Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə12/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   8   9   10   11   12   13   14   15   ...   245

37

tutulmuşdu.  Böyük  oğlu  Mehralı  təkidlərə  baxmayaraq,  atasının 

yanını  kəsmişdi.  Atası  Tiflis  səfəri  zamanı  oğlanlarının  şəklini 

çəkdirib  yataq  otağında  başı  üstündən  asmışdı.  Gözlərini  şəklə 

tərəf çevirən Səlim bəyin baxışından nəsə deyəcəyi hiss olunurdu. 

Mehralı:


– Həsəni deyirsənsə, bu saat tapşıraram Səfəralı gedib gətirər. 

Təki sən həyəcanlanma!

Səlim bəy razılıq olaraq kirpiklərini endirdi.

Şamaxıdan Zərdaba yol aldıqları andan keçən bir neçə saat 

ərzində nə Həsən, nə də Səfəralı bəy bir kəlmə danışdılar.

Fayton həyətə yetişəndə Səlim bəy heç kimi tanıya bilmirdi. 

Həsən atasının yatağı yanında onun əllərini tutub yalvarıb ağlayırdı:

– Ata, bir az döz, Fərəc dayıma xəbər verək, Tiflisdən doktor 

gətirsin.

Səlim bəy yüngülcə nəfəs alaraq kirpiklərini sanki zorla bir-

birinə sıxdı. 

Fərəc  bəyə  artıq  teleqram  vurulub,  Səlim  bəyin  xəstəliyi 

haqqında  məlumat  verilmişdi.  Əslində,  Fərəc  bəyi  bu  yerlərdə 

“Rus Fərəc” adlandırıb sevməsələr də, o, soydaşları üçün gərəkli 

məsələlərin həllində Tiflis qəzasında çar generalı kimi böyük işlər 

görürdü.


Bu dəfə Fərəc bəyin göndərdiyi doktor da gecikdi, özü də lap 

çox gecikdi.

Səlim bəy qızı Şirinin, oğlu Mehralının, Səfəralının, sonbeşiyi 

Həsənin  və  Qarabağda  sevib-seçdiyi  ömür-gün  yoldaşı  Mənzər 

xanımın gözləri qarşısında quş kimi uçub getdi. 

Həsən  atasının  ölümü  ilə  barışa  bilmirdi.  Ailə  üzvləri  yas 

mərasimindən çox Həsənlə məşğul idi. Həsən yenə qızdırmadan 

od tutub yanırdı. 

Tiflisdən  Fərəc  bəyin  göndərdiyi  həkim  geciksə  də,  Həsəni 

dərindən  müayinə  etdi.  İndiyəcən  Həsənin  keçirdiyi  xəstəliklər 

haqqında  ətraflı  məlumat  alan  həkim  ona  sinir  zəifliyi  diaqnozu 

qoydu.  Yazdığı  dərmanlarla  yanaşı  doğmalarının  dəstəyinə  çox 

ehtiyacı olduğunu tövsiyə etdi.

Mehralı bəy:




38

–  Ana,  bilirsənmi  yadıma  nə  düşdü?  Biz  hələ  çox  balaca 

olanda  sən  Ağcabədiyə  gedəndə  Həsən  qızdırma  içində  başladı 

sayıqlamağa: “Ana, məni niyə aparmadın”. Babam o zaman sənin 

dalınca fayton göndərdi. Sən gələn kimi qalxdı ayağa, elə bil neçə 

gündən bəri xəstə olan bu deyildi.

–  Xatırladım,  oğlum,  xatırladım.  İndi  siz  bir-birinizə  çox 

dəstək  olmalısınız,  sən  Həsənə  həm  böyük  qardaş,  həm  də  ata 

əvəzi olmalısan. 

Həsən təhsilini tez başa vura bilmədiyinə görə hərdən özünü 

qınayırdı. “Əgər oxumuş, savadlı həkim olsaydım, atama yardım 

edərdim. Hər bəlamızın səbəbi savadlı mütəxəssisin olmamasıdır” 

düşüncəsilə Həsən xəyalında gah həkim, gah da aqrotexnik kimi 

Zərdabdakı gələcək planları haqqında düşünürdü.




39

1858-ci il, iyun. Şamaxı gimnaziyasında 

məzun müsamirəsi

Şamaxı  məktəbinin  həyətindəki  bayram  izdihamı  ətrafdan 

baxan bütün insanlarda heyrət və qibtə oyadırdı. Qırmızı lentlərlə 

bəzədilmiş məktəb həyətinin yuxarı başında, məktəbin fasadında 

Əlahəzrət çarın şəkli asılmışdı. Məktəbin direktoru hamıdan çox 

həyəcanlı idi. Məzunların valideynlərinin təşkil etdiyi yeməklərin 

iyi hər tərəfi bürümüşdü. Təndirdə hazırlanmış quzu biryanları, plov 

qazanları, qırqovullu döşəmə plov və kababların ağız sulandıran 

iyi şagirdlərin həyəcanını azaldırdı. Azərbaycan süfrəsinin zəngin 

yeməklərinin əksəriyyəti rus millətindən olan məktəb heyətini və 

Tiflisdən gələn Qafqaz təhsil dairəsinin məsul məmurlarını heyran 

qoymuşdu.

– Bilirsənmi, cənab direktor, mən bu müsəlmanlar haqqında 

nə düşünürəm? Bu qədər qoçaq, iradəli, “daşdan çörək çıxaran”, 

həm  də  zəngin  yaradıcılığı  olan  millətin  oxumağa,  elm  qazan-

mağa münasibətinin mənfi olması nə ilə izah olunur? Siz bunların 

evdə  əllə  toxuduqları  xalçalardakı  hər  naxışın  izahı  olduğunu 

eşitmisinizmi? Qulaqlarına çatmasın, bu millət, doğrudan, böyük 

millətdir, əlbəttə, bizdən sonra – deyərək Qafqaz Təhsil İdarə sinin 

müdiri baron Aleksandr Pavloviç Nikolay gülümsündü…

Hələ  çox-çox  qədimlərdə  azərbaycanlıların  –  Ərdəbil  şəhə-

rin də  bənzərsiz  naxışla  bəzədilmiş  məşhur  xalçaları  olub,  sən 

de mə,  ordakı  ornamentlərin,  təsvir  olunmuş  budaq  və  üstündəki 

yarpaqların sayı şifrələnmiş məktub imiş. Bu ornamentlərə şifrə 

sahibləri “sivri əlifba” deyirmişlər. Bax belə… Vay o günə, bizə 

qarşı “sivri əlifba”yla məktub yazalar, cənab direktor.

–  Fikirləşirəm,  Aleksandr  Pavloviç,  elə  şeyə  yol  verilməz. 

Amma  bu  təhsilli  gənclər  atamız  çarın  Qafqaz  əyalətlərində 

dilmanc  lazım  olmadan  çalışan  gələcək  xidmətçiləri  olacaqlar. 

Məncə, bizim təhsil siyasətimizin əsasında elə bu durur. Məsələn, 

çar  ordusunda  praporşik  kimi  çalışan  Səlim  bəyin  oğlu  Həsən 



40

Məlikov haqqında sizə bir dəfə yazmışdım, onun sizin imzanızla iki 

tərifnaməsi də var. Bu ilki 144 nəfər məktəb məzununun içərisində 

o, qeyri-adi istedadı olan yeganə uşaqdır. 

Məktəb direktorunun söhbətindən sonra Aleksandr Pavloviç 

Həsəni onun yanına çağırmağı tapşırdı. 

Həsən  müdiriyyətə  daxil  olanda  özünü  itirmədən  ehtiramla 

hamıya salam verib sakitcə ayaq üstə dayandı.

– Bu nə qəribə uşaqdır, gözlərinə baxın, həyatımda gördü yüm 

ən ağıllı gözlərdir, amma yaman cansızdır, əsl aristokratdır. 

Həsənin  anlamaması  üçün  fransızca  danışan  Aleksandr 

Pavloviç davam edərək soruşdu:

–  Sizin  təqdimatda  bizə,  Tiflis  gimnaziyasına  məsləhət 

bildiyiniz qəhrəman, yəqin ki, budur?

–  Bəli, cənab!

– Çox gözəl, çağır valideynlərini sevindirək, qoy görsünlər ki, 

çar Rusiyasının müsəlmanların təhsilinə qayğısı hansı səviyyədədir.

Həsən otaqdan çıxandan sonra məktəb direktoru dilləndi: 



– Aleksandr Pavloviç, məsələ belədir, Həsənin atası, mək tə-

bimizin  himayədarlarından  biri  olan  Səlim  bəy  iki  il  öncə  vəfat 

etdi, Həsənin bütün qayğısı hazırda onun böyük qardaşının üzərinə 

düşüb. O da Həsənin ailədən uzaqda təhsilinə icazə vermir. Siz, 

yəqin ki, Qafqaz atlı qvardiyasının generalı Nikolay Nikolayeviçi 

tanıyırsınız?

Onun  əsl  adı  Fərəc  bəydir,  Fərəc  bəy Ağayev  Həsənin  ata-

sının  dayısıdır.  Ona  müraciət  etsək,  yaxud  onun  adından  ailəni 

toxdadacaq  məktubu  qardaşına  təqdim  edib  əminlik  yaratsaq, 

bəlkə, işlər düzələr.

– Oh… sən öncədən hər tədarükü görmüsən…

Fərəc bəy mənim çox yaxın dostumdur. Çağır qardaşını, mən 

özüm onunla danışım.

Aleksandr Pavloviç həyətdən Mehralını çağırtdırdı: 

– Bizim söhbətimizi kim tərcümə edəcək?

–  Ehtiyac  yoxdur,  cənab,  –  içəri  daxil  olan  Mehralı  bəy 

dilləndi. Mən rus dilində az-çox bilirəm.

Söhbət çox ciddi keçdi. Tiflisli qonaq Mehralını əmin etdi ki, 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə