Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə139/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   132   133   134   135   136   137   138   139   140

çəkməyəcəkdir.  O  idi  ki,  bir dəfə  üstündən tullandıqda cəld  qalxıb  onu basmarladı. 

Sonra  buraxıb  özü  qaçdı.  Şəngül  axır  məramma  çatdı.  A xtar  şövqə  gəlib  onunla 

oynamağa başladı.

Şəngül  ilə  Axtarm  əsil  bayramı  Tağı  əmi  kəhər  atı  minib,  qızılquşu  əlinə 

götürərək  ova  gedəndə  idi.  Tulaları  çağırmağa  ehtiyac  yox  idi,  çünki  qızılquşun 

qumru  səsi  onları  xəbərdar  etmişdi.  İndi  Axtarı  tanım aq  olmurdu.  Tənbəllik  necə 

olmuşdu?  Hərəkətsizlik  harada  qaldı?  Şəngülə  gəldikdə  o,  şadlıqdan  özündən 

çıxardı.  Gah  sirk  itləri  kimi  Axtarm  üstündən  tullanardı,  gah  qoca  Bozdarm 

quyruğundan dartardı,  gah da darvazanı cırmaqlayıb  qaçmaq istəyirdi.

Bunlarm  xasiyyətləri  ovda  büruzə  verərdi.  A xtar  ovun  izini  aradıqda  aram  və 

diqqətlə hərəkət edərdi.  Şəngül isə  səbirsizliklə  gah irəli  qaçardı,  gah yana üz tutub 

gedərdi.  O zaman Tağı  əmi:

Şəngül  qaldı!  -   deyə  onu  çağırardı.  O  da  sahibinə  tabe  olaraq  o  saat  geri 

qayıdardı,  ovun izini yenidən  aramağa başlardı.

Ovu tapdıqda Axtar da,  Şəngül  də  öz  təlimləri  üzrə  sağ  əllərini  qaldıraraq  T ağı 

əmiyə baxırdılar.  Tağı  əmi:

Bas!  -  dedikdə  atlanıb  quşu  qaldırardılar.  Lakin  burada  da  Şəngül  bəzi 

vaxt,  ələlxüsus Tağı əmi  gecikdikdə əsəbiləşərək ovu izinsiz  qaldırardı.



ÇƏRİK SƏFƏRİ

Yazm  axırı  idi.  Biçin başlanmışdı.  Tağı  əminin  ailəsi  Çəriyə  köçmüşdü.  Çərik, 

Seyidli kəndinin əkin və  otlaq yerləri  idi.  Orada bizim dəyirman və  əkin yerlərimiz 

var idi.  Tağı əmi məni bikef gördükdə:

Qəm  etmə.  Biçin  qurtarıb  xırman  başlandıqda  gəlib  səni  də  aparacağam. 

Orada  Məmmədağa  ilə  vələ  minərsiniz.  Sonra  tez-tez  bildirçin  ovuna  gedəcəyik,  - 

deyə mənim könlümü  aldı.

Aradan on gün keçmiş  Tağı  əmi öküz  arabası ilə  gəlib çıxdı.

Hazır ol,  sabah  səni  də  Çəriyə  aparacağam.  M əmmədağanm balıq qarmağı 

burada  qalmışdır.  Onunkunu  da,  özünkünü  də  götür,  orada  balıq  tutarsmız,  -  deyə 

Tağı  əmi  tapşırdı.  H azır  tilov  olmadığı  üçün  Tağı  əmi  iynəni  əyib  bizə  qarmaq 

qayırmışdı.

Səhər erkən araba qoşuldu.  Tağı  əmi bəhləni mənə vererək dedi:

A1 bəhləni  gey,  qırğım  sən aparacaqsan,  arabanı mən sürəcəyəm.




M ən  buna  çox  şad  idim.  Şəngül  ilə  Axtar  məndən  də  artıq  şad  idilər.  Anam 

məni ötürdükdə:

Bax,  oğlum,  günəşdə  gəzmə,  çayda  çimmə,  yoxsa  qızdırarsan,  -  deyə 

tapşırdı.  Lakin  özü  də  bilirdi  ki,  bunlara  əməl  olunmayacaqdır.  Yola  düşdük. 

Şəngül  ilə  Axtar  arabanm  ağır  ayağı  ilə  gedə  bilməyib  gah  irəli  qaçırdılar,  gah  da 

qayıdıb  qarşımıza  gəlirdilər.  Ağdamdan  Çəriyə  9-10  kilometr  yol  idi.  Çərəyin 

tarlalarma  çatdıqda  A xtar  ilə  Şəngül  ovlamağa  başladılar.  Tağı  əminin  gözləri 

tulalarda idi.

Axtar  ovun  izinə  düşmüşdü.  Qırğmı  mənə  ver,  -  deyə  Tağı  əmi  arabadan 

düşdü.  M ən qırğmı ona verdim.  Tağı  əmi  qırğmm qayışmı  açdı.  Bu halda A xtar sağ 

ayağını  qaldıraraq  marığa  durdu.  Tağı  əmi  qırğmı  ovcuna  aldı.  Axtara 

yaxmlaşaraq:

Axtar  bas!  -  deyə  əmr  etdi.  Tula  o  saat  özünü  bildirçinin  üstünə  atdı. 

Bildirçin  pırıltı  ilə  qalxdı.  Tağı  əmi  qırğmı  gəmşədi.  Bildirçin  əlli  addım 

qaçmamışdı  ki,  qırğı  onu  havada  caynağma  alıb  yerə  endi.  Mənzilə  gəlib  çatmca 

Tağı  əmi  altı bildirçin tutdu.

Nahara  sizə  bildirçin çığırtması verəcəyəm.  M əmmədağanm  qızıl  inəyi  də 

yenicə doğmuşdur.  Ləzzətli bulaması var,  - deyə  Tağı  əmi tərif etdi.

Mənim  gəlməyimə  M əmmədağa  çox  şad  idi.  Biçarə  nə  etsin?  Böyüklər  işə 

məşğul,  oynamağa uşaq yox.



BALIQ YERİNƏ İLAN

Bir  gün  M əmmədağa  ilə  dəyirmanm  aşağısmda  çinarlarm  kölgəsində  oturub, 

qarmaq  ilə  balıq  tuturduq.  Bir  saatdan  artıq  ovlamağm  nəticəsində  adama  barmaq 

iriliyində iki balıq tutmuşduq.

Eh!  İndiyə  kimi  əlimizlə  gəlmələrdən  bundan  çox  tuta  bilərdik,  -  deyə 

Məmmədağa şikayətləndi.

Doğru  deyirsən,  dur  gedək  axtaraq,  -  deyə  mən  də  onun  fikrinə  şərik

oldum.


Dəyirmanı yatırtdıqda,  suyu  dəhnədən  arxa buraxardılar.  Su  axarkən yeri  oyub 

çuxurlar,  oyuqlar  əmələ  gətirərdi.  Dəyirman  işlədikdə  arxm  suyu  kəsilərdi.  Su 

ancaq  oyuqlarda,  çuxurlarda  gölmə  tutardı.  M əmmədağa  ilə  bu  gölmələrdə  balıq 

axtarırdıq.

Yenə  də  ayaqlarımızı  soyunub,  qollarımızı  çirmələyərək  balıq  axtarmağa 

başladıq.  B ir az vaxtda 7-8 balıq tutduq.  Arx  aşağı  gedər-




kən  bir  böyük  gölməyə  rast  gəldik.  Paltarımızı  soyunmağa  məcbur  olduq.  Su 

gölmədə  göbəyimizə  kimi  çıxırdı.  B ir  az  suyu  araşdırmışdıq  ki,  M əmmədağa 

səsləndi:

Bay, balıq əlimə dəydi!

Hanı,  hanı?  -  deyə  m ən  də  onun  yanm da  axtarmağa  başladım.  Bir  azdan 

sonra mənim də əlimə bir uzun şey  dəydi.

Nə  uzun balıqdır...  Söz  ağzımızda yarım çıq  qaldı.  Qara zolaqlı,  ucları  diş- 

diş bir ilan suyun üzünə çıxdı.

İlan!  -  deyə  qışqırdım.  Biz  cəld  Sudan  çıxdıqda  ilan  da  üstümüzə  hücum 

edərək  quruya  çıxdı.  Lakin  gölmənin  ətrafı  yamac  olduğundan  sürüşüb  yenə  suya 

düşdü.  Bizim  qışqırığımıza  xırmandan  Tağı  əmi  ilə  bərabər  adamlar  töküldülər. 

İlan  sudan bir barm aq yuxarıda deşik tapıb  başmı  oraya  soxmuşdu.  Adamlar kürək 

ilə onu öldürüb  sudan çıxartdılar.  Tağı əmi ilana baxaraq dedi:

Yaxşı  salamat  qurtarmısmız.  Bu  ilan  gürzədir.  Çox  zəhərli  ilandır. 

Görünür yuxarıdan sürüşüb  suya düşmüşdür,  sonra çıxa bilməmişdir.

M ən  Seyidlinin  çəpərlərində  belə  ilan  çox  görmüşdüm  və  uşaqlar  ilə  də 

öldürmüşdüm.  Lakin  gürzə  olduğunu  bilmirdim.  Bu  hadisəni  uzun  müddət  unuda 

bilmədim.  Buna  səbəb  Krılovun  "Uşaq  və  ilan"  təmsili  idi  ki,  uşaqlığımda 

əzbərlətmişdilər.  İndi də onu yadım da saxlamışam:

İstər ilan balıq tuta,  ilan tutub bir uşaq,

Parçalanıb  qorxudan o vaxtmda dil-dodaq.

İlan baxıb uşağa aqil ol,  deyib,  əgər 

Artsa belə cürətin,  çox zərər sənə deyər.

Hifz elədi bu səfər allah səni,  şükr qıl,

Bundan  sonra zarafat etdiyini tanı, bil.

TALESİZ QUŞCIĞAZ

Taxıl  biçilib  döyülmüşdü.  Qalmışdı  dəyirman  işi.  Tağı  əmi  asudə  idi. 

Günlərinin çoxunu ovda keçirirdi.  Yaxmda ov etdikdə məni  də özü  ilə  aparırdı.  Bir 

gün  M əmmədağa  anası  ilə  Seyidliyə  getmişdilər.  Onlar  bir  də  axşam 

qayıdacaqdılar.  Tağı  əmi dedi:

Dur, biz də onlar gəlincə bildirçin ovuna gedək.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə