Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə128/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   124   125   126   127   128   129   130   131   ...   135

Milli Kitabxana

417


-

Həsən lələ, nə xəbər bildin?

-

Xanım,  bir  yaxşı  xəbər  bilməmişəm,  ağa,  nə səbəbdən  isə "N"  şəhərində



gəmidən mal verdiyi zaman divan, tərəfindən tutulub dustaq olmuşdur və gəminin

bəzi malları da zəbt edilmişdir, Ancaq nə səbəbə? Nə üçün? Burasını dürüst xəbər

verən yoxdur.

Bu  xəbərdən  biçarə Nəcibə xanım  bitab  olub,  özündən  getdi.  Bu  ittifaqdan  üç

gün  keçmiş Əlimərdan  gəmisi  ilə bərabər  gəlib,  öz  şəhərinə çıxdı.  Fəqət,  şəhərə

çatan  kimi  onunla  gələn  divan əhli  onu,  kimsə ilə görüşməmiş,  həbsxanaya

apardılar və bir müddət heç kəsi onun yanına qoymadılar.

Zavallı  Nəcibə bu  ittifaqdan  xəstə olub  yatırdı.  Axırda  Nəcibə xanıma əri  ilə

görüşməyə izin verdilər. Əlimərdan arvadı ilə görüşdükdə dedi:

-

Nəcibə,  öz  təqsirimdir  ki,  çəkirəm.  Axır  vaxtlar  işlərim  çox  dolaşmışdı,



borclarım  həddən  aşmışdı.  Ancaq  həqiqəti  səndən  gizləyirdim.  Bir  cuhud  məni

yoldan  çıxartdı.  Çox  artıq  kirayə verməklə Osmanlı  torpağından  Rusiyaya  gəmilə

"kontraband" qaçaq malı yığdı.

Gəlib  "N"  şəhərinə çıxdıq.  Sahibi  getdi  ki,  axşam  gəlib  mahnı  gəmidən

çıxartsın.  Mən  də yük  vurduğum  qeyri  malları  gəmidən  çıxardırdım.  Divan əhli

gəlib  gəmini  axtardı.  "Kontraband"  malları  tutdu.  Cuhud  da  yox  oldu.  Təqsiri

boynuma qoyub məni dustaq etdilər. Ancaq, Nəcibə, qəm etmə, allah kərimdir. Get

Əşrəfdən de muğayat ol.

Əlimərdanı altı ay həbsdə saxlayandan sonra məhkəmədə işinə baxdılar və onu

müqəssir edib, beş il vaxta Sibirdə, Tomsk quberniyaya göndərməyə qərar verdilər

və iki həftə möhlət verdilər ki, bütün işlərini sərəncam etsin. Əlimərdan hər şeyini

satıb, borclarını verdi və özünə də bir qədər pul qaldı. Əlimərdanın fikri sibirligini

çəkib  qurtarınca  Nəcibə və Əşrəfi  Kamilı  xanımın  yanında  qoymaq  idi.  Amma

vəfalı  arvad ərindən  ayrılmaq  istəmədi.  Kamilə xanım  və əri  nə qədər  yalvardılar

isə də mümkün  olmadı.  Axırda Əlimərdan əlacsız  qalıb,  razı  oldu.  Həsən  lələ də

bunlardan ayrılmaq istəmədi və dedi: mən çox dünya görmüşəm və özüm də rusca

bilirəm.  Siz  isə heç  biriniz  bilməyirsiniz,  mənsiz  necə dolanarsınız?  Mənim  sizə

xeyirdən  başqa  nə zərərim  ola  bilər?  Həsən  lələ bu  sözdən  sonra Əlimərdandan

getməyə izin istədi və onu razı elədi.

Yaym əvvəlində,  yağışlı  bir  gündə Əlimərdan,  Nəcibə, Əşrəf  və Həsən  lələ

gözü yaşlı, qohum-əqrəbalarından və gözəl vətənlərindən



Milli Kitabxana

418


ayrılıb, vaqon ilə yola düşdülər. Vaqon axırıncı fitini verib, tərpənəndə, stansiyada

bir övrət qışqırıb, ürəyi getdi. Bu övrət Kamilə xanım idi. Bacısının Sibir kimi yad

və dəşhətli bir ölkəyə getməsinə zavalı arvad səbir edə bilməyirdi. Vaqonun dəmir

pəncərəsindən  baxan  Nəcibə xanım  da  bacısını  öylə gördükdə bitab  olub,  yerə

yıxıldı. Əlimərdana  gəldikdə,  onun  ürəyində olan  qəm  və qüssə bir  mərtəbəyə

çatmış  idi  ki,  saatlarla  gözünü  bir  nöqtəyə dikib,  harada  olduğunu  hiss  edə

bilməyirdi.  Və onu  da  belə fikrə salan  arvad  və oğlu  idi.  O  fikir  edirdi  ki,  Sibir

kimi  soyuq  bir  vilayətdə,  cənub  qönçəsi  Nəcibə və Qafqaz  çiçəyi Əşrəf  necə

dolanacaqlar?!

Əşrəf ata-anası kimi qəmgin deyildi. Çünki Həsən lələnin deməsi ilə Əşrəf öylə

bilirdi ki, özgə vilayətə köçürlər və orada atasının dustaq etməyib, azad edəcəklər.

Bunların  vaqonu  özgə vaqonlar  kimr  deyildi.  Pəncərələri  dəmirdən  olub,

qapılarında  da əsgər  dayanırdı.  Bu əsgər  həmişə Əşrəfi  görəndə nə isə,  bir  söz

deyirdi  və gülümsünürdü. Əşrəf  rusca  bilmədiyi  üçün  onun  dediyini  başa

düşməyirdi.  Amma  Həsən  lələ əsgərlə rusca  danışırdı.  Həsən  lələ tez-tez

stansiyalarda  düşüb, Əşrəf  üçün  yeməli  şeylər  alırdı.  Və bəzən Əşrəfin özünü  də

düşürdüb,  gəzdirirdi.  Səfərin  altıncı  günü  gəlib,  böyük  bir  stansiyaya  çıxdılar.  Bu

zaman  Həsən  lələ vağzalda  bir  səbirli  müsəlmanla  təzəcə tanış  olmuşdu.  Onunla

şirin  söhbətdə ikən. Əşrəf  qeyri  adamlarla  bərabər  vaqondan  stansiyaya  düşdü.

Həsən lələnin  bundan  xəbəri  olmadı.  Bayram  günü  olduğuna  görə stansiyada  və

onun ətrafında çox adam var idi. Bir dəstə adam ney çalıb, oynayırdılar, bir dəstə

də,  çinli  bir  oyunçunun  cürbəcür  oyun  göstərməsinə tamaşa  edirdi.  Vaqondan

düşdükdə Əşrəfin  nəzəri  bu  oyunbaza  sataşdı  və irəli  gedib  ona  tamaşa  etməyə

başladı.  Bir  azdan  sonra  vaqon  fit  verib,  hərəkət  etdi. Əşrəfin  bundan  xəbəri

olmadı.  Həsən  lələnin  də başı  söhbətə qarışıb, Əşrəfin  stansiyada  qalmasından

xəbəri olmadı. Çinli oyunbaz oyunu qurtarıb, pul yığmağa başladı. Adamlar yavaş-

yavaş dağılışdılar. Əşrəf də geri qayıdıb, gördü ki, vaqonları yoxdur, getmişdir.

Əşrəf vaqonları getmiş görüb, ağlamağa başladı. Adamlar onun başına yığışıb,

onun  kim  olduğunu  və burada  nə qayırdığını  xəbər  aldılarsa, Əşrəf  cavab  verə

bilmədi, çünki rus dilini bilməyirdi. Onlar Əşrəfin çərkəsi  libasından duydular  ki,

bu  bir  müsəlman  uşağıdır  və anladılar  ki,  bu,  ata-anasından  izinsiz  vaqondan

düşüb, burada qalmış-




Milli Kitabxana

419


dır. Onlar Əşrəfin halına çox yanırdılar. Onlardan biri gedib "jandarm" çağırdı ki,

Əşrəfi ona tapşırsınlar. Əşrəf silahlı jandarmı görüb qorxudan qışqırdı və özünü bir

qoca  övrətin  üstünə atdı,  qoca  arvad Əşrəfin  başını  sığallayıb  öpdü.  Zavalı  çocuq

arvadın qucağında qorxusundan tir-tir əsirdi. O, öylə bilirdi ki, jandarmı ona tənbeh

etmək  üçün  çağırmışlar.  Rəhimdil  arvad Əşrəfin  halına  nəhayət  yanırdı.  Bu  qoca

arvadın  adı  Sofiya  Aleksandrovna  idi.  Nikolay  İvanoviç  ilə Samara  şəhərinə

gedirdilər.  Bunun əri  orada  edadi  məktəbində ümumi  təbiiyyat  müəllimi  idi.  İndi

bu stansiyada vaqon gözləyirdilər ki, yola düşsünlər. Əşrəf jandarmın qorxusundan

səsini  kəsib,  Sofiya  Aleksandrovnanın  qucağına  sıxılmışdı.  Bu  halda  Nikolay

İvanoviç  gəlib  çıxdı. Əhvalatdan  xəbərdar  olandan  sonra  Nikolay  İvanoviç

jandarma dedi:

- Yəqin  ki,  bu  müsəlman  uşağı  Sibirə gedən  vaqondan  düşüb  qalmışdır.  Siz

gedib stansiya nazirinə məlum edin ki, bu barədə o biri stansiyaya teleqram vursun.

Qoy uşaq da bizim yanımızda qalsın. Buyur bu da mənim "Kart vizitim"dir!

Jandarm  "Kart  viziti"  alıb  oxudu: - "Nikolay  İvanoviç  Barsov  Samara  edadi

məktəbinin ümumi təbiiyyat müəllimi". Jandarm buna razı olub getdi. Adamlar da

dağılışdılar.

İki  rəhmdil  qocanın  səyi  ilə Əşrəf  ağlamağını  kesib  könlü  açıldı.  Nikolay

İvanoviç Əşrəfin  adını  bilmək  üçün  böylə bir  dərs  başladı.  Barmağı  ilə arvadını

göstərib  dedi:  "Sofiya",  sonra  özünü  göstərib  dedi:  "Nikolay". Əşrəf  onun  fikrini

anlayıb, hələ soruşmamış əli ilə özünü göstərib dedi: "Əşrəf". Ər və arvad Əşrəfin

böylə bir zehinli uşaq olduğu üçün başını sığalladılar. Jandarmın stansiya nazirinə

əhvalatı deməsinə görə o da teleqraf vurmuşdu. Yarım saatdan sonra xəbər çıxdı ki,

ikinci  stansiyanın  yaxınlığında  vaqon  yoldan  çıxıb  çox  ölən  və yaralı  vardır.  Bu

stansiyadan komək istəyirlər. Bu halda Samaraya gedən vaqon gəlib çıxdı. Nikolay

İvanoviç  stansiya  nazirindən  təvəqqe  etdi  ki, Əşrəfi  özü  ilə Samaraya  aparmağa

izin  versin.  Bu  barədə öz  dilindən  iltizam  kağızı  verməyə hazırdır  ki,  hər  vaxt

uşağın ata-anası çıxsa, öz xərci ilə haraya istəsələr, göndərsin. Stansiya naziri buna

razı olub, iltizam kağızını və adresini ondan aldı. Nikolay İvanoviç Əşrəfi götürüb,

özü ilə Samaraya apardı.

Nəcibə xanım gözlərini açıb, vaqonda özünü yorğan-döşək içində gördü. Biçarə

övrət, öylə zəif idi ki, üzlərini də tərpətməyə qüdrəti yox




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə