Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə132/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   127   128   129   130   131   132   133   134   135

Milli Kitabxana

430


öyrədən Tağı əmi oldu. Göyün üzündə bir qara nöqtə kimi görünən alıcıquşu mənə

göstərərək deyərdi:

-

Bax, o göy üzündə süzən quş qaraquşdur. Ova çıxıbdır.



-

Tağı əmi,  o  yuxarıda  quş  yoxdur.  O,  kimi  ov  edəcəkdir? – deyə

soruşduqda:

-

Onun  ovu  yerdədir.  Alıcı  quşların  gözləri  çox  iti  olar.  Onlar  yerdə siçan



kimi  xırda  bir  heyvanın  hərəkət  etməyini  görərlər.  İndi  o  qaraquş  da  yerdə

dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına

alacaqdır.  Sonra  bir  uca  dağın  başında  oturub  yeyəcəkdir, - deyə Tağı əmi  mənə

cavab verərdi:

Mən  qaraquş,  quzğun,  çalağan,  qızılquş,  qırğı,  yapalaq,  bayquş,  sar  kimi ət

yeyən  vəhşi  quşları,  alacəhrə,  şeyda  bülbül,  sarıköynək,  baltadimdik  kimi  oxuyan

bağ  quşlarını,  ya  da  turac,  qırqovul,  kəklik,  çil,  bildirçin  kimi  ov  quşlarını

məktəbdə şəkildən  yox,  hələ uşaq  ikən  təbiətin  özündə,  Tağı əminin  vasitəsilə

gördüm,  öyrəndim.  Onun  mürəbbilik  vəzifəsi  bir  bunlarla  bitmirdi.  Mühitimdə

gördüyüm  şeylərin  adlarını,  onlarla əmələ gələn  dəyişiklikləri  yenə də ondan

öyrəndim. Mən əvvəllər qurdlar ilə kəpənəklərin əlaqədar olduqlarını bilməzdim.

Bir dəfə bağda ala-bəzək bir qurdu yarpağa büküb gətirdim.

-

Tağı əmi, bax gör nə qəşəng qurddur? - deyə ona göstərdim.



-

Doğrudur,  gözəldir.  Lakin  bu  qurd  kəpənək  olanda  daha  da  gözəl

olacaqdır, - deyə Tağı əmi əlavə etdi.

Mən təəccüb edərək soruşdum:

-

Bundan necə kəpənək olacaqdır? Onun qanadları var, bunun yoxdur.



Tağı əmi cavab verdi:

-

Bu qurd yarpaq yeyə-yeyə böyüyəcəkdir. Sonra hörümçək kimi tor hörüb



içində qalacaqdır.  Bir  müddətdən  sonra  onun  gözləri,  ayaqları  yox  olub  topal

olacaqdır. Sonra topala qanadlar, göz gələcəkdir.

Yazın isti günlərinin birində baramasını deşib çıxacaqdır. Bağda uçub çiçəklərə

qonduqda, sən də papağını əlinə alaraq onu tutmaq fikrinə düşəcəksən.

Mən  o  vaxta  kimi  ipək  qurdunun  saxlanılmasını  görməmişdim.  Sonralar

özümüz qurd saxladıqda Tağı əminin nağıl etdiyini öz gözümlə gördüm.




Milli Kitabxana

431


* * *

O zaman məndə iki arzu vardı. Biri at minib seyr etmək, digəri Tağı əmi kimi

quş ovuna getmək. Bunların birincisinə Tağı əmi razı olaraq, ikincisi üçün:

-

Hələ ova  gedən  vaxtın  deyil,  gələn  il  səni  qırğı ilə bildirçin  ovuna



aparacağam.  Qızılquş  ovuna  atla  gedərlər.  Yaxşı  at  minmək  öyrənsən,  ona  da

apararam, - deyə məni sevindirdi.

Tağı əmi dediyinə əməl edən  şəxs idi. O gündən atları suvarmağa  göndərəndə

mənə də boz madyana minməyə izin verdi. Anam təşvişə düşərək:

-

Ay Tağı, at uşağı yıxar, - dedikdə:



-

Qorxma,  heç  zad  olmaz.  Bizlər  at  üstündə böyümüşük, - deyə onu  sakit

etdi.

Mən get-gedə kənd uşaqları arasında birinci at minən oldum. Bir hadisə anamı



qorxuya  saldı.  O  məni  bir  müddət  at  minməyə qoymadı.  Belə ki,  bir  dəfə Həsən

adlı yoldaşımla Ağdam bazarına gedirdim.

-

Gəl  çapışaq, - deyə yoldaşım  təklif  etdi.  Onun  altında  üçyaşar  ürgə idi,



mənimkində Tağı əminin boz madyanı.

-

Kəhər at altımda olsaydı, gəl çapışaq deməzdin, - deyə Həsəni utandırdım.



-

Eybi yoxdur, sənə bir qədər ara versəm, razı olarsanmı?

-

Olaram, - deyə cavab verdim.



Bazarla,  çapışdığımız  yerin  məsafəsi  iki  kilometrə kimi  var  idi.  Yol  enli  və

hamar  idi.  Qorxulu  yol  üç  döngə idi.  Mən  irəlidən  Həsən  arxadan  atların  başını

buraxdıq.  İki  döngəni  salamat  keçdik.  Üçüncü  döngəyə xeyli  qalmış  Həsən  gəlib

məni  keçdi.  Bunu  gördükdə mən  atın  başını  yığdım.  Lakin  Həsən  ürgəni  saxlaya

bilməzdi. Bazara dönən döngəni keçdikdə ürgə Həsəni üstündən üç metrəyə qədər

atdı. Bunu gördükdə adamlar yüyürüşdülər. Mən də gəlib çatdım. Həsənin qıçı iki

yerdən  sınmışdı.  Onu  xalça  üstə qoyub  evlərinə apardılar.  Seyidlinin  məşhur

sınıqçısı Məşədi Yusif onu bir ayın ərzində sağaldıb ayaq üstə qoydu. Həsən irəliki

kimi yenə bizimlə oyun yoldaşı oldu. Onda axsamaqdan əlamət belə qalmamışdı.

Bu  məşhur  sınıqçını,  uşaqlar  üçün  yazdığım  "Nurəddin"  adlı  hekayədə yad

etmişəm.



Milli Kitabxana

432


QUŞ TUTMA

Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, ala-cəhrə, sərçə kimi

quşları tutmağı öyrənmişdik. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda,

ağaclar  altında  çox  gözəl  olan  yerdə qururduq.  Özümüz  də uzaqda,  ağac  altında

gizlənib, pusquda dururduq.

Qaratoyuq  bağın  xəzəllərini  toyuq  kimi  eşələyə-eşələyə gəlib  axırda  cələ

qurduğumuz  yerə çıxırdı.  Eşələndiyi  vaxt  ayağı  cələnin  qıldan  qayrılmış  gözünə

düşürdü.  Qaratoyuq  ayağını  çəkdikdə qıl  halqa  daralıb  onu  bənd  edirdi.  O  zaman

quş  ayağını  azad  etmək  üçün  dartmırdı  və çapalayırdı.  Bunu  gördükdə biz

qaratoyuğun üstünü alırdıq. Sevinə-sevinə aparıb qəfəsı salırdıq. Qaratoyuq əsarətə

tez öyrənişir, sonra oxumağa başlayır. Hətta onu tar ilə oxumağa öyrədirlər.

Sərçı  tutmaq  üçün  heç  cələ də lazım  gəlmirdi.  Həyətin  bir  küncündə xəlbirin

altına  və yanlarına  dən  tökürdik.  Xəlbirin  bir  yanını  qaldırıb  altına  karandaş  kimi

hamar  çubuqdan  dirək  verərdik.  Çubuğun  alt  ucuna  uzun  sap  bağlayıb  pusquda

durardıq. Sapın ucu əlimizdə olardı. Sərçələr dənləyə-dənləyə gəlib xəlbirin altına

girdikdə birdən  sapı  çəkərdik.  Sərçələr  nə qədər  cəld  qaçsalar  da,  yenə bir-ikisi

xəlbirin altında qalardı.

Bunların maraqlısı çərtmə ilə alacəhrə tutmaq idi. Bütöv qozu iki parça edərdik.

Parçanın  birin  tam  ortasından  deşərdik.  Bu  deşiyə çöp  taxardıq.  Onun  ucuna  da

bircə dənə at  qılından  kəmənd  kimi  halqa  qayırıb  bağlayardıq.  Çöpün  ucunu  qoz

ləpösindən  yuxarı  çıxartmırdıq.  Çərtməni  bağda  ya  yerə sancardıq,  ya  da  ağacda

budağa  bağlardıq.  Alacəhrə qoza  çox  aşiqdir.  Çərtməni  görə-görə yenə də özünü

onun  üstə atır.  Lakin  qoz  ləpəsini  dimdiklərkən,  həmişə ayaqlarını  halqanın  içinə

düşməkdən  gözləyir.  Nə qədər  cəldlik  etsə də axırda  dadlı  qoz  ləpəsi  onun əsir

düşməsinə bais olardı. Ayağı tora düşüb asıla qaldıqda, qışqırıq salardı.

MƏMMƏDAĞANIN ALACƏHRƏSİ

Çox köçəri quş  var ki, qış  mövsümü Qarabağda qalıb isti yerlərə köçməyir. O

cümlədən biri də bağ quşu alacəhrədir. Nağıl etdiyim il qış bollu qar və çovğun ilə

gəldi. Hər növ havaya öyrənmiş sərçələr




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə