Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə130/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   127   128   129   130   131   132   133   134   135

Milli Kitabxana

423


Axşam vaxtı hər üçü geyinib, sirkə getdilər. Sirk adamla dolu idi. Əşrəfi Həsən

lələ bir neçə dəfə sirkə aparmışdı. Bu dəfə sirk onun ata-anasını yadına saldı; ona

görə başını Sofiya Aleksandrovnanın dizinə qoyub, həzin-həzin ağlamağa başladı.

Sofiya  Aleksandrovna  onun  başını  sığallayıb,  soruşdu:  "Nə üçün  ağlayırsan,

əzizim? Dayan, bu saat başlayacaqlar; görəcəksən nə qəribə şeylər göstərəcəklər!..

Bu  halda  oyun  başlandı,  Yalançı  pəhləvan  məzhəkəni  başlayıb  cürbəcür  oyunlar

çıxarmağa şüru etdikcə, Əşrəf qəmini yaddan çıxarıb, qaqqıltı ilə gülürdü. Əşrəfin

kefinin açılması qocaları şad etdi. Oyun qurtardı. Bunlar evlərinə qayıtdılar. Əşrəf

evlərində sirkdə gördükləri oyunları  çox  məharətlə təqlid  edirdi.  On  beş  gün  qış

tətlini Əşrəf  çox  şadlıqla  keçirirdi.  Təzə ildə Nikolay  İvanoviç  və Sofiya

Aleksandrovna Əşrəfə yaxşı  bəxşeyişlər  aldılar.  Qış  tətili  qurtardı.  Nikolay

İvanovic  birinci  gün  idi  ki,  dərsə getmişdi.  Dərsdən  qayıdanda  Sofiya

Aleksandrovna  onun  qəmli  olduğunu  görüb  buııun  səbəbini  soruşdu.  Nikolay

İvanoviç  cavabında  nahiyə müdiri  tərəfindən  aldığı  kağızı  uzatdı.  Bu  kağıza  da

onun Samara edadi məktəbindən Qazan məktəbinə təyin olunması yazılmışdı.

Nikolay İvanoviç dedi:

-

Hərçənd ki, mənim Qazan edadi məktəbinə təyin olunmağımda qulluğuma



əskiklik  yoxdur,  bileks,  Qazan  daha  boyük  və darülfünu  olan  bir  şəhərdir,  ancaq

Samarada çoxdan bəri olduğumuza görə bu şəhərə öyrənmişdik. Nikolay İvanoviç

hazırlaşıb yanvar ayının on ikisində Samaradan köçüb, təzə qulluğuna getdi.

Nikolay  İvanoviç  Qazan  şəhərini  qabaqda  da  bir  neçə dəfə görmüşdü.  Amma

arvadı  birinci  dəfə idi  ki,  bu  şəhəri  görürdü.  Sofiya  Aleksandrovna  uzaqdan

Qazanın mənzərəsini görüb çox bəyəndi. Nikolay İvanoviç dedi:

-

Doğrudur,  Qazanın görünüşü  yaxşıdır,  amma  abi-havası,  təmizliyi



Samaraya  çatmaz.  Havasının  təbiəti  belədir  ki,  yayda  çox  isti  və qışda  çox  soyuq

olur.  Bu  şəhərin  natəmizliyinə gəldikdə,  Volqa  nəhrinin  sahilində olan  şəhərlər

arasında  birincidir.  Mən  çox  qorxuram  ki,  sən  bu  şəhərin  abi-havasını

götürməyəsən.

-

İnşallah,  heç  şey  olmaz, - deyə Sofiya  Aleksandrovna ərinə cavab  verdi.



Barsovlar  edadi  məktəbinin  yaxınlığında  bir  ev  tııtub,  sakin  oldular.  Nikolay

İvanoviç qorxduğu şey başa gəldi. Belə ki ar-




Milli Kitabxana

424


vadı Qazanın abi-havasını götürməyib, müdam azarlı olurdu. O, arvadına deyirdi:

- Səbir  et, əzizim,  yay  tətili  başlanan  kimi,  səni  götürüb  Samaranın  bağlarına

aparacağam.  özüm  isə ərizə verib  yenə köhnə yerini  istəyəcəyəm;  hərgah

verməsələr, o vaxt mən də qulluqdan istefa verəcəyəm.

Sofiya Aleksandrovna azarlı olduğu üçün Əşrəfin günü qəmgin keçirdi. Tamam

gün  onun  otağında  qalıb,  şəkil  və oyun  şeyləri  ilə məşğul  olurdu.  Onunla

oynamağa, gəzməyə getməyə yoldaşları da yox idi.

Nikolay  İvanoviç  dərsdən  qayıdıb,  bir  də dərsə gedənədək,  gününü  azarlı

arvadının  yanında  keçirirdi.  Ancaq  bir-iki  dəfə arvadının  təvəqqəsinə görə Əşrəfi

kirşəyə mindirib gəzdirmişdi.

Qazanın  çovğunlu  və boranlı  qışı  axıra  yetdi.  Bahar  günəşi  havanı,  torpağı

qızışdumağa  başladı.  Qar əridi.  Qazanka  və Volqa  çayları  buzdan  azad  oldular.

Ağaclar çiçəkləşib, otlar göyərdi.

Sofiya Aleksandrovna azardan sağalıb, Əşrəfi tez-tez gəzməyə aparırdı. Qazan

bağlarının içində "Russkaya Şvətsariya" adlı bağ Əşrəfin çox xoşuna gəlirdi, çünki

bu  bağ  hündür  ağacları  ilə vətəni  Qafqaza  çox  bənzəyirdi.  Bu  bağın  bir  tərəfində

uşaqlara məxsus bir yer hazırlamışdılar ki, orada onlar oynayırdılar.

Bir  dəfə Sofiya  Aleksandrovna Əşrəfə Qafqaz  libası  geyindirib,  həmin  bağa

apardı. Onu uşaqların içində qoyub özü bir xanımla söhbətə məşğul oldu. Əşrəf bir

skamyada  oturub,  qəmgin-qəmgin  uşaqlara  baxırdı.  İki  uşaq,  biri  oğlan,  biri  qız,

Əşrəfi belə qəmgin görüb, onu oynamağa təklif etdilər. Amma Əşrəf istəmədi.

Bu  bağ,  bu  oynayan  uşaqlar, Əşrəfin  yadına  vətənlərini,  ata-anasını  və Həsən

lələsini  saldı.  Zavalı  uşaq  başını  skamya  üzərinə qoyub,  həzin-həzin  ağlamağa

başladı.  Uşaqlar  onun  ağlamağını  görüb,  başına  yığıldılar.  Birisi  ona  oyun  şeyi

verdi  ki,  ağlamasın,  o  biri  uşaq, əlinə konfet  uzatdı.  Bir  balaca  qız  da  yaylığını

çıxarıb,  onun  gözlərini  sildi.  Bu  uşaqların  içində doqquz  yaşında,  üstü  Avropa

libaslı, amma başında ağ fəs Mustafa adlı bir müsəlman uşağı da var idi. Bu uşaq

Əşrəfin  paltarından  onun  bir  müsəlman  olduğunu  zənn  edib,  onunla  belə sual-

cavab etdi:

- Sin müsəlmanmısən?

Əşrəf cəld başını qaldırıb, Qafqaz ləhcəsində cavab verdi:



Milli Kitabxana

425


-

Hə, müsəlmanam!

-

Adın niçindir?



-

Əşrəf!


-

Niçi yaşın bar?

Əşrəf "niçin", "bar" ləfzələrini anlamadı isə də "yaş" sözündən sualı başa düşdü

və dedi:


-

Mənim yeddi yaşım var!

Mustafa  da  Qazan  uşağı  olduğundan Əşrəfin  dilinl  yaxşı  anlamayırdı;  o,

Əşrəfdən soruşdu:

-

Sinin atan barmı?



-

Yoxdur, atam ölübdür!

Sonra  Mustafa Əşrəfin əlindən  tutub  dedi: - Yıblama,  gəl,  minimlən  gitik!

(Ağlama, dur, mənimlə gəzək!)

Əşrəf  durub  onunla  gəzməyə getdi. Əşrəf  öz  başına  gələni  ona  nəql  edirdi.

Mustafa onun dilini tamamilə anlamayıb, ancaq bəzi sözlərini başa düşurdü.

Mustafanın  atası,  Bürhanətdin  adlı,  dövlətli  bir  müsəlman  idi.  Sənəti

sövdagərlik idi. Mustafadan başqa da bir övladı yox idi. Övladına həm ana, həm de

rus  dili  oxudurdu.  Mustafa  hər  gün  qulluqçuları  ilə gəlib,  "Russkaya  Şvətsariya"

bağında  oynayırdı.  Mustafa Əşrəfə yarıtürk  və yarırus  dili  ilə qandırmışdı  ki,  hər

gün  bu  bağa  gəlib  oynasınlar; Əşrəf  də buna  razı  olmuşdu. Bu  vaxtdan  başlayıb,

Əşrəf və Mustafa hər gün bu bağda görüşüb, dostlaşdılar. Sofiya Aleksandrovnaya

mümkün  olmayan  vaxt, Əşrəfi  qulluqçularına  qoşub,  bağa  gəzməyə göndərərdi.

Mustafanın  səyi  ilə Əşrəf  az  vaxtda  Qazan  dilinə də aşina  oldu.  Sofiya

Aleksandrovna bağda Mustafa ilə tanış olmuşdu. Onun tərbiyəli və həlim bir uşaq

olduğuna görə, Əşrəflə yaxınlaşmağına özü də səy edirdi. Bundan əlavə, Əşrəf bir

müsəlman  uşağı  olduğunu  mülahizə edib,  fikir  edirdi  ki,  divan  vasitəsilə Əşrəfin

ata-anası  və qohum-əqrəbası  tapılacaqdır.  Mustafa Əşrəfi  qonaq  çağırıb,  onu  öz

ata-anası  ilə tanış etmişdi. Əşrəf onların  hər ikisinə çox  xoş gəlmişdi. Mustafanın

anası  Ayişə,  hər  onu  görəndə bağrına  basıb əzizləyirdi,  öpürdü  və onun  halına

yanırdı. Əşrəfin də, Ayişə çox xoşuna gəlirdi. Hər onu görəndə qucağına atılıb, onu

öpərdi,  çünki  onun  bir  suyu  anasına  oxşayırdt. Əşrəfin  vasitəsilə Barsovalar  da

onlar  ilə tanış  olub,  gedib  gəlirlərdi.  Bu  iki  külfət  bir-birini  sevib  dost  oldular.

Sofiya



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə