Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə17/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   13   14   15   16   17   18   19   20   ...   245

53

şeyin lazımi qaydada başa çatdığını görüncə, çıxışını indicə başa 

vurmuş Mirzə Fətəliyə üzünü tutaraq, oturduğu yerdən zarafatla:

–  Deyəsən,  özünə  söz  vermisən,  heç  birimizə  danışmağa 

imkan verməyəsən. Amma bu olmadı. Ev sahibi olanda nə olar. 

Necə deyərlər, dostlar bizim şərikli dostlarımızdır. 

Mirzə  Fətəlinin  dəvətliləri  arasında Abdulla  ağa  Bakıxanov 

adlı birisi İsmayıl bəyə olan heyranlığını gizlədə bilmədi. Fərəc 

bəydən  sonra  söz  alaraq  sıxış  etdi.  Abdulla  ağa  İsmayıl  bəyin 

nüfuzu  və  şücaəti  haqqında  çox  eşitmişdi  və  canişinliyin  hərbi 

toplantılarında  hər  zaman  onun  fikrinə,  məsləhətinə  rus  zabit lə-

rinin ehtiramla qulaq asmaları, bu dəyərli azərbaycanlıya xüsusi 

hörmət  bəsləmələrindən  xəbəri  vardı.  İsmayıl  bəy Abdulla  bəy-

dən 15-16 yaş böyük olardı. Getdiyi yerlərdə zor tətbiq etmədən 

üsyanların  yatırılmasına  nail  olan,  Kubandan  qayıtdıqdan  sonra, 

qısa müddətdə azərbaycanlılardan könüllü süvari dəstə yaratması 

bəy nüfuzunun və müdrikliyinin nişanəsi olaraq bütün həmkarları 

arasında olduğu kimi, Abdulla bəyin də ona heyranlığını artırmışdı. 

O, üzünü Mirzə Fətəliyə tutaraq dedi:

–  Bu  məclisdə  bizi  bir-birimizlə  görüşdürdüyünə  görə  hör-

mətli Fətəli bəyə sonsuz təşəkkürlərimi bildirirəm. Məncə, təkcə 

buradakı  gənclər  üçün  deyil,  bu  məclisdə  qazandığımız  hikmət 

və  fəzilətlər,  təəssüratlar  bizim  hər  birimiz  üçün  gərəkli  olacaq. 

Əziz İsmayıl bəy, sizin hərbi sahədəki şücaətləriniz üsuli-idarəni 

məmnun  etdiyi  kimi,  kəndlilərin  də  mənafeyini  əks  etdirir.  Si-

zin  müştərək  komissiyalarda  kəndlilərin  mənafeyi  ilə  bağlı  gör-

düyünüz işlər – ipəkçiliyin inkişafı, emalatxanaların yaradıl ma sı, 

kəndlilərin  mənafeyini  müdafiə  edən  islahatlar,  torpaq  mə sələ-

lə rində xalqın yanında olmanız bütün xalqları, o cümlədən, xal-

qımızı  sevindirir.  Qardaşım  Abbasqulu  ağa  sizin  fəaliyyətinizi 

yüksək dəyərləndirərdi. Burada bizim gələcəyimiz olan azər bay-

canlı tələbələr iştirak etdiyi üçün mən sizin fəaliyyətinizi onlara 

örnək göstərirəm. 

Məclisdə tələbələr arasında oturan Həsən sanki sehrlən mişdi. 

Adlarını eşitdikləri, amma heç vaxt üzünü görmədiyi bu adlı-sanlı 

adamların hər biri onun üçün canlı tarix idi. Fətəli bəy məclisdə 




54

gənc tələbələrin sıxıldığını görüb Həsənə tərəf döndü:

– Həsən, oğlum, sən deyirdin, çoxlu şeir bilirsən, bəlkə, bir-

iki bənd söyləyəsən? 

Həsən ədəb-ərkanla ayağa qalxaraq, əvvəlcə məclisdəki bö-

yük lərə təzim etdi, sonra Mirzə Fətəlinin Puşkinə yazdığı “Puş-

kinin ölümünə Şərq poeması”ndan bir parçanı əzbər söylədi. Şeiri 

bitirəndən  sonra  o,  məclisə  dəvət  edildiyi  üçün  Mirzə  Fətəliyə 

təşəkkür edərək, özünü çox xoşbəxt hiss etdiyini və belə məclis-

lərdən  azərbaycanlı  gənclərin  gərəyincə  yararlanacağına  əmin 

olduğunu söylədi. 

Həsənin söylədiyi şeirdən sonra Puşkinin yaradıcılığı ətra fın-

da söhbətlər qızışdı. O gecə Həsənin təhsil planları ilə ma raq lanan 

Abdulla bəy və Fətəli bəy ona məsləhətlərini də verdilər:

–  Kim  bilir,  bəlkə,  sən  gələcəkdə  elə  yeniliklərlə  bizi  hey-

rət ləndirəcəksən  ki,  biz  səninlə  birgə  çalışmağımızdan  qürur 

duyacağıq. 

Fətəli  bəy  uzaqgörən  və  müdrik  bir  insan  idi.  Ona  görə  də 

bildirdi:

– Mən böyük əminliklə onu deyə bilərəm, Həsən hansı sahəyə 

meyl göstərsə, orada ciddi uğurlar qazanacaq. Bir də gör o, kimin 

qohumudur, – deyib zarafatla Fərəc bəyə sarı döndü.

Fərəc  bəy  gülə-gülə  Həsənin  babası  Rəhim  bəyin  Mirzə 

Xosrovla bağlı məşhur bir hadisəni həmsöhbətlərinə danışdı: 

– Həsənin babası, atası çox maarifpərvər insanlar idi. Atası 

Şamaxı  məktəblərinə  xeyriyyəçiliyi  ilə  Zərdabda,  Göyçay  qəza-

sında,  Şamaxıda  hamının  hörmətini  qazanmışdı.  Babası  Göyçay 

qəzasındakı  bəylərdən  həm  də  cəsarətinə  görə  fərqlənərdi.  Bir 

gün İran şahı Mirzə Xosrov Qarabağ tərəfdən keçərək Peterburqa 

gedirmiş. Bəylər yol kənarında düzülərək onunla yolüstü görüşür-

müşlər.  Rəhim  bəy  Mirzə  Xosrovu  görəndə  yanındakı  bəydən 

soruşur: Şah dediyimiz budurmu? O, yanındakına söyləyir: Qadın 

kimi bəzənib-düzənib at üstə əyləşən bu adama demək lazımdır ki, 

bəzək-düzəyə sərf etdiyi vaxtı əyalətləri gəzməyə, insanların içində 

dolaşmağa, onların yaşayışı-güzəranı ilə tanış olmağa ayırsa, daha 

yaxşı olar. Yanındakı adam bu sözlərdən özünü saxlaya bilməyib 




55

güləndə  Mirzə  Xosrov  söhbətin  nədən  getdiyini  soruşur.  Rəhim 

bəy deyir:

– Mən sizin haqqınızda danışırdım. Deyirdim, şah həzrətləri 

görkəmdən çox gözəldir, görən bunun qəhrəmanlığı necədir? 

Şah  cavabdan  ilk  baxışda  gülümsəsə  də,  deyirlər,  ümumən 

çox pərt olub. Rəhim bəy belə cəsarətli, heç nədən çəkinməyən bir 

bəy olub. Həsənsə, düşünürəm ki, istər ata tərəfin, istərsə də ana 

tərəfin ən yüksək keyfiyyətllərini özündə birləşdirir. 

Məclisdəki şeir,  sənət,  elm, təhsil, milli inkişafla  bağlı fikir 

mübadilələri  və  mübahisələr  Həsənə  yuxu  kimi  gəlirdi.  Mirzə 

Hüseyn  Qayıbov  tədbir  boyu  yanındakı  bükülü  kağız  dəstini 

nədənsə ehtiyatla qoruyurdu. 

Fərəc bəy onun nəyisə qoruduğunu duyanda soruşdu:

–  Mirzə,  soruşmaq  ayıb  olmasın,  o  nədir  elə  bütün  məclis 

boyu möhkəm qoruyursan? Fətəli bəyə gətirdiyin paydırsa, təqdim 

elə, biz də görək, yoxsa…

–  Yox,  Fərəc  bəy,  bunu  mənə  bağışlayıblar.  Bura  gələrkən 

irəvanlı rəssam Mirzə Qədim İrəvaniylə görüşdüm. O, Tiflisə az-az 

gəlir. Əslində, onu da bura gətirməyə çalışdım. Amma söylədi ki, 

dəvətsiz ayıb olar. Əlimdəki mənə bağışladığı möhtəşəm “Dərviş” 

əsəridir.

Bir  azdan  bu  əsər  məclisdə  əlbəəl  dolandı.  Mirzə  Hüseyn 

bəy  İrəvaninin  yaradıcılığından,  şüşə,  güzgü  üzərində  məharətlə 

əsərlər  yaratmağından,  onun  “Şah Tələt”,  “Fətəli  şah”,  “Suvari” 

əsərlərindən ürək dolusu danışdı. 

– Çox heyif, Mirzə, – Fətəli dilləndi, – biz Mirzə Qədimi bu-

rada görməkdən çox şad olardıq. 

Məclis  sona  yaxınlaşırdı.  Həsən  qapının  yanında  dayanıb 

böyüklərin çıxmasını gözləyirdi. Hamı bir-birilə görüşüb ayrı lırdı. 

Məclisdəkilər Həsənlə də köhnə dostlar kimi sağollaşırdı. 

Həsən həftə sonu olduğu üçün o gecə Fərəc bəygildə gecə-

lədi. Evə qayıtdıqdan sonra bütün gecəni məclisin təəssüratından 

çıxa bilmədi: “Kaş mən də bir məslək sahibi olub indi onlarla birgə 

çalışaydım”, – düşündü. 

Qarşıda gərgin dərs həftəsi dururdu, sabah gimnaziyaya qayı-




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə