Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə137/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   132   133   134   135   136   137   138   139   140

*  *  *

O  zaman  məndə  iki  arzu  vardı.  Biri  at  minib  seyr  etmək,  digəri  Tağı  əmi  kimi 

quş ovuna getmək.  Bunlarm birincisinə  Tağı  əmi razı olaraq,  ikincisi üçün:

Hələ  ova  gedən  vaxtm  deyil,  gələn  il  səni  qırğı  ilə  bildirçin  ovuna 

aparacağam.  Qızılquş  ovuna  atla  gedərlər.  Yaxşı  at  minmək  öyrənsən,  ona  da 

apararam,  - deyə məni  sevindirdi.

Tağı  əmi  dediyinə  əməl  edən  şəxs  idi.  O  gündən  atları  suvarmağa  göndərəndə 

mənə də boz madyana minməyə izin verdi.  Anam təşvişə düşərək:

Ay  Tağı,  at uşağı yıxar,  - dedikdə:

Qorxma,  heç  zad  olmaz.  Bizlər  at  üstündə  böyümüşük,  -  deyə  onu  sakit

etdi.

M ən  get-gedə  kənd  uşaqları  arasmda birinci  at  minən  oldum.  Bir hadisə  anamı 



qorxuya  saldı.  O  məni  bir  müddət  at  minməyə  qoymadı.  Belə  ki,  bir  dəfə  Həsən 

adlı yoldaşımla Ağdam bazarma gedirdim.

Gəl  çapışaq,  -  deyə  yoldaşım  təklif  etdi.  Onun  altmda  üçyaşar  ürgə  idi, 

mənimkində  Tağı əminin boz madyanı.

Kəhər at altımda olsaydı,  gəl çapışaq deməzdin,  - deyə Həsəni utandırdım.

Eybi yoxdur,  sənə bir qədər ara versəm, razı olarsanmı?

Olaram,  - deyə cavab verdim.

Bazarla,  çapışdığımız  yerin  məsafəsi  iki  kilometrə  kimi  var  idi.  Yol  enli  və 

hamar  idi.  Qorxulu  yol  üç  döngə  idi.  M ən  irəlidən  Həsən  arxadan  atlarm  başmı 

buraxdıq.  İki  döngəni  salamat  keçdik.  Üçüncü  döngəyə  xeyli  qalmış  Həsən  gəlib 

məni  keçdi.  Bunu  gördükdə  m ən  atm  başmı  yığdım.  Lakin  Həsən  ürgəni  saxlaya 

bilməzdi.  Bazara  dönən  döngəni  keçdikdə  ürgə  Həsəni  üstündən  üç  metrəyə  qədər 

atdı.  Bunu  gördükdə  adamlar yüyürüşdülər.  M ən  də  gəlib  çatdım.  Həsənin  qıçı  iki 

yerdən  smmışdı.  Onu  xalça  üstə  qoyub  evlərinə  apardılar.  Seyidlinin  m əşhur 

smıqçısı M əşədi  Yusif onu bir aym ərzində  sağaldıb  ayaq üstə  qoydu.  Həsən irəliki 

kimi yenə bizimlə oyun yoldaşı oldu.  Onda axsamaqdan əlamət belə  qalmamışdı.

Bu  m əşhur  smıqçmı,  uşaqlar  üçün  yazdığım  "Nurəddin"  adlı  hekayədə  yad 

etmişəm.



QUŞ TUTMA

Tağı  əminin  göstərişi  ilə  m ən  və  M əmmədağa  qaratoyuq,  ala-cəhrə,  sərçə  kimi 

quşları tutmağı  öyrənmişdik.  Qaratoyuq tutm aq üçün  at qılmdan cələ hörüb, bağda, 

ağaclar  altmda  çox  gözəl  olan  yerdə  qururduq.  Özümüz  də  uzaqda,  ağac  altmda 

gizlənib, pusquda dururduq.

Qaratoyuq  bağm  xəzəllərini  toyuq  kimi  eşələyə-eşələyə  gəlib  axırda  cələ 

qurduğumuz  yerə  çıxırdı.  Eşələndiyi  vaxt  ayağı  cələnin  qıldan  qayrılmış  gözünə 

düşürdü.  Qaratoyuq  ayağmı  çəkdikdə  qıl  halqa  daralıb  onu  bənd  edirdi.  O  zaman 

quş  ayağmı  azad  etmək  üçün  dartmırdı  və  çapalayırdı.  Bunu  gördükdə  biz 

qaratoyuğun üstünü  alırdıq.  Sevinə-sevinə  aparıb  qəfəsı  salırdıq.  Qaratoyuq əsarətə 

tez öyrənişir,  sonra oxumağa başlayır.  Hətta onu tar ilə oxumağa öyrədirlər.

Sərçı  tutmaq  üçün  heç  cələ  də  lazım  gəlmirdi.  Həyətin  bir  küncündə  xəlbirin 

altma  və  yanlarma  dən  tökürdik.  Xəlbirin  bir  yanmı  qaldırıb  altma  karandaş  kimi 

hamar  çubuqdan  dirək  verərdik.  Çubuğun  alt  ucuna  uzun  sap  bağlayıb  pusquda 

durardıq.  Sapm  ucu  əlimizdə  olardı.  Sərçələr  dənləyə-dənləyə  gəlib  xəlbirin  altma 

girdikdə  birdən  sapı  çəkərdik.  Sərçələr  nə  qədər  cəld  qaçsalar  da,  yenə  bir-ikisi 

xəlbirin altmda qalardı.

Bunlarm maraqlısı çərtmə  ilə  alacəhrə tutm aq idi.  Bütöv qozu iki parça edərdik. 

Parçanm  birin  tam  ortasmdan  deşərdik.  Bu  deşiyə  çöp  taxardıq.  Onun  ucuna  da 

bircə  dənə  at  qılmdan  kəm ənd  kimi  halqa  qayırıb  bağlayardıq.  Çöpün  ucunu  qoz 

ləpösindən  yuxarı  çıxartmırdıq.  Çərtməni  bağda  ya  yerə  sancardıq,  ya  da  ağacda 

budağa  bağlardıq.  Alacəhrə  qoza  çox  aşiqdir.  Çərtməni  görə-görə  yenə  də  özünü 

onun  üstə  atır.  Lakin  qoz  ləpəsini  dimdiklərkən,  həmişə  ayaqlarmı  halqanm  içinə 

düşməkdən  gözləyir.  Nə  qədər  cəldlik  etsə  də  axırda  dadlı  qoz  ləpəsi  onun  əsir 

düşməsinə bais olardı.  Ayağı tora düşüb  asıla qaldıqda,  qışqırıq salardı.

MƏMMƏDAĞANIN ALACƏHRƏSİ

Çox  köçəri  quş  var ki,  qış  mövsümü  Qarabağda  qalıb  isti  yerlərə  köçməyir.  O 

cümlədən biri  də  bağ  quşu  alacəhrədir.  Nağıl  etdiyim  il  qış bollu  qar və  çovğun  ilə 

gəldi.  H ər növ havaya öyrənmiş  sərçələr




belə  qışa  davam  gətirə  bilirdilər.  Onlar  gündüzlər  özlərini  həyətdə,  tövləyə, 

peyinliyə,  evlərin  dəhlizlərinə  soxaraq  yem  tapırdılar.  Gecələr  də  samanlığa, 

dəyələrə,  daxmalarm,  güləş  damlarm  deşiklərinə  girərək  özlərini  soyuqdan 

mühafizə edirdilər.  Lakin bağlarda yaşayan  şux,  sevimli  alacəhrəciklər belə havada 

həm  acmdan,  həm  də  soyuqdan  artıq  əziyyət  çəkirdilər.  Bunlarm  bütün  pənah 

yerləri  bağlarm  qaratikan  çəpərləri  idi  ki,  orada  az-çox yem  tapa  bilidilər.  Gecələr 

də  orada  yatırdılar.  Həmin  qış,  yoldaşım  M əmmədağanı  çiçək  azarı  tutdu.  Bu 

xəstəliyə  düşməni  soyuqdan  saxlamaq  lazımdır.  M əmmədağa  Tağı  əminin  tək 

övladı idi.  Ona görə onun xatiri əziz idi.

Məmmədağanm çox  gözəl xasiyyəti var idi.  M ən onu hər vaxt mühafizə  edərək 

qoymazdım  ki,  uşaqlar  ona  əziyyət versinlər.  Əmizadələrimin  köhnədən  qalma bir 

qara damı var idi.  Orada heç kəs olmurdu.  M əhsul  saxlamaq üçün  anbar idi.

Qara  damlar  qışda  çox  isti  olarlar.  Necə  də  olmasm!  Dərin  quyu  kimi  yerin 

içinə  girən  damlara  ortadan  bir  baca  qoyub  üstünə  bir  metroya  qədər  qalın  torpaq 

tökürdülər.  Bu  ağırlığa  davam  gətirməsi  üçün torpaq pillələr  qazırlar.  Onun üstünü 

örtürlər.  Buna  dəhliz  deyirlər.  Babalarımızm  bu  köhnə  "imarət"inə  nədən  "qara" 

adı  verildiyini  bilirsinizmi?  İki  şeydən:  biri  üstünə  tökülən  qara  torpaqdan,  o  biri 

tüstüdən,  içərisi hirslənib  qurum tutaraq,  qaralmağmdan.

Tağı  əmi  M əmmədağanı  soyuqdan  saxlamaq  üçün  arvadı  Bacı-xanımla  dama 

yığışdı.  Ocağa  böyük  kötüklər  qoyub  yandırırdılar.  Gecə-gündüz  damda  ocaq 

sönməzdi.  Bayırdan  içəri  girdikdə  sanki  bir  hamama  girirdin.  M ənim  günlərimin 

çoxu burada keçirdi.  Tağı əmi ovdan cürbəcür hadisələr söyləyirdi.

Məmmədağanı  sevindirmək  üçün  bir  dəfə  çortmə  qurub  bir  ala-cəhrə  tutdum. 

Məmmədağa  buna  çox  şad  oldu.  Qəfəs  olmadığı  üçün  alacəhrəni  bir  gün  aşsüzən 

altmda  saxladıq:  zavalı  quşcığaz  o  qədər  aclıq  çəkmişmiş  ki,  azadlığı  üçün  əsla 

çalışmayıb,  ancaq  qamını  doydururdu.  O  biri  günü  ayağma  uzun  sap  bağlayıb 

damm  içinə  buraxıdıq.  Quşcığaz  yenə  də  qaçmaq  fikrində  deyildi.  Damm  içində, 

dəndən  tutmuş  çörək,  qənd  qınntılanna  kimi  nə  düşürdü  dimdikləyib  yeyərdi. 

Məmmədağa  elə  öyrənmişdi  ki,  ona  süd  doğraması,  südlü  aş,  firni  və  qeyri  xörək 

verdikdə  alacəhrə  də  boşqabm  qırağma  qonub  onunla  bərabər  yeyərdi.  B ir  azdan 

sonra  sapı  da  ayağmdan  açdıq.  Buna  çox  şad  idi.  Çünki  damda  sap  ilə  rahat  gəzə 

bilmirdi.  Həmişə dimdiyi ilə




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə