Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə131/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   127   128   129   130   131   132   133   134   135

Milli Kitabxana

426


Aleksandrovna Qazanın abi-havasını götürməyib təzədən azarladı və bir aya qədər

naxoş  olub,  may  ayının  axırında  vəfat  etdi.  Onun  ölümü  vəfalı ərini  çox  qəmgin

etmişdi. O idi ki, yay tətili başlanan kimi, qəmini dağıtmaq üçün, Avropa səyahəti

fikrinə düşdü. Əşrəfi özü ilə səyahətə aparmağı məsləhət bilməyib, onu müvəqqəti

Bürhanəddingildə qoydu;  onlar  isə, Əşrəfi  çox  şadlıq  ilə qəbul  etdilər.  Yay  tətili

qurtardı.  Nikolay  İvanoviç  gəlib  çıxmadı.  Bürhanəddin  bu  barədə ədadi

məktəbindən xəbər bilmək üçün nazirin yanına getdi. O da Nikolay İvanoviç Parij

şəhərində vəfat etdiyini xəbər verdi. Bu xəbər hamı külfəti qəmgin etdi.

Əşrəf Bürhanəddingildə qalıb, Mustafa ilə bərabər yaşamağa başladı.



Milli Kitabxana

427


UŞAQLIQ HƏYATIMDAN XATİRƏLƏR

Atam  Rzaqulu  deyərmiş  ki,  mənim  üç  oğlum,  bir  qızım  olacaqdır.  Onlara  bu

adları  qoyacağam:  Qəhrəman,  Rüstəm,  Süleyman,  Məhtaban.  Atamın  bu  arzusıı

əmələ gəlir.

Böyük  oğlu  Qəhrəman  öz  sağlığında,  hələ uşaq  ikən  vəfat  edir.  Mənim

təvəllüdümdən  iki  ay  sonra  özü  də vəfat  edir.  Üç  körpə uşağın  pərvəriş,  təlim  və

tərbiyəsi  annam  Dürnisənin  öhdəsinə

düşür.  Dayım  Səfərəli  Vəlibəyov

(Zaqafqaziya  səminariyasının  müəllimi)  bacısının  bu  ağır  vəzifəsini  bir  qədər

yüngülləşdirmək  məqsədilə böyük  qardaşım  Rüstəmi,  altı  yaşında  uşaq  ikən,

yaşadığı  Qori  şəhərində aparır.  Orada  öz  yanında  hazırladıb  Tiflis  şəhərində

gimnaziyaya  qoyur.  Mən  də bacım  Mahtabanla  anamın  himayəsində,  Seyidli

kəndində yaşamağa  başladıq.  Seyidli  kəndi  indiki  Ağdam  şəhərinin  bir  hissəsidir.

Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmişdir.



KƏND MƏİŞƏTİ

Seyidli  və onu əhatə edən  kəndlilərin  bağ-bağatı  o  dərəcədə boldur  ki,  göz

ətrafda ot və ağacdan savayı bir şey görmür. Haraya baxırsan bağ, bağ və yenə də

bağ. Hətta göyün üzü agacların arasından parça-parça görünür. Dar doqqazlarından

başqa  açıqlıq  yer  yoxdur.  Buranın  üzüm  bağları  Gürcüstan  bağları  kimi  gələsər

deyildir. Tənəkləri hər növ hündür ağaclara dırmaşdırılmışlar.

Payız  fəsli  üzüm  salxımları  budaqlardan  sallanaraq  ağacları  yolka  kimi

bəzəyirlər.

Mən  gözlərimi  açdıqda  özümü  belə zəngin  təbiət  içində gördüm.  O  məni

mərhəmətli  qucağında  yaşadarkən,  həyatın  ağır,  zəhərli  hallarını - yetimlik,

yoxsulluq  məşəqqətini  unutdururdu.  Biz  uşaqların  bütün  günləri  bağlarda  keçirdi.

Ta  aclıq  bizə qalib  gəlməyincə evlərimizə qayıtmazdıq.  Qayıtdıqda  da  çox  vaxtı,

əllərimizə bir parça çörək alaraq, yenə də bağa qaçardıq. Cürbəcür meyvələr orada;

çiçəklər, göy




Milli Kitabxana

428


otlar orada; rəngin pərvanələr, oxuyan quşlar orada. Bizi bağlara cəlb edən şeylər

bunlar idi.

İlin hər fəslində biz uşaqlar üçün bağda məşğuliyyət var idi. Bahar vaxtı ağaclar

hər növ rəngin çiçəklər açaraq, bağları gülüstana döndərirdi. Bu zaman quşlar yuva

tikməyə məşğul olduqda, biz də onlara bəhs edərək evcik tikib çiçəklərlə bəzərdik.

Bu  mövsümdə yetişməyə başlayan  meyvələrə gəldikdə,  biz  onların  deyməyini

gözləməzdik. Alça  çiçəyini  töküb  bir  balaca  böyüyən  kimi  göy  olmağına

baxmayaraq, duz ilə yeyərdik. Sonra tut ilə gilas dəyməyə başlardı.

Yay  fəslində ərik,  gavalı  boyürtkən  deyərdi.  Payız  geldikdə,  böyüklərlə

bərabər,  üzüm,  heyva,  nar, əzgil,  zoğal,  alma,  armud,  qoz  və qeyri  meyvələr

yığmağa  məşğul  olardıq.  Hətta  qışda  da  özümüz  üçün  iş  tapardıq.  Qar  hər  yeri

bürüyən  zaman,  biz  bağın  xiyabanlarında  qardan  top  qayırar,  onları  yumalamağa

başlardıq.  Top  getdikcə irilənərək  axırda  boyumuzdan  hündür  olardı,  daha

yumalamağa gücümüz  çatmazdı.  Ya  da  qardan  adam,  heyvan  heykəli  qayırardıq.

Lakin  bu  oyunun  axın  ağlamaq  olardı.  Çünki  üşümüş əllərimizi  oda  verdikdə

sızıldamağa başlardı.

Uşaq bir qədər özünü anladıqda hər şeyin sirrini bilmək istəyir. O zaman ananın

təlim  və tərbiyə rolu  artır.  Çünki  birinci  növbədə uşaq  sualı  ona  verir.  Doğrudur,

uşağın hər  sualına cavab  vermək  müşküldür.  Lakin  mümkün olan dərəcədə cavab

verib onu sakit etmek lazımdır. Mən də anama çox sual verərdim. Bir dəfə anam ilə

bağımızda idim. Cırcırama aramsız cırıldayırdı.

-

Ana, o cırcırama nə deyir, - deyə sual etdim.



-

Oğlum, o cırcırama deyir ki:

Qarışqacıq-quruşqacıq.

Mənə dedi, qarışqacıq.

Dedi, dedi, dedi, dedi.

Mən anamın bu cavabına xeyli güldüm. Sonra o sözləri əzbərlədim. Cırcırama

oxuyanda mən də ona qoşulub deyərdim:

-

Qarışqacıq-quruşqacıq,



Mənə dedi, qarışqacıq.

Dedi, dedi, dedi, dedi.

Səslərin  ahəngi  cırcıramanın  oxumasına  elə bənzəyirdi  ki,  sanki  doğrudan  da,

cırcırama o sözləri deyirdi.




Milli Kitabxana

429


* * *

Yenə bir  gün  anam  həyətdə oturub  köynək  tikirdi.  Mən  də yanında

oturmuşdum. Sərçələr "cik-cik" edərək həyətə səs salmışdılar. Tut ağacının başında

oturmuş  sərçə birdən:  "Cırrıt!"  edərək  səs  saldı.  Sərçələr  o  dəqiqə səslərini  kəsib

özlərini çəpərin içinə soxdular. Mən buna təəccüb edib soruşdum:

-

Ana, o sərçə nə dedi? Quşlar niyə gizləndilər?



-

Oğlum, o sərçə dedi ki, qaçın, tez gizlənin, budur qırğı gəlir! Doğrudan da

bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı.

Qırğı dayanmayıb keçdi. Mən heyrətdə idim. Təəccüblə soruşdum:

-

Ana, bu quş dilini sən haradan bilirsən? Mən də öyrənə bilərəmmi?



Annam gülərək dedi:

-

Niyə bilmirsən!  Quşlara  fikir  versən,  öyrənə bilərsən.  Tağı əmoğlun



ovçudur. O, quşlar, heyvanlar haqqında çox şey bilir. Ondan soruş, desin.

TAĞI ƏMİ

Əmim  Mirzə Məmmədin  üç oğlu  var  idi:  Tağı,  Aslan,  Mehdi.  Tağı  böyük,

Mehdi  kiçik  qardaş  idi.  Sonuncu  İranda  tibb  təhsil  edərdi.  O,  İrana  gedən  zaman

mən  çox  kiçik  olduğuma  görə yadıma  gəlmir.  Qardaşlardan  yalnız  Tağı  evli  idi.

Onun  məndən  iki  yaş  kiçik  Məmmədağa  adlı  bir  oğlu  var  idi.  bu,  mənim  oyun

yoldaşım idi. Tağı əmi sair əmizadələrimə nisbətən məndə böyük təsir buraxmışdı.

Səxavətli, rəhmdil, həlim təbiətli bu şəxs öz xasiyyəti cəhətincə hamının hörmətini

qazanmışdı.  Atam  kimi  onun  da  ova  artıq  həvəsi  var  idi.  Qızılquş,  qırğı,  tula

saxlayıb,  ölənə kimi  ondan əl  götürmədi.  Ata  məhəbbətini  görmədimsə də,  atalıq

məhəbbətini bu sevgili əmizadəmdə gördüm.

Tağı əmi quşçular arasında məşhur idi. O, bəslədiyi quşun önündən bir qırqovul

qaçıb canını qurtara bilməzdi. Ov tulaları da çox təlimli olardılar.

Mən əvvəllərdə quşların  adlarını,  növlərini,  yaşayışlarını,  xasiyyətlərini

bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım. Onları mənə




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə