Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə8/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   4   5   6   7   8   9   10   11   ...   245

25

Bütün bacı-qardaşlar Həsəni dövrəyə almışdılar.

Böyük qardaşı Mehralı, Səfərəli, bacısı Şirin Həsənə elə qibtə 

ilə baxırdılar ki, baxmayaraq, onlar da yazıb-oxumağı bacarırdılar, 

ataları Səlim bəy onların da evdə təhsil almağına mümkün qədər 

diqqət ayırırdı. Bu zaman Əlvənddən – əmisi gil dən tələsik dönən 

babası Rəhim bəyi və nənəsini görən Həsənin intizarına, nəhayət, 

son qoyuldu: 

– Baba, sən hardaydın? Nənə, hara getmişdiniz?

–  Əmingilə,  Hidayət  əmin  neçə  gündür  qızdırır,  xəstədir. 

Getmişdik ona baş çəkməyə. 

–  Baba,  nənə,  müəllimimiz  deyir,  yayda  ağcaqanad  sanc-

maları  bədənə  zəhər  ötürür,  o  da  qızdırmalara,  oynaq  ağrılarına 

səbəb olur. Bu, qorxulu xəstəliyə, malyariyaya çevrilir. 

Hamı təəccüblə Həsənə baxdı. Atası qəhqəhə çəkib güldü: 

– Həsən, sən nə tez həkim oldun, alim oldun, ay səni!

Uşaqlar Həsəni dövrəyə alıb maraqlı suallar verirdilər.

Rəhim  bəy  yol  yorğunluğunu  unudub  hələ  də  ayaq  üstə 

dayanmışdı. “Birdən bu uşağın müəlliminin dediyi düz çıxsa...”

– Səlim, ay Səlim!

Səlim bəy atasının həyəcanlı çağırışına ehtiram, sayğı əlaməti 

kimi onun yanına gələrək cavab verdi: 

– Bəli, ata, mənimi çağırdın?

–  Oğlum,  bu  uşağın  dedikləri  ağlıma  batdı.  Hidayətgilin 

həyətlərində  ağcaqanaddan  oturmaq  mümkün  deyil.  Bəlkə,  bir 

şey fikirləşəsən? Haradan yaxşı həkim tapaq, qardaşın on gündür 

qızdırmadan od kimi yanır. 

Səlim bəy:

– Ata, bir ay öncə bizdə qonaq olan qvardiya rəisindən xahiş 

edəcəm, bəlkə, onların həkiminin iznini ala bildim. 

Səlim bəy qulluqçuya dərhal onun atını yəhərləməyi tap şırdı, 

qapıdan çıxanda:

Gec gəlsəm, sabah qayıtsam, nigaran qalmayın, – dedi.

Açıq fikirli, tərəqqiyə meylli olmasına, ədəbiyyata, incə sə nətə 

isti  münasibətinə  görə  Göyçay  qəzasının  pristav  qvar di yasında 



26

Səlim bəyi həmişə rəğbətlə qarşılayırdılar. Onun qonaq pərvərliyini 

xüsusi dəyərləndirirdilər.

Səlim  bəy  Zərdaba  getdiyi  günün  sabahı  qayıtdı.  Həkimin 

iznini alaraq, Hidayət bəyi müayinə etdirmişdi. Aydın olmuşdu ki, 

qızdırmaya səbəb, həqiqətən də, ağcaqanad sancmasından ya ra nan 

malyariya  xəstəliyidir.  Xeyli  dərman-iynədən  sonra  qız dır ması 

düşmüşdü. Gecəni Əlvənddə qardaşının yanında qalan Sə lim bəy 

oğlunun ağlına, hadisələrə çevik münasibətinə heyran qalmışdı. 

– Balaca xilaskar! – deyib ata oğlunun saçını sevgilə ox şadı. 

Əmisinin  xəstəliyinin  dəqiq  “diaqnozunu”  deyəndən  sonra 

Həsənə  münasibət,  onun  gələcəyinə  inam  evdəkiləri  də,  onun 

özünü də xoşbəxt edirdi. 

Həsən  hələ  şagirdkən  yaxınlarından  “doktor”  adını  qazan-

dığına  görə  daha  çox  oxumağa,  hamıya  gərəkli  məsləhətlər 

verməyə can atırdı.

Ağır dərs ilinin yorğunluğuna baxmayaraq, o dincəlmək dən sə, 

oxumağa çalışırdı. Heç kimin “üç-dörd gün sonra oxuyar san” fikri 

ilə razılaşmadan hər gün oxuyurdu. Oxumaq, öyrən mək, özü də hər 

şey haqqında bilik toplamaq Həsənin bitib-tükənməyən ehtirasdan 

doğan arzusu idi. Əlində rus xalq nağılları və əfsanələri toplanmış 

iri bir kitab vardı. Keçən ilin bu vaxtı o, rus dilində bir kəlmə belə 

bilmirdi. Atasının qonaqları olan Göyçay quberniyasından dəvət 

olunmuş hərbçilərin danışıqlarına həsədlə baxır, onların söhbətlərini 

dərk etməyə can atırdı. İndisə artıq bir ilin içində sərbəst oxuyub 

yazır, fikrini rahat çatdırmaqla yanaşı, mübahisə və müzakirələrdə 

də  iştirak  edirdi.  Həsən  bütün  tətil  müddəti  durmadan  mütaliə 

edirdi. O həm də xalası, əmisi uşaqlarına, özündən kiçik bacı və 

qardaşına rus dilini öyrədirdi. Hər gün saat 11-dən 1-dək Həsənin 

“müəllimlik” saatı idi. O, həvəslə hərflərdən başlayaraq ən zəruri 

sözlərin yazılışı, tərcü məsi, tələffüzü, sual-cavab ilə evdə yaratdığı 

“məktəb”də əsl dərs ab-havası vardı. Səlim bəyin, 90 yaşını ötmüş 

Rəhim bəyin də sevincinin həddi-hüdudu yox idi.

Rəhim bəy oğlu Səlim bəylə söhbət edirdi:

–  Bilirsənmi,  Həsənin  uşaqlara  dərs  keçməsini  görəndə 



27

onun mədrəsəyə getdiyi ilk gün yadıma düşdü. Həmin gün Molla 

Sadıqdan  soruşub:  Molla  əmi,  İnkir-Minkir  qadındır,  ya  kişi? 

Molla  da  məni  görəndə  dedi,  Həsən  çox  ağıllı  oğlandır,  amma 

gərək elə suallar verməsin. Məndən sizə demək, Rəhim bəy, məs-

cidə  də  getmək  istəmir,  zorla  aparıram.  Məndən  bir  az  aralan-

mışdı, eşitdim ki, donquldana-donquldana deyir: “Ruslarla süfrə 

arxasında əyləşənin uşağı bundan artıq olmaz…” 

Səlim, sənin ağlına heyranam, oğlum. Sənin ömür-gün yol-

daşı seçimin də mənim ürəyimcə oldu, indisə övladlarına verdiyin 

tərbiyə...  Dünən  baxıram,  Mənzər  Həsənə  Ömər  Xəyyamdan, 

Nizamidən şeirlər oxuyur. Ürəyim açıldı. Qarabağlılar mərdlikdə, 

cəsurluqda, ağılda mənim hörmətimi çoxdan qazanıblar. Onlarla 

qohumluğu Allah bizə rəva gördü. Bu gün də gəlini kitab oxuyan 

gördüm,  soruşdum,  nə  oxuyursan,  qızım?  Dedi  ki,  Məhsəti 

Gəncəvinin rübailərini.

Birini mənə xırdaladı: “Dünən kaşı kuzəm daşlara çırpı landa 

kuzə dil açıb mənə dedi ki, mən də sənin kimi idim, bu günlərə 

qaldım”.  Mən  bir  daha  düşündüm,  Abış  bəyə  halal  olsun!  Qız 

övladına  müəllim  tutaraq  belə  mükəmməl  təhsil  verib.  Gözəllik 

ağılla, iman səxavətlə birləşəndə Allah özü də “əhsən” deyir. 

Səlim bəyin oğluna öyrətdiyi hikmətlərin sırasında “vaxtı və 

insanları  zamanında  dəyərləndirmək”  fikri  ömrü  boyu  Həsənin 

şüarına  çevriləcəkdi.  Şərəfli  müəllimlik  fəaliyyəti  çox-çox 

uzaqlarda onun yolunu gözləyirdi.

Məlikovların  həyətində  gərgin  hazırlıq  işləri  gedirdi.  Təb-

rizdən Aşıq Əli, Aşıq Hüseyn adlı iki qonaq bağçada Səlim bəylə 

söhbət edirdi. Bir azdan Şirvan aşıqları, Şamaxı şairləri də bura 

gələcəkdi. Bu həyətdə belə məclislərə ailə üzvləri və xidmətçilər 

öyrəşmişdilər.  Məclisin  hansı  məqamında  yemək  gələcək, 

yeməkdən  sonra,  kimdən  sonra  kimin  dinlənilməsi  məlum  idi. 

Belə gözəl məclislərin keçirildiyi günlərin birində Həsən dünyaya 

gəlmişdi. 1842-ci ilin çiskinli payız axşamında Allah Səlim bəyə bir 

oğul payı bəxş etmişdi. Muştuluqçuya bahalı rus saatı bağışlayan 

Səlim bəy şeir söyləyən şamaxılı şairdən: 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə