Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə9/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   5   6   7   8   9   10   11   12   ...   245

28

Belə bir gündə doğulan oğlan uşağına nə ad verək? – soruşanda 

– Gavər – şair tələsik cavab vermişdi. Adın ailə üzv lərinin ürəyincə 

olmadığını duyan hissiyyatlı Rəhim bəy şairin qəlbinə toxunmaq 

istəmədiyindən:

  –  Deyirəm,  bəlkə,  bu  işi  yolunu  çoxdan  gözlədiyi  atasının 

öhdəsinə buraxaq, – söyləmişdi.

Səlim bəy ucadan:

– Həsən olsun! – deyib ailə üzvlərinə sarı çevrilmişdi… 

Bu gün məclis əhli sözün, musiqinin, istəklərin qanad la rında 

dünyanın hüdudsuz sərhədlərində dolaşmaqda idi.

Təbriz aşıqları o qədər mükəmməl sənət nümayiş et dirir dilər 

ki, Rəhim bəy doxsan illik həyatında birinci dəfə idi saz havası ilə 

köklənmiş ürəyinin döyüntüsünü aydınca eşidirdi.

– Səni sağ olasan, ay Səlim, nə baş verir, bu adam neyləyir? 

A bala, belə ifa, adamın ruhunu belə ağlatmaq, sızlatmaqmı olar? 

Aşıq  “Kərəmi”  ifa  edirdi.  Sazdan  qopub  qanadlanıb  uçan 

musiqinin və sözün alovu aşığın özünü, onu dinləyənləri qarsıdıb 

həzin-həzin yandırırdı. 

Elə bil aşığın sinəsində Təbriz başdan-başa od tutub yanırdı. 

Rəhim  bəy  təlaş  içində,  sanki  əl-qolu  bağlı  halda  yanan  şəhərə, 

kül olan insanlara tamaşa edirdi. Səlim bəy atasına sarı çevriləndə 

onun  halını  sezdi,  işin  nə  yerdə  olduğunu  dərhal  anladı. Aşığa: 

“Gözəlləmə çal!” – eyhamla bildirdi. 

Babası kimi Həsən də sehrlənmişdi. 

Rəhim bəyəsə olan olmuşdu, özünü toplayaraq:

– Sən neylədin, ay zalım, belə də zülm olardı bizə çək dirdin, 

–  deyib  sanki  tilsimi  qırıb  sehrindən  qurtulmaq  üçün  əl-qolunu 

yüngülcə tərpətdi. 

Təbrizlinin  ardınca  şamaxılılar  şeirlər  söylədi.  Şairlər  sanki 

bir-birilə  bəhsə  girmişdi.  Dünyanın  şərdən,  qeybətdən,  yalan  və 

paxıllıqlardan uzaq bir guşəsində sözlə sehrlənən bu insanlar bu 

saatların uzanması üçün hər şeyə hazır idilər.

Lakin bir azdan məclis bitdi. Rəhim bəy qonaqlarını evlərilə 

üzbəüz tikdirdiyi qonaq otaqlarında yerləşdirdi.



29

Amma  bayaqkı  saz  havası  ona  rahatlıq  vermirdi,  əl-ayağı 

sanki od tutub yanır, hərdən bədəni buz kimi soyuyurdu. Mahtəvan 

xanım əl-ayağa düşmüşdü.

–  Uşaqları  narahat  eləmə  xanım,  evdə  də  qonaq  var,  ancaq 

Səlimi bura çağır, – Rəhim bəy zəif səslə Mahtəvana işarə etdi. 

Səlim bəy içəri girəndə atası sapsarı saralmışdı, oğlu həyə-

canlanmasın deyə, həmişəki kimi gülümsəyirdi:

–  Zalım  oğlu  necə  sazı  sinəsinə  basdısa,  elə  bil  saz  havası 

qəlbimdə ilişib qalıb. 

– Ata, bir yerinmi ağrıyır?

– Yox, narahat olma, buna qocalıq deyərlər, mənə elə gəlir, 

“doxsannandı”. Amma səni bu gecə vaxtı çağırmağımın bir səbəbi 

var. Fərqi yoxdur, bunu sənə dünən dedim, ya bu gün, yaxud sabah. 

Sənə  deyəcəklərim  budur  ki,  sizin  hər  birinizin  –  qardaşlarının, 

sənin  ata  payınızı  bölmüşəm.  Hətta  özümə  də,  anana  da  pay 

ayırmışam.  Yazılı  vəsiyyətnamə  hazırlamışam.  Mənə  aid  olan 

torpaq payımısa Həsənə vəsiyyət edirəm. O, böyük adam olacaq, 

əminəm. Kaş bizim Fərəc kimi urus-filan almasın. Harda olursa-

olsun, müsəlman olduğunu unutmasın.

– Ata,  bunları  sonra  deyərsən,  indi  lazımdırsa,  mən  gedim, 

həkim gətirim.

– Yox, ay bala. Həkim mənə neyləyəcək? Yorulmuşam, keçib 

gedər. Kömək elə, havaya çıxım, içimdə elə bil bürkü var. 

Səlim bəyin köməyilə Rəhim bəy ayağa qalxsa da, otaq başına 

hərləndi:

– Yox, dayan, məni yerimə uzat!

O,  sakitcə  yerində  uzanıb  gözlərini  bir  nöqtəyə  zilləyib, 

dərindən nəfəs aldı. Sinəsinə tıxanan, nəfəs almağa qoymayan bir 

udumluq vahiməli “o nəsəni” çıxarmağa çalışırdı.

Amma hər şey tərsinə baş verirdi. Xanımı həyəcanını gizlə-

dərək dayanmadan tər basmış Rəhim bəyin ayaqlarını sığal layırdı. 

Ayaqları  ürək  kimi  döyünürdü.  Həmin  döyüntü  və  isti  getdikcə 

yuxarıya  doğru  çəkilirdi.  Əli  ilə  döyüntünü  izləyən  Mahtəvan 

xanımın bədəni əsirdi. İşin nə yerdə olduğunu du yunca, o da özü-



30

nü itirdi. Rəhim bəy danışmırdı. Dodaqlarından qopan, güclə eşi di-

ləcək sözlər: “Əşhədu ənla ilahə illəllah…” onun son kəlməsi oldu.

* * *


– Səlim, kömək elə atanın yatağını üzü qibləyə çevirək. 

Hər şey sanki bir dəqiqədə baş verdi. Döyünə-döyünə canına 

yayılan  o  isti  bir  göz  qırpımında  dodaqları  arasında  “kəlmeyi-

şəhadəti” tamamlanınca uçub getdi. 

Mahtəvan xanım donub yerində qalmışdı, nə olduğunu dərk 

edincə içindən yetmiş illik bir ömür-gün yoldaşının itkisinin na-

lə si  malikanəni  başına  götürdü.  Evdə  hamı  yuxudan  oyanmışdı. 

Bütün  doğmalar,  ovqatında-halında  gənclik  eşqi  daşıyan  Rəhim 

bəyin doxsan yaşında həyatdan köçməsilə razılaşmayaraq hönkür-

hönkür ağlayırdı.

Xidmətçilər  də  ata  itirən  körpə  uşaqlar  kimi  ovunmurdular. 

Rəhim bəy onların hamısı üçün gün-güzəran qurmuşdu.

Həsən  oyananda  əvvəl  nə  baş  verdiyini  dərk  edə  bilmədi. 

Bacısı Şirinin ağladığını görüb soruşdu:

– Kim xəstələnib?

– Babam öldü. 

Həsən bu ilk itkidən, dünyalar qədər sevdiyi babasının itki-

sindən ağlamırdı, yerində donub qalmışdı. 

Üç-dörd saat sonra hamının başı dəfnə qarışdığı bir zamanda 

Şirin  anasının  yanına  gəlib  Həsənin  qızdırmadan  sayıqladığını 

dedi. Anası Həsənin ayaqlarını soyuq suya qoydu. Sonra sirkə ilə 

ovuşdura-ovuşdura ona xeyli öyüd-nəsihət verib sakitləşdirməyə 

çalışdı:

– Hamının babası ölür, bir gün yaranan bir gün də yara danına 

dönməlidir. Baban indi Allahın hüzurundadır. Kaş biz də doxsan il 

ömür sürüb oğul çiynində gor evinə gedək. Ağla, qoy için boşalsın. 

Mən bilirəm, sən babanı, baban da səni hamıdan çox sevirdi. 

Həsən qəflətən hönkürəndə anası dözməyib ona qoşuldu. 

Mənzər  xanım  oğlunu  gözəl  tanıyırdı.  Bilirdi  ki,  hirs lə-



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə