Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə135/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   132   133   134   135   136   137   138   139   140

vadı Qazanm abi-havasmı  götürməyib, müdam azarlı olurdu.  O,  arvadma deyirdi:

-  Səbir  et,  əzizim,  yay  tətili  başlanan  kimi,  səni  götürüb  Samaranm  bağlarma 

aparacağam.  özüm  isə  ərizə  verib  yenə  köhnə  yerini  istəyəcəyəm;  hərgah 

verməsələr,  o vaxt m ən də  qulluqdan istefa verəcəyəm.

Sofiya Aleksandrovna  azarlı olduğu üçün  Əşrəfin  günü qəmgin keçirdi.  Tamam 

gün  onun  otağmda  qalıb,  şəkil  və  oyun  şeyləri  ilə  məşğul  olurdu.  Onunla 

oynamağa,  gəzməyə  getməyə yoldaşları da yox idi.

Nikolay  İvanoviç  dərsdən  qayıdıb,  bir  də  dərsə  gedənədək,  gününü  azarlı 

arvadmm  yanm da  keçirirdi.  Ancaq  bir-iki  dəfə  arvadmm  təvəqqəsinə  görə  Əşrəfi 

kirşəyə mindirib  gəzdirmişdi.

Qazanm  çovğunlu  və  boranlı  qışı  axıra  yetdi.  Bahar  günəşi  havanı,  torpağı 

qızışdumağa  başladı.  Qar  əridi.  Qazanka  və  Volqa  çayları  buzdan  azad  oldular. 

Ağaclar çiçəkləşib,  otlar göyərdi.

Sofiya Aleksandrovna  azardan  sağalıb,  Əşrəfi  tez-tez  gəzməyə  aparırdı.  Qazan 

bağlarmm  içində  "Russkaya  Şvətsariya"  adlı bağ  Əşrəfin  çox xoşuna  gəlirdi,  çünki 

bu  bağ  hündür  ağacları  ilə  vətəni  Qafqaza  çox  bənzəyirdi.  Bu  bağm  bir  tərəfində 

uşaqlara məxsus bir yer hazırlamışdılar ki,  orada onlar oynayırdılar.

Bir  dəfə  Sofiya  Aleksandrovna  Əşrəfə  Qafqaz  libası  geyindirib,  həm in  bağa 

apardı.  Onu uşaqlarm içində  qoyub  özü bir xanımla  söhbətə  məşğul  oldu.  Ə şrəf bir 

skamyada  oturub,  qəmgin-qəmgin  uşaqlara  baxırdı.  İki  uşaq,  biri  oğlan,  biri  qız, 

Əşrəfi belə  qəmgin görüb,  onu oynamağa təklif etdilər.  Amma Əşrəf istəmədi.

Bu  bağ,  bu  oynayan  uşaqlar,  Əşrəfin  yadma  vətənlərini,  ata-anasmı  və  Həsən 

lələsini  saldı.  Zavalı  uşaq  başmı  skamya  üzərinə  qoyub,  həzin-həzin  ağlamağa 

başladı.  Uşaqlar  onun  ağlamağmı  görüb,  başma  yığıldılar.  Birisi  ona  oyun  şeyi 

verdi  ki,  ağlamasm,  o  biri  uşaq,  əlinə  konfet  uzatdı.  B ir  balaca  qız  da  yaylığım 

çıxarıb,  onun  gözlərini  sildi.  Bu  uşaqlarm  içində  doqquz  yaşmda,  üstü  Avropa 

libaslı,  amma  başm da  ağ  fəs  M ustafa  adlı  bir  müsəlman  uşağı  da  var  idi.  Bu  uşaq 

Əşrəfin  paltarmdan  onun  bir  müsəlman  olduğunu  zənn  edib,  onunla  belə  sual- 

cavab  etdi:

-  Sin müsəlmanmısən?

Ə şrəf cəld başmı  qaldırıb,  Qafqaz ləhcəsində cavab verdi:



Hə, müsəlmanam!

Adm niçindir?

Əşrəf!

Niçi yaşm  bar?



Ə şrəf "niçin",  "bar"  ləfzələrini  anlamadı isə  də  "yaş"  sözündən sualı başa düşdü 

və dedi:


M ənim yeddi yaşım var!

M ustafa  da  Qazan  uşağı  olduğundan  Əşrəfin  dilinl  yaxşı  anlamayırdı;  o, 

Əşrəfdən  soruşdu:

Sinin atan barmı?

Yoxdur,  atam ölübdür!

Sonra  M ustafa  Əşrəfin  əlindən  tutub  dedi:  -  Yıblama,  gəl,  minimlən  gitik! 

(Ağlama,  dur,  mənimlə  gəzək!)

Əşrəf  durub  onunla  gəzməyə  getdi.  Əşrəf  öz  başma  gələni  ona  nəql  edirdi. 

M ustafa onun dilini tamamilə  anlamayıb,  ancaq bəzi  sözlərini başa düşurdü.

M ustafanm  atası,  Bürhanətdin  adlı,  dövlətli  bir  müsəlman  idi.  Sənəti 

sövdagərlik idi.  M ustafadan başqa da bir övladı yox idi.  Övladma həm  ana,  həm de 

rus  dili  oxudurdu.  M ustafa  hər  gün  qulluqçuları  ilə  gəlib,  "Russkaya  Şvətsariya" 

bağmda  oynayırdı.  M ustafa  Əşrəfə  yarıtürk  və  yarırus  dili  ilə  qandırmışdı  ki,  hər 

gün  bu  bağa  gəlib  oynasmlar;  Əşrəf  də  buna  razı  olmuşdu.  Bu  vaxtdan  başlayıb, 

Əşrəf və M ustafa hər  gün bu bağda  görüşüb,  dostlaşdılar.  Sofiya Aleksandrovnaya 

mümkün  olmayan  vaxt,  Əşrəfi  qulluqçularma  qoşub,  bağa  gəzməyə  göndərərdi. 

Mustafanm  səyi  ilə  Əşrəf  az  vaxtda  Qazan  dilinə  də  aşina  oldu.  Sofiya 

Aleksandrovna bağda  M ustafa  ilə  tanış  olmuşdu.  Onun tərbiyəli  və  həlim  bir uşaq 

olduğuna  görə,  Əşrəflə  yaxmlaşmağma  özü  də  səy  edirdi.  Bundan  əlavə,  Əşrəf bir 

müsəlman  uşağı  olduğunu  mülahizə  edib,  fikir  edirdi  ki,  divan  vasitəsilə  Əşrəfin 

ata-anası  və  qohum-əqrəbası  tapılacaqdır.  M ustafa  Əşrəfi  qonaq  çağırıb,  onu  öz 

ata-anası  ilə  tanış  etmişdi.  Ə şrəf onlann  hər  ikisinə  çox  xoş  gəlmişdi.  M ustafanm 

anası  Ayişə,  hər  onu  görəndə  bağnna  basıb  əzizləyirdi,  öpürdü  və  onun  halma 

yanırdı.  Əşrəfin də,  Ayişə çox xoşuna  gəlirdi.  H ər onu  görəndə  qucağma atılıb,  onu 

öpərdi,  çünki  onun  bir  suyu  anasma  oxşayırdt.  Əşrəfin  vasitəsilə  Barsovalar  da 

onlar  ilə  tanış  olub,  gedib  gəlirlərdi.  Bu  iki  külfət  bir-birini  sevib  dost  oldular. 

Sofiya



Aleksandrovna  Qazanm  abi-havasmı  götürməyib  təzədən  azarladı  və  bir  aya  qədər 

naxoş  olub,  may  aymm  axırmda  vəfat  etdi.  Onun  ölümü  vəfalı  ərini  çox  qəmgin 

etmişdi.  O  idi  ki,  yay  tətili  başlanan  kimi,  qəmini  dağıtmaq üçün,  Avropa  səyahəti 

fikrinə  düşdü.  Əşrəfi  özü  ilə  səyahətə  aparmağı  m əsləhət bilməyib,  onu müvəqqəti 

Bürhanəddingildə  qoydu;  onlar  isə,  Əşrəfi  çox  şadlıq  ilə  qəbul  etdilər.  Yay  tətili 

qurtardı.  Nikolay  İvanoviç  gəlib  çıxmadı.  Bürhanəddin  bu  barədə  ədadi 

məktəbindən  xəbər bilmək üçün  nazirin yanm a  getdi.  O  da  Nikolay  İvanoviç  Parij 

şəhərində vəfat etdiyini xəbər verdi.  Bu xəbər hamı külfəti  qəmgin etdi.

Ə şrəf Bürhanəddingildə  qalıb, M ustafa ilə bərabər yaşamağa başladı.



UŞAQLIQ HƏYATIMDAN XATİRƏLƏR

Atam  Rzaqulu  deyərmiş  ki,  mənim  üç  oğlum,  bir  qızım  olacaqdır.  Onlara  bu 

adları  qoyacağam:  Qəhrəman,  Rüstəm,  Süleyman,  Məhtaban.  Atamm  bu  arzusıı 

əmələ  gəlir.

Böyük  oğlu  Qəhrəman  öz  sağlığmda,  hələ  uşaq  ikən  vəfat  edir.  M ənim 

təvəllüdümdən  iki  ay  sonra  özü  də  vəfat  edir.  Üç  körpə  uşağm  pərvəriş,  təlim  və 

tərbiyəsi 

annam  Düm isənin  öhdəsinə  düşür. 

Dayım 

Səfərəli  Vəlibəyov 



(Zaqafqaziya  səminariyasmm  müəllimi)  bacısmm  bu  ağır  vəzifəsini  bir  qədər 

yüngülləşdirmək  məqsədilə  böyük  qardaşım  Rüstəmi,  altı  yaşmda  uşaq  ikən, 

yaşadığı  Qori  şəhərində  aparır.  Orada  öz  yanm da  hazırladıb  Tiflis  şəhərində 

gimnaziyaya  qoyur.  M ən  də  bacım  M ahtabanla  anamm  himayəsində,  Seyidli 

kəndində  yaşamağa  başladıq.  Seyidli  kəndi  indiki  Ağdam  şəhərinin  bir  hissəsidir. 

Uşaqlıq həyatımm böyük hissəsi bu kənddə keçmişdir.



KƏND MƏİŞƏTİ

Seyidli  və  onu  əhatə  edən  kəndlilərin  bağ-bağatı  o  dərəcədə  boldur  ki,  göz 

ətrafda  ot və  ağacdan  savayı  bir  şey  görmür.  Haraya  baxırsan  bağ,  bağ və  yenə  də 

bağ.  Hətta  göyün üzü  agaclarm arasmdan parça-parça  görünür.  D ar doqqazlarmdan 

başqa  açıqlıq  yer  yoxdur.  Buranm  üzüm  bağları  Gürcüstan  bağları  kimi  gələsər 

deyildir.  Tənəkləri hər növ hündür ağaclara dırmaşdırılmışlar.

Payız  fəsli  üzüm  salxımları  budaqlardan  sallanaraq  ağacları  yolka  kimi 

bəzəyirlər.

M ən  gözlərimi  açdıqda  özümü  belə  zəngin  təbiət  içində  gördüm.  O  məni 

mərhəmətli  qucağmda  yaşadarkən,  həyatm  ağır,  zəhərli  hallarmı  -  yetimlik, 

yoxsulluq  məşəqqətini  unutdururdu.  Biz  uşaqlarm  bütün  günləri  bağlarda  keçirdi. 

Ta  aclıq  bizə  qalib  gəlməyincə  evlərimizə  qayıtmazdıq.  Qayıtdıqda  da  çox  vaxtı, 

əllərimizə bir parça çörək alaraq, yenə  də bağa qaçardıq.  Cürbəcür meyvələr orada; 

çiçəklər,  göy




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə