Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə136/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   132   133   134   135   136   137   138   139   140

otlar  orada;  rəngin  pərvanələr,  oxuyan  quşlar  orada.  Bizi  bağlara  cəlb  edən  şeylər 

bunlar idi.

İlin hər fəslində biz uşaqlar üçün bağda məşğuliyyət var idi.  Bahar vaxtı  ağaclar 

hər növ rəngin çiçəklər açaraq,  bağları  gülüstana döndərirdi.  Bu zaman quşlar yuva 

tikməyə  məşğul  olduqda,  biz  də  onlara bəhs  edərək  evcik tikib  çiçəklərlə bəzərdik. 

Bu  mövsümdə  yetişməyə  başlayan  meyvələrə  gəldikdə,  biz  onlarm  deyməyini 

gözləməzdik.  Alça  çiçəyini  töküb  bir  balaca  böyüyən  kimi  göy  olmağma 

baxmayaraq,  duz ilə yeyərdik.  Sonra tut ilə  gilas dəyməyə başlardı.

Yay  fəslində  ərik,  gavalı  boyürtkən  deyərdi.  Payız  geldikdə,  böyüklərlə 

bərabər,  üzüm,  heyva,  nar,  əzgil,  zoğal,  alma,  armud,  qoz  və  qeyri  meyvələr 

yığmağa  məşğul  olardıq.  Hətta  qışda  da  özümüz  üçün  iş  tapardıq.  Qar  hər  yeri 

bürüyən  zaman,  biz  bağm  xiyabanlarmda  qardan  top  qayırar,  onları  yumalamağa 

başlardıq.  Top  getdikcə  irilənərək  axırda  boyumuzdan  hündür  olardı,  daha 

yumalamağa  gücümüz  çatmazdı.  Ya  da  qardan  adam,  heyvan  heykəli  qayırardıq. 

Lakin  bu  oyunun  axm  ağlamaq  olardı.  Çünki  üşümüş  əllərimizi  oda  verdikdə 

sızıldamağa başlardı.

Uşaq bir qədər özünü anladıqda hər şeyin  sirrini bilm ək istəyir.  O zaman ananm 

təlim  və  tərbiyə  rolu  artır.  Çünki  birinci  növbədə  uşaq  sualı  ona  verir.  Doğrudur, 

uşağm  hər  sualına  cavab  vermək  müşküldür.  Lakin  mümkün  olan  dərəcədə  cavab 

verib onu  sakit etmek lazımdır.  M ən də  anama çox sual verərdim.  Bir dəfə  anam ilə 

bağımızda idim.  Cırcırama aramsız cırıldayırdı.

Ana,  o cırcırama nə deyir,  - deyə  sual etdim.

Oğlum,  o cırcırama deyir ki:

Qarışqacıq-quruşqacıq.

Mənə dedi,  qarışqacıq.

Dedi,  dedi,  dedi,  dedi.

M ən  anamm  bu  cavabma  xeyli  güldüm.  Sonra  o  sözləri  əzbərlədim.  Cırcırama 

oxuyanda m ən də ona qoşulub  deyərdim:

Qarışqacıq-quruşqacıq,

Mənə dedi,  qarışqacıq.

Dedi,  dedi,  dedi,  dedi.

Səslərin  ahəngi  cırcıramanm  oxumasma  elə  bənzəyirdi  ki,  sanki  doğrudan  da, 

cırcırama o  sözləri deyirdi.



*  *  *

Yenə  bir  gün  anam  həyətdə  oturub  köynək  tikirdi.  M ən  də  yanmda 

oturmuşdum.  Sərçələr "cik-cik"  edərək həyətə  səs salmışdılar.  Tut ağacmm başmda 

oturmuş  sərçə  birdən:  "Cımt!"  edərək  səs  saldı.  Sərçələr  o  dəqiqə  səslərini  kəsib 

özlərini çəpərin içinə  soxdular.  M ən buna təəccüb edib  soruşdum:

Ana,  o  sərçə nə dedi?  Quşlar niyə  gizləndilər?

Oğlum,  o  sərçə  dedi ki,  qaçm,  tez  gizlənin,  budur qırğı  gəlir!  Doğrudan da 

bir azdan sonra qırğı  göründü.  Çil xoruz  qışqırıq saldı.

Qırğı dayanmayıb keçdi.  M ən heyrətdə idim.  Təəccüblə  soruşdum:

Ana, bu quş dilini  sən haradan bilirsən?  M ən də öyrənə bilərəmmi?

Annam gülərək dedi:

Niyə  bilmirsən!  Quşlara  fikir  versən,  öyrənə  bilərsən.  Tağı  əmoğlun 

ovçudur.  O,  quşlar, heyvanlar haqqmda çox şey bilir.  Ondan soruş,  desin.

TAĞI ƏMİ

Əmim  M irzə  M əmmədin  üç  oğlu  var  idi:  Tağı,  Aslan,  Mehdi.  Tağı  böyük, 

Mehdi  kiçik  qardaş  idi.  Sonuncu  İranda  tibb  təhsil  edərdi.  O,  İrana  gedən  zaman 

mən  çox  kiçik  olduğuma  görə  yadıma  gəlmir.  Qardaşlardan  yalnız  Tağı  evli  idi. 

Onun  məndən  iki  yaş  kiçik  M əmmədağa  adlı  bir  oğlu  var  idi.  bu,  mənim  oyun 

yoldaşım idi.  Tağı  əmi  sair əmizadələrimə  nisbətən məndə  böyük təsir buraxmışdı. 

Səxavətli,  rəhmdil,  həlim təbiətli  bu  şəxs  öz xasiyyəti  cəhətincə  hamınm hörmətini 

qazanmışdı.  Atam  kimi  onun  da  ova  artıq  həvəsi  var  idi.  Qızılquş,  qırğı,  tula 

saxlayıb,  ölənə  kimi  ondan  əl  götürmədi.  Ata  məhəbbətini  görmədimsə  də,  atalıq 

məhəbbətini bu  sevgili əmizadəmdə  gördüm.

Tağı  əmi  quşçular arasmda m əşhur idi.  O, bəslədiyi  quşun önündən bir qırqovul 

qaçıb canmı  qurtara bilməzdi.  Ov tulaları da çox təlimli olardılar.

M ən  əvvəllərdə  quşlarm  adlannı,  növlərini,  yaşayışlannı,  xasiyyətlərini 

bilməzdim.  Çalağan ilə  quzğuna fərq qoymazdım.  Onları mənə




öyrədən  Tağı  əmi  oldu.  Göyün üzündə bir qara nöqtə kimi  görünən  alıcıquşu mənə 

göstərərək deyərdi:

Bax,  o  göy üzündə  süzən quş  qaraquşdur.  Ova çıxıbdır.

Tağı  əmi,  o  yuxarıda  quş  yoxdur.  O,  kimi  ov  edəcəkdir?  -   deyə 

soruşduqda:

Onun  ovu  yerdədir.  Alıcı  quşlarm  gözləri  çox  iti  olar.  Onlar  yerdə  siçan 

kimi  xırda  bir  heyvanm  hərəkət  etməyini  görərlər.  İndi  o  qaraquş  da  yerdə 

dovşanm  qaçdığmı,  ya kəkliyin uçmağmı  gördükdə,  ildırım kimi  şığıyıb  caynağma 

alacaqdır.  Sonra  bir  uca  dağm  başmda  oturub  yeyəcəkdir,  -  deyə  Tağı  əmi  mənə 

cavab verərdi:

M ən  qaraquş,  quzğun,  çalağan,  qızılquş,  qırğı,  yapalaq,  bayquş,  sar  kimi  ət 

yeyən  vəhşi  quşları,  alacəhrə,  şeyda  bülbül,  sarıköynək,  baltadimdik  kimi  oxuyan 

bağ  quşlarmı,  ya  da  turac,  qırqovul,  kəklik,  çil,  bildirçin  kimi  ov  quşlarmı 

məktəbdə  şəkildən  yox,  hələ  uşaq  ikən  təbiətin  özündə,  Tağı  əminin  vasitəsilə 

gördüm,  öyrəndim.  Onun  mürəbbilik  vəzifəsi  bir  bunlarla  bitmirdi.  M ühitimdə 

gördüyüm  şeylərin  adlannı,  onlarla  əmələ  gələn  dəyişiklikləri  yenə  də  ondan 

öyrəndim.  M ən əvvəllər qurdlar ilə kəpənəklərin əlaqədar olduqlarmı bilməzdim.

Bir dəfə bağda ala-bəzək bir qurdu yarpağa büküb  gətirdim.

Tağı əmi, bax gör nə  qəşəng qurddur?  - deyə ona  göstərdim.

Doğrudur,  gözəldir.  Lakin  bu  qurd  kəpənək  olanda  daha  da  gözəl 

olacaqdır,  - deyə  Tağı  əmi əlavə etdi.

M ən təəccüb edərək soruşdum:

Bundan necə kəpənək olacaqdır?  Onun qanadları var, bunun yoxdur.

Tağı  əmi cavab verdi:

Bu  qurd yarpaq yeyə-yeyə  böyüyəcəkdir.  Sonra hörümçək  kimi  tor hörüb 

içində  qalacaqdır.  B ir  m üddətdən  sonra  onun  gözləri,  ayaqları  yox  olub  topal 

olacaqdır.  Sonra topala qanadlar,  göz  gələcəkdir.

Yazm isti  günlərinin birində baramasmı  deşib  çıxacaqdır.  Bağda uçub  çiçəklərə 

qonduqda,  sən də papağmı əlinə  alaraq onu tutm aq fikrinə düşəcəksən.

M ən  o  vaxta  kimi  ipək  qurdunun  saxlanılmasmı  görməmişdim.  Sonralar 

özümüz  qurd saxladıqda Tağı əminin nağıl etdiyini öz  gözümlə  gördüm.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə