Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə25/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   21   22   23   24   25   26   27   28   ...   70

yaya  əməl  olunmaması,  bütün  cümlələrin  ya  yüksək,  ya  da  alçaq 
templə deyilməsi, idmanla bağlı çəki dərəcələrinin və ya rəqəmlərin 
ardıcıl  və  sürətlə  sadalanması,  bəzi  hərflərin  sözlərin  sonunda 
buraxılması şəxsin savadı, dünyagörüşü, mütaliəsi ilə, söz ehtiyatının 
kəmiyyət  və  keyfiyyətcə  azlığının  nəticəsidir.  Sadalanan  nöqsanlan 
aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır; 
1)
 
Nitqin  aydınlığına  nail  əlmaq  üçün  danışılacaq  mövzu  öncə 
ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır. 
2)
 
Material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir. 
3)
 
Nəzərdə tutulmuş sübut, dəlil və ya faktlan ifadə edəcək sözlər 
məntiqi vurğu hesabına aydın nəzərə çarpdmlmalıdır; 
4)
 
Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tələffüz 
edilməli,  "bunun"  əvəzinə  "munun",  "gətirdi"  əvəzinə  "gətdi",  "gəl 
gedək" əvəzinə "gə gedəy", "ona görə" əvəzinə "oa gora", "nə üçün" 
əvəzinə "nöşün" və s. deyilməməlidir. 
5)
 
Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə ifadə 
olunan  nitqin  başa  düşülməsinə  (Diksiyanın  pozulması  sözlərin, 
ifadələrin  başa  düşülməsini,  fikrin  anlaşılmasını  çətinləşdirir)  cəhd 
göstərilməlidir. 
Çıxış  edənlər  (mühazirəçi,  məruzəçi,  lektor,  diktor,  müəllim  və 
başqaları)  səsini,  nəfəsini  idarəetmə  bacarığını  təkmilləşdirməli, 
diksiya  ilə  bağlı  şivə  qüsurlarını  düzəltməlidir,  yəni  nitqin  səs 
mədəniyyətinə yiyələnməlidirlər. 
NİTQİN  TƏMİZLİYİ.  Mədəni  nitqə  verilən  tələblərdən  biri  də 
onun  təmizliyi  hesab  olunur.  Ədəbi  dilin  qaydalarından  kənara 
çıxmamaqla  ifadə  olunan  nitq  təmizdir.  Nitqin  təmizliyi  digər 
keyfiyyətlər  kimi  nitq  sahibinin  ümumi  mədəniyyəti,  savadı  və  dil 
vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. 
Nitqin təmizliyinin pozulmasmın bir neçə ümumi səbəbi vardır: 
1.
 
Nitqdə  yerli  dialekt  və  şivəyə  məxsus  dil  vahidlərinə  yer 
verilməsidir.  Xalqın  böyük  hissəsi  canlı  danışıq  dilində  danışsa  da, 
müəyyən qismi ya dialekt şəraitində yaşadığına görə, ya da 
78 


uşaqlıq illərində ailəsinin, yaxud yaşayış yerinin danışıq tərzinin təsiri 
altında  dialekt  danışığına  meyilli  əlur.  Onlann  danışığında  əgər, 
asanlıqla, yenə, dərman, manat, şəkil, nə üçün, əlacağıq, o qədər, lap 
az,  sən  demə,  tamam,  qaldırmaq  əvəzinə  əyərrəri,  hasannixnan, 
genə,  dərmən,  manıt,  şikil,  nöş,  olacoux,  oxar-  tanan,  cıqqana, 
deməynən, eyzan, qalxızmağ kimi dialekt tə- ləffüzlü sözlər işlənir. 
Dialektizmlərin  ədəbi  bədii  dildə  işlədilməsinə  yəl  verilir. 
Paytaxtdan uzaq bölgələrdən, xüsusən ucqar dağ kəndlərindən bəhs 
edən  bədii  əsərlərdə  yerli  kələriti  saxlamaq  xatirinə  yazıçı  dialekt 
leksikasına  müəyyən  qədər  yer  verir  və  təbiilik  üçün  belə  sözlərə 
müraciət edir. Bədii əsərdə yerli, məhəlli sözlərin məqsədəuyğunluq 
tələbinə görə əbrazlann nitqində işlədilməsi zəruridir. Dialektizmlər 
dil qanunlan əsasında yaransa da, ənla- nn hamısının ədəbi dilimizdə 
işlənməsi  mümkün  deyildir.  Ədəbi  dil  seçmə  və  əvəzetmə  yəlu  ilə 
yarandığından  müxtəlif  bölgələrdəki  dialektizmlərin  hamısı  bura 
daxil əla bilməz. Dialekt sözləri bədii üslubda nə qədər zəruri sayılsa 
da,  onlar  elmi  və  publisistik  üslublarda  işlənmir,  nəsr  əsərlərində 
yazıçının  öz  dilində,  təhkiyə  dilində  yer  alması  da  arzuolunmazdır. 
Nəzm  əsərləri isə  yüksək  üslubda  yazıldığından  şairlər  belə  sözlərə 
bilərəkdən  müraciət  etmirlər.  Ümumiyyətlə,  dialekt,  şivə  sözləri 
fikrin  hamı  tərəfindən  asanlıqla  qavranılmasına  maneçilik  törədir. 
Ədəbi  dildə  yazıb  oxuyan,  dil  vasitələrinə  norma  kimi  yanaşan 
oxucular  buna  ədəbilikdən  kənar  nitq  vahidləri  kimi  yanaşırlar. 
Məsələn: "Çoban quzuların saytalından bir neçəsini ayırdı". “Maşın 
keçalata çatanda sürətini azaltdı” - cümlələrindəki say- tal, kcçalat 
sözləri  hər  oxucuya  və  ya  dinləyiciyə  aydın  olmadığından  dilin 
təmizliyinə ziyan gətirir, onu korlayır. 
2.
 
Dilin təmizliyini pozan ikinci cəhət alınma sözlərin lüzumsuz 
işlədilməsidir. Bəzi hallarda şifahi və yazılı nitqdə ehtiyac olmadan 
mənası  çətin,  anlaşılmayan  alınma  sözlərdən  istifadə  nəticəsində 
mövzunun  məzmununda  nəzərdə  tutulan  fikir  oxucu  və  dinləyiciyə 
qaranlıq qalır, "köçürülmək" əvəzinə "evakua- 
79 


siya  edilmək",  "baxış  keçinnək"  əvəzinə  "monitorinq  keçirmək", 
"nüfuz"  əvəzinə  "prestij",  "vəzifə"  əvəzinə  "missiya"  sözlərinin 
işlənməsinə doğrudanmı böyük ehtiyac vardır? 
Kütləvi  informasiya  vasitələrində,  mətbuat  səhifələrində, 
müxtəlif  elm  sahələrində  yazılmış  əsərlərdə  öz  əksini  tapan  alınma 
sözlər həddən artıq çoxdur və onlara gün ərzində az qala hər yerdə rast 
gəlirik. Son illər alınma sözlər dilimizə iki istiqamətdən - türk və rus 
dilləri vasitəsilə dünyanın bütün dillərindən siyasi, iqtisadi, elmi və 
digər  sahələr  üzrə  keçir.  Sahə  üzrə  alınmalar  daha  çoxdur  və  onlar 
danışıq  dilində  az  işlənsə  də,  bədii  üslub  istisna  olmaqla  digər 
üslublarda  bol-bol  istifadə  olunur;  rassionalizm,  abbreviatür, 
respondent, dispozisiya, monitorinq, prestij, akkumilyasiya, orator və 
s. 
3.
 
Nitqin  səlisliyini  pozan  amillər  içərisində  terminlər  də 
müəyyən  yer  tutur.  Lakin terminlər  öz  sahəsində  işləndikdə  zərurət 
sayılsa  da,  bədii  üslubda  yaxud  adi  danışıqda,  çıxışlarda,  elmi 
mövzudan kənarda anlaşılmazlıq törədir. 
Son illərdə türk dilinə aid, yaxud türk dilinin təsiri ilə yaranan söz 
və terminlər təkcə texniki və elmi ədəbiyyatda deyil, bütün sahələrdə, 
hətta  danışıq  dilində  də  işləklik  qazanmışdır:  dəstək,  bilgi,  öncül, 
durum,  anlam,  bölgə,  öncə,  olay,  yetərsay,  özəl,  önəmli,  yaşam, 
tanıtım, təpki, öndər, çağdaş, dönəm, yüzillik və s. onlarla, yüzlərlə 
söz məna, səslənmə, tələffüz baxımından münasib və ruhumuza yaxın 
olduğu üçün çox tezliklə və asanlıqla ünsiyyət vasitəsinə çevrilmişdir. 
Dilimizdə  kalka  yolu  ilə  yaranmış  sözlər  də  çoxalmaqdadır. 
Kalka üsulu dedikdə sözün milli, anlayışın uzun illər gəlmə dilə aid 
olması nəzərdə tutulur. Deməli, başqa dildən gəlmiş anlayışı dilimizin 
milli bazasından istifadə edərək adlandırırıq. Bura açıqca, dabankeş, 
əyləc,  soyad,  soyuducu,  sərinkeş,  tozsoran,  yelçəkər  və  s.  kimi 
sözlər daxildir. 
4.
 
Nitqin təmizliyini pozan amillər içərisində tüfeyli sözlərin də 
müəyyən qədər rolu var. Nitq zamanı cümlələr arasında əla 
80 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə