Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə132/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   128   129   130   131   132   133   134   135   ...   140

malını  satıb,  bir  gəmi  aldı  və  gəmiçiliklə  məşğul  oldu.  Əlimərdan  bu  işə  çox  şad 

idi.  Amma  Nəcibə  xanım  həmişə  qorxuda  olub,  əsla rahat  olmayırdı.  Biçarə  arvad 

hər dəfə  dənizin  fırtması  qalxanda  sübhə  kimi  yatmayıb,  dua  edərdi.  Belə  qorxuda 

vaxt  keçirmək  Necibə  xanıma  təsir  edib,  onu  gündən-günə  arıqladırdı.  Nə  qədər 

ərinə yalvarıb, bu  sənətdən əl  çəkməsini təvəqqe edirdisə  də əri  qəbul etməyib rədd 

edirdi və deyirdi:

Nəcibə,  ölüm  gələn  vaxt  hər  yerdə  olsa  aparasıdır;  istər  rahat  evdə  və 

istərsə də dənizdə olsun.

Nəcibə deyərdi:

M ənim  rahatlığım  üçün  səndən  təvəqqə  edirəm  ki,  dənizə  özün 

getməyəsən.  Sən xidmətçilərini  göndər,  özün də hesaba baxarsan.

Yox,  əzizim,  belə  olmaz.  İş  sahibi  gorək  işinin  üstündə  olsun. 

Görmədinmi istəkli və baş xidmətçimiz  Əzim işi nə yerə yetirdi?!  Qorxma,  inşallah 

mənə heç  şey  olmaz.

Bu sözlər Nəcibə xanımı rahat etməyirdi.

Əlimərdanm  evi  dənizin  kənarmda  tikilmişdi.  Buradan  dənizin  üzü  göz 

sürdükcə  aydm  görünürdü.  Əlimərdan  səfərdə  olan  zaman  ana  və  oğlu  tez-tez 

eyvana  çıxıb,  durbinlə  dənizə  baxırdılar  ki,  görsünlər  gəmiləri  görünürmü. 

Əlimərdanm  dənizə  olan  məhəbbəti  oğlu  Əşrəfə  də  sirayət  etmişdi.  Hətta  oyun 

şeyləri  içində  gəmi,  lodka,  qayıq  və  başqa  dəniz  şeylərini  qeyrilərindən  artıq 

sevirdi.  Bağçalarmda balaca bir göl var idi.  Burada  Əşrəf lodkada əyləşib,  lələsi ilə 

gəzirdi.  Gah-gah  bu  göldə  balıq  tuturdular  və  çimirdilər.  Əlimərdan  hər  dəfə 

dənizdən  çıxıb,  evinə  gələn  zaman,  Nəcibənin  qorxusundan  dənizin  möhnət  və 

zəhmətindən  əsla  danışmayıb,  hər yerdə  onun  tərifini  və  gözəlliyini  söyləyirdi.  Bu 

nağıllar  həmişə  Əşrəfə  böyük  təsir  edir  və  öz  ürəyində  dənizə  olan  məhəbbətini 

daha da artırırdı.  Hətta Həsən lələnin də nağddan içində  dəniz xüsusunda olanlarmı 

artıq sevirdi.  Bu məhəbbət Nəcibə xanımı  qorxudurdu.  Odur ki,  deyirdi:

Əşrəf,  səni,  fırtmalı və dəhşətli dənizə buraxmaram!  Səni İstambula  aparıb 

"Məktəbi-hərbiyyəyə"  verəcəyəm ki,  oradan baban kimi  "Paşa"  çıxasan!

Yox,  anacığım!  M ən  onu  istəməyirəm,  mən  oxuyub  "kapitan"  olacağam! 

Özümün  gəmim  olacaq  və  Həsən  lələni  də  orada  "matros"  edəcəyəm  -   Əşrəf 

anasma bu yol ilə cavab verərdi.




Oğlunun belə cavabmdan  Əlimərdan fərəhlənib, Nəcibəyə deyərdi:

Nahaq yerə,  əzizim, zəhmət çəkmə,  oğul  gerək atasmm yolu ilə  getsin.

Əlimərdanm  gəmiçilikdə  də  baxtı  gətirmədi.  Gah  gəmisi  dumana  düşüb,  başqa 

gəmilərə  toqqaşırdı  və  smıb  onu  xeyli  zərərə  salırdı;  gah  daşıdığı  mala  zəfər 

yetirdiyi  üçün  onun  cəriməsini  verirdi.  Getdikcə  Əlimərdan  borca  düşürdü,  bu 

səbəbə onu fikir alırdı;  ancaq işinin boylə dolaşıq olmasmı Nəcibədən gizli  saxlardı 

ki,  onu təşvişə  salıb  rahatsız  etməsin.  Həmişə Nəcibənin yanm da  Əlimərdan özünü 

şad  saxlayırdı.  Nəcibə  isə  bunu  duyurdu  və  bunuu  üçün  də  keyfi  açılmayırdı. 

Əlimərdana  tez-tez  yalvarırdı  ki,  bu  sənətdən  əl  götürsün.  İndi  Əlimərdan  özü  də 

bu  fikrə  gəlmişdi.  Ona  görə  Nəcibəyə  dedi:  "Nəcibə  sənə  söz  verirəm  ki,  işlərimi 

bir  qaydaya  salan  kimi  bu  sənətdən  əl  götürəcəyəm".  Nəcibə  ərinin  verdıyi  bu 

vədəsindən nihayətdə  şad oldu.

*  *  *

Payızm  son  ayı  idi.  Qara  dənizin  ən  fırtmalı  bir  zamanı  idi.  Üç  gün  idi  ki, 



dənizin  nəriltisi  və  gurultusuna  adət  etməmiş  şəhər  əhli  yata  bilməyirdi.  Qara 

dənizin  boylə  adətdən  xaric  nəriltisini  qoca  kişilər də  görmədiklərini  söyləyirdilər. 

Əlimərdanm  gələn  vaxtı  idi.  Fəqət  gəlib  çıxmadığı  Nəcibə  xanımı  çox  təşvişə 

salırdı.  Gecələr yatmayıb  namaz  qılır  və  Əlimərdanm  salamat  olması  üçün  allaha 

dua  edirdi.  Gündüzlər  də  durbində  dənizə  baxıb,  təşvişdə  idi.  Qara  dənizin  zəhmi 

balaca  Əşrəfi  də  almışdı.  O,  Həsən  lələsinə  deirdi:  "Həsən  lələ!  Daha  m ən  kapitan 

olmağı istəmirəm!"  Nəcibənin təşvişi  getdikcə  artırdı.

Həsən  lələ,  görəsən  bu  necə  işdir.  Əlimərdan  necə  oldu?  Üç  gün  bundan 

qabaq gəlib çıxası idi.  Bu barədə  sən nə fikir edirsən?

Qorxma, xanım,  allah kərimdir, heç  şey  olmaz!  Gəminin kapitanı təcrübəli 

adamdır.  Qara dənizi öz əlinin içi kimi tanıyır.

Nəcibə  xanım  artıq  dərəcədə  təşvişdə  idi.  Hansı  gəmiçidon  soruşurdularsa, 

gördüm  deyən  yox  idi.  Nəhayət,  "Trapezund"  şəhərinə  mal  apardığmı  soraq  verən 

tapıldı.  Həsən  lələ  hər  gəmi  gələn  kimi  körpüdə  hazır  olurdu  ki,  ağasmdan  bir 

xəbər  bilsin.  B ir  axşam  Həsən  lələ  xeyli  qəmgin  evə  qayıtdı.  Nəcibə  xanım  onu 

görüb,  artıq təşvilə  soruşdu;




Həsən lələ,  nə xəbər bildin?

Xanım,  bir  yaxşı  xəbər  bilməmişəm,  ağa,  nə  səbəbdən  isə  "N"  şəhərində 

gəmidən  mal  verdiyi  zaman  divan,  tərəfindən tutulub  dustaq  olmuşdur və  gəminin 

bəzi  malları  da zəbt  edilmişdir,  Ancaq nə  səbəbə?  Nə  üçün?  Burasmı  dürüst  xəbər 

verən yoxdur.

Bu  xəbərdən  biçarə  Nəcibə  xanım  bitab  olub,  özündən  getdi.  Bu  ittifaqdan  üç 

gün  keçmiş  Əlimərdan  gəmisi  ilə  bərabər  gəlib,  öz  şəhərinə  çıxdı.  Fəqət,  şəhərə 

çatan  kimi  onunla  gələn  divan  əhli  onu,  kimsə  ilə  görüşməmiş,  həbsxanaya 

apardılar və bir müddət heç kəsi onun yanm a qoymadılar.

Zavallı  Nəcibə  bu  ittifaqdan  xəstə  olub  yatırdı.  Axırda  Nəcibə  xanıma  əri  ilə 

görüşməyə izin verdilər.  Əlimərdan arvadı ilə  görüşdükdə dedi:

Nəcibə,  öz  təqsirimdir  ki,  çəkirəm.  Axır  vaxtlar  işlərim  çox  dolaşmışdı, 

borclarım  həddən  aşmışdı.  Ancaq  həqiqəti  səndən  gizləyirdim.  B ir  cuhud  məni 

yoldan  çıxartdı.  Çox  artıq  kirayə  verməklə  Osmanlı  torpağmdan  Rusiyaya  gəmilə 

"kontraband"  qaçaq malı yığdı.

Gəlib  "N"  şəhərinə  çıxdıq.  Sahibi  getdi  ki,  axşam  gəlib  mahnı  gəmidən 

çıxartsm.  M ən  də  yük  vurduğum  qeyri  malları  gəmidən  çıxardırdım.  Divan  əhli 

gəlib  gəmini  axtardı.  "Kontraband"  malları  tutdu.  Cuhud  da  yox  oldu.  Təqsiri 

boynuma qoyub məni  dustaq etdilər.  Ancaq,  Nəcibə,  qəm etmə,  allah kərimdir.  Get 

Əşrəfdən de m uğayat ol.

Əlimərdanı  altı  ay  həbsdə  saxlayandan  sonra məhkəmədə  işinə baxdılar və  onu 

m üqəssir edib,  beş  il vaxta  Sibirdə,  Tomsk  qubemiyaya  göndərməyə  qərar verdilər 

və  iki  həftə  möhlət verdilər ki,  bütün  işlərini  sərəncam  etsin.  Əlimərdan  hər  şeyini 

satıb,  borclarmı  verdi  və  özünə  də  bir qədər pul  qaldı.  Əlimərdanm  fikri  sibirligini 

çəkib  qurtarmca  Nəcibə  və  Əşrəfi  Kamilı  xanımm  yanm da  qoymaq  idi.  Amma 

vəfalı  arvad  ərindən  ayrılmaq  istəmədi.  Kamilə  xanım  və  əri  nə  qədər yalvardılar 

isə  də  mümkün  olmadı.  Axırda  Əlimərdan  əlacsız  qalıb,  razı  oldu.  Həsən  lələ  də 

bunlardan  ayrılmaq istəmədi  və  dedi:  mən  çox  dünya  görmüşəm  və  özüm  də rusca 

bilirəm.  Siz  isə  heç  biriniz  bilməyirsiniz,  mənsiz  necə  dolanarsmız?  M ənim  sizə 

xeyirdən  başqa  nə  zərərim  ola  bilər?  Həsən  lələ  bu  sözdən  sonra  Əlimərdandan 

getməyə izin istədi və onu razı elədi.

Yaym  əvvəlində,  yağışlı  bir  gündə  Əlimərdan,  Nəcibə,  Əşrəf  və  Həsən  lələ 

gözü yaşlı,  qohum-əqrəbalarmdan və  gözəl vətənlərindən



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə