Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə134/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   130   131   132   133   134   135   136   137   ...   140

Bir  tərəfdən  yolun  əziyyətindən,  bir  tərəfdəndə  lazımmca  müqəyyəd 

olunmamaqdan Nəcibə xanımm azarı  getdikcə  şiddət edirdi.  Həsən lələyə  gəldikdə, 

o da  ağır yaralarm zərbindən həmişə  (böhran)  içində  olub,  danışmağa qadir deyildi. 

Həsən  lələni  azarlılara  məxsus  olan  ayrı  bir vaqonda  aparırdılar.  Əlimərdan  Həsən 

lələsiz  çox  əziyyət çəkirdi,  çünki rus  dilini bilməyirdi;  bir şey  lazım olanda məəttəl 

qalırdı.  Uzun  səfərdən  sonra  axırda  gəlib,  hökumət tərəfindən təyin  olunan  Sibirdə 

Tomsk  şəhərinə  çatdılar.  Bu  şəhərdə  divan  tərəfindən  polisə  tapşırılıb  azad 

olundular.  Həsən  lələ  ilə  Nəcibə  naxoş  olduqları  üçün,  bunları  xəstəxanaya  almağı 

hökumət,  mütərcim vasitəsilə,  Əlimərdana təklif etdi;  ancaq bunu  Əlimərdan  qəbul 

etmədi və mütərcim müsəlmandan təvəqqə  etdi ki,  onun ilə  bərabər şəhərdə mənzil 

axtarsmlar;  o  da  razı  olub,  öz  evində  kirayəyə  oturmalarmı  təklif etdi.  Əlimərdan 

çox  şadlıqla  bunu  qəbul  etdi.  Bu  adam  Həbibulla  adlı  tomsklı  cavan  bir  oğlan  idi 

ki,  polissedə  yazıçılıq  edirdi.  Həbibulla  yazıçılıq  və  evlərinin  bir  hissəsini  kirayə 

verməklə  arvadı  Gülsüm ilə bərabər məişət edirdi.

Əlimərdan  Həbibulladan  üç  otaq  kirayə  edib,  burada  qaldı.  Gülsüm  Nəcibə 

xanıma ürəkdən  qulluq edirdi.  Bunun belə  ürəkdən çalışmasma  görə  Nəcibə  xanım 

yavaş-yavaş  sağalmağa  başladı.  Həsən  lələ  də  sağalmağa  üz  qoyurdu.  Əlimərdan 

Həbibullanm  gözəl  xasiyyətini  və  onlarla  etdiyi  yaxşı  rəftarı  görüb,  onu  qardaşı 

kimi  sevirdi.  Əlimərdan  şəhərə bələd  olduqda,  orada  qafqazlılardan tapıb,  onlar ilə 

tanış  oldu.  Onlarm  əksəri  Əlimərdan  kimi  Sibirə  sürgün  göndərilmişdilər. 

Bunlardan bəzilərinin vaxtı tamam olmuşdusa da,  buraya öyrəşib  daha öz yerlərinə 

qayıtmaq istəmirdilər.

*  *  *

Tomskda  qarlı  və  çovğunlu bir  gün  idi.  Nəcibə  xanım  otaqda  sandalya üstündə 



əyləşib,  qəmgin-qəmgin  bayıra  baxırdı.  Külək  qarı  qaldırıb,  oraya-buraya  çırpırdı; 

bacanm gurultusu Nəcibə xanımm qəmini daha da artırırdı.

Şimal  qışınm  bu  dəhşətli  mənzərəsinə  baxır  idisə  də  xəyalı  öz  yerlərinin  gözəl 

mənzərələrində idi.




Əlimərdan  və  Həsən  lələ  də  bu  otaqda  idilər,  onlar  da  çölün  gurultu  və 

şaqqıltısma tamaşa edirdilər.  Birdən Nəcibə xanım dönüb Həsən lələdən soruşdu.

Həsən lələ,  vaqon dağılan zaman Əşrəf hansı çuxasmı  geymişdi?

Həsən  lələ  cavab  verməyib,  başmı  aşağı  saldı.  Biçarə  qocanm  gözlərindən  yaş 

tökülürdü.  Əlimərdan arvadma dedi:

Nəcibə,  nə  üçün  yenə  Əşrəfin  ölümünü  yada  salıb,  Həsən  lələni  məyus 

etdin?  Onsuz da yazıq kişinin o  gündən bəri üzü  qəm-qüssədən açılmayır.

Bağışla,  əzizim,  bu  gecə  də  Əşrəfi  yuxum da  gördüyüm  üçün  soruşdum. 

Yuxumda  gördüm  ki,  Əşrəf  mənə  deyir:  "Ana,  qara  çuxamı  çıxart,  ağ  çuxamı 

geydir".


Həsən  lələ  birdən  başmı  qaldırıb,  nə  isə  demək  istədi;  lakin  özünü  saxlayıb, 

yenə başmı  aşağı  saldı.

Həsən  lələnin  yaraları  sağalıb  özünə  gəldiyi  zaman,  Əlimərdan  vaqonun  necə 

dağılmasmı  və  Əşrəfin  meyidinin  tapılmasmı,  ona  söyləmişdi.  Həsən  lələ  bir 

tərəfdən  öz  təqsirini  və  bir  tərəfdən  də  Nəcibə  xanımm  birdəfəlik  Əşrəfin  ölümü 

xəbəri  ilə  sakit  olmasmı  nəzərə  alıb,  onun  itməyini  xəbər vermədi.  Bu  tərəfdən  də 

Nəcibə xanım  Əşrəfi yaddan çıxartmayırdı.

Nikolay  İvanoviç  və  ələlxüsus  Sofiya  Aleksandrovnanm  səyi  ilə  Əşrəf yavaş- 

yavaş  rusca  danışmağa  başladı.  Buna  hər  iki  qoca  artıq  şad  idi.  Sofiya 

Aleksandrovna  gününün  çoxunu  Əşrəfin  tərbiyəsinə  sərf  edirdi.  Hava  getdikcə 

soyuqlaşır,  Volqa  nəhri  donmağa  başlayırdı.  Cənub  havasmda  pərvəriş  tapmış 

Əşrəfə  bu  soyuq  çox  təsir  edirdi.  Bunu  görüb  Nikolay  İvanoviç  ona  isti  qış  paltarı 

aldı.  Sofiya  Aleksandrovna  Əşrəfi  geyindirib,  hər  gün  gəzməyə  aparırdı.  Əşrəf 

gəzən  vaxt  balaca  uşaqları  qar  üstündə  kirşə  ilə  sürüşən  görüb,  Sofiya 

Aleksandrovnadan təvəqqe edirdi ki,  ona da oylə kirşə  alsm.  Sofiya Aleksandrovna 

onun  xahişini  əmələ  gətirdi.  Dekabr  ayı  gəldi;  məktəblər  on  beş  gün  qış  tətili 

münasibətilə bağlandı.  Nikolay  İvanoviç dərsdən azad olub,  hər gün  Əşrəfi  gəzməli 

yerlərə  aparırdı.  B ir  dəfə  Nikolay  İvanoviç  sirkin  açılmağmı  qəzetdə  oxuyub, 

arvadma dedi:

Sofiya  Aleksandrovna,  bu  gecə  sirk  açılır,  yaxşı  olmazmı  ki,  bu  gecə 

Əşrəfi  aparaq, keyfi  açılsm?

Çox  gözəl  fikirdir,  əzizim,  doğrudan  da  bu,  Əşrəf üçün  böyük  bir  şadlıq

olar.



Axşam vaxtı  hər üçü  geyinib,  sirkə  getdilər.  Sirk  adamla dolu idi.  Əşrəfi  Həsən 

lələ  bir  neçə  dəfə  sirkə  aparmışdı.  Bu  dəfə  sirk  onun  ata-anasmı  yadm a  saldı;  ona 

görə  başmı  Sofiya  Aleksandrovnanm  dizinə  qoyub,  həzin-həzin  ağlamağa  başladı. 

Sofiya  Aleksandrovna  onun  başmı  sığallayıb,  soruşdu:  "Nə  üçün  ağlayırsan, 

əzizim?  Dayan,  bu  saat başlayacaqlar;  görəcəksən  nə  qəribə  şeylər  göstərəcəklər!.. 

Bu  halda  oyun  başlandı,  Yalançı  pəhləvan  məzhəkəni  başlayıb  cürbəcür  oyunlar 

çıxarmağa  şüru  etdikcə,  Əşrəf qəmini  yaddan  çıxarıb,  qaqqıltı  ilə  gülürdü.  Əşrəfin 

kefinin  açılması  qocaları  şad  etdi.  Oyun  qurtardı.  Bunlar  evlərinə  qayıtdılar.  Əşrəf 

evlərində  sirkdə  gördükləri  oyunları  çox  məharətlə  təqlid  edirdi.  On  beş  gün  qış 

tətlini  Əşrəf  çox  şadlıqla  keçirirdi.  Təzə  ildə  Nikolay  İvanoviç  və  Sofiya 

Aleksandrovna  Əşrəfə  yaxşı  bəxşeyişlər  aldılar.  Qış  tətili  qurtardı.  Nikolay 

İvanovic  birinci  gün  idi  ki,  dərsə  getmişdi.  Dərsdən  qayıdanda  Sofiya 

Aleksandrovna  onun  qəmli  olduğunu  görüb  buııun  səbəbini  soruşdu.  Nikolay 

İvanoviç  cavabmda  nahiyə  müdiri  tərəfindən  aldığı  kağızı  uzatdı.  Bu  kağıza  da 

onun  Samara edadi m əktəbindən Qazan məktəbinə təyin olunması yazılmışdı.

Nikolay İvanoviç dedi:

Hərçənd ki,  mənim  Qazan edadi məktəbinə təyin olunmağımda qulluğuma 

əskiklik  yoxdur,  bileks,  Qazan  daha  boyük  və  darülfünu  olan  bir  şəhərdir,  ancaq 

Samarada  çoxdan bəri  olduğumuza  görə  bu  şəhərə  öyrənmişdik.  Nikolay  İvanoviç 

hazırlaşıb yanvar aymm on ikisində  Samaradan köçüb, təzə  qulluğuna  getdi.

Nikolay  İvanoviç  Qazan  şəhərini  qabaqda  da  bir  neçə  dəfə  görmüşdü.  Amma 

arvadı  birinci  dəfə  idi  ki,  bu  şəhəri  görürdü.  Sofiya  Aleksandrovna  uzaqdan 

Qazanm mənzərəsini  görüb çox bəyəndi.  Nikolay İvanoviç dedi:

Doğrudur,  Qazanm  görünüşü  yaxşıdır,  amma  abi-havası,  təmizliyi 

Samaraya  çatmaz.  Havasmm  təbiəti  belədir  ki,  yayda  çox  isti  və  qışda  çox  soyuq 

olur.  Bu  şəhərin  natəmizliyinə  gəldikdə,  Volqa  nəhrinin  sahilində  olan  şəhərlər 

arasmda  birincidir.  M ən  çox  qorxuram  ki,  sən  bu  şəhərin  abi-havasmı 

götürməyəsən.

İnşallah,  heç  şey  olmaz,  -  deyə  Sofiya  Aleksandrovna  ərinə  cavab  verdi. 

Barsovlar  edadi  məktəbinin  yaxmlığmda  bir  ev  tııtub,  sakin  oldular.  Nikolay 

İvanoviç qorxduğu şey başa gəldi.  Belə ki  ar-



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə