Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə1/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
  1   2   3   4   5   6   7   8   9   ...   140
73133

SÜLEYMAN SANİAXUNDOV

SEÇİLMİŞ

ƏSƏRLƏRİ

"ŞƏRQ-QƏRB"

BAKI-2005



Bu kitab  "Siileyman Sani Axundov.  Seçilmiş  əsərləri.

Iki cilddə  "  (Bakı,  Gənclik,  1968)  nəşri əsasında təkrar nəşrə hazırlanmısdır

Tərtib edəni və

ön  sözün müəllifi: 

Nadir Vəlixanov

Redaktoru: 



Şamil Vəliyev

894.3613 - dc 21 AZE

Süleyman  Sani  Axundov.  Seçilmiş  əsərləri. 

Bakı,  "Şərq-Qərb",  2005,  448

səh.

M aarifpərvər  ədib  Süleyman  Sani  Axundovun  bədii  əsərlərində,  pedaqoji-elmi 



fəaliyyətində  və  vətəndaşlıq  əməlləri  ilə  zəngin  olan  ictimai  həyatmda  işıqlı 

fikirlərin təsdiqi,  nurlu,  xeyirxah əməllərin təbliği  onun başlıca yaradıcılıq idealları 

kimi  meydana  çıxmışdır.  M üəllimlərlə  maarifçilər,  xeyirxah  ziyalılarla  nəcib 

tələbələr,  məsum  uşaqlarla  müdrik  qocalar  -  Süleyman  Saninin  məktəbə,  elmə  və 

təhsilə  çağıran  əsərlərinin  əsas,  nümunəvi  qəhrəmanları  olmuşdur.  Həyatdakı 

fənalıq  və  eybəcərliyə  qarşı  mübarizədə  təmiz  fikirlərin,  saf və  xeyirxah  hisslərin 

ziyasmı  təsirli  mənəvi  vasitə  hesab  edən  yazıçmm  nəsr  əsərlərinin  çoxusunda, 

eləcə  də  müəyyən  qisim  səhnə  əsərlərində  bir-biri  ilə  daima  mübarizə  edən  və 

rəmzi  şəkildə m ənalandınlan iki  qüvvə mövcuddur:  qaranlıq və işıq.

Bu  kitabda  ədibin  zəngin  ədəbi  irsindən  seçmələr  -  müəllifin  maarifçi 

ideallannm  təsdiqi olan bədii nəsr əsərləri  (hekayələr) və pyeslər toplanmışdır.

ISBN 9952-418-39-3

©  "ŞƏRQ-QƏRB",  2005




Azərbaycan Respııblikastmn Prezidenti

İLHAM ƏLİYEVTN 



“ A zərbaycan  dilində  latın  qrafikası 

ilə  kiitləvi  nəşrlərin  həyata 

k eçirilm əsi  haqqında”

12  yanvar 2 0 0 4 -cü   il  tarixli  sərəncam ı 

ilə  n əşr  olunur  ve  ölkə  kitabxanalarm a 

hədiyyə  edilir




ÖN SÖZ

Azərbaycan realist nəsrinin böyük nümayəndələrindən olan m aarifpərvər yazıçı 

Süleyman  Sani  Axundov  40  illik  yaradıcılıq  yolu  keçmişdir.  M .F.Axundovla 

başlanan  nəsr  və  dramaturgiya  yolunu  davam  etdirən  N.Vəzirov,  Ə.Haqverdiyev, 

C.Məmmədquluzadə  kimi  böyük yazıçılar  sırasmda  Süleyman  Sani  orijinal  bir yer 

tutur.  Həm  ictimai,  həm  də  ədəbi  fəaliyyəti  ilə  o,  böyük  demokrat,  yorulmaz 

maarifçi,  istedadlı  sənətkar  kimi  XX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixində  şöhrət 

qazanmışdır.

Süleyman  Sani  Rzaqulu  bəy  oğlu  Axundov  1875-ci  il  oktyabr  aymm  21-də 

Şuşa  şəhərində  bəy  ailəsində  doğulmuşdur.  Hələ  körpə  ikən  atasız  qalan 

Süleymanm  təlim-tərbiyəsi  ilə  bilavasitə  dayısı,  görkəmli  m aarif  xadimi  Səfərəli 

bəy  Vəlibəyov  (1861-1902)  məşğul  olmuşdur.  Süleyman  Sani  1885-ci  ildə  Qori 

müəllimlər  seminariyasma  daxil  olmuş,  burada  milli,  klassik  rus  və  dünya 

ədəbiyyatı ilə dərindən tanışlıq onun dünyagörüşünə faydalı təsir göstərmişdir.

1894-cü  ildə  seminariyanı bitirən  Süleyman  Sani Bakıdakı  III  dərəcəli rus-tatar 

məktəbinə  müəllim  təyin  edilmişdir.  Həmin  ildən  o,  tərəqqipərvər  maarifçilərlə 

birlikdə 

xalqı 


cəhalətdən 

qurtarmaq, 

gənc 

nəsli 


mütərəqqi 

ideyalarla 

tərbiyələndirmək  işində  var  qüvvəsi  ilə  çalışmışdır.  Süleyman  Sani  ədəbi-ictimai, 

pedaqoji fəaliyyətinin bütün dövrlərində xalq mənafeyini müdafiə etmişdir.

1906-cı  ildə  Bakıda  çağınlan  müəllimlər  qurultaymda  fəal  iştirak  edən 

Süleyman  Sani  ərəb  əlifbasmı  islah  etmək  üçün  faydalı  təşəbbüs  göstərmiş,  həmin 

qurultayda  ana  dilində  proqram  tərtib  etmək  üçün  ayrılan  komissiyaya  seçilmiş, 

1908-ci  ildə  A.Şaiq,  M .M ahmudbəyov  və  başqa  qabaqcıl  m aarif  xadimləri  ilə 

birlikdə  Azərbaycan  pedaqoji  fikri  tarixində  mütərəqqi  bir  hadisə  olan  m əşhur 

"İkinci  il"  dərsliyini  tərtib  etmişdir.  Dərsliyin  müəllifləri  yenicə  oxuyub  yazmağa 

başlayan  azəri  balalarma  çatdırmaq  istədikləri  tərbiyəvi  fikirləri  sadə,  aydm,  usaq 

təfəkkürünün tez  dərk  edə  biləcəyi bir üslubda  qələmə  almışdılar.  Bununla həm  də 

dilimizin  ahnmalarla  doldurulmasma  qarşı  çıxaraq  azəri  dilinin  saflığmı  qoruyub 

saxlamışlar.

Süleyman  Sani olduqca həssas,  şagirdlərin  qəlbinə yol tapa bilən ustad müəllim 

idi.  Bu  keyfiyyət  onun  geniş  psixoloji,  pedaqoji  biliyə  malik  olmasmdan  irəli 

gəlirdi.  Bakıdakı yoxsul  ailələrdən olan yüzlərlə uşaq



onun dostu idi.  O  özünün yüksək mənəvi keyfiyyətləri,  qabaqcıl fikri,  ensiklopedik 

biliyi,  ciddiliyi,  səmimiliyi,  tələbkarlığı  ilə  ictimaiyyətin  dərin  hörmətini 

qazanmışdır.  Təsadüfi  deyildir ki,  Süleyman  Saninin  direktor olduğu  məktəb  onun 

adı ilə çağınlırdı.

1918-ci  ildə  Bakıda  sovet  hakimiyyəti  qurulanda  o,  Azərbaycanda  ilk  m aarif 

komissarı  kimi  m aarif  sahəsində  böyük  həvəslə  çalışmışdır.  X alq  maarifi  işində 

Süleyman  Saninin  xidməti  onun  ictimai-pedaqoji  fəaliyyətində  parlaq,  şərəfli 

hadisədir.  O, tərcümeyi-halm da yazır:  " 1918-ci ildə mən cəlb olunmuş üzv  sifəti ilə 

xalq  maarifi  işində  işləmişəm...  Buradakı  əsas  işim  -  zəhmət  məktəbləri  üçün 

proqram  düzəltmək,  məktəbləri  avadanlıqla  təchiz  etmək,  Bakı  şəhəri  və 

rayonlarmdakı maarifçilərin bütün həyətini  siyahıya alıb yoxlamaqdan ibarət idi".

1920-ci  il  mayn  25-də  Gəncə  qiyamı  yatırıldıqdan  sonra  həmin  il  iyun  aymm 

əvvəlində  belə  bir  qiyam  Qarabağda  baş  verir.  Qiyamı  yatırm aq  üçün  ciddi 

tədbirlər hazırlanır.  XI  Ordu  hissələri  Qarabağa  gəlir.  AK(b)P  MK  və  Azərbaycan 

İnqilab  Komitəsi  Dadaş  Bünyadzadə  və  Çingiz  ildırımı  Qarabağa  göndərir. 

Azərbaycan  İnqilab  Komitəsi  tərəfindən  göndərilən  nüm ayəndələr  sırasmda 

Süleyman  Sani də vardı.

1920-ci  ildə  Qarabağ  İnqilab  Komitəsinin  qərarı  ilə  Süleyman  Sani  bir  sıra 

partiya  və  dövlət  tapşırıqlannı  yerinə  yetirir.  Həmin  il  avqustun  9-da  Qarabağ 

vilayəti  m aarif  şöbəsinə  m üdir  təyin  edilir.  O,  m aarif  işində  həvəslə  işləyir; 

Qarabağ və Zəngəzurda məktəb,  uşaq evi,  klub,  qiraətxana və başqa mədəni-m aarif 

ocaqlannm   açılmasmda  fəal  iştirak  edir.  Azərbaycanda  m ədəni  m aarif  işlərinin 

möhkəmlənməsinə çalışır.

1922-ci  ildə  S.Sani  M.Mahmudbəyov,  S.Əbdürrəhmanzadə,  F.Ağazadə, 

A.Şaiq,  Ə.Əfəndizadə  ilə  birlikdə  "Yeni  türk  (Azərbaycan  -  N.V.)  əlifbası" 

dərsliyini  yazır.  Həm in  ildə  o,  "Azərbaycan  ədib  və  şairlər  ittifaqmm  sədrliyinə 

seçilir və  ədəbi  gəncliyin tərbiyələnməsi üçün böyük  əmək  sərf edir.  1923-cü  ildən 

nəşrə  başlayan  "M aarif  və  mədəniyyət",  "Şərq  qadmı"  jum allarm da  dövrün 

tələbləri ilə  səsləşən bir sıra hekayələrini çap  etdirir.

S.S.Axundov  Azərbaycan  teatrm m   əlli  illiyi  münasibəti  ilə  Ə.Haqverdiyev, 

N.Vəzirov,  T.Şahbazi,  S.Qənizadə,  Ə.Cəfərzadə  ilə  birlikdə  "Azərbaycan-türk 

teatrosunun  müxtəsər tarixçəsi"ni  yazır.  1923-cü  ildə  Bakıda  Azərnəşrin  nəzdində 

m əktəbdənkənar oxu kitablan  tərtib  edən komissiyanm işində fəal  çalışır.  Bütün bu 

və  başqa  dəlillər  göstərir  ki,  20-ci  illərdə  Süleyman  Sani  xalqm   ictimai-mədəni 

inkişafı  üçün  böyük  əmək  sərf  etmiş,  ictimai  xadim   kimi  xalqm   etimadmı 

qazanmışdır.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə