Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə140/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   132   133   134   135   136   137   138   139   140

M ən  bu  təklifdən  artıq  şad  oldum,  çünki  axşama  kimi  yoldaşsız  nə  edəcəyimi 

özüm də bilmirdim.  Tağı  əmi ov torbasmı boynundan asaraq dedi;

Vəzifələrimizi  ayıraq.  A xtar  ilə  Şəngül  bildirçini  izləyib  qaldıracaqlar, 

mən də  qırğmı vaxtmda vuracağam.  O da ovu tutacaqdır.

Sən də onları bu torbaya dolduracaqsan.

M ən T ağı əminin sözünə  gülüb  dedim:

M ənim işim haımsmdan asandır.

Ov  üçün  uzaq  getmek  lazım  deyil.  Biçilmiş  tarlalarm  küləşliyindən 

bildirçinlərin  "bit-billit"  səsləri  gəlirdi.  Tağı əmi zəmilərə çatdıqda:

Axtar  tet!  Şəngül  tet!  Ha  burda,  ha  burda,  Şəngül  qaldı!  -  deyə  tulaları 

ovlatmağa  başladı.  Bu  gün  Şəngül  Axtara  üstün  gəlmişdi.  Birinci  ovu  qaldıran  o 

oldu.  Tağı  əmi  bildirçinin  başmı  kəsib  mənə  verdikdə  Axtarm  ayağı  altmdan  bir 

bildirçin  də  qalxdı.  Qırğmı  buraxmağa  fürsət  olmadı.  Bildirçin  uçub  yaxm  bir 

kolun içinə  girdi.

Eybi  yoxdur,  o  da  bizim  malımızdır,  hara  getsə  axırda  sənin  torbanda 

olacaqdır,  -  deyə  Tağı  əmi  kola  tərəf üz  qoydu.  Bizdən  irəli  tulalar  yüyürüb  kola 

çatdılar.  İkisi  də  başlarmı  kolun  içinə  soxduqdan  sonra  dalı-dalı  çəkilməyə 

başladılar.  Bu vaxt biz onlara çatdıq.

Tağı əmi, tulalar nə üçün geri  çəkildilər,  - deyə  soruşdum.

Yəqin  ilan  görmüşlər,  bu  saat  bilərik,  -  deyə  Tağı  əmi  kola  diqqətlə 

baxmağa başladı.  -  Səhv  etməmişəm,  ilandır,  özü  də  gürzə.  Qıvrılıb  yatmışdır.  Bu 

saat onu tutacağam,  - deyə  Tağı  əmi qırğmı mənə verdi.

Tağı  əmi  ilandan  əsla  çəkinməzdi.  B ir  balaca  ağac  ilə  başmdan  basıb.  İndi  də 

tənbəki  cibindən  çıxarıb  içindən  bir  qədər  qır  çıxartdı.  Sonra  həm in  çubuğun  sapı 

ilə  ilanm  başm dan  basıb  boğazmdan  yapışdı.  H azır  etdiyi  çubuq  qırmı  ilanm 

boğazma  salıb  onu  bir  qədər  əlində  saxladı.  Sonra  yerə  qoydu.  İlan  hərəkətsiz 

qaldı.  M ən təəccüb  edərkən Tağı əmi dedi:

İlanm  zəhərindən  başqaları  öldüyü  halda,  ilan  özü  tənbəkinin  qırmdan 

zəhərlənib tələf olur.  İndi bu ilan şişib kötük kimi olacaqdır.

Bunu  deyə  Tağı  əmi  ilanı  götürüb  kolun  üstünə  qoydu.  Sonra  qırğmı 

məndən alıb:

Axtar tet!  Şəngül tet!  - deyə tulaları kola girməyə çağırdı.

Şəngül  ilanm  ölüsündən  də  qorxaraq  kola  yaxm  düsmədi.  Axtar  isə  özünü 

kolun  içinə  soxdu.  Lakin  bildirçini  orada  tapmadı.  M əlum  oldu  ki,  bildirçin  ilan 

fəqərəsindən istifadə edərək özünü başqa yerə ver-



mişdir.  Axtar da ovdan əl çəkən hərif deyildi.  Tezliklə onun izinə düşüb tapdı.  Tağı 

əmi  deyən kimi bu da bizim malımız  oldu.  Günəş  qüruba enirdi.  Torba da  getdikcə 

şişirdi.

Daha  kifayət  edər,  -  deyə  Tağı  əmi  evə  tərəf  döndü.  B ir  az  getmişdik  ki, 



Şəngül  ayağmı  qaldıraraq Tağı əminin üzünə baxdı.

Bu  da  Şəngülün  xatiri  üçün,  -  deyə  Tağı  əmi  qırğmı  ovcuna  aldı.  Şəngül 

bunu  gördükdə  özünü bildirçinin üstünə  atdı.  Qırğı  bu  son bildirçini  də tutdu.  Tağı 

əmi bunu qırğıya vermək istədikdə:

Tağı  əmi,  o bildirçini  öldürmə,  mənə  ver,  onu  evə  diri  aparacağam,  -  deyə 

rica etdim.

Yaxşı,  al bunu.  Torbadan bir bildirçin ver,  qırğıya yedirdim.

M ən  Tağı  əmiyə  bir  ölü  bildirçin  verdim,  o  da  diri  bildirçini  mənə  verdi. 

Bildirçini  cibimdə  əlimlə  tutmuşdum.  Zavalı  heyvancığm  ürəyi  elə  döyünürdü  ki, 

deyəsən bu saat partlayıb,  canı çıxacaqdı.

Fikrim  daim  bunda  olaraq  necə  qayıdıb  ilan  olan  kola  çatdığımızı  bilmədim. 

Tağı  əmi ilanı  göstərərək dedi:

Görürsən necə  şişmişdir?

Mənim  yenə  də  fikrim  cibimdəki  quşda  olaraq,  ilana  məhəl  qoymadım.  Tağı 

əmi məni fikirli  görərək dedi:

Görürəm,  həm  yorulmusan,  həm  də  acmısan,  beləmi?  Səbir  elə,  evə 

yaxmlaşmışıq.

Yox,  Tağı  əmi,  m ən yorulmamışam,  amma acmışam.

Yorulmağımı  boynuma  almadım  ki,  Tağı  əmi  bir  də  məni  ova  aparmaz.  Lakin 

məni  qəmgin və pərişan edən cibimdəki  quşcığaz  idi,  ona çox  acıyırdım.  İndi  bunu 

Tağı  əmidən  almağıma  peşm an  idim.  Bu  torba  başları  kəsilmiş  quşlara  heç  də 

acımırdım.  Onları bu diridən xoşbəxt hesab edirdim.  Onlar ölüb  getmiş,  daha bir də 

dirilib  oxumayacaqlar, yuva tikib  bala çıxarmayacaqlar...  Yenə  də  quşcığazm ürəyi 

döyünürdü.  B ir  an  rahat  olmurdu.  Bu  isə  mənə  təsir  edirdi.  Nə  edim?  Buraxımmı! 

Onda  Tağı  əmi  mənə  nə  deyər?  M əni  sevməz,  bir  də  ova  aparmaz.  Yox,  bu 

yaramaz,  -  deyə  fikrimi  dəyişdirmək  istədim.  Lakin  cibimdəki  ürəyi  döyünən 

heyvancıq mənim  də  üreyimin  döyünməsinə  səbəb  oldu.  Daha  səbrim  tükənmişdi. 

Quşu  azad  etməkdən  artıq,  özümü  bu  əzabdan  xilas  etmək  fikrində  idim.  Axırda 

belə bir hiylə  gəldim:  bir az  Tağı əmidən geriyə  qalaraq,  əlimi cibimdən çıxarıb:

Vay,  yıxıldım!  -  deyə  özümü  yerə  atdım.  Bildirçin  cibimdən  çıxıb  pırıltı 

ile  uçmağa  başladı.  Qırğı  bunu  gördükdə  çırpımb  Tağı  əminin  əlindən  çıxdı. 

Ayaqlarmdan uzun  qayış  sallana-sallana bildir-




çini  tutub  yerə  endi.  Tağı  əmi  onu  qırğmm  əlindən  alıb  başmı  kəsdi.  Sonra  iki 

bölük edərək tulalara  atdı.

Görürəm,  çox  yorulmusan.  Düz  yerdə  ayağm  büdrəyir,  yerə  yıxılırsan,  - 

deyə  Tağı əmi  gülməyə başladı.  M ənim fikrim ölən quşda ikən,  soruşdum:

Tağı əmi, tox  qırğı da ov dalmca gedərmi?

Sənin  quşun kimi bəxtsizlərin  dalmca  gedər,  -  deyə  Tağı  əmi təbəssüm ilə 

cavab verdi.

QAYIBIN İTİ

Qayıb  kişinin  əvvəli  mal-qaralı,  qoyun-sürülü,  dövlətli  bir kəndli  idi.  Get-gedə 

dövləti  əlindən  çıxıb  bir  cüt  öküz,  bir  inək  sahibi  olmuşdu.  Əvvəlki  dövlətdən  ona 

Qaraqıllı  adlı  bir  çoban  iti  yadigar  qalmışdı.  Sonsuz  Qayıb  kişi  bu  köpəyi  övlad 

kimi  sevirdi.  Hərgah bir adam ondan:

Qayıb  əmi,  arvadmm ölümünü istərsən, yoxsa itinin?  - deyə  sual etsəydi: 

Əlbəttə  arvadımm,  -  deyə  cavab  verərdi.  Qayıb  kişinin  bu  itə  bir  belə 

məhəbbət  bağlaması  hammı  heyrətə  gətirirdi.  Səbəbini  arayanlar  deyirdilər  ki,  bir 

falçı  onu  inandırıb  ki,  nə  qədər  Qaraqıllı  sağdır  sən  bir  zaman,  yenə  irəliki  kimi 

dövlət sahibi olacaqsan.

İtin  özünə  gəldikdə,  adi  çoban  itlərindən xeyli  iri,  qüvvətli,  cəsur və  hünərli bir 

heyvan idi.  uzun  qara tükləri  onu çox heybətli  göstərirdi.  Qaraqıllmm  qorxusundan 

bir  qurd  Qayıbm  sürüsünə  yaxırı  gələ  bilməzmiş.  "Qayıbm  iti"  adı  ilə  ətrafda 

m əşhur  olaraq,  bu  köpək  dillərdə  zərbi-məsəl  kimi  söylənirdi.  Birisi  itini  çox  tərif 

etdikdə:

Nə  çox  tərif  edirsən?  Qayıbm  iti  olmayacaqdır  ki,  -  deyə  onun  sözünü 

kəsərdilər.

M ən də bu itdən çox şeylər eşitmişdim.  Lakin özünü gönnəmişdim.

Qayıbm  iti  hürməzdi.  Yol  ilə  dinc  gedən  adamlarla  isə  işi  olmazdı.  Başqa  itlər 

kimi  onlarm  üstünə  getməzdi.  Lakin  birisi  qabağmdan  istər  atlı,  istər  piyada 

qaçmaq istədikdə  qızmış şir kimi üstünü alardı.

M ən  Çərikdə  olan  zaman  Qayıb  kişi  də  biçin  və  xırman  işlərinə  məşğul  idi.  İti 

də yanm da idi.

Bir gün  Tağı  əmi ovdan çox  quş  gətirmişdi.  Bir neçəsini xurcuna qoyaraq mənə 

dedi:



Boz madyanı min, bunları Hümmətgilə  apar.

Hümmət  Tağı  əminin  xalası  oğlu  və  həm  də  qaynı  idi.  Tağı  əmi  məni  ata 

mindirdikdə dedi:

Bax,  Qayıbgilin  obasınm  yanm dan  keçərkən  atı  yavaş  sür.  Olmaya- 

olmaya çapasan.

Arxaym ol,  Tağı əmi,  çapmaram,  - deyə ona söz verdim.

Hümmət  əmigil  ilə  bizim  aramız  üç  kilometrə  kimi  idi.  Gedənbaş  obanm 

yanmdan  səlamət  keçib  getdim.  Tapşırığı  əmələ  gətirib  qayıdarkən  yenə  obanm 

yanmdan  keçdikdə  atı  yavaş-yavaş  sürdüm.  Bir vaxt bir it  hürə-hürə  üstümə  gəldi. 

Bunun  səsini  eşitcək  başqaları  da  tökülüb  gəldilər.  Atı  addım-addım  sürərkən 

nəzərim  itlərdə  idi.  Onlarm  içində  Qayıbm  itini  arayırdım.  Lakin  ona  oxşar  bir  it 

yox  idi.  Bu  mənə  ürək  verdi.  B ir  qədər  getdikdən  sonra  itlərin  səsləri  kəsilməkdə 

idi.  Cürətlənib  madyanı  tərkimlədim.  B ir  də  baxıb  gördüm  ki,  tozu  duman  kimi 

qatdıraraq,  bir  qara  it  gəlir.  O  saat  atı  saxladım.  İt  mənə  çatan  kimi  atm  önündə 

ayaq  üstə  qalxdı.  Başı  atm  başı  ilə  bərabər  oldu.  Qorxudan  nəfəsimi  içimə 

çəkmişdim.  Bir  az  belə  durduqdan  sonra  Qaraqıllı  dönüb  yavaş-yavaş  getməyə 

başladı.  M ən  elə  qorxmuşdum  ki,  atı  yavaş  sürməyə  də  cürət  etmirdim.  İt  xeyli 

getmişdi  ki,  mən  də  atı  yürüş  ilə  sürməyə  başladım.  İt  obaya  yaxmlaşırdı,  mən  də 

mənzilə.

Yox,  daha  gəlməz,  -  deyə  özümə  ürək  verdim.  Tağı  əmigil  də  təpədən 

mənə tamaşa edirdilər.  Bu mənə  cürət verdi,  madyanı  çapmağa başladım.  Tağı  əmi 

əllə  mənə  nə  isə  işarə  edirdi.  Lakin  mən  nə  istədiyini  anlamadım.  O  və  başqaları 

mənim  qarşıma  tərəf  yüyürməyə  başladılar.  Bundan  m ən  şübhələnib  geriyə 

baxdım.  Onda  gördüm ki, yaram az köpək məndən əl çəkmək istəmir.  Atı  saxladım. 

İt nəinki kimi atm qabağmda dikəldi.  Bu səfər at rahat durmayıb başmı yırğaladı.  O 

saat  köpək  madyanm  alt  dodağmı  dartıb  parçaladı.  İt  bununla  kifayətlənərək 

obalarma  tərəf yola  düşdü.  M adyanm  ağzmdan  qan  çeşmə  kimi  axırdı.  İt  gözdən 

itdi.  Lakin m ən daha səhvimi təkrar etməkdən çəkinərək yerimdə durmuşdum.  Tağı 

əmi hamıdan irəli gəlib çatdı.

İt səni yaralamayıb ki?  - deyə təşvişlə  sordu.

Yox,  Tağı  əmi,  ancaq madyanm ağzmı  qapdı,  - deyə cavab verdim.

Madyan cəhənnəmə,  sən səlamət çıxmısan.  M in belə madyan  sənə  qurban, 

ancaq bu sənə nəsihət olsun.  Bundan sonra böyüklərin sözündən çıxmazsan.



MÜNDƏRİCAT

M ü q ə d d im ə ...................................................................................................................................................4

P Y E S L Ə R

T am ah k a r.....................................................................................................................................................15

D ib d at b ə y ...................................................................................................................................................47

Türk birliyi 

......................................................................................................................................... 60

L açın  y u v a s ı............................................................................................................................................... 65

M o lla  N ə srə d d in  B a k ıd a ........................................................................................................................ 96

Ç ə rx i-fə lə k ................................................................................................................................................112

Q aran lıq d an  iş ığ a ....................................................................................................................................119

Ş ah sən əm  v ə  G ü l p ə r i ........................................................................................................................... 125

B ir eşqin n ə tic ə s i.................................................................................................................................... 133

S əadət z ə h m ə td ə d ir................................................................................................................................ 151

İ k i y o l ......................................................................................................................................................... 157

Ş e y ta n ......................................................................................................................................................... 165

E şq  və  in tiq a m .........................................................................................................................................174

Y eni  h ə y a t................................................................................................................................................ 227

H E K A Y Ə L Ə R

K ö v k ə b i-h ü rriy y ə t..................................................................................................................................241

Y u x u ...........................................................................................................................................................243

Q o n a q lıq ................................................................................................................................................... 244

Tutu  q u ş u .................................................................................................................................................. 245

Q an b u la ğ ı................................................................................................................................................246

Ü m id  ç ıra ğ ı.............................................................................................................................................. 250

C əh alət q u rb a n ı.......................................................................................................................................253

Q atil  u ş a q ..................................................................................................................................................262

M o lla  Q a sım ............................................................................................................................................ 268

N ə   ü ç ü n ..................................................................................................................................................... 275

T əb rik .........................................................................................................................................................278

Sona x a la ...................................................................................................................................................285

Z a ra fa t........................................................................................................................................................ 291

M ü a l ic ə .....................................................................................................................................................293

N a m u s ........................................................................................................................................................ 301

"Y oluxm a x ə s tə lik " ............................................................................................................................... 310

İki  do st,  iki  d ü şm ə n ............................................................................................................................... 313

M ister Q rey in  k ö p ə y i............................................................................................................................322

B ax  m ən  b u n a y o x a m ........................................................................................................................... 326




Q O R X U L U  N A Ğ IL L A R

Ə hm əd  və M ə le y k ə ................................................................................................................................335



A b b as  və Z e y n ə b .................................................................................................................................... 339

N u rə

Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə