Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə138/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   132   133   134   135   136   137   138   139   140

sapı  ayağmdan  çıxartmaq istəyirdi.  Bu  gündən  sərbəst olaraq,  damm  içində  cik-cik 

edə-edə  gah  uçurdu,  gah  yorğan-döşək  yükünün  üstə  oturub  mürgüləyirdi.  Lakin 

damdan bayıra çıxmırdı.

Bir  səhər  damda  oturmuşduq.  Birinci  gün  idi  ki,  hava  açılıb  gün  çıxmışdı. 

Günəşin  şəfəqi  damm  bacasmdan  içəriyə  düşmüşdü.  Ala-cəhrə  cik-cik  edərək 

damda uçurdu.  Birdən bacadan çıxıb  getdi.

Ah,  quşum qaçdı!  - deyə M əmmədağa qışqırdı.

Qorxma  yenə  gələcəkdir.  Belə  isti  yeri,  yemək-içməyi  buraxıb  getməz,  - 

deyə  Tağı  əmi  onu  sakit etdi.  Doğrudan  da,  bir  azdan  sonra yenə  də  cik-cik  edərək 

bacadan içəri uçdu.

Bu sevimli  quşcığaz tamam  qış damda yaşayıb baharda bağa uçdu.  Lakin köhnə 

məkanmı və dostlarmı unutmayıb  gahdan bir ziyarət edirdi.



İLANLARLA MÜBARİZƏ

Yazm  isti  günlərindən  başlamış  payızm  əvvəlinə  kimi,  bağlarda  gəzdikdə,  dar 

doqqazlarla  getdikdə,  koluqda,  qulançarlıqda  biz  uşaqlar,  özümüzü  zəhərli 

ilanlardan  gözləməliyik.  Açıqlıq yerdə  bu  asan  idi.  Lakin bağda,  qalın  otlar  içində 

qıvrılıb  yatmış  ilanı  hardan  gorub,  özümüzü  bu  müzür  heyvandan  mühafizə 

edəydik?  Dostumuz koramal  otlarm  arası  ilə hərəkət etdikdə məlum olurdu.  Amma 

zəhərli  ilanlar  məlum  olmurdu.  B ir  yay  olmayırdı  ki,  ilan  uşaq  vurmamıs  olsun. 

Onlar  da  bizdən  paylarmı  yaxşıca  alardılar.  İsti  günlərdə  çəpərlərin  döşü  ilanlarla 

dolu  olardı.  Onlar  yuvalarm dan  çıxıb  özlərini  günə  verərdilər.  Biz  də  dəstə 

bağlayıb  onlarla müharibə  edərdik.  H ər birimizin  əlində  uzun çomaq olardı.  Kimin 

gözünə  qıvrılıb  yatmış,  ya  hərəkət  edən  ilan  sataşsaydı,  tez  çomağı  ilə  vurub 

öldürərdi.  H ər kəs çox öldürsəydi,  o, birinciliyi  qazanardı.

Bilmirəm  haradan  çıxmışsa,  guya  kərtənkələlər  ilanlara  ağu  verirlər,  ona  görə 

bunları  da  düşmənlər  sırasma  qoyub  qırardıq.  Bu  barədə  Tağı  əmidən  soruşduqda 

o, belə cavab verdi:

Yalan  sözdür;  kərtənkələlərin  zəhəri  yoxdur.  özləri  də  zəhərli  həşəratı 

yeyib  tələf etməklə bizə  böyük mənfəət yetirirlər.  O  ki  qaldı  ilana,  onun  iki zəhərli 

dişi var.  Zəhər dişinin dibində nazik pərdəli iki




tuluğun  içindədr.  İlan  çaldıqda  pərdələr yırtılıb  zəhər yaralmm  qanma  qarışır,  onu 

zəhərləyib öldürür.

Tağı  əminin bu verdiyi məlumatdan sonra biz kərtənkələ  qırmağı tərk etdik.

TAĞT  ƏMİNİN TƏRLANI

Tağı  əminin iki növ ov quşu olardı.  Biri  qızılquş,  o biri  qırğı.  Qırğı  ilə  Tağı  əmi 

bildirçin tutardı.  Qızılquş ilə  qırqovul, kəklik, turac ovuna gedərdi,

Son  zamanlar  Tağı  əmi  bir  yerə  getdikdə  quşları  mənə  tapşırırdı.  Quşlara  nə 

qədər və nə cür ət verməyi  Tağı  əmi mənə öyrətmişdi.

- Bax,  ət yağlı olmasm,  - deyə  Tağı əmi dübarə tapşırardı.

M ən  Tağı  əminin  hər  hərəkətini  götürmüşdüm.  Onun  kimi  bəhləni  geyirdim. 

Quşun  bağmı  qıfıldan  açardım.  Əti  əlimə  alaraq,  bir-iki  addımdan  quşu 

muşqururdum.  Ac  quş tez özünü ətin üstünə  atırdı.  Lakin Tağı  əmi kimi  quşu  ağaca 

buraxıb  çağırmağa  cürət  edə  bilmirdim.  Qorxurdum  ki,  dövr  edib  havaya  qalxsm, 

tuta bilməyim.

Nağıl  etdiyim  il,  Tağı  əmi  dağdan  gəldikdə,  özü  ilə  bir  qızılquş  da  gətirdi.  Bu, 

tərlan  idi.  Tağı  əmi  onu  yuvadan  düşürmüşdü.  Ona  lazım  olan  tərbiyəni  verərək 

ova hazırlayırdı.  Bir müddət  ac  saxlayıb  yem  vaxtı  həyətdə  ağaca buraxırdı.  Sonra 

əlinə cücə  götürərək heyətin o biri başmdan çağırırdı.  Tərlan cücəni  gördükdə uçub 

əlinə  qonurdu.  Cücənin  tuklərini  yolmağa  başlayırdı.  Ətini  deddikdə  Tağı  əmi 

cücəni  quşun  əlindən  alıb  onu  yenə  ağaca  buraxırdı.  Dübarə  çağırırdı.  Quş  uçub 

gəlirdi.  Bir-iki  dəfə  belə  etdikdən  sonra  yedirirdi.  Sabahısı  cücə  əvəzinə  ət 

götürürdü.  Bəzi vaxt qırmızı dəsmalı bükərək ətə oxşadırdı.  Tərlan ona da gəlirdi.

Bu tərlanm caynaqları  qeyri  quşlara  görə  çox iti  idi.  Bəhlədən keçib  ələ  batırdı. 

İki bəhləni bir-birinin üstündən geyməyincə onu ələ  götürmək mümkün deyildi.

Bir  dəfə  Tağı  əmi  bazara  getmişdi.  Tərlan  həyətdə,  öz  müəyyən  yerində  qıfıl 

üstündə bağlı  idi.  M ən və  M əmmədağa bağda idik.  Birdən həyətdə  qışqırıq  qopdu. 

Biz  qaçaraq  gəldik.  Onda  gördük  ki,  Tərlan,  M əmmədağanm  bir  yaşmda  bibisi 

oğlu  Əyyubu basmarlayıb  cücə  kimi  altma  alıbdır.  Arvadlar da  quşu tutub  çəkirlər 

ki, uşağı buraxsm.




Nə  qayırırsımz?  -  deyə  qışqırdım.  -  Quşu  çəkməyin,  yoxsa  uşağm  ətini 

qopardar.  -  Cəld  arvadlan  kənar  edib  tərlanm  ayaqlarmı  sıxmağa  başladım.  Quşun 

caynaqları  açılıb  uşağı  buraxdı.  Arvadlar bu  ittifaqdan  elə heyəcana  gəlmişdilər ki, 

quşu  boğub  öldürmək  istəyirdilər.  M ən  mane  oldum.  Yaxşı  ki,  bu  halda  Tağı  əmi 

özü gəlib çıxdı.  Arvadları  sakit edərək dedi:

Yaxşı,  m ən  quşumu  bu  gündən  damda  saxlayacağam. 

Siz  də 

uşaqlarmızdan muğayat olub, başma buraxmaym.

Tərlanm  Əyyuba hücum  etməsinə  onun  qırmızı köynəyi  səbəb  olmuşdu.  Tərlan 

qırmızı  şeyə  həris  idi.  Harada  görsəydi  üstünə  atlanardı.  Tağı  əminin  bu  tərlanı 

axırda m əşhur bir quş oldu.

AXTAR VƏ  ŞƏNGÜL

Axtar  və  Şəngül  Tağı  əminin  ov  tulaları  idi.  A xtar  erkək,  Şəngül  qancıq  idi. 

Axtar  qısaboylu,  gödəktüklü,  bozrəngli,  görkəmsiz  tula  idi.  Gödək,  m əxmər  kimi 

hamar,  düm  ağ rəngli,  üstü  qara xalı  və  zolaqlı  tükü var  idi.  Beli,  ayaqlarm,  burnu 

incə idi.  Qaşlarmm üstündə iki gözə bənzəyən xalı vardı.

Bu  tulalarm  zahirləri  başqa  olduğu  kimi,  xasiyyətləri  də  başqa  idi.  Axtar 

qaşqabaqlı, tənbəl, İstirahət sevən tula idi.

Şəngül diribaş,  şən,  mehriban,  sevimli bir heyvan idi.

İt  də  gülərmi?  -  deyə  şübhə  edən  şəxs  Şəngülün  gülər halətini  gördükdə  - 

bəli,  gülər,  -  deyə  təsdiq  edirdi.  Budur,  tənbəl  Axtar  həytdə  uzanıb  özünü  günəşə 

verir.  Şəngül isə oynamaq istəyir.  Nə etsin?

Kimlə  oynasm?  Bozdar  köpəkləmi?  O,  qocalmış,  gözlərinə  pərdə  gəlmiş 

heyvərə bir köpəkdir.  Onunla oynamağı  Şəngül  sevmir.  Bir dəfə  onunla  oynadıqda 

Bozdar nədənsə  acıqlanıb  onu boğmuşdu:  Ondan bəri Bozdar ilə yaxm lıq etmirdi.

Tənbəl  də  olsa,  yenə  öz  yoldaşı  Axtar,  Şəngül  qısıla-qısıla  gedib,  Axtarm 

ayağmdan  çəkməyə  başladı.  A xtar  başmı  qaldırıb,  dişlərini  ağardaraq  mırıldadı. 

Şəngül  kənara  çəkildi.  Axtar  yenə  uzandı.  Bir  azdan  sonra  Şəngül  gəlib  Axtarm 

qulağmdan  yapışaraq  çəkməyə  başladı.  Acıqlı  A xtar  qalxaraq  onun  üstə  hücum 

etdi.  Şəngül  qoyub  qaçdı.  Axtar  yenə  uzanıb  yatm ağa  məşğul  oldu.  İndi  Şəngül 

onu  başqa  yol  ilə  təngə  gətirməyə  başladı.  Axtarm  üstündən  o  tərəf-bu  tərəfə 

tullanaraq onu narahat etdi.  Axtar bilirdi ki,  oynamaymca  Şəngül ondan əl



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə