Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə129/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   125   126   127   128   129   130   131   132   ...   135

Milli Kitabxana

420


idi:  iki gün  idi  ki,  bihuşluğu  davam  edirdi.  Nəcibə xanımın  özünə gəlməyinə

Əlimərdan çox şad oldu. Lakin qorxusundan danışdıra bilmədi. Bu halda vaqonun

qapısı açıldı. Nəcibə xanımın gözləri silahlı əsgərə sataşdı. Əlimərdan durub qapını

örtdü. Nəcibə xanım zəif səslə dedi:

-

Nə fəna yuxu gördüm!.. Vaqon dağılmayıbmış...



Əlimərdan  arvadının  fikri  özünə dürüst  gəlmədiyini  və vaqonun  dağılmasını

yuxu bildiyini görüb dedi:

-

Əzizim,  azarlı  olmağına  görə həkim,  bir  müddət  danışmayıb,  rahat



olmağını əmr etmişdir. İki gündür ki, acsan, al bir az süd iç!

Əlimərdan  Nəcibə xanıma  bir  qədər  südlə bulka  yedirtdi.  Bir  azdan  sonra

Nəcibə xanım yuxuya getdi. Əlimərdan isə onun yanında qəmgin və məyus əyləşib

fikrə getdi.  "Bir  müddətdən  sonra  Nəcibə yaxşı  özünə gələrsə və Əşrəfim hanı? -

deyib sorarsa, nə cavab verəcəyəm, xudaya?"

* * *


O  zaman Əşrəf  Nikolay  İvanoviç  və Sofiya  Aleksandrovna  ilə gəlib,  Samara

şəhərinə çatdılar.  Vaqonda Əşrəf  bir-iki  dəfə ağladısa  da,  axtrda  Nikolay

İvanoviçin səyi ilə sakit oldu. Samaraya çatanda Əşrəf, Ədil (Volqa) çayında üzən

gəmiləri  görüb,  yenə vətənləri  yadına  düşdü.  Lakin  bu  səfər  ağlamayıb, əli  ilə

gəmiləri göstərərkən, Sofiya Aleksandrovnaya dedi:

-

Bax, bizim də boylə gəmimiz var idi. Mənim özümün "lodka"m da var idi.



Həsən lələmlə minib gəzirdik.

Sofiya Aleksandrovna "lodka" sözündən başqa bu danışıqdan heç bir şey anlaya

bilmədi. Əşrəfi qucağına alıb dedi:

-

Gözəl, Əşrəfim!  Qoy  evimizə çataq,  sənə bazardan  bir  yaxşı  lodka



alacağam.  Çarhovuzumuzda  oynadacaqsan.  Ondan  başqa  çoxlu  oyun  şeyləri  də

alacağam. - Əşrəf də bu danışıqdan ancaq "lodka" sözünü başa düşdü.

Barsov aldığı ev, Volqa çayının  kənarında tikilmişdi. Bu evin eyvanından çox

gözəl  mənzərə açılırdı.  Səhərdən  axşama  kimi  cürbəcür  gəmilər  Volqa  çayının

üzərində ağzı yuxarı-aşağı üzürdülər. Əşrəf buradan tamaşa etməyi çox sevərdi.



Milli Kitabxana

421


Bir  tərəfdən  yolun

əziyyətindən,  bir  tərəfdəndə

lazımınca  müqəyyəd

olunmamaqdan Nəcibə xanımın azarı getdikcə şiddət edirdi. Həsən lələyə gəldikdə,

o da ağır yaraların zərbindən həmişə (böhran) içində olub, danışmağa qadir deyildi.

Həsən lələni azarlılara məxsus olan ayrı bir vaqonda aparırdılar. Əlimərdan Həsən

lələsiz çox əziyyət çəkirdi, çünki rus dilini bilməyirdi; bir şey lazım olanda məəttəl

qalırdı. Uzun səfərdən sonra axırda gəlib, hökumət tərəfindən təyin olunan Sibirdə

Tomsk  şəhərinə çatdılar.  Bu  şəhərdə divan  tərəfindən  polisə tapşırılıb  azad

olundular. Həsən lələ ilə Nəcibə naxoş olduqları üçün, bunları xəstəxanaya almağı

hökumət, mütərcim vasitəsilə, Əlimərdana təklif etdi; ancaq bunu Əlimərdan qəbul

etmədi və mütərcim müsəlmandan təvəqqə etdi ki, onun ilə bərabər şəhərdə mənzil

axtarsınlar;  o  da  razı  olub,  öz  evində kirayəyə oturmalarını  təklif  etdi. Əlimərdan

çox şadlıqla bunu qəbul etdi.  Bu adam Həbibulla adlı tomsklı cavan bir oğlan idi

ki, polissedə yazıçılıq  edirdi.  Həbibulla  yazıçılıq  və evlərinin  bir  hissəsini  kirayə

verməklə arvadı Gülsüm ilə bərabər məişət edirdi.

Əlimərdan  Həbibulladan  üç  otaq  kirayə edib,  burada  qaldı.  Gülsüm  Nəcibə

xanıma ürəkdən qulluq edirdi. Bunun belə ürəkdən çalışmasına görə Nəcibə xanım

yavaş-yavaş  sağalmağa  başladı.  Həsən  lələ də sağalmağa  üz  qoyurdu. Əlimərdan

Həbibullanın  gözəl  xasiyyətini  və onlarla  etdiyi  yaxşı  rəftarı  görüb,  onu  qardaşı

kimi sevirdi. Əlimərdan şəhərə bələd olduqda, orada qafqazlılardan tapıb, onlar ilə

tanış  oldu.  Onların əksəri Əlimərdan  kimi  Sibirə sürgün  göndərilmişdilər.

Bunlardan bəzilərinin vaxtı tamam olmuşdusa da, buraya öyrəşib daha öz yerlərinə

qayıtmaq istəmirdilər.

* * *

Tomskda qarlı və çovğunlu bir gün idi. Nəcibə xanım otaqda sandalya üstündə



əyləşib, qəmgin-qəmgin bayıra baxırdı. Külək qarı qaldırıb, oraya-buraya çırpırdı;

bacanın gurultusu Nəcibə xanımın qəmini daha da artırırdı.

Şimal qışının bu dəhşətli mənzərəsinə baxır idisə də xəyalı öz yerlərinin gözəl

mənzərələrində idi.




Milli Kitabxana

422


Əlimərdan  və Həsən  lələ də bu  otaqda  idilər,  onlar  da  çölün  gurultu  və

şaqqıltısına tamaşa edirdilər. Birdən Nəcibə xanım dönüb Həsən lələdən soruşdu.

-

Həsən lələ, vaqon dağılan zaman Əşrəf hansı çuxasını geymişdi?



Həsən lələ cavab verməyib, başını aşağı saldı. Biçarə qocanın  gözlərindən  yaş

tökülürdü. Əlimərdan arvadına dedi:

-

Nəcibə,  nə üçün  yenə Əşrəfin  ölümünü  yada  salıb,  Həsən  lələni  məyus



etdin? Onsuz da yazıq kişinin o gündən bəri üzü qəm-qüssədən açılmayır.

-

Bağışla, əzizim,  bu  gecə də Əşrəfi  yuxumda  gördüyüm  üçün  soruşdum.



Yuxumda  gördüm  ki, Əşrəf  mənə deyir:  "Ana,  qara  çuxamı  çıxart,  ağ  çuxamı

geydir".


Həsən  lələ birdən  başını  qaldırıb,  nə isə demək  istədi;  lakin  özünü  saxlayıb,

yenə başını aşağı saldı.

Həsən  lələnin  yaraları  sağalıb  özünə gəldiyi  zaman, Əlimərdan  vaqonun  necə

dağılmasını  və Əşrəfin  meyidinin  tapılmasını,  ona  söyləmişdi.  Həsən  lələ bir

tərəfdən  öz  təqsirini  və bir  tərəfdən  də Nəcibə xanımın  birdəfəlik Əşrəfin  ölümü

xəbəri ilə sakit olmasını nəzərə alıb, onun itməyini xəbər vermədi. Bu tərəfdən də

Nəcibə xanım Əşrəfi yaddan çıxartmayırdı.

Nikolay  İvanoviç  və ələlxüsus  Sofiya  Aleksandrovnanın  səyi  ilə Əşrəf  yavaş-

yavaş  rusca  danışmağa  başladı.  Buna  hər  iki  qoca  artıq  şad  idi.  Sofiya

Aleksandrovna  gününün  çoxunu Əşrəfin  tərbiyəsinə sərf  edirdi.  Hava  getdikcə

soyuqlaşır,  Volqa  nəhri  donmağa  başlayırdı.  Cənub  havasında  pərvəriş  tapmış

Əşrəfə bu soyuq çox təsir edirdi. Bunu görüb Nikolay İvanoviç ona isti qış paltarı

aldı.  Sofiya  Aleksandrovna Əşrəfi  geyindirib,  hər  gün  gəzməyə aparırdı. Əşrəf

gəzən  vaxt  balaca  uşaqları  qar  üstündə kirşə ilə sürüşən  görüb,  Sofiya

Aleksandrovnadan təvəqqe edirdi ki, ona da oylə kirşə alsın. Sofiya Aleksandrovna

onun  xahişini əmələ gətirdi.  Dekabr  ayı  gəldi;  məktəblər  on  beş  gün  qış  tətili

münasibətilə bağlandı. Nikolay İvanoviç dərsdən azad olub, hər gün Əşrəfi gəzməli

yerlərə aparırdı.  Bir  dəfə Nikolay  İvanoviç  sirkin  açılmağını  qəzetdə oxuyub,

arvadına dedi:

-

Sofiya  Aleksandrovna,  bu  gecə sirk  açılır,  yaxşı  olmazmı  ki,  bu  gecə



Əşrəfi aparaq, keyfi açılsın?

-

Çox  gözəl  fikirdir, əzizim,  doğrudan  da  bu, Əşrəf  üçün  böyük  bir  şadlıq



olar.


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə