Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə21/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   17   18   19   20   21   22   23   24   ...   159

88

S O N U N C U   FAT E H

– Sən ha, sən məşhuri-cahan Çingiz xan kimi güc-

lü sərkərdə olacaqsan? Ay yazıq, ya gün vurub səni, 

ya da havalanmısan... 

Nadir, Kəramətin gözlərinin içinə baxa-baxa başı-

nı bulayıb dedi:

– Sən ürəyin istədiyi qədər gülə bilərsən… Çin-

giz xan da, Əmir Teymur da göydən düşməmişdilər, 

əlbət, onları da ana doğmuşdu…

Əmirqulu zarafatla:

– Bəlkə Kəramət elə bilir ki, sərkərdələri analar de-

yil, tarix doğur?.. – dedi. – Sonra gözlərini ayağında-

kı kündəyə dikdi. – Mən taleyə, xeyir-şərin Tanrıdan 

gəldiyinə inanıram. Nəyin nə zaman baş verəcəyini 

yalnız O gözəgörünməz bilir… 

…Axşam evdə atası  Kəramətdən oğlanların öz-

lə  rini  necə apardıqlarını soruşanda, o, başı ilə razı lıq 

etdi, hətta onları təriflədi də. Buxaralı Qəmbər məm-

nun halda güldü. Əvvəllər çox vaxt o özü oğlu ilə örü-

şə gedərdi.  İndisə, artıq bu işə baxanlar tapılmışdı. 

Daha başqa işlər görməyə gen-bol vaxtı vardı. Südü, 

yağı, qatığı, yunu özü xurcunlara doldurub, araba 

ilə bazara aparıb satmağa başlamışdı.  Əvvəllər isə, 

alverçilər özləri gəlib evlərindən ağartını, yunu, bəzən 

də qoyun-quzunu ucuz qiymətə alıb aparardılar.

Buxaralı Qəmbər Kəramətə: 

– Əgər özlərini yaxşı aparsalar, ayaqlarına kündə 

vurmaram, – dedi. – Ancaq sən bu barədə onlara hələ 

heç nə demə… 




89

N A D İ R   Ş A H   Ə F Ş A R



SEVGİ İLƏ NİFRƏT ARASINDA

B

eləcə, bir müddət keçdi. Bir dəfə Nadir evdə 



qalanda həyət-bacada gəzməyə  çıxdı, altdan-

altdan baxıb gördü ki, Buxaralı Qəmbərin ərgən qızla-

rından biri gözlərini ondan çəkmir. O, bunu hiss edən 

kimi, yaxından-uzaqdan qıza göz qoymağa başladı. 

On ların oğrun baxışları tez-tez havada görüşür, bir-bi-

rini oxşayır,  əzizləyirdi. Belə  məqamlarda qız elə hey 

gülümsəyir, kəpənək kimi oradan bura, buradan ora qo-

nur, Nadirin diqqətini özünə cəlb etməkdən zövq alır dı. 

Günlər-həftələr bu minvalla bir-birini əvəz edirdi.

Əmirqulu hərdən zarafatla deyirdi ki, bir şey nə-

zərə alınmasa, günlərimiz demək olar ki, pis keçmir. 

Bu bir şey, heç şübhəsiz ki, ayaqlarına vurulan kündə 

idi.  İnsafən, Buxaralı  Qənbərin ailəsi nə yeyirdisə, 

əsirlərə  də ondan verirdilər ki, həvəslə  işləsinlər. 

Amma Nadiri kündədən savayı narahat edən bir 

şey də vardı: anasının halı get-gedə  ağırlaşırdı. Bu 

da onun qəlbini çox incidirdi. 

Daim yun çırpıb əyirdiklərinə görə arvadlar gecə-

lər nəfəs alanda xırıldayırdılar. Yazıq anası  bəzən 

sə hə rə kimi yata bilməyib, bükülü qalırdı. Belə 

ge     cə   lər   də Nadir dözə bilmir, rahatca əl-qolunu uzadıb 

yatdı ğı na  görə özünü qınayır, xəcalət çəkirdi. An caq 

o neyləyə bilərdi? Təkcə ona bənd olan qızı göz-

qaşla başa salırdı ki, anasına qayğı göstərsin. 

Aylar keçdi, nəhayət, qış gəldi. Sürü bir müddət 

otlağa gedə bilmədiyindən, Nadirlə Əmirqulu bütün 

günü evdə – həyətdə  işləyirdilər. Onları bir gün də 



90

S O N U N C U   FAT E H

olsun, bir saat da olsun, işsiz qoymurdular. Daim mal-

qaraya, qoyun-quzuya, atlara qulluq edirdilər. Su da-

şıyır, odun doğrayırdılar. Bu minvalla qış keçdi, yaz 

gəldi. Çəmənlərin qarı əridi və yenə düzənlik yamya-

şıl rəngə boyandı. 

Nadirlə  Əmirqulu yenə  Kəramətlə birlikdə mal-

qaranı, atları, qoyun-quzunu çölə aparmağa baş-

ladılar. Neçə vaxtdan bəri tövlədə qalan mal-qara

qoyun-quzu arıqlasa da, sayları xeyli artmışdı. Körpə 

quzuların mələşməsi Nadirlə  Əmirquluya ləzzət ve-

rirdi. Çünki onlar gözlərini bu dünyaya açanda bu 

səsləri eşitmişdilər. 

Buxaralı  Qəmbərin keyfi kök idi. Dövlətinin gəl-

hagəliydi. Nadirlə  Əmirqulu nəinki çobanlıq edir, 

ey  ni zamanda, yun qırxımında, ot-saman hazırlığın-

da, odun gətirməkdə də əsas işləri görürdülər. İbra  him 

də tövlədə, ev-eşikdə, həyət-bacada, səliqə-sah man 

yaratmaqda kara gəlirdi. Aylar keçdikcə, Buxara-

lı  Qəmbərin var-dövləti artırdı. Artıq onun xeyli 

qızıl-gümüşü vardı. Deyirlər iştaha yemək vaxtı  gə-

lir. İndi o, əlbəttə ki, daha çox qızıl yığmaq istəyirdi. 

Bununla belə, Nadirlə  Əmirqulunun ayağından 

kün dəni də tamam açmırdı. Düzdür, gecələr açır-

dı, amma, səhər çölə gedəndə  təzədən bağlayırdı. 

Nadirlə Əmirqulu bundan şikayətlənmirdilər. Çünki 

bilirdilər ki, faydasızdır. Üstəlik, Buxaralı  Qəmbərlə 

mübahisə edəndə, ya da ona cavab qaytaranda, 

Kəramət demişkən, kişi möhkəm hirslənirdi. Özü 

də, pullanandan sonra xeyli dəyişmişdi. Daha ötkəm 

olmuşdu, danışanda da amiranə danışırdı. 




91

N A D İ R   Ş A H   Ə F Ş A R




92

S O N U N C U   FAT E H

Nadir kənardan ona oğrun-oğrun baxıb gülümsə-

yən qızın adını da artıq öyrənmişdi. Zöhrə – Buxaralı 

Qəmbərin altı qızının ən gözəli, ortancılı idi. Saçları to-

puğuna çatırdı. Uzun boğazında və ağ üzündə qoşa xal 

vardı. Qız Nadirə ürəkdən bənd olmuşdu.

Bir səhər Buxaralı  Qəmbər Nadirlə  Əmirqulunun 

öz işlərini səssiz-səmirsiz, vicdanla yerinə yetirdiklərini 

və üstəlik, Nadirin xəstə anasına bütün varlığı ilə bağlı 

olduğunu görüb, daha onların ayaqlarına kündə vur-

madı. Təbii ki, Nadirlə Əmirqulu buna çox sevindilər. 

Gövhərbəyim ananın halı gündən-günə daha da 

ağırlaşırdı. Buxaralı  Qəmbərin birinci arvadı Leyla-

xanım ona türkəçarə üsulu ilə ot-ələfdən düzəltdiyi 

dava-dərmanlardan versə də, elə bir ciddi faydası ol-

murdu. Və arvad artıq gecələr yata bilmir, səhərəcən 

zorla nəfəs alırdı, sanki fələklə əlbəyaxa olurdu. An-

caq gündüzlər bir balaca halı yaxşılaşır, oturduğu 

yerdəcə az-maz yatırdı.

Nadir anasına necə və nə ilə kömək edəcəyini bil-

mirdi. Əlbəttə, onlar Xorasanda, vətənlərində olsaydı-

lar, anasını İsfahana aparıb, oradakı savadlı həkimlərə 

göstərər, müalicə etdirərdi. Buxarada əsirlikdə    isə 

bunu etmək qətiyyən mümkün deyildi. 

Bir gün Zöhrə atasından izn istədi ki, Nadir ona 

at çapmağı öyrətsin. 

Atası onun üzünə elə zəhmlə baxıb, başını buladı 

ki, qızın nitqi batdı... 

Günlər, aylar bir-birini əvəz edir, ömür-gün ge-

dir, Məşhəddə hər gün qılıncoynadan, at çapan, ox və 

tüfəng atan Nadir burada məcburən çobanlıq edirdi. 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə