Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə127/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   123   124   125   126   127   128   129   130   ...   135

Milli Kitabxana

414


Həsən  lələyə gəldikdə xalqın Əşrəfə böylə diqqətlə baxıb  nəzer  yetirdiyinə və

onu tərif edib, "Nə gözəl uşaqdır"! dediklərinə çox acığı tutardı.

-

Axırda  birinin  uşağa  gözü  dəyəcəkdir, - deyib  Nəcibə xanıma  şikayət



edərdi. O da gülüb deyərdi:

-

Göz  dəyməkdən  qorxma,  Həsən  lələ,  onlar  yanlış  sözlərdir,  ancaq Əşrəfi



fəna xasiyyətli uşaqların yoldaşlığından, tərk ədəb əsərlərindən mühafizə et.

-

Yox,  xanım,  siz  bəd  gözün  təsirinə inanın...  Mən  çox  ittifaqlar  bilirəm, -



deyə Həsən lələ cavab verərdi.

Nəcibə xanım Həsən lələnin çox rəhmdil, saf və sadə bir qoca olmasını nəzərə

alıb,  onun  köhnə adətlər  tərəfdarı  olmasını  adi  bir  təbiət  sayırdı,  ona  görə də bu

barədə onun ilə artıq bəhs etməyirdi, o idi ki, bir  gecə Əşrəfi soyunduranda onun

boynunda parçaya tikilmiş bir heykəl görüb dedi:

-

Oğlum, bunu kim sənin boynundan asmışdır?



Əşrəf  dodaqlarında  təbəssümlə,  iri  və qara  gözlərini  şivə ilə kiçildib,  xeyli

nəzakətlə dedi:

-

Heç kəsə deməzsən ki?



-

Yox, oğlum, heç kəsə demərəm, de!

-

Bunu  Həsən  lələ asmışdır,  dəmişdir  ki,  heç  kəsə demə,  bunu  assan  sənə



göz dəyməz.

Bu,  Nəcibə xanımın  oğluna  verdiyi  tərbiyəyə müğayir

1

idisə də,  bir  tərəfdən



Həsən lolonin Əşrəfə olan məhəbbətini və digər tərəfdən də onun "belə olmasa ona

göz dəyər!" dediyi ilə iztirabda olduğunu nəzərdə tutub, duanı oğlunun boynundan

çıxartmadı.

Atasının vəfatından sonra Əlimərdanın ticarət işi tənəzzül etməyə başladı. Buna

da ümdə səbəb o idi ki, Əlimərdan dükanda əyləşib, ticarət etməyi əsla sevməyirdi.

Onun cavan təbiəti həmişə hərəkətdə olmaq istəyirdi. Uşaqlıqda dənizi çox sevib,

gəmiçiliyi  arzu  edirdi.  Atasının  sağlığında  ticarət  işini  irəli  aparmaq  üçün  tez-tez

İstambula  səfər  edirdi.  Bu  isə onun  dənizə məhəbbətini  daha  da  artırardı.  İndi  işi

belə görəndə, əsla  sevmədiyi  xəlçə alış-verişindən  bilmərrə əl  çəkib,  arzusunu

çəkdiyi gəmiçilik fikrinə düşdü, ona görə də dükanının bütün

Zidd



Milli Kitabxana

415


malını  satıb,  bir  gəmi  aldı  və gəmiçiliklə məşğul  oldu. Əlimərdan  bu  işə çox  şad

idi. Amma Nəcibə xanım həmişə qorxuda olub, əsla rahat olmayırdı. Biçarə arvad

hər dəfə dənizin fırtınası qalxanda sübhə kimi yatmayıb, dua edərdi. Belə qorxuda

vaxt  keçirmək  Necibə xanıma  təsir  edib,  onu  gündən-günə arıqladırdı.  Nə qədər

ərinə yalvarıb, bu sənətdən əl çəkməsini təvəqqe edirdisə də əri qəbul etməyib rədd

edirdi və deyirdi:

-

Nəcibə,  ölüm  gələn  vaxt  hər  yerdə olsa  aparasıdır;  istər  rahat  evdə və



istərsə də dənizdə olsun.

Nəcibə deyərdi:

-

Mənim  rahatlığım  üçün  səndən  təvəqqə edirəm  ki,  dənizə özün



getməyəsən. Sən xidmətçilərini göndər, özün də hesaba baxarsan.

-

Yox, əzizim,  belə olmaz.  İş  sahibi  gorək  işinin  üstündə olsun.



Görmədinmi istəkli və baş xidmətçimiz Əzim işi nə yerə yetirdi?! Qorxma, inşallah

mənə heç şey olmaz.

Bu sözlər Nəcibə xanımı rahat etməyirdi.

Əlimərdanın  evi  dənizin  kənarında  tikilmişdi.  Buradan  dənizin  üzü  göz

sürdükcə aydın  görünürdü. Əlimərdan  səfərdə olan  zaman  ana  və oğlu  tez-tez

eyvana  çıxıb,  durbinlə dənizə baxırdılar  ki,  görsünlər  gəmiləri  görünürmü.

Əlimərdanın  dənizə olan  məhəbbəti  oğlu Əşrəfə də sirayət  etmişdi.  Hətta  oyun

şeyləri  içində gəmi,  lodka,  qayıq  və başqa  dəniz  şeylərini  qeyrilərindən  artıq

sevirdi. Bağçalarında balaca bir göl var idi. Burada Əşrəf lodkada əyləşib, lələsi ilə

gəzirdi.  Gah-gah  bu  göldə balıq  tuturdular  və çimirdilər. Əlimərdan  hər  dəfə

dənizdən  çıxıb,  evinə gələn  zaman,  Nəcibənin  qorxusundan  dənizin  möhnət  və

zəhmətindən əsla danışmayıb, hər yerdə onun tərifini və gözəlliyini söyləyirdi. Bu

nağıllar  həmişə Əşrəfə böyük  təsir  edir  və öz  ürəyində dənizə olan  məhəbbətini

daha da artırırdı. Hətta Həsən lələnin də nağddan içində dəniz xüsusunda olanlarını

artıq sevirdi. Bu məhəbbət Nəcibə xanımı qorxudurdu. Odur ki, deyirdi:

-

Əşrəf, səni, fırtınalı və dəhşətli dənizə buraxmaram! Səni İstambula aparıb



"Məktəbi-hərbiyyəyə" verəcəyəm ki, oradan baban kimi "Paşa" çıxasan!

-

Yox,  anacığım!  Mən  onu  istəməyirəm,  mən  oxuyub  "kapitan"  olacağam!



Özümün  gəmim  olacaq və Həsən  lələni  də orada  "matros"  edəcəyəm – Əşrəf

anasına bu yol ilə cavab verərdi.




Milli Kitabxana

416


Oğlunun belə cavabından Əlimərdan fərəhlənib, Nəcibəyə deyərdi:

-

Nahaq yerə, əzizim, zəhmət çəkmə, oğul gerək atasının yolu ilə getsin.



Əlimərdanın gəmiçilikdə də baxtı gətirmədi. Gah gəmisi dumana düşüb, başqa

gəmilərə toqqaşırdı  və sınıb  onu  xeyli  zərərə salırdı;  gah  daşıdığı  mala  zəfər

yetirdiyi  üçün  onun  cəriməsini  verirdi.  Getdikcə Əlimərdan  borca  düşürdü,  bu

səbəbə onu fikir alırdı; ancaq işinin boylə dolaşıq olmasını Nəcibədən gizli saxlardı

ki, onu təşvişə salıb rahatsız etməsin. Həmişə Nəcibənin yanında Əlimərdan özünü

şad  saxlayırdı.  Nəcibə isə bunu  duyurdu  və bunuu  üçün  də keyfi  açılmayırdı.

Əlimərdana  tez-tez  yalvarırdı  ki,  bu  sənətdən əl  götürsün.  İndi Əlimərdan  özü  də

bu fikrə gəlmişdi.  Ona  görə Nəcibəyə dedi: "Nəcibə sənə söz  verirəm  ki,  işlərimi

bir  qaydaya  salan  kimi  bu  sənətdən əl  götürəcəyəm".  Nəcibə ərinin  verdıyi  bu

vədəsindən nihayətdə şad oldu.

* * *

Payızın  son  ayı  idi.  Qara  dənizin ən  fırtınalı bir  zamanı  idi.  Üç  gün  idi  ki,



dənizin  nəriltisi  və gurultusuna  adət  etməmiş  şəhər əhli  yata  bilməyirdi.  Qara

dənizin boylə adətdən xaric nəriltisini qoca kişilər də görmədiklərini söyləyirdilər.

Əlimərdanın  gələn  vaxtı  idi.  Fəqət  gəlib  çıxmadığı  Nəcibə xanımı  çox  təşvişə

salırdı.  Gecələr  yatmayıb  namaz  qılır  və Əlimərdanın  salamat  olması  üçün  allaha

dua  edirdi.  Gündüzlər  də durbində dənizə baxıb,  təşvişdə idi.  Qara dənizin  zəhmi

balaca Əşrəfi də almışdı. O, Həsən lələsinə deirdi: "Həsən lələ! Daha mən kapitan

olmağı istəmirəm!" Nəcibənin təşvişi getdikcə artırdı.

-

Həsən  lələ,  görəsən  bu  necə işdir. Əlimərdan  necə oldu?  Üç  gün  bundan



qabaq gəlib çıxası idi. Bu barədə sən nə fikir edirsən?

-

Qorxma, xanım, allah kərimdir, heç şey olmaz! Gəminin kapitanı təcrübəli



adamdır. Qara dənizi öz əlinin içi kimi tanıyır.

Nəcibə xanım  artıq  dərəcədə təşvişdə idi.  Hansı  gəmiçidon  soruşurdularsa,

gördüm deyən yox idi. Nəhayət, "Trapezund" şəhərinə mal apardığını soraq verən

tapıldı.  Həsən  lələ hər  gəmi  gələn  kimi  körpüdə hazır  olurdu  ki,  ağasından  bir

xəbər  bilsin.  Bir  axşam  Həsən  lələ xeyli  qəmgin  evə qayıtdı.  Nəcibə xanım  onu

görüb, artıq təşvilə soruşdu;




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə