Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə5/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   2   3   4   5   6   7   8   9   ...   245

15

ciddi qoru. Hələ bir böyüsün, mənim topladığım o kitabları oxusun, 

onda görəcəksiniz onun qüdrətini. İndi çox balacadır, mənim İlahi 

payım Həsən o biri nəvələrimə bənzəməz.

* * *

Göz  işlədikcə  uzanan  taxıl  zəmilərinə,  cilvələnən  bu  əsra-



rəngiz yaşıllığa baxmaq əsəblərə sakitlik, ürəyə rahatlıq gətirirdi. 

Səlim bəy əkinçiləri ilə taxıl zəmilərinin vəziyyətini, gələcək 

məhsuldarlığını müzakirə edib, məsləhətlərini verirdi. Geniş əkin 

sahələrinə bitişik ərazidəki kiçik əkin sahələri ata-babadan burada 

çalışanlara bəy ailəsinin hədiyyəsi idi. Rəhim bəyin təsərrüfatında 

əmək  haqları  bir  gün  gecikmədən  ödənilər,  öz  ailə  üzvləri  kimi 

hər bayramda Rəhim bəy bütün əkinçiləri də sevindirərdi… Ona 

görə  də  bəy-rəiyyət  münasibətindən  söz  düşəndə  Rəhim  bəy 

başqalarına  nümunə  çəkilirdi.  Bəy  olmaq,  bəy  kimi  davranmaq, 

ədalətin, səxavətin, mərdliyin, cəsurluğun və yüksək ədəb-ərkanın 

məqamını qazanmaq hər bəy nəsil-nəcabətinə qismət olmur.

Səlim  bəy  tək-tənha  oturub  düşünməyi  xoşlayardı.  Bu 

gün  də  yastı  təpədəki  geniş  kölgəli  tut  ağacının  altında  oturub 

uzana-uzana baş alıb gedən Kürə, gözünü açandan gördüyü əkin 

sahələrinə  baxa-baxa  düşünürdü:  “Əkinçilik,  gün-güzəranının 

taleyini torpağa bağlamaq, zəhmətin, qayğı və səbrin nəticəsi olsa 

da, sonda qismətə bağlı bir şeydir”. 

Onu  dərin  düşüncələrdən  uzaqdan  gələn  səs-küy  ayırdı. 

Gələnlər uşaqları idi. Səlim bəy uşaqların arasında Həsəni görcək 

əl edib yanına çağırdı: 

Gəl görüm, oğlum, sən nə tez mədrəsədən qayıtdın?

– Molla bu gün bizi tez buraxdı. Özü məscidə getdi. Mənə 

dedi, səni həmişə özümlə məscidə aparacam. Ata, mən mədrəsəyə 

getmək  istəmirəm.  Mənə  sən  özün  dərs  keç.  Sonra  bir  müddət 

keçsin, mən özüm hər şeyi öyrənəcəm. Söz verirəm!

– Həsən, mən sənə bir sirr açacam, heç kimə deməzsən ki?

– Yox, ata, heç vaxt!

Heç anana da, babana da söyləmə.

– Söz verirəm.



16

– Səni mədrəsədən çıxaracağam, amma bir ildən sonra. Bax, 

babanın illərlə topladığı, mənim uzaq-uzaq diyarlardan gətirdiyim 

kitabları  sən  ancaq  mədrəsədə  ərəb-fars  dilini  öyrənəndən  sonra 

oxuya biləcəksən. Buna görə də ən azı bir il əlifbanı, dili mükəmməl 

öyrənəndən sonra sən lazım olan nəticəni əldə etmiş olacaqsan. 

– Ata, mən sənə söz verirəm, hamıdan əla oxuyacam. Öyrədilən 

dərsləri yaxşı mənimsəyəcəm. Bəs sonra hara gedəcəyəm?

–  Bax  bu  da  qoy  mənim  sirrim  olsun.  Sən  heç  kimə  heç 

nə  demədən  həvəslə  mədrəsəyə  getməyə  davam  et.  Yaxın  gəl, 

bax,  ucsuz-bucaqsız  uzanan  bu  əkin  torpaqları  bizimdir.  Torpaq 

mülkdür.  Ata-babadan  bir-birimizə  miras  qoyduğumuz  mülk! 

Amma  var-dövlət  o  deyil.  Əsl  var-dövlət  atanın  övlada  verdiyi 

təhsil,  tərbiyədir.  Mən  səni  daim  çoxalan,  ətrafdakı  insanlarla 

paylaşdıqca  hər  zaman  artmaqda  davam  edən,  tükənməyən  var-

dövlət yiyəsi etmək istəyirəm.

Bir insan elmi dərk edib öyrəndikcə, o, bir ovuc qiymətli daş-

qaşa çevrilir. Paylaşıb yüzlərlə insana öyrətdikdə isə həmin elm 

xəzinəyə çevrilir, sən isə xəzinə sahibi olursan. Xeyirxahlıq, yaxşı 

əməl, elm bilirsən nəyə bənzəyir? Gəl bura, bax, görürsənmi, bu 

torpaq  sahəsinin  hər  yerinə  buğda  əkmişdik.  Amma  hər  yerdə 

bərabər  taxıl  bitməyib.  Əkilən  toxumlar  itməyib  də.  Sel,  su  bir 

yerdən yuyub, bitməsinə imkan verməsə də, sahənin ayağında daha 

yaxşı cücəriblər. Elm, xeyirxahlıq, yaxşı əməl də əkinçilik kimidir. 

Əkilən toxum bəhrəsini nəzərdə tutulmuş yerdə, gözlənilən vaxtda 

verməsə də, nə zamansa bar verəcək. Əkilənlər bir gün biçilir, bəhrə 

verir. Sən biçməsən də, oğlun, qızın bu əkindən mənfəət götürür. 

–  Deyirsən,  mən  əkinçimi  olacam,  ata?  –  Həsən  təəccüblə 

soruşdu.

– Yox, sən daha böyük işlər görəcəksən. Sən mənim arzularımın 

əkinçisi olacaqsan, əkinçi Həsən – atası yarızarafat gülümsəyərək 

onu başı üzərinə qaldırdı. 

Səlim bəyin boyundan yuxarı qaldırdığı oğlunun sevinci üzündən 

sezilirdi.  Onun  sifətindəki  qeyri-adi  ifadə  illərin  dünyagörmüş  bir 

adamının üz cizgilərini xatırladırdı. Həsənin baxışı, danışığı, yaşlı, 

müdrik  insana  məxsus  səbir,  təmkin  göstərməsi  Səlim  bəyin  çox 

xoşuna gəlirdi: “Anam nahaq yerə buna “qayınatam” demir ki!”



17

1852-ci il, iyul-avqust

Həsən  ən  çox  yay  fəslini  sevirdi.  Bütün  doğmaların  yayda 

tut  ağacının  altına  toplaşması,  atasının  oxuduğu  qəhrəmanlıq 

dastanlarına  qohum-əqrəbanın  maraqla  qulaq  asması  bu  həyəti 

başqa ailələrin həyətindən tamamilə fərqli edirdi. Həsən gün boyu 

istidən və uşaqlarla oynamaqdan doğan üzücü yorğunluğunu ax-

şam çardağa qalxaraq, göy üzündə sayrışan ulduzları seyr edə-edə 

çıxarardı. 

Bu gün də o, çardağa hamıdan əvvəl qalxıb yerinə uzan mışdı, 

göy haqqında, ulduzlar barəsində düşünürdü. “Tanrı göyün yeddinci 

qatındadır”  mollanın  dediklərini  xatırladı.  Bəs  insanlar  öləndə 

Tanrının hüzuruna qayıdırlarsa, o qədər yüksəkliyə necə yetişirlər? 

Bir halda ki, insan torpağa basdırılır, bəs ruhu yollarda bədənsiz 

azmır?  Göylər  bizim  ilk  gəldiyimiz  yerdirsə,  Tanrı  hüzurundan 

gəlmişiksə,  oraya  da  qayıdırıqsa,  deməli,  ilk  evimiz  göylərdir. 

İstədi fikrini atası və babası ilə dəqiqləşdirsin. Çardaqdan boylanıb 

babasını  çağırmaq  istəyəndə  Rəhim  bəylə  Səlim  bəyin  ata-oğul 

söhbət etdiklərini, onun haqqında nəsə danışdıqlarını eşitdi. 

– Ata, mən Həsənin təhsili haqqında səninlə məslə hət ləş mək 

istəyirəm. Şamaxıda dördillik rus məktəbi açılıb. İstəyirəm Həsəni 

ora aparım. Zəmanə təhsilə çox ehtiyac yaradır. Mən uşağın dərin 

zəkasını,  hafizəsini  inkişaf  etdirməsi,  gələcəyi  üçün  bu  məktəbi 

münasib hesab edirəm. Əlbəttə, rüsxətin olarsa… Bir də, Həsən 

o  məktəbin  Zərdabdan  gedən  ilk  şagirdi  olacaq.  Məncə,  onun 

belə  məktəbdə  oxuması,  rus  dilini  öyrənməsi,  dünya  elmlərini 

mənimsəməsi, həm özü üçün, həm qohum-əqrəba üçün, həm də 

bütün Zərdab üçün dəyərli bir iş olar. 

Haqqında gedən söhbəti eşitmək üçün Həsən başını çar daqdan 

bir az da aşağı salladı. “Görəsən, babam nə deyəcək? Belə olarsa, 

mən babamsız, nənəmsiz, atamsız orada necə qalaram?” 

– Fikrimcə də, bu, yaxşı olar. Mən bu haqda dəfələrlə demişəm, 

Həsən  bizim  uşaqların  içərisində  çox  fərqli  bir  ağıl,  qabiliyyət 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə