Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə11/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   7   8   9   10   11   12   13   14   ...   245

34

1856-cı il, Zərdab

Göyçay  qəzasının  qubernator  alayında  Səlim  bəy  çavuş-

praporşik vəzifəsində çalışdığından həyətində qurulan məclis lərdə 

qəza rəisi Semyonov tez-tez görünürdü. Bəy öz nüfuzundan istifadə 

edərək ətraf torpaqlarda yaranan problemləri yerli əha linin xeyrinə 

həll etməyə çalışardı. Həmin qonaqlıqlarda hansısa bir yerli torpaq 

sahibinin quberniya qəzası ilə yaranan problemi çox incə yollarla 

çözülür,  hər  şey  qaydasına  düşürdü.  Bu  qonaq lıqların  birində 

ondan  xahiş  olunmuşdu  ki,  Qarabağ  yaylaqlarında  ov  etməyin 

zamanını Səlim bəy özü müəy yənləşdirsin. Səlim bəy Ağcabədiyə 

qaynı Hidayət bəyə xəbər göndərdi ki, mən çox mötəbər qonaqlarla 

Qarabağa ova gələcəyəm, sən də bizimlə olarsan.

Ov son dərəcə maraqlı, həm də gərgin keçdi. Səlim bəy özünü 

atın üstündə yox, havada yüpyüngül, quş kimi hiss edirdi. “Yaylaq 

havasında xeyli vaxtdır olmamışam, deyəsən, havanın təsirindən 

bütün bədənim yüngülləşib” düşündü. 

Qarşısından keçən ovun ceyran, yaxud qaban olduğunu dəqiq-

ləşdirməyə macal tapmamış qəza pristavının gülləsi ovu yerə sərdi. 

Səlim bəy mahir ovçu idi, güllənin boş keçmədiyini hiss elədi. 

Pristav gülə-gülə dedi:

Donuz olsa, bizim, ceyran olsa, sizin, danışdıqmı?

Güllə donuzu yerindəcə öldürmüşdü.

– Əhsən, cənab Semyonov. Mən sizin ovçuluq məharətinizə 

heyran oldum, düz ürəyindən vurmusunuz, – Səlim bəy dilləndi. 

Səlim bəy sıx meşənin palıdlarının az qala sayını da bilirdi. O, 

qaynı ilə cavanlıqdan bu yerlərə ov etməyə tez-tez gələrdi. Qaynı 

Hidayət bəy ceyran sürüsünün yataq yerlərinə getməyi təklif etdi. 

Yazıq ceyranlar duyuq düşmüş, qorxudan bir-birinə sıxlaşmışdılar. 

Sürünün erkəyi narahat-narahat bir az aralıda fırlanaraq fınxırırdı. 

Səlim  bəy  pristavın  binoklu  ilə  onları  seyr  edirdi.  Tüfəngini 

qolunun üstünə alıb, ceyranlardan birini nişan aldı. Nişan aldığı 

ceyran onun gözünə qoşa hörüklü qız kimi göründü. Hansı ceyranı 




35

nişan aldısa, eyni görüntü təkrarlandı. Səlim bəyin qıyılan gözünə 

sanki iynə batırdılar. “Lənət şeytana”, – deyib, təzədən nişan aldı. 

Ceyran sürüsü sanki eyni rəngdə geyinmiş gözəl qızlar idi. Tüfəngi 

qolunun üstündən endirdi. Heç kimə bir söz demədi, “gördüyümü 

desəm, mənə inanan olma yacaq” düşündü.

Qaynı onun narahatlığını o saat başa düşdü:

– Gözümə birtəhər dəyirsən, dayan görüm, gözünə nə olub?

– Heç nə!

– Necə heç nə, gözün qanla dolub. Bir yerin ağrıyır?

– Yox, amma mənə elə gəlir, bir yarpaq ağırlığındayam. 

– Yaxşı, ovu dayandırın, evə gedirik, cəhənnəm olsun pristav 

da, onun donuzu da, dovşanı da.

Bir  anda  hamı  Səlim  bəyin  ətrafına  toplaşdı.  Səlim  bəy 

xasiyyətcə  ağır,  təmkinli  adam  idi.  O,  qaynına  məsələni  şişirt-

məməyi tapşırdı.

Yol boyu özünü pis hiss etsə də, büruzə verməməyə çalışdı. 

Qaradolağa yetişəndə “hər şey bir azdan keçib gedər” deyə özü-

nə təsəlli verdi. Səhərə qədər baş ağrısından yatmadı. Səhər tez-

dən  Hidayət  bəy  dostunun,  əziz  bacısının  ömür-gün  yoldaşının 

gözlərinin qan çanağına döndüyünü görüncə təşvişə düşdü. 

– İndi necəsən? 

– Ovda heç başım ağrımırdı. İndi ağrıdan gözüm açılmır. Evə 

dönsəm, hər şey yoluna düşəcək.

– Yox, yox, sən başqa yerdə deyilsən, elə öz evindəsən. Bir 

qədər yaxşılaş, sonra gedərsən. 

Heç kim Səlimi qalmağa razı sala bilmədi. O getməyə qərar 

verdi. Səlim bəyə rahat olsun deyə, faytonun içinə yumşaq yataq 

yerləşdirdilər. Hidayət bəy də onunla Zərdaba yola düşdü.

Qaya parçasını xatırladan Səlim bəyin ağrıya dözə bil məməsi 

onu  çox  məyus  etmişdi.  “Durduq  yerdə  işə  düşdük”,  –  düşünən 

Hidayət bəy içində narahatlıq keçirirdi. 

Fayton Zərdaba daxil olub həyətə yaxınlaşdı. Səlim bəy bütün 

gücünü toplayaraq gülə-gülə faytondan düşdü:

– Siz ovdan faytonla qayıdan ovçu görmüsünüzmü?



36

Mənzər xanım alaqapı önündə onları qarşıladı. 

Qardaşının boynuna sarıldı:

– Sənə qurban olum, ay qardaş, səndən ötrü burnumun ucu 

göynəyirdi, nə yaxşı gəldin! 

Gözləri ərinin gözlərinə sataşanda:

Sənə nə olub, Allahım, sən kömək ol. Atdanmı yıxıldın?

– Bax gör, mən atdan yıxılana bənzəyirəmmi? Sadəcə, soyuq-

dəyməm var, keçər. Yerimi aç, uzanıb dincəlim.

Ağrı  get-gedə  şiddətlənirdi.  Hidayət  bəy  pristavdan  həkim 

xahiş etdi. Gecə yarıdan keçmiş həkim gəlib çıxdı. Xeyli müa yi-

nədən sonra bildirdi ki, yüksək qan təzyiqindən beyinə qansızma 

baş verib. Xəstəni yerindən qaldırmaq, tərpətmək olmaz. Həkim 

səhər açılana qədər Səlim bəyin yanında oturdu. Tez-tez müayinə 

edərək vəziyyətini yaxşılaşdırmağa çalışdı: 

– Bilirsiniz, bəy elə ovda ikən qan təzyiqi dözülməz də rə cədə 

yüksək olub, ona görə də əvvəl bir gözündə, sonra o biri gö zündə 

damar  qanamaları  baş  verib.  Amma  bəy  çox  sağlam  və  ira dəli 

olduğu üçün dayana bilib. Mənim qorxduğum bir şey də var. 

– Nədir qorxduğunuz? – Hidayət bəy tələsik soruşdu. 

– İflic təhlükəsini adlasa, bir-iki günə yaxşılaşa bilər. 

Doktor Mənzər xanımdan başqa heç kimi otağa buraxmırdı. 

Yerişindən  yer  silkələnən,  səs-küyçü,  həvəsi  ilə  ətrafına  şənlik 

gətirən  Səlim  bəy  xəstəliyə  təslim  olmaq  istəməsə  də,  yataqda 

uzanmağa məhkum idi. 

Günəş  yenicə  doğmağa  başlayanda  Mənzər  xanım  ağlaya-

ağlaya qardaşını çağırdı. 

– Qardaş, Səlim danışa bilmir. Əliylə başa salıb, nəsə demək 

istəyir.

Hamı bir-birinə dəymişdi. 

–  Bu,  necə  olur,  sağ-salamat,  həvəslə  ova  çıxan  bir  adam 

qayıdanda… – Mənzər xanım qıymadığından sözünün ardını dilinə 

almadı… 

Məlikovlar  ailəsində  bu  dəqiqə  heç  kimin  inanmadığı  bir 

olay  baş  verirdi.  Səlim  bəy  övladlarının  nigaranlığı  altında  iki 

dünya  arasında  xəstəliklə  çarpışırdı.  Birtərəfi  iflic  olmuş,  nitqi 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə