Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə23/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   19   20   21   22   23   24   25   26   ...   70

lar - [olar], yemək - [yımax], bütöv - [bütöy], xəbər [xəvər], [xa- var], 
həmən - [haman], tüfəng - [tüəy], tökmək - [töhməx], yenə - [genə], 
məsləhət - [məslət], sənə - [sə:], xalq - [xalx], ona - [oya] və s. 
c)
 
Ərəb  mənşəli  sözlərin  tələffüzü:  layihə  -  [lahiyə],  rayihə  - 
[rahiyə], məşhur - [məhşur], sürət - [surət] və s. 
ç) fonetik cəhətdən oxşar, mənaca müxtəlif sözlərin diqqətsizlik 
üzündən tələffüzcə qarışdırılması və ya təhrif olunması: müşahidə  - 
[müşayit],  icra  -  [icarə],  məsul-  [məhsul],  məhrum-  [mərhum], 
rəğbət-[rəqabət], şəhid-[şahid] və s. 
d)
 
orfoepiya  normalarından  dialekt  tələffüzünə  keçilməsi: 
vaxt-vaxıt, 
çünki-çünkinə, 
qorumaq-qourunmaq, 
görə-gora,, 
amma-əmbə və s. 
e)
 
Adların  təhrif  olunmuş  şəkildə  tələffüzü:  Kəmalə  -Kəmoş, 
Zərifə-Zəri-Zəroş, Qurban-Qubiş, Təranə-Təroş və s. 
ə) Tüfeyli, mətləbə dəxli olmayan sözlərin işlənməsi: belə deyək, 
belə deyək də, necə deyərlər, öz aramızdı, canım sənə desin, onu da 
qeyd  etmək  olar  ki,  elə  götürək  bunu,  məlum  olduğu  kimi,  yeri 
gəlmişkən deyim ki və s. 
f)
 
Qeyri-mədəni  nitqdə  ədəbsiz  sözlər,  söyüş  və  qarğışlar  da 
özünə yer tapır. Bunlar dilçilikdə vulqarizmlər adlanır. Vulqar sözlər 
dilin ən aşağı üslubi layını təşkil edir və bunların böyük əksəriyyəti 
lüğətlərə  düşmür,  lakin  müəyyən  məqamlarda  insanlar  onları 
işlədirlər.  Ədəbi  dildə  müəlliflərin  təhkiyə  dilində  işlədilməsə  də, 
bədii surətlərin daxili aləmini açmaq üçün onlara müəyyən qədər yer 
verilir.  Məsələn:  it  oğlu,  itin  balası,  eşşək,  qoduq,  heyvan,  mürtəd, 
allah lənət eləsin və s. 
g)
 
Mənanı  sərt,  kobud,  lakin  təsirli  ifadə  edən  sözlər  disfe- 
mizmlər adlanır. Evfemizmlərin əksi olan disfemizmlər sinonimi olan 
sözlərdir,  amma  onlara  ədəbi  dilin  bütün  üslublarında  deyil,  ən  çox 
məişət, qismən də bədii üslubda - personajların nitqində rast gəlirik. 
Məsələn:  "ölmək"  əvəzinə  "gorbagor  olmaq",  "cəhənnəmə  vasil 
olmaq"; "getmək" əvəzinə "rədd olmaq", "cəhənnəmə itilmək", "itilib 
getmək"; "get" əvəzinə "bas 
7Z 


bayıra";  "baş"  əvəzinə  "kəllə"  və  s.  ifadələri  disfemizmlərdir  və 
qeyri-mədəni nitq nümunələri sayılır. 
Sual və tapşırıqlar 
1.
 
Mədəni  nitq  nədir  və  onun  qeyri-mədəni  nitqdən  fərqi 
nədədir? 
2.
 
Daxili nitqin əsas xüsusiyyətləri hansılardır? 
3.
 
Ədəbi dilə yiyələnməyin yüksək mərhələsi hansı nitqdir? Nə 
üçün? 
4.
 
Daxili  nitqdə  bütün  cümlə  üzvləri  yerli-yerində  işlənirmi? 
Fikrinizi nümunələr əsasında izah edin. 
5.
 
Nitq mədəniyyətinin əsasını nələr təşkil edir? 
6.
 
Qeyri-mədəni nitq dedikdə nə başa düşülür? 
7.
 
Savad mədəni və qeyri-mədəni nitqdə nə kimi rol oynayır? 
8.
 
Mədəni nitqi müəyyənləşdirən keyfiyyətlər hansılardır? 
9.
 
Məktəbdə  Azərbaycan  dili  fənninin  öyrənilməsində  vəzifə 
nədən ibarətdir? 
10.
 
Savadlı  yazmaq  şifahi,  yoxsa  yazılı  nitqlə  ilə  əlaqədardır? 
Nümunələr gətirməklə fikrinzi əsaslandmn. 
Çalışma 43. Verilmiş sözlərin hər birinə əvvəlcə kəmiyyət, sonra 
mənsubiyyət,  daha  sonra  müxtəlif  hal,  ardınca  xəbərlik  (şəxs) 
şəkilçilərini artmb sıra ilə yazın: 
stadion, meydança, matç, cığır, məşqçi, prezident, federasiya 
Çalışma 44. Sözlərdən cümlələr düzəldib yazın: 
1)
 
idman, zəngin, var, Azərbaycan, qədim, tarix, və 
2)
 
müharibə,  ölkəmiz,  on  minlər,  gətirmək,  insan,  fəlakət, 
Qarabağ 
3)
 
Laçın, faciə, ictimaiyyət, də, çatmamaq, dünya, hələ, Kəlbəcər 
4)
 
intizamh, vəzifə, borc, hər, olmaq, bir, və, deyirlər, tələbə 
5)
 
sonra, dincəlmək, bir, qəbul, çox, və, faydalı, etmək, duş, az, 
məşq 
Çalışma 45. ağn, al, at, bel, boğaz, burun, dolu, düz, dil, inci, kök, 
qaş,  qol,  quru  sözləri  həm  çoxmənalı,  həm  də  omonim  ola  bilir. 
Əvvəlcə omonim, sonra da çoxmənalı söz kimi cümlələrdə işlədin. 
73 


Çalışma 46. Səslərin sayı hərflərin sayından çox olan sözləri seçib 
transkripsiyada yazın: 
Aynurə, cəmiyyət, çiçək, dostluq, ailə, xasiyyət, hökmdar, hovuz, 
hövsələ, müasir, neftçi, polad, Faiq, şlüz, şeir, qulaq, tövbə, üzrlü 
Çalışma 47. Vurğusu son hecaya düşən sözləri göstərin: 
kamera,  Nəzirə,  gümüş,  qrafika,  söyüd,  güllük,  Asiya,  sanki, 
tirmə, barama, albalı 
Çalışma  48.  Vurğusunun  yerini  dəyişərkən  mənası  dəyişən 
sözləri tapın, hansı mənalarda işlənə bildiyini misallarla göstərin: 
Xəyyam,  əyin,  saqqal,  gəlin,  səpin,  ilmə,  bildir,  gəlir,  güldür, 
süzmə, dondurma 
Çalışma  49.  Ahəng  qanununa  tabe  olmayan  əsl  Azərbaycan 
sözlərini ayrıca yazın, nə üçün ahəng qanununa tabe olmadığını qeyd 
edin: 
güldan, ilan, çörək, ilmə, Türkan, hafizə, ilxı, metal, işıq, oyun, 
ilğım, afərin 
Çalışma 50. Qrupunuzda xoşagəlməz bir hadisə baş vermişdir. Üç 
nəfər tələbənin adından akt tərtib edin. Akta verilən tələbləri göstərin. 
NİTQİN 
aSAS 
KEYFİYYƏTiaRİ 
Müasir  dövrümüz  gənc  nəslin  qarşısında  yüksək  nitq 
mədəniyyətinə  yiyələnmək  vəzifəsini  qoyur.  Dövlət  qurumlarından 
dəfələrlə  narazılıq  eşidilmişdir  ki,  gənclərimiz,  xüsusən  Bədən 
Tərbiyəsi və İdman Akademiyasının Olimpiya oyunlarında, dünya və 
Avropa  çempionatlarında  öz  gücü,  iradəsi,  dözümlülüyü  ilə 
fərqlənərək  medallar  qazanmış  tələbə  və  məzunları  efir  və  ekran 
qarşısında,  dövlət  başçısı  Prezidentə  məlumat  verəndə  öz  uğurlu 
nəticələri haqqında olduqca sönük çıxış edir, 4-5 cüm 
74 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə