Zakirin xəlqiliyini şərtləndirən əsas amilləri də nəzərdən qaçırmamalıyıq. Sənətkar öz yaradıcılığında zəhmətkeş xalqın arzu və istəklərini necə əks etdirmişdir? O, xalq yaradıcılığı xəzinəsindən istifadə etmək yolu ilə öz yaradıcılığına nə əlavə etmişdir? Milli mədəniyyətin inkişafında onun rolu nədən ibarət olmuşdur? Xalq yaradıcılığındakı obrazları, əfsanələri hansı yeni fikir, yeni məzmunla əlaqələndirmiş və ya zənginləşdirmişdir? F. Enkels folklorun əhəmiyyəti, ayrı-ayrı sənətkarların ondan necə istifadə etmələri haqqında danışarkən göstərir ki, xalq poeziyası tükənməzdir, başqa-başqa epoxalarda hər bir sənətkar xalq poeziyasının başlıca cəhətlərini saxlamaqla, ondan öz dövrü üçün istifadə edə bilər.
Xalq yaradıcılığının tarixi daha qədimdir. Yazılı ədəbiyyatın böyük nümunələri olan « İliada» «Odisseya» (homer), «Şahnamə» (Nizami), «Pələng dərisi geymiş pəhləvan»(Şota Rustaveli) kimi dünya şöhrəti qazanmış ədəbi əsərlərin məzmunu da xalq ədəbiyyatı ilə əlaqədardır və hər bir sənətkar öz bacarığı dairəsində xalq yaradıcıllığından istifadə etmişdir.
Yazıçı zəhmətinin öz və ya çox ömr etmısinin əsas şərtlərindən biri də onun xalq yaradıcılığına münasibətindən asılıdır.O, yazıçılar ki xalq ədəbiyyatından qidalanır, ondan səmərəli şəkildə istifadə edirlər, onların əsərlərinin ömür də uzun olur.Kollektiv şifagi xalq yaradıcılığının əhəmiyyətindən bəhs edərkən Qorki göstərirdi ki, elə bir dahi sənətkar tapılmaz ki, onun ümumiləşmiş və dünyəvi şöhrət qazanmış tipi, ondan əvvəl nağıllarda və ya legendlarda olmasın.Bütün dövrlərin sənətkarları kollektiv xalq yaradıcılığının zəngin xəzinəsindən bəhrələnmişlər.
B. İ. Leninin xalq nəğmələri,xalq nağılları haqqındakı fikirləri də çox qiymətlidir. B. İ. lenin kollektiv xalq yaradıcılığını qiymətləndirərkən göstərir ki, xalq yaradıcılığı xalq psixologiyasını öyrənmək üçün ən maraqlı mənbələrdən biridir ki, çox zaman klassiklərimiz ondan iqlam almışlar.Böyük rus tənqidçisi Belinski Puşkindən danışarkən, xalq yaradıcılığından istifadəni şairin 《birinci müsbət cəhəti》hesab edirdi.
Xalq yaradıcılığı materialist təfəkkürünü məhsuludur və elə buna görə də real, xüsusiyyətlər daha çoxdur.Maksim qorki yazır:
《İbtidai mədəniyyət tarixçiləri, əmək prosesləri və qədim insanların ictimai həytındakı bütün hadisələrin məcmuyu ilə zəruri olaraq yaranan materilist təfəkkürün aydın əlamətlərin tamamilə diqqətsiz buraxmışlar.Bu əlamətlər bizə nağıllar və əfsanələr şəklindı gəlib çatmışdır》
Xalü ədəbiyyatı bir ona görə qiymətlidir ki, o, yarandığı gündən xalqda bərabər inkişaf etmiş,onun ələm və iztirablarının, istək arzularının, üçün və mə'nalı həyat təcrübəsini ən saf və ən səmi.

[20:59, 19.05.2022] Samirə: Əlbəttə , yaşadığları dövrün hər cür alçağ işlərinə qarşı narazılıçılığı bu şəkildə ifadə etmək üsulu klassik şerimizin xüsusiyyətlərindəndir .


Zakirin öz vətəninin keçmişinə həsr etdiyi " Bərdə xəbərləri " şeri ölkədə həddini aşmış dələduzluqları , " apar - aparı " , " ötür - ötürü " , " məzlumun zalim əlindən qan ağladını " görməmək və həmin dəhşətləri az müddət ərzində olsa da unutmağ üçün şair xəyalının bir anlığa qədim tarixə etdiyi səyahətin məhsuludur . F . Köçərli yazırdı :
" Şair siyasət qəsdilə " Tərtərbasana " ki Cavanşir mahalından ibarətdir , azim olur ki , o yerləri seyr edib , könül açılsın və Bərdə şəhərinin keçmişdəki şənlik və abadlanlığından bir əsər bölsün və bir müddət şüriş zamandan fariq və asudə olsun " .
" Şuriş zamandan faqir və asudə " olan şair azad nəfəs almağ eşqilə bərdəni kəzir , lakin çox məyus , peşman olur və dərdlərini söyləmək üçün yeganə həmdəm " bülbüli zarı axtarır :

Görsəm , xəbər alım bülbülü - zarı ,


Necə oldu ol güli - gülüstan , kəzim .

Deyim hansı munda gəzən gözəllər .?


Çayın kənarında tikilən ellər .?
Teyhulu meşələr , sonalı göllər .?
Yoxdu heç birindən bir nişan , kəzim , və s.
" Bülbüli-biçarə " də şairi təsdiq edir ki , haqqında çox gözəl sözlər eşitdiyi bu şəhərdə indi " şənlik ərəsi qalmayıb " .

Bundan sonra şair Bərdənin keçmiş dəbdəbəli günləri haqqında xeyli danışır . O nəyə əsaslanaraq Bərdəni bu qədər təriflənir . Şair yazır :


Adəti qanunun o diyarın mən


Görmüşəm yazıblar , xeyli müstəhsən .

Heç şübhəsiz ki , şair həmin sətirləri söylərkən Bərdənin keçmiş küllərinin ustalığla təsvir edən Hizamini də nəzərdə tuturdu . Zakir böyük bir təəssüf hissilə Bərdənin əvvəlki növraqını itirdiyini qələmə alır :


Hamamlara məsrəf olan aqçanı ,


Pozğun otaqları , üçün taçqanı ,
Yıxılan taqları , viran bağçanı ,
Xatirimə salıb , pərişan gəzim .
Beləliklə, şair 《pozğun otaqları》, 《yıxılan tağları》, 《uçuq tağçanı》, 《viran bağçanı》görərkən 《pərişan》olur, ürəyi qana dönür.Nizami xarabaya döndərilmiş bərdənin ədalət olarsa düzələcəyinə inanırsa, Zakir ədalətin olduğuma inanmır. Çünki o, gördüyünü görmüşdür:
Ədalət var idi bundan əzələ,
Yaman yerə yetib iş kələ-kələ
Həyatın get-gedə pisləşməsi qənaətinə gələn sənətkar 《hər bəlanın ALLAH işi olduğuna》, 《quranın buyurduğuna》əməl edilmədiyinə inanırdı və hər cür pozğunluğu, yaramaz hərəkətləri dindən üz döndərməklə bağlayırdı.Çıxış yolunu tapa bilməyən ziddiyətlər içərisində çırpınan və 《özgə əyyam idi əyyamidirin》söyləyən şair yenə ümidini 《qibleyi-hacət》ə bağlayır, 《üzünü imamzadəyə sürtür》. Bu aləmdən 《baş götürüb》qaçmaq istəyir və həm də keçən əyyamı yad edib ağlayır, 《sağlığına peşman》 olmuş kimi kədərlənirdi.Keçmiş həyyamı yad edib ağlamaq, keçmişdəki《ədaləti》yenidən arzulamaq Zakirin zəif cəhətlərindən idi.Digər tərəfdən də o, cəmiyyətin inkişaf qanunlarınl bilmirdi.Bu cəhətin özü də şakirin 《yaxşı》keçmişə müraciət etməsinə imkan yaradırdı.Əlbəttə, bununla belə Zakir əməkçi insanın hüququnu müdafiə edən, ictimai qüsurları amansız atəşə tutan humanist bir sənətkar idi.Şairdəki üsyankar ruh,Gördükləri hadislərə fəal müdaxilə, yeni fikirlərin tərənnümü, güclü cəhəti olaraq qalırdı.
Şairin dili
Zakir Vaqifdən sonra Azərbaycan bədii dilini daha yüksək pilləyə qaldırmağa çalışan ən görkəmli sənətkarlardan biridir.O, dil məsələlərinə də yaradıcı sənətkar kimi baxmış, şe'rin, sənətin xalqa xidmətini daima nəzərə almışdır.
Zakir əsərlərini geniş xalq kütlələrini başa düşdüyü bədii dillə yazmışdır.Elə bunun üçündür ki, M. F Axundov, F. Köçərli, Ə. Haqverdiyev, A.Şaiq Azərbaycan dilinin incəliyindən , gözəlliyindən danışarkən Zakirin də adını dönə - dönə çəkirlər .
Ana dili hər bir dolğun əks etdirmək üçün əsas silahdır . Zakir bu silaha yiyələnmiş , Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirmiş və incələşdirmişdir . Bədii söz elə deyilməli ki , orada sözün mənasını daha da dərinləşməlidir . V. Q . Belinski dediyi kimi , bəzən adi mənada heç bir şey ifadə etməyən sözlər şerdə xüsusi məna alırlar . Bu xüsusiyyət şanrdən xüsusi bacarığ tələb edir . Zakir belə bir bacarığa malik idi .

Zakirin sadə Azərbaycan dilində yazdığı əsərlərin M. F . Axundovun " heyrətinə bans " olması səbəbsiz deyildi . O görürdü ki , Vaqifdən sonra şeirdə , sənətdə xalqa doğru meyl güclənir və qüvvətlənir . Xalqa doğru meylin ən gözəl nümunəsi isə Azərbaycan xalq dilinin şerdə , sənətdə üstün movqe tutması idi .


F . Köçərli yazırdı : " hər millətin özünəməxsus ana dili var ki , onun məxsusi malıdır . Ana dili millətin mənəvi diriliyidir , həyatının mayası mənziləsindəndir . Ananın südü bədənin mayası olduğu kimi , ananın dili də ruhun qidasıdır , hər kəs öz anasını və vətəninin sevdiyi kimi , ana dilinin də sevir .


... Abbasqulu Ağa Bakıxanovun " Nəsihətnamə " si , M.F. Axundovun komediyaları , Qasım bəy Zakirin məktubları ... açığ və aydın dildə yazılmış əsərlərdir " . ( F . Köçərli . " Ana dili " , " Molla Nəsrəddin " məcmuəsi , 1913 - cu il , N - 23 . ) .

Zakiri M.F. Axundova sevdirən ən umdə cəhətlərdən biri də onun xəlqi və milli şair olması idi .


F. Köçərli yazırdı : " ... Zakir xəlilin dilinin və dolanacağını çox yaxşı bildiyi üçün Mirzə Fətəliyə yazdığı namələrdə özünün həqiqi milli bir şair olduğunu göstərmişdir . Mirzə Fətəliyə isə hər şeydən artır dost tutduğu üçün Zakirin bu milli ruhuna və milli ədasına artığ dərəcə əhəmiyyət vermişdir ... " .

" Açığ və aydın dildə " yazıb-yaradan Zakirin leksikonunun əsasında və canını ümumxalq sözləri təşkil edir . O , Azərbaycan dilinin ən gözəl xüsusiyyətlərindən , incəliklərindən məharətlə istifadə etmiş , dildə olan məsələlərdən , idiomatik ifadə və frazeoloji birləşmələrdən , ayrı-ayrı sözlərin xalq dilində işlədilən mə'na variantlarından bol-bol və həm də yerli-yerində işlətmişdir ki, bütün bunlar fikri zənginləşdirmiş sözün tə'sir qüvvəsini artırmış, həm də onu obrazlı,təbii və sadə etmişdir.


Ağzından süd iyi gələn uşaq.
O ki var tutub özünü keçən qurumsaq.
Gədə-güdə olub sahibi məsləhət.
Tülək-tərlan təki, qafil həsən bəy
Şığıyır çiyninə götürdü bəyaq.
Məəttəl qalmışam,yanında
Övrət almaq olub oyun-oyniaq.
Piştənkə salıban qurdu badalağ.
Bir neçə it tutdu bixəbər məni.
Harda bihəya var zatına lə'nət.
Getmə-getmə deyib,qoydu yuxuya.
Baqqal qoyar tərəziyə imanın,
Əsəl qiymətinə satar ayranın.
Qudurmuş it kimi tutar dört yanın.
Xanzadələr şişə taxır rə'yəti.
Yanında çalınan zürnayə bir bax.
ALLAHI sevirsən dindirmə məni.
Eşşək də yeməz kim,görə qanqal ağarıbdır.
Üzüldü əlimdən ətəyi sevgili yarın.
Səni istəməyən kor olsun kozu.
Çəkirlər qəfilin üstünə çomaq .
Bir ovçu torbağa göz dikmişəm mən,
O ki olmalıydı oldu saqqalə,
Dəxi doğramasın soğan, sarımsaq.
Yüz yerdən tökülür üstünə çomaq.
Çıxıb əndazədən dövləti, malı.
Bir açı xiyarca mana iş görmədin əslaDursun gözünə yük-yük o qovun,köpək oğlu.
Bir dərdə salıbsan məni kim,çarə tapılmaz,
Hərkah kələ loğmanı fəlatun,köpək oğlu.
Çəkilib köysüymə dağlar,düyünlər,
Kafirə olmasın nəsib bu künlər,
Qınamasın məni könlü bütünlər,
Fikrim dağınıqdır,xatirom ovraq.
Buğda deyib biz çıxmışıq behiştdən.
Alıçı quş kimi özün toxuyur.
Gədə-güdə basdı meşəni,kolu.
Bala barmaq batırmayıb kədələr.
Ah,bu müftəxorun dad əlindən,cəd dad
Hər əlif - bey oxuyan adını ruhani qoyub .
Bir - birinə şıllaqlı atar şeyxəki əyyam genə .
Belə knyazı hər alsın əlimdən , mən tutum matəm .
Zakirəm , od tutub alışdı ciyər .
Dur sallan , dur sallan , boyun qurbanı .
Qan olmadı bir kun şərhi - hal etdi .
İntizar çəkməkdən çıxdı şanımız .
Gen dünya başıma dar , oynamasın .
Dərdu qəm çəkməkdən qan olub çikər . və s. və i. a.
Bütün bunlar göstərir ki , şair canlı danışığ dilinə , onda olan məsəl və idiomatik ifadələrə də xüsusi diqqət vermişdir .

Zakir şerində canlı danışığ dilinin bir sıra başqa xüsusiyyətləri də nəzərə çarpır . Məsələn , şair dildə olan əks mənalı qoşa sözlərdən istifadə edir :


Eniş - yoxuş , alış - gündüz , baş - ayar və . s.
Yaxud dediyi fikri qüvvətləndirmək üçün gədə-güdə , qilu - qal , əyri - üyrü , çör-çöp , zir - zibil , çul - çuxa , qaş - qabağ , qonum - qonşu və s. bu kimi ifadələrə müraciət edir .
Şair ifadəni qüvvətləndirmək ötrü bir çox hallarda xalq danışır dilində olduğu kimi eyni sözləri qoşa işlədir :
gələ-gələ , yeriyə - yeriyə , ahəstə - ahəstə , ilim - ilim , dumurçuğ - dumurçuğ , ağlaya - ağlaya , para - para , sallana - sallana , baxa - baxa , qətrə - qətrə , tənəli - tənəli , yana - yana , şirin - şirin , süfrə - süfrə , dönə - dönə , gah - gah , kəm - kəm , bat - bat , qatar - qatar , ötür - ötür və s.
Şair eyni sözü qoşa gətirməyin başqa bir formasında da şe'rə salmışdır :
Əmanət , əmanət dəyməsin ara.
Bir də adam olaq heyhat , heyhat ,
Yaxşı gündə mənəm , mənəm deyənlər .
Bəri bax , bəri bax , deməkdən öldüm .
Zakir , müxtəlif münasibətlərlə söylədiyi fikirlərin təsir gücünü qüvvətləndirmək üçün təzadlardan da yeri gəldikcə şe' rə salmışdır :
Qarabağ mülkündə mən bəxti siyah ,
Bir ağ kün görmədim , Allaha pənah .

Mən bir piri - tənha , zülüm bihesab ,


Müşküldür gətirmək bu möhnətə tab .
O yatır orada xəstəvu rənçur ,
Sən gəzirsən burada dilşadu məsrur .

Təkəllumə gəlib düxtəri - aqil ,


Dedi : Sinini pir , əmələ cahil ! .

Sən bir rəqib adam , o valizadə ,


İntirazın çəkən çoxdur dünyada .
Qonşu - qonşu gəlib - şənlik olmamış ,
Bizim üçün qara günlük olmamış .
Əyyəmi - xəzanə dönüb baharım ,
Yüz gül açılsa könlüm açılmaz və s.
Zakirin şe ' r dilini zənginləşdirən xüsusiyyətlərdən biri də onda şifahi xalq ədəbiyyatına və eləcə də canlı dildə işlənən təşbihlərin olmasıdır :
Zakirin gününün eylədin qara ,
Bir dərdə salıbsan , tanılmaz çara .
Zakirəm , od tutub , alışdı çikər .
Şəhidi eşqdir tənim ,
Nə hacət qüslu kəfənim ,
Göz yaşı yuyub bədənim ,
Dəfi eyləyin ki , pakən mən .
Bilmirəm neçin ölmürəm ,
Bərkiyibdir üzüm sənsiz .
Tək məsələ bununla bitmir . Onun şe ' r dilindəki bənzətmələrdə , çikənlər : ayın , ulduzların , günəşin əsrarəngiz sirləri şairin imdadına çatır , silisə epitetlər işlədir və gözəl zahirən dolğun , yüksək zövqlülər üçün portretinin yaradır :
O gözləri nərgiz , zülfləri sünbül ,
Xətti tər-bənövşə , yanağları kül .
Dərdimə ki , dərman eyləyən dökül .
Əhvalımı xəbər almasın bari .
Məhəbbətin və ya nifrətin şiddətini bildirmək üçün şair mübaliqələrdən , mübayisələrdən , təzadlardan da yerli - yerində istifadə edir .
Şişirtmənin gözəlliyinə bax ki , sənətkar yaşadığı dövrü pişiyin , şirə quzunun canavara , hücumu , meydan oxuması kimi qiymətləndirir.
Əsr bir əsrdi kim,gürbə verir şirə təkan,
Dövr bir dövrü kim,edir həmlə həməl!

Lirik və satirik şe'rlərdəki bədii xitablar,suallar, nidalar əlvanlığı artırmaqla sənətkarın- lirik qəhramanın müxtəlif vəziyyətlərə (heyran,pəjmürdə və.s) düşdüyünü də şahidi oluruq.Yuxatıda qeyd etdik ki,Zakirin leksionun əsasını Azərbaycan sözləri təşkil edir.Onun leksionunda fars-ərəb söz və tərkiblərini və qismən də Rusavropa sözlərini necə və harada işlənir.Xalq yaradıcılığı tə'sirlə yazdığı əsərlərdə,xüsusən qoşmalarda və təmsillərdə dil çox aydındır, qəliz, çətin anlaşılan və ya da başa düşülməyən kəlmələrədə tərkiblərə rast gəlmirik.Burada olan 《dövri-tənha》, 《misali-cənnət》, 《gərdişi-dövran》, 《piri-tənha》, 《 bülbili-şeyda》, 《aşiqi-şeyda《əhlikərəm》,《xadimi dövlət》,《bərki-kül》, 《badi-səba》,《çeşmi-məstanə》,《fitneyi-dövran》,《diyari-qürbət》,《zülfi-mişkin》və sair bu kimi sadə tərkiblər geniş xalq kütlələrini başa düşdüyü,aşıq yaradıcılığında tez-tez rast gəldiyimiz ifadələrdir.Şair elə ki xalq yaradıcılığından uzaqlaşır, klassik üslubda qəzəl yazır, o zaman dili də qəlizləşir, qoşma satiralarından fərqli olaraq burada mürəkkəb tərkiblər işlədir. Məsələn, onun qəzəllərində 《şərabi-çami-bəzmi-iltifat》, 《riyazi-piri-əlil》, 《baisi-fəxri-çəlil》və.s. bu kimi mürəkləb tərkiblər və dəbdəbəli ibarələr vardır.


Şairin leksionunun çox cüz'i bir hissəsini Rus-avropa sözləri təşkil edir. Çox maraqlıdır ki, şair bu sözləri ancaq satirik şe'rlərdə işlətmişdir.bildiyimiz kimi, Zakir rəsmi dövlət idarələrindəki süründürmələri, yarıtmaz işləri və burada işləyənlərin özbaşınalıqını, murdar xasiyyətlərini kəskin tənqid atəşinə tutmuşdur.Həmin çar idarələrində işlənən və əsasən hökümət qulluqçularını leksikkonunu təşkil edən bir para sözləri rəsmi dövlət idarələrinə ayaq döyən, idarə qapılarında boynu bükülü durub rəisə onun kəmərbəstlərinə nifrət edən, 《zavtra-zavtraya》salınan əməkçi kəndlilərin bir çoxu da bilirdi.Həmin sözlərin bir qismin şair,qarşıya qoyduğu məqsədlə əlaqədar olaraq xalqın tələffüz etdiyi formada şe'rə salmışdır: 《zakoi》,《tamojna》,《kvartal》,《modrat》, 《saldat》,《part》,《partapiyan》, 《biliart》,《piyan》,《kart》,《deputat》,《paşol》,《mat》,《quberiat》,《qubernator》,《naçalnik》,《şinel》,《zasdatel》,《naqolay》,《kiyaz》,《quşay》,《ustupay》,《verst》,《post》.
Biz şairin lüqət tərkibindən danışarkən bir məsələni də xüsusi qeyd etməliyik.Onun yerinə və məqamına görə işlətdiyi sözlər, terminlər bir tərəfdən XVIII-XIX əsr Azərbaycan həyatını milli xüsusiyyətlərini qabarıq şəkildə əks etdirirsə, o biri tərəfdən də bütün varlığı ilə xalqa bağlı şairin nə qədər zəngin söz ehtiyatına malik olduğunu,klassik ədəbi irsə və yaşadığı mühitə incədən-incəyə bələdliyini təsdiq edir.Gündəlik məişətə işlənən ev əşyalarının,qab-qacaqların (qazan,sacaq,kəfkir,təknə,fincan,çanaq,aftaba,samavar,palaz,mütəkkə,fərş,xurçun,torba,çul,çuval,hana və.s); geyimlər,parçalar,bək,şeylərinin (çarqat,çadırşəb,niqab,camə,don,papaq,əmmamə,arxalıq,yapıncı,kəmər,düymə,kuşvar,çuna,sərbəf,şal,tirmə,atlas,bez,qədəh,); yaraqların (top,tüfəng,qəməqılınc,xəncər,yay,kurz,şeşpər və s.);yemək-içmək xörəklərin (əppək,dürmək,plov,şorba,dolma,kabab,badırma,qəlyə,yaf,doşab,ayran,qatıq,və s.); kül-çiçəklərin (qərənfil,bənövşə,dalə,yasəmən,nərgiz,sənubər,zanbaq,süsən,və s); meyvə-tərəvəzin (xurma,badam,ərik,alma,moruq,kərpəkqovun,xiyar,qarağat,şabalıt,soğan,sarımsaq,və s.); quş və heyvanların (laçın,qumri,sona,bülbül,kəklik,göyərçin,turac,qırqovul,tərlan,sağsağan,qarğa,durna,şəbpərə,leylək,bayquş,maral,tülkü,şir,çaqqal,dəvə,ulağ,at,qurd,quzu,fil,camış,keçi,əqrəb,ilan,tısbağa,qurbağa,kəsəyən,və s) adlarına sıx-sıx rast gəlirik.Hələ bunlar azdır.Şairin lüğət tərkibinə öz dövründə işlənən başqa sahə terminləri də,məsələn,ticarət (dükan,müştəri,ərşin,çərək,nırx,tərəzi,tacir,çarvadar və s.) Tibb (cərrah,təbib,yara,məlhəm,mərəz,azar,yatalaq,taun,zatülcən,sill və .s), astronomiya-nücum (ay, qəmər, səyyarə,münəccim,kəvakib,Bürci,əsəd, Bürci, Şərəf,Zöhrə,Müştəri və s.),ədəbiyyat dil (qəzəl,nəğmə,lətifə,dəstan,ə'şar,şüəra,şair,şe'r həcv, qəzəlxan,nəsr,misrasərf,nəvn,və s.) eləcə də ictimai və dini mənsubiyyəti bildirən terminlərdən də ( bəy , ağa , xaizadə , mülkədar , kəntxuda , divanbəyi , dilmanc , vəkil , hakim , canişin , şeyx , Məşədi, murid , murşid , seyid , baiz , qazi , molla , mustehid , və s. ) geniş miqyasda istifadə olunmuşdur .

Zakirin yeni məzmunlu şeirləri təzə satrik şeir üslubuna əsaslanırdı . Heca vəznində yazmağ formasını Vaqif sistem halında yazılı ədəbiyyata gətirdi . Vaqifdən sonra Zakir yazılı ədəbiyyatda həmin formanı zəhmətkeş xalqa daha da yaxınlaşdırdı , onun məzmununuda xəlqləşdirdi . XIX əsr Azərbaycan satira üsulubunun formalaşmasında zakirin bir sənətkar kimi müəyyən edici mövqeyi elmi ədəbiyyatda da dəfələrlə təsdiq olunmuşdur .


Həyatının Son İlləri ...
Xurşidbanu Natəvanla Dostluğu .
1854 - cü ildə Mirzə Fətəliyə Zakirə ikinci bir məktub yazdı . Məktub şairə xan qızı Xurşudbanu Natavan haqqında idi . Natavan kim idi .? XIX əsr Azərbaycan ədəbiyyatı və incəsənəti tarixində mühüm yer tutan sənətkardan biridə Xurşudbanu Natavandır . Lirik şe' ləri , incə əl işləri rəsmlər ilə məşhur olan Natavan həmdə XIX əsr Azərbaycan ədəbi məclislərinin rövnəqləşdirən istiqamətləndirən bir sima olmuşdur . Şairənin təşəbbüsü ilə yaradılmış " məclisi - üns " ədəbi məclisi onun rəhbərliyi və hakimliyi sayəsində uzun müddət fəaliyyət göstərmiş və örnək rolunu oynamışdır . Xurşidbanu Natəvan 1832 - ilin Avqustunda Anadan olmuşdur . O Qarabağın , məhşur hakimi ibrahim Xəlil xanın nəvəsi və Qarabağın son hakimi Mehdi qulu xanın qızıdır . Xurşidbanunun Anası bədricahan bəyin də məhşur gəncə xanı cavad xanın nəvəsidir . Natavanın həyatı XIX əsrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrlə sıx bağlıdır . Onun uşaqlığ illəri sarayda keçmiş , ağıllı qadın olan bibisi kövhər ağanın tərbiyəsi böyümüşdür . Bibisindən başqa Şuşanın təcrübəli , bilikli ziyalıları da Natavanın təmsili ilə məşğul olmuşlar . Onlar Natavana musiqini şeiri rəsmi sevdirmiş Şərq dillərini öyrəymişlər . Natavan Firdovsi Nizami Sə'di , Hafiz , Navayi , Fizuli kimi dahi şairləri orjinaldan oxumuş sənətin sirlərinə bələd olmuşdur . Ev xidmətçilərindən dayələrdən də o , xalq ədəbiyyatını , incə əl işlərini toxuma və quramaları öyrənmişdir . 1849 - cu ildə Natavan Rus ordusunda xidmət edən Dağıstan zadəganlarından general-mayor Xasay xan Usmiyevə " 1823 - 1866 ) ərə getdi . Ərinin işi və vəzifəsi ilə əlaqədar olaraq iki il Tiflisdə yaşadı . 1851 - ci ildə Səhhəti pis ikən yaxın qohumlarından qasım bəy zakir də hərdən onu yoxlamağa gəlirdi . Zakiri Natava bağlayan tellər təkcə qohumluğ əlaqələri deyildir . Zakirdə Şair idi Natavanda . Natavan zakirin şerlərini marağla müntəzəm mütailə edirdi . Zakir xan qızında ki , kövrək qəlbə , şer - sənətə bələdliyinə , incə mənaları dərindən dərk etməsinə , mütaliə darisənin genişliyinə vurulmuşdur . Qoca şairlə gənc istedadların söhbətləri tuturdu . 1854 - cü ildə Natavan əri ilə dağıstanı gəzdi , Bakıda oldu , tarixi Bibixanım məscid türbəsini ziyarət etdi . 1855 - ci ildə oğlu Mehdiqulu 1856 - ci ildə qızı Xanbikə anadan oldular . 1858 - ci ildə əri ilə Bakıya ikinci gələn Natavan burada Qafqazı səyahət edən məhşur fransız yazıçısı Aleksandr Düma ilə görüşdü , ona öz əl işlərindən hədiyyələrdə verdi . 1861 - ci ildə Anasının vəfatından sonra Natavan həmişəlik şuşada qaldı , xanlığ təsərrüfatına başçılığ etdi . Uşağlığdan diribaş və cəsarətli qız kimi tanınan o , hətda atababasının saxladığı at ilxılarının nəslini kəslməyə qoymadı , əksinə , Qarabağ atının şöhrətini daha da məhşurlaşdırdı . 1867 - ci ildə Parisdə keçirilən beynəlxalq sərgidə Natavanın ilxısında bəslənən " əlyetməz " adlı köhlən at qızıl medal və fəxri fərman aldı . Sonrakı illərdə də onun ilxısından olan ağ cidalı , " Meymunu " , " Xan " , " Təpəl " , adlı atlar beynəlxalq sərgilərində meddallar aldı , mütəxəssislərin yüksək tə'rifini qazandı .
Yüklə 179,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə