Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə133/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   129   130   131   132   133   134   135   136   ...   140

aynlıb,  vaqon  ilə  yola  düşdülər.  Vaqon  axırmcı  fitini  verib,  tərpənəndə,  stansiyada 

bir övrət  qışqırıb,  ürəyi  getdi.  Bu övrət Kamilə  xanım  idi.  Bacısmm  Sibir kimi yad 

və  dəşhətli  bir ölkəyə  getməsinə zavalı  arvad  səbir edə  bilməyirdi.  Vaqonun dəmir 

pəncərəsindən  baxan  Nəcibə  xanım  da  bacısmı  öylə  gördükdə  bitab  olub,  yerə 

yıxıldı.  Əlimərdana  gəldikdə,  onun  ürəyində  olan  qəm  və  qüssə  bir  mərtəbəyə 

çatmış  idi  ki,  saatlarla  gözünü  bir  nöqtəyə  dikib,  harada  olduğunu  hiss  edə 

bilməyirdi.  Və  onu  da  belə  fikrə  salan  arvad  və  oğlu  idi.  O  fikir  edirdi  ki,  Sibir 

kimi  soyuq  bir  vilayətdə,  cənub  qönçəsi  Nəcibə  və  Qafqaz  çiçəyi  Ə şrəf  necə 

dolanacaqlar?!

Ə şrəf ata-anası  kimi  qəmgin deyildi.  Çünki Həsən lələnin deməsi ilə  Ə şrəf öylə 

bilirdi  ki,  özgə  vilayətə  köçürlər və  orada  atasmm  dustaq  etməyib,  azad  edəcəklər. 

Bunlarm  vaqonu  özgə  vaqonlar  kimr  deyildi.  Pəncərələri  dəmirdən  olub, 

qapılarmda  da  əsgər  dayanırdı.  Bu  əsgər  həmişə  Əşrəfi  görəndə  nə  isə,  bir  söz 

deyirdi  və  gülümsünürdü.  Ə şrəf  rusca  bilmədiyi  üçün  onun  dediyini  başa 

düşməyirdi.  Amma  Həsən  lələ  əsgərlə  rusca  danışırdı.  Həsən  lələ  tez-tez 

stansiyalarda  düşüb,  Ə şrəf üçün  yeməli  şeylər  alırdı.  Və  bəzən  Əşrəfin  özünü  də 

düşürdüb,  gəzdirirdi.  Səfərin  altmcı  günü  gəlib,  böyük  bir  stansiyaya  çıxdılar.  Bu 

zaman  Həsən  lələ  vağzalda  bir  səbirli  müsəlmanla  təzəcə  tanış  olmuşdu.  Onunla 

şirin  söhbətdə  ikən.  Ə şrəf  qeyri  adamlarla  bərabər  vaqondan  stansiyaya  düşdü. 

Həsən  lələnin  bundan  xəbəri  olmadı.  Bayram  günü  olduğuna  görə  stansiyada  və 

onun  ətrafmda  çox  adam  var  idi.  Bir  dəstə  adam  ney  çalıb,  oynayırdılar,  bir  dəstə 

də,  çinli  bir  oyunçunun  cürbəcür  oyun  göstərməsinə  tamaşa  edirdi.  Vaqondan 

düşdükdə  Əşrəfin  nəzəri  bu  oyunbaza  sataşdı  və  irəli  gedib  ona  tamaşa  etməyə 

başladı.  Bir  azdan  sonra  vaqon  fit  verib,  hərəkət  etdi.  Əşrəfin  bundan  xəbəri 

olmadı.  Həsən  lələnin  də  başı  söhbətə  qarışıb,  Əşrəfin  stansiyada  qalmasmdan 

xəbəri  olmadı.  Çinli  oyunbaz  oyunu  qurtarıb,  pul yığm ağa başladı.  Adam lar yavaş- 

yavaş dağılışdılar.  Ə şrəf də  geri  qayıdıb,  gördü ki,  vaqonları yoxdur,  getmişdir.

Əşrəf vaqonlan  getmiş  görüb,  ağlamağa  başladı.  Adamlar  onun  başma yığışıb, 

onun  kim  olduğunu  və  burada  nə  qayırdığmı  xəbər  aldılarsa,  Əşrəf  cavab  verə 

bilmədi,  çünki  rus  dilini  bilməyirdi.  Onlar  Əşrəfin  çərkəsi  libasmdan  duydular  ki, 

bu  bir  müsəlman  uşağıdır  və  anladılar  ki,  bu,  ata-anasmdan  izinsiz  vaqondan 

düşüb, burada qalmış-




dır.  Onlar  Əşrəfin  halma  çox yanırdılar.  Onlardan  biri  gedib  "jandarm"  çağırdı  ki, 

Əşrəfi ona tapşırsmlar.  Əşrəf silahlı j andarmı  görüb  qorxudan  qışqırdı və  özünü bir 

qoca  övrətin  üstünə  atdı,  qoca  arvad  Əşrəfin  başmı  sığallayıb  öpdü.  Zavalı  çocuq 

arvadm qucağmda qorxusundan tir-tir əsirdi.  O,  öylə bilirdi ki, jandarm ı ona tənbeh 

etmək  üçün  çağırmışlar.  Rəhimdil  arvad  Əşrəfin  halma  nəhayət  yanırdı.  Bu  qoca 

arvadm  adı  Sofiya  Aleksandrovna  idi.  Nikolay  İvanoviç  ilə  Samara  şəhərinə 

gedirdilər.  Bunun  əri  orada  edadi  məktəbində  ümumi  təbiiyyat  müəllimi  idi.  İndi 

bu  stansiyada vaqon  gözləyirdilər ki,  yola düşsünlər.  Əşrəf jandarm m   qorxusundan 

səsini  kəsib,  Sofiya  Aleksandrovnanm  qucağma  sıxılmışdı.  Bu  halda  Nikolay 

İvanoviç  gəlib  çıxdı.  Əhvalatdan  xəbərdar  olandan  sonra  Nikolay  İvanoviç 

jandarm a dedi:

Yəqin  ki,  bu  müsəlman  uşağı  Sibirə  gedən  vaqondan  düşüb  qalmışdır.  Siz 



gedib  stansiya nazirinə məlum edin ki, bu barədə o biri  stansiyaya teleqram vursun. 

Qoy uşaq da bizim yanım ızda qalsm.  Buyur bu da mənim  "Kart vizitim"dir!

Jandarm  "Kart  viziti"  alıb  oxudu:  -  "Nikolay  İvanoviç  Barsov  Samara  edadi 

məktəbinin  ümumi  təbiiyyat  müəllimi".  Jandarm buna razı  olub  getdi.  Adam lar da 

dağılışdılar.

İki  rəhmdil  qocanm  səyi  ilə  Əşrəf  ağlamağmı  kesib  könlü  açıldı.  Nikolay 

İvanoviç  Əşrəfin  admı  bilm ək  üçün  böylə  bir  dərs  başladı.  Barmağı  ilə  arvadmı 

göstərib  dedi:  "Sofiya",  sonra  özünü  göstərib  dedi:  "Nikolay".  Əşrəf  onun  fikrini 

anlayıb,  hələ  soruşmamış  əli  ilə  özünü  göstərib  dedi:  "Əşrəf".  Ər və  arvad  Əşrəfin 

böylə  bir zehinli  uşaq  olduğu  üçün  başmı  sığalladılar.  Jandarmm  stansiya  nazirinə 

əhvalatı deməsinə  görə o  da teleqraf vurmuşdu.  Yarım saatdan sonra xəbər çıxdı ki, 

ikinci  stansiyanm  yaxmlığmda  vaqon  yoldan  çıxıb  çox  ölən  və  yaralı  vardır.  Bu 

stansiyadan kom ək istəyirlər.  Bu halda  Samaraya  gedən vaqon  gəlib  çıxdı.  Nikolay 

İvanoviç  stansiya  nazirindən  təvəqqe  etdi  ki,  Əşrəfi  özü  ilə  Samaraya  aparmağa 

izin  versin.  Bu  barədə  öz  dilindən  iltizam  kağızı  verməyə  hazırdır  ki,  hər  vaxt 

uşağm  ata-anası  çıxsa,  öz xərci  ilə haraya istəsələr,  göndərsin.  Stansiya naziri buna 

razı  olub,  iltizam kağızmı və  adresini  ondan  aldı.  Nikolay  İvanoviç  Əşrəfi  götürüb, 

özü ilə  Samaraya apardı.

Nəcibə xanım  gözlərini  açıb, vaqonda özünü yorğan-döşək içində  gördü.  Biçarə 

övrət,  öylə zəif idi ki, üzlərini də tərpətməyə  qüdrəti yox




idi:  iki  gün  idi  ki,  bihuşluğu  davam  edirdi.  Nəcibə  xanımm  özünə  gəlməyinə 

Əlimərdan  çox  şad  oldu.  Lakin  qorxusundan  danışdıra  bilmədi.  Bu  halda  vaqonun 

qapısı  açıldı.  Nəcibə xanımm  gözləri  silahlı  əsgərə  sataşdı.  Əlimərdan durub  qapmı 

örtdü.  Nəcibə xanım zəif səslə  dedi:

Nə fən ay u x u  gördüm!..  Vaqon dağılmayıbmış...

Əlimərdan  arvadmm  fikri  özünə  dürüst  gəlmədiyini  və  vaqonun  dağılmasmı 

yuxu bildiyini  görüb  dedi:

Əzizim,  azarlı  olmağma  görə  həkim,  bir  müddət  danışmayıb,  rahat 

olmağmı  əmr etmişdir.  İki  gündür ki,  acsan,  al bir az  süd iç!

Əlimərdan  Nəcibə  xanıma  bir  qədər  südlə  bulka  yedirtdi.  B ir  azdan  sonra 

Nəcibə xanım yuxuya  getdi.  Əlimərdan isə  onun yanm da  qəmgin və məyus  əyləşib 

fikrə  getdi.  "Bir  m üddətdən  sonra  Nəcibə  yaxşı  özünə  gələrsə  və  Əşrəfim  hanı?  - 

deyib  sorarsa, nə cavab verəcəyəm, xudaya?"

*  *  *


O  zaman  Əşrəf  Nikolay  İvanoviç  və  Sofiya  Aleksandrovna  ilə  gəlib,  Samara 

şəhərinə  çatdılar.  Vaqonda  Əşrəf  bir-iki  dəfə  ağladısa  da,  axtrda  Nikolay 

İvanoviçin  səyi  ilə  sakit  oldu.  Samaraya  çatanda  Əşrəf,  Ədil  (Volqa)  çaymda üzən 

gəmiləri  görüb,  yenə  vətənləri  yadm a  düşdü.  Lakin  bu  səfər  ağlamayıb,  əli  ilə 

gəmiləri  göstərərkən,  Sofiya Aleksandrovnaya dedi:

Bax, bizim də boylə  gəmimiz var idi.  M ənim özümün  "lodka"m da var idi. 

Həsən lələmlə minib  gəzirdik.

Sofiya Aleksandrovna  "lodka"  sözündən başqa bu danışıqdan heç bir şey  anlaya 

bilmədi.  Əşrəfi  qucağma alıb  dedi:

Gözəl,  Əşrəfim!  Qoy  evimizə  çataq,  sənə  bazardan  bir  yaxşı  lodka 

alacağam.  Çarhovuzumuzda  oynadacaqsan.  Ondan  başqa  çoxlu  oyun  şeyləri  də 

alacağam.  -  Əşrəf də bu danışıqdan ancaq "lodka"  sözünü başa düşdü.

Barsov  aldığı  ev,  Volqa  çaymm  kənarmda  tikilmişdi.  Bu  evin  eyvanmdan  çox 

gözəl  mənzərə  açılırdı.  Səhərdən  axşama  kimi  cürbəcür  gəmilər  Volqa  çaymm 

üzərində  ağzı yuxarı-aşağı üzürdülər.  Əşrəf buradan tamaşa etməyi çox sevərdi.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə